İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » İmamət Haqqın dili ilə

    İmamət Haqqın dili ilə
    2011-12-19, 7:19 AM
    21-MÜNAFİQUN (MÜNAFİQLƏR) AYƏSİ
    "Məhəmməd” (s) surəsinin 30-cu ayəsində buyurulur:
    وَلَوْ نَشَاء لَأَرَيْنَاكَهُمْ فَلَعَرَفْتَهُم بِسِيمَاهُمْ وَلَتَعْرِفَنَّهُمْ فِي لَحْنِ الْقَوْلِ
    "Əgər Biz istəsəydik, onları (münafiqləri) mütləq sənə göstərərdik, sən də onları mütləq tanıyardın. Sən onsuz da onları danışıq tərzlərindən tanıyacaqsan!”
    Bu ayədə isə düşmənçiliyə işarə olunur. Allah-taala münafiqlər və onların nişanələri haqda söz açaraq buyurur: "Əgər Biz istəsək, onları sənə göstərər, hətta onların çöhrələrinə əlamət və nişanə qoyarıq. Bununla da bir baxışla onları tanıyarsan.” Sonra əlavə edərək buyurur: "Sən onsuz da onları danışıq tərzlərindən tanıyacaqsan!” Çünki hər vaxt cihad və müharibədən söz düşəndə, onlar bu işdən boyun qaçırmağa və camaatı ruhdan salmağa cəhd göstərəcək, yaxşı və pak insanlardan söz düşdükdə isə onları ləkələməyə çalışacaqlar.
    Əbu Səid Xudridən nəql olunan məşhur bir hədisdə "Onsuz da onları danışıq tərzlərindən tanıyacaqsan” cümləsinin təfsiri ilə bağlı belə deyilir: "Onlar Əli ibn Əbi Talibə olan kin-küdurət və ədavətləri ilə tanınarlar.”
    Hakim Həskani "Şəvahidut-tənzil” kitabında bu hədisi üç sənədlə, Süyuti isə "Əd-durrul-mənsur” təfsirində İbn Mərdəveyh və İbn Əsakirdən (onlar da Əbu Səid Xudridən) nəql etmişlər.(Ruhul-məani”, 16-cı cild, səh. 130.)
    Süyuti İbn Abbasdan başqa bir rəvayət nəql edir: "Biz Peyğəmbəri-əkrəmin (s) dövründə münafiqləri yalnız Əli ibn Əbi Talibə (ə) kin-küdurət və ədavətləri ilə tanıyırdıq!”(Şəvahidut-tənzil”, 2-ci cild, səh. 178, hədis: 883-885; "Əd-durrul-mənsur”, 6-cı cild, səh. 66.)
    Bu hədisi nəql edən ravilər və kitablar yuxarıdakılarla bitmir. Onu Cabir ibn Abdullah Ənsari və Əbuzər Qifari də nəql etmişdir.
    İbn Əbdül-Bir "İstiyab” kitabında Cabir ibn Abdullah Ənsaridən, Muhibbuddin Təbəri isə "Ər-riyazun-nuzrə” kitabında Əbuzər Qifaridən belə nəql etmişdir: "Biz Peyğəmbəri-əkrəmin (s) dövründə münafiqləri ancaq üç yolla tanıyırdıq: Allahı və Peyğəmbəri (s) təkzib etdikdə, namazdan (camaat namazından) boyun qaçırdıqda və Əli ibn Əbi Talibə (ə) ədavət bəslədikdə.”(Yenə orada)
    Əhli-sünnənin birinci dərəcəli mənbələrindən sayılan Termizinin "Səhih” kitabında da bu hədis iki sənədlə Əbu Səid Xidri və Ümmü Sələmədən nəql olunmuşdur. (Ümmü Sələmənin hədisinin yuxarıdakı hədislə azacıq fərqi var.)("İstiyab”, 2-ci cild, səh. 464 və "Ər-riyazun-nəzrə”, səh. 214)
    İbn Əsakir "Tarixud-Dəməşq” kitabında Əbu Səid Xudridən, Cabir ibn Abdullah Ənsaridən, İbadət ibn Samitdən və Məhbub ibn Əbiz-Zənaddan bu məzmunda və buna oxşar bir neçə hədis nəql etmişdir.("Səhihi-Termizi”, 5-ci cild, səh. 635, hədis: 3717.)
    İbadət ibn Samitin rəvayətində belə deyilir: "Biz övladlarımızı Əli ibn Əbi Talibin (s) məhəbbəti ilə tanıyırıq. Kimin Əli ibn Əbi Talibi (ə) sevmədiyini görsək, bilirik ki, bizdən deyil!”
    Məhbub ibn Əbiz-Zənadın hədisində ənsarın dili ilə deyilir: "Nə vaxt bir kəs Əli ibn Əbi Talibə (ə) qarşı kin-küdurət və ədavət göstərsəydi, başa düşürdük ki, o, öz atasının oğlu deyil!”("Təlxisu tarixid-Dəməşq”, 17-ci cild, səh. 370-371, "Darul-fikr” çapı.)
    Bu məzmunda rəvayətlər çoxdur və bəhsimizi Peyğəmbəri-əkrəmin (s) buyurduğu bir hədislə sona yetiririk. Peyğəmbəri-əkrəm "Xeybər” günü imam Əli (ə) haqqında geniş söhbəti əsnasında belə buyurmuşdur:
    يا اَيُّهَا النّاسُ اِمْتَحِنُوا اَوْلادَكُمْ بِحُبِّهِ، فَاِنَّ عَلِيّاً لا يَدْعُو اِلى ضَلالَةٍ وَلا يُبْعِدُ عَنْ هُدىً، فَمَنْ اَحَبَّهُ فَهُوَ مِنْكُمْ وَمَنْ اَبْغَضَهُ فَلَيْسَ مِنْكُم!:
    "Ey camaat! Övladlarınızı Əli məhəbbəti ilə sınaqdan keçirin. Həqiqətən, Əli (heç kimi) azğınlığa dəvət etməz və hidayətdən uzaqlaşdırmaz. Onu sevən sizdəndir, ona kin-küdurət və ədavət bəsləyən isə sizdən deyil!”(Yenə orada.)
    Bu rəvayətləri diqqətlə araşdırdıqda, elə bir şəxsiyyətlə üzləşirik ki, ona eşq və məhəbbət iman, onunla ədavət küfr və münafiqlik nişanəsidir. Bu rəvayətlər imam Əlinin (ə) tərəfdarlarına ağır işkəncələr verən, düşmənlərini isə vəzifə kürsüsündə əyləşdirən "əməvilər” kimi azğın sülaləni ötüb-keçmiş, həmin dövrün insanlarının dilində dolanmışdır. Hətta ümumi məclislərdə o həzrəti söymək və lənətləmək vəzifəyə çatmaq üçün bir vasitə sayılırdı. Doğrudan da, dünyanın şərqini qərbini bürüyən, tarix, təfsir və hədis kitablarında tez-tez xatırlanan fəzilətlərin inadkar düşmənlərin nəzarətindən yayınıb, bu gün bizim əlimizə çatması təəccüblüdür. Bu bütün əsrlərdə haqq nurunun qorunmasının Əli ibn Əbi Talibin (ə) imamət və xilafətinin bütün nəsillərə çatdırılmasının yalnız ilahi yardımlarla mümkün olduğunu göstərir!
    22-İYZA (ƏZİYYƏT) AYƏSİ
    "Əhzab” surəsinin 57-ci ayəsində buyurulur:
    إِنَّ الَّذِينَ يُؤْذُونَ اللَّهَ وَرَسُولَهُ لَعَنَهُمُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًا مُّهِينًا
    "Həqiqətən, Allaha və Onun Peyğəmbərinə əziyyət verənləri Allah dünya və axirətdə lənətləmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır!”
    Məlum olduğu kimi, kimsə Allah-taalanın müqəddəs və pak zatına zərər yetirə bilməz. Demək, "Allaha əziyyət vermək” dedikdə təfsir alimlərinin qeyd etdikləri kimi Allahın qəzəbinə səbəb olan küfr və dinsizlik nəzərdə tutulur. Beləcə Peyğəmbəri (s) və möminləri incidən kəslərin cəzalanacağı xatırlanır və onları incidən kəs, şübhəsiz, Allahı incitmiş olur.
    Ayənin təfsirində əhli-sünnə və Əhli-beyt (ə) ardıcılları vasitəsilə nəql olunan rəvayətlərdə Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu oxuyuruq: "Ya Əli! Hər kəs səni incitsə, şübhəsiz, məni incitmişdir!”
    Hakim Həskani "Şəvahidut-tənzil” kitabında Cabir ibn Abdullah Ənsaridən belə nəql edir: "Peyğəmbəri-əkrəmdən (s) eşitdim ki, Əliyə (s) belə buyurdu: "Səni incidən kəs, şübhəsiz, məni incitmişdir!”(Yenə orada.)
    Başqa bir hədisdə İbn Əbi Sələmə, Ümmü Sələmədən Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql edir: "Peyğəmbəri-əkrəmdən (s) eşitdim ki, Əliyə (s) belə buyurdu:
    اَنْتَ اَخِى وَ حَبِيبِى، مَنْ آذاكَ فَقَدْ آذانِى:
    "Sən mənim qardaşım və həbibimsən. Sənə əziyyət verən, şübhəsiz, mənə əziyyət vermişdir!”("Şəvahidut-tənzil”, 2-ci cild, səh. 98, hədis: 777.)
    Sonra müəllif yazır: "Bu hədis Ömər, Səd ibn Əbi Vəqqas, Əbu Hüreyrə, İbn Abbas və Əbu Səid Xidri kimi səhabələrdən də nəql olunmuşdur.”(Yenə orada.)
    Başqa bir hədisdə isə Əli ibn Əbi Talibdən (ə) belə nəql edilir: "Allahın Peyğəmbəri (s) öz tükündən tutub, mənə belə buyurdu:
    مَنْ آذى شَعْرَةً مِنْكَ فَقَدْ آذانِى ومَنْ آذانِى فَقَدْ آذَى اللهَ فَعَلَيْهِ لَعنَة الله:
    "Hər kəs sənin bir tükünü incitsə, məni incitmişdir. Hər kəs məni incitsə, şübhəsiz, Allahı incitmişdir. Hər kəs Allahı incitsə, ona Allahın lənəti olsun!”(Yenə orada, səh. 99.)
    Qeyd edilən hədislərdə imam Əlini (ə) incitmək, Peyğəmbəri (s) incitmək sayılsa da, bu ayəyə istinad edilməmişdir. Halbuki bəzi rəvayətlərdə bu istinadı açıq-aydın görmək olar. Məsələn, Hakim Nişapurinin "Müstədrəküs-səhiheyn” kitabında İbn Abbasdan nəql olunan səhih və mötəbər hədisdə belə deyilir: "Şam əhlindən bir kişi Əlini (ə) söydükdə, İbn Abbas ona dedi: "Ey Allahın düşməni! Sən bu sözünlə Allahın Peyğəmbərini incitdin və ona əziyyət verdin. (Çünki Qurani-kərimdə buyurulur:) "Allaha və Onun Peyğəmbərinə əziyyət verənləri Allah dünya və axirətdə lənətləmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır!” Əgər Peyğəmbəri-əkrəm (s) sağ olsaydı, indi onu incitmiş olardın!”(Yenə orada, səh. 97, hədis: 776.)
    Zəhəbi bu hədisi "Təlxisul-müstədrək” kitabında nəql etmiş və onun doğru olduğunu vurğulamışdır.("Müstədrəküs-səhiheyn”, 3-cü cild, səh. 121, Beyrutun "Darul-mərifət” çapı.)
    Süyuti də "Əd-durrul-mənsur” kitabında İbn Abbasın bu ayəyə istinadən nəql etdiyi hədisi qeydə almışdır.("Müstədrəküs-səhiheyn” kitabının haşiyəsində çap olan "Təlxisul-müstədrək”, 3-cü cild, səh. 122.)
    Həmçinin "Müstədrəküs-səhiheyn” kitabında Əmr ibn Şasdan ətraflı bir hədis nəql olunmuşdur. Onun bir qismi belədir: "Mən Peyğəmbərin (s) məscidində Əlinin (ə) Yəmən səfərində mənimlə rəftarına görə gileyləndim. Bu söz Peyğəmbərə (s) çatdı. Sübh vaxtı Peyğəmbər (s) bir qrup səhabə ilə məscidə daxil olanda mənə qaş-qabaqla baxıb buyurdu: "Ey Əmr! Allaha and olsun ki, məni incitdin.” Mən dedim: "Ya Peyğəmbər (s)! Allaha pənah aparıram, bu nə sözdür?” Peyğəmbər (s) buyurdu:
    مَنْ آذى عَلِيّاً فَقَدْ آذانِى:
    "Əlini incidən məni incitmişdir!”
    Hakim Nişapuri bu hədisi nəql etdikdən sonra onun səhih və mötəbər olduğunu yazır.("Əd-durrul-mənsur”, 5-ci cild, səh. 220.)
    "Təlxisu tarixid-Dəməşq” kitabının müəllifi də bu hədisi başqa hədislərlə yanaşı Cabir ibn Abdullah Ənsaridən, Səd ibn Əbi Vəqqasdan və Əmr ibn Şasdan nəql etmişdir.
    Bütün bunlar göstərir ki, Əliyə (ə) əziyyət vermək Peyğəmbərə (s) əziyyət verməklə eynidir.("Müstədrəküs-səhiheyn”, 3-cü cild, səh. 122. Zəhəbinin "Təlxisul-müstədrək” kitabında da bu hədis eynilə nəql olunmuşdur.) Əhli-sünnə alimlərinin düzgün saydıqları çox saylı hədislərə əsasən, Əli (ə) Peyğəmbərin (s) canı kimidir və ona məhəbbət eynilə Peyğəmbərə (s) məhəbbətdir, onu incitmək eynilə Peyğəmbəri (s) incitməkdir. Bundan sonra görəsən, İslam ümmətində imam Əlinin (ə) Peyğəmbəri-əkrəmdən (s) sonra ən fəzilətli, imamət, vilayət və xilafət məqamına ən layiqli şəxs olmasına şübhə qalırmı?!
    23-İNFAQ AYƏSİ
    "Bəqərə” surəsinin 274-cü ayəsində buyurulur:
    الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُم بِاللَّيْلِ وَالنَّهَارِ سِرًّا وَعَلاَنِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ
    "Öz var-dövlətlərini gecə-gündüz, gizli və aşkar infaq (xərc) edənlərin mükafatı öz Rəbbinin yanındadır. Onlar üçün nə qorxu var, nə də qəm-qüssə görərlər!”
    Şübhəsiz, bu ayənin əhatəsi ümumidir və o Allah yolunda var-dövlət xərcləməyin müxtəlif formalarını göstərir: gizli və aşkar, gecə və gündüz... Ayədə belə saleh iş görənlər böyük mükafatla müjdələnir. Onların mükafatı Allahın yanındadır, keçmiş və gələcək barəsində də qəmgin deyillər. Ayə ümumi məfhum ifadə etsə də, rəvayətlərdən belə başa düşülür ki, onun nazil olması imam Əli (ə) ilə bağlıdır. Çünki rəvayətlərin çoxunda bu ayənin ilk dəfə Əli (ə) haqqında nazil olduğu göstərilir.
    İbn Abbas deyir: "Bu ayə Əli ibn Əbi Talib (ə) haqqında nazil olmuşdur. Bir dəfə Həzrət Əlinin (ə) cəmi dörd dirhəm pulu var idi. Onun bir dirhəmini gecə, bir dirhəmini gündüz, bir dirhəmini aşkar, bir dirhəmini isə gizli şəkildə Allah yolunda ehsan etdi. Allahın Peyğəmbəri (s) ondan "(Ya Əli!) Səni bu işə nə vadar etdi?” soruşduqda, Əli (ə) belə cavab verdi: "Allahın mənə vəd etdiklərini qazanmaq istəyim!” Peyğəmbər (s) buyurdu: "Agah ol ki, sən həmin vədlərə nail oldun!” Bu zaman yuxarıdakı ayə nazil oldu."
    Hakim Həskani "Şəvahidut-tənzil” kitabında bu hədisi digər yeddi hədislə yanaşı müxtəlif ravilərdən nəql etmişdir.("Təlxisu tarixid-Dəməşq”, 17-ci cild, səh. 352.)
    Süyuti də "Əd-durrul-mənsur” kitabında bunu müxtəlif sənədlərlə İbn Abbasdan nəql edir və deyir ki, bu ayə Əli ibn Əbi Talib (ə) haqqında nazil olmuşdur. O həzrətin dörd dirhəm pulu vardı. Allah yolunda onun birini gecə, birini gündüz, birini aşkar və birini də gizli xərclədi. Bu zaman "infaq” ayəsi nazil oldu.("Şəvahidut-tənzil”, 1-ci cild, səh. 109-115)
    Hədisin mənası budur ki, Əli (ə) öz var-dövlətini xərcləməkdə Allahın razılığını qazanmaq üçün heç nəyini əsirgəməmişdir. Birincisi, malik olduğu malı Allah yolunda xərc etmiş, ikincisi, bu iş həm gecə, həm gündüz, həm aşkar, həm də gizli yerinə yetirmişdir. Allahın razılığını qazanmaq üçün sevinclə yanaşı ixlas və fədakarlıq Onun dərgahında qəbul edilmiş və bu ayə nazil olmuşdur.
    Bu hədisi Muhibbuddin Təbəri "Zəxairul-uqba”("Əd-durrul-mənsur”, 1-ci cild, səh. 363.), Sibt ibn Cövzi "Təzkirətul-xəvass”("Zəxairul-üqba”, səh. 88.), Əllamə Gənci "Kifayətut-talib”("Təzkirətul-xəvass”, səh. 17), məşhur təfsir alimi Qurtubi "Təfsir”("Kifayətut-talib”, səh. 108.), Şəblənci "Nurul-əbsar”("Təfsiri-Qurtubi”, 2-ci cild, səh. 1115, bəhs etdiyimiz ayənin təfsirində.), Şeyx Süleyman Qunduzi "Yənabiul-məvəddət”("Nurul-əbsar”, səh. 105.)və digər alimlər öz kitablarında (yuxarıda qeyd etdiyimiz mətndən azacıq fərqlə) nəql etmişlər.
    "Fəzailul-xəmsə”də bu hədis digər kitablardan, o cümlədən, İbn Əsirin "Usdul-ğabə”("Yənabiul-məvəddət”, səh. 92.), İbn Həcərin "Əs-səvaiqul-muhriqə”(Usdul-ğabə”, 4-cü cild, səh. 25) və Vahidinin "Əsbabun-nüzul”("Əs-səvaiqul-muhriqə”, səh. 78.)kitablarından nəql edilmişdir.
    Bu ayənin təfsirində nəql etdiyimiz hədisləri İbn Əbil-Hədid Mötəzilinin rəvayəti ilə sona yetiririk. O, imam Əlinin (ə) fəzilətlərini qeyd edib, "səxavət” fəzilətinə çatdıqda, "Həl-əta” surəsinin ayələrinə işarə ilə yazır: "Təfsirçilərin nəqlinə görə, Əlinin (ə) yalnız dörd dirhəm pulu vardı. Allah yolunda onun birini gecə, birini gündüz, birini aşkar və birini də gizli infaq etdi. Bu zaman Allah-taala onun haqqında "infaq” ayəsini nazil etdi.”(Əsbabun-nüzul”, səh. 64, "Fəzailul-xəmsə” kitabının nəqlinə görə, 1-ci cild, səh. 321-322.)
    Qeyd olunduğu kimi, bu hadis də təfsirçilər arasında yekdil, qəbul edilən həm də məşhur bir hədisdir.
    24-MƏHƏBBƏT AYƏSİ
    "Maidə” surəsinin 54-cü ayəsində buyurulur:
    يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِ فَسَوْفَ يَأْتِي اللّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ يُجَاهِدُونَ فِي سَبِيلِ اللّهِ وَلاَ يَخَافُونَ لَوْمَةَ لآئِمٍ ذَلِكَ فَضْلُ اللّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ
    "Ey iman gətirənlər! Sizlərdən hər hansı biriniz öz dinindən qayıtsa, (Allaha heç bir zərər yetirmir). Allah gələcəkdə elə bir tayfa gətirəcək ki, həm Allah onları, həm də onlar Allahı sevirlər. Onlar möminlərin qarşısında təvazökar, kafirlərin qarşısında sərtdirlər. Allah yolunda cihad edir, məzəmmət edənlərin danlağından qorxmurlar. Bu Allah tərəfindən istədiyi (və layiq gördüyü) şəxsə əta olunan bir lütf və mərhəmətdir. Allahın elmi (lütf və mərhəməti) genişdir!”
    Ayədən məlum olur ki, dini təzə qəbul edən müsəlmanların dindən çıxması İslama heç bir zərər yetirə bilməz. Allah-taala müqəddəs dininin müdafiəsini müəyyən xüsusiyyətlərə malik bir qrup möminə tapşırmışdır. Həm Allah onları sevir, həm də onlar Allahı sevirlər. Onlar möminlərə qarşı təvazökar olar, düşmənlər və kafirlər qarşısında möhkəm duraraq, həmişə Allah yolunda cihad edər, məzəmmət edənlərin məzəmmət və danlağından əsla qorxmazlar. Bəli, bu xüsusiyyətlər bir nəfərə, yaxud bir qrup insana verilən ilahi lütf, mərhəmətdir və hər kəs ona layiq deyil.
    Şübhəsiz, bu ayənin də məfhumu bir çox ayələr kimi ümumi və genişdir. Lakin həm şiə, həm də əhli-sünnə vasitəsilə nəql olunan rəvayətlərdən açıq-aydın başa düşülür ki, Əli (ə) bu ayənin ən kamil və bariz nümunəsidir.
    Fəxri-Razi bu ayənin təfsirinə çatdıqda belə yazır: "Bəzi mülahizələrə əsasən, bu ayə Əli (ə) haqqında nazil olmuşdur.” Sonra özü bu müddəanın səhih olduğunu sübut etmək üçün iki dəlil göstərir; birincisi, Peyğəmbərin (s) Xeybər müharibəsində bayrağı Əliyə (ə) verib belə buyurduğunu nəql edir:
    لاَدْفَعَنَّ الرّايَةَ غَداً اِلى رَجُلٍ يُحِبُّ اللهَ وَرَسُولَهُ وَ يُحِبُّهُ اللهُ وَرَسُولُهُ:
    "Mən sabah bayrağı elə bir kəsə verəcəyəm ki, həm o Allah və Peyğəmbəri, həm də Allah və Peyğəmbər onu sevir.”
    Sonra əlavə edir: "Bununla yuxarıdakı ayənin kimə aid olduğu başa düşülür. İkinci dəlil isə Əlinin (ə) haqqında nazil olan sonrakı ayədir. Orada buyurulur: "Həqiqətən, sizin vəliniz və rəhbəriniz Allah, Peyğəmbəri və namaz qılıb rüku halında zəkat verənlərdir...” Buna əsasən, öncəki ayənin də onun haqqında nazil olduğunu deməyimiz daha münasib olar!”(Nəhcül-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, 1-ci cild, səh. 21.)
    Fəxri-Razinin Peyğəmbəri-əkrəmin (s) Xeybər günü haqqında kəlamına istinadı İmam Əli (ə) haqda nəql olunan və o həzrətin ən böyük fəzilətlərindən sayılan məşhur bir hadisədən qaynaqlanır. Belə ki, İslam ordusunun bir neçə sərkərdəsinin Xeybər qalasını fəth edə bilmədiyini görən Peyğəmbəri-əkrəm (s) üzünü orduya tutub buyurdu:
    لَاُعْطِيَنَّ الرّايَةَ غَداً رَجُلاً يُحِبُّ اللهَ وَرَسُولَهُ وَ يُحِبُّهُ اللهُ وَرَسُولُهُ كَرّاراً غَيْرَ فَرّارٍ، لا يَرْجِعُ حَتّى يَفْتَحَ اللهُ عَلَى يَدِهِ:
    "Allaha and olsun! Sabah bayrağı elə bir kəsə verəcəyəm ki, həm o Allah və Peyğəmbərini, həm də Allah və Peyğəmbəri onu sevir. O, ardıcıl olaraq hücum edəcək, heç vaxt (meydandan) qaçmayacaq və Allah onun vasitəsilə (müsəlmanlara) qələbəni nəsib etdiyi halda, geri qayıdacaqdır.”
    Sabahı gün sübh Həzrət (s) buyurdu: "Əli haradadır?” Dedilər: "Xəstədir, gözü ağrıyır.” Peyğəmbər (s) buyurdu: "Ona xəbər verin, gəlsin!” Əli (ə) gəldi. Peyğəmbər (s) onun gözünə üfürdü (yaxud ağız suyunu onun gözünə sürtdü) və onun göz ağrısı çəkildi. Bayrağı ona verdi. Əli (ə) bir hücumla Xeybəri fəth etdi (və Peyğəmbərin (s) sözü gerçək çıxdı).
    Bu hədisi Fəxri-Razidən başqa digər tarix və hədis alimləri də (azacıq fərqlə) öz əsərlərində nəql etmişlər. O cümlədən, Hakim Nişapuri "Müstədrəküs-səhiheyn” kitabında bu haqda üç hədis qeydə almışdır. Onların birincisi İbn Abbasdan nəql edilir: "Müsəlmanlardan bir qrupu onun yanında Əlini (ə) pislədikləri zaman qəzəblənib buyurdu: "Vay olsun bu camaatın halına ki, heç kəsin malik olmadığı on ikidən çox fəziləti olan bir şəxsin haqqında gör nə danışırlar?!” Sonra Əlinin (ə) fəzilətlərini bir-bir sadalayaraq, birinci fəziləti kimi Xeybər müharibəsindəki hadisəni yada saldı.”("Kəbir” təfsiri, 12-ci cild, səh. 20.)
    İkinci hədisdə Səd ibn Əbi Vəqqasın oğlu Amirin belə dediyi nəql olunur: "Bir gün Müaviyə atam Səddən soruşdu: "Nə üçün Əli ibn Əbi Talibi söymürsən?” Atam dedi: "Peyğəmbərin (s) onun haqqında buyurduğu üç fəzilət yadımda ikən onu söyməkdən çəkinirəm. Əgər bu üç fəzilətin biri məndə olsaydı, qiymətli qırmızı tüklü dəvələrə sahib olmağımdan daha sevimli olardı.” Müaviyə soruşdu: "Onlar hansılardır?” Səd dedi: "Birincisi "kisa” (əba) hədisi, ikincisi "mənzilət” hədisi (Peyğəmbər (s) "Təbuk” müharibəsinə gedərkən, Əliyə (ə) buyurmuşdu: "Ya Əli! Mənimlə sənin nisbətin Musanın Harunla nisbəti kimidir!”), üçüncüsü isə Əlinin (ə) "Xeybər” müharibəsindəki şücaəti və Peyğəmbərin (s) buyurduğu bu kəlamdır: "Sabah bayrağı elə bir kəsə verəcəyəm ki, həm o Allahı və Peyğəmbərini, həm də Allah və Peyğəmbəri onu sevir. Allah onun vasitəsilə Xeybər qalalarını fəth edəcək.” Sonra Peyğəmbər (s) Əlini (ə) çağırdı və öz ağız suyunu onun gözlərinə sürtdü. Əlinin (ə) göz ağrısı kəsildi. Bundan sonra bayrağı ona verdi. Bu üç fəzilətə görə Əlini (ə) söyə bilmirəm. Bu zaman Müaviyə susub, bir söz demədi...”("Müstədrəküs-səhiheyn”, 3-cü cild, səh. 132.)
    Üçüncü hədisi isə Abdullah ibn Büreydədən, qeyd etdiyimiz Xeybər əhvalatı haqda bir sıra əlavələrlə yanaşı nəql etmişdir.("Təlxisul-müstədrək”, 3-cü cild, səh. 108-109.)
    Sələbi "Mənaqib” kitabında yazır: "Həqiqətən, bu ayə Əli (ə) haqqında nazil olmuşdur.”("Müstədrəküs-səhiheyn”, 3-cü cild, səh. 437.)
    "Kənzül-ümmal” kitabında da bu hədis Səd ibn Əbi Vəqqasdan, eləcə də bir sıra əlavələrlə Amir ibn Səddən nəql olunmuşdur.
    Əhli-sünnə və Əhli-beyt məktəbinin ardıcıllarının məşhur kitablarında nəql olunan bu hədislər elə bir fəziləti aşkar edir ki, Səd ibn Əbi Vəqqasın dediyi kimi, onun misli yoxdur. Hətta bəziləri bu fəzilətlərdən yalnız birini özləri üçün böyük iftixar bilmişlər. Görəsən, İslam ümməti arasında bu kimi fəzilətlərə sahib insanların varlığı onların Peyğəmbərin (s) canişinliyini göstərmirmi?!
    ***
    Bu ayədəki ifadələrdən və məşhur kitablarda nəql olunan rəvayətlərdən məlum olur ki, Əli (ə) nəinki Peyğəmbərin (s) sevdiyi və Allahın lütf etdiyi şəxsdir, hətta Allaha və Peyğəmbərə (s) görə, yaradılmışların ən sevimlisidir! Buna şahid məşhur "Teyr” (quş) hədisidir. "Əl-müstədrəkü ələs-səhiheyn” kitabında yazılır: "Peyğəmbərin (s) uzun həyat sürən Ənəs adlı xidmətçisi xəstələndiyi zaman Məhəmməd ibn Həccac bir neçə nəfərlə onun görüşünə getmişdi. Onlar çox şey haqda danışdılar. Nəhayət, Əlidən (ə) söz düşdükdə, Həccacın oğlu o həzrətin barəsində nalayiq sözlər deməyə başladı. Ənəs narahat olub dedi: "Bu kimdir, belə danışır? Məni qaldırın!” Onu yerindən qaldırıb, oturtdular. O dedi: "Ey Həccacın oğlu! Nə üçün Əli ibn Əbi Talib (ə) haqqında pis fikirdəsən? Məhəmmədi (s) peyğəmbərliyə seçən Allaha and olsun! Mən Peyğəmbərin (s) xidmətçisi olmuşam. Hər gün ənsarın cavanlarından biri o həzrətin qulluğunda dururdu. Növbə mənə çatan gün Ümmü Əymən Peyğəmbər (s) üçün (qızardılmış) quş gətirib, o həzrətin qarşısına qoydu. Həzrət buyurdu: "Ey Ümmü Əymən! Bu quşu haradan gətirmisən?” Ümmü Əymən dedi: "Onu özüm ovlamış və sizin üçün bişirmişəm!” Peyğəmbər (s) buyurdu:
    اَللّهُمَّ جِئْنِى بِاَحَبَّ خَلْقِكَ اِلَيْكَ وَاِلَىَّ، يَأكُلُ مَعِى مِنْ هذا الطَّيْرِ:
    "İlahi! Sənin və mənim yanımda yaradılmışların ən sevimlisi olan şəxsi yetir ki, mənimlə birlikdə bu quşun ətindən yesin!”
    Bu vaxt evin qapısı döyüldü. Allahın Peyğəmbəri (s) buyurdu: "Ey Ənəs, gör, qapının arxasındakı kimdir?” Mən öz-özümə dedim: "Kaş, qapının arxasında ənsardan biri olaydı. Lakin qapını açdıqda Əlini (ə) gördüm və ona dedim: Peyğəmbərin (s) işi var (səninlə görüşməyə vaxtı yoxdur). Bunu deyib, qayıtdım və öz yerimdə əyləşdim. Yenidən qapı döyüldü. Peyğəmbər (s) buyurdu: "Ey Ənəs! Hər kimdirsə, icazə ver, qoy gəlsin! Öz tayfasını sevən təkcə sən deyilsən və o da ənsardan deyil!” Mən qapını açdım. Əli (ə) içəri daxil oldu. Peyğəmbər (s) buyurdu: "Ey Ənəs! Quş ətini ona yaxın qoy.” Mən quş ətini Peyğəmbərlə (s) Əlinin (ə) qarşısına qoydum və hər ikisi ondan yeməyə başladılar.
    Məhəmməd ibn Həccac dedi: "Ey Ənəs! Sən bu hadisəni öz gözünləmi gördün?”
    Ənəs dedi: "Bəli!”
    Bu vaxt Həccacın oğlu dedi: "Mən Allahla əhd-peyman bağlayıram ki, bundan sonra heç vaxt Əlinin (ə) haqqında pis fikirdə olmayım və ona irad tutanı alçaldım!”("Mənaqib”, səh. 160, "Ehqaqul-həqq” kitabından nəqlən, 14-cü cild, səh. 248.)
    Zəhəbi əhvalatı "Əl-müstdərəkü ələs-səhiheyn” kitabının haşiyəsində verilmiş "Təlxisül-müstədrək” kitabında da nəql etmişdir.
    "Teyr” adı ilə məşhur olan bu hədis bir çox kitablarda, İslamın müxtəlif mənbələrində nəql olunmuşdur. Əllamə Əmini bu barədə yazır: "Teyr” (quş) hədisi "mütəvatir” və səhih hədislərdəndir. Alimlər onun "təvatür” və doğruluğunu inkar edə bilməmişlər.”
    Böyük fəqih, hədis alimi, xətib, ədib və şair Əhməd ibn Müvəffəq "Mənaqib” kitabında bu hədisi qeyd etmişdir.(Əl-müstədrəkü ələs-səhiheyn”, 3-cü cild, səh. 131, "Darul-mərifət” çapı.)
    Hətta məşhur hədis alimi Termizi "Səhih” kitabında Ənəs ibn Malikdən belə nəql edir: "Peyğəmbərin (s) qarşısına qızardılmış quş əti qoyulduğu zaman dedi:
    اَللّهُمَّ اَئْتِنِى بِاَحَبَّ خَلْقِكَ اِلَيْكَ يَأكُلُ مَعِى هذا الطَّيْرَ فَجاءَ عَلِىٌّ فَاَكَلَ مَعَهُ:
    "İlahi! Yaradılmışların ən sevimlisini göndər ki, mənimlə bu quşdan yesin.” Bu vaxt Əli (ə) gəldi və onlar birlikdə yedilər.”("Mənaqib”, səh. 67.)
    Əllamə Gənci Şafei "Kifayətut-talib” kitabında "Teyr” hədisini qeyd etdikdən sonra yazır: "Bu hədis açıq-aydın təsdiqləyir ki, Əli (ə) Peyğəmbərdən (s) sonra Allahın yaratdıqlarının ən sevimlisidir. Buna ən qəti dəlil budur ki, Allah-taala Peyğəmbərin (s) duasını qəbul etmişdir... Beləliklə, Allahın dərgahına yaxınlaşmaq üçün ən yaxşı vasitə Əli ibn Əbi Talibə (ə), Allahı sevən bir şəxsə məhəbbət bəsləməkdir!”("Səhihi-Termizi”, 13-cü cild, səh. 170, Misirin "Əs-savi” çapı.)
    Hicri qəməri tarixilə üçüncü əsr alimlərindən olan Əllamə Nisai "Xəsais” adlı məşhur kitabında bu hədisi bir sıra əlavələrlə nəql etmişdir.(Kifayətut-talib”, səh. 59, "Ehqaqul-həqq” kitabından nəqlən, 5-ci cild, səh. 319.)
    Hədisi öz kitablarında nəql edən digər alimlərdən "Təzkirətul-xəvass” kitabının müəllifi Sibt ibn Cövzini, "Usdul-ğabə” kitabının müəllifi İbn Əsiri, "Məsabihus-sünnə” kitabının müəllifi İbn Məsud Şafeini, "Zəxairul-uqba” kitabının müəllifi Muhibbuddin Təbərini və "Yənabiul-məvəddət” kitabının müəllifi Şeyx Süleyman Bəlxi Qunduzini misal göstərmək olar.
    Bəzilərini heyrətə gətirən budur ki, İbn Əsirin "Usdul-ğabə” kitabında nəql olunan "Teyr” hədisinin sənədlərindən birində (Ənəs ibn Malikdən nəql olunan hədisdə) deyilir: "Əvvəl Əbu Bəkr gəldi, Ənəs onu geri qaytardı. Sonra Osman gəldi, Ənəs onu da geri qaytardı. (Nisainin "Əl-xəsais” kitabında nəql olunan hədisdə isə Osmanın yerinə Ömərin adı qeyd olunur.) Sonra Əli (ə) gəldi və ona evə daxil olmaq icazəsi verildi.”
    İbn Əsir sonda yazır: "Bu hədisdə Əbu Bəkr və Osmanın adının çəkilməsi doğrudan da qəribədir!”(Əl-xəsais”, səh. 5, Misirin "Təqəddum” çapı.)
    Maraqlıdır ki, əhli-sünnənin bəzi hədis alimləri imam Əlinin (ə) bu misilsiz fəzilətini gözdən salmaq üçün həmin hədisin sənədinə şübhə ilə yanaşmışlar. Məsələn, "Əl-bidayətu vən-nihayə” kitabının müəllifi İbn Kəsir uyğun hədisi nəql etdikdən sonra yazır: "Bu hədisin sənədləri çox olsa belə, ona şəkkim var.”
    Halbuki bir çox məşhur mənbələrdə nəql olunmuş bu mütəvatir hədisin sənədinə heç bir irad yoxdur. Sadəcə, hədis onların əqidəsinə uyğun gəlmədiyindən məntiqsiz və yersiz bəhanələrə əl atmışlar. Mərhum Əllamə Əmini bu hədisi nəql etdikdən sonra yazır: "Hədisin doğruluğunu təmin edən bütün şərtlər mövcud olduğu halda, bir kəsin qəlbində ona şəkk-şübhə varsa, nöqsan hədisdə yox, onun qəlbindədir!”
    25-MƏSULUN (SORĞU-SUALA TUTULANLAR) AYƏSİ
    "Saffat” surəsinin 24-cü ayəsində buyurulur ki, qiyamət günü zalımlar haqqında əzab mələklərinə belə xitab olunar:
    وَقِفُوهُمْ إِنَّهُم مَّسْئُولُونَ
    "Onları (zülmkarları) saxlayın, çünki onlar sorğu-suala tutulacaqlar!”
    Qiyamətdə onların hansı məsələ haqda sorğu-suala tutulacağı barədə təfsirçilər arasında fikir ayrılığı var; bəziləri onların dünyadakı bidətlərinə, bəziləri çirkin işlərinə, bəziləri də Allahın yeganəliyini inkar etdiklərinə görə sorğuya çəkiləcəyini bildirmişlər.("Usdul-ğabə”, 4-cü cild, səh. 30, Beyrutun "Daru ehyait-turasil-ərəbi” çapı.)
    Əlbəttə, ayənin mətnində bütün bu mənalar nəzərdə tutula bilər. Lakin bir çox rəvayətlərdə onların Əli ibn Əbi Talibin (ə) imamət və vilayəti barədə sorğu-suala çəkiləcəyindən söz açılır. Bu rəvayətlər İslam mənbələrində qeyd olunmuşdur. "Şəvahidut-tənzil” kitabında iki sənədlə Əbu Səid Xudridən nəql edilən rəvayətdə Peyğəmbəri-əkrəmin (s) belə buyurduğu yazılır: "Əli ibn Əbi Talibin vilayəti barədə soruşacaqlar!”(Məcməül-bəyan”, 7-ci cild, səh. 441, bəhs etdiyimiz ayənin təfsirində.)
    Başqa bir hədisdə Səid ibn Cübeyr, İbn Abbasdan belə nəql edir: Peyğəmbəri-əkrəm (s) buyurmuşdur:
    اِذا كانَ يَوْمَ الْقِيامَةِ اُوقَفُ اَنَا وَ عَلِىٌّ عَلَى الصِّراطِ فَما يَمُرُّ بِنا اَحَدٌ اِلاّ سَئَلْناهُ عَنْ وَلايَةِ عَلِىٍّ، فَمَنْ كانَتْ مَعَهُ، وَاِلاّ اَلْقَيْناهُ فِى النَارِ! وَذالِكَ قَوْلُهُ وَقِفُوهُمْ اِنَّهُمْ مَسْؤُلُونَ:
    "Qiyamət günü mən və Əli "Sirat” körpüsünün üstündə duracağıq və bizim yanımızdan keçən hər kəsdən Əlinin vilayəti haqqında soruşacağıq. Kim bəraət alsa, Siratdan keçəcək, bəraət almayanı cəhənnəmə atacağıq! "Onları (zülmkarları) saxlayın, çünki onlar sorğu-suala tutulacaqlar” ayəsinin mənası məhz budur!”("Şəvahidut-tənzil”, 2-ci cild, səh. 106-107, hədis: 786-787.)
    Hakim Həskani həmin kitabda bu hədisi başqa sənədlərlə də nəql etmişdir.
    İbn Həcər də "Əs-səvaiq” kitabında onu Əbu Səid Xudridən nəql etmişdir.(Yenə orada, 2-ci cild, səh. 106-107, hədis: 788)
    Əhməd ibn Hənbəl "Müsnəd” kitabında Əbu Səid Xudridən belə nəql edir: "Qiyamət günü Əli ibn Əbi Talibin (ə) barəsində sorğu-sual olunacaqlar.”
    Bu hədisi öz əsərlərində nəql edən digər alimlərdən "Kəşfül-ğümmə” kitabının("Əs-səvaiq”, səh. 89.) müəllifi İzzəddin Hənbəlini, "Ruhul-məani” təfsirinin("Kəşfül-ğümmə”, səh. 92) müəllifi Alusini, "Ət-təzkirətul-xəvass” kitabının(Ruhul-məani”, bəhs etdiyimiz ayənin təfsirində) müəllifi Sibt ibn Cövzini, "Kifayətul-xisam” kitabının("Ət-təzkirətul-xəvass”, səh. 21.) müəllifi Əbu Nəim İsfahanini və "Yənabiul-məvəddət” kitabının("Kifayətul-xisam”, səh. 361.) müəllifi Şeyx Süleyman Qunduzini misal göstərmək olar. Əlbəttə, digər alimlər də onu nəql etmişlər. Biz onların mühümlərinin adını çəkdik. Burada diqqəti cəlb edən budur ki, bu rəvayətlərin bəzisində imam Əlinin (ə) vilayəti ilə yanaşı Əhli-beytin vilayətinə işarə edilmişdir.("Yənabiul-məvəddət”, səh. 257.) Ən əhəmiyyətlisi isə qeyd edilən bütün rəvayətlərin əhli-sünnənin mühüm mənbə və kitablarında məşhur ravilərdən nəql olunmasıdır. Bununla belə, Alusi qeyd olunan rəvayəti nəql etdikdən sonra yazır: "Bəzi imamiyyə şiələrinin İbn Cübeyr və İbn Abbasdan nəql etdikləri hədislərdə qiyamətdə Əlinin (ə) vilayətindən soruşulacağı deyilir. Onlar bu rəvayəti həm də Əbu Səid Xudridən nəql etmişlər.”("Əliyyun fil-kitabi vəs-sünnə”, 1-ci cild, səh. 229.)
    Təəssüf ki, bu alimlər digər xəlifələrin də vilayətini özlərindən ona əlavə etmişlər!!!
    Təəssübkeş təfsir alimi elə fikirləşir ki, imam Əlinin (ə) fəzilətləri ilə bağlı nəql olunan hər bir hədisin ravisi şiədir. Onun əqidəsi hətta əhli-sünnə mənbələrində geniş nəql olunan bu hədisləri qəbul etməyə yol vermir. Amma o bilməli idi ki, sözləri və fikirləri gələcəkdə təhlil olunacaq və aydınlaşacaq ki, bu hədislərin raviləri şiə yox, adətən əhli-sünnə olmuşdur.
    Ümumiyyətlə, bu hədislərdə, eləcə də bəhs etdiyimiz ayədə insanların qiyamət günü yalnız imam Əli ibn Əbi Talibin (ə) imamət və vilayəti barədə sorğu-sual olunacağı bildirilmir. Həmin gün bütün əməllər, nemətlər və məsuliyyətlər soruşulasıdır. Amma qiyamətdə sorğu-sual olunacaq ən mühüm məsələlərdən biri də o həzrətin vilayətidir. Şübhəsiz, burada vilayət dedikdə bir möminin başqaları ilə sadəcə dostluğu nəzərdə tutulmur. Çünki bu dostluq fürui-dindən və dinin adi məsələlərindən sayılır. Məqsəd böyük əhəmiyyət daşıyan, İslamın əsaslarından sayılan canişinlikdir. Bu da Peyğəmbəri-əkrəmdən (s) sonra rəhbərlik məqamı və ilahi xilafətdən başqa bir şey deyil! Bəli, Əli ibn Əbi Talibin (ə) imamət və vilayəti İslamın ən mühüm əsası və imanın ən mühüm şərti olaraq, qiyamətdə soruşulacaq ilk suallardandır. Əlbəttə, biz müxaliflərdən başqa münasibət gözləmirik. Ədavətli düşmənlər həmişə o həzrətə qarşı çıxmış, fəzilətlərini inkar etmişlər. İndinin özündə də bu iş davam edir. Bəzən dostlar belə, düşmənin işkəncələrindən qorxaraq, bu fəzilətləri gizli saxlayırlar. Amma imam Əlinin (ə) fəzilətləri bütün hədis kitablarında sadalanır və onun misilsiz şəxsiyyəti Qurani-kərimdə əks olunur! Burada da bəhsimizi bir çox İslam mənbələrində İbn Abbasdan nəql olunan məşhur bir hədislə sona yetiririk. O deyir: "Qurani-kərimdə "Ya əyyuhəl-ləzinə amənu!” (Ey iman gətirənlər) ifadəsi ilə başlayan hər bir ayənin kamil nümunəsi – möminlərin sərvəri, ağası və əmiri Əlidir. Peyğəmbəri-əkrəmin (s) səhabələri içərisində Qurani-kərimdə danlanmayan yalnız Əli ibn Əbi Talib olmuşdur. Allahın kitabında Əli (ə) (onun fəzilətləri) haqda nazil olanlar kimsə barəsində deyilməmişdir... Qurani-kərimin üç yüz ayəsi Əli (ə) haqda nazil olmuşdur!”("Ruhul-məani”, 23-cü cild, səh. 74.)
    Bu hədisi, xüsusilə onun əvvəlini bir çox alimlər nəql etmişlər. O cümlədən Əbu Nəim İsfahani ("Hilyətül-övliya”da), Muhibbuddin Təbəri ("Zəxairul-uqba”da), Əllamə Gənci Şafei ("Kifayətut-talib”də), Sibt ibn Cövzi ("Ət-təzkirətul-xəvass”da), Şəblənci ("Nurul-əbsar”da), Heysəmi ("Əs-səvaiq”də), Süyuti ("Tarixul-xüləfa”da) və Qunduzi ("Yənabiul-məvəddət”də).(Təlxisu tarixid-Dəməşq”, 18-ci cild, səh. 1, "Darul-fikr” çapı)
    Bəli, bu ayələr Qurani-kərimdə imam Əli (ə) haqda nazil olan ayələrin yalnız bir qismidir.
    Category: İmamət Haqqın dili ilə | Added by: Islam_Kitabxanasi
    Views: 717 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024