İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2

    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə)) - 2
    2012-01-20, 9:12 PM
    MÜTƏVƏKKİLİN QƏTLİ VƏ BU ÖLÜMÜN TƏSİRİ
    Müntəsər, atasını qətlə yetirmək fikrinə düşən zaman bu məsələni, Mütəvəkkilin sarayında onun sirrini bilən bir neçə nəfər türk qulamları ilə araya qoyur. Əslində öz planını onların əli ilə həyata keçirir.
    Gecələrin birində Mütəvəkkil sarayda özünün xüsusu şərab məclisini təşkil edib, yeyib-içməklə məşğul idi. Gecə yarıdan keçir. Sarayın məclis işlərinə baxan Bəğai Səğir məclisin dağılmasını elan edib, xəlifənin istirahət vaxtı olduğunu bildirir. Hamı saraydan çıxır. Sarayda qalan təkcə, Mütəvəkkilin yanında böyük məqamı olan Fətih ibni Xaqan qalır. Bu vaxt türk qulamları sıyrılmış qılıncla xəlifənin otağına həmlə edirlər.
    Fətih ibni Xaqan Mütəvəkkilin canını qorumaq üçün özünü onun üstünə atır. Lakin, bu işin faydası olmur. Hər ikisini tikə-tikə edirlər vəhəmin gecə, qanlı nizələri ilə Müntəsərə xilafət salamı verirlər.
    Bu əhvalatda doğrudur ki, Mütəvəkkil (məsuliyətsiz ata) özü öz qətlinə səbəb olur və həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) bu hədisinə aid olur: Əli (əleyhissalam)-a buyurur: "Ya Əli! Allah lənət eləsin o valideynə ki, övladlarının onların üzünə ağ olmasına şərait yaradırlar”.(Cavan. Səh. 462 ) Lakin, başqa tərəfdən, atasını qətlə yetirmək günahının təsiri səbəb olur ki, Müntəsərin ömrü altı aydan çox çəkməsin və həyat qapısı bu dünyada əbədi bağlansın.
    Mütəvəkkilin ardıcıl məzəmmətləri səbəb olur ki, inadkarlıq atəşi daha çox şölələnsin. Nəticədə, öz övladı vasitəsi ilə onun canını yandırsın. Əli (əleyhissalam) bu barədə buyurur:
    "Məzəmmət və acıqlanmaqda ifrata varmaq inadkarın atəşini çoxaldır! "(Cavan. Səh. 462 )
    ATANIN ÖVLADA ŞƏRİ HAQQI
    Mühəqqiq Ərdəbili yazır: "Ağıl və rəvayətlər, valideynin üzünə ağ olmağın haram olduğuna dəlalət edir. Ayələr və rəvayətlər, valdeynə itaətin vacib olmasını bildirir." Sonra yazır: Fəqihlər deyirlər: "Əgər İmam tərəfindən cəbhəyə getmək əmri verilməsə və ya kafirlər müsəlmanların ölkələrinə hücum etməyən halda, ata-ana övladlarını döyüşə getməkdən saxlaya bilərlər.(Üsul Kafi. Cil. 2. Səh. 349)”
    Şəhid Saninin "Qəvaid" kitabında bu mövzudakı ifadəsi belədir: "Şübhəsiz ki, əcnəbilərə haram və vacib olan hər bir şey valideynə də o cürdür. Ata-ananın bu sahədə xüsusi hökmü vardır.
    Birinci: Mübah səfər (övlada), ata-ananın icazəsi olmadan qadağandır.
    İkinci: Şübhəli məsələlərdə də olsa, valideyndən itaət vacibdir. Çünki, şübhəli məsələnin tərki müstəhəbdir.
    Üçüncü: Əgər xüsusi hökm olmasa, valideyin övladının cəbhəyə getməsinə mane ola bilər.
    Dördüncü: Əgər iş, namaz qılmaqla, valideynə itaət arasında təzaddolsa, namazı gecikdirib valdeynə itaət etmək vacibdir.
    Beşinci: Valideyn bəzi vaxtlar övladını camaat namazından saxlaya bilər.(Usul Kafi. Cil. 2. Səh. 749 )
    24. ÖVLADIN HAQQI
    وَأمَّا حَقُّ وَلَدِكَ فَتَعْلَمَ أنَّهُ مِنْكَ وَمُضَافٌ إلَيكَ فِي عَاجِلِ الدُنْيَا بخَيْرِهِ وَشَرِّهِ، وَأَنَّكَ مَسْئولٌ عَمَّا ولِّيتَهُ مِنْ حُسْنِ الأَدَب وَالدّلالَةِ عَلَى رَبهِ وَالْمَعُونةِ لَهُ عَلَى طَاعَتِهِ فِيكَ وَفِي نفْسِهِ، فَمُثابٌ عَلَى ذلِكَ وَمُعَاقَبٌ، فَاعْمَلْ فِي أَمْرِهِ عَمَلَ الْمُتَزَيِّنِ بحُسْنِ أَثرِهِ عَلَيْهِ فِي عَاجِلِ الدُّنْيَا، الْمُعْذِرِ إلَى رَبهِ فِيمَا بَيْنَكَ وبَيْنَهُ بحُسْنِ الْقِيَامِ عَلَيْهِ وَالأَخذُ لَهُ مِنْهُ. وَلا قُوَّةَ إلا باللهِ.
    "Övladın haqqı budur ki, biləsən, dünyada o səndən olub və sənə bağlıdır. Xeyiri və şəri səninlədir. Sən ona yaxşı tərbiyə, yol göstərmək, Allah-taalaya və sənə itaət etməkdə, məsul və öhdədarsan. Sonra əgər bu vəzifəni yerinə yetirsən, savab qazanarsan. Əgər səhlənkarlıq etsən, əzaba düçar olarsan. Bəs, onun barəsində yaxşı əməl et ki, dünyada bəhrəsini alasan. Axirətdə ondan yaxşı himayət etdiyinə və nəticə aldığına görə Allah dərgahında üzrün olmasın. Allah tərəfindən başqa heç bir güc və qüvvə yoxdur! "
    İmam Səccad (əleyhissalam)-ın övladlarının hüquqları barəsində xatırladığı məsələnin xülasəsi bunlardır.
    Birinci: Ata unutmasın ki, onun övladı ona bağlıdır. Həmçinin, xeyir və şəri onunla əlaqədardır.
    İkinci: Övladın yaxşı ədəblə tərbiyəsi və Allaha-itaət etməsinə tərəf yönəldilməsi də atanın vəzifəsidir.
    Üçüncü: Övladın əməllərinin təsirləri barəsində qəflətdə olunmamalıdır. Çünki, əgər yaxşı iş görərsə, ataya savab, pis iş görərsə, ona da da əzab gələr.
    Dördüncü: Ata övladını elə böyüdüb başa çatdırsın ki, Qiyamətdə Allahın müqabilində həm övladı, həm də özü üzünü ağa çıxara bilsin.
    İmam Səccad (əleyhissalam) əvvəlki mövzularda valideynin haqqını bəyan edib, övladın onların müqabilində vəzifələrini aydınlaşdırdı. İndi də qarşılıqlı haqq kimi, valideynlərin öhdəsindəki övladların hüquqlarına işarə edib buyurur:
    Şübhəsiz ki, övladların şəxsiyyətlərinin əsası, kişi ilə qadının öz yaradılış qanununa uyğun olaraq bir–biri ilə ailə peymanı bağlamasıdır. Onlar bilməlidirlər ki, onların vücudlarının meyvələri cəmiyyətə təhvil veriləcək. Bir sıra şəxsiyyət əsasları var ki, ata-ananın xüsusiyyətləri ilə bağlı olub irsi övlada keçir. Əslində, övladlar ata-analarının ruhiyyələrinin tam şəkildə güzgüləridirlər. Əlbəttə, bunlar bir sıra xüsusiyyətlərdir ki, nəsilbənəsil irs keçir. Bu, bütün bitki, heyvan və insanlarda olan ümumi xilqət qanunudur. Bu barədə geniş bəhsə ehtiyac olduğuna görə bura qədər kifayətlənirik.
    Uşaq, Allah-taalanın əmri ilə maddə və dünya aləminə gəldiyi zamandan müqəddəs İslam dini, valideynlərin öhdəsinə ağır vəzifə və məsuliyyət qoyur. Onlar, ilk növbədə məsuliyyətlərni tanımalı, ikinci növbədə isə bu vəzifələri yerinə yetirməkdə Allahdan fürsət tələb etməlidirlər. İndi də qısa şəkildə bu vəzifələrə işarə edirik. Ata-analar övladları xoşbəxtliyə və kamala çatdırmaq yolunda tərbiyətdə iki əslə diqqət etməlidir.
    Birinci: Faydalı istedadları canlandırmaq:
    İkinci: Düzgün olmayan meyl və şəraitləri aradan aparmaq.
    Müvəffəq tərbiyəçi odur ki, uşaqın bütün istedadlarını elmi və əməli təcrübələrlə tədriclə oyatsın və yatmış halətindən fəaliyyət halına salsın. Başqa tərəfdən valideynlərin və ya babaların qoyduğu bəzi bəyənilməmiş xüsusiyyətləri aradan aparıb, pərvəriş tapmasına şərait yaratmasınlar.İmam Sadiq (əleyhissalam) bu barədə buyurur:
    "Valideynlərə övladları barəsində üç şey vacibdir. 1. Onu ananın ixtiyarında qoysun. 2. Ona yaxşı ad qoysun. 3. Ədəbli olmaqında həddən ratıq çalışsınlar."(Töhəfül-Uqul. Səh.238 )
    İmam Səccad (əleyhissalam) "Səhifyi Səccadiyyə" kitabında övladları üçün dua etdikdə buyurur:
    "İlahi! Mənə övladlarımın ədəbli və tərbiyəli olmasında və onlara yaxşılıq etməkdə kömək ol! ".(Səhifeyi Səccadiyə )
    Bu cümlələrlə məlum olur ki, övlad tərbiyə etmək çox ağır işdir. Bu işdə hamı, Allah-taaladan kömək diləməlidir.
    ÖVLADLARIN HÜQUQU
    Övlad dünyaya gələn andan valideynlərin boynuna bir sıra hüquqlar qoyulur. Onlardan birincisi, yaxşı ad seçməkdir. Çoxlu rəvayətlərdə bu işə təkid olunmuşdur. Onlardan bəzilərinə işarə edirik:
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: "Övladlarınıza peyğəmbərlərin adlarını qoyun. Ən yaxşı ad Əbdullah və Əbdülrəhimdir."(Məkarimul Əxlaq səh 220 )
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
    "Övladların valideynlərin boynunda üç əsas haqqı vardır. 1. Yaxşı ad. 2.Xətt və savad öyrətmək.3. Həddi büluğa çatdıqda evləndirmək. "(Müstədrək Vəsail. C.2.səh. 618)
    Bu hədisdə, savad və evlənməkdən əlavə, yaxşı ad qoymaq da sifariş olunur. Həzrət Əli (əleyhissalam) Nəhcül-bəlağədə, övladın atanın boynunda olan haqqı barəsində buyurur:
    "Övladın atanın boynunda haqqı odur ki, ona yaxşı ad seçsin, yaxşı İslam ədəbini və Quran öyrətsin."(Nəhcül Bəlağə. Qısa kəlmələr. səh. 391 )
    Bu hədisdə ad seçmək bildirilir.
    İSLAM PEYĞƏMBƏRİNİN (səlləllahu əleyhi və alehi və səlləm) VASİTƏSİ İLƏ PİS ADLARIN DƏYİŞMƏSİ
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) pis adları və pis yer adlarını yaxşıları ilə dəyişirdi. Hər kimin öz pis adından xoşu gəlmirdisə, ona xəcalətdən nicat verirdi. Bu barədə aşağıdakı misallara diqqət edək:
    İmam Sadiq (əleyhissalam) İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) pis adam və şəhər adlarını dəyişdirirdi.
    Ömərin "Asiyə"(yəni, günahkar) adlı qızı var idi . İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) onun adını dəyişib "Cəmilə" (yəni, gözəl) qoyur.
    Ümmu Sələmənin qızı Zeynəbin adı əvvəlcə, "Bərrə" (yəni, yaxşı iş görən) idi. Bu addan özünü bəyənmək mənası hiss olunurdu. O qadın barəsində deyirdilər: Bu adla paklıq iddiası etmək istəyir. Əhalinin təhqir və töhmətinin qarşısını almaqdan ötrü İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) onun adını dəyişib "Zeynəb" qoyur.
    Əhməd ibni Heysəm İmam Rza (əleyhissalam) soruşur: Nəyə görə ərəblər öz övladlarına it, pələng və ona bənzər adlardan qoyurdular? Həzrət cavabında buyurur: "Ərəblər döyüş və müharibə adamları idilər. Bu adları onlara qoyurdular ki,elə ki , onları çağırırlar, düşmən qorxuya düşsün."(Kudək. Cil. 2. səh. 228)
    PİS AD, TƏHQİR VƏ MƏZƏMMƏTƏ SƏBƏB OLUR
    Ərəb qəbilələrinin başçılarından birinin adı "Cariyə" idi. "Əqrəbül–Məvarid" adlı lüğət kitabında "Cariyə" sözünün ərəbcə mənasında yazılır: "Cariyə", zəhərli ilan növlərindən birinin adıdır.
    Qəbilə başçısı Cariyənin, güclü və yaxşı danışıq qabiliyyəti var idi. O və bir dəstə, Müaviyənin zalim hökumətindən narazı idilər. Müaviyə bu mövzunu hiss edirdi. Qərara alır ki, əhalinin gözü qarşısında onu təhqir edib, onun adını məsxərə ünvanı ilə çağırsın. Fürsət qarşıya çıxdı. Müaviyə Cariyə ilə üzbəüz gəlir. Müaviyə ona belə dedi:"Tayfan və qəbilənin yanında nə qədər alçaqsan ki, adını "ilan" qoyublar?Cariyə fikirləşmədən cavab verir: "Sən özün, tayfan və qəbilənin yanında o qədər alçaqsan ki, adını Müaviyə qoyublar. Yəni, dişi it". Müaviyə çox narahatlıqla ona deyir ki, "Sakit ol! Anasız! Cariyə cavab verir: Mənim anam var! Allaha and olsun! Sənin qəzəbini özündə yetişdirən qəlblər, bizim sinələrmizdədir. Müaviyə dedi: "Allah sənin kimilərini cəmiyyətdə çoxaltmasın."(Kudək cil 2 səh 228 )
    İkinci misal, Müaviyənini dövründə yaşayan böyük bir tayfanın başçısı, "Şərik ibni Əvər" adlı bir kişi barəsindədir. Bədheybət bir görkəmi var idi. Adı Şərik idi. Bu ad, insan üçün yaxşı deyil. Atasına, "Əvər" deyirdilər. Əvər, ərəbcə bir gözü eyibli olana deyirlər.
    Müaviyənin qüdrətinin ən çox tüğyan edən günlərinin birində Şərik ibni Əvər onun məclisinə daxil olur. Müaviyə ona deyir: Sənin adın Şərikdir, Allahın isə şəriki yoxdur. Sən Əvərin oğlusan. Sağlam gözlü səndən yaxşıdır. Pis üzün var. Xoş üzlü, pis üzlüdən yaxşıdır. Nəyə görə qəbilən səni özünə başçı seçib?Şərik cavabında deyir: Allaha and olsun ki, sən Müaviyəsən. Müaviyə "av-av"edən itə deyilir. Sən "av–av" etdin. Adını Müaviyə qoydular. Sən Hərbin oğlusan, halbuki, sülh müharibədən yaxşıdır. Sən Səxrin (daşı)oğlusan halbuki, düz yer, daşlıqdan yaxşıdır. Bütün bunlarla necə oldu ki, səni müsəlmanlara rəhbər seçiblər. Bu sözlər Müaviyəni məğlub edir və Şərikə and verir ki, onun məclisindən çıxsın."(Kudək cil 2 səh 228 )
    Əzaların naqis və surətin çirkin olması, insanda təhqirlik hissi əmələ gətirdiyi kimi pis ad və ləqəb də insana təhqirlik hissi verir. Ona görə də, İslam tövsiyə edir ki, övladlarınıza yaxşı ad qoyun. Bu ad onların şəxsiyyətinə çox təsir edir. Onların ruhlarını təhqirlik hissindən xilas edir.
    Bura kimi qısa da olsa, valideynlərin vəzifələrindən olan yaxşı ad seçmək barəsində bəhs etdik. İndi də onların iş vəzifəsi barəsində bəhs edəcəyik. İmam Səccad (əleyhissalam) bu vəzifəyə işarə edərək buyurur:
    "Ata övladını yaxşı ədəblə tərbiyə etmək və Allahı ona tanıtdırmaqda məsuliyətlidir."
    İndi də rəvayətlərdə övladın tərbiyə olunması barəsindəki göstərişlərə nəzər salaq.
    ÖVLADIN TƏRBİYƏSİNDƏ MƏHƏBBƏTİN ROLU
    Şübhəsiz ki, uşaq, cismi cəhətdən yeməyə ehtiyacı olduğu kimi ruhu cəhətdən də qidalanmağa möhtacdır. Cismin qidası ananın südü və Allahın yaratdığı münasib yeməklərlə təmin olunur. Lakin, ruhun qidası, ata-ananın lazımi təlimləri və dəqiq gözləmələri ilə vücuda gəlir. Övlad, həm qidaya, həm də məhəbbətə möhtacdır. Məhəbbət, övladın canı sayılır.
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
    "Övladlarınızı sevib, onlara məhəbbət bəsləyin. Hər vaxt onlara vədə versəniz, ona əməl edin. Çünki, övladların dərki budur ki, ataları onların ruzi verənidirlər."
    Bu hədisdə iki ən mühüm tərbiyə mövzusuna işarə olunur: Birinci, övladı çox istəmək və ona mehr-məhəbbət göstərmək. İkinci, uşaqa verilən vədələrə vəfadar olmaq. Bununla da, övlad uşaq vaxtındanəhd pozan vəvədə xilaflığına meyl etməsin.Övlada məhəbbət göstərməyin müxtəlif yolları vardır. Onlardan biri uşaqı öpmək və nəvaziş etməkdir. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:
    "Övladlarınızı öpün! Çünki, övladlarınızı öpməyin müqabilində, Allah-taala elə bir məqam vermişdir ki, hər dərəcə arasında beş yüz il fasilə vardır."
    Həmin mövzuda Əli (əleyhissalam) buyurur:
    "Övladı öpmək rəhmətdir. Qadını öpmək şəhvətdir. Ata-ananı öpmək ibadətdir, kişinin qardaşını öpməsi dindir."(Məkarimul Əxlaq səh 219 )
    Məhəbbəti izhar etmək, qeyri-valideyn üçün xüsusi vaxtı vardır. Elə ki, o vaxtdan keçdi öpmək qadağandır. İmam Sadiq (əleyhissalam) bu barədə buyurur:
    "Qız altı yaşına çatdıqda yad kişi onu öpməməlidir. Oğlan uşaqı yeddi yaşına çatdıqda yad qadın onu öpməməlidir."
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm), İmam Həsənlə İmam Hüseyn (əleyhissalam) çox sevirdi və onları nəvaziş edib öpürdü. Günlərin birində Əqrə ibni Habisi, Həzrətin hüzurunda idi. Həzrət öz övladlarını öpür. O kişi deyir. Mənim on oğlum var, onların heç birisin öpməmişəm. Həzrət buyurdu: "Əgər Allah, məhəbbəti sənin qəlbindən götürübsə, onun mənə heç bir bağlılığı yoxdur! "
    Bu söhbətdə göründüyü kimi İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm),o şəxsin övladlarını öpməməsini onun qəlbinin qəsavətində görür.
    MƏHƏBBƏTDƏ İFRATA YOL VERMƏK
    Müqəddəs İslam dini, valideynləri övladlarına qarşı məhəbbət izah etmələrinə göstəriş vermələri ilə bərabər onları ifrat dərəcədə olan məhəbbətdən çəkindirmiş və ifrat məhəbbətin nəticələrini onların qulaqlarına çatdırmışdır. İmam Baqir (əleyhissalam) bu barədə buyurur:
    "Ən pis atalar onlardır ki, övladlarına məhəbbət göstərməkdə həddi aşıb ifrata varırlar! Ən pis övlad onlardır ki, vəzifələrini yerinə yetirməkdə səhlənkarlıqları ilə atanı özlərindən narazı salırlar."(Tarixri Yaqubi. C.2. səh. 320  )
    Bu hədisdə, ifrat məhəbbətin törətdiyi bədbəxtliklərə işarə olunur. Məhəbbətdə ifrat, övladın təkəbbürünə səbəb olur və onu öz sözünü yetirməyə cəhd edən şəxsə çevirir. Əli (əleyhissalam) bu barədə buyurur:
    "Ən pis ruhi halət, özünü bəyənmək və özündən razı olmaqdır."(Məkarimul Əxlaq səh 219 )
    QIZLAR ƏN YAXŞI ÖVLADLARDIR
    Allah-taalanın valideynə verdiyi övladların qədrini bilmək lazımdır. Bilmək lazımdır ki, onlar İlahi əmanətlərdir. Valideynlər, onların müqabilində öz məsuliyyətlərini bilməlidir. Onların tərbiyəsində çox çalışmalıdırlar. İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) nəzərində qız uşaqları oğlanlardan daha çox məhəbbət və nəvaziş tələb edir. Ona görə də görürük ki, Məsumların (əleyhimussalam) rəvayətlərində qız uşaqlarına daha çox məhəbbət göstərilməsinə təkid olunub. Aşağıdakı misallara diqqət edək:
    Həzifə Yəməni, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)-dən nəql edir ki, buyurur: "Ən yaxşı övladlarınız qızlarınızdır. (Məkarimul Əxlaq səh 219 )
    Yenə də Həzrətdən nəql olunur, buyurur:"Qızlar ehsan, oğlanlar isə nemətdirlər. Ehsana mükafat və savab veriləcək. Nemət barəsindəinsandan sorğu-sual olunacaq."(Məkarimul Əxlaq səh 219 )
    İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alehi və səlləm) müjdə verilir ki, Allah sizə qız uşaqı bağışlayıb. Əshab bu xəbəri eşitməklə üz gözlərini turşudaraq narazılıq haləti alırlar. Həzrət buyurur: Sizə nə oldu? Bu nə haldır baş verib? Qız uşaqı bir güldür ki, onu iyləyərəm. Ruzisi də Allahladır."
    Yenə də İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Ən yaxşı övladlar özlərini qoruyan qız uşaqlarıdır. Hər kimin bir qızı olsa, Allah onun ata-anasını atəşdən hifz edər. Hər kimin iki qızı olsa, Allah onlarla valideynlərini behiştə salar. Hər kimin üç qızı və ya üç bacısı olsa, Allah ondan cihad və sədəqə əmrini götürər."
    İbni Abbas, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql edir ki, buyurur:
    "Hər kim bazara girib əhli-əyalına töhfə alsa, ehtiyaclı şəxslərə sədəqə verən hökmündədir! Qızlar, oğlanlardan üstün tutulmalıdır. Çünki, hər kim qızını sevindirsə, sanki İslam övladlarından olan bir köləni azad etmişdir."
    ÖVLADI ELƏ BÖYÜDÜN Kİ, İZZƏTİNİZ SAYILSIN
    İmam Səccad (əleyhissalam) övladların haqqı barəsində bəzi yerdə belə buyurur:
    "Övladlarınızla elə rəftar edin ki, sənin tərbiyənin yaxşı təsiri onların ictimai gözəllik camallarına səbəb olsun. Onu elə yetişdir ki, dünyasının müxtəlif yollarında abırlı və izzətlə yaşayış edib, sənin camalının qaynağı hesab olunsun! "
    Əvvəlcədən işarə etdik ki, məhəbbətdə ifrat, övladda təkəbbür əmələ gətirir. Bu işin nəticələrindən biri də uşaqın ictimaiyyətdə tüfeyli böyüyüb, özünə etimad edə bilməməsidir. Atalar uşaq yaşlarından öz övladlarında müstəqillik və özlərinə etimad etmək xüsusiyyətini yetişdirməlidirlər. Bununla da, onlar müxtəlif müşküllər müqabilində möhkəm dayanıb sinə gələrlər.
    Bu mövzunu İmam Sadiq (əleyhissalam)-dan nəql olunan, Loğmanın öz oğluna etdiyi tövsiyədə müşahidə edirik ki, buyurur:
    "Loğman öz oğluna belə dedi: Ey oğlum! Əgər uşaqlıqda ədəb öyrənsən, böyüyəndə ondan bəhrələnərsən. Hər kim ədəb öyrənmək istəsə, ona ciddi yanaşar. Hər kim ədəb öyrənməkdə ciddi olsa, əxlaq və tərbiyə elmlərini öyrənmək zəhmətinə düşər. Hər kim tələb yolunda ciddi olsa, nəhayət, məqsədinə yetişər və ondan fayda götürər! "
    Əziz oğlum! Həmişə öz nəfsini, vəzifələrini və vacib işlərini yerinə yetirməyə məcbur et! Öz canını insanlar tərəfindən sənə gələ biləcək əzab-əziyyətlərin müqabilində səbrli və dözümlü olmaqa hazırla. Əgər dünyada böyük izzət və məqama yetişmək istəyirsənsə, əhalidən tamahını yığışdır və onlara ümüdvar olma. Peyğəmbərlər və Allah adamları əhalidən öz mənfəət gözünü çəkməklə böyük və ali məqamlara nail olublar."(Kudək. C. 2. səh. 294 )
    Bu göstərişdə görürük ki, Loğman-həkim, öz övladına özünə etimad ruhiyyəsi verib, əhalinin əlində olanlardan gözünü çəkməsini tövsiyə edir. Bu həmin halətdir ki, övladların müstəqil və tərbiyəli böyüməsinə səbəb olur. Atalar övlad tərbiyəsində bu göstərişlərə diqqət etməlidirlər.
    Category: İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 | Added by: Islam_Kitabxanasi
    Views: 517 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024