İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Quran və hədis baximindan həcc və ömrə əməlləri

    Kitabın adı: Quran və hədis baximindan həcc və ömrə əməlləri
    2011-08-29, 7:04 AM

    HƏCC MƏRASİMİNDƏ ƏNCAM VERİLMƏSİ LAYİQ OLAN İŞLƏRİN KÜLLİYYATI
    Quran:
    «Həcc müəyyən aylardadır. Beləliklə (ehram bağlamaq və sair işlərlə) bu aylarda həcci özünə vacib edənlər (həcc mərasimində) cinsi yaxınlıq, günah və çəkişmədən çəkinsinlər. Allah sizin əncam verdiyiniz yaxşı işləri bilir. Azuqə götürün. Həqiqətən ən yaxşı azuqə pərhizkarlıqdır.»769
    «Ey iman gətirənlər! İlahi nişanə və hüdudlar, haram aylar, əlamətli və əlamətsiz qurbanlıqlar və habelə Allahın fəzli və razılığını əldə etmək üçün Allah evinin niyyəti ilə gələnləri halal saymayın (onlara qarşı laqeyid olmayın). Ehramdan xaric olduqda ov edin və sizi Məscidul-həramdan saxlayanlarla düşmənçilik sizi təcavüzkarlığa vadar etməsin. Yaxşılıq və pərhizkarlıqda bir-birinizə kömək etməyin. Allah qarşısında günahkarlıqdan çəkinin. Həqiqətən Allahın cəzası çox ağırdır.»770
    Hədis:
    718. Həzrət Peyğəmbər (s) «Qədir günündə» buyurdu: «Ey camaat! Allah evini kamil dindarlıq və dini düşüncə ilə ziyarət edib, o müqəddəs məkanlardan yalnız tövbə və günahları tərk edən halda qayıdın.»771
    719. Həzrət Peyğəmbərdən (s) soruşuldu: Həccin yaxşılığı nədir? Həzrət (s) buyurdu: «Başqalarına yemək vermək və yaxşı danışmaqdır.»772
    720. Həzrət imam Baqir və imam Sadiq əleyhissalamdan «Və ətimmul-həccə və vəl-umrətə lillah» (Həcc və ömrə əməllərini Allaha görə tamamlayın) ayəsi barədə soruşulduqda, buyurdular: «Həccin tamamlığı onda cinsi yaxınlıq, günah və çəkişmənin olmamasından ibarətdir.»773
    721. Həzrət imam Sadiq əleyhissalam buyurub: Ehram bağladıqda təqvalı olub, Allahı çoxlu yad et və yaxşılıqdan başqa az danış. Çünki həcc və ömrənin kamillyi, insanın xeyir (və yaxşı) sözlərdən başqa hallarda öz dilini saxlamasından ibarətdir. Necə ki, Allah-taala buyurur: «Beləliklə haram aylarda həcci özünə vacib edənlər həcc mərasimində cinsi yaxınlıq, söyüş və çəkişmədən çəkinsinlər. «Rəfəs»-(cinsi) yaxınlıq, «fusuq»-söyüş, «cidal»-isə insanın mübahisə edərək, yox vallah, bəli vallah deməsidir.774
    722. Əliyyibni Cəfər nəql etmişdir ki, qardaşım imam Kazim əleyhissalamdan soruşdum: Rəfəs, fusuq və cidal nə deməkdir və onları əncam verən şəxsin kəffarəsi nədir?
    Həzrət (ə) buyurdu: «Rəfəs»-qadınlarla yaxınlıq etmək, «fusuq»-yalan və fəxr (qürurlanmaq), «cidal»-isə bir şəxsin «yox vallah», «bəli, vallah» deməsindən ibarətdir.
    Cinsi yaxınlıq edən şəxsin kəffarəsi bir dəvəni qurban kəsməkdir. Amma dəvə tapa bilməsə bir qoyunu qurban kəsməlidir. Ehram halında yalançılıq və fəxrin kəffarəsi isə sədəqə verməkdir».775
    723. Həzrət imam Sadiq əleyhissalama nisbət verilmişdir ki, o həzrət buyurub: Həccə getmək qərarına gəldikdə, qəlbini yalnız Allaha görə hər bir məşğul edən amil və hicabdan boşaldaraq, işlərini Pərvərdigarına tapşır və dayanış və hərəkətində Ona təvəkkül et. İlahi təqdirin qəza və qədərinə təslim olub, dünya, asayiş və xalqı kənara qoyaraq xalqın hüququnu əda etb Azuqə, minik, dostlar, güc, cavanlıq və mal-dövlətinə güvənmə. Heç vaxt onlar sənin üçün düşmən və əzab vasitəsi olmasınlar. Həqiqətən hər kəs başqa bir şeyə güvənən halda, Allah rizasını iddia etsə, Allahdan başqa heç bir kəsin qüdrət və tədbirə malik ola bilmədiyini başa düşsün deyə Allah-taala o şeyi onun üçün düşmən və əzab qərar verər.
    Həmçinin qayıdışa ümidi olmayan kimi hazır ol. Dostlarınla yaxşı rəftar edib, həmişə ilahi vacib əməllərin vaxtları, həzrət Peyğəmbərin (s) davranışları, həmçinin səbr, dözüm, şükr, mehribanlıq, hər bir zamanda sənə vacib halda öz azuqəndən keçib, onu başqasına bağışlamaq kimi ədəb qaydalarına riayət et.
    Daha sonra xalis tövbə suyu ilə günahlarını yuyub, doğruluq, səfa və ilahi təvazökarlığı və qorxusu olan ehramı bağla. Səni Allah yadı və itaətindən saxlayan hər bir şeyi özünə haram et. Dediyin ləbbəyk sözü möhkəm ilahi ipindən yapışan halda Allahın çağırışına pak və təmiz sayılan cavab olsun.
    Müsəlmanlarla birlikdə Kəbənin ətrafında təvaf etdiyin kimi, qəlbinlə də mələklərlə birlikdə ərşin ətrafında təvaf et. Hərvlə (qaçmağınla) öz nəfsani istəyindən qaçıb, bütün güc və bacarığından uzaqlaş. Minaya tərəf çölə çıxmağınla birgə qəflət və günahlarından xarix ol. Sənə halal olmayan və layiq olmadığın şeyləri istəmə. ərəfatda öz günahlarına etiraf edib, Allahınla (tövhid və yeganə Allaha pərəstiş etmək) əhdini təzələ və yəqinliklə Müzdələfədə Allaha yaxınlığı axtar.
    Dağdan yuxarı qalxmaqla yanaşı ruhunu da uca mələkut (aləminə) qaldır və qurbanlıq edərkən, həvəs və tamahının damarını da kəs. Çəmərələrə daş vurmaqla şəhvət, alçaqlıq və xoşagəlməzliyi (özündən) uzaqlaşdır.
    Başını qırxmaqla aşkar və gizlin (olan) eyblərini aradan apar və Allah evinə gəlməklə, Allahın amanı və himayəsi, həmçinin işlərinin Onun öhdəsində olması ilə daxil ol. Kəbəni isə Onun sahibinin böyüklüyü və habelə Onun əzəmət və qüdrətinin mərifətinə inanan halda ziyarət et.
    İlahi qismətə razılıq və Onun ucalığı qarşısında təvazökar olan halda Qara daşa əl vur və vida təvafı ilə Ondan başqa bütün şeylərlə vidalaş. Səfa dağında durmaqla öz ruhunu və daxilini Allah-taala ilə görüş günü üçün təmizləyib, cilalandır. Mərvə dağının yanında isə mürüvvətli və gözəl xüsusiyyətlərə malik ol. Və öz həccinin bu şərtləri və Pərvərdigarın ilə əhd bağlayıb özünə vacib etdiyin (vədlər və əhdlərə) Qiyamət gününədək vəfalı ol».776
    724. Seyyid Əbdullh «Şərhun-nuxbə» kitabında yazmışdır ki, ...imam Səccad əleyhissalam həccdən qayıtdıqda, Şibli (adlı bir səhabə) o həzrəti qarşıladı. Həzrət (ə) ondan soruşdu: «Şibli! Həcc əməlini əncam verdinmi?» Dedi: Bəli, ey peyğəmbər övladı.
    Həzrət (ə) soruşdu: «Miqatda yerə enib, tikilmiş paltarlarını soyunaraq qüsl etdinmi?» Dedi: Bəli.
    Həzrət (ə) soruşdu: «Miqatda yerə endikdə, günahkarlıq paltarlarını soyunub, itaət paltarlarını geyinməyi niyyət etdinmi?» Dedi: Xeyir. Həzrət (ə) soruşdu: «Tikilmiş paltarları soyunduqda, özünü riyakarlıq, nifaq (ikiüzlülük) və şübhələrə daxil olmaqdan üryan etməyə niyyət etdinmi?» Dedi: Xeyir.
    Həzrət (ə) buyurdu: «Beləliklə, nə Miqatda yerə enmiş, nə tikilmiş paltarları soyunmuş və nə də qüsl etmisən!
    Həzrət imam Səccad əleyhissalam daha sonra soruşdu: «Təmizlik edib, ehram bağlayarq həcc üçün niyyət etdinmi?» Dedi: Bəli.
    Həzrət (ə) soruşdu: «Təmizlik edib, ehram bağlayarq həcc üçün niyyət edərkən xalis tövbə nurası ilə özünü paklaşdırmaq niyyəti də etdinmi?» Dedi: Xeyir.
    Həzrət (ə) soruşdu: «Ehram bağlayarkən Allahın haram etdiyi bütün işləri özünə haram etməyi niyyət etdinmi? Dedi: Xeyir.
    Həzrət (ə) soruşdu: «Həcc niyyəti edərkən, bütün qeyri-İlahi düyünləri açmaq niyyətini etdinmi?» Dedi: Xeyir.
    Həzrət (ə) buyurdu: «Beləliklə nə təmizlik etmiş, nə ehram bağlamış, nə də həcc niyyəti etmisən!»
    O həzrət (ə) daha sonra soruşdu: «Miqata daxil olub, iki rəkət ehram namazı qılaraq "ləbbəyk” dedinmi?» Dedi: Bəli.
    Həzrət (ə) soruşdu: «Miqata daxil olarkən, ziyarət niyyətində olmağını niyyət etdinmi?» Dedi: Xeyir.
    Soruşdu: «İki rəkət namaz qıldıqda, - əməllərin üstünü və bəndələrin yaxşı əməllərinin daha ucası sayılan – namazla Allaha yaxınlaşmaq niyyətini etdinmi?» Dedi: Xeyir.
    Soruşdu: «Ləbbəyk deyərkən (yalnız Allahın itaəti yolunda danışıb) hər bir günahdan susmağını niyyət etdinmi?» Dedi: Xeyir.
    Həzrət (ə) buyurdu: «Beləliklə nə Miqata daxil olmuş, nə namaz qılmış və nə də ləbbəyk demisən!»
    O həzrət (ə) daha sonra soruşdu: «Hərəmə daxil olub, Kəbəni görərək namaz qıldınmı?» Dedi: Bəli.
    Soruşdu: «Hərəmə daxil olduqda hər bir müsəlmanın qeybətini özünə haram etməyi özünə niyyət etdinmi?» Dedi: Xeyir.
    Soruşdu: «Məkkəyə çatdıqda Allahı niyyət etməyi qəlbində niyyət etdinmi?» Dedi: Xeyir. Həzrət buyurdu: «Beləliklə nə hərəmə daxil olmuş, nə Kəbəni görmüş, nə də namaz qılmısan!
    Daha sonra soruşdu: «Kəbəni təvaf edərək, sütunlara əl vurub (Səfa və Mərvə dağları arasında) səy etdinmi?» Dedi: Bəli. Soruşdu: «Səy edərkən Allaha tərəf qaçdığını niyyət etdinmi?» Və bilikli Allah qeybdən bunu səndən tanıdımı?» Dedi: Xeyir. Həzrət (ə) buyurdu: «Beləliklə nə Kəbəni təvaf etmiş, nə sütunlara əl vurmuş və nə də səy etmisən».
    Həzrət (ə) daha sonra soruşdu: «Qara daşa əl qoydunmu? İbrahim məqamında durdunmu? Və iki rəkət namaz qıldınmı?» Dedi: Bəli. [Elə burada imam Səccad əleyhissalam fəryad çəkdi və az qaldı ki, dünyadan getsin]. O həzrət daha sonra buyurdu: Ah! Ah! Qara daşa əl qoyan şəxs Allah-taala ilə görüşmüşdür. Beləliklə ey çarəsiz, yaxşı bax ki, hörməti böyük olan işin savabını xarab etməyib, bu əl verməyi (beyti) günahkarlar kimi günah əncam verməklə sındırmayasan». Sonra soruşdu: «İbrahim (ə) məqamı yanında durduqda, hər bir itaət (yolunda) möhkəm qalıb, günahkarlıqdan üz döndərməyini niyyət etdinmi?» Dedi: Xeyir. Soruşdu: «Orada iki rəkət namaz qıldıqda, İbrahim (ə) kimi namaz qılıb, öz namazınla şeytanın burnunu (yerə) sürtməyi niyyət etdinmi?» Dedi: Xeyir. Həzrət (ə) buyurdu: «Beləliklə nə Qara daşa əl qoymuş, nə İbrahim (ə) məqamında durmuş və nə də orada iki rəkət namaz qılmısan!» Sonra belə soruşdu: «Zəmzəm quyusunun başına gedib, ondan içdinmi?» Dedi: Bəli. Soruşdu: «Allah itaətinə üz gətirib, günahdan göz yummağını niyyət etdinmi?» Dedi: Xeyir. Həzrət (ə) buyurdu: «Beləliklə nə Zəmzəm (quyusunun) başına getmiş və nə də onun suyundan içmisən!»
    Daha sonra soruşdu: «Səfa və Mərvə arasında səy edərək o iki dağın arasında yeridinmi?» Dedi: Bəli. Soruşdu: «Qorxu və ümüd arasında olduğunu niyyət etdinmi?» Dedi: Xeyir. Həzrət (ə) buyurdu: «Beləliklə, nə səy etmiş, nə yol getmiş və nə də Səfa və Mərvə arasında get-gəl etmisən!»
    Sonra soruşdu: «”Mina”ya tərəf getdinmi?» Dedi: Bəli. Soruşdu: «Xalqı öz dilin, qəlbin və əlində asayişdə qoymağını niyyət etdinmi?» Dedi: Xeyir. Həzrət (ə) buyurdu: Beləliklə Minaya getməmisən!» Sonra soruşdu: «Ərəfatda dayanıb, "Cəbəlur-Rəhmət” (Rəhmət dağının) üstünə getdinmi? Nəmirə vadisini tanıyıb, Cəmərələr kənarında Sübhan Allahı çağırdınmı?» Dedi: Bəli.
    Soruşdu: «Ərəfatda dayanmaqla Allahın mərifətlər və biliklər işinə olan agahlığını, Allah-taalanın sənin əməl kitabını alacağını və habelə daxilin və qəlbində olanlardan agah olduğunu düşündünmü?» Dedi: Xeyir. Soruşdu: «”Cəbəlur-Rəhmət”ə qalxarkən Allahın bütün imanlı kişi və qadını bağışlaması və hər bir müsəlman kişi və qadına başçılıq etməsini niyyətindən keçirdinmi?» Dedi: Xeyir. Soruşdu: Nəmirə vadisinin yanında fərmanı yerinə yetirməmiş fərman verməməyin və özün pərhiz etməyincə nəhy etməməyini niyyət etdinmi?» Dedi: Xeyir. Həzrət (ə) buyurdu: «Beləliklə nə Ərəfatda dayanmış, nə Cəbəlur-Rəhmətin üstünə çıxmış, nə Nəmirəni tanımış, nə dua etmiş və nə də Nəmiratın kənarında durmusan!»
    O həzrət (ə) daha sonra soruşdu: «İki əlamət arasından keçib və oradan keçməzdən qabaq iki rəkət namaz qıldınmı? Müzdəlifəyə gedib, orada xırda daşlar yığdınmı? Məşərul-həramdan keçdinmi?» Dedi: Bəli. Soruşdu: «İki rəkət namaz qılarkən o namazın onuncu günün şükr namazı olduğu və habelə hər bir çətinliyi aradan apararaq, hər bir asanlığı gətirməsini niyyət etdinmi?» Dedi: Xeyir. Soruşdu: «İki əlamətin arasından keçib, sağ və sol tərəflərinə nəzər salmayarkən, haqq (olan) dindən sağ və sol (tərəflərinə) üz döndərməməyini niyyət etdinmi?» Dedi: Xeyir. Soruşdu: «Müzdəlifəyə gedərkən oradan xırda daşlar yığdıqda, hər bir günah və nadanlığı özündən uzaqlaşdıraraq, özündə hər bir elm və saleh əməli adətə çevirməyini niyyət etdinmi?» Dedi: Xeyir. Soruşdu: «Məşərul-həramdan keçdikdə qəlbini təqva əhli və Allahdan qorxanların görnüşü ilə bəzəməyini niyyət etdinmi?» Dedi: Xeyir. Həzrət (ə) buyurdu: «Beləliklə nə iki əlamətin (yanından) keçmiş, nə iki rəkət namaz qılmış, nə Müzdəlifəyə getmiş, nə ondan xırda daşlar yığmış və nə də Məşərul-həramdan keçmisən!» Sonra (yenidən) soruşdu: «Minaya çatıb xırda daşlar atdınmı? Başını qırxdırıb, qurbanlığını kəsdinmi? "Xif” məscidinda namaz qılıb, Məkkəyə qayıdaraq "köçmək təvafını” əncam verdinmi?» Dedi: Bəli. Həzrət (ə) buyurdu: «Minaya çatıb, cəmərələrə daş vurduqda, istəyinə çatmağın və Allahın sənin bütün hacətlərini həyata keçirməsini niyyət etdinmi?» Dedi: Xeyir.
    Həzrət (ə) soruşdu: «Cəmərələrə xırda daş vurarkən, düşmənin olan İblisə daş vurub, bütün dəyərli həccinlə onu qəzəbə gətirdiyini niyyət etdinmi?» Dedi: Xeyir. Soruşdu: «Başını qırxdırdıqda, çirkinliklər, xalqın qalıqları və habelə anan səni dünyaya gətirən gün kimi günahalardan çıxıb, pak olduğunu niyyət etdinmi?» Dedi: Xeyir. Soruşdu: «”Xif” məscidində namaz qılarkən yalnız Allah-taala və öz günahından qorxub, məhz Allah rəhmətinə ümidvar olduğunu niyyət etdinmi?» Dedi: Xeyir. Soruşdu: «Qurbanlığını kəsərkən, tamah boğazını pərhizkarlıq həqiqəti ilə kəsdiyini, həmçinin öz ürəyinin meyvəsi və qəlbinin gözəl ətirli gülü olan övladını qurban yerinə gətirib onu gələcək nəsil üçün bir sünnə və Allaha yaxınlıq vasitəsi qərar verən Həzrət İbrahim əleyhissalamın sünnəsindən itaət etdiyini niyyətindən keçirdinmi?» Dedi: Xeyir. Soruşdu: «Məkkəyə qayıdıb "köçmək təvafı”nı əncam verərkən, Allah rəhmətindən köçüb, onun itaətinə qayıtmağın və habelə Onun məhəbbətindən əl ataraq, vacib göstərişlərini əncam verməyin və Allaha yaxınlığına çatmağını niyyət etdinmi?» Dedi: Xeyir.
    Həzrət imam Səccad əleyhissalam ona buyurdu: «Beləliklə nə Minaya çatmış nə daş atmış, nə başını qırxmış, nə öz həcc əməllərini əncam vermiş, həmçinin nə "Xif” məscidində namaz qılmış, nə (köçmək təvafını) yerinə yetirmiş və nə də Allah yaxınlığına çatmısan. Geri qayıt, çünki sən həcc əməlini əncam verməmisən.
    Şibli həcc əməllərində etdiyi səhlənkarlıqlarına görə ağlamağa başladı. O, bu göstərişləri ardıcıl olaraq öyrənir və bir ildən sonra mərifət və yəqinliklə həcc əməlini əncam verdi».777
    HƏCCDƏN SONRA ƏNCAM VERİLMƏSİ LAYİQ OLAN ƏMƏLLƏR
    1. Allah evi ilə vidalaşmaq:
    725. Əbu İsmayıl nəql etmişdir ki, imam Sadiq əleyhissalama ərz etdim: Sizə fəda olum! Mən hal-hazırda Məkkədən xaric oluram. Allah evi ilə haradan vidalaşım? Həzrət (ə) buyurdu: «Qara daş ilə Kəbənin qapısı arasında yerləşən Kəbə divarının kənarına gedib, oradan vidalaşır və daha sonra çölə çıxaraq Zəmzəm suyundan içir və gedirsən.» Ərz etdim: Zəmzəm suyundan başıma da tökümmü? Həzrət (ə) buyurdu: «Belə bir işə yaxınlaşma!»778
    726. Qusəm ibni Kəb nəql etmişdir ki, imam Saddiq əleyhissalam mənə buyurdu: «Ardıcıl olaraq həccə gedirsənmi?» Dedim: Bəli. Həzrət (ə) buyurdu: «Kəbə ilə son görüşündə əlini onun qapısına qoyaraq belə de: "Əl-miskinu əla babikə, fətəsəddəq ələyhi bil-cənnəti”-Yəni; İlahi! Bir miskin bəndə Sənin qapının astanasındadır. Beləliklə, Behişti ona əta et».779
    727. Müaviyətibni Əmmar nəql etmişdir ki, həzrət imam Sadiq əleyhissalam buyurdu: «Məkkədən xaric olub, ailənin yanına qayıtmaq istədikdə, Kəbə ilə vidalaşıb, yeddi dəfə təvaf et. İmkanın olduqda hər dövrdə Qara daş və Rükni-Yəmaniyə əl çək, əks təqdirdə isə hər təvafın əvvəli və sonunda belə et. Əgər buna da imkanın çatmazsa, azarsan.
    Daha sonra Müstəcarın yanına gedir və Məkkəyə daxil olduğunu ilk gündə əncam verdiyin işləri (yenidən) əncam verir və bundan sonra özün üçün istədiyin hər bir duanı oxuyursan.
    Daha sonra Qara daşa əl vurub öz qarnını Allah evinə yapışdır. Bir əlini Qara daşa, digər əlini isə qapıya tərəf qoyub, Allah-taala üçün həmd və səna de. Həmçinin Məhəmməd və onun Əhli-beytinə salavat göndərərək belə de:
    «Allahummə səlli əla Muhəmmədin əbdikə və rəsulikə və nəbiyyikə və əminikə və həbibikə və nəciyyikə və xiyərətikə min xəlqik.
    Allahummə əqlibni muflihən, muncihən, mustəcabən li biəfzəli ma yərciu bihi əhədun min vəfdikə minəl-məğfirəti vəl-bərəkəti vər-rizvani vəl-afiyəh.
    Allahummə in əməttəni fəğfirli və in əhyəytəni fərzuqnihi min qabil. Allahummə la təcəlhu axirəl-əhdi min bəytik.
    Allahummə inni əbdukə vəbnu əbdikə vəbnu əmətik, həməltəni əla dəvvabikə və səyyərtəni fi biladikə hətta əqdəmtəni hərəməkə və əmnəkə və qəd kanə fi husni zənni bikə ən təğfirə li zunubi fəin kuntə qəd ğəfərtə li zunubi, fəzdədənni rizən və qərribni iləykə zulfa, la tubamdni və in kuntə ləm təğfir li fə minəl-anə fəğfirli qəblən tənəya ən bəytikə dari. Fəhaza əvanun-sirafi-inkuntə əzintə li ğəyrə rağibin ənkə və la ən bəytikə və la mustəbdilin bikə və la bih. Allahumməhfəzni min bəyni yədəyyə və min xəlfi və ən yəmini və ən şimali hətta tubəlliğəni əhli, fə iza bəlləğtəni əhli fəkfini məunətə ibadikə və iyali fəinnəkə və muyuzalikə min xəlqikə və minni.»
    Daha sonra Zəmzəm quyusuna yaxınlaşaraq onun suyundan içib çölə çıx və belə de:
    «Aibunə taibunə abidunə li-rəbbina hamidunə, ila rəbbina rağibunə, iləllahi raciunə inşaallah.»
    Həqiqətən imam Sadiq (ə) Allah evi ilə vidalaşıb, Məscidul-həramdan xaric olmaq istədikdə, məscidin qapısı kənarında uzun müddət səcdədə qaldı və sonra ayağa qalxıb xaric oldu.780
    728. İbrahim ibni Əbi-məhmud nəql etmişdir ki, imam Kazim əleyhissalamı Allah evi ilə vidalaşan halda gördüm. O həzrət (ə) məsciddən xaric olmaq istədikdə, səcdəyə düşdü və daha sonra ayağa qalxıb üzünü Kəbəyə tutaraq belə dedi:
    «Allahummə inni ənqəlibu əla ənla ilahə illa əntə.»781
    729. Əlliyyibni Məhziyar nəql etmişdir ki, 215-ci Hicri-qəməri ilində imam Cavad (ə)-ı gördüm ki, günəş çıxdıqdan sonra Allah evi ilə vidalaşdı. O həzrət (ə) Allah evini yeddi dəfə təvaf edib hər dövrədə rükni-yəmaniyəyə əl çəkir yeddinci dövrdə isə rükni-yəmani və qara daşa əl çəkərək əlini üzünü çəkirdi. Sonra İbrahim (ə) məqamının yanına gəlib onun arxasında iki rəkət namaz qıldı. Bundan sonra Kəbəni arxası — olan Mültəzəmə gəlib, paltarını kənara çəkib özünü Allah evinə yapışdırdı. O həzrət (ə) uzun müddət dua edərək bu halda qaldıqdan sonra «Hənnatin» qapısından xaric oldu.
    Həmçinin o həzrəti (ə) 217-ci Hicri ilində gördüm ki, gecə çağı Allah evi ilə vidalaşır və hər təvaf dövründə rükni-yəmani və qara daşa əl çəkirdi. Yeddinci dövrədə isə Kəbə arxasında, rükni-yəmaninin yaxınlığı və Müstətil daşının üstündə özünü Allah evinə yapışdırdı. Sonra qara daşa tərəf gedib, onu öpərək əlini ona çəkdi. Daha sonra İbrahim (ə) məqamına tərəf gedərək onun arxasında namaz qıldıqdan sonra getdi və geri qayıtmadı. O həzrət (ə) Mültəzəm kənarında durduğu müddətdə səhabələrdən bəzisi yeddi dövrə, bəzisi isə səkkiz dövrə təvaf etdilər.782
    2. Mədinəyə getmək:
    730. Əhməd ibni Əbdillah atasından nəql etmişdir ki, Həzrət imam Baqir əleyhissalamdan soruşdum: Ziyarəti Mədinədən başlayım, yoxsa Məkkədə? Həzrət (ə) buyurdu: Məkkədən başlayıb Mədinədə qurtar ki, bu daha üstündür.783
    731. Həzrət imam Baqir əleyhissalam buyurub: Ziyarətinizi Məkkədən başlayın və bizi ziyarət etməklə sona çatdırın.784
    3. Tez qayıtmaq:
    732. Həzrət Peyğəmbər (s) buyurub: Sizlərdən biri öz həcc əməlini əncam verdikdə, ailəsinə tərəf tez qayıtsın. Çünki bu iş onun savabını çoxaldır.785
    733. Həzrət Peyğəmbər (s) Məkkədən qalmağın müddəti barədə buyurub: Camaat getdikdən sonra mühacir üçün üç gündür.786
    734. Həzrət Peyğəmbər (s) buyurub: Mühacir (başqa şəhərdən həccə gələn şəxs) öz həcc əməlini əncam verdikdən sonra orada üç gün qalır.787
    735. Həzrət imam Sadiq əleyhissalam buyurub: Həcc əməllərini qurtardıqdan sonra evə qayıt. Çünki bu iş səni həccə qarşı daha çox şövqləndirir.788
    4. Sədəqə vermək:
    736 Həzrət imam Sadiq əleyhissalam buyurub: Həcci əncam verən şəxs öz əməllərini qurtarıb xaric olmaq istədikdə həcc əsnasında bədənini qaşımaq (ağcaqanadın) düşməsi də bu kimi işlərin vasitəsilə boynuna gələn günahın kəffarəsi olsun deyə, bir dirhəmlik xurma alıb onu sədəqə verməsi layiqlidir.789
    737 Həzrət imam Sadiq əleyhissalam buyurub: Məkkəyə daxil olarkən bir dirhəmlik xurma alıb onu ömrə əməlinin ehram halında səndən baş vermiş günahlar üçün sədəqə ver. Həmçinin öz həcc əməlini sona çatdırdıqdan sonra və Mədinəyə daxil olarkən bir dirhəmlik xurma alıb, onları sədəqə ver.790
    738. Həzrət imam Sadiq əleyhissalam buyurub: Kişi və qadın üçün Məkkədən xaric olmazdan qabaq ehram halı və Allah hərəmində olarkən onlardan baş vermiş günahlara görə bir dirhəmlik xurma alıb sədəqə verməsi müstəhəbdir.791
    5. Sovqat:
    739. Həzrət imam Sadiq əleyhissalam buyurub: Həcc sovqatı həccdən sayılır.792
    740. Həzrət imam Sadiq əleyhissalam buyurub: Sovqat həcc səfərinin xərcindəndir.793
    HƏCCDƏN QAYITDIQDAN SONRA ƏNCAM VERİLMƏSİ LAYİQLİ OLAN İŞLƏR
    1. Günahları tərk etmək:
    741. . Həzrət Peyğəmbər (s) buyurub: Həccin qəbul olunma səbəbi budur ki, bəndə əvvəllər əncam verdiyi günahları tərk etsin.794
    742. . Həzrət Peyğəmbər (s) buyurub: Həccin qəbul olunma əlamətlərindən biri də hacının əncam verdiyi günahlardan qayıtmasından ibarətdir. Bu da həcc əməlinin qəbul olunma əlamətidir. Amma həccdən qayıtdıqdan sonra əvvəlki kimi zinakarlıq, ya xəyanət və ya günah çirkabında batmış olarsa, onun həcci özünə qaytarılar (və qəbul olunmaz).795
    2. həccdən gəlmiş hacı ilə görüşmək:
    743. . Həzrət Peyğəmbər (s) buyurub: Həccdən qayıtmış hacı ilə görüşdükdə ona salam verib, onunla qucaqlaş və evinə daxil olmazdan qabaq sənin üçün Allahdan bağışlanmağı diləməsini ondan istə, çünki onun özü bağışlanmışdır.796
    744. Həzrət imam Əli əleyhissalam buyurub: Din qardaşın Məkkədən qayıtdıqda onun iki gözünün arası və qara daşı öpdüyü ağzını öp ki, Həzrət Peyğəmbər (s) də qara daşı öpmüşdür.
    Həmçinin Allah evinə baxdığı gözünü, alnını və üzünü də öp. Hacıya təhniyət demək istədikdə belə deyin: Allah ibadətlərini qəbul və səyinə rəhm etsin. Çəkdiyin xərcinin əvəzini verib, bu həcci sənin üçün evinin son görüşü qərar verməsin.797
    745. Əbdül-vəhhab ibni Səbah atasından nəql etmişdir ki, Həzrət imam Sadiq əleyhissalamın xidmətçisi Məkkədən gələn Əhdəb adlı bir şəxs ilə görüşərək ona dedi: Allaha şükr olsun ki, yolunu asan və yol göstərənini hidayət edib sənin salamat, həmçinin həcc əməlin sona yetmiş və vüstətə kömək edən halda qaytardı. Allah-taala bu həcci səndən qəbul edib çəkdiyin xərclərin əvəzini versin və həcc əməlini qəbul olunmuş və günahlarını paklaşdıran əməllərdən qərar versin.
    Bu söz imam Sadiq (ı)-a çatdıqda ona buyurdu: Nə demisən? Əhdəb o duanı bir daha təkrar etdi və həzrət (ə) ondan soruşdu: Bu duanı sənən kim öyrədib? Dedi: Həzrət Kazim (ə) onu mənə öyrətmişdir. İmam Sadiq (ə) ona buyurdu: Yaxşı bir şeyi öyrətmişir. Həccdən qayıdan din qardaşlarından birini görüdkdə ona bu cür dua et. Həqiqətən hidayət yalnız bizim vasitəmizlə hidayətdir. Onlarla görüşdükdə isə özlərinin deyən duanı de.798
    746. Həzrət imam Səccad əleyhissalam buyurub: Həcc və ömrədən qayıdan şəxslərə günaha batmazdan qabaq salam verib görüşün.799
    747. Həzrət imam Səccad əleyhissalam buyurub: Ey həccə getməyənlər! Həccdən qayıdan şəxsin gəlişini müjdə verib onlarla görüşün (və onlara hörmət edin) ki, bu işi sizə lazımdır və belə olan halda onların savabı ilə şərik olacaqsınız.800
    748. Həzrət imam Baqir əleyhissalam buyurub: Həcc və ömrə əməllərini əncam verənlərə hörmət edin. Çünki bu iş sizə lazımdır.801
    749. Həzrət imam Sadiq əleyhissalam buyurub: Həccdən gəlmiş şəxsin görüşünə gedib onunla görüşən şəxs, sanki qara daşa əl vurmuşdur.802
    750. Həzrət imam Sadiq əleyhissalam buyurub: Həccdən qayıtmış və toz içində olan hacı ilə qucaqlaşan şəxs sanki qara daşa əl vurmuşdur. 803
    Category: Quran və hədis baximindan həcc və ömrə əməlləri | Added by: Islam_Kitabxanasi
    Views: 892 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024