İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Dinlərlə tanışlıq

    Kitabın adı: Dinlərlə tanışlıq
    2011-08-30, 8:00 AM
    QIRX BİRİNCİ DƏRS
    TÖVRAT
    Tövrat, yaxud Əhdi-ətiq yəhudi qövmünün tarixini, məzhəbi nəğmələrini və hökmlərini əhatə edən nəzm və nəsr məcmuəsindən ibarətdir. Əhdi-ətiq bir neçə bölmədən ibarətdir ki, həzrət Musaya vəhy şəkilində nazil olan Tövrat yalnız onun bir qismini təşkil edir. Buna görə də Tövratın Əhdi-ətiqin hamısına aid edilməsi qələbə yönündən və Tövratın sair Bəni-İsrail peyğəmbərlərinə nazil olan səhifə və kitablarla müqayisədə daha artıq əhəmiyyət kəsb etməsidir.
    Yəhudilərin və məsihilərin nəzərində Əhdi-ətiq müqəddəs kitab sayılır, amma onun kitablarının sayı barəsində ixtilaf mövcuddur. Bə’zi yəhudi alimləri Əhdə müəyyən hissələri əlavə etmişlər, halbuki başqaları həmin hissələri qəbul etmirlər; katolik məsihilərinin nəzərində mö’təbər sayılan nüsxələr protestantların nüsxələrindən 7 kitab artıqdır.
    Əhdi-ətiq kitabı ibri dilində, az bir qismi isə fəldani dilində yazılmışdır ki, hər ikisi də ərəb dili kimi sami dillər qrupundandır. Əhdi-ətiqin bir hissəsi yunan dilində mövcuddur ki, ibri nüsxəsindən tərcümə edilmişdir. Bu tərcümə Misir padşahı Filadelsofun dövründə (Miladdan 258 il qabaq) 72 nəfərin vasitəsilə tərcümə edilmiş və onun ibri nüsxəsi ilə müəyyən fərqləri də vardır. Katoliklərin qəbul etdiyi 7 kitab da bu tərcümədə movcuddur. Onlar aşağıdakılardır:
    Tubiya, Yəhudiyyət, Hikmət, Yəsu ibni Yəsrax, Bardək və birinci, ikinci məkatiban. Yəhudilərin nəzərində ibri nüsxəsi daha mö’təbər sayılır.
    İbri nüsxəsinə əsasən, Əhdi-ətiq 39 kitab və səhifədən ibarətdir. Onun əvvəldəki 5 kitabı Tövratın əsfarları adı ilə tanınır və yəhudilərin e’tiqadına görə, eynilə vəhy kəlamıdır və Sina dağında Musaya nazil olmuşdur. İbri kəlməsi olan «Tövrat» şəriət, yaxud dini tə’limlər mə’nasındadır.
    Tövratın beşlik təşkil edən sifrlərindən hər biri xüsusi bir məsələni əhatə edir:
    1. Sifri peydayiş: Bu kitabda dünyanın və insanın xilqəti, Adəm ilə Həvvanın başına gələn əhvalatlar, onların düçar olduqları xətalar və nəticədə behiştdən xaric olmaları ilə əlaqədar məsələlərə toxunulub. Adəmin övladlarının başına gələn hadisələr, Nuh tufanı, həzrət İbrahimin və onun nəslindən olan sair peyğəmbərlərin yə’ni, həzrət İshaqın, Yə’qub övladlarının, xüsusilə həzrət Yusifin əhvalatları nəql olunur. Bu sifr həzrət Yusifin vəfatını bəyan etməklə sona çatır.
    2. Sifri xuruc: Bu kitabda Bəni-İsrail qövmünün həzrət Yusifdən sonrakı tarixi, bu qövmün həzrət Musanın zühuruna qədər başına gələn hadisələr, onların arasından Bəni-İsrailin Misirdən çıxaraq çöllərdə avara-sərgərdan qalmaları, məşhur 10 fərmanın mətni və Yəhuvə ilə əlaqədar çoxlu e’tiqadi məsələlər nəql olunmuşdur.
    3. Cifri e’dad: Bu kitabda Bəni-İsrail qövmünün 12-lik təşkil edən əsbat bölgüsü üzrə sayı, bu qövmün mənzillərinin, ictimai tərbiyə və tənzimlərinin tərtibə salınması bəyan edilib. Bu sifrdə, eləcə də Bəni-İsrail qövmünün daxilində baş verən bə’zi qiyamlar, Musanın dövründə baş verən hdisələr bəyan edilmişdir.
    5. Təsniyə sifri: Bu kitabda əvvəlki dörd kitaba nisbətən geniş şəkildə şərh olunan mühüm əqidəvi və tarixi bəhslər və şəriət hökmləri ixtisarla təkrar olunmuş, nübüvvət və Yuşe ibni Nunun canişinlik məsələsi ilə əlaqədar olunan bəhslər (həzrət Musanın yerinə) işıqlanlırılır.
    Tövratın beşlik təşkil edən əsfarından sonra Bəni-İsrail peyğəmbərlərinin sair kitabları və səhifələri Əhdi-ətiqin sonrakı bölmələrini təşkil edir və onun 12 bölməsi Bəni-İsrail qövmünün tarixinə həsr edilmişdir:
    1. Yuşe ibni Nunun səhifəsi; Bu, həzrət Musa (ə)-ın canişini olan Yuşe ibni Nunun tarixinə şamildir.
    2. Hakimlər kitabı; Burada padşahlar tə’yin olunmazdan qabaq Bəni-İsrail qazilərinin öhdəsinə aldıqları işlər və tarixlər qeyd olunub.
    3. Rut kitabı; Bu, Rut adlı qadının tərcümeyi-halını bəyan edir ki, o, Əvbiyənin anası idi. Əvbiyə də Yəsanın, o da Davudun atası idi.
    4. Səmuil peyğəmbərin birinci kitabı; Bu Bəni-İsrail peyğəmbərlərindən olan Səmuil peyğəmbərin tarixi və Şaulun (Talut) padşahlığa seçilməsini bəyan edir.
    5. Səmuil peyğəmbərin ikinci kitabı; Bu da həzrət Davud (ə)-ın hakimiyyətini bəyan edir.
    6. Padşahların birinci kitabı; Bu, həzrət Davud (ə)-ın, həzrət Süleyman (ə)-ın və onların canişinlərinin hakimiyyət dövrünü bəyan edir.
    7. Padşahların ikinci kitabı; Bu da Bəni-İsrail padşahlarının Buxtunnəsərin hücumundan və onun Babildən qovulmasına qədərki tarixini bəyan edir.
    8. Təvarixi-əyyamin birinci kitabı; Bu, Bəni-İsrailin nəsəbnaməsini və bu qövmün tarixini həzrət Davud (ə)-ın vəfatına qədərki təkrarını bəyan edir.
    9. Təvarixi-əyyamin ikinci kitabı; Bu, həzrət Süleymanın və ondan sonrakı padşahların Babildən qovulduqları vaxta qədərki tarixini bəyan edir.
    10. Əzra’ kitabı; Bu, Yerusəlimin (Beytül-müqəddəsin) yenidən abadlaşdırılması, Yəhuyanın azad edilməsi və onun Üzeyrlə birlikdə Yerusəlimə qayıtmasını bəyan edir.
    11. Nəhmya kitabı; Yəhudilərin Yerusəlimə qayıdaraq bu şəhəri yenidən abadlaşdırması Nəhmyanın dilindən bəyan edilir.
    12. İstər kitabı. Burada yəhudilərin məhv olma təhülkəsinin aradan qaldırılması, İran padşahı Xəşayarın yəhudi arvadı olan İstərin vasitəçiliyi bəyan olunur.
    Sonrakı beş kitab hikmətli sözlər, münacat və şe’rdən ibarətdir:
    1. Əyyub (ə)-ın kitabı; Burada Əyyub peyğəmbərin düçar olduğu imtahanlar və çətinliklər, bu çətinliklər qarşısında onun davranışı bəyan olunub.
    2. Davud (ə)-ın Zəburu (Məzamir); Bu, həzrət Davud (ə)-ın münacatlar məcmuəsidir.
    3. Əmsali Süleyman kitabı; Bu da Süleyman peyğəmbərin hikmətli kəlamlarından ibarətdir.
    4. Camieyi Süleyman kitabı; Bu, həzrət Süleyman peyğəmbərin təxəllüsü olan Camiyə ibni Davudun adıdır və bu kitab varlığa və həyata bədbinliklə yanaşır.
    5. Süleymanın qəzəlləri kitabı. Bu da Süleyman peyğəmbərin dilindən söylənən aşiqanə qəzəllər və şe’rlərdən ibarətdir.
    Nəhayət sonrakı 17 kitab peyğəmbərlərin Bəni-İsrail qövmü barəsində qabaqcadan verdikləri xəbərlər və bu qövmün başına gələcək çətinliklərlə əlaqədar varid olan xəbərdarlıqlardan ibarətdir.
    Bu 17 kitab aşağıdakılardır:
    Əşqiya peyğəmbərin səhifəsi, İrmiya peyğəmbərin səhifəsi, İrmiya peyğəmbərlərin mərsiyələr kitabı, Həzqiya peyğəmbərin səhifəsi, Daniyal peyğəmbərin səhifəsi, Ruşəh peyğəmbərin səhifəsi, Yuil peyğəmbərin səhifəsi, Amil peyğəmbərin səhifəsi, Üvəbədya peyğəmbərin səhifəsi, Yunis peyğəmbərin səhifəsi, Mikap peyğəmbərin səhifəsi, Nahun peyğəmbərin səhifəsi, Həbquq peyğəmbərin səhifəsi, Səfniya peyğəmbərin səhifəsi, Həcci peyğəmbərin səhifəsi, Zəkəriyyə peyğəmbərin səhifəsi, Məlaki peyğəmbərin səhifəsi.
    Qeyd olunanlar Əhdi-ətiqin ümumi şəkildə təqdim olunması idi ki, yəhudilərin Tövrat və sair müqəddəs kitablarını ehtiva edir. Amma cavab verilməli ən mühüm sual bundan ibarətdir ki, bu müqəddəs kitabın həqiqi e’tibarı nə dərəcədədir? Görəsən onda olan mətləblər doğrudanmı Allah kəlamıdır və Bəni-İsrail qövmünün alimləri tərəfindən təhrif edilməyibdir? Onların şəxsi mənafeləri, xəyal və təsəvvürləri ilə, həmçinin Bəni-İsrail qövmünün nəfsani istəkləri ilə qarışmayıbdır (onlar həmişə maddi bir Allaha malik olmaqlarını arzu edirdilər) və nəhayət görsən bu kitab həqiqət yolundan çıxmayıbdırmı?
    Əgər Qu’ranı əsas me’yar götürsək, şübhəsiz, ikinci ehtimal doğrudur. Çünki Qur’ani-Kərimdə kitabın təhrif edilməsi yəhudi qövmünə aid edilir.(Maidə-13 və 14, Nisa-46.) Başqa bir yerdə isə Qur’an aşkar şəkildə onların Allahın kitabını öz tərəflərindən yazaraq Allaha aid etdikləri bəyan olunur.(Bəqərə-79.)
    Yəhudilər Tövratı (müqəddəs kitabın hamısını) ilahi vəhy hesab edirlər. Amma həqiqət bundan ibarətdir ki, tarixi sənədlər əsasında Tövratın şəhadət sandığında, yaxud Əhd tabutunda saxlanan əsil nüsxəsi Buxtunnəsərin ikinci hücumunda aradan getmiş və o ikinci dəfə olaraq, Miladdan 457 il qabaq yazılmışdır. Aydındır ki, bu qədər zaman fasiləsi ilə həmin kitabın düzgünlüyünə xatircəmlik tapmaq olmaz. Bundan əlavə, Təsniyə sifrində həzrət Musanın vəfatı nəql olunduğuna görə şübhəsiz ki, bu kitab həzrət Musanın öz kəlamı ola bilməz; məlumdur ki, başqaları tərəfindən yazılmışdır. Bundan daha mühüm məsələ budur ki, bu kitabda mövcud olan çoxlu mətləblər Allaha heç vaxt aid edilə bilməz və onları vəhy hesab etmək olmaz; ilahi peyğəmbərlər heç vaxt bu kimi sözlər deyə bilməzlər. Məsələn, Həzrət Nuhun həddindən artıq məst olmaq əhvalatı; belə ki, məstlik nəticəsində öz övrətini açmış və bu işi özü də hiss etməmişdir(Sifri-peydayiş, 9-cu bab, 19-25-ci ayələr.) Eləcə də həzrət Nuhun kəskin sərxoşluğu, öz iki qızı ilə yaxınlıq etməsi və öz atalarından hamilə olmaları(Sifri-peydayiş, 19-cu bab, 31-32-ci ayələr.) Harun tərəfindən danaya pərəstiş və camaatın da bu pərəstişə də’vət edilməsi(Sifri-xuruc, 32-ci bab.)
    Həzrət Süleyman və Davuda şirk və azğınlıq nisbəti vermək,(Padşahların birinci kitabı 11-ci bab.) Yə’qubun Allahla güləşərək onu məğlub etməsi.(Sifri peydayiş, 32-ci bab, 25-32-ci ayələr.)
    SUAL VƏ TAPŞIRIQLAR
    1. Əhdi-ətiq neçə bölmədən ibarətdir?
    2. Cifri peydayiş və Sifri xuruc hansı bəhslərlə əlaqədardır?
    3. Əhd tabutu nədir və o hansı talehə malik olub?
    Tövratın təhrif olunmasını göstərən nümunələrdən bir neçəsini bəyan edin.
    Category: Dinlərlə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 842 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024