İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:41 AM
    OTUZUNCU DƏRS
    İNSANLAR VƏ PEYĞƏMBƏRLƏR
    –Müqəddimə
    –İnsanların peyğəmbərlərə qarşı münasibəti
    –Peyğəmbərlərlə müxalifətliyin səbəbləri
    –Peyğəmbərlərlə qarşıdurma üsulları
    –Cəmiyyətin idarə olunmasında bəzi ilahi qanunlar
    MÜQƏDDİMƏ
    Qurani-kərim əvvəlki peyğəmbərləri xatırlayıb parlaq və bərəkətli həyatlarını şərh edərkən, onların nurani tarixlərində istər qəsdən olan, istərsə qəsdən olmayan təhrifləri təmizləmək məqsədi ilə peyğəmbərlərin dəvətləri müqabilində ümmətlərin göstərdikləri reaksiyanı bəyan etməyə çox diqqət yetirmişdir. Bir tərəfdən camaatın ilahi peyğəmbərlər qarşısında sərt mövqe tutaraq müxalifət etmələrinin səbəb və amillərini araşdırır, digər tərəfdən isə peyğəmbərlərin insanları hidayətetmə və tərbiyələndirmə üslublarına, onların küfr, şirk və inhiraf amilləri əleyhinə mübarizələrinə işarə edir. Həmçinin, cəmiyyətin idarə olunmasında, xüsusilə, camaatın peyğəmbərlər müqabilindəki əlaqə cəhətdən mövcud olan ilahi qanunları xatırladır ki, onların hamısı da çox ibrətli dərslərdir.
    Belə bəhslərin etiqadi və kəlami məsələlərlə birbaşa əlaqədar olmamasına baxmayaraq, nübüvvətlə bağlı çoxlu müəmmaları və anlaşılmazlıqları aradan qaldırmasının, həmçinin, insanlara təlim verib onların ruhiyyəsini qurmağın və mühüm tarixi hadisələrdən ibrət almaq əhəmiyyəti baxımından son dərəcə böyük əhəmiyyət kəsb edir. Buna görə də bu dərsdə onların ən mühümlərini qeyd edəcəyik.
    CAMAATIN PEYĞƏMBƏRLƏRƏ MÜNASİBƏTİ
    İlahi peyğəmbərlər qiyam edərək camaatı yeganə Allaha pərəstiş edib Onun göstəriş və əmrlərinə itat etməyə,("Əhqaf” surəsi, ayə:29-32, "Cin” surəsi, ayə:1-14 ) bütlərdən və batil məbudlardan imtina edib şeytani və tağut qüvvələrdən çəkinməyə, zülm, fəsad, günah və çirkin işləri tərk etməyə dəvət etdikləri zaman camaatın müxalifət və inkarları ilə qarşılaşırdılar.("Nəhl” surəsi, ayə:36, "Ənbiya” surəsi, ayə:21, "Fussilət” surəsi, ayə:14, "Əhqaf” surəsi, ayə:21 )Xüsusilə, bu dünyada eyş-işrətlə məşğul olan, dünya malı, öz elm və bilikləri ilə məğrur olan cəmiyyətin sərvətliləri və hakimləri onlarla çox ciddi şəkildə mübarizə aparır,(İbrahim” surəsi, ayə:9, "Mominun” surəsi, ayə:44 ) müəyyən kütlələr də öz ardınca çəkir və onları haqq yoluna getməkdən saxlayırdılar.("Səba” surəsi, ayə:34, "Ğafir” surəsi, ayə:83, "Qəsəs” surəsi, ayə:78, "Zümər” surəsi, ayə:49 ) Əksər hallarda cəmiyyətin məhrum təbəqəsi olan az bir qrup peyğəmbərlərə iman gətirirdi.("Əhzab” surəsi, ayə:67, "Səba” surəsi, ayə:31-33 ) Çox az hallarda düzgün əqidəyə malik olan, haqq-ədalət meyarları ilə uyğun olan, Allahın və peyğəmbərlərin fərmanlarına itaət edən bir cəmiyyət təşkil olunurdu. Misal üçün, həzrət Süleymanın (ə) dövründə belə bir hakimiyyət və cəmiyyət təşkil olunmuşdu. Buna baxmayaraq, peyğəmbərlərin təlimlərindən bir qismi tədricən cəmiyyətə hakim olan mədəniyyətə nüfuz edir, bir cəmiyyətdən digər cəmiyyətə nəql olunur və bəzi hallarda küfr başçılarının öz şəxsi nəzəriyyələri kimi təqdim olunurdu. Belə ki, dünya hüquq sistemlərinin çoxu asimani şəriətlərdən əxz olunmuşdur, amma onun mənbəyini qeyd etmədən onu öz fikir və rəyləri kimi təqdim etmişlər.
    PEYĞƏMBƏRLƏRLƏ MÜXALİFLİYİN SƏBƏBLƏRİ
    Peyğəmbərlərlə müxalifliyin, həvayi-nəfsə itaət və açıq-saçıqlığa meyl etmək kimi ümumi bir məqsəddən əlavə("Hud” surəsi, ayə:40, 27-31. )digər səbəbləri də olmuşdur. O cümlədən, bəzilərinin qürur və təkəbbürləri, özünü hamıdan üstün hesab etmələri (istikbar ruhiyyəsi) olmuşdur ki, bu da əksər hallarda özünü cəmiyyətin varlıları arasında büruzə verirdi.("Maidə” surəsi, ayə:70.) Digər səbəblər kimi ata-babalarının yanlış adət-ənənələrinə vəfadar qalmaq, onların təəssübünü çəkmək, müxtəlif cəmiyyətlər arasında yaranan yanlış dəyərləri qeyd etmək olar.("Ğafir” surəsi, ayə:56, "Əraf” surəsi, ayə:76 )
    Həmçinin iqtisadi mənbələrin, ictimai məqam və mövqeyin qorunub saxlanması sərvətlilər, hökmranlar və alimlər üçün güclü bir məqsəd idi.("Bəqərə” surəsi, ayə:170, "Maidə” surəsi, ayə:104, "Əraf” surəsi, ayə:28, "Yunis” surəsi, ayə:78, "Ənbiya” surəsi, ayə:53, "Şüəra” surəsi, ayə:74, "Loğman” surəsi, ayə:21, "Zuxruf” surəsi, ayə:22-23 ) Digər tərəfdən xalq kütlələrinin cəhalət və məlumatsızlığı onların küfr başçıları tərəfindən aldadılmasında, cəmiyyətin əksəriyyətinə və böyüklərinə tabe olmaqda böyük bir amil idi ki, bu da onların öz yanlış təsəvvürləri ilə özlərinə təskinlik vermələrinə səbəb olurdu, nəticədə az bir dəstədən başqasının qəbul etmədiyi ayinə iman gətirməkdən imtina edirdilər. İman gətirənlər əksər hallarda da ictimai baxımdan yüksək mövqeyə malik olmayan, cəmiyyətin böyükləri və əksəriyyət təşkil edənlər tərəfindən qovulan şəxslər idi. Bu məsələdə hakim təbəqənin və zorakıların göstərdiyi təzyiqləri də nəzərdən qaçırmaq olmaz.("Hud” surəsi, ayə:84-86, "Qəsəs” surəsi, ayə:76-79, "Tövbə” surəsi, ayə:34 )
    PEYĞƏMBƏRLƏRLƏ QARŞIDURMA
    Peyğəmbərlərin müxalifləri onların işinin irəliləməsinin qarşısını almaq üçün müxtəlif mübarizə üsullarından istifadə edirdilər:
    a) Təhqir və istehza. İlk əvvəldə müəyyən bir qrup istehza, məsxərə vasitəsilə ilahi xəbər gətirənin şəxsiyyətini alçaltmaq istəyirdi ki, kütlə onlara etinasız olsun.("İbharim” surəsi, ayə:21, "Fatir” surəsi, ayə:47, "Hud” surəsi, ayə:27, "Şüəra” surəsi, ayə:11 )
    b) İftira və yersiz nisbətlər. Daha sonra iftira və yalana əl atır, onlara yersiz nisbətlər verirdilər. O cümlədən, peyğəmbərləri səfeh və dəli adlandırırdılar.("Hicr” surəsi, ayə:11, "Yasin” surəsi, ayə:30, "Zuxruf” surəsi, ayə:7, "Mütəffifin” surəsi, ayə:29-32 ) Onlar möcüzə göstərdikdə isə onları sehrkarlıq, cadugərlik və gözbağlayıcıqda ittiham edirdilər.("Əraf” surəsi, ayə:66, "Bəqərə” surəsi, ayə:13, "Muminun” surəsi, ayə:25 ) Allahın buyurduğu xəbərləri isə "əsatir” və "əfsanə” hesab edirdilər.("Zariyat” surəsi, ayə:39, 52-53, "Ənbiya” surəsi, ayə:3, "Qəmər” surəsi, ayə:2 )
    v) Yersiz mübahisə və höcətlər. Allahın elçiləri camaat ilə hikmət və bürhan əsasında danışdıqda, yaxud gözəl mübahisə və müzakirə üslubundan istifadə edərək söhbət etdikdə, camaata moizə etdikdə öyüd-nəsihət verdikdə, yaxud da küfr, şirk və tüğyanın acı nəticələri barəsində xəbərdarlıq edib Allaha pərstiş etməyin gözəl faydalarını xatırlatdıqda, möminlərə və salehlərə dünya və axirət səadətini müjdə verdikdə küfr başçıları camaatı onların sözlərinə qulaq asmaqdan çəkindirir və sonra çox zəif məntiqlə onlara cavab verib xalq kütlələrini zahirdə gözəl olan sözlərlə aldatmağa çalışır,("Ənam” surəsi, ayə:25, "Ənfal” surəsi, ayə:31, "Nəhl” surəsi, ayə:24, "Muminun” surəsi, ayə:83, "Furqan” surəsi, ayə:5, "Nəml” surəsi, ayə:68, "Əhqaf” surəsi, ayə:17, "Qələm” surəsi, ayə:15, "Mütəffifin” surəsi, ayə:13 ) onları peyğəmbərlərə tabe olmasının qarşısını alır və əksər hallarda ata-babalarının keçmiş adət-ənələrinə istinad edirdilər.("Nuh” surəsi, ayə:7, "Füssilət” surəsi, ayə:26, "Ənam” surəsi, ayə:112, 121, "Ğafir” surəsi, ayə:5, 35, "Əraf” surəsi, ayə:70-71, "Kəhf” surəsi, ayə:56 )Onlar özlərinin mal-dövlətlərini və iqtisadi inkişaflarını peyğəmbərlərdən üstün olmaları kimi göstərir, ardıcıllarının maddi çətinlikdə, gerilikdə və zəiflikdə olmalarını onların rəftar və əqidəsinin düzgün olmamasına bir əsas gətirirdilər.("Bəqərə” surəsi, ayə:170, "Maidə” surəsi, ayə:104, "Əraf” surəsi, ayə:28, "Ənbiya” surəsi, ayə:53, "Yunis” surəsi, ayə:78, "Loğman” surəsi, ayə:21.) Misal üçün deyirdilər: "Nə üçün Allah Öz rəsul və peyğəmbərlərini mələklərin arasından seçməmişdir?” "Onunla yanaşı niyə bir mələyi göndərməmişdir?”, yaxud "Nə üçün onları böyük maddi və iqtisadi imtiyazlarla bəhrələndirməmişdir?”.(Yunis” surəsi, ayə:88, "Səba” surəsi, ayə:35, "Qələm” surəsi, ayə:14, "Məryəm” surəsi, ayə:77, "Müddəsir” surəsi, ayə:12, "Müzəmmil” surəsi, ayə:11, "Əhqaf” surəsi, ayə:11 ) Bəzi vaxtlarda onların inadkarlıqları elə bir həddə çatırdı ki, deyirdilər: "Biz özümüzə vəhy olunmayınca, yaxud Allahı gözümüzlə görməyincə və arada heç bir vasitə olmadan, Onun sözlərini eşitməyincə, heç vaxt Ona iman gətirmərik.”("Ənam” surəsi, ayə:7-9, "İsra” surəsi, ayə:90-95, "Furqan” surəsi, ayə:84. )
    q) Təhdidetmə və ya mal-dövlət vədəsi vermə. Qurani-kərimdə nəql olunur ki, Allahın peyğəmbərlərini və onların ardıcıllarını şəhərdən çıxartmaq, diyarından və vətənindən sürgün etmək, daşqalaq edib öldürmək və işgəncələrlə təhdid edirdilər.("Bəqərə” surəsi, ayə:118, "Ənam” surəsi, ayə:124, "Nisa” surəsi, ayə:153. ) Digər tərəfdən də onları mal-dövlətlə tamahlandırırdılar və həm də çoxlu miqdarda mal-dövlət sərf edərək camaatın peyğəmbərlərə tabe olmasına mane olurdular.("İbrahim” surəsi, ayə:13, "Hud” surəsi, ayə:91, "Məryəm” surəsi, ayə:46, "Yasin” surəsi, ayə:18, "Ğafir” surəsi, ayə:26  )
    e) Kobud rəftar və qətl. Nəhayət onlar, peyğəmbərlərin və onların həqiqi ardıcıllarının səbr, müqavimət və dözümlülüyünü, bu yolda ciddi və dönməz olduqlarını gördükdə,("Ənfal” surəsi, ayə:36 ) hər bir tədbir və əks təbliğatların təsir qoyacağından ümidsiz olduqda, onlara qarşı öz təhdidlərini əməli olaraq həyata keçirməyə və onlarla çox rəhmsiz davranmağa başladılar. Belə ki, onlar, peyğəmbərlərin çoxunu qətlə yetirir("İbrahim” surəsi, ayə:12 ) və insan cəmiyyətini belə bir böyük ilahi nemətlərdən, ən səlahiyyətli və ləyaqətli islahatçılardan, ictimai rəhbərlərdən məhrum edirdilər.
    CƏMİYYƏTİN İDARƏ OLUNMASINDA BƏZİ İLAHİ QANUNLAR
    Peyğəmbərlərin göndərilməsində əsas hədəf insanların onları dünya və axirət səadətinə yetirə biləcək lazımi maarifə yiyələnib vəhy vasitəsilə əql və təcrübələrinin mövcud çatışmazlıqlarını aradan qaldırmaqdır. Başqa sözlə desək, məqsəd höccətin onlara tamam edilməsi olmasına baxmayaraq,("Bəqərə” surəsi, ayə:61, 87, 91, "Ali-İmran” surəsi, ayə:21, 112, 181, "Maidə” surəsi, ayə:70, "Nisa” surəsi, ayə:155 ) peyğəmbərlər zahir olarkən Allah-taala onların dəvətinin qəbul olunması üçün Özünün sonsuz rəhməti və hikmətli tədbirləri ilə xüsusi ruhi-mənəvi bir şərait yaradır ki, camaatın təkamül yolundakı hərəkətlərinə müəyyən qədər kömək olsun. Haqq qarşısında kafir olub Allahdan və peyğəmbərlərdən üz döndərməyin ən böyük amili ehtiyacsızlıq hiss etmək("Nisa” surəsi, ayə:65, "Taha” surəsi, ayə:134 )və məxluqatın hərtərəfli ehtiyaclarından qafillik olduğundan hikmətli Pərvərdigar elə bir şərait yaratmışdır ki, camaat öz ehtiyaclarını dərk etsin, qəflət, qürur və təkəbbürdən əl çəksin. Buna görə də müəyyən çətinliklər yaradırdı ki, istər-istəməz özlərinin aciz və bacarıqsız olduğunu dərk edib Allah dərgahına üz gətirsinlər.(Ələq” surəsi, ayə:6 )
    Amma bu amilin də hərtərəfli və ümumi bir təsiri olmadı. Camaatın çoxu, xüsusilə, daha artıq maddi rifah halında yaşayan, uzun illər başqalarına zülm edərək özləri üçün eyş-işrət vasitələri hazırlayan və Quranın təbiri ilə desək "qəlbləri daş kimi bərkimiş” insanlar ayılıb özlərinə gəlmir,(Ənam” surəsi, ayə:42, "Əraf” surəsi, ayə:94 ) qəflət yuxusunda qalaraq öz batil yollarını davam etdirirdilər. Peyğəmbərlərin xəbərdarlıqları, öyüd-nəsihətləri və moizələri də onlara təsir göstərmirdi. Mütəal Allah göndərilən bəlaları və giriftarçılıqları aradan qaldırdıqdan və Öz nemətlərini camaata bir daha nazil etdikdən sonra deyirdi ki, bu cür dəyişikliklərin baş verməsi, çətinlik və asayişin bir-birini əvəz etməsi, qəmin şadlığa çevrilməsi həyatın tələbidir və elə keçmiş nəsillər üçün də baş vermişdir.("Ənam” surəsi, ayə:43, "Muminun” surəsi, ayə:76 ) Bunun ardınca yenidən zülm edərək mal-dövlət toplamağa, qüdrət dairələrini genişəndirməyə başlayır, amma elə bu maddi imkanların artmasının Allah tərəfindən onların dünya və axirətdəki bədbəxtliklərinin artmasına səbəb olmasından qafil idilər.("Əraf” surəsi, ayə:96, 183 ) Halbuki peyğəmbərlərin ardıcılları say və qüdrət baxımından elə bir həddə çatırdılar ki, artıq müstəqil bir cəmiyyət təşkil etmək, özlərini müdafiə etmək və Allah düşmənləri ilə mübarizə aparmaq imkanı kəsb edirdilər.("Əraf” surəsi, ayə: 182-183, "Ali-İmran” surəsi, ayə:178, "Tövbə” surəsi, ayə: 55, 85, "Muminun” surəsi, ayə:54-56 ) Onların vasitəsilə kafirlərə və zalımlara ilahi əzab nazil olurdu.("Ali-İmran” surəsi, ayə:146 ) Bəzən möminlər peyğəmbərlərin göstərişi ilə kafirlərdən ayrılıb kənara çəkilirdilər. Haqq yoluna qayıdacaqlarına ümidi olmayan bir cəmiyyətə Allahın əzabı başqa bir yolla nazil olurdu.(Həmin ayə ) Allahın bəşər cəmiyyətlərini idarə etməkdəki dəyişilməz qayda-qanunu məhz bundan ibarətdir.("Ənkəbut” 41 və sair çoxlu ayələr)
    SUALLAR
    1.Camaatın peyğəmbərlərin dəvətinə olan reaksiyası necə idi?
    2.Peyğəmbərlərlə müxalifliyin səbəblərini bəyan edin.
    3.Peyğəmbərlərin müxalifləri hansı yollardan istifadə edirdilər?
    4.Peyğəmbərlərin besəti və camaatın onların qarşısındakı reaksiyası ilə əlaqədar ilahi qanunları bəyan edin.
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 640 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024