İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Bizim dini əqidəmiz

    Bizim dini əqidəmiz
    2012-01-02, 7:35 AM
    Beşinci fəsil
    İmamət
    44-İmamət nədir?
    Allah-təalanın hikməti bunu tələb edir ki, insanları doğru yola yönəltmək üçün yer üzərinə müxtəlif peyğəmbərlər göndərsin. Eləcə də, Allahın hikmətinə əsasən bu peyğəmbərlərdən sonra hər bir əsrin və zamanın özünəməxsus "imamı” olmalıdır. Bu imamların vasitəsilə peyğəmbərlərin gətirdiyi din və şəriət müxtəlif təhriflərdən qorunur. Onların rəhbərliyi və köməkliyi ilə hər bir zamanın dini ehtiyacları ödənir, insanlar ilahi peyğəmbərlərin şəriətinə doğru hidayət olunurlar. Əgər ilahi peyğəmbərlərdən sonra imamlar göndərilməsə, Allahın dini müxtəlif təzyiqlərə məruz qalacaq cürbəcür xurafatlara bulanacaqlır. Və beləliklə də, uca kamilliyə yetişmək hədəfilə yaranmış insan, Tanrı tərəfindən kömək olunmadığına (hidayət olunmadığına) görə öz yaranış hədəfini itirərək, zəlalətə doğru yuvarlanacaqdır.
    İlahinin göndərdiyi sonuncu din olan İslam dini, müxtəlif xurafatlardan qurtulmaq üçün imamlara daim ehtiyaclıdır. Elə bu səbəbdən də, biz İslam Peyğəmbərindən (s) sonra hər bir əsrdə və zamanda imamın mövcud olduğuna inanırıq. Qurani-kərim Tövbə surəsinin 119-cu ayəsində buyurur: "Ey iman gətirən şəxslər! Təqvalı olun və Sadiqlərlə (doğru söz danışanlarla) birgə olun!” Bu ayə müəyyən bir zamana məxsus deyildir. Və daim sadiqlərlə birgə olmağı əmr edir. Heç bir qeyd-şərt olmadan sadiqlərlə olmaq, onlara itaət etmək isə hər bir zamanın özünə məxsus imamı olduğunu yetirir. Və bu imamlara itaət etməyin vacib olduğunu çatdırır. Belə ki, Sünni və Şiə müfəssirlərinin(Quran şərhçisi.) əksəriyyəti yuxarıdakı ayənin şərhində, ona işarə ediblər. Fəxr Razi bu ayənin barəsində ətraflı bəhs etdikdən sonra, yazır: "Ayə hər "səhv edə biləcək” bir şəxsin "məsum, günahsız” bir şəxsə itaət etməsinin vacibliyini yetirir. Məsum şəxslər isə həmin Allahın "Sadiqlər” adlandırdığı insanlardır! Bu o deməkdir ki, hər "səhv edə biləcək” şəxs, məsum bir şəxslə birgə olmalı və ona itaət etməlidir ki, məsum şəxs onu səhvlərdən uzaqlaşdırsın. Və bu müəyyən bir zamana məxsus olmayaraq, hər bir zamanda olmalıdır! Deməli, hər bir zamanın özünəməxsus "Məsumu” vardır. ("Təfsiri-kəbir”, c. 16, səh. 221)
    45-İmamət məqamının həqiqəti
    İmamət təkcə zahiri bir hakimiyyət deyil, uca və əlçatmaz bir mənəvi, ruhani məqamdır (rütbədir). Məsum imam, müsəlmanların hakimi−dünyəvi rəhbəri olmaqdan əlavə, onların mənəvi cəhətdən din və dünyasının hidayət edənidir. İmam insanların ruhunu və təfəkkürünü islah edərək, doğru yola yönəldir. Peyğəmbər (s.ə)-in dinini hər cür təhrifdən qoruyaraq, hədəfinə yetirir. Xatırlayın ki, bu, Allah-təalanın, İbrahim Xəlil (ə) peyğəmbərlərə peyğəmbərlik məqamından sonra, uzun-uzadı imtahanlara qalib gəldikdə, bəxş etdiyi bir məqamdır. Lakin Həzrət İbrahim (ə) Allahdan bu rütbəni (imamət məqamını) öz övladları və nəsli üçün istədikdə, Allah ona bu məqamın zalım və günahkarlara qismət olmayacağını söylədi. Qurani-kərim bu barədə buyurur: "İbrahimin Rəbbi onu bir neçə işlə sınadı. O (İbrahim) da, onları bütünlüklə yerinə yetirdi (imtahanlardan üzü ağ çıxdı). Allah dedi: "Mən səni insanların imamı etdim!” (İbrahim) dedi: "Nəslimidəmi?” Allah-təala buyurdu: "Mənim əhdim (imamət) zalımlara yetişməz!” Yəni sənin nəslindən ancaq məsumlara yetişər.”
    Qeyd:
    Göründüyü kimi imamət yalnız və yalnız xalqa hakimiyyət etmək demək deyildir! Çünki imamət fəqət "hakimiyyətdə olmaq” kimi mənalandırılarsa, yuxarıda söylənilən "imamət rütbəsi”, Həzrət İbrahim (ə) üçün mənasız və bihudə olardı. Diqqət etmək lazımdır ki, həzrət İbrahim (ə) heç vaxt hakimiyyətdə olmamışdır.
    Biz inanırıq ki, bütün Ulul-Əzm peyğəmbərlər imamət rütbəsinə sahib olmuşlar. Onlar xalqın maddi və mənəvi rəhbəri idilər. Xüsusilə, İslam Peyğəmbəri (s) Allah tərəfindən peyğəmbərlik rütbəsinə layiq görülən anda, imamət məqamına da, yüksəlmişdi. Onun vəzifəsi təkcə risalətin təbliği ilə sona yetişmirdi. O, xalqın maddi və mənəvi rəhbəri idi. Və Peyğəmbər (s.ə)-dən sonra imamət məqamı onun nəslindən olan məsum şəxslərə yetişdi.
    Qeyd;
    "İmam”ın tərifinə diqqət etdikdə, aydın olur ki, bu məqama yüksəlmək bir sıra dəyərli, lakin olduqca ağır şərtlər tələb edir. İmam istər təqva (məsum-hər bir günahdan uzaq və pak olmaq), istər elm (bütün İslam maarifinə və göstərişlərinə ali şəkildə bələd olmaq və insanları, onların ehtiyaclarını hər bir zamanda və məkanda olduğu kimi dərk edərək, tanımaq) cəhətindən kamil olmalıdır.
    46-İmam bütün xəta və günahlardan rakdır
    İmam hər bir səhv və günahdan uzaq və pak olmalıdır. Yuxarıda söylənilən ayədən (Bəqərə, 124) aydın olduğu kimi, məsum olmayan şəxs imam ola bilməz. Bundan əlavə, onu da qeyd etmək lazımdır ki, Peyğəmbərin dininin mühafizi olan (hər bir təhrif və xurafatdan qoruyan) imam, mütləq, şəkildə, tam etimadlı bir şəxs olmalıdır. Çünki dinimizin bütün əsaslar və fərləri onun vasitəsilə (Peyğəmbər (s.ə)-dən sonra) xalqa təqdim olunur. Məhz elə bu səbəbdən də, imamın hər bir "sözü”, "əməli” və təqriri-"razılığı”(Təqrir-imamın qarşısında əncam verilən əmələ, onun razılıq əlaməti olan sükutuna deyilir.)dini və şəri cəhətdən hər bir şəxsə dəlil (sübut) sayılır.
    47-İmam dinin mühafizəçisidir
    İmam, heç bir vaxt "yeni din və şəriət” yaratmır. Həqiqətdə, onun vəzifəsi İslam Peyğəmbərinin (s) şəriətini olduğu kimi qoruyub saxlamaq, onu təbliğ və təlim etməkdir! İmam (ə) insanları Məhəmməd Peyğəmbər (s.ə)-in dininə doğru çağıraraq, onları bu müqəddəs dinlə yaxından tanış edir.
    48-İmam ən elmli şəxsdir
    İmam dinin bütün əsaslarını, fərlərini, hökmlərini, Quranın məna və şərhini olduğu kimi bilməli və anlamalıdır. Deməli, imam Allah tərəfindən ona bəxş olunan elmə və Peyğəmbər (s.ə)-in vasitəsilə öyrətdiyi təlimlərə əsasən ən elmli bir şəxs olmalıdır. Bəli, yalnız belə bir elmin sahibi insanların etimadını qazanaraq, İslamın həqiqətini anlatmaqda ən gözəl yardımçı və rəhbər ola bilər.
    49-İmam Peyğəmbərin vasitəsilə təyin olunur
    İmam "mənsus” olmalıdır. Yəni Peyğəmbər (s.ə)-in açıq-aşkar bəyanı və kəlamı ilə təyin olunmalıdır (sonrakı imamlar da, əvvəlki imamın vasitəsilə təyin edilir). Başqa bir sözlə desək, imam da, Peyğəmbər (s.ə) kimi Allah-təala tərəfindən (Peyğəmbər (s.ə)-in vasitəsilə) seçilir. Necə ki, Bəqərə surəsi 124-cu ayədə imamın yalnız Allah tərəfindən seçildiyinə işarə olundu: "Mən səni insanların imamı etdim!”
    Bütün bunlardan əlavə imamın malik olduğu şərtlərin keyfiyyətindən (məsumluq, ilahi elm, və s...) yalnız Allah-təala və onun Peyğəmbəri (s) xəbərdar ola bilər. Elə buna görə də, imamı fəqəd Allah Özü, Peyğəmbərin vasitəsi ilə elan edərək seçir. Bu səbəbdən də, Məsum imam seçki yolu ilə yox, birbaşa Allahın əmrilə təyin olunur.
    50-Bizim imamlarımız (ə) İslam Peyğəmbərinin (s) vasitəsilə təyin olunmuşdur
    Bildiyiniz kimi, İslam Peyğəmbəri Məhəmməd (s.ə) özündən sonra gələcək imamları ümumi şəkildə "Səqəleyn” hədisində təyin etmişdir.
    Səhihi-Müslimdə belə oxuyuruq: "Peyğəmbər (s.ə) Məkkə və Mədinənin arasında yerləşən "Xum” adlanan vadidə ayağa qalxaraq xütbə oxudu. Sonra isə belə buyurdu: "Mən sizin aranızda iki qiymətli (böyük) əmanət qoyub gedirəm. Onun əvvəlincisi nur və hidayətə sahib olan Allahın kitabı... digəri isə "Əhli-beytim” dir! (İmamlar) Əhli-beytimin barəsində Allahı unutmayın! (Yəni Allahı unudaraq Əhli-beytimi kənara qoymayın)” Və bu cümləni 3 dəfə təkrar etdi” (Səhih Müslim, c. 4, səh. 1873)
    Bu hədis "Səhih-Termizi”də də, yazılaraq aşkarcasına belə söyləyir: "Əgər bu iki əmanətə sarılsanız heç vaxt azğınlığa düşməyəcəksiniz!” (Səhihi-Termizi, c. 5, s. 662) söylənilən hədis (Sünəni-Darəmi, c. 2, s. 432), (Xəssasu-Nisai, səh 20), (Müstədi-Əhməd, c. 5, s. 182), və İslam aləminin digər tanınmış və məşhur kitablarında (Kənzul-ümmal, c. 1, s. 185, hədis 945) da qeyd olunmuşdur. Və bu hədisin düzgünlüyündə heç bir şəkk-şübhə yoxdur. Həqiqətdə "Səqəleyn” hədisi "Mütəvatir” hədislərdən biri sayılır. Və heç müsəlmanın onu inkar etməyə haqqı yoxdur. İslam Peyğəmbəri (s) bu hədisi müxtəlif yerlərdə dəfələrlə təkrarlamışdır.
    Aydındır ki, hədisdən məqsəd Peyğəmbər (s.ə)-in Əhli-beytinin hamısı deyil, yalnız "məsum imamlar” (ə)-dır. Çünki yalnız və yalnız bu böyük imamət məqamı Quranla bərabər tutularaq, onunla birlikdə zikr oluna bilər. Yalnız bəzi zəif və şəkli mənbələrə əsaslanan hədislər "Əhli-beyt” kəlməsini "Sünnə” ilə əvəz edibdir.
    Biz, Peyğəmbər (s.ə)-dən sonra 12 imamın canişin olduğunu sübut edən məşhur bir hədisə isnad edirik. Bu hədis hətta əhli-sünnətin ən məşhur hədis kitablarında qeyd olunmuşdur; (Səhih-Buraxi, Səhih-Müslim, Səhih-Termizi, Səhihi Əbu Davud, Müstədi Hənbəl və s...) "Peyğəmbər (s.ə) buyurur: "İslam dini hamısı Qüreyş tayfasındandır 12 xəlifənin sizə imaməti, Qiyamət gününə qədər bərpadır!”(Bu ibarə Səhih-Müslimdə c. 3, səh. 1453; Cabir ibn Səmərinin vasitəsilə Peyğəmbər (s.ə)-dən rəvayət olunur. Və azacıq fərqlərlə sadalanan mənbələrdə də qeyd olunmuşdur: Səhih-Buxari c. 3, səh. 101; Səhih-Termizi, c. 3, səh. 501; Səhihi-Əbu Davud, c. 4, "Kitabul-Məhdi”.) Bu rəvayətin şərhi şiənin etiqadlı olduğu "12 imamdan” başqa bir şərhə malik deyildir. Sizin fikrinizcə Peyğəmbər (s.ə)-in söylədiyi bu hədis "12 imam (ə)” dan savayı, digər təfsirə malik ola bilərmi?((Söylənilən hədisdə "12 xəlifə” dedikdə yalnız "12 imam” nəzərdə tutula bilər. Çünki İslam Peyğəmbərindən (s) sonra gələn zahiri xəlifələrin sıra ardıcıllığında "12 Qüreyşli xəlifə” olmamışdır! Onların sayı bu miqdardan ya az, ya da çox olmuşdur. Və xəlifələrin bəzisi isə Qüreyş tayfasına mənsub olmamışdır. Deməli, hədis fəqət, "12 imamı” nəzərdə tutur ki, şiə hədis mənbələrində Peyğəmbər (s.ə) hətta onları adbaad sadalamışdır. "12 imam”ın yalnız ikisinin xəlifə olması isə aydırdır. Çünki "xilafət” dedikdə hədisdə "imamət” nəzərdə tutulmuşdur. İmamət isə zahiri hakimiyyətlə şərtlənmir. Həqiqətdə, "mənəvi hakimiyyət”-"ləyaqət” əsas tutulur. (Mütərcim))
    51-Həzrət Əli (ə)-ın İslam Peyğəmbəri (s) tərəfindən imam təyin olunması
    İslam Peyğəmbəri (s) dəfələrlə (Allahın əmrilə) Həzrət Əli (ə)-ı özünün canişini kimi bəyan etmişdir. Vida-həccindən qayıdarkən Qədir-Xum adlanan bir vadidə ("Cöhfə”nin yaxınlığında) əshabından ibarət izdihamlı bir cəmiyyətin arasında xütbə oxudu. Və bu məşhur kəlməni buyurdu: "Ey camaat! Mən sizə sizin özünüzdən artıq ixtiyar sahibi deyiləmmi?!” Dedilər: "Bəli, elədir!” Buyurdu: "Mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir!” Bu hədis müxtəlif vasitələrlə Peyğəmbər (s.ə)-dən nəql olunmuşdur. Bu hədisi səhabədən 110 nəfər, tabeindən 84 nəfər rəvayət etmişdir. O, İslam dünyasının tanınmış, məşhur 360 kitabında yazılmışdır. Təəssüflər olsun ki, bu barədə geniş şərh vermək imkanına malik deyilik, əlavə məlumat toplamaq üçün "Pəyami Quran” c. 9, səh. 181-ə müraciət edin.
    Qeyd olunan bu mübarək hədisin ətrafında uzun-uzadı bəhslər açmaq fikrində deyilik. Yalnız bunu demək kifayətdir ki, "Qədir-xum” hədisi (Peyğəmbər (s.ə)-in təkidlərini nəzərə almaqla) sadəliklə kənara qoyulası və fəqət Əli (ə)-ın "məhəbbəti-ehtiramı” kimi şərh olunası bir hədis deyildir.
    Diqqət etmək lazımdır ki, besətin 3-cü ili, Allah-təala Peyğəmbər (s.ə)-ə öz dəvətini aşkar şəkildə xalqa çatdırmağa əmr etdikdə bu ayə nazil oldu: "Ey Peyğəmbər! Ən yaxın qohumlarını qorxut!”
    Peyğəmbər (s.ə) bəni-Haşim tayfasının böyük şəxsiyyətlərini (qohumlarını) bir yerə yığaraq, onları İslama dəvət etdi. Sonra buyurdu: "Sizin hansı biriniz bu dini təbliğ etməkdə mənə kömək edə bilər? Hər kəs mənə kömək etsə, məndən sonra sizin üzərinizdə mənim canişinim və vəsim olacaqdır!”
    Bu söz üç dəfə təkrar olundu. Amma heç kəs Peyğəmbərin (s) sözünü qəbul etmədi. Hər üç müraciətin cavabında isə yalnız Həzrət Əli (ə) ona kömək etməyə hazır olduğunu elan etdi. Və dedi: "Ey Peyğəmbər! Mən bu işdə sənin köməkçim və vəzirin olacağam!” Bu zaman Peyğəmbər (s.ə) buyurdu: "Bu cavan, mənim qardaşım və məndən sonra sizin üzərinizdə canişinim və xəlifəmdir!”("Kamil” ibn Əsir, c. 2, s. 63, beyrut çapı. Eyni mənanı azacıq təfavütlə "Müsnədi-Əhməd”, c. 1, s. 11; "Şərhi-nəhcül-bəlağə”, İbn Əbil-Hədid, c. 13, s. 210.) İbn Əsirin "Kamil” adlı kitabında söylədiyi bu hədis, "Qədir-Xum” hədisinin mütabiqi deyildirmi? Yaxud həzrət Əli (ə)-ın "imamətə təyin olunma məsələsi” deyildimi ki, Peyğəmbər (s.ə)-in ömrünün axır saatlarında da, onu bəyan etmək niyyətində idi? Və məhz bu məsələdə öz əshabından bir daha əhd-peyman almaq istəmişdimi? Səhih-Buxaridə yazılır: "Peyğəmbər ömrünün axır saatlarında belə buyurdu: "Mənə kağız və qələm verin. Sizə bir namə yazım ki, (məndən sonra) heç vaxt azğınlığa (ixtilafa) düçar olmayasınız!”−Peyğəmbər (s.ə)-in bu kəlamından sonra bəziləri onunla müxalifətçilik edərək, Həzrət (s.ə)-in bu əmrinin yerinə yetməsinə mane oldular. Və hətta elə oradaca onun haqqında təhqiramiz sözlər dedilər.(Bu hədisi hətta Səhih-Buxari 5-ci cilddə, səh. 11, fəsl; "Mərəzin-Nəbi” nəql etmişdir. Səhih-Müslim isə daha aydın şəkildə, c. 3, s. 125-də onu qeyd etmişdir.)
    52-Hər imamın özündən sonra gələcək imamı təyin etməsi
    12 imamın hər biri özündən əvvəlki imamın vasitəsilə təyin olunmuşdur. Onların əvvəlincisi (Peyğəmbər (s.ə) tərəfindən təyin olunmuş) Həzrət Əli (ə), sonra onun oğlu imam Həsən Müctəba (ə), sonra onun qardaşı İmam Hüseyn ibn Əli Seyyidüş-şühəda (ə) (şəhidlərin ağası) sonra onun övladı Əli ibn Hüseyn (ə), sonra onun oğlu Məhəmməd ibn Əli Baqir (ə), sonra onun oğlu Cəfər ibn Məhəmməd Sadiq (ə), sonra onun oğlu Musa ibn Cəfər (ə), sonra onun oğlu Əli ibn Musa Rza (ə), sonra onun oğlu Məhəmməd ibn Əli Təqi (ə), sonra onun övladı Əli ibn Məhəmməd Nəqi (ə), sonra oğlu Həsən Bin Əli Əsgəri (ə), və sonnuncu Məhəmməd ibn Həsən Mehdi (ə) Sahibəz-zəmandır. Biz etiqadlıyıq ki, o hələ də, sağdır.
    Əlbəttə, Həzrət Məhdi (ə)-ın varlığına etiqad (dünyanı zülmlə dolduğu kimi ədalətlə dolduracaq bir şəxsə olan etiqad) təkcə bizə məxsus deyildir. Həqiqətdə bütün müsəlmanlar bu əqidəyə sahibdirlər. Əhli-sünnə alimlərindən bəziləri İmam Məhdi (ə) barəsində söylənilən hədislərin mütəvatir (yəqin) olması barəsində müstəqil kitablar da, yazmışlar. Və hətta bir neçə il əvvəl "Rabitətül-aləmül-islami” tərəfindən yazılan risalədə Həzrət Məhdi (ə)-ın vücudu barəsində olan suala, cavab verərkən onun (ə) zühurunun-gələcəyinin aydın bir məsələ olmasına təkid olunmaqla bərabər-Həzrət (ə)-in barəsində tanınmış və mötəbər kitablardan (mənbələrdən) Peyğəmbər (s.ə)-ə nisbət verilmiş hədislər nəql edilmişdir.(Bu namə 1396/24 şəvvalda "Rabitətül-aləmül-islami” tərəfindən "idarətu müctəməul-fiqhul-islami”nin müdiri vasitəsilə (Muhəmməd Əl-Müntəsir-əl-Kətani) sadir olmuşdur.) Amma onlardan əksəriyyəti Məhdi (ə)-ın hələ dünyaya gəlmədiyinə təkid edərək, onun Axirəz-zamanda (Dünyanın axırına yaxın) doğulacağına inanırlar. Lakin bizim əqidəmizə əsasən həzrət Məhdi (ə) 12-ci imamdır, hal-hazırda həyatda olaraq, diridir. Allahın ona əmr etdiyi bir vaxt zülmü yer üzərindən silmək və ədaləti dünyada bərpa etmək üçün zühur edəcəkdir.
    53-Əli (ə) səhabələrin ən fəzilətlisi idi
    Həzrət Əli (ə) səhabələrin ən üstünü və ən fəzilətlisi idi. O, İslam Peyğəmbərindən (s) sonra İslam ümmətinin birinci şəxsiyyətidir. Amma bununla belə, onun barəsində həddindən artıq olan bəzi xurafatlar boş, əsassız və haramdır. Həzrət Əli (ə)-a Allahlıq nisbəti verən, onu Allaha oxşar(Rəbb-kiçik Allah) sayan hər bir şəxs kafirdir, müsəlmanların cərgəsindən xaric olmuşdur. Biz belə şəxslərin küfr dolu etiqadlarından bizarıq. Təəssüflər olsun ki, bu şəxslərin küfrlə dolu etiqadları bəzən "şiə” adı ilə qarışıq düşərək, səhv anlayış bağışlayır. Şiələrin pak etiqadlarının "Ğuluvv” (Əliallahı) edən şəxslərin etiqadı ilə səhv salınması bəzən bir çox xoşagəlməz hallara səbəb olur. Bir halda ki, bütün şiə alimləri öz kitablarında belə şəxslərin (Əli-Allahı) müsəlman olmadığını, İslamdan xaric olduğunu dəfələrlə təkid etmişlər.
    54-Səhabələr ağlın və tarixin mühakiməsi qarşısında
    Tarixə baxdıqda Peyğəmbərin (s) köməkçiləri və əshabının arasında böyük, fədakar və ləyaqətli insanların olduğunu görərik. Hətta Qurani-kərimdə və İslami rəvayətlərdə bu səhabələrin haqqında, onların fəziləti barəsində çoxlu bəhslər mövcuddur. Lakin bu o demək deyildir ki, biz, Peyğəmbərin (s) bütün səhabələrini məsum (günahsız-pak) saymalıyıq. Səhabələrin hamısının əməllərini istisnasız olaraq doğru-düzgün saymaq, yanlış fikir deyildirmi? Diqqət etmək lazımdır ki, Qurani-kərimin müxtəlif ayələri (bir çox ayələri; Bəraət surəsi, Nur surəsi və Munafiqin surəsi) Peyğəmbərin (s) əshabının arasında yer tutan ikiüzlü, mənfur niyyətli səhabələrdən söhbət açaraq, onları şiddətli şəkildə tənqid atəşinə tutur. Başqa bir cəhətə diqqət etdikdə isə, İslam Peyğəmbərinin (s) vəfatından sonra müsəlmanlar arasında müharibə alovunu yandıran, öz beyətini dövrün xəlifəsi və imamı ilə namərdcəsinə sındıran və minlərlə müsəlmanın qanını axıdan səhabələri görürük! Sizcə biz bu səhabələri pak və müqəddəs hesab edə bilərikmi?!
    Necə ola bilər ki, müharibə edən hər iki tərəfin haqlı və düzgün yolda (məsələn; Cəməl-Süffeyn müharibələrində) olduğunu söyləyək?(Bir halda ki, müharibə edən hər iki tərəf Peyğəmbər (s.ə)-in səhabələrindəndir. (Mütərcim))Müharibə edən (hər biri-digərini nahaq və düşmən sayan) iki tərəfin hər ikisinin haqlı olması açıq-aşkar "ziddiyyət” deməkdir. Və bu "ziddiyyət” bizim üçün qəbul olunmaz bir məsələdir.
    Bir çoxları bu ziddiyyəti ört-basdır etmək məqsədilə "ictihad” bəhsini bəyan edərək belə söyləyirlər; "Müharibə edən iki əshabın biri doğru yolda olmuş, digəri isə xətakardır! Amma bu xətakar öz ictihadına (ağlının düşündüyünə) əməl etdiyi üçün, Allah yanında üzrlü, bəlkə də, savaba malikdir. Həqiqətdə zikr olunan əqidə ağlın və şəriətin qəbul etmədiyi, əsassız bir etiqaddır. Necə olur ki, öz etiqadına əməl edərək Peyğəmbərin (s) canişini ilə beyəti sındıran, müharibə alovunu müsəlmanların arasında şölələndirərək, günahsız insanların qanını tökən bir şəxs savab sahibi olsun?
    Əgər bütün bu günahsız axan qanları "ictihad-şəxsi düşüncə” ilə yumaq mümkündürsə, hansı pis və fasiq əməlləri ictihadla yumaq mümkün deyildir?(Hətta şeytanın da, əməlini ictihadla doğru sabit etmək olar ki, bu da qeyri səhihdir.)
    Biz inanırıq ki, bütün insanlar, həmçinin Peyğəmbər (s.ə)-in səhabələri də, "öz əməllərinin girovundadır.” (Müddəsir, 38) Və Quranın bu böyük qanunu: "Şübhəsiz, Allah yanında ən çox əziziniz, ən çox təqvalı olanınızdır!” (Hücürat, 13) Səhabələrə də, şamildir! Deməli, səhabələrin şəxsiyyəti onların əməllərilə ölçülür. Əgər belə olarsa, onların barəsində daha da məntiqli şəkildə hökm vermiş olarıq. Və söyləyərik: "Peyğəmbər (s.ə)-in dövründə əshabın sırasında yer alan və Peyğəmbər (s.ə)-ə sədaqətli olan, Onun (s) vəfatından sonra da İslam dini üçün çalışan, Quranla olan, əhd-peymana sadiq qalan şəxslər dəyərli insanlardır. Onlar vəfadar və layiqli səhabələrdir. Lakin Peyğəmbər (s.ə)-in zamanında münafiqlərdən sayılan, onun qəlbini sındıran və Həzrət Peyğəmbər (s.ə)-in vəfatından sonra da, haqq yoldan uzaqlaşaraq İslamın, müsəlmanların mərafelərinin əksinə çalışan şəxslər sevgi və məhəbbətə (ehtirama) layiq deyildirlər. Qurani-kərim bu barədə buyurur: "Elə bir qövmü tapmazsan ki, Allaha və Qiyamət gününə iman gətirmiş olsunlar, lakin Allah və onun peyğəmbəri ilə müxalifət edənlərlə dostluq etsinlər. Hətta müxaliflər, onların ataları, övladları, qardaşları və ya qəbilələri olsa da (onlarla dostluq etməzlər) Allah (bu şəxslərin) könüllərinə iman yazmışdır!” (Mücadilə, 22) Bəli, Peyğəmbər (s.ə)-in zamanında və ya onun vəfatından sonra İslam Peyğəmbərini (s) incidərək, onu narahat etmiş şəxslər hörmətə layiq deyildirlər.
    Amma unutmaq olmaz ki, Peyğəmbər (s.ə)-in əshabının bir dəstəsi İslamın inkişafı yolunda ən çətin və böyük imtahanlarda iştirak etmiş və Allah-təala tərəfindən müxtəlif formalarda mədh olunmuşlar. Həmçinin, əshabdan sonra onların yolunu davam etdirmiş şəxslər və İslam dininin inkişafı yolunda addım atacaq hər bir kəs, mədhə və ehtirama layiqdir. Qurani-kərim buyurur: "Mühacir və ənsardan öndə olan (İslama iman gətirməkdə və yaxşı işlərdə əvvəlinci olan) şəxslərdən və yaxşı işlərdə onların yolu ilə gedən kəslərdən Allah-təala razı olmuşdur. Onlar da Allahdan razı olmuşlar!” (Tövbə, 100)
    55-Əhli-beytin elmi Peyğəmbər (s.ə)-in mirasıdır
    Mütəvatir(Mütəvatir hədis, müxtəlif yollar və rəvayətçilər vasitəsi ilə nəql olunduğuna görə, adətən haqqında yəqin edilən və saxta sayılması ehtimalı verilməyən hədislərə deyilir.)rəvayətlərə əsasən Peyğəmbər (s.ə), Quran və Əhli-beyt (ə)-dan uzaq düşməməyi və onlara itaət etməyi bizə əmr etmişdir. Və İslam Peyğəmbəri (s) hidayət yolunu məhz Quran ilə Əhli-beyt (ə)-in əmrlərinə tabe olmaqda görmüşdür. Peyğəmbər (s.ə)-in Əhli-beyti (ə) məsum insanlar olaraq, onların hər bir sözü, əməli və təqriri(İmamın qarşısında əncam verilən əmələ onun razılıq əlaməti olan sükutu) biz müsəlmanlar üçün möhkəm bir dəlil, etimad və nümunədir. Elə bu səbəbdən də Quran və Peyğəmbər (s.ə)-in sünnəsindən sonra Əhli-beyt (ə)-ın (imamların) buyurduğu, əməli və təqriri fiqhin ən etimadlı mənbələrindən biri hesab edilir.
    Əhli-beyt imamların (ə), ən mötəbər və çoxlu sayda olan rəvayətlərə əsasən; "Biz hər nə söyləyiriksə, atalarımızın vasitəsilə Peyğəmbər (s.ə)-dən söyləyirik!”−deyə buyururlar. Deməli onların rəvayət və hədisləri əslində Peyğəmbər (s.ə)-in buyurduğu kəlamlardır. Və "siqə” (etimadlı və doğru danışan) şəxsin Peyğəmbər (s.ə)-dən rəvayət etdiyi hədislərin bütün İslam alimləri tərəfindən qəbul edildiyini də bilirik.
    İmam Muhəmməd ibn Əli Baqir (ə) Cabir adlı səhabəsinə belə buyurur: "Ey Cabir! Əgər biz öz nəfsimizin istəklərinə uyaraq və öz şəxsi rəyimizə əsasən sizə bir hədis söyləsək, həqiqətdə həlak olmuş (azğın) insanlardan olarıq. Amma sizə söylədiyimiz bütün hədislər Həzrət Peyğəmbər (s.ə)-in seçilmiş kəlamlarıdır! ("Cameu-əhadisiş-şiə”, c. 1, s. 18, hədis 116)
    İmam Cəfər ibn Muhəmməd Sadiq (ə)-ın hədislərinin birində oxuyuruq: "Bir nəfər İmam (ə)-dan sual etdi. Həzrət Sadiq (ə) ona cavab verdi. Sual edən şəxs imamın nəzərini əvəz etmək üçün onunla mübahisəyə görişdi. İmam (ə) buyurdu: "Bu sözləri kənara qoy! Soruşduğun şeyin (sualın) barəsində sənə verdiyim hər bir cavab Peyğəmbər (s.ə)-in buyurduqlarındandır. (Mübahisəyə yer yoxdur!”)” ("Üsuli-kafi”, c. 1, s. 58, h 121)
    Diqqət: Biz müsəlmanların "Kafi”, "Təhzib”, "İstibsar” və "Mən la yəhzəruhul-fəqih” və s. bu kimi etibarlı hədis mənbələrimiz, kitablarımız vardır. Lakin bu kitabların etibarlı mənbə sayılması, onlarda yazılmış bütün hədislərin sorğu-sualsız qəbul edilməsi demək deyildir. Biz rəvayət-hədis kitablarından əlavə "Rical” kitablarına da sahibik. Rical kitablarında, hədisin sənəd silsiləsi boyu mövcud olan ravilərin vəxsiyyəti (Şəxsiyyəti-sadiq şəxs olub-olmadığı) aydınlaşmışdır. Və yalnız o hədis qəbul olunmalıdır ki, onun raviləri "siqə”−etimadlı və doğru danışan şəxslər olsun. Deməli, biz söylənilən mötəbər kitablarda yalnız etimadlı və doğru danışan ravilərə malik olan hədisləri qəbul etməliyik. Bütün bunlardan əlavə hətta söylənilən şərtlərə malik olan bəzi hədislər, onlarda mövcud olan digər çatışmamazlıqlara görə böyük alimlər və fəqihlər tərəfindən (İslam tarixi boyu, əvvəldən-axıradək) qəbul olunmamış və daim kənara qoyulmuşdur. Belə hədisləri, biz, "Murəzin ənha” adlandırırıq. Və bu hədisləri etibarsız sayırıq!
    Elə buradaca aydın olur ki, bizim əqidəmizi öyrənmək niyyətində olan hər şəxs, heç bir axtarış və tədqiq etmədən söylənilən kitablarda yazılmış bəzi hədislərə istinad edirsə, sözsüz ki, uğursuzluğa düçar olacaqdır. Və bizim əqidəmizi olduğu kimi, düzgün şəkildə əldə edə bilməyəcəkdir.
    Başqa bir təbirlə desək, bəzi İslam məzhəblərinin malik olduğu "Sihah” adlı kitablar, mövcuddur. Onlarda yazılmış hədislərin səhihliyi yalnız bu kitabların müəlliflərinin tərəfindən təzmin olunmuşdur. (Bir halda ki, onlarda mövcud olan bir çox hədislər etibarsızdır.−Mütərcim) Amma bizim sahib olduğumuz kitabların müəllifləri tanınmış və etibarlı şəxsiyyətlərdir. Bununla belə biz müəllifin təzmininə kifayətlənməyərək, onlarda mövcud olan hədislərin doğru olub-olmadığını öyrənmək üçün "Rical” kitablarına da müraciət edirik.
    Söylədiyimiz həqiqətlərə diqqət edən bir şəxs, bizim əqidəmizin ətrafında olan bir çox suallara cavab tapmış olur. Bu həqiqətlərə diqqət etmədən hər hansı bir nəticəyə gəlmək isə, bizim əqidəmiz barəsində çoxlu anlaşılmamazlıqlara və səhvlərə gətirib çıxara bilər.
    Bir sözlə desək, Qurani-kərim və Peyğəmbər (s.ə)-in hədislərindən sonra Əhli-beytin və məsum imamların (ə) rəvayətləri bizim üçün çox etibarlı və əsasdır. Bir şərtlə ki, bu hədislərin dəqiqən məsum imamlarımızdan (ə) nəql olunduğu mötəbər ravilərlə sübuta yetsin.
    Category: Bizim dini əqidəmiz | Added by: Islam_Kitabxanasi
    Views: 703 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024