İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Files » Etiqat » Dinlərlə tanışlıq

    Kitabın adı: Dinlərlə tanışlıq
    2011-08-31, 7:21 AM
    ON BİRİNCİ DƏRS
    CAYNİZM (1)
    TARİXÇƏSİ
    MÜQƏDDİMƏ
    Brahman ayininin bə`zi ictimai-ideoloji əsaslar, o cümlədən karma qanunu, tənasüx və kasta sinfi quruluşu sonrakı dövrlərdə onların ardıcılları tərəfindən inkar edilərək ciddi narazılıq və kəskin tənqidlə qarşılaşdı. Brahmanlar məhz bunlara əsaslanaraq açıq şəkildə bildirirdilər ki, öz təbəqələrindən olanlar istisna olmaqla, heç kəs kamil mə`nəvi mərhələləri qət edərək nicat və qurtuluş mənzilinə, yə’ni nirvanaya nail ola bilməz. Bu e’tiqad brahman ayinindəki digər e’tiqadlardan daha artıq tənqid və e’tirazlara mə’ruz qaldı.
    Bu əqidənin ardıcılları üçün insanlar arasında yalnız bir təbəqənin nicat əhli olaraq nirvana kimi fəna mərhələsinə çata biləcəkləri, başqalarının isə on dəfələrlə doğulub-ölməkdən, sə`y göstərib əzab-əziyyət çəkməkdən sonra belə, nicat və qurtuluş mərhələsinə çata bilməyəcəkləri kimi e`tiqadı qəbul və həzm etmək çox dözülməz idi. Buna görə də Hindistan alimlərindən bir qrupu karma və tənasüx qanununu başqa bir yolla izah etməyə çalışaraq, onu təfsir etməyə başladılar. Bu təfsirlərin ən mühümü sonralar caynizm və buddizmin yaranıb formalaşmasına səbəb olmuşdur.
    CAYNİZM AYİNİNİN BANİSİ
    Caynizm ayininin yaradacısı və banisi Natapute Vardmne idi və ardıcılları onu "mahavira”, yaxud böyük pəhləvan adlandırırlar. Mahavira miladdan 599 il əvvəl kşatrya təbəqəsindən olan "racelər” ailəsində dünyaya gəlmiş və sinfi vəziyyətinə görə öz inkişaf dövrünü rifah, var-dövlət, əmin-amanlıq içində keçirmişdir. Caynizmin müqəddəs kitablarında onun həyatı ilə əlaqədar deyilir:
    " - Mahavira beş nəfər dayə tərəfindən qorunurdu. Hər bir dayə ayrıca onun ayaq yoluna getməsi, təharət işləri, bədəninin paklığı, paltar geyməsi, yaxud oynayıb-əylənməsi işlərinə baxırdı. O, bir dayənin qucağından digərinin qucağına ötürülürdü.”
    Mahavira öz gənclik dövrünü də atasının imperator sarayında naz-ne’mət içərisində keçirmiş, daha sonra zadəgan təbəqəsindən olan bir qızla evlənmişdir. Buna baxmayaraq, şahlara xass həyat tərzi ona çox iyrənc və dözülməz gəlirdi. O, zahidlik və rahiblik həyatına üstünlük verir və belə bir həyat tərzini daha çox sevirdi. Ata-anası həyatda ikən onun rahiblərə yaxınlaşması və həyat tərzlərinin tətbiqinin qəti əleyhinə olduğuna görə onlardan uzaq gəzirdi. Amma, təxminən 30 yaşında ikən ata-anası öldükdən sonra sarayın kübar həyat tərzindən uzaqlaşıb ona miras qalan var-dövlətin hamısını yoxsulların arasında bölüşdürdü və şəhərin kənarında rahiblərin monastırında yaşamağa başladı. Zadəgan paltarlarını çıxardıb, rahiblərin adətinə uyğun olaraq, əyninə sadə bir parça doladı və onların ayininə and içib öz cismini və bədənini unudacağına, üzləşəcəyi bütün xoşagəlməz hallara və çətinliklərə səbr edəcəyinə söz verdi.
    Mahavira bir müddət rahiblərlə birgə yaşadıqdan sonra nicat və qurtuluşa nail olmaq, mukşadan nicat tapmaq üçün rahiblərin monastırını tərk etdi. Əbasını çiynindən götürdü, çılpaq şəkildə səhralara üz qoydu, evsiz-eşiksiz didərginlər kimi özünün asketik həyat dövrünü başladı. Yazırlar ki, o, öz səyahət və seyri-süluk müddətində bir gündən artıq bir kənddə və beş gündən artıq heç bir şəhər və ya qəsəbədə qalmamışdır. Belə ki, bir yerdə bundan artıq dayanmağı həmin yerlərə ürək bağlamaq kimi qiymətləndirirdi. Yalnız yağışlar mövsümündə bir yerdə qalmaq üçün yer seçir və orada mütləq sükunətə dalırdı. Bu fəsildə yer üzündə bir çox canlılar hərəkətə gəldiyindən Mahavira onları əzməmək və əzab-əziyyət verməmək üçün hərəkət etmirdi. O, nicat və qurtuluş prinsiplərindən birinin də canlılara əzab-əziyyət verməmək olmasına inanırdı. Buna görə də, yeriməyə başladıqda yumşaq bir süpürgə ilə öz yolunu təmizləyirdi ki, kiçik həşəratları, yaxud qarışqaları yolun üzərindən götürsün və onlara əzab-əziyyət verməsin.
    Məhz bu səbəbdən, heç vaxt ət xörəkləri yeməzdi ki, heyvanların öldürülməsində payı olmasın. Həmişə dilənməklə başqalarının hazırladığı yeməklərdən yeyərdi. Su içən zaman nazik bir parça ilə suyun üzərini təmizləyirdi ki, onda kiçik canlılar olmasın. Hətta, həşəratların ağzına girib ölməməsi üçün danışan zaman ağzına bir dəsmal tuturdu. Yatan zaman da öz yatağını diqqətlə axtarırdı ki, hər hansı bir həşarat, yaxud həşaratın sürfələri olarsa, onlara zərər toxunmasın. Yazırlanlara görə o, başqa rahiblərin nazik paltar geydikləri və öz bədənlərini od qalamaqla qızdırdıqları soyuq fəsillərdə də çılpaq gəzər, ağaclara söykənməkdən çəkinər və heç vaxt sığınacağa girməzdi. Soyuq fəsillərdə kölgədə, isti fəsillərdə isə yandırıcı günəşin altında oturmaqla dərin düşüncə və meditasiyalara qərq olardı.
    Mahavira heç vaxt rahatlıq məqsədi ilə yatmırdı. Yuxu onu üstələyəndə özünü oyadar və sutka ərzində azacıq yuxu ilə kifayətlənərdi. Heç vaxt dərman qəbul etməz, öz bədənini suya salmaz, başının tüklərini qısaltmazdı. Onun fikrinə görə ağızı və dişləri yumaq lazım deyildi. Qəlbində heç kəsə məhəbbət yaranmaması üçün kimsə il oturub-durmaz və danışmazdı. Kəndlilər ətrafına toplaşıb onunla söhbət etmək istədikdə Mahaviranın uzun-uzadı sükutundan bezərək ondan əl çəkirdilər. O, nə kimsəyə salam verir, nə də bir kəsin salamını alırdı. Ümumiyyətlə heç bir kəsə diqqət yetirmir, başqalarının onu təhqir edib söymələrinə dözür və heç vaxt onları dəf etmək fikrinə düşmürdü. Hətta insanların, yaxud ziyanverici və yırtıcıların verdikləri fiziki əzab-əziyyətlərə də dözür, heç vaxt e’tiraz və ya şikayət etmirdi. Onun barəsində hindusların müqəddəs kitablarında oxuyuruq:
    " - O, ifrazatın pis qoxusu, yaxud səndəl ağacının gözəl iyinə qarşı eyni dərəcədə e`tinasız idi. Samanla ləl-cəvahirata, zibillə qızıla, xoşluqla əzab-əziyyətə də eyni səviyyədə laqeydlik göstərirdi. Nə bu dünyaya bağlı idi, nə də ki bu dünyanın fövqündəki dünyaya. Nə həyat arzulayırdı, nə də ölüm.”
    Hindusların müqəddəs kitablarında yazılanlara əsasən, Mahavira nəhayət on iki ildən sonra dözülməz ruhi məşğələlər, nicat və qurtuluşa çatmaq yolunda səbr və müqavimət nəticəsində 13-cü ilin ortalarında bir küncdə təfəkkürə qərq olduğu zaman nirvana və kamalın, yetkinliyin son mərhələsinə nail oldu ki, buna da terminologiyada "kivala” deyilir. Hinduslar ona bu vəziyyətdə "caynizmeh”, yə`ni qalib və fateh ləqəbi verdilər. Çünki, o bu mərhələdə tam fəth və qələbənin son həddinə çatmış, bütün maddi və dünyəvi bağlılıqları özündən uzaqlaşdıra bilmişdi. O, nəhayət ki, ardıcıl ölüm və doğumların, tənasüx və möhnətin əzab-əziyyətindən xilas ola bilmişdi. Bu ayindəki "caynizm” sözü də həmin məsələdən bəhs edir.
    Mahavira uzun sürən asketik həyat mərhələsini keçdikdən sonra sükutu pozmuş, camaata moizə etməyə, onlara yol göstərməyə, özünün hasil etdiyi ayin və məslək yolunu davam etdirməyə başlamışdı.
    O, otuz il çəkən və həyatının sonuna qədər davam edən bu dövrdə öz ətrafına çoxlu şagird toplaya bilmiş və öz ayininin qayda-qanunlarını onlara öyrətmişdi. Onun hinduslar və sadə brahmanlar arasından da saysız-hesabsız ardıcılları var idi. Beləliklə, caynizm ayini Hindistanın qədim brahman cəmiyyətində meydana gəlib yayıldı. Bu ayinin qayda-qanunları və əməlləri tarixin bütün enişli-yoxuşlu yollar keçməsinə, müxtəlif çətinliklərlə rastlaşmasına baxmayaraq mövcudluğunu qoruyub saxlamış və indiyə qədər davam etməkdədir. Müasir dövrdə də Hindistan yoqalarının əksəriyyəti özlərini bu ayinin ardıcılı hesab edir. Əlbəttə, bu ayin sadə əhali arasında çox da geniş yayılmayıb. Demoqraflar, hal-hazırda Hindistanda 12-13 milyon nəfər caynizm ayininin ardıcılının olduğunu qeyd etmişlər. Ardıcıllarının az olmasını nəzərə almasaq belə, caynizm ayininin araşdırılması iki cəhətdən əhəmiyyət kəsb edir:
    1. Bu ayinin yeni hinduizm baxışlarına qoyduğu tə’sirlər;
    2. Bu ayinin brahmanizmlə hinduizm ayini arasında birləşdirici halqa olması və bu dinlərin tarixi proseslər baxımından da tədqiqinin zəruriliyi.
    Başqa sözlə demək olar ki, qeyd olunan üç mərhələnin (brahmanizm, caynizm və hinduizm) araşdırılması ilə bu ayinlərin ideoloji və konseptual prinsiplərinin bir çoxu öz-özünə aydınlaşacaqdır. Çünki, caynizm ayinində baş verən sonrakı dəyişikliklər ondakı bə’zi iradların, zəif nöqtələrin və çatışmazlıqların üzə çıxması kimi qiymətləndirilir. Bu ayinlərin tədqiqi həm də ona görə əhəmiyyətlidir ki, Qərbdə bir çox insanlar maddi həyatın əbəsliyindən məğlub olduqlarına görə asketik ruhlu hindus cərəyanlara üz tutmuşlar. Bu ayinləri araşdırmaqla, yanaşmaların düzgün olub-olmamasını anlamaq olar.
    Caynizmin müqəddəs kitablarının tədqiqindən Mahaviranın 12 illik üzücü ruhi məşğələlərdən sonra nirvanaya, kamal və mütləq yetkinliyə (kivala) necə nail olması, bu vüsalın əlamət və nişanələrinin onda necə əks olması dəqiq aydınlaşmır. Əlbəttə, onun bu mə’nəvi məqama qovuşmasının dəqiq zamanı və məkanı bəyan olunmuşdur: " - 13-cü ilin yay fəslinin ikinci ayının dördüncü həftəsində, əşyaların kölgəsi gün çıxan tərəfə qayıtdığı zaman Riqopalike çayının şimal sahilindəki Qrimbəhikə-qrame şəhərində, Samaqa adlı şəxsin tarlasında bir ağacın yaxınlığındakı köhnə mə’bədin şimal tərəfində dizləri üstə başını aşağı dikib, fikir və düşüncə dəryasına qərq olduğu zaman nirvanaya qovuşdu.”
    Gördüyünüz kimi Mahaviranın nirvanaya qovuşmasının məkan və zamanına aid ən xırda məqamlar belə bəyan olunduğu halda, onun necə vüsala yetişməsi və əlamətləri haqda heç bir aydın söz deyilməmişdir. Bununla belə, Mahaviranın ardıcılları onu müqəddəsləşdirərək sitayiş etmiş və ilahi sifətlərə məxsus olan bir şəxs kimi anmışlar. Hindusların müqəddəs kitablarında deyilir: " - Hikmətə nail olan Mahavira heç bir günah iş görmədi... O, günahlardan, meyllərdən uzaq qalaraq dərin təfəkkür və tərki dünyalıqla məşğul olurdu.”
    Eyni zamanda onun haqqında belə də deyilir: " - O böyük zahid heç bir yaramaz əməl törətmədi. Dünyapərəstliyin və günahkarlığın cərəyanlarını bilən o vahid kəramət sahibi ... həmişə heyvanların öldürülməsi kimi günaha batmaqdan çəkinərdi... O günaha batıracaq heç bir iş görmədi.”
    Bu kitablarda Mahavira bütün günahlardan pak hesab olunduqdan, əslində ona ismət məqamı verildikdən sonra mütləq filosof və alim adı ilə sitayişə layiq görülür. Bu kitablarda deyilir: " - O, bütün alimlərin fikirlərini bilirdi.”, " - O, ucsuz-bucaqsız və ali bir elm sahibi idi.”, " - Bu böyük ağıllı və zəkalı filosof imana, sonsuz elmə malik idi”.
    Nəhayət, caynizmin müqəddəs kitabları Mahaviranı bəşəriyyətin 24-cü və sonuncu xilaskarı kimi qeyd edir.
    Caynizm ardıcıllarının inancına görə, həmin 24 xilaskar öz tə`birləri ilə 24 cayn - bir-birinin ardınca bəşəriyyətin nicatı üçün zühur etmişlər. Onların birincisi "rəsabha” adlanır və o, çox uzaq keçmişdə yaşayırmış. Onun tarixi mə’lum deyil, yalnız caynizm ayininin dini mətnlərində olan əfsanələrin bə’zisi onunla əlaqələndirilir. Sonrakı caynlar biri digərinin ardınca bəşəriyyətin xilaskarı zühur etmiş və 23-cü caynın adı Barsəvanas olmuşdur. Qeyd olunduğu kimi, onların 24-cüsü Mahaviradır. Barsəvanas miladdan qabaq 9-cu əsrdə dünyaya gəlmiş və 8-ci əsrdə dünyadan köçmüşdür. O, bu cərəyanda çox çətin və kəskin rahiblik sisteminin əsasını qoymuş, öz ardıcıllarını ümumi və xüsusi olaraq iki dəstəyə bölmüşdür. Xüsusi şəxslər özlərini çətin ruhi məşğələlərə dözməyə vadar edən, dünyadan, ailə-uşaqdan üz döndərən, şəhər və kəndlər arasında səfil qalan rahib və mürtazlardan ibarətdir. Amma ümumilər isə bu ayini təsdiq edən, onun tərəfdarı və müridi olan sadə camaatdır. Ümumi dəstədən olanlar rahiblərin ehtiyaclarının tə’min olunması işini öhdələrinə götürür və çirkin işlərdən uzaq olmağı öz adətlərinə çevirirdilər. Ondan sonra əvvəlki caynların göstərişlərinə əsasən, eləcə də özünün 12 illik asketik həyatından və təfəkkürlərindən əldə etdiyinə əsaslanaraq bu ayinin ondan əvvəl misli görünməmiş bir nizam-intizamla sistemləşdirən Mahaviranın növbəsi gəlir. Bu ayinin ardıcıllarının inancına görə Mahaviranın zühur etməsi ilə onların nicat və qurtuluş ayini kamilləşmiş, başqa bir xilaskara ehtiyac qalmamışdır.
    SUALLAR
    1. Mahavira hansı təbəqədən idi və nə üçün rahat həyatı özünə haram etmişdi?
    2. Kivala nə deməkdir?
    3. Caynizmin mə’nası nədir?
    4. Caynizm ayininə əsasən qurtuluşa nail olmağın yolu nədən keçir?
    Category: Dinlərlə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 945 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024