İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Nəfs təhlükə mənbəyidir

    Nəfs təhlükə mənbəyidir
    2012-02-24, 2:03 PM
    Əql necə əsirə çevrilir
    Əvvəlcə əql insana məsləhətini verərək deyir: ''Oruc tutmaq çox gözəl əməldir, yaxşı olar ki, onu edəsən''. Lakin nəfs insana bu işdə mane olur və şəhvani-hisslər, həvayyi-nəfs onu oruc tutmaqdan yayındırmağa çalışır. Bu halda, orucu pozmaq qərarına gəldikdə, artıq ləziz yeməklər əldə etmək haqda düşünməyə ehtiyacı duyulur. Və bu an yenidən əqlə müraciət edildikdə isə artıq əql müstəqil bir qüvvə kimi deyil, nəfsin əsiri kimi fəaliyyətə başlayır.
    Başqa bir misala diqqət yetirək: Əql oğurluğun pis iş olduğunu dərk etsə də, nəfs ona qarşı çıxaraq bu mənfur əməli yerinə yetirməyi qərara alır. Lakin oğurluq etmək üçün dəqiq plan hazırlanmalı olduğundan onu yenə əql həyata keçirərək nəfsin əmrləri ilə hərəkət edən aciz bir alətə çevrilir.
    İmam Əli ibn Əbu Talib(ə)-ın bu haqda buyurduğu kəlamları qeyd etmək yerinə düşərdi. O Həzrət buyurmuşdur: "Nə çox əqllər həvai-nəfsin hökmranlığı altında əsirə çevrilmişdir”.(Nəhcül-bəlağə, Qısa və hikmətli kəlamlar bölməsi, 211-ci kəlam. )
    "Əql daha çox şəhvətin şimşəkləri altında məhv olar”.(Nəhcül-bəlağə, Qısa və hikmətli kəlamlar bölməsi, 219-ci kəlam. )
    Digər bir kəlamında isə o Həzrət əqlin, yalnız nəfsi istəklər və şəhvətlərdən xilas olduğu zaman insan həyatında idarəedici rol oynadığına işarə edir:
    "Əql nəfsi istəklərin əsarəti altından çıxdıqda və dünya sevgisindən (dünyanın aldadıcı və müvəqqəti ləzzətlərinə bağlılıqdan) xilas olduqda bunları (söylədiyim bu nəsihətləri, həqiqətləri) təsdiqləyər”.(Nəhcül-bəlağə, 3-cü fəsil. )
    Həmçinin İmam(ə) şəhvətin əqli parçalamasına da toxunaraq buyurmuşdur:
    "Şəhvət hissləri onun (həvayi-nəfsinə aldanmış şəxsin) əqlini parça-parça etmişdir”/(Nəhcül-bəlağə, 109-cu xütbə. )
    "Əql həvayi-nəfslə şəhvətin təzyiqi nəticəsində aradan gedər”.(Mizan əl-hikmə, c.6, s.431. )
    "Əqlin düşməni həvayi-nəfsdir”.(Mizan əl-hikmə, c. 6, s.436. )
    Beləliklə, məlum olur ki, nəfsin əql üzərində hökmranlıq edib, ondan istənilən kimi yararlanmağa qüdrəti çatır. Onun təhlükəli hesab edilməsi də məhz bu səbəbdəndir. Qurani-Kərimin insanın xoşbəxtliyini, nicatını və uğurunu onun nəfsinin sağlam olması ilə əlaqələndirməsi də məhz bundan irəli gəlir. Bu haqda, Allah-təala Naziat surəsinin 40, 41-ci ayələrində buyurmuşdur:
    "Amma kim (Qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəhvəti) qadağan etmişsə, həqiqətən onun yurdu Cənnətdir!”
    Elə isə əsas məsələ nəfslə bağlıdır. Nəfsini tərbiyə edib saflaşdıran şəxs böyük uğur qazanar, nicat tapar. Buna görə də, nəfsin tərbiyəsinə, onun təhlükəli xəstəliklərdən nicat tapmasına xüsusi diqqət yetirilməlidir.
    Yunan məntiqinin nöqsanı
    Alimlər məntiq elminə tərif verərək bu elmin insan beynini səhv düşüncədən qoruyan qanunverici bir alət olduğunu bildirmişlər. Həmin fikirlərə əsasən, bu elmin əsas hədəfi xətalardan uzaqlaşmaqla fikirlərə düzəliş etməkdən ibarətdir. Bununla da aydın olur ki, biz yalnız düşünmə qabiliyyətimizi tənzimləməkdə məntiq elminə ehtiyac duyuruq. Qeyd edilən bu fikirlər məşhur alim şeyx Müzəffərin məntiq kitabından götürülmüşdür. Lakin İbn Həzm Əndolosinin fikrinə əsasən, məntiq elmi bütün həqiqətləri araşdıraraq onları batil, mənasız və əhəmiyyətsiz məsələlərdən heç bir şübhə qalmadan seçib ayırır.
    Maraqlıdır, əsası və bəndləri məşhur filosof Aristotel (e.ə.384-322) tərəfindən tərtib edilmiş yunan məntiqi həqiqətənmi bu vəzifəni yerinə yetirir?
    Bu fikri qətiyyətlə inkar edərək məntiq elminin sadəcə düşünmə prosesinə və təfəkkürün formalarına, növlərinə üstünlük verdiyini qeyd edə bilərik. Bu səbəbdən bu elmə, həmçinin formal məntiq deyilir. Belə ki, məntiq elmi nəfsin dərinlikləri və onun insan təfəkkürünə psixoloжi təsirləri haqda araşdırmalar aparmır.
    Görkəmli alim Məhəmməd Təqi Müdərrisi bu haqda olan fikirlərini belə qeyd edir: Məntiq elmini (Yunan məntiqini) ifratçılıq, anarxiya və sofistikanın müqabilində yaranmış insanın düşüncə tərzini formalaşdıran bir vasitə kimi qiymətləndirmək olar. Yəni bu elm fikirlərin mənbəyini araşdırmaqdan daha çox onların bir-biri ilə əlaqəsinə diqqət yetirir. Bu isə bütün səyini rəqəmlərin toplanıb-çıxılmasına sərf edən, lakin onların arxasında gizlənən həqiqətlərə diqqət yetirməyən şəxsin misalına bənzəyir. Aristotelin bu formal məntiqi təfəkkürün mahiyyətinə varmadan, sadəcə onun formalarının (növlərini) öyrənilməsinə əhəmiyyət verməsi ilə insanın daxilindəki mənfi və zəlalətə yönəldici hisslərin (xüsusiyyətlərin), həmçinin bu hisslərin (xüsusiyyətlərin) qarşısında əqlin rolunun unudulmasına bais oldu. Məhz bu səbəbdən, formal məntiq elmi bəşəriyyətin fikri baxımından inkişaf etməsini yetərli şəkildə təmin etməyə nail ola bilmədi.(Məhəmməd Təqi Müdərrisi, "Məntiq əl-İslami”, s.55. )
    Bu elmin əsas müddəasında deyilir ki, insanın elmlə bağlı problemi sırf əqli problemdir və düşüncə tərzini tənzimləyən (formalaşdıran) qaydalar təyin etməklə bu problemi həll etmək olar. Lakin həqiqətdə insanın bu sahədəki problemi əqldən daha çox nəfslə bağlıdır. Bu səbəbdən də insanın əqlini və düşüncə tərzini formalaşdıran qaydalar təyin etməzdən öncə onun (insanın) nəfsini təhlükəli xəstəliklərdən mühafizə etmək gərəkdir. Çünki insanın nəfsi sağlam olmadıqda onun iradəsinə təsir göstərərək (onu) istəklərinin hərəkət etdiyi istiqamətə yönəldə bilər. Belə olduqda isə insan öz düşünmə qabiliyətini itirir və həmin an, əlbəttə ki, düşüncə tərzini tənzimləyən qaydaların heç biri ona kömək edə bilmir.(Məhəmməd Təqi Müdərrisi, "Məntiq əl-İslami”, s.187. )
    Nəfsə diqqət yetirməyin zəruriliyi
    Bəzi insanlar əqllərinin kamilləşməsinə xüsusi diqqət yetirərək müxtəlif məlumatlar və fikirlər əldə etməklə onu gücləndirirlər (zənginləşdirirlər). Digərləri isə cisimlərini bəsləməyə daha çox üstünlük verərək onu daim dadlı təamlar və başqa ləzzətlərlə, rahatlıq gətirən vasitələrlə təmin edirlər. Laikin təəssüflər olsun ki, insanların əksəriyyəti öz nəfslərini unudaraq onu islah etməyə əhəmiyyət vermirlər. Məlumdur ki, nəfs sağlam olmadıqda əqlin və cismin heç bir dəyəri olmaz. Belə ki, nəfs xəstə olduqda əqldən sui-istifadə edər və bununla cismi də uçuruma yuvarlayar.
    Keçmiş tarixə və yaxud müasir həyata nəzər yetirdikdə bəzi insanlar əqli və elmi baxımdan yüksək səviyyəyə çatmalarına, dərin biliyə yiyələnmələrinə baxmayaraq, bədbəxtliyin və mənəvi pozğunluğun ən son pilləsinə enmələrinin şahidi olarıq. Bu həqiqətə sübut olaraq İblisi misal gətirmək mümkündür. Onun bu qədər alçalması, bədbəxtliyə düçar olması elminin azlığındanmı baş vermişdir? Əlbəttə ki, xeyir...
    İblisin başına gələnlər onun elminin azlığı səbəbi deyil, əksinə o, bu sahədə digərlərindən daha üstün və bizim bilmədiyimiz bir çox şeylərdən xəbərdar olan böyük bir alim idi. Bu halda onun cəzalandırılmasına hansı amilin səbəb olduğu sualı meydana çıxır. Allah-təala bu haqda Qurani-Kərimdə belə xəbər verir:
    "(Allah İblisə:)Mən sənə səcdə etməyi əmr etdikdə buna nə mane oldu? –deyə buyurdu. (İblis:)Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın! –dedi”. (Əraf surəsi, ayə 12. )
    Buradan məlum olur ki, İblisi uçuruma yuvarlayan səbəb onun təkəbbürlüyü olmuşdur. Şübhəsiz ki, təkəbbürlük də əqli deyil, nəfsi xəstəlik olduğundan o, bu məsələdə öz elmindən faydalana bilərdi. O cümlədən azğınlığa və bədbəxtliyə düçar olmuş insanların əksəriyyəti də elmlərinin azlığından deyil, məhz nəfslərinin xəstə olması üzündən bu kimi acı nəticələrlə qarşılaşmışlar.
    Burada İmam Əli(ə)-ın gözəl bir kəlamı öz yerini tapır. O Həzrət buyurmuşdur: "Nəfsini islah etməyən şəxs əqlindən faydalana bilməz”.
    Başqa bir kəlamında isə İmam (ə) belə buyurmuşdur:
    "Həvayi-nəfsindən uzaqlaşan şəxsin əqli sağlam olar”.(Mizan əl-hikmə, c.6, s.436. )
    Nəfsi xəstəliklərin əqlə təsir etməsinə gəldikdə isə o Həzrət buyurmuşdur:
    "Bilin ki, uzun-uzadı arzular əqli aradan aparar…”.(Nəhcül-bəlağə, 86-cı xütbə. )
    "İnsanın özünü bəyənməsi onun əqlinə həsəd aparan şeylərdən biridir”.(Nəhcül-bəlağə, qısa və hikmətli kəlamlar bölməsi, 212-ci kəlam. )
    Buradan məlum olur ki, nəfsin islah olunması məsələsinə böyük əhəmiyyət verilməlidir. Çünki nəfs təkəbbürlük, lovğalıq, şöhrətpərəstlik, qorxaqlıq, tənbəllik, kin-küdurət və digər bu kimi xəstəliklərə düçar olarsa, artıq heç bir şey bunun qarşısında fayda verməz. Allah-təala bu haqda Qurani-Kərimdə buyurmuşdur:
    "Yer üzündə haqsız yerə təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam”.(Əraf surəsi, ayə 146.)
    Yəni onlar nəfsləri təkəbbürlük xəstəliyinə düçar olduğundan iman gətirməyə, hidayət tapmağa belə müvəffəq olmazlar.
    Peyğəmbər(s)-ə iman gətirməyənlərin nöqsanı əqllərində, yoxsa elmə yiyələnməməkdə idi? Xeyr, qətiyyətlə bunu inkar edərək onların probleminin nəfslərinin təkəbbürlük kimi çirkin bir xəstəliyə düçar olması və həvai-nəfslərinin onlara hakim kəsilməsi olduğunu qeyd etmək olar.
    Nəfslə bağlı üzərimizdə olan məsuliyyət
    Biz əqlimizi kamilləşdirmək məqsədi ilə onu elm və biliklə təmin etməyə, həmçinin cismimizi bəsləmək, ona müxtəlif həzz və rahatlaşdırıcı vasitələrlə qayğı göstərməyə geniş vaxt ayırırıq. Lakin nəfsimizin islah olunması, onun təhlükəli xəstəliklərdən təmizlənməsi üçün necə, vaxtımızı sərf edirikmi?
    Doğrudur, dünyanın qərb və şərqdəki universitetlərində seçdikləri sahə üzrə təhsil alıb yüksək elmi dərəcəyə yiyələnən insanların əqlləri olduqca iti və güclüdür. Həqiqətən də, mövcud dəqiq texnikalar, daim yenilənən elektron cihazlar icad edən əqllər qarşısında insan özünü bir növ aciz və həqir hiss edir. Nəzər saldıqda elmi və texnoloжi sahədə inkişaf etmiş qərbdə möhtəşəm, heyranedici texnikalar istehsal edildiyi müşahidə olunur. Bütün bunlar təbii ki, əqlin bəhrəsidir. Lakin bununla yanaşı, o insanların daxilində müxtəlif nəfsi xəstəliklər və mənfi xislətlər də yaranıb böyüyür və həmin əqlləri və cisimləri bu dünyada bədbəxtliyə , axirətdə isə cəhənnəm oduna sürükləyir.
    Səhv düşüncə
    Bəzi insanlar elə düşünürlər ki, nəfsin islahı üçün sərf olunan vaxt hədərdir. Məsələn, bəzən, insan (vəfat etmiş) bir möminin dəfn mərasimində iştirak edərkən qəbristanlığa gedərək orada olduğu müddətdə sərf etdiyi vaxtın hədər getdiyini düşünə bilər. Özlüyündə belə işlər bu qədər vaxtı kitab oxumağı və ya mühüm məsələlər üzərində düşünərək əql işlətməyin daha yaxşı olduğunu düşünür. Əlbəttə ki, bu cür fikirləşmək mənasızdır.
    Məgər bizim ehtiyacımız (vəzifəmiz) sadəcə əqlimizə fayda vermək və məlumatlar toplayaraq onu gücləndirməkdən ibarətdirmi?
    Bəs onda nəfsimiz necə olsun? Onun islahı ilə kim məşğul olmalıdır?
    Nəfsimizin xəstəliklərdən təmizlənməsi yolunda sərf etdiyimiz vaxt hədər deyil, əksinə vacib olan bir işdir. İslamda olan ibadətlərin və bu ibadətlərin şirinliyinin sirri də məhz bu nöqtədə gizlənir. Yəni namaz qılmaq, dua etmək, dəfn mərasimlərində iştirak etmək və özümüzü gündəlik olaraq mühasibə etmək kimi işlərə vaxt ayırmaq nəfsin saflaşmasına xidmət edir.
    İnsanın özünün gündəlik mühasibə etməsinin zəruriliyi haqda İmam Kazım(ə) belə buyurmuşdur:
    "Hər gün özünü mühasibə etməyən şəxs bizdən deyildir. Belə ki, yaxşı işlər etmişsə, Allahdan onların artırılmasını diləməli və Ona şükr etməli, yaxud pis işlər etmişsə, Allahdan onların bağışlanılmasını istəməli və bu günahlara tövbə etməlidir”.(Mizan əl-hikmə, c.2, s.407. )
    İnsanın elmi inkişafı, əql və idrak dairəsinin genişliyi ilə nəfsinin sağlamlığı arasında tarazlıq olmadıqda onun gələcəyi üçün böyük bir təhlükə törənər. Bu tarazlığı qorumaq üçün isə biz nəfsimizin islahı məsələsinə xüsusi əhəmiyyət verməli və vaxtımızın bir hissəsini onun qeydinə qalmağa sərf etməliyik.
    Category: Nəfs təhlükə mənbəyidir | Added by: Islam_Kitabxanasi
    Views: 774 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024