İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Peyğəmbərin haqq canişini

    Kitabın adı: Peyğəmbərin haqq canişini
    2011-08-28, 8:15 AM
    BİRİNCİ FƏSİL
    SƏHABƏ İLƏ TANIŞLIQ
    İSLAM DİNİNİN BAŞLANĞICI
    On üç il ardı-arası kəsilməyən əzab-əziyyət və işgəncələrdən sonra İslam Peyğəmbəri (s) Yəsrib (Mədinə) şəhərinə daxil olub şəhər əhalisi arasında qardaşlıq əhdi bağladıqda, bu sevincin nə qədər davam edəcəyindən heç kimin xəbəri yox idi. Peyğəmbər (s) bu şəhərə daxil olduqda, ilk növbədə Ovs və Xəzrəc tayfaları arasında uzun illərdən bəri davam edən münaqişəni həll etdi. Bu hadisədən sonra camaatda İslam dininə və Peyğəmbərə iman gətirməyə rəğbət günü-gündən artırdı. Şübhəsiz, əgər müsəlmanların arasında olan o vəhdət və birlik Peyğəmbər (s)-in vəfatından sonra da davam etsəydi, İslam dini tez bir zamanda bütün yer üzünü fəth edərdi, müsəlmanlar da indiyə qədər bunun bərəkətindən istifadə edə bilərdilər.
    Amma çox təəssüflər olsun ki, Peyğəmbər (s)-in vəfatından sonra müəyyən hadisələr bu birliyi və İslam tarixini öz təbii axarla-rından tamamilə dəyişdirdi, müsəlmanlar arasında dərin ixtilaflara səbəb oldu. Belə ki, bu dəhşətli hadisələr 14 əsrdir ki, müsəlman-ları həqiqi İslam nurundan məhrum etmişdir.
    Bu qaranlıq bir mühitdə hər kəs məcburiyyət qarşısında qalaraq özünə müəyyən bir yol seçib və özünün doğru və haqq yolda olduğunu güman edir. Ancaq görəsən bütün bu yollar Peyğəmbər (s)-in öz sağlığında bəyan etdiyi yoldur, yoxsa insanları azğınlığa aparır?
    Müsəlmanlar Peyğəmbər (s)-in vəfatından sonra iki firqəyə ayrıldılar. Onların biri Əbu-Bəkrin xilafətini qəbul edib "Əhli-sünnət” (sünnü) adı ilə məşhur oldular. O biri dəstə isə Əbu-Bəkrlə müxalifət edib yalnız Əli (ə)-ı Peyğəmbər (s)-in haqq canişini kimi qəbul edərək "şiə” adı ilə tanındılar. Biz bu fəsildə müsəlmanların arasında yaranan ixtilafın amillərinin bəzi səhabələrin etdiyi əməllər olduğunu göstərən rəvayətləri nəql edəcəyik. Belə ki, bu səhabələr Peyğəmbər (s)-in buyurduqlarına əməl etməyib İslam ümmətini öz ətraflarına yığdılar. Biz əvvəlcə çoxluq təşkil edən dəstənin, sonra isə azlıq təşkil edən dəstənin fəzilətinə dair nəql edilən rəvayətləri əziz oxucuların nəzərinə çatdıracağıq. Düzgün mühakimə yürüdərək tənqidi nəticələr çıxarmağı isə əziz oxuculara həvalə edəcəyik.
    PEYĞƏMBƏR VƏ GƏLƏCƏK
    İslam Peyğəmbəri həzrət Mühəmmd (s) bəzi hadisələrlə əlaqədar olaraq öz ümmətinin gələcəyindən xəbər verirdi ki, özündən sonra müsəlmanlar düz yolu seçməklə çətinliyə düşməsinlər. Bu barədə Peyğəmbər (s)-dən bəzi hədislər nəql olunub. Digər tərəfdən isə bəzi səhabələrin fəzilətinə dəlalət edən hadisələr bu hədislərlə bir neçə cəhətdən ziddiyyətdədir. Bütün bu rəvayətlərdə "ma əhdəsu” sözü işlədil-mişdir. (Yəni ümmətin gələcəkdə görəcəyi işlərdən xəbər vermək.) Biz bu rəvayətləri bəyan etdikdən sonra onları səhabənin fəziləti haqda olan hədislərlə müqayisə edəcəyik.
    1-Ayişə deyir: Peyğəmbər buyurdu: "Mən ümmətimin bir dəstəsini behiştə daxil etmək üçün "Kövsər” hovuzunun yanında duracağam. And olsun Allaha, elə bu zaman ümmətimin bir dəstəsini məndən ayıracaqlar. Mən deyəcəyəm: "Pərvərdigara, axı bunlar mənim ümmətimdən və köməkçilərimdir.?! Mənə deyiləcək: Sən bilmirsən ki, onlar səndən sonra nələr etdilər?! Bunlar İslamı qəbul etdikdən sonra yenidən öz cahi-liyyət adətlərinə qayıtdılar.”("Səhihi-Müslüm”, babi-isbati-hövzi-Nəbiyyina, 2294 nömrəli hədis.)
    2-Abdullah deyir: Peyğəmbər buyurub: "Mən "Kövsər” hovuzuna sizdən öncə gələcəyəm. Bu zaman mələklər bir qövm ilə çəkişəcəklər. Mələklər onlara qalib gəlib onları məndən uzaqlaşdıracaqlar. Mən deyəcəyəm: "Pərvərdigara, (axı) bunlar mənim səhabələrimdir...!” Allah tərəfindən deyiləcək: "Bunların səndən sonra nələr etdiklərini bilmirsənmi?!”("Səhihi-Müslüm”, babi-isbati-hövzi-Nəbiyyina, 2297 nömrəli hədis.)
    3-Ənəs ibni Malik deyir: Peyğəmbər (s) belə buyurdu: "Həmişə mənimlə birlikdə olan şəxslər "Kövsər” hovuzunda mənim yanıma gələcəklər.” Orada... onları məndən ayıracaqlar. Mən deyə-cəyəm: "Pərvərdigara, (axı) bunlar mənim əshabımdır...!” Allah tərəfindən deyiləcək: "Bunların səndən sonra nə cinayətlər törət-diklərini bilmirsən?!”(Yenə orada, 2304 nömrəli hədis. Məqsəd Peyğəmbərin bu işlərdən xəbərsiz olması deyil, onların yaramaz əməllərindən təəccüb hissi keçirməsidir. Peyğəmbərin onları öz yanına çağırmasından belə nəzərə çarpır ki, həzrət sanki onlardan razı və əməllərindən xoşhaldır. Halbuki, elə bu məsələ tam münaqişəli bir məsələdir.)
    4-Əhməd ibni Hənbəl Əbu Hüreyrədən nəql edir ki, Peyğəmbər (s) belə buyurdu: "Dəvənin yanından yad bir dəvə balasını qovan kimi, mənim əshabımdan olan bir dəstə camaatı da "Kövsər” hovuzundan geri qaytaracaqlar.”
    Əhməd ibni Hənbəl öz kitabının 300 və 408-ci səhifələrində isə belə yazıb: "Onları çağırıb "gəlin” dedikdə, Allah tərəfindən deyiləcək: "Bunlar səndən sonra dini təhrif etdilər.” Mən isə deyəcəyəm: "Səhqən, səhqa-məndən uzaq olun, məndən uzaq olun və cəhənnəmin ən aşağı mərtəbəsinə daxil olun!”("Müsnədi-Əhməd”, 2-ci cild, 454-cü səh.)
    5-Qütadə deyir: "Bir zaman Peyğəmbər (s) bu ayəni oxudu: "Qiyamət günü bəzi üzlər ağ, bəziləri isə qara olacaq. Üzü qara olanlara deyiləcək: "İman gətirdikdən sonra kafirmi oldunuz? Elə buna görə də cəhənnəm əzabını dadın.”("Ali-İmran” surəsi, 106-cı ayə.)
    Peyğəmbər (s) bu ayəni oxuduqdan sonra buyurdu: "Bir dəstə camaat mənim söhbətlərimi eşitməklərinə baxmayaraq, məndən sonra kafir olacaqlar.” Sonra isə Peyğəmbər (s) bizə xəbərdarlıq edib sözünə davam etdi: "Mühəmmədin canı əlində olan Allaha and olsun, "Kövsər” hovuzunun başında mənimlə yoldaş olan camaatın bir dəstəsini məndən uzaqlaş-dıracaqlar. Onları bu halda gördükdə deyəcəyəm: "Pərvərdigara, axı bunlar mənim əshabımdır!” Allah tərəfindən deyiləcək: "Səndən sonra bunların nə kimi cinayətlər törətdiklərini bilmirsənmi?!”("Təfsiri-ibni-Cürəyr”, 4-cü cild, səh.27; "Kənzül-Ümmal”, 6-cı cild, səh.424 "Məcməüz-zəvaid”, 10-cu cild, 364 və 365-ci səhifələr. Buna oxşar hədislər ibni Məcənin "Səhih” kitabının, "Əbvabi-mənasik” bölmə-sinin "babi-xütbeyi-yövmünnəhr” barəsində də zikr olunub. Əgər bu hədisin tamamilə düzgün olduğunu fərz etsək, onda Peyğəmbərin "bunlar mənim əshabımdır”-deməkdə məqsədi, onların zahirdə əshab olmaqlarına baxmayaraq, cəhənnəmə gedəcəklərini bəyan etməkdir.)
    6- İbni Məsud deyir: Peyğəmbər (s) Ərəfat çölündə dəvənin üstündə ikən belə buyurdu: Bilirsinizmi bu gün hansı gün, bu ay hansı ay və bu yer hansı yerdir? Müsəlmanlar dedilər: "Bu gün haram (hörmətli) gün, bu ay (hörmətli) ay və bu yer də haram (hörmətli) yerlərdəndir.” Peyğəmbər (s) buyurdu: "Agah olun! Sizin mal və canınız bu gün, bu ay və bu yer kimi bir-birinizə haramdır. (Yəni toxunulmaz və möhtərəmdir.) Agah olun! Mən "Kövsər” hovu-zunda sizdən qabaq hazır olacağam, sizin çoxunuz "Kövsər” hovuzuna toplaşacaqsınız. Mən o zaman xəcalət çəkəcəyəm ki, orada sizin bir dəstənizi seçəcəyəm, Allah tərəfindən isə digər bir dəstə seçiləcək. Mən Allaha: "(Axı) Bunlar mənim əshabım idilər!” dedikdə, "bunların səndən sonra nə işlər etdiklərini bilmirsən?!” - deyə cavab veriləcək.”("Səhihi-ibni-Macə”, "Mənasik” babı, babi-xütbeyi-yövmünnəhr.)
    7-İbni Abbas deyir: Peyğəmbər (s) buyurdu: "Qiyamət günü bəndələr ayaqyalın, çılpaq və tüksüz məhşur olacaqlar. Mənim əshabımın bir dəstəsini behiştə, bir dəstəsini isə cəhənnəmə aparacaqlar. Bu zaman mən deyəcəyəm: "Cəhənnəmə apardığınız bu insanlar mənim əshabım idilər!” Elə bu zaman mələklər tərəfindən: "Bunlar səndən sonra mürtəd olub cahiliyyət adət-ən”ənələrinə qayıtdılar” - deyə cavab gələcək.”("Səhihi-Buxari”, 4-cü cild, səh.204. (9 cildli kitab.))
    SƏHABƏLƏRİN FƏZİLƏTİNƏ AİD OLAN RƏVAYƏTLƏR
    Sünnü alimləri Əbubəkr və digər xəlifə-lərin fəzilətinə dair çoxlu rəvayətlər nəql ediblər. Biz onların bəzilərini qeyd edirik:
    1-Ömər ibni Xəttab deyir: Peyğəmbər buyurub: "Əbu-Bəkrin dünyaya gəldiyi gecə Allah Ədn cənnətində zühur edib buyurdu: "Öz izzət və cəlalıma and olsun, bu gecə doğulan insanı sevib əzizləməsən, səni cənnətə daxil etmə-yəcəyəm!”
    2-Buxari öz "Səhih” kitabında belə yazır: "Əbu Səid Xidri deyir: Peyğəmbər (s) bir dəfə xütbə oxuyarkən buyurdu: "Həqiqətən mənim camaat arasında mal və söhbətdə ən çox əmanətdar məsləhətçim Əbu Bəkr idi. Əgər özümə Allahdan başqa yar və munis axtarmaq istəsəm, Əbu Bəkri seçərəm....”
    Buxari yenə yazır: "Peyğəmbər (s) Əbu Bəkrin qapısından başqa, məscidə açılan bütün evlərin qapılarını bağladı.”
    "Əttac” kitabının müəllifi yazır: "Peyğəm-bər (s) buyurub: Hər vaxt öz ümmətimin arasın-da bir kəsi dost seçmək istəsəm, şübhəsiz ki, Əbu Bəkri özümə dost seçərdim. Lakin o mənim dostum və qardaşımdır ki, Allah onu Özü üçün dost seçmişdir.”("Səhihi-Buxari”, 5-ci cild, səh. 4; "Tarixül üməmü-vəl-müluk”, 2-ci cild, səh.434-435; "Əs-səvaiqül-muhriqə”, səh.22)
    3. Əbdürrəhman Səfuri deyir: "Bir nəfər Peyğəmbərdən soruşdu: "Ya Rəsuləllah, öz həyat yoldaşlarınızdan hansını daha çox istəyirsiniz? Peyğəmbər, "Ayişəni” - deyə cavab verdi. O, "kişilərdən kimi?” deyə soruşduqda, Peyğəmbər dedi: "Ayişənin atası Əbu Bəkri. Çünki o, qiyamət günü bir rəngdə olan atın üstündə məhşərə varid olacaq. O kişi Ömər barəsində Peyğəmbərdən sual etdi. Peyğəmbər: "Ömər qiyamət günü ağımtıl ata minmiş halda məhşərə daxil olacaq.” Osman barəsində sual etdikdə isə Peyğəmbər ona belə cavab verdi: "Osman kafurdan da ağ olan bir atın üstündə məhşərə daxil olacaqdır.” Sual edən kişi Əli (ə) haqqında suala çatdıqda Peyğəmbər buyurdu: "Amma Əli, mənim qardaşım və əmim oğludur. O, qiyamət günü behişt dəvələrindən birinin üstündə məhşərə daxil olacaqdır.”("Nüzhətül-məcalis”, 2-ci cild, səh.179; "babi-mənaqibi-ərbəə.”)
    4-Sünnü alimləri İbni Abbasın vasitəsi ilə Peyğəmbər (s)-dən nəql ediblər ki, "Peyğəmbər (s) bir zaman öz yaxın adamlarından on nəfərin adını sayıb, behişt əhli olduqlarını onlara müjdə verdi.” Sonralar isə bu hədis "Əşəreyi Mübəşşərə” (Yəni, behişt müjdəsi almış on nəfər) adı ilə məşhurlaşdı.
    Çox təəccüblüdür ki, digər bir hədisdə on nəfər əvəzinə on bir nəfərin adı çəkilmiş-dir. Bu hədislərdən birini nümunə üçün nəzərinizə çatdırırıq:
    İbni Abbas nəql edir ki, Peyğəmbər belə buyurub:
    1. Ümmətimə ən mehriban və rəhimli şəxs Əbu Bəkrdir.
    2. Allah dinində ən qüdrətli və güclü şəxs Ömərdir.
    3. Ümmətimin ən abırlı və həyalı şəxsi Osmandır.
    4. Sizin aranızda ən yaxşı hakim və qazi Əlidir.
    5 və 6-Hər peyğəmbərin köməkçisi var, mənim də köməkçilərim Təlhə və Zübeyrdir.
    7-Səd ibni Əbi Vəqqas harada olsa, haqq ora-da və onunladır.
    8-Səid ibni Zübeyr Allahın dostların-dandır.
    9-Əbdürrəhman ibni Ovf Allahın layiqli tacirlərindəndir.
    10-Allahın əmanətdar saydığı şəxs Əbu Übeydə Cərrahdır.
    11-Hər peyğəmbər üçün bir sirr saxlayan var, mənim sirr saxlayanım isə Müaviyədir. Onu sevib istəyənlər nicat tapacaq, ona qəzəblənənlər, həlak olacaqlar.("Nüzhətül-məcalis”, 2-ci cild, səh.183)
    MÜLAHİZƏLƏR
    Şübhəsiz ki, bu iki dəstə rəvayətlər bir-birinə ziddir. Birinci dəstədə olan rəvayətlər Peyğəmbər səhabələrindən bir dəstəsinin öz əməllərinə görə cəhənnəmə gedəcəklərinə təkid edir. Ancaq ikinci dəstədə olan rəvayətlər Peyğəmbərin bəzi səhabələrinin məqamını elə yüksəldir ki, sanki onlar Allahın ən yaxın dostlarındandır.
    Ancaq sünnü alimləri bu hədislərin açıq-aşkar şəkildə gələcəkdən xəbər verdiyini, Habelə Peyğəmbərin yaxın köməkçiləri və onunla gecə-gündüz bir yerdə olanların onun vəfatından sonra mürtəd olub nəticədə cəhənnəmin sonuncu mərtəbəsində olacağını bəyan etdiyini gördükdə çalışıblar ki, xəlifələrə bəraət qazandırıb bu sözləri onların hakimiyyəti ilə mübarizə aparan şəxslərə aid etsinlər. Bu işi də mahir dastan yazan Seyf ibni Ömər gördü. Uzun illərdən sonra da Təbəri yalandan nəql olunmuş bu qondarma hədisləri özünün "Tarix” kitabından qeyd etdi, sair tarix kitablarına da məhz buradan sirayət etdi.
    Buxari Məhəmməd ibni Yusifdən belə nəql edir: "Mürtəd olmuş o şəxslər Əbu Bəkrin xilafəti ilə müxalifət edənlər və ona zəkat verməyib onunla döyüşənlərdir.”(Səhihi-Buxari”, 4-cü cild, səh.204; (9 cildlik çap.))
    Tarixi həqiqətləri tərsinə cilvələndirən Seyf ibni Ömər belə deyir: "Mürtəd olan o şəxs Malik ibni Nüveyrə idi. O, zəkat vermədiyi üçün mürtəd olmuşdu. Buna görə də Əbu Bəkr onunla döyüşüb onu öldürtdürdü.”
    Həqiqət isə tamamilə başqa cürdür. Belə ki, əvvəla, Malik ibni Nüveyrə pak, qəbilələr arasında çox məşhur və imanlı bir şəxs idi. Digər tərəfdən isə Malik Peyğəmbərlə təkcə bir neçə dəfə görüşüb. Buna görə də onu heç vaxt, "həmişə Peyğəmbərlə birlikdə olan şəxs” (səhabə) adlandırmaq olmaz.
    MALİK İBNİ NÜVEYRƏ MƏDİNƏ ŞƏHƏRİNDƏ
    Burra ibni Azib belə yazır: "Peyğəmbər həzrətləri öz əshabı ilə oturmuşdu. Elə bu zaman Bəni Təmim tayfasının başçıları, o cümlədən Malik ibni Nüveyrə Peyğəmbərin hüzuruna gəldilər. Malik Peyğəmbər (s)-ə ehtiram etdikdən sonra dedi: "Ey Allahın Rəsulu, mənə iman gətirmək yollarını öyrət.”
    Peyğəmbər (s) buyurdu "İman gətirmək üçün ilk növbədə Allahın birliyini və Ondan başqa heç bir məbud olmadığını qəbul etməlisən. Sonra isə mənim, O Allahın Rəsulu olduğumu qəbul etməlisən, gün ərzində beş dəfə namaz qılıb, Ramazan ayının orucunu tutmalısan. Zəkat verib, həccə getməlisən.” (Sonra isə Əli (ə)-a işarə edib buyurdu:) "Məndən sonra mənim vəsim və canişinim olan bu şəxsi sevməlisən. Həmçinin nahaq yerə qan tökməkdən, oğurluq və xəyanət etməkdən, yetim malını yeməkdən və şərab içməkdən uzaq olmalısan. Mənim şəriəti-min hökmlərinə iman gətirib halal bildiyimi halal, haram bildiyimi isə haram bilməlisən. Zəif və güclünün, böyük və kiçiyin hüququna riayət etməlisən.”
    Sonra isə Peyğəmbər (s) İslam şəriətində olan hökmləri Malik üçün bir-bir izah etdi. Malik də onların hamısını öyrəndi, sonra sevincək qalxıb əbasının ətəyi yerlə sürünə-sürünə gedərək öz-özünə belə dedi:
    "Kəbənin sahibi olan Allaha and olsun, din hökmlərini öyrəndim!”
    Malik Peyğəmbər (s)-in yanından uzaqla-şandan sonra, Peyğəmbər (s) buyurdu:
    "Hər kim behişt əhlinin simasını görmək istəsə, bu kişinin simasına baxsın.”
    Elə bu zaman səhabələrdən iki nəfəri Peyğəmbər (s)-dən icazə alıb bu müjdəni Malikə çatdırdılar və Allahdan onları bağışlaması üçün dua etməsini istədilər.
    Malik dedi: "Allah sizi bağışlamasın, əsil şəfaət və dua sahibini (Peyğəmbəri) qoyub, mənim sizin üçün dua etməyimi istəyirsiniz?!”
    Onlar narahat halda Peyğəmbərin yanına qayıtdılar. Peyğəmbər (s) bunları görcək buyurdu: "Haq sözü eşitmək acıdır. Çünki, haqq söz insanı qəzəbləndirir.”("Müntəhəl-amal”, 155-ci səh.)
    Malik Peyğəmbər (s)-in vəfatından sonra Mədinəyə gəldi, bir neçə gün Peyğəmbər (s)-in vəsi və nümayəndəsinin kim olduğu haqda təhqiq etdi. Cümə günü Əbu Bəkri minbərdə camaata xütbə oxuduğunu görüb narahat oldu və dedi: "Sən Teym tayfasından olan qardaşımız deyilsən?”
    Əbu Bəkr: "Bəli” - deyə cavab verdi.
    Malik: "Bəs nə oldu?! Peyğəmbərin məni vilayətinə itaət etməyə əmr etdiyi o şəxs (Əli) hanı?” - deyə soruşdu.
    Camaat dedi: "Ey ərəb! Bir işin başqa bir iş ilə dəyişildiyi çox olub.”
    Malik dedi: "And olsun Allaha, siz Allahın və Peyğəmbər (s)-in əmrinə xəyanət etməkdən başqa heç bir iş görməmisiniz.”
    Sonra Əbu Bəkrə üz tutub dedi: "Peyğəmbərin həqiqi canişini kənarda qaldığı halda, səni bu minbərə kim çıxardıb”?
    Əbu Bəkr camaata üz tutub dedi: "Özünü nəcasətə bulaşdıran bu ərəbi Peyğəmbərin məscidindən qovun!”
    Qonfuz və Xalid ibni Malik, onu döyə-döyə məsciddən çıxartdılar. Malik öz dəvəsinə minib, Peyğəmbər (s)-ə salavat göndərdikdən sonra bu şeri oxudu:
    "Allahın Rəsulu bizim aramızda olanda, dediklərini sözsüz yerinə yetirirdik. Qəribədir, görəsən Əbu Bəkrin hakimliklə nə işi var?! Öldükdən sonra oğlu Bəkri öz nümayəndəsi qoyacaqmı? Haqqın həqiqətinə and olsun, bu iş bel sındıran bir işdir.”("Abdullah ibni Səba”, 1-ci cild, səh.196 (bu şerin oxşarı bu kitabda var.))
    HÖKUMƏTLƏ MÜBARİZƏ
    Malik ibni Nüveyrə Yərbu Təmim tayfasındandır. Onun künyəsi Əbu Hənzələ, ləqəbi isə Cəfuldur. Deyilənlərə görə, o, məharətli şair, öz qəbiləsi arasında böyük bir şəxsiyyət, məşhur və cəngavər kişilərdən biri idi. O, cahiliyyət dövründə öz qəbiləsinin başçılarından biri idi. İslamı qəbul etdikdən sonra Peyğəmbər (s) onu öz tayfası arasında nümayəndə seçdi. O da öz tayfasının zəkatını yığıb Peyğəmbərə gətirirdi. Peyğəmbər (s) vəfat etdikdən sonra zəkatı, dövrün hökumətinə (ƏbuBəkrə) verməyib öz tayfasının yoxsulları arasında bölüşdürdü. Malik Peyğəmbərin vəsisinin kim olduğunu bildiyi üçün Əbu Bəkri qəsbkar bilirdi. Belə isə nə üçün ehtiyacı olanların (haqqını) zəkatı Əbu Bəkrə verməli idi?
    Malikin zəkatı verməkdən imtina etməsi xəbəri Əbu Bəkrə çatdıqda, o, böyük bir qoşun hazırlayıb, Maliklə döyüşməyə yolladı. Məşhur sünnü tarixçisi Təbəri yazır: "Xalid "Bəttah” diyarına çatan kimi Zirar ibni Əzvər və Əbu Qütadəni bir dəstə ilə birlikdə Malikin üstünə göndərdi. Onlar gecə yarısı qəfildən Malikin tayfasına hücum etdilər.” Əbu Qütadə sonralar belə deyirdi: "Bizim qoşun gecə hücum etdiyindən Malikin qəbiləsi vahiməyə düşdü, dərhal silahlanıb bizimlə döyüşmək istədilər. Biz onlara müsəlman olduğumuzu söylədikdə, on-lar "biz də müsəlmanıq” - deyə cavab verdilər.
    Qoşun başçısı onlara: "Bəs nə üçün silahlanmısınız?” dedikdə, onlar da eyni sualı bizə verdilər. Biz dedik: "Əgər siz doğrudan da müsəlmansınızsa, onda silahlarınızı yerə qoyun.” Onlar silahlarını yerə qoyub, bizimlə birlikdə namaz qıldılar.”("Tarixül-üməm vəl-müluk”, 2-ci cild, səh.502)
    İbni Əbil Hədid yazır: "Malik və onun tayfası silahı yerə qoyan kimi, onları əsir edib əlləri bağlı halda Xalidin yanına gətirdilər.”
    Müttəqi Hindi("Kənzül-Ümmal”, 3-cü cild, səh.132) və Yəqubi("Tarixi-Yəqubi”, 2-ci cild, səh.110) bu hadisəni xatırlayıb yazırlar ki, "Malik ibni Nüveyrə Xalidlə söhbət etmək üçün onun yanına gəldi. Həyat yoldaşı da onunla gəlmişdi. Xalid bu qadını gördükdə ona vuruldu! Sonra Malikə üz tutub dedi: "Allaha and olsun, səni öldürəcəyəm, sən tayfanın arasına qayıda bilməyəcəksən.”
    Xalid ibni Vəlid Malikin dindən çıxıb mürtəd olduğunu iddia edirdi. Onun dediyinə görə, Malik İslama aid olmayan sözlər deyirmiş. Malik isə Xalidin sözlərini rədd edib dedi: "Mən müsəlmanam və öz dinimi dəyişdirməmişəm.” Əbu Qütadə və Abdullah ibni Ömər də Malikin sözlərini təsdiq etdilər. Ancaq Xalid onların sözlərinə məhəl qoymadan, Zirar ibni Əzvərə onun boynunu vurmasını əmr etdi. Sonra isə, Malikin həyat yoldaşı Ümmü Təmim ilə zina etdi.
    Əbil Fida öz "Tarix” kitabında(Əbil Fidanın tarixi, səh.158) yazır: "Abdullah ibni Ömər və Əbu Qütadə bu məclisdə olduqlarından, Malik haqda Xalidlə söhbət etdilər. Ancaq Xalid onların sözlərini qəbul etmədi. Malik, Xalidə üz tutub dedi: "Xalid! Sən bizi Əbu Bəkrin yanına göndər, o necə istəsə elə də hökm etsin.” Xalid dedi: "Əgər mən sənin günahından keçsəm, onda Allah məni bağışlamasın.” Sonra Zirara üz tutub Malikin boynunu vurmasını əmr etdi. Malik həsrətlə öz həyat yoldaşına baxdıqdan sonra Xalidə üz tutub dedi: "Mənim qətlimə səbəb bu qadın oldu!” (Malikin həyat yoldaşı həddindən artıq gözəl bir qadın idi.)
    Xalid dedi: "Allahın dinindən çıxıb mürtəd olduğun üçün Allah səni öldürdü!”
    Malik: "Mən hələ də müsəlmanam və İslamın qulluğunda durmuşam” - deyə Xalidə cavab verdi.
    Xalid Zirara üz tutub "onun boynunu vur!” dedi. Zirar da heç nədən çəkinmədən dərhal onun boynunu vurdu.
    "Əl-isabə kitabının müəllifi yazır: "Xalid Maliki öldürtdükdən sonra onun başını daş əvəzi qazanın altına qoymaq əmri verdi[24] və od kəsik başın tüklərini yandırıb dəriyə çatmamış yemək hazır oldu. Özü isə elə o axşam Malikin həyat yoldaşı (Mikahalın qızı) ilə zina etdi.
    ƏBU BƏKRİN XALİDƏ VERDİYİ MÜKAFAT
    Sünni tarixçisi Əbil Fidanın "Tarix” kita-bında belə yazılıb: "Bu xəbər Mədinəyə çatdıq-da, Ömər Əbu Bəkrə dedi: "Xalid müsəlman bir şəxsi öldürüb və onun həyat yoldaşı ilə zina edib. Onu daş-qalaq etmək lazımdır.”
    Əbu Bəkr dedi: "Mən onu daş-qalaq etməyə-cəyəm. Çünki o, öz vəzifəsini ayırd edib, Mali-ki öldürübdür. Hətta onun seçdiyi yol səhv olsa da belə.”
    Ömər dedi: "O bir müsəlmanın qatilidir, ondan qisas almaq lazımdır!!”
    Əbu Bəkr yenə də öz sözünü təkrar etdi.
    Ömər: "Elə isə, heç olmazsa onu işdən azad et” - dedi.
    Əbu Bəkr: "Mən, Allahın qınından çıxart-dığı qılıncı heç vaxt öz qınına taxmaram!” - deyə cavab verdi.("Tarixi-Yəqubi”, 2-cild, səh.110; "Tarixül-üməm vəl-müluk”, 2-cild, səh.503; "Əl-isabə, 3-cü cild, səh.337; Əbil Fidanın tarixi, səh.158; "Şərhi-Nəhcül-bəlağə”, 17-ci cild, səh.202 və 214; İbni Əsir, "Cəngi-Bəttah” və "Əl-bidayə vən-nihayə 6-cı cild, səh.321)
    Təbəri yazır: "Xalidin Maliki öldürməsinin səbəbi bu idi: Malik əvvəllər onun yanına gəlib demişdi: "Sizin sahibiniz olan Peyğəmbərin elə-belə sözdən başqa bir söz dediyini güman etmirəm.”
    Xalid dedi: "Məgər sən "sizin sahibiniz Peyğəmbər” dedikdə onu öz sahibin bilmir-sənmi?”
    Xalid səfərdən qayıtdıqdan sonra məscidə daxil oldu. Bunu görən Ömər əsəbiləşmiş halda ayağa qalxıb onun əmmaməsinə taxdığı ox çubuqlarını götürüb sındıraraq dedi: "Özünü göstərmək üçün müsəlman bir şəxsi öldürdün, hələ bununla da kifayətlənməyib, heyvan kimi onun arvadına da təcavüz etdin! And olsun Allaha, səni daş-qalaq edəcəyəm! Çünki, sənin etdiyin əməli cəzası elə budur.”
    Xalid başını aşağı salıb ona cavab vermədi. Çünki o, Əbu Bəkrin də onu belə cəzalandıracağını güman edirdi.
    Əbu Bəkrin yanına gəlib işlərini xəbər verdi. Sonra isə etdiyi günaha görə Əbu Bəkrdən üzr istədi. Əbu Bəkrin onu cəzalandıracağı gözlənildiyi halda, onu bağışlayıb, günahından keçdi.
    Bundan sonra Xalid sevincək Əbu Bəkrin yanından çıxdı. Məcsiddə oturmuş Öməri gördükdə ona kinayə ilə dedi: "Ey Ümmü Şəmilənin oğlu, indi sözün varsa deyə bilərsən!” Ömər, Əbu Bəkrin onu bağışladı-ğını anlayıb heç bir söz demədən evinə yollandı.
    İbni Əbil Hədid yazır: "Əbu Bəkr Ömərə dedi: "Ey Ömər! Sakit ol, bu bizim birinci səhvimiz deyil. Xaliddən əl çək, onunla işin olmasın.”("Tarixi-Yəqubi”, 2-ci cild, səh.132)
    BU HADİSƏ HAQQINDA MÜLAHİZƏLƏR
    Yuxarıda qeyd olunanlardan, Əbu Bəkrin Malikə qarşı nə üçün kinli olması məlum oldu. O, Malikin mürtəd olduğunu iddia edirdi. Ancaq Malikin günahı sadəcə olaraq Əbu Bəkrin hökumətinə zəkat verməkdən imtina etməsi idi. Malik Əbu Bəkrin Əli (ə)-ın qanuni haqqı olan hökuməti qəsb etdiyini bilirdi. Malikin nəzərində isə bu iş hər bir mürtədlikdən üstün idi. Malik mürtəd deyildi. Çünki o, zəkat ayəsini və dinin hökmlərini inkar etmirdi. Əgər zəkat verməyən hər bir müsəlmanın boynu vurulmalı olsaydı, onda yer üzündəki müsəlmanların əksəriyyətinin boynu vurulmalı olardı. Sünnü və şiə alimlərindən heç biri zəkat verməyən müsəlmanı mürtəd hesab etmir, sadəcə olaraq onu günahkar sayır.
    İbni Kəsir(""Əl-bidayətu vən-nihayə, 6-cı cild, səh.311; "Əs-səvaiqül-muhriqə”, 3-cü fəsil, səh.16 və 17) və İbni Həcər Heysəmi yazırlar: "Ömər ibni Xəttab Əbu Bəkrə dedi: Camaatla nə üçün döyüşürsən!? Məgər Peyğəmbər (s) buyurmayıbmı ki: Mən camaatla İslam dinini qəbul etdikləri vaxta qədər döyüşəcəyəm. Ancaq onlar dini qəbul edib, Allahın birliyinə və mənim peyğəmbər olmağıma iman gətirən kimi, onlar mənim tərəfimdən toxunulmazdırlar?!”
    Əbu Bəkr dedi: "Allaha and olsun, əgər müsəlmanlar, Peyğəmbər (s)-ə verdikləri zəkatı (hətta bir dəvə, yaxud onun ayağının ipi olsa belə) mənə verməsələr, onlarla döyüşəcəyəm. Çünki, zəkat malın haqqıdır. And olsun Allaha! Namaz ilə zəkat arasında fərq qoyan hər bir müsəlman ilə döyüşəcəyəm!”
    Əgər Malik və onun qəbiləsi dindən çıxıb mürtəd olmuşdularsa, bütün İslam firqələrinin alimlərinin fətvasına uyğun olaraq onlara tövbə etmək üçün üç gün möhlət verilməli idi. Üç gündən sonra tövbə etməyib İslam hökmlə-rini inkar etsəydilər, yalnız bu zaman onları öldürmək olardı. Bəs nə üçün Maliki belə tələm-tələsik və gecə ikən, həm də qəfildən öldürdülər?
    Görəsən, sadəcə olaraq arvadı üçünmü öldürüldü? Malikin, arvadının gözəlliyi üçün öldürüldüyünü qəbul etmək ağılasığan deyil. Çünki, Xalid Maliki zindana salıb, gecə yarısı qaranlıq bir yerdə onun arvadı ilə zina edib sabahı da bunu inkar edə bilərdi, heç kimsə də buna şahidlik edə bilməzdi. Bu halda Malikin və onun tərəfdarlarını qətlə yetirmə-yin heç bir lüzumu yox idi.
    Məsələnin əsl həqiqəti isə tam başqa şeydir: Malik böyük şəxsiyyətli tayfa başçısı və ağıllı bir insan idi. Əbu Bəkrin hökuməti isə hələ təzəcə qurulmuş, onun bünövrələri möhkəmlənməmişdi. Əbu Bəkrin hakimiyyətinin Malikin planlaşdırılmış bir hərəkəti ilə devrilməsi ehtimalı var idi.
    Digər tərəfdən, hökumət daxildə də zəif idi. Çünki, Əli (ə)-ın başçılığı ilə Bəni Haşim tayfası, Səd ibni Übadənin başçılığı ilə Xəzrəc tayfası və Əbu Süfyanın başçı-lığı ilə Qüreyş tayfası hələ də Əbu Bəkrin hakimiyyəti ilə ciddi şəkildə müxalifət edirdilər. Deməli, Mədinənin bir neçə kilo-metrliyində olan və hökumətə ciddi təhlükə sayılan bu qeyrətli şəxsi və onun cəsur tayfasını gecə ikən aradan götürmək lazım idi ki, bu iş Mədinədəki müxalifətlərə də bir təhdid və ibrət olsun. Belə nəticə alınır ki, Malikin ölümünün əsl səbəbkarı Xalid yox, Əbu Bəkrin özü idi.
    Tarix kitablarından məlum olur ki, Əbu Bəkrin müharibə etdiyi bütün şəxslər müsəlman idilər. Əbu Bəkr onlarla zəkat vermədikləri üçün deyil, əksinə hökumətlə ciddi şəkildə müxalifətçilik etdikləri üçün müharibə aparırdı. İbni Kəsir yazır: "Ərəblər dəstə-dəstə Mədinəyə gəlirdilər. Onlar İslam dinini qəbul etmişdilər, namaz qılıb oruc tuturdular. Ancaq zəkat vermirdilər. Onların bəziləri hətta Əbu Bəkrin özünə belə zəkat verməkdən imtina edirdilər.”("Əl-bidayətu vən-nihayə, 6-cı cild, səh.311)
    Təəssüflə qeyd etməliyik ki, sünnü alimlərinin tarix kitablarında Malik ibni Nüveyrənin qətlə yetirilməsi hadisəsi təhrif edilərək tərsinə yazılmışdır. Bu alimlərdən biri də ibni Cərih Təbəridir. O, özünün yalan və qondarma hadisələrlə dolu olan tarix kitabında bu hadisəni, özü kimi yalançı tarixşünasdan – Seyf ibni Ömərdən nəql etmişdir. Bunu da qeyd edək ki, qondarma tarixlər onun kitabından sair sünnü alimlərinin "Sihahi-sittə kimi tarix və təfsir kitablarına da sirayət etmişdir. Bu əsərlərin sahibləri Təbərinin yazdığı tarixin qədim olduğuna görə onun sözlərini düzgün bilir və ona etimad edirlər.
    İndi isə təfsir kitablarından Malikin başına gələn əhvalatla əlaqədar olaraq iki təfsiri təhlil edirik.
    Şovkani "Fəthül-Qədir”(1-ci cild, səh.52) kitabında "Maidə” surəsinin 53-cü ayəsi haqqda belə yazır:
    "Mürtəd olanlar deyirdilər: "Biz namaz qılırıq, ancaq zəkat verməyəcəyik. Allaha and olsun, biz öz malımızı qəsbkara verməyəcəyik.” Əbu Bəkr onlarla bu barədə söhbət edib dedi: "Allaha and olsun ki, mən Allahın bir yerə yığıb cəm etdiyi şeylər arasında fərq qoymayacağam. (Onun məqsədi bu idi ki, Allah belə buyurub: "Namaz qılın və zəkat verin.”) Əgər Allahın vacib buyurduğu şeyi təkəbbürlük edib mənə verməsələr, onlarla müharibə edəcəyəm.” Sonra isə Allah tərəfindən gəlmiş bir qoşunun köməyi ilə Əbu Bəkr onlarla vuruşdu və zəkat verməli olduqlarını onlara başa saldı.
    "Ruhul-Bəyan” kitabının müəllifi bu sözləri nəql etdikdən sonra yazır: "Allah-taala onlarla vuruşmaq üçün Əbu Bəkrə bir qoşun göndərdi. Peyğəmbər (s) öz düşmənləri ilə vuruşduğu kimi, Əbu Bəkr də onlarla vuruşub zəkatın vacib olduğunu onlara başa saldı.”
    Ənəs ibni Malik deyir: "Səhabələr isə onlarla vuruşmağı düzgün bilməyib, onların "qiblə əhli” (müsəlman) olduqlarını deyirdilər. Ancaq Əbu Bəkr qılınc götürüb onlarla vuruşmağa getdikdə, səhabələr də məcbur qalıb onunla getdilər.”
    İbni Məsud deyir: "Biz əvvəllər "rəddə əhli”(Əbu Bəkrə zəkat verməyib, onu qəsbkar kimi tanıyanlara "rəddə əhli” deyilir.) ilə döyüşməyin kərahətli (məkruh) olduğunu bilirdik. Döyüşdən sonra isə Allaha şükr etdik.”
    Bəziləri demişlər:
    "Peyğəmbərlərdən sonra Əbu Bəkrdən fəzilətli bir kəs doğulmayıbdır! Çünki o, rəddə əhli ilə döyüşdə Peyğəmbər (s)-in nümayəndəsi oldu.” Bu döyüş Malik ibni Nüvey-rəyə qarşı aparıldı.("Ruhul-Bəyan”, "Maidə” surəsinin 54-cü ayəsi haqda olan bəhs.)
    "Ruhul-Bəyan” təfsirində yazılır:(Həsəndən məqsəd, bəlkə də sünnü alimi olan Həsən Bəsridir.) "Həsən dedi: Əgər Əbu Bəkr bu işi görməsəydi, müsəlmanlar qiyamət gününə kimi zəkat verməyəcəkdilər.”
    Əşbah özünün "Əl-mötəmidu fil-Məzahib” kitabında belə yazır: "Zəkatı icbar və zorla almaq caiz və düzgün deyil.”
    Əşbah daha sonra deyir: "Mühit deyir: Zəkat verməyən şəxsdən zorla zəkat almaq olmaz. Zəkat yığan şəxs zorla zəkat alsa belə, o, zəkat sayılmır. Çünki zəkat verən şəxs öz istəyi ilə verməyib. Ancaq onu zəkat verənə qədər zindanda saxlamaq olar.”
    O, bu sözlərində demək istəyir ki, zəkat verən şəxs niyyət etməlidir. Əgər o, niyyət etməsə, verdiyi mal zəkat sayılmaz.("Ruhul-Bəyan” təfsiri, "Maidə” surəsinin 54-cü ayəsi haqda olan bəhs)
    Bu iki təfsirin bəyanı haqda aşağıdakıları qeyd etmək lazımdır:
    Birinci: Yalan hədis yazmaqda məşhur olan Seyfin rəvayətinə görə Maliki həqiqi mürtəd saydılar. Halbuki, bir kəs zəkat vermədikdə heç vaxt mürtəd olmur və zəkat verməyən şəxsə tövbə etməsi üçün üç gün möhlət verilməlidir.
    İkinci: Seyf, Əbu Bəkrin məqamını yüksəlt-mək üçün Allah tərəfindən onun üçün böyük bir qoşun göndərildiyinə inanır.
    Malik ibni Ənəsin nəql etdiyi ikinci cümlədə Əbu Bəkrin əvvəlcə bu döyüşə tək getdiyini və camaatın sonradan onun hörmətini saxlamaq üçün əlacsız qalıb ona qoşulduq-larını oxuduq. Bu rəvayətlər göstərir ki, Malikin əsl qatili Əbu Bəkrdir. Halbuki, bütün tarixçilər Malikin qətl hökmünün Xalid tərəfindən verdildiyini yazırlar.
    FƏZİLƏT HƏDİSLƏRİ HAQDA TƏHLİL VƏ MÜLAHİZƏLƏR
    Doğrusu, görəsən Peyğəmbər (s) öz səhabə-lərinin gələcəyindən xəbər verib, onların dini təhrif edəcəklərini bəyan etdiyi bir halda, bu hədisləri Mədinədən kənarda yaşayan və Əbu Bəkrə zəkat verməkdən imtina edən bir ərəbə (Malik ibni Nüveyrəyə) necə aid etmək olar?
    Peyğəmbər (s) öz sözlərində "əshabi, əshabi” və yaxud "mimmən sahəbəni” kəlmələrini işlət-mişdir. Bu sözlərin mənası "gecə-gündüz mənimlə birlikdə olanlar” deməkdir.
    Belə isə, Mədinədən bir neçə fərsəng uzaqda yaşayan, Peyğəmbər (s) ilə bir-iki dəfədən artıq görüşməyən və hətta o həzrətin vəfat xəbərini belə, bir neçə gündən sonra eşidən şəxsi "Peyğəmbərlə həmişə birlikdə olan” şəxslərdən saymaq olmaz. Peyğəmbərlə (s) həmişə bir yerdə olan şəxslər məhz gecə-gündüz, səfərdə və qeyri-səfərdə, döyüşlərdə, cümə və camaat namazlarında o həzrətlə birlik-də olanlardır. Əbu Bəkr, Ömər, Osman, Əbdür-rəhman ibni Ovf, Səd ibni Əbi Vəqqas, Əbi Übeydə Cərrah, Əbu Səid Xidri, Bərra ibni Azib və sairləri Peyğəmbər (s) ilə həmişə birlikdə olan şəxslər idilər.
    Digər tərəfdən isə, sünnü alimləri öz rəvayətlərində Əbu Bəkri Peyğəmbərin həmişəki dostu və köməkçisi kimi qələmə veriblər. (Bu barədə olan bəzi rəvayətləri keçmiş bəhslərdə izah etdik.)
    Bəzən səhabələrin özləri Peyğəmbərin onla-rın gələcəyi barədə dediyi sözlərini etiraf edir, dini qorumaqda səhlənkarlığa yol verdik-lərini qəbul edirdilər.
    İbni Həcər "Əl-isabə kitabında yazır: "Əli ibni Müsəyyib atasının Əbu Səid Xidriyə belə dediyini nəql edir: Siz necə də xoşbəxtsiniz! Çünki Peyğəmbəri görüb onunla həmsöhbət olmusunuz! Əbu Səid Xidri: Bizim, Peyğəmbər (s)-dən sonra nələr etdiyimizi bilmirsiniz” - deyə cavab verdi.("Əl-isabə, 3-cü cild, 1-ci fəsil, səh.84)
    Buxari yazır: "Əla ibni Müseyyibin atası deyir: "Bərra ibni Azibə dedim: Siz necə də xoşbəxtsiniz! Çünki, Peyğəmbəri görüb, bir ağacın altında onunla beyət etmisiniz. O isə mənə, belə dedi: "Sən bizim Peyğəmbərdən sonra nə işlər gördüyümüzü bilmirsən!”(Səhihi-Buxari”, 5-ci cild, səh.159-160)
    "Ət-təbəqat” kitabının müəllifi yazır: "Ayişə ölməmişdən qabaq deyirdi: "Mən Peyğəmbərdən sonra yaramaz və nalayiq işlər gördüyüm üçün, məni onun zövcələrinin yanında dəfn edin (Peyğəmbərin özünün qəbri yanında dəfn etməyin.)”("Ət-təbəqat” (İbni Səd), 8-ci cild, səh.51)
    ƏBU BƏKRİN ETİRAFLARI
    Malik ibni Ənəs, Ömər ibni Übeydullahın qulamından belə nəql edir: "Peyğəmbər (s) "Ühüd” döyüşündə şəhid olanlara xitab edərək buyurdu: Şəhadət verirəm ki, bunlar behişt əhlidir.
    Əbu Bəkr dedi: Ya Rəsuləllah, məgər biz müsəlman olub, cihad etdiyimiz üçün onların qardaşları deyilikmi? Peyğəmbər (s) buyurdu Bəli, belədir. Ancaq bilmirəm məndən sonra nə işlər edəcəksiniz!
    Əbu Bəkr bu sözdən sonra ağladı. Peyğəmbər (s) onun ağlamağının qarşısını almadı. Əgər bu sözdən Peyğəmbərin (s) məqsədi Əbu Bəkr və onun kimilər olmasaydı, onu ağlamağa qoymazdı.
    İbni Həcər "Ət-təhzib” kitabında yazır:
    "Peyğəmbər (s) dünyadan getdikdən sonra, beş nəfərdən savayı bütün müsəlmanlar kafir oldular.”("Təhzibut-təhzib”, 8-ci cild, səh.9)
    Şiə kitablarında da İmam Məhəmməd Baqir (ə)-dan belə nəql olunur: "Üç və ya dörd nəfərdən başqa hamı dindən dönüb mürtəd oldu. Bunlar Salman, Əbuzər və Miqdaddır.” Bəzi rəvayətlərdə Əmmarın da adı qeyd olunur.
    Əmirəl-möminin Əli (ə) buyurub: "Dünya altı nəfərə dar oldu. Allah taala da onların xatirinə yer üzərinə ruzi nazil etdi, yağış yağdırıb onlara kömək etdi: Salman Farsi, Miqdad, Əbuzər, Əmmar, Hüzeyfə. Mən də onların imamları idim.”
    Həzrət Fatimeyi Zəhra (ə)-a namaz qılanlar da, elə bu altı nəfər oldu.
    Category: Peyğəmbərin haqq canişini | Added by: Islam_Kitabxanasi
    Views: 954 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024