İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » İslam məzhəbləri ilə tanışlıq

    Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq
    2011-09-02, 5:45 AM
    OTUZ ALTINCI DƏRS
    Zeydiyyə məzhəbinin əqidə üsulları nədən ibarətdir?
    ZEYDİYYƏ MƏZHƏBİNİN E’TİQADLARI
    Ötən dərslərimizdə qeyd etdik ki, Zeyd ibni Əli öz ata və qardaşının tə’limindən savayı, başqa sözlə desək, Əhli-beytin e’tiqadından fərqli olan heç bir əqidəyə əsaslanmamışdır. Lakin sonralar sair firqələrlə təmasda olan Zeydiyyə alimləri öz məzhəblərinin mövqeyini qoruyub saxlamaq üçün imamiyyə məzhəbinin əqidəsi ilə fərqli olan bə’zi e’tiqadi məsələlər meydana gətirdilər. Nəticədə bu cərəyan müstəqil fiqhi və kəlami məzhəbə çevrildi. Bu dərsimizdə onların e’tiqadının əsasını təşkil edən üsullar haqda söhbət açacaq və onların hər biri barədə ətraflı izahlar verəcəyik.
    Zeydiyyə məzhəbinin əqidə əsaslarını beş şey təşkil edir: Tövhid, Allahın ədaləti, və’d və vəid (cənnətə müjdə, cəhənnəm əzabından qorxutmaq), nübuvvət, yaxşı işlərə də’vət etmək, pis işlərdən çəkindirmək.
    1. TÖVHİD VƏ ALLAHTANIMA
    Zeydiyyə məzhəbinin nəzəri tövhidə olan e’tiqadı Allahın zat, sifət və ibadətdə təkliyinə iman bəsləməkdən ibarətdir. Əməli tövhiddə isə onlar insanın tam azadlığını və həmin azadlığın təlabatlarından irəli gələn insanın Allahdan başqa digər varlıqlara ibadət etməkdə azad olmasını görürlər.(Əli ibni Əbdülkərim əl-Fuzeyl Şərəfuddin; Zeydiyyə: Nəzəriyyə və tətbiq.)
    Allahın sifətlərinə gəldikdə isə, Zeydiyyə məzhəbi belə bir əqidədədir ki, Allah-taala zati və fe’li sifətlərə malikdir. Onlar Allahın sifətlərini Onun zatı hesab edir, xəbəri sifətlərin yozum və təfsirinə əsaslanır və Onun sifətlərinin bəşəri sifətlərə bənzədilməsini qətiyyətlə rədd edirlər. Bu səbəbdən də onlar «yədullah» – Allahın əli ifadəsini - İlahi ne’mət və qüdrət, «cənbəllah» - Allahla qonşuluq və yaxınlıq – kəlməsini Allaha itaət və «Əynullah» - Allahın gözü – ifadəsini isə İlahi elm kimi təfsir etmişlər.(Əmirulhüseyn ibni Bədruddin Məhəmməd; Əl-əqdussəmin fi mə’rifəti Rəbbil aləmin.)
    2. ALLAHIN ƏDALƏTİ
    Zeydiyyə e’tiqadında İlahi ədalət xüsusi yer tutur. Ehtiyac və cəhalətin mənşəyi olduğu üçün onlar bütün mənfi xüsusiyyətləri Allahın müqəddəs zatından uzaq hesab edirlər. Bu səbəbdən də Zeydiyyə əqidəsi əşyaların zatən yaxşı və pis xüsusiyyətlərə malik olması qaydasına (hüsn və qubhi zati) əsaslanır və Allahın gördüyü işlərin «hüsn» (müsbət) tələbatından irəli gəldiyi hesab edilir.
    Digər tərəfdən də onlar belə bir əqidədədirlər ki, ilahi qəza-qədər Allahın ədalətindən doğur və Allah-taala yalnız haqq-ədalət üzərində qəzavət edəcəkdir. Bunun üçün də bu məzhəb insanların ilahi qəza-qədər üzündən günaha düçar olmasına dair irəli sürülən nəzəriyyəni qətiyyətlə rədd edir. Bu məktəbə əsasən, insanın gördüyü bütün işlər onun özünə aiddir və görülən heç bir yaxşı və ya pis işi Allah-taalaya nisbət vermək olmaz. Zeydiyyə alimləri Qur’anda insanın gördüyü işlərə dair istifadə olunan ifadələri öz e’tiqadlarının sübuta yetirilməsində əsaslı dəlil hesab edirlər. Belə ki, Qur’ani-kərimin bir çox ayələrində «yəksibun» - ələ gətirirlər, «yəmkurun» – məkr və hiylə edirlər, «yəf’əlun» – yerinə yetirirlər, «yəsnəun» – qururlar, meydana gətirirlər, «yəxliqunə ifkən» – günah edirlər, «yəkfurun» – küfr edirlər kimi ifadələrdən istifadə olunduğunu müşahidə edirik. Demək, insanın istər yaxşı, istərsə də pis və xoşagəlməz əməlləri onun özünə aid olunur.
    İnsanın gördüyü bütün işlərdə yalnız onun özünün məs’uliyyət daşımasında və Allahın qəza-qədər və iradəsinin gördüyü işlərdə heç bir tə’siri olmamasına dair irəli sürdükləri nəzəriyyədə Zeydiyyə məzhəbi ilə Mö’təzilə məktəbi tamamilə həmfikir və həmrə’ydir. Lakin «Əmrun beynə əmreyn*»ə e’tiqadlı olan imamiyyə ilə zeydiyyə və mö’təzilə arasında müəyyən fikir ayrılığı vardır.(Əl-əqdussəmin)
    Bu məktəb digər tərəfdən də Allah-taalanın insanlara onların güc və bacarığından xaric vəzifələr tə’yin etməsini qəbahət hesab edir və bunun ilahi ədalətə uyğun gəlmədiyinə əqidə bəsləyirlər.
    3. VƏ’D VƏ VƏİD
    (CƏNNƏTƏ MÜJDƏ, CƏHƏNNƏM ƏZABINDAN QORXUTMAQ)
    Bu məsələdə Zeydiyyə ilə Mö’təzilə həmfikirdir. Onlar belə bir əqidədədirlər ki, və’d və vəid Allah üçün vacib və zəruridir. Çünki O, mö’minlərin cənnətə, kafirlərin isə cəhənnəmə daxil olacağına və’də vermişdir. Bu səbəbdən də O, «və’d» və «vəid» qaydasına əməl etməlidir.(Əl-əqdussəmin)
    Böyük günahlara gəldikdə də, onlar Mö’təzilə kimi «Mənzilətun beynə mənziləteyn*» nəzəriyyəsinə əsaslanırlar. Çünki, Zeydiyyə məzhəbi böyük günaha düçar olanları fasiq hesab edərək deyir: «Böyük günaha düçar olanlar nə kafir, nə də mö’mindirlər.» Onlar belə bir əqidədədirlər ki, kafir və mö’min ifadəsi bu şəxslərə dəlalət etmir. Həmçinin qeyd edirlər ki, böyük günaha düçar olmuş hər bir şəxs tövbə etmədən dünyasını dəyişərsə, əbədi olaraq cəhənnəmdə qalacaqdır.
    Zeydiyyə ilə imamiyyə arasında mövcud olan fikir ayrılıqlarından biri də məhz bu məsələ ətrafındadır. Çünki, imamiyyə ardıcılları böyük günaha düçar olan şəxslərin cəhənnəmə daxil olacaqlarını qəbul etsələr də, onların əbədi olaraq orada qalacaqlarına e’tiqadlı deyildirlər.
    4. NÜBUVVƏT
    Peyğəmbərlik məsələsində Zeydiyyə ilə digər islam firqələri arasında nəzərə çarpacaq ixtilaflar mövcuddur. Onlar peyğəmbərlərin mə’sum olmasını və onlara olan ehtiyacların əqlən zəruriliyini qəbul edərək deyirlər: Şəriət sahibi və ya əvvəlki peyğəmbərlərin gətirdikləri şəriəti təzələyən hər bir peyğəmbər, hər şeydən əvvəl, Allahın lütfü ilə peyğəmbərliyə tə’yin olunmazdan əvvəl böyük günahlardan uzaq (mə’sum) olmalıdır. Bundan əlavə, peyğəmbərlik məqamına xələl gətirən və eləcə də onlara qarşı şübhə yaradacaq kiçik günahlara da yaxın düşməməlidirlər.(Nəzəriyyə və tətbiq / Zeydiyyə.)
    Lakin İmamiyyə məzhəbi kiçik və böyüklüyündən, həmçinin şübhə yaradıb-yaratmamasından asılı olmayaraq, Peyğəmbərləri bütün günahlardan uzaq və mə’sum hesab edir.
    5. YAXŞI İŞLƏRƏ DƏ’VƏT VƏ PİS İŞLƏRDƏN ÇƏKİNDİRMƏK
    (ƏMR BE MƏ’RUF VƏ NƏHY ƏNİL MUNKƏR)
    Əmr be mə’ruf və nəhy əz münkər Zeydiyyə məzhəbinin dini e’tiqadlarının beşinci əsas hissəsini təşkil edir. Onlar bu prinsipi belə izah edirlər: «Əmr be mə’ruf və nəhy əz münkər, nəzəri baxımdan qəlbən təsdiq, dillə iqrar etmək və əməli olaraq həyata keçirməkdən yə’ni, Allahın əmr etdiyi şeylərə də’vət və yasaq etdiklərindən çəkindirməkdən ibarətdir. Əməli baxımdan isə haqq-ədalətə kömək, batilə qarşı mübarizə, Allahın, peyğəmbərlərin və mö’minlərin izzətinin isbatı üçün əməl, dil və imanın ən aşağı mərhələsi olan qəlbi ehtiramın vacibliyinə iman gətirməkdir.(Nəzəriyyə və tətbiq / Zeydiyyə.)
    6. İMAMƏT
    Zeydiyyə nöqteyi-nəzərindən Peyğəmbərdən (s) sonra birinci imam və xəlifə Əmirəl-mö’minin Əli ibni Əbu Talib (ə) olmalıdır. Onlar Əlini (ə) xilafət üçün ən layiqli və bacarıqlı bir şəxsiyyət hesab edirlər. Əqidələrinin sübuta yetirilməsində Əli (ə) barəsində nazil olmuş «Maidə» surəsinin 155-ci ayəsinə, «Qədir-Xum» və «Mənzilət» hədislərinə istinad edirlər.
    Zeydiyyə məzhəbi Əmirəl-mö’minin Əli ibni Əbu Talibdən sonra Həsən ibni Əli (ə) və Hüseyn ibni Əlini (ə) özlərinə imam hesab edir və bu barədə Peyğəmbərdən (s) nəql olunan bu hədisə əsaslanırlar: «Həsən və Hüseyn qiyam etsələr də, etməsələr də imamdırlar. Ataları isə onların hər ikisindən üstündür.»
    Zeydiyyə məzhəbi bu hədisi imam Həsən və imam Hüseynin (ə) imamətini sübuta yetirmək üçün açıq-aşkar sənəd hesab edir. Onlar İmam Həsən və imam Hüseyn (ə)-ın hər ikisinin övladlarını imamət üçün layiqli hesab edib deyirlər: Ata tərəfindən həzrət Fatimə (s) övladlarından olan hər bir şəxs imama xas olan xüsusiyyətə malik olarsa, müsəlmanların rəhbəri olacaqdır.
    Bu məzhəbə görə, imamət üçün lazım olan xüsusiyyətlər şər’i məsələlərdə başqalarından daha elmli olmaq, pəhrizkarlıqda şan-şöhrət tapmaq, şücaət, səxavət, düşüncə və təfəkkür, din yolunda qiyam və cihad etməkdən ibarətdir.(Əl-əqdussəmin/Nəzəriyyə və tətbiq.)
    Zeydiyyə, Peyğəmbər (s) tərəfindən imam Zeynəlabidin (ə)-ın imamətinə dəlalət edəcək bir sənədin olmadığını və din yolunda qiyam etmədiyini əldə əsas tutub onu dördüncü imam hesab etmirlər. Əgər bu iki şərtdən biri Zeydiyyə tərəfdarları üçün sabit olsaydı, onu imam kimi qəbul edərdilər.
    Peyğəmbər (s) tərəfindən imamın haqq olmasına dəlalət edəcək açıq-aşkar dəlil olduğu təqdirdə, onun qiyam etməsi heç də zəruri deyildir. Bu səbəbdən də onlar Əli ibni ƏbuTalibdən sonra imam Həsən, imam Hüseyn və Zeyd ibni Əlinin imamətini qəbul edirlər.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Zeydiyyə məzhəbinin tövhidə olan baxışını bəyan edin.
    2. Zeydiyyənin qəza-qədərə, cəbr və ixtiyara olan baxışı nədən ibarətdir?
    3. Onlar hansı məsələlərdə Mö’təzilə ilə həmfikirdirlər?
    4. Bu məktəbin Əmr be mə’ruf və nəhy əz münkərə olan baxışı nədən ibarətdir?
    5. Zeydiyyə nöqteyi-nəzərindən kimlər imamətə daha layiqli hesab edilir?
    OTUZ YEDDİNCİ DƏRS
    Zeydiyyə məzhəbi neçə firqəyə bölünür?
    Zeydiyyə məktəbi kimlər tərəfindən yaradılmışdır?
    ZEYDİYYƏ FİRQƏLƏRİ
    Digər əqidəvi məzhəb və cərəyanlar kimi «Zeydiyyə» firqəsi də tarix boyu müxtəlif dəstələrə bölünmüşdür.
    Dinlər və məzhəblər sahəsində tədqiqat aparmış alimlər Zeydiyyə firqəsindən ayrılmış qollar barədə müxtəlif nəzərlər irəli sürmüşlər. Bə’ziləri onları üç, bə’ziləri altı, bə’ziləri səkkiz, bə’ziləri isə on altı firqəyə bölündüyünü qeyd etmişlər. Lakin bizim dövrümüzə onlardan yalnız biri gəlib çıxmış, digərləri isə zaman keçdikcə öz mövqeyini itirərək tarix səhifələrindən birdəfəlik silinmişdir. Hal-hazırda Yəməndə müstəqil məzhəb kimi fəaliyyət göstərən «Zeydiyyə» firqəsinin varisləri özlərini bu məktəbin yeganə davamçıları hesab edir və bu məzhəblə bağlılığı olan heç bir cərəyanı qəbul etmirlər.
    Bu dərsimizdə «Zeydiyyə» firqəsinin tarix boyu keçdiyi mərhələlər və ondan ayrılmış digər firqələr haqda söhbət açacaq, onların görkəmli şəxsiyyətlərinin tarixçəsinə qısa şəkildə nəzər salacağıq.
    ZEYDİYYƏ FİRQƏLƏRİ
    1. Carudiyyə;
    Carudiyyə firqəsi ibni Carud və Ziyad ibni Munzər Həmdanin (h.q.150. və ya h.q.160.) ardıcıllarının təşkil etdiyi cərəyandır. İbni Carud əvvəllər 5-ci və 6-cı imamın, yə’ni Əli ibni Məhəmməd Baqir (ə) və Cə’fər ibni Məhəmməd Sadiq (ə)-ın səhabələrindən olmuş və onlardan hədis nəql etmişdir. Lakin sonralar onlardan ayrılıb «Zeydiyyə» firqəsinə qoşulmuşdur. Əbu Xalid Vasiti, Fəzl ibni Yəzid və Mənsur ibni Əbil Əsvəd Əbu Carudun tərəfdaralarından hesab olunurlar.
    Əbu Carud belə bir əqidəyə əsaslanmışdır ki, Peyğəmbər (s) həzrət Əlini qeyri-aşkar olaraq (yə’ni, adını çəkmədən), imamətə tə’yin etmişdir, lakin o həzrətin vəfatından sonra camaat başqa birisinə bey’ət edərək yollarını azmış və nəticədə kafir olmuşlar.
    Onların fikrincə, həzrət Məhəmməd (s) sülaləsinin rəva bildiyi hər bir şey müsəlmanlara halal və rəva bilmədikləri isə haramdır. Peyğəmbərin (s) gətirdiyi hər bir şey bu sülalə tərəfindən qorunub saxlanılır və onlar elm baxımından tamamilə eyni səviyyədədirlər.(Firəquş-şiə/Novbəxti.)
    Carudiyyə Zeyd ibni Əlidən sonra Nəfsi Zəkiyyə ləqəbi ilə məşhur olan Məhəmməd ibni Əbdullah ibni Həsən ibni Əli ibni Əbu Talibin imamətini qəbul edib üç firqəyə bölündülər:
    1. Bə’ziləri belə bir əqidədə olmuşlar ki, Məhəmməd ibni Əbdullah ölməmiş, qeybə çəkilmiş və nə vaxtsa yenidən qayıdacaqdır.
    2. Bə’ziləri (Taleqan vilayətinə hakim olan) Məhəmməd ibni Qasim Ələvinin qeybə çəkilib yenidən zühur edəcəyinə e’tiqad etməyə başlamışlar.
    3. Bə’ziləri isə (Kufə vilayətinə hakim olan) Yəhya ibni Ömər haqda da həmin əqidədə olmuşlar.
    Əlbəttə, belə bir bölüm Carudiyyə imamlarına aiddir. Yə’ni, onlar Məhəmməd ibni Əbdullahdan sonra Məhəmməd ibni Qasim və daha sonra Yəhya ibni Ömərin imamətinə e’tiqad bəsləmişlər.
    2. Süleymaniyyə;
    Bu ad Süleyman ibni Cərir Zeydinin tərəfdalarına verilən addır.
    Süleymaniyyə firqəsinin davamçıları belə bir əqdidə olmuşlar ki, imamət şura tərəfindən tə’yin olunmalı və imam şuranın rə’yi əsasında seçilməlidir. (Yə’ni, kiminsə tərəfindən deyil, müsəlman şurası tərəfindən müəyyənləşdirilməlidir). Əlbəttə, bu iş iki müsəlman şəxsin rə’yi əsasında da həyata keçirilə bilər. Xalqın nəzərində fəzilət sahibi olan şəxsin də seçilməsi tamamilə mümkün olan bir işdir. Onlar Əbu Bəkr və Ömərin imamətinə dair belə bir fikirdə olmuşlar ki, ümmət bu şəxsləri öz ictihadları ilə seçdikləri üçün bu növ hakimiyyəti də qanuni hesab etmək olar. Bununla yanaşı, onların fikrincə Əli ibni Əbu Talib olduğu bir halda onlara bey’ət etmək düzgün deyildi. Lakin onların bu səhvi ictihadi səhv olduğu üçün böyük günah hesab olunmur. Qeyd etmək lazımdır ki, Süleymaniyyə firqəsi Aişə, Təlhə və Zubeyri Əli (ə)-a qarşı çıxdıqları üçün kafirlikdə günahlandırdıqları kimi, Osmanı da öz qətlinə səbəb olan şəraiti yaratdığı üçün küfrdə ittiham etmişlər. Onlar imamiyyə məzhəbinin bəda* və təqiyyəyə olan e’tiqadını tamamilə inkar etmişlər.
    Süleymaniyyə firqəsi aradan getsə də, onların imamət mövzusuna dair bə’zi nəzəriyyələri bir sıra təriqətlərdə davam etdirilmişdir. Mö’təzilə alimlərindən bə’ziləri, o cümlədən Cə’fər ibni Mubəşşir və Cə’fər ibni Hərb, Süleyman ibni Cərirənin fikirləri ilə müvafiq olaraq imaməti dinin məsləhətli işlərindən biri hesab etmişlər. Onların fikrincə tövhid və Allahtanıma mövzusunda imamətə ehtiyac olmasa da, qəzavət və qanunvericilikdə, yetimlərin və kimsəsiz qadınların himayəsində, islam cəmiyyətinin qorunmasında və düşmənə müharibə e’lan olunmasında imama ehtiyac duyulur. Bu səbəbdən də imamın elm baxımından hamıdan üstün olması, hamıdan daha tədbirli və düşüncəli olub xalqın ümumi rəğbətini qazanması lazım deyildir. Çünki, qeyd olunan ehtiyaclar bu xüsusiyyətlərə malik olan şəxsin seçilməsi ilə də aradan qaldırılmış olur. Əhli-sünnə alimlərinin bə’ziləri də belə bir əqidəyə əsaslanaraq müctəhid olmayan bir şəxsin də imamətini qanuni hesab etmişlər, bu şərtlə ki, (şər’i) hökmlərdə müctəhidə müraciət etmiş olsunlar.(Əl-miləh vən-nihəl/Şəhrisatni/1-ci cild – 160-cı səh.)
    3-4. Salehiyyə və Təbəriyyə;
    Salehiyyə Həsən ibni Saleh ibni Həyyin və Təbəriyyə Kəsirun-nə’vanın tərəfdarlarına verilən addır.
    Bu iki firqə əqidə və e’tiqad baxımından bir-birinə olduqca oxşar olmuşlar. Onlar imamət mövzusunda Süleymaniyyə ilə həmfikir olmuş, lakin Osmanın mö’min və ya kafir olmasında müəyyən fikir ayrılığına gəlib çıxmışlar. Onlar deyirlər: Onun barəsində nəql olunan tarixi sənədlərə müraciət etdikdə, onun «əşəreye mubəşşirə*»nin biri olmasına, müsəlman və ya mö’minliyinə, cənnət əhlindən olacağına hökm edirik, lakin gördüyü işlərə yə’ni, Bəni-üməyyəni dirçəltməsinə, səhabələrin rə’yi ilə müxalif olduğuna və zorakılığa dair rə’y verməsinə nəzər saldıqda, küfr etməsinə dair hökm veririk. Bu səbəbdən də onun haqda qəti qərar çıxarmağa çətinlik çəkir və onun işini Allah-taalanın öhdəsinə qoyuruq. Əli ibni Əbu Talibə gəldikdə isə, onlar Peyğəmbərdən (s) sonra onu müsəlman ümmətinin ən fəzilətli və imamətə hamıdan layiqli şəxs olduğunu hesab etmişlər. Əgər o, öz razılığı ilə imaməti başqalarının öhdəsinə buraxıb öz haqqından keçməyə razı olubsa, biz də onun razı olduğu şeyə razıyıq. Yox, əgər Əli (ə) bu məsələyə razı olmamışsa, onda Əbu Bəkr özünü həlak etmişdir.(Əl--miləl vən-nihəl/1-ci cild / Şəhristani.)
    5. Nəimiyyə;
    Bu firqə Nəim ibni Yəmanın davamçılarına verilən addır. Onlar Peyğəmbərdən (s) sonra Əli ibni Əbu Talibi imamətə daha layiqli və insanların ən fəzilətlisi hesab etmişlər. Onların fikrincə, islam ümməti Əliyə (ə) bey’ət etməməklə böyük səhvə yol vermişlər. Nəimiyyə firqəsi Osmana və Əliyə (ə) qarşı çıxan şəxsləri məhkum edərək onları küfrdə ittiham etmişdir.
    6. Yə’qubiyyə;
    Onlar Yə’qub ibni Əli Kufinin tərəfdarları olmuşlar. Qiyamət günündən əvvəl insanların dünyaya qayıtmalarını, qəbr əzabını, Nəkir və Munkirin sorğu-sualını və şəfaəti inkar edərək Əbu Bəkr, Ömər və Osmanın xilafətini qətiyyətlə rədd etmişlər. Lakin onların imamətini zəlalət saymamışlar.
    Əbrəqiyyə, Əcəliyyə, Mərsiyyə, Səbahiyyə, Qasimiyyə, Hüseyniyyə, Həsəniyyə, Xəl’iyyə və Xəşəbiyyə, Zeydiyyə firqəsinin digər şaxələrini təşkil etmişlər.
    ZEYDİYYƏ FİRQƏSİNİN GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİ
    Zeyd ibni Əli, Yəhya ibni Zeyd, (Nəfsi Zəkiyyə ləqəbi ilə məşhur olan) Məhəmməd ibni Əbdullah, İbrahim ibni Əbdullah, İsa ibni Zeyd, Yəhya ibni Əbdullah, İbni Təbatəba və Hüseyn ibni Əli Sahibul-Fəxlə yanaşı, Zeydiyyə məzhəbinin bir çox görkəmli şəxsiyyətləri də olmuşdur. Tarix boyu onlar tərəfindən yüzlərlə kitab və elmi əsərlər yazılmışdır. Burada misal olaraq onlardan bir neçəsini gətiririk:
    1. Əhməd ibni İsa ibni Zeyd; (157-247 h.q.) Zəhəbi öz kitabında onun «Siyam» (Oruc) adlı yazdığı kitabın adını çəkmişdir. Lakin onun «Əmali» adlanan başqa bir əsəri daha çox şöhrət qazanmışdır. Bu kitab Əllamə Əli ibni İsmail tərəfindən «Rə’bus-səd» ünvanı altında üç cilddə nəşr olunmuşdur. Əhməd ibni İsa bu kitabda Peyğəmbər (s) və onun Əhli-beytindən 2790 hədis nəql etmişdir ki, onların əksəriyyəti Əli ibni Əbu Talib (ə)-dan qeyriləri tərəfindən nəql olunmuşdur.
    2. Qasimur-rəssi ləqəbi ilə məşhur olan Qasim ibni İbrahim Təbatəba; (169-246 h.q.) O, Yəməndə Zeydiyyə firqəsinin bünövrəsini qoymuş Yəhya ibni Hüseynin babası olmuşdur. Əqidə və fiqhə dair bir çox kitablar yazmışdır. «Əd-dəlilul Kəbir», «Kitabul-ədl vət-tovhidul kəbir», «Ər-rəddu ələn-nəsara», «Əl-mustərşid», «Tə’vil-ul-ərşi vəl-kursi», «Əl-fəraiz vəs-sünən» və «Siyasətun-nəfsi» kitablarını buna misal çəkmək olar.
    3. Yəhya ibni Hüseyn ibni Qasim; İmamul-Hadi ləqəbi ilə məşhur olan bu şəxs Yəməndə Zeydiyyə hökumətini tə’sis etmişdir. O, bu firqənin bünövrəsini qoyduqdan sonra 77-yə yaxın elmi əsərlər yazmışdır. «Əl-muntəxəb fil-fiqh», «Əl-fununu fil-fiqh», «Əl-məsail», «Ər-riza», «Məzariə», «Kitabut-tovhid», «Kitabul-imamət», «İsbatun-nubuvvəti vəl-vəsiyyə», «Əl-mizan bəynə mənzilətəyn», Əd-diyanə», «Əl-xəşiyyə» və «Məanil Qur’an» kitablarını buna misal çəkmək olar.
    4. Ən-nasiru lil-həqq ləqəbi ilə məşhur olan Əbu Məhəmməd Həsən ibni Əli Ət-tərvəş; (230-304 h.q.) Təbəristanda Zeydiyyə firqəsinin bünövrəsini qoyan bu şəxs «Əl-bəsat», «Ət-təfsir», «Əl-huccacul-vazihə» və «Əmali» kimi elmi əsərlərin müəllifi hesab olunur.
    5. İmamul-Mürtəza ləqəbi ilə məşhur olan Əbul Qasim Məhəmməd ibni Yəhya; (287-313 h.q) Bu şəxs «Əl-usul fil-ədl vət-tovhid», «Təfsirul-Qur’an», «Əş-şərhu vəl-bəyan», «Cəvabu məsail ibni Məhdi», «Cəvabu ibni Fəzlil-Qərməti», «Ər-rəsailussəbil-muntəqa» adlı kitabların müəllifidir.
    6. Əl-hakimul-Cəsmi ləqəbi ilə məşhur olan Möhsin ibni Məhəmməd ibni Kiramə; (413-494 h.q.) Bu şəxs dövrünün tanınmış kəlam alimlərindən olmuşdur və məşhur alim Zəməxşərinin müəllimlərindən biri hesab olunur. 42-yə yaxın kitab və elmi əsər yazıb yaratmışdır. «Ət-təhzib», «Şərhu uyunul-məsail», «Ət-tə’siru vəl-mə’sur», «Əs-səfinə», «Əl-imamə», «Cəlaul-əbsar» və başqalarını buna misal çəkmək olar.
    7. Əl-məhdi lidinillah ləqəbi ilə məşhur olan Əhməd ibni Yəhya ibni Mürtəza. (764-840 h.q) Fiqh və üsul sahələrində Zeydiyyə firqəsinin görkəmli alimlərindən olmuş bu şəxs «Əl-bəhruz-zuxar» adlı kitabın müəllifi hesab olunur.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Carudiyyə və Süleymaniyyə firqələrinin imamət mövzusuna dair fərqli baxışları nədən ibarətdir?
    2. Süleymaniyyə və Salihiyyə firqələri üçüncü xəlifəyə qarşı hansı fərqli baxışlara malik olmuşlar?
    3. «Əd-dəlilul-Kəbir», «Ər-riza», «Rə’bus-səd», «Şərhul bəyan» kitabları hansı müəlliflər tərəfindən yazılmışdır?
    OTUZ SƏKKİZİNCİ DƏRS
    İsmailiyyə nə zaman və necə meydana gəlmişdir?
    İsmailiyyə məzhəbi kimlər tərəfindən tə’sis olunmuşdur?
    İSMAİLİYYƏ MƏZHƏBİ
    Şiə məzhəbli firqələrdən biri də İsmailiyyə məzhəbidir. İsmailiyyə istər e’tiqadi, istərsə də tarixi baxımdan islam dünyasında böyük əhəmiyyət kəsb etmiş, öz mövqeyini qoruyub saxlayaraq bu günkü günədək davam gətirə bilmişdir. Bu məzhəb hal-hazırda islam dünyasının bir çox ölkələrində müstəqil firqə şəklində fəaliyyət göstərir, istər cəmiyyət, istərsə də müsəlman alimlərinin arasında xüsusi yer tutur. Bu cərəyan şiələrin altıncı imamı Cə’fər ibni Məhəmməd Sadiq şəhid olduqdan sonra qısa bir müddət ərzində meydana gəlmişdir. İsmailiyyə digər firqələrdən fərqli olaraq, imam Sadiqin (ə) böyük oğlu İsmaili imam kimi qəbul edir. Ümumiyyətlə altıncı imam vəfat etdikdən sonra şiələr beş firqəyə bölünmüşlər:
    1. Navusiyyə;
    Onların əqidəsinə əsasən, altıncı imam vəfat etməmişdir və hələ də yaşamaqdadır. O, Peyğəmbərin (s) nəslindən olan və zühurunun intizarı çəkilən Məhdidir. Zühur etdiyi gün bütün aləmə imamət (rəhbərlik) edəcəkdir. İsmailiyyə Cə’fər ibni Məhəmməddən belə bir rəvayət nəql edir: «Dağdan başımın aşağı endiyini (yə’ni, qətlə yetirildiyimi) görsəniz belə, yenə də inanmayın və bilin ki, mən sizin ağanız və rəhbərinizəm». Başqa bir rəvayətdə deyilir: «Əgər sizin yanınıza gəlib xəstələndiyimi və ya vəfat etdikdən sonra mənə qüsl verib kəfənləndiyimi xəbər versələr də inanmayın, çünki mən sizin ağanız və rəhbərinizəm».
    Bu firqə onu tə’sis edən şəxsin - Əcəlan ibni Navusun - adı ilə bağlı olaraq Navusiyyə adlandırılmışdır və hal-hazırda tamamilə aradan getmişdir.
    2. İsmailiyyə;
    Bu firqənin ardıcılları Cə’fər ibni Məhəmməddən sonra oğlu İsmaili imam kimi qəbul edirlər. Onlar hələ atası sağ ikən İsmailin vəfat etdiyini inkar edərək demişlər: İsmailin ölümü və dəfn mərasimi onun Abbasilərdən qorunması üçün atası tərəfindən qurulmuşdur. Sonralar İsmailiyyə bir neçə firqəyə bölünmüşdür və bunun ən başlıca səbəbi İsmailin imaməti, sağ və ya vəfat etdiyinə dair aparılan mübahisələr olmuşdur. (Bu barədə növbəti dərslərimizdə söhbət açacağıq). Lakin İsmailiyyə firqələrinin müştərək cəhəti imamət məsələsində İsmailin bu işə daha layiq olması və onun altıncı imamın digər övladlarından üstünlüyünə olan e’tiqad təşkil edir.
    3. Fəthiyyə;
    Fəthiyyə imam Cə’fər Sadiqin (ə) ikinci övladı olan Əbdullah ibni Cə’fərin davamçılarına verilən addır. Baş və ayaqları enli olduğu üçün Əbdullah «Əftəh» ləqəbi ilə məşhur olmuşdur. Bu səbəbdən də bu firqəyə Fəthiyyə adı verilmişdir. Tarixi sənədlərə əsasən Əbdullah özünü atasının canişini e’lan etmişdir. Bu səbəbdən də atası vəfat etdikdən sonra bə’ziləri ona qoşularaq Fəthiyyə firqəsinin bünövrəsini qoymuşlar. Fəthiyyə davamçıları belə bir əqidəyə əsaslanırlar ki, Əbdullah vəfat etdikdən sonra imamət onun oğluna çatacaqdır. Lakin övladı olmadığı üçün və özü də atasının vəfatından sonra yalnız yetmiş gün yaşadığı üçün onun tərəfdarları yeddinci imam Cə’fər Kazimə (ə) üz tutdu. Beləliklə, Fəthiyyə firqəsinə son qoyuldu.
    4. Səmitiyyə;
    Səmitiyyə firqəsinin tərəfdarları Məhəmməd ibni Cə’fəri imam kimi qəbul etmişlər. Məhəmməd ibni Cə’fər «Dibac» ləqəbi ilə məşhur olan cəsur bir şəxsiyyət olmuşdur. Hicrətin 199-cu ilində Məkkədə Mə’muna* qarşı qiyam etmişdir. Zeydiyyə firqəsinin davamçıları bu qiyamda onlara köməklik göstərsələr də, İsa Cəludi onu yaxalayaraq Mə’munə təslim etmişdir. Səmitiyyə firqəsi bu cərəyanı tə’sis edən Yəhya ibni Əbi Səmitin adı ilə adlandırılmışdır. Bu firqə hal-hazırda öz fəaliyyətini tamamilə dayandırmış və tərəfdarlarını itirmişdir.
    5. Musəviyyə;
    Bu firqə imam Musa Kazim (ə)-ı sonuncu imam hesab edən şəxslərə verilən addır. Musa ibni Cə’fər on iki imamçı şiələrin yeddinci imamı hesab olunur. O həzrət vəfat etdikdən sonra bir çox tərəfdarları onun yenidən qayıdacağına e’tiqad bəsləsələr də, hal-hazırda Musəviyyə firqəsi tamamilə öz fəaliyyətini dayandırmışdır.
    İSMAİLİYYƏ MƏZHƏBİNİN TƏ’SİSÇİLƏRİ
    Altıncı imamın vəfatından sonra şiələrin ümumi vəziyyəti və onların beş firqəyə ayrılmaları artıq mə’lum oldu. Bəs görəsən İsmailiyyə firqəsi kimlər tərəfindən tə’sis olunmuşdur?
    İsmail ibni Cə’fər özü imamlıq iddiası edib bu firqənin bünövrəsini qoymuşdurmu? Yoxsa, bu məzhəb başqa bir şəxs tərəfindən meydana gəlmişdir?
    Qeyd etdik ki, İsmail imam Cə’fər Sadiqin (ə) övladı olmuşdur və tarixi dəlillərə əsasən, ən azı onun özündən heç olmasa beş il əvvəl vəfat etmişdir. Bu da Hicrətin 143-cü ilinə təsadüf edir. Görkəmli rical* alimlərindən olan Zərkəli öz kitabında İsmailin vəfatını Hicrətin 143-cü ilinə aid edir. İbni Ənbə isə İsmailin vəfatının Hicrətin 133-cü ilində baş verdiyini qeyd edir. İsmailiyyə məzhəbli yazıçılardan olan Arif Tə’mər bu hadisənin Hicrətin 138-ci ilində baş verdiyini qeyd etmişdir.(Əl-imamətu fil-İslam/Arif Tə’mər.)
    Bir çox hədis və rəvayətlərdə İsmailin hələ atası sağ ikən vəfat etdiyi nəql olunmuşdur. İmam Sadiq (ə) onun dəfn mərasimində oğlunun vəfat etdiyinə şəhadət vermiş, hətta bə’zilərinin sonradan bu barədə şəkkə düçar olacaqlarını iqrar etmişdir. Nö’mani və Zurarət ibni Ə’yundan bu məzmunda nəql olunmuş rəvayətdə deyilir: Əbu Əbdullah Cə’fər ibni Məhəmməd Sadiqin evinə getdim. Oğlu Musa o həzrətin sağ tərəfində, İsmailin cənazəsi isə qarşısında idi. İmam mənə Davud ibni Kəsiri, Həmran və Əbu Bəsiri çağırmağı əmr etdi. Camaat bir-birinin ardınca oraya gəlirdi. Evin astanasına otuz nəfər yığıldıqda İmam (ə) Davud ibni Kəsirə buyurdu: Cənazənin üzərindən örtüyü götür. Davud, İsmailin üzündən örtüyü götürdükdən sonra Əbu Əbdullah (ə) buyurdu: Ey Davud! O diridir, ya ölü? Davud dedi: Ey mənim mövlam, o ölmüşdür. Sonra imam üzünü bir-bir orada iştirak edənlərə tutub həmin sualla onlara müraciət etdi və hamı İsmailin vəfat etdiyini iqrar etdi. Daha sonra Əbu Əbdullah buyurdu: İlahi! Sən Özün onlara şahid ol! Bunu deyib cənazəyə qüsl verilib kəfənlənməsini əmr etdi.
    Qəbrə qoyularkən İmam (ə) Müfəzzələ bir daha əmr edib cənazənin üzünü açıdırdı və daha sonra ondan soruşdu: «O diridir, yoxsa ölü?» Müfəzzəl dedi: Ölü. O həzrət bir daha buyurdu: «İlahi! Sən Özün onlara şahid ol.»
    Qəbrə qoyulduqdan sonra üçüncü dəfə Müfəzzələ İsmailin kəfənini açdırıb bir daha onlardan soruşdu: O diridir, ya ölü? Dedilər: Ölü. Bir daha buyurdu: İlahi! Sən Özün şahid ol və siz də ey camaat şəhadət verin. Çünki tezliklə batil əhli şəkk-şübhə yaradaraq Allah nurunu söndürmək istəyəcəklər.
    İmam Cə’fər Sadiq (ə) bu qısa çıxışını bitirdikdən sonra oğlu Musaya (ə) işarə edərək buyurdu: «Lakin, kafirlər istəməsələr belə, Allah-taala öz nurunu tamamlayacaqdır.» Ravi deyir: Sonra İmam (ə) qəbrin üzərinə torpaq tökməyimizi istədi və hələ bu iş qurtarmazdan əvvəl bir daha soruşdu: Qəbirdəki qüsl verilmiş, kəfənlənmiş şəxs kimdir? Dedim: İsmail. Buyurdu: İlahi şahid ol! Sonra Musanın (ə) əlindən tutub buyurdu: Allah dünyanı və onun əhalisini qoruyub möhlət verənədək o haqla, haqq da onunladır.
    Bu məzmunda nəql olunmuş digər rəvayətlər tarixçi və ravilər tərəfindən əsaslı şəkildə qəbul olunmuşdur. Bunu da qeyd edək ki, İsmailiyyə firqəsinin davamçılarının bir çoxu sonralar İsmailin vəfat etdiyini e’tiraf edərək oğlu Məhəmmədin imamətini iqrar etmişlər. Beləliklə, İsmailiyyə firqəsi meydana gəlmişdir. İsmailin atasının sağlığında vəfat etməsi tarixi sənədlərdə o qədər dəqiq işıqlandırılır ki, Abbasi dövlətindən gizli saxlamaq məqsədi ilə imam Sadiqin (ə) saxta dəfn mərasimi təşkil etməsi heç cür həqiqətə uyğun ola bilməzdi və elə bir şəraitdə təşkil olunan dəfn mərasimi ilə Abbasi dövlət mə’murlarını aldatmaq sadəcə olaraq qeyri-mümkün idi.
    Qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki, İsmail nə imamlıq iddiası etmiş və nə də İsmailiyyə firqəsinin bünövrəsini qoymuşdur. Tarixə müraciət etdikdə isə İsmailiyyə firqəsinin bünövrəsini qoymuş dörd nəfər şəxsin adı ilə qarşılaşırıq:
    1. Məhəmməd ibni Əbi Zeynəb, ya Məqlas ibni Əbil Xəttab;
    (Əbul Xəttab ləqəbi ilə məşhur olmuşdur). Bu şəxs əvvəllər imam Məhəmməd Baqir (ə) və imam Cə’fər Sadiqin (ə) səhabələrindən olmuşdur. Lakin sonralar imamların məqamlarını daha da ucaldaraq onları ilahiləşdirdiyi üçün imamlar tərəfindən lə’nətlənərək uzaqlaşdırılmışdır.
    Belə ki, hətta imam Sadiqdən (ə) Əbul Xəttabın lə’nətlənməsinə və hər bir müsəlmanın ondan uzaq düşməsinə dair bir neçə rəvayət də nəql olunmuşdur. Əbul Xəttab özünü imam Sadiqin (ə) vəsisi, imamları isə əvvəllər peyğəmbər hesab edirdi, daha sonra isə ifrata vararaq Cə’fər ibni Məhəmmədi ilahilik dərəcəsinə qədər ucaltmışdır.
    Əbul Xəttab Kufədə ətrafına kiçik bir dəstə toplaya bilmişdir. Lakin Kufənin valisi İsa ibni Musa tərəfindən qətlə yetirildikdən sonra tərəfdarları Məhəmməd ibni İsmailə üz tutaraq onun vəfatını e’tiraf etmişlər. İsmailiyyə firqəsinin «Natiq» və «Lal İmam»a (İmamun-natiq və imamus-samit) olan e’tiqadı məhz Əbul Xəttabın nəzəriyyələrindən qaynaqlanmışdır.(Əl-firəq bəynəl firəq/Bağdadi; Əl-Xutət/2-ci cild, Miqrizi;)
    2. Məymun Qəddah;
    Əhvazda sakin olmuş və müxtəlif göz xəstəliklərini, o cümlədən mirvari suyunun çəkilməsini müalicə etmişdir. Bu səbəbdən də ona «Qəddah» ləqəbi verilmişdir. Qəddah Əbul Xəttabın davamçılarından olmuş və onun nəzəriyyələrinin yayılmasında böyük rol oynamışdır.
    3. Əbdullah ibni Məymun;
    Məymun Qəddahın oğlu olmuşdur. Əvvəllər atası ilə həmfikir olsa da, sonralar ifrata vararaq peyğəmbərlik iddiası etmişdir. İbni Məymun müxtəlif hiylələrdən istifadə edərək uzaq ölkə və şəhərlərin tarix və əhvalatlarını nəql edir və bununla da əhalini öz ətrafına yığmağa çalışırdı. Əvvəl Əhvazdan Bəsrəyə, sonra isə Həms yaxınlığında yerləşən Səlmiyyə adlı məntəqəyə gəlmiş və orada boyu qısa olduğu üçün Qərmət ləqəbi ilə məşhur olan Məhəmməd ibni Əş’əs adlı şəxsə qoşulmuşdur. Qəramətə firqəsi də məhz həmin şəxsin adı ilə bağlıdır.
    4. Məhəmməd ibni Hüseyn.
    Dəndan və ya Zeydan ləqəbi ilə məşhur olmuşdur. Tarixi sənədlərdə göstərilir ki, o İraqda ibni Məymunla tanış olmuş və elə orada da İsmailiyyə firqəsinin nəzəriyyələri əsasında Batiniyyə firqəsini meydana gətirmişdir. İbni Nədimin dediyinə görə, İbni Hüseyn fəlsəfə və astronomiya elmlərinə mükəmməl yiyələnmişdir. O, ulduzların ruhani xüsusiyyətə malik olduğunu hesab edirdi. Bu səbəbdən də İbni Məymunla tanış olduqdan sonra əqidəsinin yayılması üçün münasib şərait tapıb ona maliyyə yardımları etməklə Batiniyyə firqəsini tə’sis etdi.
    Demək, İsmailiyyə bu dörd nəfər şəxsin fəaliyyəti nəticəsində meydana gəlmişdir. Bu məzhəb sonralar bir neçə firqəyə bölünsə də, bə’zi müsəlman ölkələrində tarixi cərəyanlarda öz tə’sirini qoymağa, hətta dövlət tə’sis etməyə nail oldu. Beləliklə, tarixin enişli-yoxuşlu mərhələlərini keçərək öz ətrafına minlərlə tərəfdar yığaraq öz mövqeyini bu günkü günədək qoruyub saxlaya bilmişdir.
    Növbəti dərsimizdə İsmailiyyə firqəsinin e’tiqadı barədə ətraflı söhbət açacağıq.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. İmam Sadiq (ə) vəfat etdikdən sonra şiələr neçə hissəyə bölünmüşlər?
    2. İsmailiyyə tərəfdarlarının altıncı imamın canişinlik məsələsinə dair olan baxışı necədir?
    3. İmam Sadiq (ə) İsmail vəfat etdikdə dəfn mərasimində iştirak edənlərdən nə üçün şəhadət vermələrini istəmişdir?
    4. İsmailiyyə firqəsi kimlər tərəfindən yaradılmışdır?
    Category: İslam məzhəbləri ilə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 885 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024