İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:17 PM
    İYİRMİ BEŞİNCİ DƏRS
    PEYĞƏMBƏRLƏRİN İSMƏT DƏLİLLƏRİ
    –Müqəddimə
    –Peyğəmbərlərin ismətinə əqli dəlillər
    –Peyğəmbərlərin ismətinə nəqli dəlillər
    –Peyğəmbərlərin ismətli olmasının sirləri
    MÜQƏDDİMƏ
    Peyğəmbərlərin günah qarşısında istər qəsdən, istərsə də səhvən olan ismətinə etiqad şiələrin məşhur və danılmaz əqidələrindən biridir. Bunu məsum imamlar (ə) öz ardıcıllarına təlim vermiş və bu barədə müxaliflər qarşısında müxtəlif bəyanlarla dəlil gətirmişlər. Onların bu barədə gətirdiyi elmi mübahisələrin ən məşhuru imam Rzanın (ə) hədis və tarix kitablarında qeyd olunan mübahisəsidir.
    Amma adi və mübah işlərdə səhv və unutqanlıqların inkar olunması məsələsinə gəldikdə isə bir qədər ixtilaf gözə dəyir və Əhli-beytdən (ə) nəql olunan rəvayətlərin zahiri də ixtilafsız deyildir. Onların barəsində dərin tədqiqat aparmaq geniş vaxt tələb edir. Hər bir halda onu zəruri etiqadlardan biri kimi qələmə vermək olmaz. Amma peyğəmbərlərin isməti üçün qeyd olunan dəlillər iki dəstəyə bölünür:
    1.Əqli dəlillər
    2.Nəqli dəlillər
    Bunların içərisində ən çox nəqli dəlillərə etimad olunur. Biz burada iki əqli dəlili qeyd etdikdən sonra bəzi Quran ayələrini də qeyd edəcəyik.
    PEYĞƏMBƏRLƏRİN İSMƏTİ BARƏSİNDƏ ƏQLİ DƏLİLLƏR
    Peyğəmbərlərin günaha mürtəkibolma qarşısında ismətinin zəruri olması barədə birinci əqli dəlil bundan ibarətdir ki, onların besətində əsas hədəf bəşəriyyətin Allah tərəfindən təyin olunan həqiqət və vəzifələrə doğru hidayət edilməsidir və onlar həqiqətdə Allahın insanlar arasında olan nümayəndələridir ki, başqalarını düz yola hidayət etməlidir. Deməli, əgər bu nümayəndələr ilahi göstərişlərə laqeyd yanaşsalar və öz vəzifələrinin əksinə əməl etsələr, camaat onların əməl və rəftarlarının dediklərinə zidd olduğunu görəcək, artıq onların sözlərinə lazımi qədər etimad etməyəcək və nəticədə onların besətində nəzərdə tutulan hədəf, ümumiyyətlə, həyata keçməyəcəkdir. Deməli, Allahın hikmət və mərhəməti peyğəmbərlərin pak, günah qarşısında məsum, hətta səhv və unutqanlıq üzündən belə, yaramaz işlər baş verməyən şəxslər olmasını tələb edir ki, camaat səhv və unutqanlıq iddiasını günaha mürtəkib olmaq üçün bir bəhanə qərar verdiklərini güman etməsinlər.
    Peyğəmbərlərin ismətinə ikinci əqli dəlil budur ki, onlar öz risalətlərini və vəhyin möhtəvasını camaata çatdırıb onlara düz yolu göstərməyə, eləcə də onların ruhən və mənən təlim-tərbiyəsinə, aludəliklərdən təmizlənməsinə, istedadlı şəxsləri insaniyyətin kamal mərhələsinə çatdırmağa vəzifəlidirlər. Başqa sözlə, onlar təlim və yol göstərmək vəzifəsindən əlavə insanları tərbiyə edib onlara yol göstərməyi də öhdələrinə almışlar. Bu özü də cəmiyyət fərdlərinin ən görkəmli və ən istedadlı şəxslərinə şamil olan hərtərəfli tərbiyədən ibarətdir. Belə bir məqam yalnız özləri insani kamalın ən yüksək dərəcələrinə çatan və nəfsani səciyyələrin (ismət məlakəsinin) ən kamil həddinə malik olan kəslərə layiqdir.
    Bundan əlavə, əsas etibarı ilə bir mürəbbinin başqalarını tərbiyə edərkən özündən göstərdiyi davranış və rəftarın rolu onun sözündən daha mühümdür. Rəftar və davranış baxımından müəyyən nöqsanlı hallara və çatışmazlıqlara malik olan bir şəxsin sözləri də gözəl nəticələr və təsirlər qoymayacaqdır. Deməli, Allahın, peyğəmbərləri cəmiyyətin tərbiyəçiləri və mürəbbiləri ünvanı ilə göndərməkdə hədəfi yalnız o zaman kamil şəkildə həyata keçəcəkdir ki, onlar əməldə, rəftarda və danışıqda hər növ sapmadan, günahdan uzaq olsunlar.
    PEYĞƏMBƏRLƏRİN İSMƏTİNƏ NƏQLİ DƏLİLLƏR
    1.Qurani-kərim insanlardan bir qrupunu müxləs (Allah üçün xalis olunmuş) adlandırır("Əraf” surəsi, ayə:68, "Şüəra” surəsi, ayə:107, 125, 143, 162, 178, 198. "Duxan” surəsi, ayə:18, "Təkvir” surəsi, ayə:20, 21, "Nəcm” surəsi, ayə:5; "Haqqə” surəsi, ayə:44-47; "Cin” surəsi, ayə:26-28 ) ki, hətta İblisin belə onları aldatmağa ümidi yoxdur. Belə ki, o, Adəm övladlarını aldadıb yoldan çıxaracağına dair and içdiyi zaman müxləsləri istisna etmişdir. "Sad” surəsinin 82-83-cü ayələrində İblisin dilindən belə deyilir:
    "İblis dedi: (Pərvərdigara!) Sənin izzətinə and olsun, onların hamısını aldadıb yoldan çıxarcağam, yalnız Sənin müxləs bəndələrindən başqa.”
    Şübhəsiz, İblisin onları azdırmağa ümidi olmaması onların azğınlıq və aludəlik cəhətindən toxunulmaz və ismətli olduğuna görədir. Əks halda, onun düşmənçiliyi peyğəmbərlərə də şamil olar və əgər belə olmasaydı, onları azdırmaq fikrindən heç vaxt əl çəkməzdi.
    Deməli, müxləsin mənası məsumla bərabər olacaqdır. Bu sifətin yalnız peyğəmbərlərə aid olmasına heç bir dəlil mövcud deyil, amma, buna baxmayaraq onlara da şamil olur. Belə ki, Quran peyğəmbərlərdən bir qrupunu müxləs hesab etmişdir. "Sad” surəsinin 45-46-cı ayələrində buyurulur:
    "Bizim bəndəmiz İbrahimi, İshaqı, Yəqubu yada sal. Onlar əl (qüdrət) və bəsirət sahibi idilər. Biz onları xalis etdik...”
    "Məryəm” surəsinin 51-ci ayəsində buyurulur:
    "Kitabda Musanı zikr et. Həqiqətən o müxləs, rəsul və nəbi idi.”
    Həzrət Yusifin günaha düşməyin ən ağır şəraitlərində olmasına baxmayaraq, günahdan amanda qalmasının səbəbi onun müxləs olması hesab edilir. "Yusif” surəsinin 24-cü ayəsində belə buyurulur:
    "Beləliklə, Biz ondan pisliyi və yaramaz işləri kənarlaşdırdıq. Həqiqətən o, Bizim müxləs bəndələrimizdən idi.”
    2.Qurani-kərim peyğəmbərlərə mütləq şəkildə itaət etməyi vacib bilmişdir. O cümlədən "Nisa” surəsinin 63-cü ayəsində buyurulur:
    "Biz hər bir peyğəmbəri göndərdiksə, yalnız Allahın izni ilə itaət olunsun deyə (göndərdik).”
    Onlara mütləq şəkildə itaət edilməsi o zaman səhih ola bilər ki, Allaha itaət etmək məqsədilə olsun və onlara itaət edilməsi Mütəal Allaha itaət etməklə zidd olmasın. Əks halda Allah-taalaya mütləq şəkildə itaət əmri verilməsi ilə xəta və inhiraf ərəfəsində olan şəxslərə mütləq şəkildə itaət edilməsinə əmr edilməsi ziddiyyətə gətirib çıxarar.
    3.Qurani-kərim ilahi mənsəbləri o kəslərə aid edir ki, onlar zülmə aludə olmasınlar. İbrahim (ə) imamət məqamının öz övladlarına da çatmasını Allahdan istədikdə cavabında buyuruldu:
    "Mənim əhdim zalımlara çatmaz.”(Diqqət yetirmək lazımdır ki, müxləs kəlməsi müxlisdən fərqlənir. Birinci kəlmə göstərir ki, Allah bir şəxsi xalis etmişdir. İkincinin mənası budur ki, bir şəxs öz əməllərini ixlas üzündən yerinə yetirir. )
    Bildiyimiz kimi, hər bir günah ən azı nəfsə zülm etmək sayılır və Quranın istilahında hər bir günahkar şəxs zalım adlandırılır. Deməli, peyğəmbərlər, yəni ilahi məqam, nübüvvət və risalət sahibləri hər növ zülm və günahdan amanda olmalıdırlar.
    Digər ayələrdən və nəql olunan çoxlu rəvayətlərdən də peyğəmbərlərin ismətli olmasını aydınlaşdırmaq olar ki, onları burada qeyd etmirik.
    PEYĞƏMBƏRLƏRİN İSMƏTİNİN SİRRİ
    Bu dərsin sonunda peyğəmbərlərin ismətinin sirrinə işarə etmək lap yerinə düşərdi. Onların vəhyi almaq məqamında günahsız olmalarının sirri bundan ibarətdir ki, ümumiyyətlə, vəhy idrakı xətaya yol verilən idraklar qəbilindən deyildir. Onu almağa ləyaqət və istedadı olan şəxsdə bir elmi həqiqət vardır ki, hüzuri olaraq onu dərk edir və onun vəhy edən şəxslə olan rabitəsini müşahidə edir, istər mələk bunda vasitə olsun, istərsə də olmasın.(Bəqərə” surəsi, ayə:124. )
    Vəhyi alan şəxsin onu alıb-almamaq barəsində şəkkə düçar olması, yaxud kimin ona vəhy etməsi, vəhyin məzmun və məfhumunun nədən ibarət olması barədə şəkk etməsi qeyri-mümkündür. Amma bəzi saxta hədislərdə qeyd olunan "bir peyğəmbər öz peyğəmbərliyində şəkk etdi”, yaxud "vəhyin məzmununu dərk etmədi”, yaxud da "vəhy edən şəxsi tanımadı” kimi sözlərin hamısı sırf yalandır. Bu kimi batil mətləblər öz varlığında, yaxud öz hüzuri elmində şəkk etməsini deyən şəxsin sözünə bənzəyir!!!
    Amma peyğəmbərlərin ilahi vəzifələrini yerinə yetirmək, yəni Pərvərdigarın sözünü camaata çatdırmaq məqamında ismətinin sirri bir neçə müqəddiməyə bağlıdır:
    Bəşərin ixtiyari işləri belə baş verir: İstənilən işlə bağlı insanın daxilində bir meyl yaranır və müxtəlif amillər nəticəsində təhrik olunur. Şəxs müxtəlif elm və idrakların köməyi ilə istədiyi şeyə çatmaq yolunu ayırd edərək onunla münasib olan bir işə əl atır. Əgər bir-biri ilə zidd olan meyl və keşməkeşlər mövcud olsa, onların ən yaxşısını və ən dəyərlisini seçib götürməyə çalışacaqdır. Lakin bəzi hallarda elmin yetərli olmadığına görə ən yaxşısını seçib dəyərləndirməkdə səhv edir. Yaxud daha yaxşı işdən qafil olması, daha pis işə adət edib onunla ünsiyyətdə olması pis seçimə səbəb olur və düzgün təfəkkür edib ən səlahiyyətlisini seçməyə macal qalmır.
    Deməli, insan həqiqətləri nə qədər yaxşı tanıyıb onlar barəsində agahlıq əldə etsə və daha çox diqqət yetirib daha artıq müqavimət göstərsə, eləcə də batini həyəcan və meyllərinin cilovlanmasında daha güclü iradəyə malik olsa daha yaxşı seçimdən bəhrələnəcək və bir çox sapmalardan və əyintilərdən amanda qalacaqdır.
    Məhz buna görə də istedadlı şəxslər lazımi nəzəriyyə və elmdən bəhrələndiklərinə, səhih tərbiyəyə malik olduqlarına görə fəzilət və kamalın müxtəlif mərtəbələrinə çatır, bəzən ismət sərhədlərinə belə yaxınlaşırlar, hətta günah və çirkin işin fikri belə onların başlarından keçmir. Məsələn, heç bir ağıllı adam öldürücü zəhəri içmək, üfunətli və murdar şeyləri yemək fikrini beynindən keçirməz.
    İndi fərz edək ki, hər hansı bir fərdin həqiqətləri tanımaq üçün istedadları özünün son həddindədir. Onun ruhi səfası və qəlbinin paklığı da ən yüksək səviyyədədir. Qurani-kərimin dili ilə desək, "xalis və zülal zeytun yağı kimi yanmağa hazırdır, sanki odla təmasda olmadan öz-özünə şölə çəkib yanmaq istəyir.” Onlar bu kimi güclü istedadların və zati sifətlərin sayəsində ilahi tərbiyədən bəhrələnir və Ruhul-qudsun vasitəsilə qüvvətləndirilirlər. Belə bir şəxs kamal mərhələlərini vəsfə sığmaz sürətlə qət edib adi insanın yüz ildə ötə biləcəyi yolu ani olaraq ötüb keçir, hətta uşaqlıq çağlarında və ana bətnində belə başqalarından üstün olur. Belə bir şəxs üçün bütün günahların çirkin olması başqalarının zəhər içməsi, murdar və iyrənc şeyləri yeməkdən çəkinməsi qədər aşkardır. Adi bir şəxs belə işlərdən çəkinməkdə məcbur olmadığı kimi məsum şəxsin də günahdan çəkinməsi onun ixtiyarı ilə heç bir ziddiyyət təşkil etmir.
    SUALLAR
    1.Peyğəmbərlərin ismətini əqli dəlillərlə isbat edin.
    2.Quranın hansı ayələri peyğəmbərlərin ismətinə dəlalət edir?
    3.Peyğəmbərlərin vəhy almaq məqamında xətadan uzaq olmasının əsası nədir?
    4.Peyğəmbərlərin günah qarşısında ismətli olması onların ixtiyarı ilə necə düz gələ bilər?
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 683 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024