İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Dinlərlə tanışlıq

    Kitabın adı: Dinlərlə tanışlıq
    2011-08-29, 9:37 PM
    ƏLLİNCİ DƏRS
    MƏSİHİLİYİN ƏQİDƏLƏRİ (2)
    Keçən dərsdə Məsihiliyin Allahşünaslıqla əlaqədar əqidəvi bəhsinin birinci mehvəri araşdırıldı. Bu dərsdə isə yerdə qalan iki mehvəri aydınlaşdıracağıq.
    İKİNCİ MEHVƏR
    HƏZRƏT MƏSİHİN İNSAN SURƏTİNDƏ NAZİL OLMASI
    Məsihilər inanırlar ki, Məsihin əzəli və ilahi həqiqəti insanlara nicat verib, onları hidayət etmək üçün insan surətində cism formasına düşmüşdür; İsanın özü də həmin cismləşmiş həqiqətdir. İlahi yönə malik olan bu təcəssümün necəliyi barədə qədim zamanlardan məsihi alimləri arasında ixtilaf mövcuddur. Bə’ziləri İsa Məsihin insani və ilahi olan iki zatının vəhdətinə tə’kid edir, digər bir qurup isə bu ikisinin arasında ikilik xarakterinin olduğuna inanırdılar. Nəhayət 451-ci Miladi ilində məsihi alimlərindən təşkil olunmuş «Çal si dun» şurası çalsidun e’tiqadnaməsi ünvanı ilə verdiyi bəyanatda özünün ümumi nəzərlərini məsihi tə’limlərindən biri kimi təqdim etdi. Bu bəyanatın əsasında bir vahid şəxsdə yə’ni, İsa (ə)-da iki təbiət və yaxud zat yə’ni, bəşər və ilahi təbiət cəm olmuşdur. Eyni halda bu iki zatdan hər biri özünəməxsus sifət və xüsusiyyətlərini qoruyub saxlayır. Başqa sözlə desək, bir nəfər olan İsa Məsihin iki zatı yə’ni, həm insani, həm də ilahi zatı vardır. Və bu iki zati gerçəklik bir-biri ilə eynidir. Biri ata Allahın zatı gerçəkliyi, digər biri isə hər bir fərdin zatı gerçəkliyidir. "Çal si dun” e’tiqadnaməsində belə oxuyuruq: «Müqəddəs ataya tabe olaraq, biz bütün insanlarla bu tə’limdə müttəhid olmuşuq ki, bir vücuda - yalnız oğula – bizim Allahımız olan İsa Məsihə iqrar edək.
    Bu vahid vücud həm ilahi olmaq baxımından, həm də insani yöndən kamil bir varlıqdır. Bu vahid vücud həqiqətdə həm Allahdır və həm də bəşər. Bir yöndən mücərrəd ruh, digər bir yöndən isə cismdən ibarət olan insandır. Buna əsasən o, ilahi yönə malik olan vaxta qədər həmin ata – Allah zatı olan həqiqətə malik olur; insani yöndən də bizim kimi insanlara oxşar bir quruluşa malikdir. Hər bir cəhətdən bizə oxşardır, yalnız mə’sum olmamaq və günah ehtimalında oxşarlığımız yoxdur.
    O, zamanın meydana gəlməsindən qabaq özünün ilahi yönü cəhətindən ata vasitəsi ilə icad olunmuşdur. İndi də insanlara görə və bizim nicat tapıb qurtuluşa çıxmağımız üçün bakirə və müqəddəs Məryəmdən dünyaya gəlmişdir ki, bu baxımdan özünün insani yönündən ilahi xüsusiyyət daşıyır.
    Biz din alimləri şurası həmçini tə’lim veririk ki, bəşəri idrak üslubumuz bu yeganə Məsihdən (oğul, ata Allahın yeganə mövludu) iki təbiət, yaxud mahiyyət yolu ilədir. Bu bir-birindən ayrı olan iki zatı, o birisi ilə səhv salmadan və eləcə də o ikisindən hər birinin digərinə çevrilməsini demədən, yaxud onları tamamilə bir-birindən ayrı olan varlıqlara bölmədən, yaxud onları özümüzün təzadlı fəaliyyət və çərçivəsi hesabında bir-birinin qarşısında qərar vermədən qəbul edirik. O ikisindən hər birinin fərqlənən ayrıca xüsusiyyətləri və onların kamil ittihadı heç bir vəchlə inkar olunmur. Buna əsasən hər iki təbiət bir bir şəxsdə qərar tutur və idrak olunmağa qabil olan bir həqiqətə çevrilir. Onlar (o iki zat) iki şəxs təsəvvür olunmaları ilə iki yerə bölünmür və ya bir-birindən ayrılmır; yaxud bunun əksinə, həmişə birlikdədir və birdir. Həm oğul, həm də təkcə Allahın mövludu olan kəlmə yə’ni, İsa Məsih Allah.(Buş və başqaları, cahani məzhəbi, 2-ci cild, Əbdürrəhim Güvahinin tərcüməsi.)
    FİDA
    Məsihilər həzrət İsanın (ə) əzəli bir həqiqətinə və ilahiləşdirilmiş bir məqamına inandıqlarından, əlavə olaraq, Məsih, yaxud oğul Allahın bəşər cismi, şəkli və eləcə də ona xas olan xüsusiyyətlərlə təcəssüm etməsinə də etiqad bəsləyirlər ki, o, insanları hidayət etmək və bəşəriyyətin xilaskarı olmaq üçün belə bir fədakarlıq etmişdir.
    Həzrət Məsihin vasitəsilə bəşəriyyətin hidayət olunub, xilas edilməsi onun peyğəmbərliyi və nübüvvəti ilə olduğundan (özü də ilahi peyğamın yalnız çatdırılması səviyyəsində, bundan artıq yox) qəbul olunasıdır və burada heç bir mübahisəyə ehtiyac yoxdur. Amma məsihilər inanırlar ki, həzrət İsa (ə) təkcə ilahi peyğamların təbliğ olunması yolu ilə bəşəriyyətin nicatına çalışmamış, ilk kökləri həzrət Adəm (ə)-da olan günahlarımızın xatirinə dara çəkilməyə razı olmuşdur ki, bizim günahlarımız bağışlansın.
    Məsihilərin inancına görə, həzrət Adəmin mürtəkib olduğu xəta və bunun nəticəsində behiştdən qovulması, əvvəla, Adəm övladının Allahdan uzaqlaşmasına səbəb oldu, ikincisi də o günah və xətalar irsi yolla sonrakı nəsillərə ötürüldü və nəticədə bəşər nəslində günahın bünövrəsi qoyuldu; insanlar günah işlər görməyə başladılar.(Əhdi-cədid, rumlular, 5-ci fəsil.)
    İndi bəşəriyyətin günahkarlığına diqqət yetirməklə, Allah öz ədaləti əsasında Adəm övladlarını cəzalandırmalıdır. Amma digər tərəfdən də Allahın rəhmət sifəti tələb edir ki, onların günahları bağışlansın. Bu iki sifətin (ədalət və rəhmətin) cəm olunması yolu bundan ibarətdir ki, yalnız Allahın oğlu bəşər surətində zühur etsin, insan kimi yaşasın və bəşərin zülmü əsasında da dara çəkilsin ki, onların günahlarının kəffarəsi olsun.
    Bu barədə Əhdi-cədiddə belə deyilir: «Hər kəs əvvəl olmaq istəsə, gərək hamının qulu olsun. Çünki insanın oğlu (İsa) xidmətçi olmaq üçün gəlməmişdir; gəlmişdir ki, başqalarına xidmət etsin və öz canını çoxlarının yolunda fəda etsin.»(Markos, 10-cu fəsil, 44-45-ci ayələr.) Yenə də belə deyilir: «Hər kəs ona iman gətirsə, əbədi həyata sahib olar. Çünki aləmlərin Rəbbi o qədər məhəbbət göstərmişdir ki, Özünün yeganə oğlunu vermişdir ki, hər kəs ona iman gətirsə həlak olmasın və əbədi həyata sahib olsun. Çünki, Allah Öz oğlunu aləmə məhkum edilmək üçün göndərmədi; göndərdi ki, onlara nicat versin.»(Yuhənna, 3-cü fəsil, 15-17-ci ayələr.) Başqa bir yerdə isə belə deyilir: «Amma Allah bizə olan məhəbbətini tam mə’nada sübut etmişdir, çünki biz hələ günahkar olduğumuz vaxtda Məsih bizim xatirimizə öldü. Onun qanının tökülməsinə görə biz tam mə’nada yaxşı adamlar sayılacağıq və buna görə də onun vasitəsi ilə Allahın qəzəbindən uzaq olacağıq. Biz Allahla düşmən olduğumuz vaxt O, Öz oğlunun ölümü ilə bizim düşmənçiliyimizi dostluğa çevirdi.»(Rumlular, 5-ci fəsil, 8-10-cu ayələr.)
    TƏNQİDLƏR VƏ MÜLAHİZƏLƏR
    Aydın oldu ki, Məsihi əqidəsinə görə, Allah ədalət və rəhmət kimi iki sifəti bir yerə cəm etməyə riayət olunsun deyə, Öz yeganə oğlunun bəşər günahlarının kəffarəsi kimi ilə dara çəkilməsinə razı oldu. İndi bu nəzəri araşdırarkən yalnız iki sualı irəli çəkməklə kifayətlənirik:
    1. Allahın ədaləti necə tələb edir ki, İsa kimi günahsız və mə’sum bir insan başqalarının günahının xatirinə ən şiddətli vəziyyətdə əzaba düçar olsun?
    2. Əgər Məsih Allahın oğludursa, onda atalıq məhəbbəti bunu tələb etmirmi ki, Allahın rəhmət sifəti onun da halına şamil olsun və yeganə oğlunu heç bir günah iş görmədiyi halda əzab-əziyyətə, məsxərəyə düçar olmasına və nəhayətdə dara çəkilib əllərinə mıx çalınmasına razı olsun?
    3. Kim Allaha, Onun ədalət və rəhmət sifətinin bir yerə toplanmasına qeyd və şərt qoya bilər?
    4. Adəm övladlarını Adəmin törətdiyi xətaya görə necə günahkar hesab etmək olar, halbuki heç bir şəriətdə övlad atasının günahına görə cəzalandırılmır. O cümlədən, Əhdi-ətiqdə belə deyilir: «Atalar övladların və oğullar da atalarının əvəzində öldürülməzlər. Hər kəs öz günahı səbəbilə öldürülər.»(Sifri-təsniyə, 24-cü fəsil, 16-cı ayə.)
    5. Əgər Məsihin dara çəkilməsi Allah tərəfindən qəbul edilirsə, onda nə üçün məsihilər yəhudilərin İsanı dara çəkməsindən bizarlıq edərək onları günahkar sayırlar?
    6. Bəşər günahlarının kəffarəsi üçün Allahın oğlunun dara çəkilməsindən başqa bir yol yoxdurmu? Məsələn, Nuhun tufanı hadisəsində bütün günahların suya qərq olması, Bəni Adəmin günahkarlarının paklanması üçün kifayət deyildimi? Əgər cavab mənfidirsə, bunu necə qəbul etmək olar ki, Məsihin dara çəkilməsi də bütün əsrlərdə və nəsillərdə olan bəşərin günahlarının paklanması üçündür?
    ÜÇÜNCÜ MEHVƏR
    HƏZRƏT MƏSİHİN MÜHAKİMƏSİ
    Məsihilər inanırlar ki, həzrət Məsih dara çəkildikdən və vəfat etdikdən sonra onu qəbirdə dəfn etdilər, amma iki gündən sonra qəbirdən qalxıb dirildi və asimanlara yüksəldi. Hal-hazırda Allahın sağ tərəfindədir.(Əhdi-cədid, Markos, 16-cı fəsil.)
    Allah da bütün varlıq aləminin padşahlığını, qüdrətini və iqtidarını ona bağışladı: «....Bu Allahın istifadə etdiyi məhz həmin əzəmətli qüdrətdir. Həzrət Məsihi öldürdükdən sonra diriltdi və Özünün sağ əlində səmavi məkanlarda yerləşdirdi. Onu zikr olunması mümkün olan hər bir qüdrət, iqtidar, padşahlıq və ümumiyyətlə bütün qüvvələrin fövqündə qərar verdi. Ona bu məqamları təkcə bu dünyada deyil, o biri dünyada da əta etmişdir. Allah hər bir şeyi Məsihin ayaqları altında qoymuş və onu bütün kilsələrin başında qoymuşdur; o kilsələr onun bədənidir və onun vücudunun hər bir yerini əhatə edir. Bununla eyni zamanda bütün kainatı öz hüzuru ilə doldurar.(Əhdi-cədid, Əfsəsilər, 1-ci fəsil, 20-23-cü ayələr.) Allah tərəfindən hamının barəsində mühakimə yürütmək İsaya həvalə edilmişdir: «Ata heç kəsi mühakimə etmir, O, bütün mühakimələri oğula tapşırmışdır».(Əhdi-cədid, Yuhənna İncili, 5-ci fəsil, 22-ci ayə.)
    SUALLAR
    1. Məsihilərin əqidəsinə görə həzrət Məsih necə təcəlli tapmışdır?
    2. Həzrət Məsih hansı iş üçün təcəlli etmişdir?
    3. ”Çal si dun” e’tiqadnaməsinin möhtəvasından nə kimi nəticə alınır?
    4. Məsihilərin əqidəsinə görə həzrət İsa (ə) nə üçün dara çəkildi?
    5. Fəda əqidəsini necə aydınlaşdırmaq olar?
    6. Həzrət Məsih me’rac etdikdən sonra hansı məqama nail oldu?
    Category: Dinlərlə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 879 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024