İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Files » Etiqat » Dinlərlə tanışlıq

    Kitabın adı: Dinlərlə tanışlıq
    2011-09-01, 7:59 PM
    BEŞİNCİ DƏRS
    İBTİDAİ DİNLƏR (2)
    3. TOTEMİZM
    Totempərəstlik də qədim bir e’tiqadi cərəyandır; bu dinin ardıcıllarına hələ də Amerika, Avstraliya və Afrikanın yarımvəhşi qəbilələri arasında rast gəlmək olur. Əslində totem sözü Şimali Amerikanın yerli əhalisi ilə bağlıdır. Sosioloqlar totemizm sözünü e’tiqadi baxımdan Şimali Amerikanın yerli əhalisi ilə oxşar olan dünyanın sair nöqtələrindəki yerli əhalinin əqidəsini bəyan edərkən işlədirlər.
    Totem dedikdə hər hansı bir qəbilə tərəfindən pərəstiş olunub müqəddəs sayılan bitki, heyvan və ya başqa bir şey nəzərdə tutulur. İbtidai insanlar müəyyən bir əşyanı və ya heyvanı (daha çox heyvanlar və quşları), özləri üçün totem kimi seçir və ona pərəstiş edirdilər. Onlar inanırdılar ki, ulu babalarının ruhu o quş, yaxud heyvanın cisminə keçib. Bu ruh ölümdən sonra həmin quş, yaxud heyvan surətində qəbilənin ətrafında gəzməyə başlamış və onları himayə etməkdən əlavə, həmin qəbilənin sağlamlıq və xeyir-bərəkətinə də səbəb olur. Yerli əhali totem kimi qəbul etdikləri həmin varlığı həqiqətdə özlərinin ulu babası və soyları hesab edirlər. Qəbilənin hər bir üzvü öz nəslinin davam gətirib həyat sürməsində totemin istisnasız rolu olduğunu zənn edir, onun ətinin yeyilməsini özlərinə və başqalarına qadağan edirdilər.
    Totem kimi qəbul olunan həmin heyvanın, yaxud quşun nəsli davam etdiyindən, onlar belə güman edirdilər ki, qəbilənin ulu babası əbədi olaraq totemin simasında diri qalacaqdır. Deməli, totemizm həqiqətdə qəbilənin ulu əcədadına pərəstiş etmək, başqa sözlə desək, o cəmiyyətin müştərək ruhu formasına düşmüş bir varlığa sitayiş etmək deməkdir.
    Qəbilə üzvləri xüsusi ibadət mərasimləri təşkil edərək totemin hərəkət, səs və rəftarını təqlid etməyə çalışır, bununla da qəbilənin ulu əcdadına itaət və məhəbbətlərini izhar etmək istəyirlər.
    TOTEMİZMİN ƏSAS PRİNSİPLƏRİ
    Totemizmin əsas prinsipləri aşağıdakılardır:
    Totem; mana; tabu.
    a) Totem:
    Mə`lum olduğu kimi, totem müqəddəs bir varlıqdır ki, camış, qartal, tutuquşu, kenquru, qırğı və ağac qurdu kimi heyvan, çay kolu kimi bitki, nadir hallarda yağış və hər hansı predmetlərdən biri ola bilər; yerli əhali bu kimi varlıqları özlərinin ulu babası hesab edərək onu müqəddəs sanmış və onlara pərəstiş etmişlər. Məsələn, qartalı özünə totem seçən hər bir qəbilə qartalın bütün növlərini müqəddəs sayaraq sitayiş edirdilər.
    Totem qəbilə üzvlərinin milli simvolu, tayfa nişanəsi, bayraq və gerb surətində olmuş, qəbilə üzvlərinin bir-birinə bağlılıq və birlik amili sayılmışdır. Bu simvollar müxtəlif qəbilələri bir-birindən ayırmaqda seçilməkdə yeganə amil hesab olunur. Hər bir qəbilə üzvü adətən toteminin heykəlini və ya şəklini evinin qapısında yaxud meydanlarda həkk etdirir, öz bədəninin müxtəlif nahiyəsinə dərinin üzərinə döydürür, bə`zi vaxtlarda hətta ölən şəxslərin cənazəsi üzərində də çəkirdilər. Qəbilə üzvlərindən bə`ziləri çalışırlar ki, öz zahiri quruluşlarını da totemin şəklinə salsın. Misal üçün qəbilənin totemi quş olarsa, onlar öz başlarına, sinələrinə və bədənlərinə o quşun lələklərini yapışdırırdılar; totemi buynuzlu heyvanlardan olan qəbilə üzvləri isə ona tabe olaraq öz başlarına buynuz vururdular.
    b) Mana: (Mana)
    Mana qeyri-müəyyən və mistik həyat qüvvəsi ilə hər yerdə pərakəndə vəziyyətdə dolaşan, canlı və ya cansız, müqəddəs və qeyri-müqəddəsliyindən asılı olmayaraq, məxluqat arasında mövcud olan əfsanəvi bir varlıqdır.
    "Mana” kəlməsinin kökü şimali-şərqi Avstraliyanın Malineziya adalarında yaşayan xalqların dilindən götürülmüşdür. Manaya e`tiqad bəsləmək dünyanın bir çox nöqtələrində yaşayan xalqlar arasında müşahidə olunduğundan, sosioloqlar "mana” kəlməsini mistik qüvvənin varlığından başa düşülən elmi ifadə kimi işlədirlər. Hər bir yerdə mana ilə əlaqədar xüsusi qayda-qanunlar və adət-ən`ənələr mövcud olmasına baxmayaraq, bu əqidənin ardıcıllarının hamısı müştərək fikirdədirlər; onların inancına görə hər bir varlıqda namə`lum və mistik bir qüdrət vardır ki, qeyri-təbiidir, onun fəaliyyətləri mananın təbii həyat qüvvəsinin fövqündədir, müəyyən şəxslərin vasitəsilə, yaxud diri və hərəkətdə olan şeylərin vücudunda zahir olur. Onun belə bir xüsusiyyəti vardır ki, cansız əşyalardan canlılara, bir şəxsdən başqa bir şəxsə və ya müəyyən şəxslərdən cansız əşyalara keçə bilir.
    Səhra və çöllərdə yaşayan qəbilələr çox qüdrətli nəzərə çarpan hər bir şəxs, yaxud heyvan qarşısında özlərinin acizliklərini hiss etdikləri üçün onların mana qüvvəsinə malik olduğunu zənn etmişlər. Buna görə də bu qüvvənin qarşısında özlərini qorumaq, gündəlik fəaliyyətlərində ondan kömək istəmək, yaxud öz fiziki qüvvələrini artırmaq üçün ona müqəddəs bir varlıq kimi yanaşmış və onlara sitayişolunma dərəcəsinə qədər xüsusi diqqət yetirmişlər.
    v) Tabu: (Taboo)
    Totemizm kimi ibtidai dinlərin ardıcılları arasında sirli və gizli qüvvəyə malik olan, fövqəl-təbii gücdən əlavə qüvvənin mövcudluğuna, ondan uzaq olmağın gərəkliliyinə inanc da yayılmışdı. Hər kəs bu əşyalara yaxınlaşsa başına böyük bəlalar gələcəyi gözlənilirdi. Buna görə də həmin qəbilələr qorxularından bu kimi əşyalardan çəkinər və ona əl vurmazdılar. Çünki onlara əl vurmaqla qeybdən gələn cəzalara düçar olacaqlarına inanırdılar. Əşyaların daxilində olan bu gizli və sirli qüvvəyə terminologiyada "tabu” deyilir. Tabu Sakit okeanın cənub qərbində yerləşən Aloneziya arxipelaqında yaşayan yerli əhalinin işlətdiyi xüsusi bir sözdür. Bu e`tiqadın oxşarı, yaxud eynilə özü dünyanın digər ölkələrində olan qədim dinlər arasında da müşahidə olunduğundan, etnoqraflar tabu ifadəsini bütün oxşar e`tiqadlar üçün də istifadə edirlər.
    Səhra və çöllərdə yaşayan qəbilələrin əksəriyyətində tayfa başçısı tabunun bariz nümunələrindən hesab olunur. O, qəbiləyə rəhbərlik etmək qüdrətinə malik olana qədər qəbilə üzvləri onun elə bir qeybi, sirli qüdrətə malik olduğuna inanırdılar ki, hətta onun bədəninə, paltarına və yaxud vəsaitlərinə, xalça-palazına, ayağının izinə əl vurmağı belə təhlükəli hesab edirdilər. Belə güman edirdilər ki, bu günahlar törədənlərin həyatına qeybdən təhlükələr yaradacaq. Buna görə də, günahın kəffarəsi kimi yaxşı iş görmək lazımdır.
    Bu qəbilələrdə tabuların sayı-hesabı yoxdur. Cənazə, ovçu, balıqçı, əsgər, uşaq, həddi-büluğa çatmaqda olan qız və ya oğlan, hətta bə`zi işlər, o cümlədən müəyyən sözləri demək, yaxud bə`zi məkanlara daxil olmaq da tabu sayılır və onlardan uzaq gəzmək vacib hesab edilirdi.
    "Tabu” sözü totemizm ayininin xüsusi əməl və qaydaları barəsində də işlədilir. Bu qayda və əməllərin iki növü var:
    1. Ləğv edilmiş;
    2. Lazımi əməllər.
    Əməllərin bu şəkildə bölgüsü bir növ İslam dininin vacib və haramlar təsnifatına bənzəyir. Totemizm ayinində ləğv edilmiş ədəb və əməllərin ən mühümü aşağıdakılardır:
    Qəbilənin totemi hesab olunan heyvanları öldürmək, ətini yemək, totem əşya və bitkilərə hörmətsizlik etmək, hətta onlara toxunmaq və baxmaq. Misal üçün, totemi inək olan qəbilələr onun ətini yeməkdən çəkinməlidir. Amma qəbilə üzvləri xüsusi ayin və mərasimlər keçirərkən öz totemlərinə qovuşmaq üçün təntənəli ritualla onun ətindən yemələri kimi xüsusi hallar istisna olunur.
    Ləğv olunan inkari əməllərdən biri də toteməri bir olmayan qəbilənin qızları ilə evlənməkdir. Dini bayram sayılan günlərdə işləmək, yaxud bir şey yemək də eyni qayda ilə haram sayılırdı.
    İndi isə Avstraliyanın bə`zi primitiv qəbilələri arasında geniş yayılmış totemist mərasimlərinin bir nümunəsini şərh edirik:
    Bu qəbilələrin insanları təzə həddi-büluğa çatmış bir şəxsi üzvlüyə, yaxud qəbiləyə və totemist dəstəyə qəbul etmək istəsələr, əvvəlcə onu müəyyən bir müddət tərki-dünya həyat sürməyə, qadınlarla və hələlik totemizm ayinini qəbul etməyən şəxslərlə görüşməkdən çəkinməyə vadar edirlər. Belə hallarda onun meşələrdə özünə sığınacaq seçməsi daha məqsədəuyğun hesab olunur. Bu halda xörəklərin əksəriyyəti ona haram sayılır, halal olanlar da ya xüsusi şəxslər vasitəsilə onun ağzına qoyulmalı, yaxud özü acından ölməyin qarşısını alacaq miqdarda yeməlidir.
    Təzə həddi-büluğa çatmış oğlan uşağı məşəqqətli ruhi məşğələlərlə müşaiyət olunan bu ağır dövrü keçdikdən sonra pak, xalis və mə`nəvi bir halda asketik həyat tərzindən çıxır və bundan sonra dini mərasimlərdə iştirak etməyə icazə alır.
    "İntişiyuma” əslində totemizmin ən əsas ayini kimi qeyd olunan mərasimlərdəndir. Bu ayin ilk baharda və yağışlar yağmağa başlayan zaman təntənəli və böyük bir bayram kimi keçirilir. Mərasimdə qəbilənin bütün üzvləri daşlı, kələ-kötür bir yamaca yığılır, tam çılpaq halda oynayıb rəqs etməyə, var gücləri ilə ayaqlarını döyəcləməyə və atılıb-düşməyə başlayırlar. Onlar müəyyən mahnılar oxuyur və həmin halda güllərin tozlarını havaya səpirlər. Onların inancına görə bu əməl əkin-səpinin bərəkətinin çoxalmasına, onların nəslinin artmasına səbəb olur. Bu mərasimi yerinə yetirdikdən sonra qəbilənin bütün üzvləri totem sandıqları müqəddəs heyvanın ətini yemək üçün bir yerə yığışır və bununla da, öz ulu babalarının ruhu hesab etdikləri totem ilə birləşməyi mümkün sayırlar. Qəbilə üzvləri bu mərasimlə öz ulu babalarına qarşı olan sədaqət, vəfadarlıq və həmrəyliklərini nümayiş etdirirlər.
    Qeyd olunan mətləblərdən belə bir nəticəyə gəlirik ki, totemizmdə qəbilənin ulu babası qəbilə üzvlərinin əsli vücudu və kökü hesab olunur. Qəbilənin ulu babası öldükdən sonra ruhunun qəbilənin totemi şəklində zühur etdiyinə görə, o da müqəddəsləşdirilərək sitayiş olunur. Ancaq, məşhur sosioloq Emil Durkim bu fikirdədir ki, totemistlər totemə pərəstiş və onun fövqəladə qüdrətinə inanmaqla yanaşı bütün dünyada tə`siri olan yeganə yaradan və yox edən qüvvəyə də e`tiqad bəsləyirlər. Totemlər bütün bu qüdrətlərdən məhrumdurlar. Dünya səviyyəli bu qüdrətli güc totemlərdə də təcəssüm olunmasına baxmayaraq, dünyanın bütün başqa varlıqlarında mövcuddur. Əlbəttə, varlıqlardan heç biri ilə eyni deyil, bu qüvvə əzəli və əbədi olmuş, totemlərin yaranmasından əvvəl və onlardan sonra da mövcud olmuşdur.
    QƏDİM VƏ MÜASİR TOTEMLƏR
    Müxtəlif xalqların tarix və ədəbiyyatından qalmış əsərlər aşkar şəkildə göstərir ki, totemizm ayinin təxminən dünyanın hər yerində qədim tayfa və millətlərin böyük əksəriyyətində olduğunu göstərir.
    Dünya xalqlarının şifahi və yazılı ədəbiyyatının müasir dövrə gəlib çatmış dastan, nağıl, atalar sözləri uzaq keçmişdə totemə e`tiqadın geniş yayılmasına dəlalət edir. Bu mənbələrdən biri kimi romalıların əfsanəvi dastanlarını və Yupiterin hekayəsini göstərmək olar. Məşhur nəzəriyyəyə görə, öz sevgilisinin diqqətini cəlb etmək üçün o özünü qu quşu formasına salmışdır. Bu hadisə göstərir ki, latınların əsil əcdadı sayılan Ariya qəbilələrindən biri qu quşunu özünə totem seçmişdir. Sonralar, tədricən bu quş ilahiləşdirilmiş və nəticə e`tibarı ilə Yupiter hekayəsi formasına düşmüşdür. Firdovsinin "Şahnamə” əsərində də bu e`tiqadın müxtəlif yönlərini tapmaq olar. Bu əsərdə İranın müxtəlif tayfa və köçəri xalqlarının bayraqları haqda deyir: " - İran şahının ordusunda xidmət edən hər bir qəbilənin bayrağında müxtəlif rəngli bir ulduz, yaxud heyvanın təsviri var idi. Bu bayraqlar hər bir tayfanın düşərgə saldığı yerlərdə yüksək bir nöqtədə dalğalanırdı. Onların üzərində ayın, ulduzun, canavarın, əjdahanın, filin və s. heyvanlar təsvir olunmuşdu.”
    Eyni zamanda demək olar ki, hal-hazırda da müəyyən şəhər və ölkələrin simvolu kimi tanınan bə`zi rəsmlər, o cümlədən Almaniya və Amerikada qartal, Tailandda fil, Yaponiyada günəş, Şri-Lankada şir və s.-də totemlərə e`tiqadların qədim dövrlərdən mirasıdır. Bundan başqa, dünyanın müxtəlif yerlərində, eləcə də Avstraliyada, Amerika qitəsinin şimal və mərkəz bölgələrində, bə`zi Afrika ölkələrində totemizmə inanan, qədim dövrdə mövcud olan e`tiqadlardan bir çoxunun mədəniyyət və düşüncələrində qaldığı çoxsaylı primitiv qəbilələr həyat sürürlər. Hindistanda inəyə vəsfolunmaz hörmət və müqəddəsləşdirmə şübhəsiz ki, totemizm düşüncəsinin bariz nümunələrindəndir. Bir çox avam kütlələr və hətta bə`zi müsəlmanlar da ağaclardan, daşlardan və s.-dən kömək ummaq, onlara ehtiram göstərmək kimi hallar da gözə çarpır. Bu sahədə daha ətraflı və çoxsaylı nümunələri müasir dünya xalqlarının mövcud adət-ən`ənələrini araşdırmaq və totemist təfəkkürünü adət-ən`ənələrlə tutuşdurmaqla qalıqlarını müşahidə edərək, uyğun olduğunu görmək olar.
    SUAL VƏ TAPŞIRIQLAR
    1. Tabunun neçə növü vardır?
    Totemin tə`rifini deyin.
    Totemizmin əsaslarını izah edin.
    Totemizm ayinində haram olan şeylərdən bə`zilərini izah edin.
    Müasir dövrdə totemizmin simvollarından sayılan bir neçə nümunə göstərin.
    "Zümər” surəsinin 5-ci ayəsindən istifadə etməklə, totemistlərin qəbilənin bütü və totemi barədəki nəzərini şərh edin.
    Category: Dinlərlə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 916 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024