İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Bəşəriyyətin nicat yolu

    Bəşəriyyətin nicat yolu
    2012-01-06, 10:09 PM
    ÖN SÖZ
    Allah-taala bəşəriyyəti haqqa doğru hidayət etmək üçün yüz iyirmi dörd min (124000) Peyğəmbər göndərdi ki, Özü ilə bəndələri arasında vasitə olub, insanlara dünya və axirət səadətinin yolunu göstərsinlər. Onların birincisi Həzrət Adəm (əleyhis-salam), sonuncusu isə, Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-dir.
    İslam dini həm maddi həm də mənəvi ehtiyacları təmin etməyə qadir olması ilə sair dinlərdən üstündür. Bu müqəddəs din bəşəriyyəti təkamülə doğru aparmaqla yanaşı hər iki dünyada səadətə çatdırmaq üçün Tanrı tərəfindən İslam Peyğəmbəri vasitəsilə göndərilmişdir.
    İslamın ulu Peyğəmbəri həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) Qurani-Kərimi özünün və gətirdiyi İslam dininin haqq olduğunu sübut edən bir sənəd olaraq təqdim etdi.
    Qurani-Kərimdə İslam dini haqqında belə oxuyuruq:
    « إِنَّ الدِّينَ عِندَ اللّهِ الإِْسْلاَمُ »
    «Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır.» ("Ali-İmran” surəsi, ayə 19)
    Başqa bir ayədə belə buyurulur:
    «وَمَن يَبْتَغِ غَيْرَ الإِْسْلاَمِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِي اْلاَخِرَةِ مِنَ الْخَاسِرِينَ »
    «Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə ziyankarlardan olar!» ("Ali-İmran” surəsi, ayə 85)
    Müsəlman olan şəxs Allahdan qorxub, başqa maddi mənfəətlərə xatir dinini dəyişməməli, əksinə həqiqi müsəlman təkin yaşayıb, müsəlman kimi də dünyadan getməlidir.
    Qurani-Kərimdə bu haqda belə buyurulur:
    «يَآ أَيُّهَا الَّذِينَ ءَآمَنُواْ اتَّقُواْ اللَّهَ حَقَّ تُقَاتِهِ وَلاَ تَمُوتُنَّ إِلاَّ وَأَنتُم مُّسْلِمُونَ »
    «Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) dünyadan gedin!» (Ali-İmran” surəsi, ayə 102)
    İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-in ən böyük möcüzəsi olan və o həzrətin haqq olmağını göstərən Qurani-Kərimi tanıyıb öyrənmək və eləcə də onun insanı mənəvi təkamülə yetirən mütərəqqi göstərişlərinə əməl etmək hər bir müsəlmana vacibdir.
    Qurani-Kərimdə olan İslamın əsaslarını və əhkamını təfsirsiz əldə etmək mümkün olmadığı üçün Allah-taala Quranın bütün elmlərini İslam Peyğəmbərinə və məsum İmamlara öyrədib, onları Quranın həqiqi təfsirçiləri qərar vermişdir. Şiə alimlərindən əlavə, bir çox sünnü alimləri də Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə bir hədisi nəql edirlər.
    «عَنْ أَبِى سَعِيدِ الْخُدْرِى عَنِ النَّبِىِّ (صَلّى اللهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ)
    قالَ:إِنِّى اُوْشَكُ اَنْ اُدْعىَ فَاُجِيبَ وَإِنِّى تارِكٌ فِيكُمْ الثَّقَلَينِ كِتَابَ اللهِ عَزَّ وَجَلَّ وَعِتْرَتِى كِتَابُ اللهِ حَبْلٌ مَمْدُودٌ مِنْ السَّماءِ اِلَى الْاَرْضِ وَعِتْرَتِى اَهْلُ بَيْتِى وَإِنَّ اللَّطِيفَ الْخَبِيرَ اَخْبَرَنِى اَنَّهُما لَنْ يَفْتَرِقا حَتّى يَرِدا عَلَىَّ الْحَوْضَ وَانْظُرُونِى بِمَ تُخَلِّفُونِى فِيهِما»
    «Yaxın zamanlarda mən Allah-taala tərəfinə çağrılacaq və onun dəvətini icabət (qəbul) edəcəyəm. Mən özümdən sonra sizin aranızda iki ağır (qiymətli) əmanət qoyub gedirəm. Onlardan biri Allah- taalanın müqəddəs kitabı olan Quran, digəri isə mənim itrətimdir. Quran göydən yerə çəkilmiş bir ipdir. İtrətim isə mənim Әhli-beytimdir. Həqiqətən mərhəmətli və xəbərdar olan Allah-taala mənə xəbər vermişdir ki, o ikisi (Quran və Әhli-beyt) birlikdə Kovsər-hovuzunun(Cənnətdə olan bir hovuzun adıdır) kənarında mənə qovuşana qədər heç vaxt biri-birindən ayrılmayacaqlar. Məndən sonra görüm sizə tapşırdığım (Quran və Әhli-beyt) barəsində olan vəsiyyətimə necə əməl edəcəksiniz.» ("Müsnədi Әhməd ibni Hənbəl” kitabı, 3-cü cild, səh: 17 və digər kitablar.)
    Azərbaycanın müsəlman və şiə xalqı bunu unutmamalıdır ki, onun İslama bağlılığı heç də bu son illər ərzində yaranmamışdır. Әksinə onun keçmişi həmişə İslam və Әhli-beyt (əleyhimus-salam)-a olan məhəbbətlə birgə olmuşdur. Bizim tarix boyu yüzlərlə dini alimimiz, öz növbəsində Әhli-beyt (əleyhimus-salam)-ın fəzilətlərini və onların İslam yolunda çəkdikləri əziyyətlərini xalqa çatdırmışlar. Biz Azərbaycan xalqı həmişə Әli (əleyhis-salam) və onun pak övladlarının şad günlərini şad, qəm günlərini isə qəm günləri bilmişik. Biz bunu bilməliyik ki, haqq olan yol yalnız və yalnız Әhli-beyt (əleyhimus-salam)-ın yoludur və bizim əməllərimizin düzgün və qəbul olunması onları qəbul etməyə bağlıdır.
    Әsrlər boyu İslam düşmənləri tərəfindən göstərilən təzyiq və təsirlər İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-in və onun müqəddəs Әhli-beyt (əleyhimus-salam)-ının məhəbbətini, qəlblərdən silə bilməmişdir. Eləcə də yaşadığımız əsrdə müxtəlif şeytani qüvvələrin zəhərli təbliğatları ürəklərdə olan Әhli-beyt (əleyhimus-salam)-ın bu müqəddəs nurunu söndürə bilməyəcəkdir. Biz də gərək Әhli-beyt (əleyhimus-salam)-ın ürəklərdə olan müqəddəs məhəbbətini övladlarımıza və gələcək nəsilmizə çatdıraq. Sünnü alimlərindən çoxu, birinci İmamımız Həzrət Әli (əleyhis-salam) haqqında Peyğəmbəri-Әkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə nəql etmişlər:
    «قالَ رَسُولُ اللهِ (صَلّى اللهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ):حَقُّ عَلِىٍّ عَلَى الْمُسْلِمِينَ حَقُّ الْوالِدِ عَلىَ وَلَدِهِ»
    «Әlinin müsəlmanların boynunda olan haqqı atanın övladı boynundakı haqqı kimidir.»("Yənabiul-məvəddət” 1-ci cild, 41-ci bab, 1-ci hədis, səh 369 və başqa kitablar)
    Başqa bir hədisdə əhli-sünnət alimlərindən olan Әbu-Nuəym özünün "Hilyətul-övliya” kitabının 4-cü cildinin 306-cı səhifəsində nəql edir ki, Allahın Rəsulu, Әhli-beyt (əleyhimus-salam)-ı Nuh (əleyhis-salam)-ın nicat gəmisinə bənzədərək belə buyurmuşdur:
    «عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ عَنْ اِبْنِ عَبّاسٍ قالَ، قالَ رَسُولُ اللهِ (صّلى اللهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ):
    مَثَلُ اَهْلِ بَيْتِى مَثَلُ سَفِينَةِ نُوحٍ مَنْ رَكِبَها نَجى وَمَنْ تَخَلَّفَ عَنْها غَرِقَ»
    «Mənim Әhli-beytimin məsəli Nuhun (nicat) gəmisinin məsəli kimidir: Hər kəs o gəmiyə minsə, nicat tapar və hər kəs də o gəmidən üz döndərsə qərq olar.»
    Bütün müsəlmanlar bilməlidir ki, dünya həyatı əbədi deyildir. Әbədi olan yalnız axirət həyatıdır. Allah-taala müqəddəs kitab olan Quran-Kərimdə belə buyurur:
    «بَلْ تُؤْثِرُونَ الْحَيَواةَ الدُّنْيَا * وَالْأَخِرَةُ خَيْرٌ وَأَبْقَى »
    «Lakin siz (ey insanlar!) Dünyanı üstün tutursunuz! Halbuki axirət daha xeyirli və əbədidir.» (əl-Әla” surəsi, ayə 16-17.)
    Axirət həyatında əbədi səadətə çatmaq üçün Allahın vacib buyurduğu əməllləri yerinə yetirib, haram etdiyi əməllərdən çəkinmək və xüsusilə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə və onun pak olan Әhli-beyt (əleyhimus-salamın)-a məhəbbət bəsləmək lazımdır.
    Bildiyiniz kimi müsəlman olmağın ilkin şərti, "Kəlmeyi şəhadət”-i deməkdir.
    "Kəlmeyi şəhadət” bundan ibarətdir:
    "Әşhədu əlla ilahə illəllah”
    Şəhadət verirəm ki, Allahdan başqa heç bir məbud yoxdur.
    "Әşhədu ənnə Muhəmmədən rəsulullah”
    Şəhadət verirəm ki, Həzrəti Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) Allahın rəsulu və elçisidir.
    "Әşhədu ənnə Әmirəl-Mumininə Әliyyən vəliyyullah”
    Şəhadət verirəm ki, möminlərin ağası olan Әli (əleyhis-salam) Allahın vəlisidir.
    Әlinizdəki kitab İslam dininin əsas və zəruri məsələlərini bəyan etmək üçün yazılmışdır. Bu kitabın birinci fəslində "Üsuli-din”, ikinci fəslində "Fürui-din”,üçüncü fəslində "Böyük günahlarla tanışlıq”, dördüncü fəslində "İslamda ehsan etməyin fəziləti”, beşinci fəslində "Quranla tanışlıq”, altıncı fəslində isə "Namaz və ona bağlı olan məsələlər” haqqında, söhbət olunacaq, inşallah! Biz bu söhbətlərə başlamazdan əvvəl əsas bir məsələni açıqlamağı məsləhət bilirik.
    Müsəlmanın yerinə yetirəcəyi hər bir işin müqəddəs İslam dinində özünə məxsus hökmü vardır. Bu hökmlər beş qismə bölünür:
    Birinci: "Vacib” - Görülməsi lazım olan, tərk olunması isə, Qiyamətdə ilahi əzaba səbəb olan əməldir. Məsələn: Namaz, oruc və s...
    İkinci: "Müstəhəb” - Görülməsi yaxşı və savablı olan, tərk edilməsi isə Qiyamət əzabına səbəb olmayan əməldir. Məsələn: Salam vermək, sədəqə vermək və s...
    Üçüncü: "Haram” - Tərk edilməsi vacib, görülməsi isə Qiyamət əzabına səbəb olan əməldir. Məsələn: Yalan danışmaq, zülm etmək və s...
    Dördüncü: "Məkruh” - Tərk edilməsi yaxşı və savablı, görülməsi isə Qiyamət əzabına səbəb olmayan əməldir. Məsələn: Məsciddə yatmaq, məsciddə dünya söhbəti etmək və s...
    Beşinci: "Mübah” - Görülməsi və tərk edilməsi eyni səviyyədə olan əməldir. Bu kimi işlərin özü-özlüyündə savabı yoxdur və Qiyamətdə də əzaba səbəb olmaz. Məsələn: Su içmək, yol getmək və s. Amma mübah işi də Allahın razılığı üçün olsun deyə, niyyət edib savab qazanmaq olar. Məsələn, «bu suyu içirəm ki, ibadət etməyə qüdrətli olum» deyə su içərsə bu savab sayılacaq.
    Category: Bəşəriyyətin nicat yolu | Added by: Islam_Kitabxanasi
    Views: 640 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024