İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə)) - 2
    2012-01-20, 9:13 PM
    SÜD NECƏ YARANIR
    Quran buyurur: "Şübhəsiz ki, davarda (sağmal heyvanlarda) da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin (boğazından) rahat keçər.(Nəht surəsi -66 )
    Bu ayədə buyurulur: Süd, ifrazat sistemi ilə qanın arasından çıxır. Fiziologiya elmi bu gün sübut etmişdir ki, qida maddəsi mədədə həzm olduqdan sonra geniş şəkildə mədə və bağırsaqlara yayılır. Lazım olan ünsürlər onu cəzb edib qidalandırır. Bu halət, kökləri müxtəlif yerlərə dağılmış ağaca bənzəyir. Ana yemək yeyir, əsas vitamini qana keçir, qanın şaxə və budaqları rüşeymə bitişikdir. Uşaq nə qədər ki, ananın qarnındadır, bu yolla qidalanır. Uşaq dünyaya gələrkən göbəyinin bağırsağı qırılır. Bununla da qanla qidalanması qət olur. Uşaqın qida-həzm sistemi ananın sinəsinə tərəf yönəlir. Bu halda təzə dəyşiklik baş verir. Uşaqın istəyinə uyğun olan süd, ifrazat və qanın arasından çıxıb vücuda gəlir. Südün tərkibi qanla ifrazatın arasında qərar tutmuşdur. Nə tam təmizlənmiş qan, nə də həzm olunmuş qidadır. Qandan üstün, lakin, hazır həzm olunmuş qida məhsuluna da çatmır. Ananın sinəsi, porotoenli maddələri hazırlamaqdan ötrü bu işə tamamilə hazırdır. Südə lazım olan bəzi maddələr qanda mövcuddur və onlar da döş qəfəsində vücuda gəlir.
    Qazoin kimi maddələr və süddə olan bəzi başqa maddələr qandan keçmədən vücuda gəlir. Bir sıra maddələr və müxtəlif vitaminlər, qidanın duzu, fosfot və qənd kimi maddələr qandan alınır. Bütün bunlar ananın sinəsində dəyşildikdən sonra südə çevrilir. Diqqət etdiyiniz kimi, südün əmələ gəlməsi müxtəlif qida maddələrinin qanla və sinədə olan vəzilərlə reaksiyasının nəticəsidir. Maraqlıdır ki, nə ifrazatın xüsusi iyi və nə də qanın rəngi südə keçmir. Alimlər deyirlər: Ananın sinəsində bir litr südün əmələ gəlməsindən ötrü ən azı sinədən beş yüz litir qan dövranı keçməlidir. Bununla da, südə lazım olan qidanı qandan alsın. Bir litr südün yaranmasından ötrü bağırsaqlardan çoxlu qida maddəsi keçməlidir. Bu haldadır ki, Quranın südün yaranması barəsində dediyi aydınlaşır.
    Südün əsas tərkib maddələri bunlardan ibarətdir.: Sidiom, patasiom, kalsium, maqnezium, mis, dəmir, fosfor, xlor, yod, kükürd, qazlardan oksigen, azot, əsid, karbon və qənd maddələri süddə kifayət qədər mövcuddur. Süddə olan vitaminlərdən, B, P, A, D-ni qeyd etmək olar. Həmin səbəbdən İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
    "Su və yeməyin yerini tamamilə tuta biləcək bir şey varsa, o da ananın südüdür.”(Əvvəlin daneşqah və axirin Peyğəmbər)
    AZ HƏCMLİ VƏ ÇOX QÜVVƏLİ MADDƏ
    Süd, dadlı qida maddəsi olub uşaqlıqdaq qocalana qədər bütün insanlara faydası vardır. Ona görə də, xəstə şəxslərə süd içmək məsləhət görülür. Südün sümüklərin inkişafına fövqəladə təsiri vardır. O səbəbdən sümük sınıqları hallarında süd içmək məsləhət görülür.
    "Xalis" sözünün mənalarından biri də peyvənd və bağlılıqdır. Ola bilsin, həmin mənaya görə Quranda xalis süd ifadəsi, südün sümüklərə olan fövqəladə təsirinə işarə olsun. Maraqlıdır ki, İslamda süd verməyin hikmətlərində bu məna aydın şəkildə gözə çatır. Çünki, bir tərəfdən görürük ki, fəqihlər yazır: "Əgər uşaq, hər hansı bir anadan süd əmib sümükləri möhkəmlənib ət bitirsə, onda uşaq o qadına məhrəm olar." Başqa tərəfdən alimlər yazır:
    "Əgər uşaq, on beş gün hətta, bir gecə-gündüz süd əmərsə, məhrəmiyyət əmələ gələr."
    Əgər bu iki sözü bir–biri ilə birləşdirsək, mənası bu olar ki, hətta, uşaqın bir gecə-gündüz də süd əmməsi, sümüklərin möhkəmlənməsi və ət bitməsinə səbəb olur.(Təfsir Nümunə. Cil. 11 səh 292 )
    Onu da qeyd edək ki, İslami göstərişlərdə "ağuz"ərəbcə, "liba" südünə və onun fövqəladə təsirinə təkid olunmuşdur. Hətta, fiqh kitablarında oxuyuruq: Uşaqın həyatı o südə bağlıdır. Ona görə də ağuz südünü uşaqa vermək vacibdir.(Şərhlümə Kitabun Nikah. Cil. 5 səh 452 )
    Həmçinin, həmin mövzuda Quranın Qəsəs surəsində yeddinci ayədə buyurur: "Musanın anasına ilham etdik ki, ona süd versin və əgər ona görə qorxsa onu dalğalara tapşırsın."
    Ananın bir çox bəyənilmiş xüsusiyyətləri süd vasitəsi ilə uşaqa keçir.
    Həzrət Əli (əleyhissalam) əlini Məhəmməd Hənəfiyyənin kürəyinə vurub buyurdu: "Qorxu damarı anandan sənə keçib."
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) süd əmən vaxtı qadınlar içindən yalnız, Həlimə Səidinin sinəsini qəbul edir və başqa qadınlardan süd əmmir. Bura kimi ananın süd verməsinin əhəmiyyəti və bununla da, uşaqın inkişafına təsiri aydın oldu.
    ANA BÜTÜN VÜCUDU İLƏ UŞAQIN XİDMƏTİNDƏ
    Uşaqın dünyaya gəlməsi anından ananın bütün vaxtı uşaqa xidmətdə keçir. Ananın bir an uşaqdan qafil olması bəzən onun aradan getməsi ilə bərabərdir. Ananın gecə-gündüz uşaqı gözləməsi onun aramlıq və istirahətini əlindən alır. Amma, ananın təbiətinə və mehribançılığına uyğun olaraq bütün bu zəhmətləri və əziyyətləri bal kimi bilir.
    İmam Səccad (əleyhissalam) bu mövzunu, "o bu işə xoşhaldır" ifadəsi ilə bəyan edir.
    ANA MƏHƏBBƏTİ
    Məhəbbət, insanın mühüm ehtiyaclarından biridir ki, onun dünyaya gəlməsi ilə tələb olunur. Demək olar ki, insanın yeməyə və suya ehtiyacından sonra məhəbbətə ehtiyacı vardır.
    Psixoloqlar, bu xüsusiyyəti insanın ən güclü ruhiyyəsindən sayırlar. Məhəbbət, insana təkcə uşaq vaxtı deyil, bəlkə də bütün ömrü boyu müxtəlif şəkildə bu hissə ehtiyac duyur.
    Uşaqlarda elə mehriban tələblik və xüsusiləşmə hissləri görürük ki, əgər azca ondan azaltsaq, ata-anasına naz edib küsürlər. Əgər bu məhəbbətdən başqa uşaqa göstərilməsini görsə, həsədlik edər. Böyük yaşda qadınların, "günü" gəlməsindən xoşları gəlmir. Cavanlarda müşahidə olunur ki, qəlbləri açmaq və ya ram etmək istəyirlər.
    Bəzi psixoloqlar mötəqiddirlər ki, uşaqların məhəbbətə xüsusi ehtiyacları vardır. Bu ehtiyaclar ananın bədəninin hərarəti və ya ananın uşaqı qucağına alması və ya oxşaması ilə aradan gedir. Əgər uşaqın bu ehtiyacı ödənilməsə, onun ruhunda çox pis təsir qoyur. Məşhur insanşünaslardan biri bu etiqadın təsiri altına düşüb məclislərin birində belə deyir:
    "Körpə doğulduqdan sonra anasının yanında yatmalıdır və onu yataqxanaya göndərmək lazım deyildir. Çünki, əgər uşaqı bu anda anasından ayırsaq, onun ananın istilik və hərarətinə olan ehtiyacı ödənilməmiş olar. Hətta, bəzi pisxoloqlar bu əqidədədirlər ki, əgər, ana hər hansı müşkülə görə uşaqın yanında yata bilməsə, onun yerinə uşaqa nəvaziş etməkdən ötrü başqa anadan da istifadə etmək olar. Ona görə də yetimləripərvəriş etmək üçün xüsusi mərkəzlərə ehtiyac var.(Usul Rəvanşinasıman cil 1 səh 441 )
    MƏGƏR UŞAQ ANANIN HƏRARƏTİ OLMAMASINI DƏRK EDİRMİ?
    Uşaq özünün həyatının bu dövründə söz danışa bilməz. Ona görə də, bu sualın cavabı hələlik cavabsız qalır. Amma bu suala cavab tapmaqdan ötrü bir neçə təcrübə keçirildi. Bu təcrübədə bir neçə meymuna texniki bir ana verildi. Bu təcrübələrdə meymunun balaları, maşın anaya qarşı uşaqlara məxsus bütün ehtiyac və hərəkətlərini nişan verdilər. Meymunun anasının yerinə qəbul etdiyi ən münasib canişin, qırıq ağac budağının başına dolanmış paçanı və aşağı qismətləri bükülmüş gəlincik olur.
    Həmçinin, bu canişin ana, başqa bir canişin maşın anadan ki, isti süd verir, lakin, meymun balası onun qucağında otura bilməməsinə görə, ondan daha təsirli olur. Bu təcrübələrdə müşahidə olunur ki, meymun balasında ruhu narahatçılıq baş verdikdə, canişin anaya tərəf qaçır və onu qucağına alır. Bu təcrübədən belə nəticə almaq olar ki, meymun balalarının ananın bədəni ilə əlaqəyə ehtiyacları vardır.(Usul Rəvanşinası cil 1 səh 441 )
    ANANIN FƏDAKARLIĞI
    Ana övladının vücudunu öz vücudundan üstün bilir. Bəziləri özlərini övladına fəda edir. Öz gözünə tikan batmasına dözür, amma uşaqının naləsinə dözmür. İmam Səccad (əleyhissalam) buyurur: "Ana, suyu övladına verib, özü isə susuz qalır. Özünə lazımı libas almasa da, onu uşaqına alır.”
    Ana uşaqına qarşı iki növ məhəbbət bəsləyir. Birinci: Hissi məhəbbət. İkinci: Əqli məhəbbət. Hissi məhəbbət, bu vaxta kimi söhbət etdiklərimizdir.
    Amma əqli məhəbbət odur ki, uşaqı xəstələndiyi vaxt həkimə müraciət edir. Onu cərrah həkimin ixtiyarında qoyur ki, qarnını yarsın və bağırsağını götürsün. Anası onun vəziyyətinə ağlayaraq dözsə də bu işə razılıq verir. Əgər ondan soruşsaq ki, nəyə görə uşaqını həkimin ixtiyarında qoymusan? Cavab verir: Çünki, onu sağlam görmək istəyirəm. Az zərərə, mənfəətdən ötrü dözmək və övladı sağlam görmək daha məntiqlidir.
    BEHİŞT ANANIN QƏDƏMLƏRİ ALTINDADIR
    Ananın məqam və mərtəbəsi o qədər yüksəkdir ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Behiştə getməyin yolunu ananın ayaqları altında və ona xidmət etməkdə görür. Necə ki, başqa yerdə, Behiştə getməyin şərtini Allah yolunda cihad edənlərin şəmşirlərinin kölgəsində tanıtdırır. İndi də İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) ananın haqqı, ehtiramı və məqamı barəsindəki söylədiklərinə işarə edək:
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Cənnət anaların qədəmləri altındadır.(Mizanul Hikmət cil 10 səh 712 )
    Həzrət Musa (əleyhissalam) üç dəfə Allah dərgahına tövsiyə olunmasını ərz edir: Allah-taala, hər dəfə onu Öz pak zatına tövsiyə edir. Sonra yenə də tövsiyə olunmasını istəyir. Allah ona iki dəfə anasını, üçüncü dəfə isə atasını tövsiyə edir
    Bir nəfər, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlib ərz edir: Ya Rəsuləllah! Kimə yaxşılıq edim? Buyurur: Anana!Ərz edir: Daha kimə? Buyurur: Anana! Yenə ərz edir: Daha kimə? Buyurur: Anana! Dördüncü dəfə buyurur: Atana yaxşılıq et!
    Yuxarıdakı iki rəvayətdən bir sualın cavabı aydın olur. O da budur ki, ananın haqqı çoxdur yoxsa, atanın? Cavab budur ki, ananın haqqı atadan üç dəfə çoxdur. Bəli! Anaın üç dövrdə, hamiləlik, süd vermək və övlad böyütmək dövrlərində xüsusi rolu vardır. Doğrudur ki, ata, uşaqın və ananın xərcində mühüm rol oynayır, ailəni idarə edir, yemək, libas, və bütün ehtiyacları təmin edir amma, bütün bunlar övladı anaya təhvil verməklədir. O da bir anda baş verir. O, anadır ki, bütün vücudu ilə övladını böyütməlidir.
    ANAYA XİDMƏT YAXUD DÖYÜŞ CƏBHƏSİ?
    Bir nəfər cavan, anası ilə İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlir və anasının cəbhəyə getməyə icazə verməməsini ərz edir. Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
    "Ananın xidmətində ol! Cəbhəyə getməkdən savabı az deyildir!"(Mizanul Hikmət cil 10 səh 713 )
    23. ATANIN HAQQI
    وَأمَّا حَقُّ أَبيكَ فَتَعْلَمَ أنَّهُ أَصْلُكَ، وَأنَّكَ فَرْعُهُ، وَأَنَّكَ لَوْلاهُ لَمْ تَكُنْ. فَمَهْمَا رَأيْتَ فِي نفْسِكَ مِمَّا يُعْجِبُكَ فَاعْلَمْ أَنَّ أَبَاكَ أَصْلُ النِّعْمَةِ عَلَيْكَ فِيهِ وَاحْمَدِ اللَّهَ وَاشْكُرْهُ عَلَى قَدْرِ ذَلِكَ وَلا قُوَّةَ إلاّ باللهِ.
    "Amma, sənin boynunda atanın haqqı budur ki, biləsən, o sənin vücudunun kök və sərçeşməsidir. Sən onun bir şaxəsisən. Əgər olmasaydı, sən də olmazdın. Hər vaxt özündə bir şey müşahidə etsən ki, bəyənirsən və səni təəccübləndirir, bil ki, bu nemətin əsli atadandır. Bəs, Allaha pərəstiş et və Ona bu nemətə görə şükr et! Allah tərəfindən başqa heç bir güc qüvvə yoxdur!"
    ATA ƏSL, OĞUL ŞAXƏ
    Həzrət Zeynalabidin (əleyhissalam) bu haqqın əvvəlində, elmi və fəlsəfi məsələyə işarə edir. O da əsl səbəb və nəticə məsələsidir. Əgər səbəb olmasa, nəticə dəolmaz. Əslində bütün məxluqatın vücudu bağlı və qeyri-müstəqildir.Bələliklə, bu qanun bütün maddə aləmində özünü biruzə verir. İmam Səccad (əleyhissalam) övladlara atanını vücudunun əzəmətini bəyan edərəkaşkarcasına buyurur: Ata əsas və kökdür. Övlad isə budaqdır. Kök olmasa, övladın vücudu dünyayagəlməz və zühur etməz. Bəs, övlad da hər nə zühur edirsə, öz kökü və əsli olan atadan hekayətdir.
    İmam Səccad (əleyhissalam)-ın bəyanında diqqəti cəlb edən başqa bir mühüm mövzu da budur ki, övlad dünyaya gəlib maddi həyata qədəm atarkən öz inkişafına başlayır və kamal hərəkətinə davam edir. Lakin, ola bilsin, ata elə bir vəziyyətdə olsun ki, maddi inkişafı tamam və ya tamamlanmaq halında olsun. Beləliklə, ata və övladın maddi hərəkəti zamanı, ata öz inkişafını qurtarmağa doğru (qocalıq) halbuki, övlad inkişaf və maddi kamal qülləsinə tərəf hərəkət edir. Ata, günbəgün zəiflədiyini və qocaldığını hiss edir. Lakin, övlad qüvvətlənir və şadlanır. Övlad özünü atadan güclü bilir. Ola bilsin, tədriclə bu ona qürur və təkəbbür gətirsin. Bu halda övladda özünü atasından üstün tutmaq ehtimalı da var. Bu da səbəb olur ki, övlad atasına ehtiram etmək vəzifəsini unutsun yaxud, düzgün yerinə yetirməsin.
    Həzrət bu məsələni övlada anlatmaq istəyir ki, hər vaxt səndə belə bir iş baş versə və Allah eləməmiş, təkəbbür halına düşsən, bil ki, sənə kamal və inkişaf cəhətdən nə müvəffəqiyyət üz veribsə, maddi sərçeşməsi atandır. Sənin özündən heç bir şeyin yoxdur. Əgər sən bu məsələni anlasan, qürur və təkəbbürdən nicat taparsan.
    İmam Səccad (əleyhissalam)-ın bu haqqın bəyanında buyurduğu üçüncü mövzu, neməti tanımaq, təşəkkür və şükür etmək hissini oyatmağa diqqət etməklə, övladın öz vəzifəsini atası müqabilində Allahın buyurduğu kimi icra etməsidir. Bununla da valideynin üzünə ağ olmaq zərərindən qurtarsın. Sonra İmam Səccad (əleyhissalam) izah edir ki, atanın haqqına diqqət, onun müqabilində vəzifəsini yerinə yetirmək fürsətini yalnız, Allah-taala insana nəsib edir. Ona görə də bu imkanı Allahdan istəmək lazımdır.
    Keçən bəhslərdə Qurani-Kərimdə, Loğman və Əhqaf surələrində ananın haqqı və insanı ata-anası barəsində yaxşılığa dəvət edən ayələri izah etdik. Bu bəhsdə isə həmin ayələrin təfsirində nəql olunan rəvayətlərə və atanın hüququna işarə edəcəyik.
    RƏVAYƏTDƏ ATANIN MƏQAMI
    Ravi nəql edir ki, İmam Sadiq (əleyhissalam)-dan bu ayə barəsində sual etdim: "Valideynlərə yaxşılıq etmək"dən məqsəd hansı yaxşılıqdır? Həzrət buyurdu: Ata-ananla kamil şəkildə həmsöhbət ol və onunla yaşa. Onların sənə möhtac olmaqına və zəhmətə düşmələrinə şərait yaratma. Özləri ehtiyacsız olsalar da, bu işi görmə. Sonra İmam Səccad (əleyhissalam) sual soruşanın diqqətini başqa ayəyə cəlb edərək oxuyur: "Özünüzün xoşladığınız şeylərdən xərc edin!" Rəvayətin ardında buyurur:
    Allahın buyurduğu: "Əgər ata-anandan biri sənin yanında qocalıb əldən düşsələr onlara ən kiçik sayılan "Uf"kəlməsini də demə! "- ayədən məqsəd budur ki, onları əziyyətedici sözlərlə incitmə. Əgər səndən narahat olub səni vursalar da, onlarla yaxşı sözlərlə danış. O yaxşı söz budur ki, onlara de: "Allah sizi bağışlayıb Öz rəhmətinə aid etsin!" Ayədəki "Təvazökar qanadlarını onlara aç" sözündən məqsəd budur ki, onlara dolu və açıq gözlə baxma. Yalnız, rəhmət və mərhəmətlə nəzər sal. Səsini səslərindən ucaltma, əlini onların əllərindən, qədəmini qədəmlərindən qabağa qoyma."Qədəmini onların qədəmindənirəli qoymamaq"– yəni, onlarla uca və əziyyətedici səslə danışma. Üzünü onlara turşutma. Heç bir işdə onlardan önə keçmə və sözün tam mənasında onların ixtiyarında ol!
    Üsul-Kafi kitabında İmam Sadiq (əleyhissalam)-dan nəql olunur ki, buyurur:
    "Bir nəfər İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) yanına gələrək ərz edir: Mənə tövsiyə edin! Həzrət buyurur: Atəşdə yanan vəziyyətində olsan da, Allaha şirk qoşma! Yalnız, qəlbində imanına arxayın olsan, zahirdə (təqiyyə ünvanı ilə) zərurət üzündən bu işi görə bilərsən. Ata-anana itaət et və onlara yaxşılıq göstər. İstər diri, istər ölmüş olsalar. Əgər valideynlərin sənə əmr etsələr ki, mal-dövlətindən ver, hökmən bunu yerinə yetir. Çünki, bu işin özü imandandır. "(Usul Kafi cil 2 səh 157 )
    Bu hədisdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), istər həyatda olsun istərsə də, vəfat etmiş olsalar, valideynlərə ehsan və yaxşılıq etməyi tövsiyə edir. Ata-ananın məqamını o dərəcədə bəyan edir ki, hətta, əmr etsə ki, mal–dövlət və zövcəni tərk et, ona tabe olmalıdırlar. Bu əmri yerinə yetirmək, iman əlaməti kimi tanıtdırır.
    Başqa rəvayətdə İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) yalnız, atanın haqqı barəsində buyurur:
    "Atanı adı ilə çağırmayın. Ondan qabaqda yol getməyin. Ondan qabaq oturmayın. Onun sizi təhqir etməyinə şərait yaratmayın."
    Beləliklə, övlad atanın məqamını belə gözləməli və ata-anasına kamil şəkildə ehtiram göstərməlidir.
    Başqa rəvayətdə İmam Sadiq (əleyhissalam)-dan bir nəfər soruşur: Atam qocalıb. Çox zəifləyib. Belə ki hacəti zamanı onunla birlikdə olmalıyam. Belə işi yerinə yetirimmi? Həzrət buyurur:
    "Əgər qüdrətin çatırsa, hökmən bu işi gör! Öz əlinizlə onun ağzına tikə qoyun. Bunun təsiri, sabah Qiyamət günü Behiştin sənə qismət olması ilə nəticələnər! "
    Bu hədisdə İmam Sadiq (əleyhissalam) övladlara buyurur və tövsiyə edir ki, necə ki, bir gün siz zəif idiniz, ata sizin əlinizdən tutub hacətinizi yerinə yetirirdi, indi də sizin vəzifənizdir ki, atanız üçün həmin işi görəsiniz. Bu günkü dünyada qocalar və yaşlılar üçün xüsusu evlər tikmək, həmçinin, özləri belə yerlərdə yaşamaq istəyən qocaları ora cəlb etmək tələb olunan vəbəyənilmiş işdir. Lakin, çox təəssüflər olsun ki, bəziləri belə yerləri bəhanə edib, öz əxlaqsızlıq və yersiz niyyətlərini həyata keçirməklə ata-analarını zorla ev mühitindən çıxarıb belə yerlərdə yerləşdirirlər. Onlar bu əməllə valideynlərinin ruhiyyəsinə böyük zərbə vurmuş olurlar. Onların qəm-qüssələrini artırır, ölümlərini tezləşdirirlər. Ata-ananın haqqı və məqamı o qədər böyükdür ki, hətta, müsəlman olmasalar da, İslam onların ehtiramını saxlamasını övladlara göstəriş verir.
    Yenə də başqa rəvayətdə İmam Baqir (əleyhissalam) buyurur:
    "Üç şey var ki, Allah-taala, bu işin heç kimə tərk olunmasına icazə verməmişdir: 1. Əmanəti mömin ya fasid də olsa, qaytarmaq. 2. Saleh və kafir də olsa, əhdə vəfa etmək. 3. Saleh və pis iş sahibi də olsa, ata-anaya yaxşılıq etmək."
    CAVANLARIN VƏZİFƏLƏRİ
    Rəvayətlərdə müqəddəs İslam dininə mötəqid olan cavanların vəzifələri məlum olur. Onlar həmişə bilməlidirlər ki, ata-analarının onların boynunda böyük haqları vardır. Vəzifələri budur ki, valideynlərinin haqqını tanısınlar, onlara qarşı diqqətsiz olub, qəzəblə baxmasınlar. Valdeynlər öz vəzifələrinə yaxşı əməl etməsələr də, övlad bir vəzifə kimi bunları yerinə yetirməlidir.
    İmam Sadiq (əleyhissalam) buyurur: "Hər kim valideynin üzünə hirs və qəzəblə baxsa, onlar övlad haqqında vəzifələrini yerinə yetirməsələr də, Allah övladın namazını qəbul etməz."(Usul kafi cil 2 səh 349 )
    Göründüyü kimi bu hədisdə aşkarcasına bildirilir ki, əgər valdeynin övladına zülm etməsi fərz olunsa da, onu görməməzliyə vurub övladçılıq vəzifəmizi yerinə yetirməliyik.
    GÜNAHLARIN TƏSİRİ VƏ ATANIN QƏTLİ
    Məhəmməd ibni Səhldən rəvayət olunur ki, Müntəsərin xilafəti dövründə günlərin birində gözüm, üstündə şahların şəkli çəkilmiş xalçaya düşdü. Farsca aşağısında yazılmış, yazıya diqqət etdim. O xalçada bir padşahın şəklini gördüm ki, başında tac və altında bu sözlər yazılmışdı: Bu atasının qatili, Xosrov Pərvizin şəklidir. Atasının qətlindən sonra altı aydan çox şahlıq etməmişdir. Ondan başqa şəkilləri də gördüm. Birdən gözüm xalçanın sol tərəfinə düşdü. Padşahın şəklini gördüm ki, altında yazılmışdır. "Bu şəkil Yəzid ibni Vəlid ibni Əbdül Məlik, əmisi oğlu Vəlid ibni Yəzid ibni Əbdül Məlikin qatilinin şəklidir. Şahlıq müddəti altı ay olub. Sonra Müntəsərin şəklinə baxdım. Zehnimə gəldi ki, Müntəsərin də xəlifəliyi altı aydan çox çəkməyəcək. Çünki, o da atasının qatili olub. (Tətimmətul-Müntəha səh 243 )
    Bəli, Mütəvəkkil bəni Əbbas xəlifələrindən biri idi. Əmirəlmöminin Əli (əleyhissalam)-ın müqəddəs vücuduna qarşı kinli olub, onun adını həmişə "Əbu Turab" ləqəbi ilə yad edərdi. Özünün sarayındakı ümumi məclislərindən birində Həzrətin adına hörmətsizlik edib, ona cəsarət edir. Cavan oğlu Müntəsər Əbbasi məclisdə idi. Atasının Əli (əleyhissalam)-a qarşı bu çirkin rəftarından qəzəblənir. Bəzən ona etiraz edir, bəzən də sakit dayanırdı. Tainki, günlərin birində böyük şəxsiyyətlərdəntəşkil olunmuş ümumi məclisdə, Mütəvəkkil Həzrətin müqəddəs adını çirkinliklə yad edir. Müntəsər çox qəzəblənib atasına etiraz edir. Mütəvəkkil hamının gözü önündə oğlu Müntəsəri təhqir edir. Ona bu məzmunda bir şer deyir.
    "Bu cavana bax! Əmisi oğlunun arxasınca hirslənib qəzəblənir. Başın ananın övrətinə olsun!"
    İyirmi beş yaşında cavan Müntəsər ümumi məclisdə atasının bu hörmətsizlik və təhqirinə dözə bilməyir. Ona görə də, intiqam almaq fikrinə düşüb atasını öldürmək planı çəkir.
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 | Added by: Islam_Kitabxanasi
    Views: 741 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024