Kitabın adı: Dinlərlə tanışlıq - Dinlərlə tanışlıq - Etiqat - Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq - Islam kitabxanasi
İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1668
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vuqar710
  • Əhəd
  • EdgazLic
  • JamizeLulky
  • Clyzerurry
  • ALIAKBARHUSEYN
  • Fernizpax
  • SamzyTwipt
  • DawizWaype
  • ali_nur
  • Main » Files » Etiqat » Dinlərlə tanışlıq

    Kitabın adı: Dinlərlə tanışlıq
    2011-08-30, 7:46 AM
    QIRX BEŞİNCİ DƏRS
    SABEİ DİNİ
    MÜQƏDDİMƏ
    Sabei dini İraqın cənubunda(Bəsrə ətrafında Fərat çayının sahillərində.) yaşayan, İranın qərbi Xuzistan məntəqəsində (Mişan səhrası və Karun haşiyəsində) azlıqda yaşayan bir ayinin ardıcıllarıdır ki, onların sayının təxminən 200 min nəfər olduğu deyilir.
    Xüsusi adət-ən’ənələrə malik olduğuna, fərdi və ictimai həyatlarında sair millətlər və qövmlərlə qarışmaqdan, öz əqidələrini aşkar etməkdən çəkindiklərinə görə Sabeiilər barəsində kifayət qədər dəqiq mə’lumat yoxdur. Onların keçmişləri də müəmmalıdır; tədqiqatçılar onların barəsində fərqli, bə’zən də zidiyyətli nəzərlər vermişlər. Amma Qur’ani-Kərimdə - Bəqərə-62, Maidə-69, Həcc-17 - onların adı məsihilər və yəhudilərlə yanaşı qeyd olunur.
    Yuxarıdakı ayələrdən belə nəticə əldə olunur ki, sabeiilər ilahi dinlərin ardıcılları cərgəsində və təkallahlı olmuşlar. Onlar sair din ardıcılları kimi sonradan şirkə tərəf çəkilmiş, buna görə də bir qurupu mö’min, digər bir qurupu isə müşrik olmuşlar.
    SABE KƏLMƏSİNİN LÜĞƏT MƏ’NASI
    Sabeə və sabinu kəlmələrinin kökü barəsində müxtəlif nəzər və ehtimallar verilmişdir. Amma ən məşhur nəzəriyyə budur ki, bu kəlmə ibri dilində olan «sad», «bey» və «əyn» kökündən alınmışdır və «suya cummaq» mə’nasını ifadə edir. Bu kəlmə ərəbləşdikdə «əyn» hərfi «həmzə»yə çevrilmiş və «sad», «bey» və «həmzə» şəklini almışdır. Buna əsasən sabeii «suda batanlar» mə’nasını daşıyır. Bu nəzər həmin ayinin həqiqətinə daha yaxındır. Çünki, bu ayinin ardıcılları «qüsl etmək», «tə’mid» vermək və eləcə də əşyaların və yeyinti məhsullarının yuyulmasına həddindən artıq diqqət yetirirlər. Hətta, onlar bəzi müsəlman qövmləri arasında müqtəsilə adı ilə tanınmışlar. Bu dinin xüsusiyyətlərinə görə sabeiilər həmişə Fərat, Dəclə, Karun kimi böyük çayların sahillərində yaşamışlar.
    DİNİ ƏSASLARI
    Sabeii dini barəsində tədqiqatçıların ixtilafına səbəb olan məsələlərdən biri də oların hansı ilahi peyğəmbərin ardıcılları olmasıdır. Bə’ziləri demişlər ki, onlar həzrət Nuh peyğəmbərin dininin ardıcıllarıdır, sair peyğəmbərləri isə ilahi elçi olaraq qəbul etmirlər. Digər nəzər budur ki, sabeiilər kitab əhlidir və Zəburu tilavət edirlər. Bə’ziləri inanırlar ki, onlar həzrət Yəhyaya qədər olan bütün ilahi peyğəmbərləri qəbul edir və ondan sonrakılara inanmırlar. Nəhayət sonuncu nəzərdə deyilir ki, onlar yalnız öz dinlərinin alimləri olan ruhanilərə tabe olur və onları da peyğəmbər kimi deyil, öz dinlərinin bir kahini kimi qəbul edirlər.
    Bu barədə mövcud olan müxtəlif nəzərlər arasında zahirən üçüncü nəzər (yə’ni, Yəhya peyğəmbərə e’tiqadlı olmaq) həqiqətə daha yaxındır. Çünki, sabeiilərin dini mənbələrində dəfələrlə Yəhya məzhəbi adlı bir ayinin adı çəkilir. Ümumiyyətlə, onlar dinlərinin əsası olan "Tə’mid” ayininin həzrət Yəhyadan qaldığını deyərək, Məsihi də bu ayinə iman gətirənlərdən hesab edir, lakin onun, sonradan bu dinin sirlərinə xəyanət etdiyini iddia edirlər. Həmçinin deyirlər ki, Məsih Yəhyanın məzhəbini korlamış və axar suda olan tə’mid quslunu dəyişdirmişdir.
    MÜQƏDDƏS KİTABLARI
    Sabeiilərin dini mənbələri arsında çoxlu müqəddəs kitablar vardır ki, onların nəzərincə bunlar Allah tərəfindən Adəmə, Sama, İbrahimə və Yəhyaya nazil olmuşdur. Bu kitablar arasında beş kitab daha artıq e’tibara malikdir:
    1. ”Kəncə-rəbbəh”, yaxud "Kənca-rəbbah” və yaxud da "Sidrə-rəbbəh” ki, ilahi xəzinələr mə’nasındadır. Bu kitab sabeiilərin ən mö’təbər kitabı sayılır və iki hissədən - Yəmin və Şimaldan təşkil olunmuşdur. Yəmin hissəsi tövhid və xaliqin sifətləri, onların halal-haram, oruc, vəsiyyət və s. kimi əqidələrini bəyan edir. Şimal hissəsində isə ölülərin dəfn mərasiminin hökmləri, ruhun bədəndən necə çıxması, dualar və zikirlərdir ki, ölülərin ruhuna oxunur.
    2. ”Binüqdə Sidreyi ədnəşmasəd”, yaxud «Nəfslər» kitabı; bu tə’mid və paklıqla əlaqədar olan göstərişləri, tə’mid zamanı oxunan duaları əhatə edir.
    3. ”İraşə ədihya”, yaxud "Yəhya tə’limləri”; bu, həzrət Yəhya (ə)-ın həyatı, onun tə’limləri və tövsiyələrinə şamildir.
    4. ”Qolesta”; izdivac və əqd zamanı riayət edilməli olan qayda-qanunları, hökmləri və prinsipləri əhatə edir.
    5. ”İnani”; təharət və paklıq və eləcə də namaz üçün dəstəmaz alarkən lazım olan dua və zikirlərə şamildir.
    FİRQƏLƏR
    Sabeiilər böyük bir qövm olub, Fələstində məskunlaşmışdılar. Yəhudilər Fələstini işğal etdikləri zaman Yəhya və onun ardıcılları yəhudilər tərəfindən təzyiqlərə və zülmlərə mə’ruz qalmışdılar. Həzrət Yəhyanın şəhadətindən sonra onların sabeiilərə göstərdiyi əzab-əziyyətlər daha da artdı; onların mə’bədlərini və mərkəzlərini dağıtdılar. Buna görə də onlar Fələstindən Şama köçüb Hərram şəhərində məskunlaşdılar. Amma yenə də yəhudi təzyiqlərindən qurtara bilmədilər. Nəhayət Beynun-nəhreynə və İrana köçərək orada məskunlaşdılar. Bu müddət ərzində sabeiilər müxtəlif firqələrə bölündülər ki, onlardan Məndai və Hərrani kimi mühüm firqələrin adını çəkmək olar. Hərranilər firqəsi onlar Hərran şəhərində məskunlaşan zaman meydana gəlmişdir. Bu firqə sanki sair qövmlərin əqidələrindən tə’sirlənərək təhrifə mə’ruz qalmışdır. Hal-hazırda da sabeiilərin xalis əqidəsi yoxdur. Bu firqənin müqabilində Məndailər dayanırdı ki, onlar özlərini əsil sabeii hesab edirdilər. Onlar özlərini kitab əhli və təkallahlı sayırdılar; buna görə də hərraniləri qəbul etmirdilər.
    Məndai və Hərranilər arsında olan ixtilafa görə, tədqiqatçılar, adları Qur’ani-kərimdə yəhudi və məsihilərlə yanaşı qeyd olunan sabeiilərin məndai olduqlarını güman edirlər; hərranilər ulduzlara pərəstiş etdiklərinə görə müşrik sabeii adı ilə tanınmışlar.
    ƏQİDƏLƏRİ
    Sabeiilərin ən müqəddəs kitabı sayılan Kənzarubadan belə aydın olur ki, onlar təkallahlıdırlar və Allahı da sair tövhidçi ayinlərin vəsf etdikləri sifətlərlə tə’rif edirlər; sair tövhidçilər kimi, onlar da Allahı hər cür çirkinliklərdən uzaq və eyblərdən pak bilirlər. Sabeiilər iki aləmə - Nur və Zülmət aləminə inanır və deyirlər ki, xilqətin yaradılışında və idarə olunmasında bir çox ruhani və nurani varlıqlar Allaha kömək edirlər. Onlar inanırlar ki, ilin hər günü bir nurani və ruhani vücudun cilvəsidir. Buna görə də ilin hər günü üçün bir nurani varlıq olduğuna inanırlar. Sabeiilər fələklərə, ulduzlara və on iki bürcə xüsusi əzəmət və ehtiram göstərirlər. Sabeii ardıcıllarının ulduza pərəstiş etmələri və şirkə yuvarlanmaları da məhz buradan başlanmışdır. Yə’ni, ulduzlara tə’zim və ehtiram məsələsi getdikcə öz yerini ulduzların təqdis və pərəstişinə vermişdir.
    Sabeiilərin ruhani məada, hesab-kitaba və əzaba e’tiqadları vardır və inanırlar ki, salehlər öldükdən sonra nurlar aləminə (behiştə), günahkarlar isə zülmət aləminə (cəhənnəmə) varid olacaqlar. Kitab sahibi olan peyğəmbərlər sabeiilərin nəzərində aşağıdakılardır: Adəm, Sam, Ram, İbrahim, Musa və Yəhya.
    AYİNLƏR VƏ HÖKMLƏR
    1. Tə’mid: Qüsl və təharət sabeii şəriətinin əsasını təşkil edir və buna görə də müxtəlif hallarda və vaxtlarda verilən Tə’mid qüslü sabeiilərin ən mühüm vəzifəsi hesab olunur. "Kamil” tə’mid qüslünün ən mühüm növüdür ki, izdivac, təvəllüd, məss-meyyit və sair işlər zamanı kahinin əli ilə yerinə yetirilməlidir; heyz, nifas, cənabət və eləcə də böyük günahlar, o cümlədən oğurluq, zina, qətl işlərindən sonra verilməlidir.
    2. Namaz: Sabeiilər gün ərzində üç dəfə cənub istiqamətində namaz qılırlar. Birinci namaz səkkiz rəkətdir və hər rəkətdə üç səcdə vardır; bu namaz günəş çıxmazdan əvvəl yerinə yetirilir. İkinci namaz günorta vaxtı qılınır ki, hər rəkətin üç səcdəsi vardır. Üçüncü namaz da ikinci namaz kimidir və günəş batan zaman qılınır.
    3. Oruc: Sabeiilər oruc tutmağa (yemək və içməkdən çəkinmək kimi olan oruca) inanmırlar və onu allahın halal etdiyi şeyi qadağan etmək kimi qiymətləndirirlər. Amma müsəlmanlarla qarışdıqlarına görə zahirdə oruc tuturlar. Onlar orucu mə’nəvi məşğələ adı ilə otuz gün (ilin ayrı-ayrı günlərində) yerinə yetirirlər.
    SUALLAR VƏ TAPŞIRIQLAR
    1. Qur’ani-Kərimin sabeii dininin adını sair ilahi dinlərlə yanaşı çəkməsindən nə başa düşülür?
    2. Nə üçün sabeiilərə müqtəsilə deyilir?
    3. Sabeiilər özlərini hansı ilahi peyğəmbərin ardıcılları hesab edirlər?
    4. Sabeiilərin müqəddəs kitablarının adını deyin və mövzusunu izah edin.
    5. Sabeiilər təkallahlıdır, yoxsa müşrik?
    6. Sabeiilərin ən mühüm əqidəsi nədir?
    Sabeiilərin dini adət-ən’ənlərindən bə’zilərinin adını sadalayın.
    Sabeiilərlə zərdüştlərin əqidələrini müqayisə edin.
    Category: Dinlərlə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 310 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    ali_nur
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2017