İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Dinlərlə tanışlıq

    Kitabın adı: Dinlərlə tanışlıq
    2011-08-29, 9:17 PM
    ƏLLİ DÖRDÜNCÜ DƏRS
    RAHİBLİK (TƏRKİ DÜNYALIQ)
    MÜQƏDDİMƏ
    Məsihilik nöqteyi-nəzərində rahiblik tərki-dünyalıq, ibadət və dini işlərlə məşğul olmaq məqsədi ilə gündəlik və adi işlərdən əl çəkməkdən ibarətdir. Məsihi rahibliyinin mənşəyini həzrət İsanın tamamilə ruhani həyat seçərək, cəmiyyətdən və maddi həyatdan ayrı bir həyata meyl göstərməsində axtarmaq lazımdır. Həzrət Məsihin ömrünün axırına qədər subay yaşaması, onun da ardınca rəsul Pulsun subay həyat tərzi keçirməsi, subaylıq həyatının rəvac verilməsi,(Burintilərin əvvəli, 7-ci fəsil.) digər tərəfdən isə həzrət Məsihdən «Mənim şagirdlərim ata-anadan, bacı-qardaşdan, arvad-uşaqdan, hətta öz canlarından belə əl çəkməlidir.»(Luka, 14-cü fəsil, 25-27-ci ayələr.) sözlərinin nəql olunması və nəhayət ilahi padşahlığın, yaxud asimani məlakutun təşkil olunması yolunda olan şövq və rəğbət məsihi tə’limləri arasında belə bir əndişənin yaranmasına səbəb olmuşdur; bu məqsədlə həzrət İsanın ardıcıllarının bir çoxu maddi həyatdan üz çevirir, bütün dünyəvi asılılıqlardan və məhəbbətlərdən üz döndərməklə rahiblik həyat şəraitini seçir, ibadət, zikr, təfəkkür və bu kimi digər işlər görməklə müqəddəsliyin, təqvanın yüksək dərəcələrinə nail olmaq üçün, eləcə də asimani mələkuta xidmət etmək üçün ləyaqət tapmağa çalışırlar.
    TARİXÇƏSİ
    İrfan və sufiliyə meyllər məsihi dininin yaranmasından əvvəl də mövcud olmuşdur. Bunun ən bariz nümunəsi "Esiniyun” adlanan yəhudi xirqəsidir ki, xüsusi mülkiyyəti və sərvət yığmağı inkar edir, çöllərdə və səhralarda yoxsulluq içərisində yaşayır, ibadət və namaz qılmaqla məşğul olurdular. Bu zahidanə həyat tərzi məsihi aləminə də sirayət etdi və yuxarıda qeyd olunan məsihi ünsürləri rahibliyə meyl göstərməkdə ondan kəskin şəkildə tə’sirləndilər.
    Alimlərin əksəriyyəti bu fikirdədirlər ki, məsihi dinindəki rahiblik Antoni (yaxud Antoniyus, 251-356-cı miladi ili) vasitəsi ilə Misirdə başlamışdır. O, 20 yaşında öz var-dövlətinin hamısını fəqirlərin arasında bölüşdürmüş, ucqar nöqtədə yerləşən bir mağaraya gedərək vaxtını ibadət və təfəkkürlə keçirmişdi. Onun tərkidünyalıq və müqəddəslik şöhrəti digər şəxslərin də onun ətrafına yığılmasına və nəticədə ona tabe olaraq, səhralıqlarda yaşamasına, ibadət, zikr, dua ilə məşğul olmalarına səbəb olmuşdu. Antoni ona məftun olan bu ardıcıllara təşkilatçılıq etdi; onlar üçün dini həyat qanunları müəyyənləşdirdi, sadə yaşamaq, maddi və dünyəvi məhəbbətlərə e’tinasızlıq prinsipini öyrətdi. Beləliklə, məsihi rahiblərindən ilk qurupu vücuda gəldi. Onlar məsihi alimləri, yaxud məsihi sufiləri adı ilə də tanınmışdılar.
    Bu zamandan etibarən rahiblik yeni bir hərəkat və cərəyan kimi məsihi aləmində sür’ətlə inkişaf etdi; məsihilərdən çoxu bu həyat tərzinə üz tutdular. Bunun ardınca kütləvi şəkildə mə’nəvi həyat üçün – ruhani rahiblər üçün sovməə tikilişi geniş şəkildə yayılmağa başladı.
    Antonin öz ardıcılları arasında inzibati qayda-qanunlar bərqərar etməsinə baxmayaraq, onların yaşayışı fərdi xarakter daşıyırdı. Onun yaratdığı hərəkatdan az bir vaxt sonra Paximiyus (290-346-cı miladi) Misirdə yerləşən Tabonda 9 sovməə tikməklə rahibləri qurup şəklində yaşayan bir həyata qaytarmaq istədi. Onun rahiblik üsul-idarəsi təqva və müqəddəslik əldə etmək üçün mütəşəkkil bir həyat qurmaq qərarına gəldi. Paximiyusun yaratdığı qayda-qanunlar və sistemdən ibarət olan bu yaşayış tərzi bundan sonra rahiblik qayda-qanunlarına yüksək tə’sir qoydu və daha sonra sövmiyələrin sayı məsihi ərazilərinin şərq hissələrində sür’ətlə yayılmağa başladı. Sövmiyələrdə Paximiyusun qayda-qanunları altında yaşayan rahiblər öz alın təri və zəhmətləri ilə bir tikə çörək qazana biləcək müxtəsər işlə məşğul olurdular. Paximiyusdan sonra Bazil (330-379-cu miladi) Qeysəriyyə şəhərinin yepiskopu (hal-hazırda da onun adı şərq ortodoks kilsələrində izzət və ehtiramla yad edilir) sövmiyə rahiblərinə çox ehtiram göstərdi və onlar üçün müəyyən qayda-qanunlar nəzərə aldı ki, hələ də ona ortodoks məsihiləri arasında əməl olunur. Bazil çalışırdı ki, rahiblərin kütləvi şəkildə yaşamaları üçün ictimai maraq yaratsın. Buna görə də çalışırdı ki, rahiblər işləsin, yaxşı əməllərlə məşğul olsun və həmin halda dua və müqəddəs kitabı oxuyub, dünyəvi məsələlərə e’tinasızlığı davam etdirsinlər ki, bu yolla da rahiblik öz ictimai mövqeyini artırsın. Bazil bu qayda-qanunlarla rahibliyə yeni rövnəq bəxş edə bildi və onun ictimai mövqeyini yüksəltdi. Bundan əlavə, onun gördüyü tədbirlər sayəsində rahiblərin sövmiyələri həmin nahiyələrdəki yepiskopların qüdrət və nüfuzu altına keçdi. Məhz bu dövrlərdə rahiblər Allahın məhəbbətini cəlb etmək, niyyətlərini xalisləşdirmək, ləyaqət və müqəddəslik əldə etmək üçün öz vaxtlarını ictimai xidmətlərə, fəqirlərə, yoxsullara və yetimlərə əl tutmağa sərf edir və öz zəhmətləri ilə əldə etdikləri azacıq ruzi ilə sadə həyat tərzi keçirirdilər. Onlar şərab içməyi, qeyri-dini kitabları oxumağı da özlərinə haram etmişdilər.
    QƏRBDƏ RAHİBLİK
    Rahiblik hərəkatı şərqdə dərin keçmişə malik idi və orada çox sür’ətlə yayılmağa başlamışdı. Amma qərbdə bu yayım çox çətin və ətalətlə baş verirdi. Rahiblik düşüncəsini ilk dəfə olaraq, Atanasiyus dördüncü əsrin ikinci yarısında İsgəndəriyyədən Romaya sürgün olunduğu dövrlərin birində etmişdir. Amma onun qərbdə çiçəklənməsi altıncı əsrin əvvəllərində Bəndikt Nersiya əhalisindən olan Bəndiktin vasitəsi ilə baş vermişdir (480-550-ci miladi). O, qərb rahibliyinin atası kimi tanınır. Bendikt Bazilin yaratdığı qayda-qanunlara oxşar ayinlər yaratdı və onda Qərbi Avropaya hakim olan şəraiti nəzərə aldı. O, 528-ci ildə Mertaziş ardıcıllarından bir qurupu ilə Montkazinoya köçdü və orada Bendiktlər firqəsinin əsasını qoydu. O da Bazili firqəsində olduğu kimi, silsilə mərtəbələr əsasında olan hökumət növünə üz tutdu ki, onun başında böyük rahib, yaxud sövmiyyənin rəisi dayanırdı. Bu quruluşda bir illik tə’lim dövrəsindən sonra könüllü olan şəxs rahiblik təriqətinə tabe olmaq üçün Allahla əhd-peyman bağlamalıdır. Belə bir əhd-peyman heç vaxt pozula bilməzdi. Sözü gedən şəxs bütün var-yoxunu sovməəyə təslim etməli idi. Bendikt sövmiyyələrindəki rahiblərin gündəlik proqramları aşağıdakılardan ibarətdir:
    Altı-yeddi saat gündəlik iş, altı-yeddi saat təmərküz və təfəkkür, iki saata qədər isə mütaliə.
    Bendiktlərin silsilə mərtəbəsində olan quruluşda 7-ci əsrdə o firqənin tə’sis olunduğu zamandan e’tibarən ən böyük rahib silsiləsi olan Kəlani sövmiyyələrinin rəhbərliyini öz öhdəsinə aldı. Bu silsilə bendiktlərin rahiblik quruluşunda bir sıra islahatlar apardı və bu firqənin ağır qanunlarına qayıtmaq istədi. O, ağır ruhi məşğələləri və zahidliyi müdafiə edirdi. Kəlaminin islahatları 11-12-ci əsrlərdə 7-ci Qriqoriyevin vasitəsi ilə kilsələrdə çox tə’sir qoydu.
    Qərbin məsihi cəmiyyətləri 13-cü əsrdən sonra dərviş və dilənçilik təfəkkürü əsasında olan digər bir rahiblik firqəsinin formalaşmasının şahidi oldu. Bu firqənin ən mühümlərindən biri Fransiskenlər idi ki, onun banisi 1226-cı ildə vəfat etmiş Fransvay Asizi idi. Bu firqənin əsas məramı və tutduğu yol mütləq fəqirlik idi. Fransisken firqəsinin ardıcılları və üzvləri özlərinin azacıq zəhmətləri ilə, yaxud dilənçiliklə öz güzaranlarını tə’min etməli idi; onlar pul almaq və var-dövlət sahibi olmaqdan məhrum edilmişdilər. Bu firqələrdən digər biri də Domenikənlərdir. Bu firqə 1221-ci ildə vəfat etmiş Domenikənin vasitəsi ilə tə’sis edilmişdir. Bu firqənin rahibləri dərviş məsləkli və dilənçilik xüsusiyyətində idi; camaatın onlara verdikləri sədəqələrdən başqa güzaranını tə’min etmək üçün artıq bir şey almağa icazəli deyildirlər. Onlar öz vaxtlarını mütaliə və başqalarına moizə etməklə keçirməli idilər. Buna görə də camaat arasında bu firqə vaizlər, rahiblər adı ilə tanındı.
    Qeyd etmək lazımdır ki, Domenikənlərin rəqibi kimi tanınan mühüm bir firqə isə Yezuitlər adlanırdı. Bu firqə İqnatiyus Lyudanın vasitəsi ilə (1495-1556) yaradılmışdır.
    İqnatiyusun hədəfi təbliğ üsullarının islah olunması və həqiqətə də’vətdən ibarət idi. Bu firqənin ardıcılları rahibliyin üç prinsipindən əlavə yə’ni, yoxsulluq, subaylıq və itaətdən başqa dördüncü bir məsələyə də riyaət edirdilər. O da bundan ibarətdir ki, müqəddəs ata onları hər hansı bir yerə təbliğə göndərsəydi, qeydsiz-şərtsiz qəbul etməliydilər. Buna əsasən, papaya qeydsiz-şərtsiz itaət etmək Yezuit məramının digər bir prinsipi hesab olunur.
    Yezuit firqəsi 16-17-ci əsrlərdə sür’ətlə inkişaf etdi və Qərbi Avropanın siyasi dəyişikliklərinə yüksək tə’sir qoydu. Hal-hazırda yezuitlər Roma katolikasının tə’limlərinin ön cərgəsində dayanmaqla mədrəsələrin, unversitetlərin, dünya səviyyəsində keçirilən seminarların mənbə və bəhslərinə nəzarət etməyi öhdəsinə almışdır.
    SUALLAR
    1. Rahibliyin mənası nədir?
    2. Məsihilərin rahibliyə meyl etməsinin səbəbi nədi?
    3. Məsihi aləmində rahiblik necə formalaşmışdır?
    4. Rahiblik Yepiskopların nüfuz və təsiri altına necə keçdi?
    5. Bendiktlər firqəsi necə yaranmışdır?
    6. Fransiskənlər və Domenikənlər arasında olan fərqlər nədir?
    7. Yezuitlər firqəsi nədir və məsihi aləmində mövqeyi necədir?
    Category: Dinlərlə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 801 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024