İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Dinlərlə tanışlıq

    Kitabın adı: Dinlərlə tanışlıq
    2011-08-29, 7:14 PM
    ƏLLİ ALTINCI DƏRS
    MƏSİHİ MƏZHƏBLƏRİ (2)
    Keçən dərsdə Məsihi dünyasında baş verən parçalanmanın amillərini şərh etdikdən sonra, Ortodoks məzhəbi ilə tanış olduq. Bu dərsdə bu dinin iki böyük məzhəbi, yə’ni katolik və protestant məzhəbləri aydınlaşdırılacaqdır.
    KATOLİK (CATHOLİC)
    Katoliklik məsihi məzhəblərinin ən qədimidir. Əvvəlki dərsdə qeyd olunduğu kimi, ortodoks məzhəbi 11-ci əsrdə, protestantlıq isə 16-cı əsrdə meydana gəlmişdir.
    "Katolik” sözü lüğətdə «hərtərəfli» mə’nasındadır. Katoliklər öz kilsələrini bütün kilsələrin əsası və bünövrəsi hesab etdiklərinə, yalnız onların kilsələrinin həzrət Məsihin dininin həqiqi nümayəndəsi olduğuna və İsanın surətinin məsih kilsəsi olduğuna inandıqlarına görə, özlərinə belə bir ad seçmişlər. Katolik kilsələri Petrosi kilsələri də adlanırlar. Çünki katoliklərin inancına görə, onların əsasını qoyan Petros Həvari olmuşdur. Puls Rəsul da bir müddət o kilsənin rəhbərliyini öhdəsinə almışdır, buna görə də ona Rəsuli kilsələri də deyilir.
    Katoliklər inanırlar ki, onların əqidələri xalis məsihiyyət ünvanı ilə tanınır və onların kilsələri sair kilsələr üçün bir mehvər, mərkəziyyət təşkil edir. Bu əqidənin formalaşmasında başqa bir məqsəd də Romanın sair məsihi təbliğat mərkəzlərinə nisbətən mərkəz olması idi.
    Həzrət İsanın rəsullarının də’vətindən başlayaraq, İskəndəriyyədə, Yerusəlimdə, İntakiyyədə, Konistantinopolda və Romada yaranan beş böyük məsihi mərkəzləri arasında Roma kilsəsi imperatorluğun mərkəzində yerləşdiyinə görə bu kilsə sair dörd kilsədən üstünlük qazandı. Hətta Konistantinopol kilsəsi yarandıqdan sonra Roma kilsələrinin üstün olmasına daha çox tə’kid olunurdu. Buna görə də Roma kilsələrinə bağlı olan və onun nəzarəti altında fəaliyyət göstərən katolik kilsələri özlərini sair kilsələr üçün mərkəz və mehvər hesab edirdilər.(Hüseyn Tofiqyan, «Dünyanın mövcud dinlərinə bir baxış».)
    Roma kilsəsi qələbə çaldıqdan sonra, bu kilsənin böyük yepiskopu ehtiram və tə’zim əlaməti olaraq papa çağırıldı; kilsələrlə məsihi ardıcılları arasında baş verən ixtilaflarda müraciət yeri seçildi və onun rə’yi mütləq qəbul olunurdu.
    Papanın ixtilaf və çəkişmələrin həll edilməsində, xüsusilə 2-4-cü əsrlərdə məsihi dünyasında baş verən əqidə ixtilaflarının həll olunmasındakı rolu, həmçinin rəsulların e’tiqadnaməsinin yazılması papanın və kilsə aparatının sair kilsələrə nisbətən öz mövqeyini gücləndirməsinə səbəb oldu. İmperatorluğun mərkəzi Konstantinopola köçdükdən sonra Romada papanın aparatı (hal-hazırdakı İtaliyanın mərkəzi olan Roma) öz iqtidarını məsihiyyət aləminin ruhani mərkəzi ünvanı ilə daha artıq aşkar etməyə və imperiyanın sair dini mərkəzlərinə qələbə çalmağa nail oldu. O dövrdən renosans hərəkatına qədər Roma kilsəsi məsihiyyət aləminin bütün ictimai işlərinə tam nəzarət edir. Amma renesans dövründən sonra Romanın mərkəzi kilsəsi Vatikanda sadəcə olaraq, katolik məsihilərinin dini-ruhani mərkəzi ünvanı ilə rolunu ifa etməyə başladı; ümumiyyətlə ictimai-siyasi işlərə müdaxilə etməkdən əl çəkdi. Özünü sair məsihi məzhəblərindən ayıran katolik məzhəbinin ən mühüm əqidələrindən bəziləri aşağıdakılardan ibarətdir:
    İlahi işlərdə müqəddəs ata və müqəddəs oğulun bərabərliyi, papanın və yepiskopların hər növ günahdan uzaq olmaları və kilsənin yeddilik təşkil edən qayda-qanunlarına riaəyət etmək.
    PROTESTANT (PROTESTANT)
    Keçən dərsdə qeyd olunduğu kimi, kilsənin məsihiyyət aləminin bütün ictimai işlərinə hakim kəsildiyi on əsr müddətində(Qərblilər bu dövrü «qaranlıq əsr» adlandırırlar; bu illər son dərəcə gerilik, tənəzzül və irtica ilə xarakteriza olunur.) qərb aləmində dini hakimiyyət əleyhinə müəyyən bir cərəyan başlandı ki, bu proses «renosans» adlandırıldı.
    Renosansdan sonra bir çox ideoloji-əqidəvi məktəblər yarandı ki, onların da hər biri də öz növbəsində məsihiliyi əvəz etmək fikrində idi. Bu dövr məsihiyyət aləmində dini təfəkkürü uzaqlaşdırmaq mərhələsi hesab olunur. Məhz bu prosesdə bə’zi din alimlər arasında belə bir fikir formalaşdı ki, kilsəyə və dini hakimiyyətə irad və tənqidlərin çoxu keşişlərin və kilsə xadimlərinin düzgün olmayan əqidə və yanlış əməllərinin nəticəsidir.
    Başqa sözlə desək, həmin alimlər inanırdılar ki, kilsə xadimlərinin məntiqsiz və yaramaz rəftarları, məsihiyyət dini barəsində düzgün olmayan təhrif və təfsirləri dini hakimiyyətin on əsrlik qaranlıq tarixini əmələ gətirmişdir. Bu dinin bu cür e’tiraz və tənqidlərdən xilas olması üçün dini adət-ənənələr və əqidələrin məcmusunda yenidən nəzər verilməli, keşiş fikrlərinin məhsulu olan inancları dindən ayırmaq lazımdır ki, xalis məsihi dini hamı üçün aşkar olsun. Bu ideoloji cərəyan dini islahatlar adı ilə məşhurlaşdı. Dini islahatlar cərəyanı katolik keşişlərinin kəskin e’tirazları ilə yanaşı başlandığına görə protestanizm adlandırıldı. Çünki protestant «e’tirazçı» mə’nasındadır və "proetst” kökündən alınaraq e’tiraz və şikayət mə’nasını daşıyır.
    On dördüncü əsrin əvvəllərindən katolik təfəkkürü əleyhinə e’tirazlar və müxalifətlər başlandı. O cümlədən, ingiltərəli Can Viklif (1329-1384) 1379-cu ildə aşkar şəkildə kilsə rəhbərliyinin əleyhinə çıxış etdi və bildirdi ki, papanın özü üçün nəzərdə tutduğu qüdrət, şəxsiyyət və e’tibarın din nöqteyi-nəzərindən əsaslı olub-olmaması mə’lum deyildir. O, həmçinin çörək və şərabın rəbbani gecə mərasimində həzrət İsanın həqiqi ətinə və qanına mö’cüzəli şəkildə çevrilməsinə sual altına apararaq, bu etiqada şübhə ilə yanaşdı. Ondan sonra çexoslvakiyalı Can Has (1369-1415) kilsənin silsilə rütbələr əsasında olan təşkilatı əleyhinə, eləcə də kilsə aparatının vəqf olunan bütün əmlaka malik olması qarşısında əks mövqe tutdu və keşişlərin əxlaqı pozğunluqları əleyhinə çox ciddi bir çıxış etdi.
    Lakin bu e’tirazların və islahatçılıq hərəkatların ən yüksək mərhələsi 16-cı əsrə qayıdır ki, bu dövrdə protestantların islahatçı şəxsiyyətlərinin ən məşhuru yə’ni, almaniyalı Martin Luter (1483-1546) öz islahatlar proqramını ətraflı şəkildə təqdim etdi. Özü də məşhur bir keşiş olan Luter «95 məsələ» adlı müfəssəl bəyənnaməsində katolik məzhəbinin qayda-qanunları ilə müxalif olan nəzərlərini yazaraq, Almaniyanın Vitnberk şəhərində yerləşən öz kilsəsində asdı. O, həmin bəyənnamədə bu əqidəyə daha çox tə’kid edirdi ki, mövcud adət-ənənələrin və əqidələrin çoxu məsihiyyət tarixi dövründə keşişlərin və kilsə xadimlərinin vasitəsi ilə artırılmış və bu dinin haqq yoldan azmasına səbəb olmuşdur. Luter iddia edirdi ki, bu kimi islahatlarla məsihi dinini həqiqi yoluna qaytarmaq olar.
    Martin Luterin ən mühüm nəzəriyyəsini nicat və qurtuluş məsələsi təşkil edirdi. O, inanırdı ki, nicat və qurtuluş ilahi feyz sayəsində iman vasitəsilə hasil olur.
    Həqiqi qurtuluşa nail olmaq üçün imanlı olmaq lazımdır. İman da dünyada yaxşı işlər görməyi tələb edir. Halbuki katoliklərin nəzərinə görə nicat və qurtuluş yolu günahların bağışlanmasıdır. Keşişlər ilahi feyz və mərhəmət vasitəsi olduğuna, mö’minlərin dünya və din işləri onlara həvalə edildiyinə görə günahkarları e’tiraf və peşimançılıq izhar etməklə, Allah tərəfindən bağışlaya bilər və onların günahları paklana bilər. Bu əqidə nəticəsində katolik kilsələrində e’tiraf, günahın bağışlanması və bağışlanma qəbzinin satılması dini bir ayinlər kimi yayılmağa başladı. Amma Martin Luter bu mərasimlə kəskin şəkildə müxalifət etdi; onun katolik sistemi ilə olan mübarizələrinin ən yüksək səviyyəsi də məhz həmin məsələ ətrafında idi. Çünki o, bir tərəfdən keşişlərin günahsızlığını, onların Allah ilə bəndələr arasında vasitə olmasını qəbul etmir, digər tərəfdən də qurtuluş yolunu yaxşı əməl görməkdə bilirdi. O, yaxşı əməli dünyanın abadlaşdırıcısı kimi təqdim edirdi.
    Bundan əlavə, Luter inanırdı ki, kilsədə təşkil olunan yeddi ayindən yalnız tə’mid qüslü və rəbbani gecə məsihi dinində mövcud olmuş, yerdə qalan beş ayin isə keşişlər tərəfindən atırılmışdır.
    O, «95 məsələ» adlı bəyanatını verdikdən sonra Vatikan tərəfindən mürtədlikdə müttəhim olundu və kilsədən uzaqlaşdırıldı. Amma katolik kilsəsi sisteminin əleyhinə olan şiddətli e’tirazlara nəzər yetirməklə (bu Avropanın hər yerində formalaşmışdı) mürtədlik hökmü öz əvvəlki tə’sirini göstərmədi və Avropada protestant hərəkatı sür’ətlə yayılmağa başladı. Hal-hazırda da İngiltərə, Danimarka, Hollandiya, Almaniya, İsveç, Norveç, Amerika və bu kimi sair yerlərin kilsələri də protestant kilsəsi adlanır.
    SUAL VƏ TAPŞIRIQLAR
    1. ”Katolik” sözü lüğətdə hansı mənanı daşıyır və nə üçün katolik məzhəbi belə adlandırılmışdır?
    2. Katolik kilsələri necə inkişaf etmişdir?
    3. Katoliklərin ən mühüm əqidələri hansılardır?
    4. Protestantların katoliklərlə olan ən mühüm ixtilafları hansıdır?
    Dini islahat hərəkatını izah edin.
    Category: Dinlərlə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 695 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024