İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Dinlərlə tanışlıq

    Kitabın adı: Dinlərlə tanışlıq
    2011-09-01, 8:03 PM
    ÜÇÜNCÜ DƏRS
    DİNƏ MEYLİN SƏBƏB VƏ MOTİVLƏRİ (2)
    1. İqtisadi amillərin və cinsi ehtiyacların dinin formalaşmasında nə kimi rolu olmuşdur?
    2. Bəxt və taleyə inamın dinə yönəlmənin səbəblərindən biri hesab etmək olarmı?
    3. Dinə yönəlmənin əsas amilləri hansılardır?
    İkinci dərsdə insanın dinə yönəlməsi və Allaha e`tiqad bəsləməsi barədə olan üç nəzəriyyə aydınlaşdırıldı. Bu dərsdə isə digər üç nəzəriyyə araşdırılaraq təhlil olunacaqdır.
    4. İQTİSADİ AMİL NƏZƏRİYYƏSİ:
    Bu nəzəriyyə marksizm ideologiyasında irəli sürülmüşdür. Marksizm ictimaiyyət tarixində və cəmiyyətdə baş verən bütün dəyişiklikləri iqtisadi zərurətlərdən doğan bir nəticə hesab edir. Bu ideologiyaya görə bəşəriyyət tarixi həqiqətdə sinfi mübarizələr tarixindən ibarətdir ki, onlar da hər bir dövrdə və istehsal əlaqələrini və münasibətləri nəticəsində meydana gəlmişdir. Marks və Engels deyir: " - İndiyənədək mövcud olan ictimai tarix bütünlüklə sinfi mübarizələr tarixindən ibarətdir. Ağalar və qullar, feodallar və kəndlilər, burjuaziya və fəhlə sinfi və ümumiyyətlə istismar edən və istismar olunan siniflər daim bir-biri ilə ziddiyyətdə olmuş, sonu görünməyən çəkişmələrlə bə`zən gizlin, bə`zən də aşkar şəkildə mübarizə apararaq öz həyatlarını davam etdirmişlər; bu qarşıdurmalar bə`zən ictimaiyyətdə inqilabi dəyişikliklərlə nəticələnmiş, bə`zən də mübarizə aparan siniflərin hər ikisinin məhv olması ilə sona çatmışdır.”
    Bu nəzəriyyəyə əsasən, ictimai dəyişikliklərin əsas amili sinfi ziddiyyətlər və bu zəmində aparılan mübarizələrdir. İctimai təbəqələşmənin özü də bir növ istehsal münasibətlərindən irəli gəlir. Əmək alətlərinin inkişafı nəticəsində istehsal münasibətlərində dəyişikliklər yaranır və bunun ardınca da tarixi zərurət olaraq ictimai dəyişikliklər prosesi başlanır. Marksizm nəzəriyyəsinə görə iqtisadiyyat cəmiyyətin bazisini təşkil edir; din, məzhəb və bu kimi ictimai dayaqlar da üst qurum hesab olunur. Aydındır ki, hər bir cəmiyyətin üst qurumu hakim təbəqənin mənafeyi əsasında formalaşır. Din də varlı sinfin mənafeyini qorumaq üçün hakim təbəqə tərəfindən icad edilir. Bu yolla bir növ istismarçı qüvvələrin istismar olunan təbəqə üzərindəki hakimiyyətinə zəmanət verilir və cəmiyyətdə əzilən kütlənin e`tirazına son qoyulur. Lenin bu barədə deyir: " - Din daima başqaları üçün çalışıb əziyyət çəkən, yoxsulluq içərisində yaşayıb istismar olunan təbəqəyə qarşı həyata keçirilən psixoloji tə`sirlərin bir formasıdır.” Konfurs deyir: " - Din, xəyali təsəvvürlərdən ibarət olduğuna və hakim təbəqə vasitəsilə xalq kütlələrini aldatmaq məqsədi ilə yayıldığına görə məhkum olunmuşdur. Bununla belə, din xalq kütlələrinin itaəti və zülmə dözməsi üçün bir vasitə olaraq yaradılmamışdır, bu inanclar xalqın öz içərisindən qalxmışdır. Amma buna baxmayaraq, həmin əqidələr istismarçı qüvvələrin mənafeyini himayə etməkdə bir növ vasitə, başqa insanlara qarşı vəhşilik hissini aşılamaqda və bu əmələ bəraət qazandırmaqda bir alət olduğu üçün məhkum olunmuşdur.”
    Marksizm nəzəriyyəsinin din barəsində olan mövqeyi belədir ki, din xalq kütlələri üçün bir növ tiryək və narkotikdır.
    Marksizmin dinə yönəlmə haqda söylədiyi nəzəriyyəyə bir neçə irad tutulmuşdur. O cümlədən:
    1. Əgər dinin iqtisadi maraqlarla bağlı olduğunu qəbul etsək, hasil olan ən böyük nəticə bu olacaq ki, varlı sinif yoxsul təbəqə üzərində olan istismarçılıq siyasətlərini möhkəmləndirmək üçün din və imandan sui-istifadə etmişlər. Bu o demək deyil ki, dini hakim sinif icad etmişdir. Konfursun sözlərində də dinin xalq kütlələrinin arasından qalxdığı göstərilir. Buna əsasən də yalnız belə iddia oluna bilər ki, din iqtisadi amillər deyil, başqa səbəblər əsasında xalq arasında meydana gəlmişdir. Amma hakim sinif aldatmaq və təhrif etməklə bu dini e`tiqadlardan öz mənafeyini qorumaq, cəmiyyətin aşağı təbəqələri üzərində olan hakimiyyətlərini davam etdirmək üçün sui-istifadə etmişlər. Əlbəttə, bu sözdə müəyyən mə`nada həqiqət vardır; unutmaq olmaz ki, tarix boyu dəfələrlə hakim siniflər dindən öz hakimiyyət və istismarçı siyasətlərini qüvvətləndirmək üçün bir vasitə kimi faydalanmışlar. Amma bu kimi sui-istifadələri bəşər cəmiyyətlərində dinə yönəlmənin və dini formalaşmanın əsas amili hesab etmək olmaz.
    2. Marksizm nəzəriyyəsində ictimai tarix beş mərhələyə bölünür ki, onun ilkin mərhələsi ibtidai icma quruluşu adlanır; bu quruluşda heç bir ictimai təbəqə və sinif mövcud olmamışdır. Belə bir sual yaranır ki, əgər din sinfi ziddiyyətlərdən doğan qarşıdurmanın nəticəsidirsə, onda ibtidai icma quruluşu dövründə dinə yönəlməni necə izah etmək olar?
    Bütün bəşər tarixini tədqiq edən tədqiqatçıların fikrinə görə insanlar həyatın ilk mərhələlərindən başlayaraq, müəyyən yollarla təbiətin fövqündə dayanan həqiqətlərə əqidə bəsləmişlər; bu barədə kifayət qədər tarixi sübutlar da mövcuddur. Bu halda görəsən marksistlər belə bir e`tiqadın ictimai təbəqələşmədən meydana gəlmədiyini necə əsaslandırırlar?! Onların öz e`tiqadına görə ibtidai icma quruluşunda insanlar arasında heç bir çəkişmə və ziddiyyət olmamışdır; çünki istehsal vasitələri hansısa bir qrupun ixtiyarında deyildi.
    3. Tarix açıq-aşkar sübut edir ki, yüksək rifahda və firavanlıqda yaşayan bir çox şəxslər də dinə üz tutmuşlar. Əgər dini hakim sinfin quraşdırdığı bir şey və istismar olunan təbəqəni itaətə vadar etmək vasitəsi hesab etsək, bu kimi meyllər necə izah oluna bilər?
    4. Bəşər tarixində istismarçıların və hakim sinfin dindən sui-istifadə etməsi faktı qəbul olunası bir məsələdir. Amma bu məsələni ümumi bir qayda olaraq bütün zamanlarda olan dinlərə aid etmək olmaz. Çünki əvvəla, peyğəmbərlərin özləri də istismarçılar, zalımlar və hakimlər əleyhinə ciddi mübarizələr aparmışlar; ikincisi, mö`minlərin zülm və ədalətsizliklə mübarizə aparması və istismarçıların aldatmalarının müqabilində ayıq-sayıq olması üçün peyğəmbərlər tərəfindən bir çox tə`limlər gətirilmişdir ki, onları marksizm nəzəriyyəsi əsasında izah etmək mümkün deyildir.
    5. CİNSİ NƏZƏRİYYƏ: (FREYDİZM)
    Bu nəzəriyyə Freyd tərəfindən onun psixologiya və psixopatologiyasında irəli sürülmüşdür. Freydə görə bütün ictimai, psixoloji və əxlaqi hadisələrin mənşəyi cinsi meyllərdən qaynaqlanır. Onun nəzərinə görə, cinsi meyl insanda, qidalanmağa doğru təhrik edən iştahaya oxşar bir təsəvvür formasında mövcuddur - o da bir növ ödənilməyə və tə`min olunmağa ehtiyaclıdır. Əlbəttə Freydin nəzərində cinsi meyllər deyildikdə, onun ümumi şəkildə başa düşülən cinsi ehtiraslar məfhumundan daha geniş mə`nalar kəsb edilir. Bu nəzəriyyəyə əsasən uşağın ana döşünə olan meyli, qızın ataya, oğlanın anaya, yazıçının öz yazdığı əsərə olan rəğbəti də cinsi meyllərdən irəli gəlir. Bu ehtirasların qarşısı müəyyən vasitələrlə alındıqda, onlar gizli şəkildə insanın özünün agah olmadığı batində qalır və fürsət yaranan zaman qeyri-ixtiyari olaraq agah batinə varid olur və özünü tə`min edir.
    Freyd öz nəzəriyyəsinin hüdudlarını daha da artıraraq onu əxlaqi və mə`nəvi dəyərlər sərhəddinə qədər genişləndirmişdir. O iddia edirdi ki, insanların dinə və Allaha itaətə meylliliyi, qarşısı alınmış cinsi ehtirasları tə`min etməkdən başqa bir məqsəd daşımır.
    Freyd öz nəzəriyyəsini ibtidai insan cəmiyyətlərindən bir əfsanə nəql etməklə şərh edir. Qeyd edir ki, ibtidai icma quruluşunda ata qəbilənin başçısı olduğuna görə qəbilənin bütün qadın və qızlarını öz ixtiyarında saxlayaraq öz oğlanlarına qadınlarla cinsi əlaqədə olmağa icazə vermir və onları öz rəqibi hesab edirdi. Atanın kobud rəftarından cana doyan oğlanlar əlbir olaraq öz atalarını qətlə yetirir və onun cəsədini yeyirlər; bu işlə onlar həm ondan intiqam alır və həm də öz cinsi ehtiraslarını tə`min etmək yolunda mövcud olan maneəni aradan qaldırırlar. Amma belə etdikdən sonra öz əməllərindən hədsiz dərəcədə peşman olur və nəticədə atalarının onlara qadağan etdikləri şeyləri özlərinə haram edirlər; etdikləri əməllərdən sonra düçar olduqları iztirab və peşmançılıq hissini özlərindən uzaqlaşdırmaq üçün bir heyvanı totem kimi seçərək, onu öz atalarının canişini adlandırır, qəbahətli işlərinin tə`sirini azaltmaq üçün bu heyvanı öldürməyi özlərinə qadağan edirlər. Tarix boyu tədricən simvolik olaraq totem və ata simvolu olan həmin heyvan allaha çevrilərək qəbilə üzvləri tərəfindən sitayiş olunmuşdur.
    Bu nəzəriyyəni araşdırarkən aşağıdakı məsələlərə diqqət yetirmək zəruridir:
    1. Bu nəzəriyyənin ən əsas məqamları ibtidai dövrlərə aid olan əfsanələr üzərində qurulub və onların həqiqət və düzgünlüyü barədə əldə heç bir mö`təbər sənəd yoxdur; onun elmi cəhətdən isbat edilməsi də mümkün deyildir. Özümüzü bu kimi əfsanələrə inandırmağa çalışsaq da belə, ibtidai insanların dinə meyl göstərməsində qeyd olunan amillərin əsas səbəb olmasını və bu hadisələrdən öncə allaha heç bir şəkildə e`tiqad bəslənilməməsini necə isbat etmək olar?
    2. Əgər Allaha inam, zahir olmağa imkan tapmayan və bir növ cilovlanmış cinsi ehtiraslardan doğmasını qəbul etsək, onda öz cinsi istəklərinin qarşısında heç bir maneə görməyən və bu hissləri müntəzəm olaraq doyurulan şəxslərin arasında Allaha inanan bir kimsə tapmaq mümkün olmamalıdır. Halbuki real gerçəklik bunun əksini təsdiq edir.
    3. İnsana yalnız bir yöndən nəzər salmaq, onun yalnız cinsi ehtiraslarını əsas tutmaq və sair istəklərini nəzərə almamaq heç bir şəkildə elmi əsasla əsaslandırıla bilməz. İnsanın gözəlliklərə, xüsusilə mə`nəvi gözəlliklərə, yüksək əxlaqi keyfiyyətlərə, elm mənimsəməyə, həqiqətləri öyrənməyə və s. işlərə qarşı olan marağı cinsi meyllərin əsas götürülməsi ilə necə uyğun gələ bilər və ya necə izah edilə bilər?
    6. BƏXT NƏZƏRİYYƏSİ:
    Bu nəzəriyyəyə görə, ibtidai insanlar həyatda müəyyən uğursuzluqlarla qarşılaşdıqları zaman, xoşbəxtlikdən əl üzüb bədbəxtliyə düçar olarkən bu uğursuzluqların yaranma səbəblərini bilmədikləri üçün təbiətin fövqündə dayanan bəxt və alınyazısı adlı qeyri-təbii və qeyri-iradi bir gücə inanmağa başlamışlar. Həmin inam və e`tiqad tədricən dinə və məzhəbə çevrilərək, nəticədə Allaha e`tiqadı yaratmışdır. Məşhur sosioloqlar Simner və Kler bu barədə deyir: " - İbtidai insanlar arasında yekdilliklə qəbul edilən bir məsələ tapmaq olsaydı, şübhə yoxdur ki, həmin məsələ təbiətin fövqündə dayanan qüvvələrin insan övladlarının bəxt və taleyinə hakim kəsilməsi inamı idi. İbtidai dövrün insanlarının düşündüyü əsas məsələ bundan ibarət idi: Bu sirli qüvvələrin rəğbətini qazanmaqla bədbəxtliyin qarşısını almaq, xoşbəxtliyə nail olmaq, öz arzu və hədəflərinə yetişmək. Cəmiyyətin bütün üzvləri daimi olaraq bu məsələ ilə bağlı iztirab və narahatçılıq hissi keçirir, bütün güclərini səfərbər edərək qarabəxt və tale`siz olmaqdan yaxa qurtarmağa çalışırdılar. Beləliklə aşkar bir ehtiyacdan din yaranmışdır...”
    Bu nəzəriyyəni araşdırarkən bir neçə məsələyə diqqət yetirmək lazımdır:
    1. İbtidai insanların e`tiqadları arasında bəxt və taleyə inam məsələsinin geniş yayılmasına baxmayaraq, məsələ heç də bu iki sosioloqun dediyi kimi deyildir; bu inancların formalaşıb yayılmasında təkcə savadsızlıq və cəhalət deyil, məs`uliyyətdən yayınmaq, səhlənkarlıq, qüsur və nöqsanların üstünü örtmək, vicdan əzabından xilas olmaq məqsədi də bəxt və alın yazısına inamı yaradan səbəblərdəndir.
    2. Dinə yönəlmənin əsas səbəbi bəxt və alın yazısına inam olarsa, bəxtə e`tiqad bəsləməyən şəxslər allaha sitayiş etməməli və heç bir ilahi qüvvəyə inanmamalıdırlar. Qeyd olunduğu kimi, real gerçəklik bu məsələnin tamamilə əksinədir.
    3. Bu nəzəriyyə bütün dinlərə yönəlmənin səbəbi kimi izah edilə bilməz; çünki dinlərin bir çoxunda, xüsusilə İslam dini heç vaxt bəxt məsələsini əsas e`tiqadi prinsip kimi işıqlandırmamış və öz ardıcıllarını bu işə təşviq etməmişdir.
    4. Bəxtə və alın yazısına inanan şəxslərin əksəriyyəti onu qaçılmaz və dəyişməz bir hökm kimi qələmə verməmişdir. Çünki belə olsaydı onu dəyişdirməyə, sirli qüvvələrin rəğbətini qazanaraq həyatda qarşıya çıxan bədbəxtliklərin qarşısını almağa çalışmazdılar.
    * * * * * *
    Qeyd olunan altı nəzəriyyədən əlavə, dinlərin mənşəyi və dinə yönəlmənin səbəbləri barədə başqa fikirlər də irəli sürülmüşdür ki, onlarla tanış olmaq üçün daha geniş və ətraflı kitablara müraciət etmək lazımdır. Amma həqiqət bundan ibarətdir ki, insanda olan Allaha e`tiqadın əsası və dinin mənşəyi daima hadisələrin və varlıqların səbəbini arayan-axtarıb insan ruhiyyəsidir. İnsan bir tərəfdən varlıq aləmində saysız-hesabsız qəribəlikləri, nizam-intizamı müşahidə edir, digər tərəfdən isə varlıq aləmindəki səbəblə səbəbkarını, yaradanını tanıyıb dərk etmək barəsində olan fitri ehtiyacı ilə vahid və qüdrətli Allahın varlığını dərk edir. Bu nəzəriyyənin geniş və əhatəli şərhi e`tiqadlar barədə yazılmış dərsliklərdə bəyan olunmuşdur.
    SUAL VƏ TAPŞIRIQLAR
    1. Marksizmin dinin yaranması barədə olan nəzəriyyəsi necədir?
    2. Nə üçün iqtisadi amil dinə yönəlmənin əsas səbəbi ola bilməz?
    3. Freydin cinsi nəzəriyyəsi hansı əsasda qurulub?
    4. Freyd hansı dəlilə görə Allaha olan e’tiqadı cinsi ehtiraslarla əlaqələndirir?
    5. Freydin nəzəriyyəsinin əsas iradı nədən ibarətdir?
    6. Bəxt və alın yazısına e’tiqad bəsləmək Allaha e’tiqadın əsası ola bilərmi?
    E`tiqadlar barədə olan dərsliklərdən istifadə etməklə, Allaha və dinə yönəlmənin əsas səbəblərini izah edin.
    Category: Dinlərlə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 910 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024