İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 8
Qonaqlar 8
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Dinlərlə tanışlıq

    Kitabın adı: Dinlərlə tanışlıq
    2011-08-30, 7:39 AM
    QIRX YEDDİNCİ DƏRS
    HƏZRƏT İSA (Ə) VƏ MƏRYƏM
    Bu dərs Qur’ani-Kərimin və İncilin həzrət İsa (ə) və onun anası həzrət Məryəm (ə) haqda buyurduqlarına, eləcə də o iki böyük şəxsiyyətin təvəllüd və be’sətinə həsr edilmişdir.
    QUR’AN NÖQTEYİ-NƏZƏRİNDƏN HƏZRƏT MƏRYƏM (Ə)
    Qur’ani-kərim Məryəmin anası və İmranın həyat yoldaşının nəzr əhvalatını belə bəyan edir: İmranın həyat yoldaşı Məryəmə hamilə olduğu zaman nəzr etmişdi ki, oğul dünyaya gətirərsə onu Allah dininə xidmətçi vəqf etsin».
    «(Ya Məhəmməd!) İmranın zövcəsinin (Hənnənin): «Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidən və bilənsən!» - dediyini xatırla.»(Ali-İmran-35.)
    Amma övladını dünyaya gətirəndən sonra onun qız olduğunu gördü, kədərləndi; həsrətlə öz nəzrinin yerinə yetirilməsində nakam qaldığını güman edib Allahla belə razi-niyaz etdi:
    «Onu (bətnindəkini) doğduğu zaman: «Ey Rəbbim! Mən qız doğdum», - söylədi. Halbuki Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. Hənnə: «Mən onun adını Məryəm qoydum, Məryəmi və onun nəslini məl’un (daşqalaq olunmuş) Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram» - dedi.» (Ali-İmran-36.)
    Beləliklə, aydın olur ki, Allah-taala Məryəmi ilk əvvəldən Öz diqqətində saxlamış və seçilmiş bir qadın kimi Öz mərhəmətinə layiq görmüşdü. Çünki, qeyd olunan ayələrin davamında Məryəm üçün gözəl tə’lim-tərbiyə və inkişaf nəzərdə tutulmuşdur.
    «Belə olduqda, Rəbbi Məryəmi yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə Məryəmi ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyya): «Ya Məryəm, bunlar sənin üçün haradandır?» - dedikdə, o,: «Allah tərəfindəndir!» - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!» (Ali-İmran-37.)
    Qur’ani-kərim nöqteyi-nəzərindən həzrət Məryəm xüsusi nəzarət altında və ilahi mərhəmət sayəsində inkişaf edib, Allah tərəfindən onun üçün göndərilən behişt ne’mətlərindən bəhrələnmiş, öz Rəbbinə ibadət etməklə ruhi-mə’nəvi yüksəlişə çatmış və pakizə olmuşdur. O, Allahın seçilmiş bəndəsi olsun deyə, Zəkəriyya kimi ilahi peyğəmbərin nəzarəti altında böyümüşdü. Çünki o, gələcəkdə həm özü Allah nişanələrindən biri olacaq, həm də ən böyük ilahi şəxsiyyətlərdən birini, yə’ni, həzrət İsanı dünyaya gətirəcəkdi. Məhz buna görə də Allah-taala Qur’ani-kərimdə həzrət Məryəm barəsində belə buyurur:
    «(Ya Məhəmməd!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: «Ya Məryəm, həqiqətən Allah səni seçmiş, (eyblərdən) təmizləmiş, (cəmi) aləmlərin qadınlarından üstün tutmuşdur.» (Ali-İmran-42.)
    Başqa bir yerdə buyurulur:
    «Məryəm oğulu (İsanı) və (bakirə) anasını (qüdrətimizdən yaranmış) bir mö’cüzə etik».(Mu’minun-50.)
    QUR’AN NÖQTEYİ-NƏZƏRİNDƏN HƏZRƏT İSA (Ə)
    Qur’ani-Kərimdə həzrət Məryəmin, ilahi ruhun üfürülməsi nəticəsində İsaya hamilə olması və İsanın təvəllüdünün necəliyi barədə bir neçə ayə nazil olmuşdur. O cümlədən, "Məryəm” surəsində buyurulur ki, Məryəm öz qohum-əqrəbasından ayrılıb şəhərdən çıxaraq şərq istiqamətində bir nöqtəyə getdiyi zaman Ruhul-qudus bəşər sifətində onun yanında zahir oldu. Pak bir qadın olan Məryəm əvvəlcə ondan qorxub Allaha pənah apardı. Ruhul-qudus dedi ki, mən Allahın göndərdiyi şəxsəm; gəlmişəm ki, sənə pak bir övlad əta edəm. Məryəm soruşdu ki, heç bir kişi ilə təmasda olmadığım və özüm də iffətli bir qadın olduğum halda, oğlan uşağına sahib olmağım necə mümkündür? Cavab verildi ki, bu iş hökmən olacaq və Allah üçün bu iş çox asandır. Biz istəyirik ki, onu camaat üçün ilahi bir nişanə və öz tərəfimizdən rəhmət qərar verək. Nəhayət həzrət Məryəm İsaya hamilə oldu; təvəllüdü yaxınlaşdığı zaman ailəsindən uzaqlaşıb bir ağacın altına getdi və övladını dünyaya gətirdi. İsa (ə) doğulduğu anlarda doğuşun ağrısından qıvrılan anasına toxtaqlıq verib deyir ki, Allahın sənin ayaqların altında bir çeşmə qaynatmışdır; quru xurma ağacını tərpət ki, sənin üçün təzə tər xurma tökülsün. Xurmadan ye və bulağın suyundan iç və öz gözünü (övladına görə) aydın et.(Məryəm surəsi, 16-26-cı ayələr.)
    Allah-taala Qur’ani-kərimdə İsanı Allahın bəndəsi hesab edir. Onu ilahi ayə və nişanə hesab edərək(Ənbiya-91, Mö’minin-50.) bildirir ki, İsa dünyada və axirətdə böyük məqam sahibidir; ilahi dərgaha yaxın olanlardandır.(Ali-İmran-45.) Allah-taala onu Bəni-İsrailin sui-qəsdindən və hiylə və məkrindən amanda saxlamışdır.(Maidə-110)
    Həzrət İsa (ə) uşaqlıq çağlarının əvvəlindən peyğəmbərliyə seçilir. Həzrət Məryəm övladını götürüb şəhərə gətirmək istədiyi zaman Allah tərəfindən ona əmr olunur ki, sükut etmək orucu tutsun və camaatla danışmasın. Ondan bir şey soruşulduqda həzrət İsanı göstərsin; cavab verməyi körpənin öhdəsinə qoysun. O, öz qövmünün yanına qayıtdığı zaman ondan, tə’nə vuraraq, atasız övladın necə dünyaya gəlməsini soruşduqda, İsanı göstərir və işarə ilə ondan cavab almalarını başa salır. Camaat deyir:
    «...Beşikdə olan uşaqla necə danışaq?» (Məryəm-29.)
    Bu zaman həzrət İsa (ə) özü cavab verir:
    «...Mən, həqiqətən Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi».(Məryəm-30)
    Bütün ilahi peyğəmbərlər həmişə mö’cüzə və nişanələrlə peyğəmbərliyə seçildiyindən, Allah-taala İsa peyğəmbər barəsində buyurmuşdur ki, onun özünü və anasını ayət və nişanə qərar verdik. Ananın ailə qurmadan övlad sahibi olması, körpə yaşlarında övladın camaatla danışması ilahi mö’cüzələrdəndir. Bundan əlavə, Qur’ani-Kərimdə o həzrət üçün çoxlu mö’cüzələr də bəyan olunmuşdur:
    «Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutlanları sağaldır və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm.» (Ali-İmran-49.)
    İNCİL NÖQTEYİ-NƏZƏRİNDƏN HƏZRƏT İSA (Ə)
    Dördlük təşkil edən İncillərdə həzrət Məryəmin şəxsiyyəti barəsində çox da geniş məlumat yoxdur; yalnız qeyd olunur ki, o, təqvalı və pak-pakizə olmuşdur. Amma onun həzrət İsaya hamilə olması və İsanın təvəllüdü barədə nisbətən geniş mətləblər verilmişdir. Mətta İncilində İsa barəsində belə oxuyuruq:
    «İsa Məsihin təvəllüdü belə oldu: Yusifin əqdinə gətirilən Məryəm ər evinə getməkzən qabaq Ruhul-qudusun vasitəsi ilə hamilə oldu. Yaxşı əməl sahibi olan və Məryəmin camaat qarşısında rüsvay olmamasını istəyən Yusif gizli şəkildə qərara aldı ki, ondan ayrılsın. Yusif hələ bu fikirdə olduğu zaman Allahın mələyi yuxuda ona zahir olub dedi: Ey Davudun oğlu Yusif! Məryəmi öz evinə aparmaqdan qorxma, çünki onun bətnində olan Ruhul-qudusdandır. O, bir oğlan dünyaya gətirəcək və sən onu İsa adlandıracaqsan; çünki o, öz qövmünü günahlardan xilas edəcəkdir».
    Bu işlər baş verdi, nəhayət Allah-taala peyğəmbərin vasitəsi ilə e’lan etdi:
    «Bakirə bir qız hamilə olub dünyaya bir oğlan uşağı gətirəcəkdir ki, Əmanuyil [yə’ni, Allah bizimlə] adlandırılacaqdır».
    Yusif yuxudan ayıldı və mələyin göstərişinə əməl edərək Məryəmi öz evinə gətirdi. Amma Məryəm öz oğlunu dünyaya gətirən zamana qədər onunla yaxınlıq etmədi və oğlanın adını İsa qoydu(Mətta İncili, birinci fəsil, 18-25-ci ayələr.) Muka İncilinin birinci və ikinci bablarında da həzrət İsa (ə)-ın təvəllüdü bəyan edilir. İsa (ə) İncilin rəvayətlərinə əsasən, 30 yaşında İordaniya çayında Yəhyanın əli ilə tə’mid qüslu etdi və sudan çıxandan sonra peyğəmbərliyə seçildi. Markos İncilində belə oxuyuruq: «Bu zaman İsa Cəlil nasirəsindən gəldi və İordaniya çayında Yəhyadan tə’mid aldı. İsa sudan çıxan zaman gördü ki, asiman yarılıb və Ruhul-qudus göyərçin surətində ona tərəf nazil oldu və asimandan bir avaz eşitdi ki: Sən mənim əziz oğlumsan, səndən razıyam. Dərhal Allahın ruhu onu çöllərə apardı. Qırx gün çöllərdə qaldı, şeytan onu vəsvəsə edirdi. İsa vəhşi heyvanların arasında idi və mələklər ona xidmət edirdi».(Markos birinci bab, 9-13-cü ayələr.) İsa (ə) qırx günlük müddətdən sonra Kəfər Nahuma gedir və camaata tə’lim və moizəni başlayır. Dördlük təşkil edən İncillərin başqa yerində İsanın mö’cüzələrinə ümumi halda çoxlu diqqət yetirilmişdir.
    Gələcək dərslərdə İsanın tə’limləri və məsihilik əqidəsini araşdıracağıq.
    SUAL VƏ TAPŞIRIQLAR
    1. Həzrət Məryəm hansı şəkildə ilahi nişanə kimi tanınır?
    2. Qur’ani-Kərim həzrət Məryəmi necə təqdim edir?
    3. Qur’an və İncil nöqteyi-nəzərindən həzrət İsa (ə)-ın təvəllüdünün necəliyini bəyan edin.
    4. İncil nöqteyi-nəzərindən İsa (ə) peyğəmbərliyə necə seçilib?
    Qur’an ayələrindən istifadə edərək həzrət Məryəmin təvəllüd gününü bəyan edin.
    Həzrət İsa (ə)-ın mö’cüzələrini sadalayın.
    Category: Dinlərlə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 886 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024