İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » İlahi Ədalət

    İlahi Ədalət
    2011-12-26, 12:46 PM

    BƏDBƏXTLİKLƏR XOŞBƏXTLİKLƏRİN ANASIDIR
    Pisliklərin gözəllikləri cilvələndirmək və ali bir toplum yaratmaqda mühüm rol oynamalarından əlavə, yaxşı və pisliklər barəsindəki mühüm mətləblərdən biri də budur ki, bizim bədbəxtlik və pislik, kamal və xoşbəxtlik adlandırdığımız şeylər arasında səbəb-nəticə əlaqəsi vardır. Pisliklər yaxşılıqların anası və onların yaradıcısıdır. Bu pisliklərin üçüncü faydasıdır.
    Onların birinci xeyirli əhəmiyyəti, pislik və çirkinliklərin mövcudluqlarının, dünyanın gözəl toplumunun yaranmasında zəruriliyi idi. İkinci əhəmiyyəti bu idi ki, hətta gözəlliklər öz gözəlliklərini pisliklərdən alırlar və pislik və çirkinlik olmasaydı, gözəllik və yaxşılıq heç bir məna verməzdi. Belə ki, gözəlin gözəlliyinin hiss edilməsi çirkin və çirkinliklərin olmaları və onlar arasında müqayisənin yaranmasındadır.
    İndi pislik və bədbəxtliklərin üçüncü təsirini çirkinliklərin gözəlliklərin müqəddimə və yaradıcısı olmaları adı altında izah edəcəyik. Bəzən xoşbəxtliklərin daxilində bədbəxtliklər yarandığı kimi, çətinlik və bədbəxtliklərdə də səadət və xoşbəxtliklər yatır. Bu, dünyanın formuludur.
    «...Necə ki Allah gecəni gündüzə, gündüzü də gecəyə qatar. (Allah bəndələrinin mənafeyi naminə bəzən insanlar daha çox ruzi qazana bilsinlər deyə, gecəni qısaldıb gündüzü uzadar, bəzən də onlar daha çox istirahət edib dincələ bilsinlər deyə, gündüzü qısaldıb gecəni uzadar). Allah (hər şeyi) eşidən və görəndir!»(Həcc-61.)
    «Zülmət gecənin sonu nurdur» məşhur atalar sözü əziyyətlərə qatlaşmaqla xoşbəxtliyə nail olmağın bir-birindən heç cür ayrılmazlığını bəyan edir. Pozulmuş şəraitlərdə ağlar qara istehsal etdiyi kimi sanki, ağlar da qaralardan doğulurlar.
    On doqquzuncu əsrin məşhur alman filosofu Hegelin bu baxımdan diqqəti cəlb edən bir sözü var. O, bu barədə belə deyir:
    «Mənfi işlər arasındakı çəkişmə və şər, xəyaldan yaranmayıb, işlər tamamilə həqiqət və gerçəklik, hikmət baxımından xeyir və təkamülün pillələridirlər. Çəkişmə tərəqqinin qanunudur. Sifət və səciyyələr dünyanın hərc-mərclik savaşlarında və iğtişaşlarda kamilləşərək formalaşırlar və şəxs yalnız çətinlik, məsuliyyət və iztirab yolu ilə ali şəxsiyyət dərcəsinə çatır. Çətinlik həm əqli işdir, həm də həyat nişanəsi və islahat mühərrikidir. Əqli işlər arasında şəhvətlərin də öz yerləri vardır. Heç bir böyük iş, şəhvətsiz öz kamilliyinə çatmayıb və hətta Napalyonun şöhrətpərəstlik və eqoistliyi onun öz istəyi olmadan belə, xalqların inkişaf və tərəqqisinə kömək edib. Həyat xoşbəxtlik (asayiş və ondan yaranan razılıq) üçün deyil, təkamül üçündür. Dünya tarixi səadət və xoşbəxtlik səhnəsi deyil; xoşbəxtlik dövrləri onun ruhsuz səhifələrini təşkil edir. Çünki həmin dövrlər qarşılıqlı razılaşma dövrləri olub və belə ağır razılıq və qənatlik kişiyə layiq bir şey deyil. Tarix, həqiqi aləmin ziddiyyətləri inkişaf və təkamül vasitəsi ilə həll edilən dövrlərdə düzəlib».(Fəlsəfə tarixi; Vill Dorant.)
    Qurani-kərim çətinliklə asayişin ayrılmazlığını bəyan etmək üçün belə buyurur:
    «Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!»
    Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbrlə dözmək lazımdır!)
    Quran çətinlikdən sonra asanlıq və rahatlığın olmamasını demir. Quranın təbiri budur ki, çətinlikdə asanlıq var, yəni asanlıq çətinliyin batinində və onunla birlikdədir. Mövləvinin dili ilə desək «zidd ziddin içində gizlənib».
    Zendəgi dər mordəno dər mohnətəst
    Abe heyvan dər dərune zolmətəst.
    Mənası: Həyat ölüm və çətinlikdədir; dirilik gətirən su, zülmətdə (quyunun dibində)dir.
    Burada incə bir nöqtə var ki, onun başa düşülməsi bu surənin bütün ayələrinin nəql edilməsindən asılıdır.
    «Bağışlayan və rəhm edən Allahın adı ilə. (Ya Peyğəmbər!) Məgər biz sənin köksünü açıb genişlətmədikmi?! Ağır yükünü səndən götürmədikmi?! Elə bir yük ki sənin belini bükürdü. Sənin ad-sanını, şan-şöhrətini ucaltmadıqmı?! «Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Ya Peyğəmbər!) Elə ki, (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx dua et! Və ancaq Rəbbinə yalvar!»
    Peyğəmbərə (s) xitab olunan bu surə o həzrətin özünə məxsusdur.
    Bu surə məhəbbət hissi ilə dolu ifadələrlə sanki, xoşagəlməz hallardan narahat olmuş Peyğəmbərin (s) şərəfli ruhunu nəvaziş edir və Allahın onun çiynində olan ağır yükü necə götürdüyünü və çətinlikləri asanlıqlara çevirdiyini xatırladır. Sonra dəqiq elmlərdə olan üslubla, baş vermiş və gerçək bir hadisədən belə nəticə alır: «Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!» Yəni biz keçmişdə sənin çiynində olan ağır yükü götürmüşüksə, sənin adını ucaltmışıqsa və sənə səbr, dözüm qüdrəti vermişiksə, sən onlardan belə bir nəticəyə gəl ki, hər çətinlikdən sonra bir asanlıq gəlir!
    Daha sonra nəticənin sabitləşməsi və onun qətiliyinə inandırmaq üçün bir daha təkrar edir: «Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!»
    Burada maraqlı nöqtə budur ki, həmin ümumi formuldan nəticə əldə etdikdən sonra gələcəkdəki hərəkət istiqaməti və davranış yolunu da müəyyənləşdirərək belə buyurur: «Elə ki, (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx dua et!»
    Yəni asanlıq çətinliyin batinində yerləşdirildiyi üçün asudə olan kimi, bir daha özünü əziyyətə sal və yenidən çalışaraq səy göstərməyə başla. Çətinlik və giriftarçılıqların kamillik və tərəqqinin müqəddiməsi olması məsələsi canlı varlıqların, xüsusilə insanın xüsusiyyətlərindəndir. Zərbələr cansız varlıqları məhv edir və onların qüdrətini zəiflədir, amma canlı varlıqları təhrik edərək hərəkətə gətirir və gücləndirir. «Nə çox varlılıqlar ki, yoxsulluğun içindədir.»
    Çətinlik və məşəqqətlər bəşəriyyətin təkamülü üçün zəruridir. Çətinlik və əziyyətlər olmasa, bəşəriyyət məhv olar. Quran bu barədə belə buyurur: «Biz insanı məşəqqətdə yaratdıq!...»(Bələd-4.)
    İnsan, öz layiqli varlığını tapması üçün məşəqqətlərə dözərək çətinlik çəkməlidir.
    Ziddiyyət və çəkişmə, təkamül qamçısıdır. Canlı varlıqlar kamilliyə doğru olan yollarını bu qamçı ilə qət edirlər. Bu qanun özünü bitgilər, heyvanlar, xüsusilə insanlar aləmində doğruldur.
    Həzrət Əli (ə) özünün Bəsrədəki nümayəndəsi Osman ibni Huneyfə yazdığı məktubda, bu bioloji qanunu xatırladır ki, naz-nemət içində yaşamaq və çətinliklərdən qaçmaq, insanın zəif və acizliyinə, çətin və ağır şəraitdə yaşamaq isə güclü və qıvraq olmasına səbəb olur və onun varlığının gövhərini püxtələşdirərək qüdrətli edir. O həzrət həmin məktubda öz nümayəndəsini, imkanlıların gecə keçirdikləri məclisdə iştirak etdiyi və heç bir yoxsulun iştirak etmədiyi və ancaq varlıların çağrıldığı qonaqlığa ayaq basdığı üçün məzəmmət edir. Həzrət imam (ə) həmin münasibətlə öz sadə həyatını izah edərək ardıcılları, xüsusilə özünün dövlət adamlarından onun yolu ilə getmələrini istəyir.
    Sonra bəhanə gətirilməsinin qarşısını almaq üçün bu məsələni izah edir ki, münasib olmayan şərait və sadə yemək insanın gücünü azaldaraq zəiflətmir. O, həmçinin, bağbanın daimi qulluğundan məhrum olan çöl ağaclarının daha möhkəm və davamlı gövdəyə malik olmalarını, həmişə qulluq edilən bağ ağaclarının gövdələrinin isə nazikqabıq və davamsız olmalarını xatırladır.
    Allah-taala Qurani-kərimdə belə buyurur:
    «Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Məhəmməd! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!» (Bəqərə-155.)
    Yəni bəla və çətinliklər müqavimət və dözümlülük göstərənlərə xeyirlidir və onlar həmin şəxsdə xeyirli izlər buraxırlar. Buna görə də həmin hallarda onlara müjdə vermək lazımdır.
    Allah, insanların ruhlarını tərbiyə edərək formalaşdırmaq üçün şəriət və yaradılış proqramları qoyub və həmin iki proqramın hər birində çətinlik və əziyyətlərə yer ayırıb. Şəriət proqramında ibadəti vacib edib. Yaradılış proqramında isə, insanların yolları üstündə çətinliklər qoyub. Oruc, həcc, cihad, sədəqə və namaz şəri vəzifə yolu ilə müəyyənləşdirilmiş çətinliklərdir və onların yerinə yetirilməsində səbr və dözümlülük göstərmək, ruhların kamilləşməsi və ali insani istedadların formalaşmasına səbəb olur. (Əlbətttə bu mətləb dində çətinlik və ağırlığın olmaması kimi qəti məsələ olan prinsiplə heç bir ziddiyyət daşımır. Çünki, çətinliyin rədd edilməsindən məqsəd, dində vəzifə və tapşırığın olmaması deyil, insanın inkişafına və onun düzgün fəaliyyətinə mane ola bilən hökmlərin mövcud olmamasıdır. Dini qanunlar elə hazırlanıb ki, onlar nə əl-ayağa dolaşan acizlər və nə də tənbəl insanlar yetişdirəndir.) Aclıq, qorxu, maddi ziyan və insan tələfatı yaradılış proqramında nəzərdə tutulmuş və insanı məcburi olaraq əhatə edən çətinliklərdir.
    ÖVLİYALAR ÜÇÜN BƏLA
    Buna görə də Allah-taala, bəndələrindən birinə xüsusi lütf göstərəndə onu çətinliklərə salır. «Bəla övliyalar üçündür» məşhur cümləsi də həmin məsələni bəyan edir.
    İmam Baqirdən (ə) nəql edilmiş bir hədisdə belə deyilir:
    «Kişi səfərdən ailəsinə hədiyyə göndərdiyi kimi, Allah da mömin bəndəsini axtararaq ona bəla hədiyyə edir.»
    İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə isə belə deyilir:
    «Allah-taala bir bəndəsini sevdikdə onu çətinliklər dəryasında batırıb çıxarır».
    Yəni, Allah sevdiyi və kamala çatmalarını istədiyi bəndələrini, öz şagirdini çalışması və çabalayaraq üzgüçülüyü öyrənməsi üçün suya atan məşqçi kimi bəlalar dəryasına atır. İnsan üzgüçülük barəsində ömrü boyu kitab oxusa da, suya girməyincə üzgüçü ola bilməz. O, üzgüçülüyü əməli surətdə suya girib, boğulmaqla mübarizəni təcrübədən keçirdikdən və bəzən gec tərpəndiyi üçün özünü boğulmaq təhlükəsi qarşısında gördükdən sonra öyrənir. İnsan çətinliklərdən çıxa bilməsi üçün çətinliklərlə üzləşməli və püxtələşərək kamilləşməsi üçün çətinlik çəkməlidir.
    Bəzi quşlar barəsində yazırlar ki, onlar balaları tükləşərək qol-qanad açdıqdan sonra, onlara uçmağı öyrətmək üçün yuvadan kənara çıxarır və yuxarı qaldıraraq göyün ortasında buraxırlar. Quşun balası məcburi olaraq səy göstərməyə başlayır və hərəkət edərək qeyri-münəzzəm qol-qanad çalmağa başlayır. Mehriban ana balası yorulanda və ya yerə çatmağa az qalanda özünü yetirərək onu qanadları üstünə alır və yorğunluğunu alması üçün qanadlarının üstündə saxlayır. Amma bala quşun yorğunluğu çıxan kimi anası onu bir daha göyə qaldıraraq oradan buraxır və onu səy göstərərək qanad çalmağa vadar edir və yorulanda yenə də balasını tutur. Ana quş bu əməli balası uçmaq öyrənincəyə qədər təkrar edir.
    Bir dəfə müsəlmanlardan biri Peyğəmbəri (s) evinə qonaq çağırır. Peyğəmbər (s) həmin müsəlmanın həyətinə daxil olanda görür ki, onun hasarının üstündə bir toyuq yumurtadı, amma yumurta ya yerə düşmədi, ya da düşdü, lakin sınmadı. O həzrət bu hadisədən çox təəccübləndi. Ev sahibi dedi: «Təəccübləndinizmi? Səni, Peyğəmbərliyə göndərən Allaha and olsun ki, mənə heç vaxt ziyan dəyməyib.» Peyğəmbər (s) həmin kişinin evini tərk etdi və buyurdu ki, çətinlik və müsibətlərə giriftar olmayan şəxs Allahın lütfündən uzaqdır.
    İmam Sadiqdən (ə) nəql edilib:
    «Bəlalara ən çox giriftar olan şəxslər Peyğəmbərlər, onlardan sonra fəzilət baxımından sonrakı yerdə duranlar və onlardan sonra da həmin baxımdan yuxarıdan aşağı olanlardır».
    Hədis kitablarında Əmirəl-möminin Əli (ə), imamlar və onların övladlarının bəla və çətinliklərinin ağırlığına aid fəsillər vardır.
    Nemət və yaxşılıqlar azğınlar və Allahın xoşu gəlməyən adamlar üçün nemət və lütf şəklində olan əzab ola bildiyi kimi, bəlalar da Allah dostları üçün qəzəb və hiddət formasında olan lütfdür.
    BƏLALARIN TƏRBİYƏVİ TƏSİRİ
    Çətinlik və bəlalar həm fərdləri formalaşdıran və həm də xalqları oyadan bir amildir.
    Çətinlik, yatmış insanları oyadaraq sayıqlaşdırır, iradə və əzmləri təhrik edərək hərəkətə gətirir. O, dəmir və polada vurulan cila kimi, insanların ruhları ilə hər nə qədər çox təmasda olsa, onları bir o qədər qətiyyətli, fəal və zirək edir. Çünki həyatın xüsusiyyəti insanın çətinliklər müqabilində müqavimət göstərməsi və bilə-bilə və ya bilmədən onunla mübarizəyə hazır olmasıdır.
    Çətinlik xariqüladə qüvvəyə malik maddə kimi mahiyyəti dəyişdirmək xüsusiyyətinə malikdir. O, insanın ruhunu təzələyir. Həyat maddəsi iki şey, yəni eşq və bəladır. Bu iki şey dahilər yetişdirir, solğun və sönük maddədən parlaq və nurlu gövhər yaradır.
    Həmeye omr təlxi keşidəəst sədi
    Ke naməş bər aməd be şirin zəbani.
    Mənası: Sədi bütün ömrü boyu çətinlik çəkib ki, axırda adı şirindil olmaqda çəkilir.
    Çətinliklər qoynunda yaşayan xalqlar güclü və iradəli olurlar. Rahatlıq sevən insanlar naz-qəmzəli, məğlub və bədbəxtdirlər.
    Ən dər təbiətəst ke bayəd şəvəd zəlil
    Hər melləti ke rahətiyo eyş xu konəd.
    Mənası: Təbiətin qanunu belədir ki, rahatlıq və eyş-işrətdə olan xalq zillətə düçar olsun.
    Mövləvi Yusifin (ə) zindan əhvalatı barəsində necə də gözəl deyib:
    Şerin məzmunu belədir: Doğruçu Yusifin uzaq yoldan bir qonağı gəldi; onlar uşaqlıqdan bir-birləri ilə tanış olmuşdular; o, Yusifə qardaşları və həsədin zülmünü başa saldı. Yusif deyir ki, qardaşlarım zülm və həsəd zəncirinə bənzəyirdilər, mən isə şir kimi idim; şirə zəncirdə olmaq ar deyil və biz Haqqın təqdirindən gileylənmirik; şirin boynunda zəncir olmasına baxmayaraq, o bütün zəncir düzəldənlərə ağalıq edir; o (qonaq) dedi ki, sən zindan və quyuda olanda necə idin? Cavab verdi ki, ay yoxa çıxan kimi; dedi ki, əgər aysız gecədən sonra ay yenidən iki dənə olsa axırda göydə bədr (on dörd gecəlik ay) olar; üzərliyi döyməklərinə baxmayaraq o sonradan elə əziz olur ki, ondan bəlanın uzaqlaşdırılması üçün istifadə edirlər; torpağın altına toxum atdılar, sonra ondan sünbüllər düzəltdilər; onu sonra bir daha dəyirmanda döydülər, qiyməti artdı və canları gücləndirən çörək oldu; çörəyi də dişin altında çeynədilər və o, xeyirli əql, ruh və dərrakə oldu; həmin ruh sonra bir də eşqdə məhv oldu, «əkinçiləri təəccübləndirən» (Quran ayəsinə işarədir) şəklə gəldi.
    Başqa bir yerdə bu həqiqəti başa salmaq üçün döyüldükcə kökələn heyvanın halını nəql edir:
    Şerin məzmunu: Adı əsğər (kirpinin bir növü) olan bir heyvan var ki, ona nə qədər çubuq zərbəsi vursalar daha da kökəlir; ona çubuq vuran kimi yaxşılaşır və o, çubuq yarasından kökəlir; mömin insanın ruhu əsğər kimidir ki, o, çubuq yarası ilə yağlı və kök olur; buna görə də peyğəmbərlərin çətinlikləri hamıdan çoxdur, onların canları bütün canlardan möhkəm olur.
    Sonra bəlanın ruhun təmizlənməsindəki təsirini dabbaqlıq zamanı dərinin aşılanmasında işlədilən dərmana bənzədərək belə deyir.
    Şerin məzmunu belədir: Dəri dərmandan bəla çəkir və yaxşı gönə çevrilir; əgər ona acı və iti şey sürtməsəydin şişər, iylənərək qurd basardı; insanı da həmin dəri kimi hesab et ki, rütubətlərdən çirkin hala düşüb; ona acı və iti şeyi çox sürt ki, pak, lətif və şövkətli olsun; ey insan, əgər belə olmaq istəyirsənsə, Allah sənin ixtiyarın olmadan sənə müsibət və bəla verməsinə razı ol; çünki Allahın bəlası sizin paklığınızdır, onun elmi sizin tədbirinizdən üstündür.
    Əli ibni Əl-Cəhm Abbasi xəlifələrinin zamanında yaşamış güclü şairlərdəndir. O, zindana düşüb və zindanın azadlıqsevər insanlar üçün faydaları, insanı yetişdirməsi və insan üçün fəxr olması, habelə zindana düşməyin necə fəzilət olması və hansı üstünlükləri yaratması barəsində çox gözəl və ali şerlər deyib və Məsudi, onun həmin şerlərini «Murucuz-zəhəb» kitabında nəql edib. Biz həmin şerlərdən birini ədəbiyyatsevərlər üçün nəql edirik.
    «Mənə dedilər ki, sən həbs edildin?! Dedim ki, hansı iti qılınc qın zindanına getmir?
    Görmürsən ki, şir böyüklüyü və etinasızlığı üzündən bir guşədə qalır, amma alçaq yırtıcılar hər yerə hücum çəkirlər?
    Od daşın bağrında gizlənib və dəmirlə toqquşmayınca sıçramır.
    Zindan nə qədərki cinayət üçün deyil, yaxşı yerdir».
    ALLAHIN TƏQDİRİNƏ RAZILIQ
    İlahi təqdirə razılıq və Allah istəyən şeyə şad olmaq sifəti bəlaların dəyərli faydalarını nəzərə alanda yaranır.
    Sədi belə deyir:
    Şerin məzmunu belədir: Dar düşüncəlilər həmişə rahatlıq axtararlar, arif bəla istəyir ki, bəlanın özü onun üçün rahatlıqdır; başının üstünü ölüm kəsdirmiş bu beş günlük ömürdə hər nəyin varsa qoy keç ki, heç nə yoxdur; eşq qılıncı ilə öldürülən insana zaval yoxdur; Allahdan gələn hər bir şey gözəldir; Sədi, Allah razılığı olan yerdə öz razılığını istəmə.
    Nəql edilmiş duaların bəzilərində belə deyilir:
    «İlahi, mənə, sənə şükr edənlərin səbrini əta etməyini istəyirəm.»
    Şükr edənlərin səbri acı deyil, bal kimi şirin bir səbrdir. Bəlaların insan ruhunu tərbiyə etməsini bilənlər, bəlalardan razı qalmaqdan əlavə, onların qarşısına açıq ürəklə çıxırlar və hətta bəzən özlərini bəlanın çənginə atır və özləri üçün hadisə yaradırlar. Onlar üzərək özlərini püxtələşdirmək üçün dərya və burulğan yaradırlar.
    Mövləvi bir az öncə nəql etdiyimiz şerinin davamında belə deyir:
    Şerin məzmunu belədir: Bəlanın dalınca şirinlik gəldiyi üçün bəla ona şirin gəlir, xəstəliyin dalınca sağlamlıq gəldiyi üçün dərman acı olmur; Həmin fikirli adam ölümdən qorxmur və ölümü özünə çox rahat bilir.
    Sədi isə belə bir şer deyib:
    Şerin məzmunu belədir: Mirvarini köpək balığının ağzından çıxardırlar, canından qorxan dənizə getməz.
    Category: İlahi Ədalət | Added by: Islam_Kitabxanasi
    Views: 616 | Downloads: 0 | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024