İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 8
Qonaqlar 8
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Dinlərlə tanışlıq

    Kitabın adı: Dinlərlə tanışlıq
    2011-08-30, 10:21 PM
    ON DÖRDÜNCÜ DƏRS
    BUDDİZM (2)
    ƏQİDƏLƏRİ
    Keçən dərsdə qeyd olundu ki, buddizm əqidə və tə’limlərinin əsasları həyati çətinliklərə, ondan xilas olma yollarına aiddir. Bu dərsdə bir daha həmin məsələni araşdırırıq.
    Buddanın özü tənasüxdən, ardıcıl doğulmalardan xilas olmaq, dünyəvi əzab-əziyyətlərdən qurtarmaq üçün uzun-uzadı və üzücü asketizmə üz tutmuş, qurtuluş mərhələsinə nail olduqdan sonra öz ayinini təbliğ edib yaymağa başlamışdır. O, bütün zəhmət və sə`ylərini insanın əzab-əziyyətlərinin səbəbini və bundan qurtuluş yollarını öz ardıcıllarına açıqlayıb izah etməyə çalışırdı. Buna görə də buddizm tə’limlərinə hakim olan ruh, kəlami və fəlsəfi olmaqdan daha çox psixoloji və əxlaqidir.
    Buddanın tə’lim verdiyi ilk qrup əvvəl ondan ayrılan, lakin nirvanaya qovuşduqdan sonra Buddaya qoşularaq onun şagird və müridlərindən olan 5 rahib olmuşdur. Budda onlara xitab edərək deyərdi: " - Qulaqlarınızı açıb eşidin ey rahiblər! Ölümdən xilas yolu tapılmışdır. Bunu mən sizə öyrədəcəyəm.” Sonra dörd ali həqiqəti onlar üçün şərh etmişdir. Bu dörd ali həqiqət əslində onun dəfələrlə ardıcıllarına izah etmiş olduğu buddizmin əsas ideoloji prinsiplərini təşkil edirdi. O, rahiblərə müraciətində bu dörd prinsipi belə bəyan edir:
    1. "Ey rahiblər! Ümumbəşəri əzab-əziyyətin ali həqiqəti budur: doğulmaq doğrudan da əzabdır, qocalıq əzabdır, xəstəlik əzabdır, ölüm əzabdır, xoşagəlməz şeylərlə birgə olmaq əzabdır, xoşa gələn şeylərdən uzaqlaşmaq əzabdır, arzulara çatmamaq əzabdır. Bir sözlə - dünyaya bağlılıq əzabdır.”
    2. "Ey rahiblər! Əzabların mənşəyinin ali həqiqəti budur: əzabların mənşəyi ikinci dəfə doğulmaqla nəticələnir, şəhvət, arzu və meylləri yaradan; hər bir yerdə arzularına nail olmaq və xoş güzərana çatmaq istəyən nəfsani istəklərdir. Nəfsin həmin o arzuları bunlardır: şəhvət yanğısı, varlıq yanğısı və hakimiyyət yanğısı.”
    3. "Ey rahiblər! Əzablardan xilas olmağın ali həqiqəti budur: əzablardan xilas olmaq elə nəfsani arzulardan xilas olmaq deməkdir. Onu tərk etmək, ondan üz döndərmək, ondan azad olmaq və ondan qırılmaqdır. Ondan elə ayrılmaq lazımdır ki, heç bir əsər-əlamət qalmasın.”
    4. "Ey rahiblər! Budur ali həqiqət, budur əzab-əziyyətdən qurtuluşa aparan yol! O yol əslində həmin səkkiz yoldur...” (Səkkiz yol barədə keçən dərslərdə qısaca bəhs olunub, növbəti dərsdə onlar haqda ətraflı mə`lumat veriləcək).
    Buddanın əqidəsinə görə, insan həyatında əzab-əziyyət və qəm-qüssə şadlıqdan daha çoxdur. Hətta Buddanın" - Doğulub dünyaya gəlməsəydim daha yaxşı olardı” dediyi dərəcədə çoxdur. O, inanırdı ki, insanların öz əzizlərini itirməyin dərd-qəminə görə axıtdıqları göz yaşları dörd okeanın sularından daha çoxdur. Ancaq, bir gün şagirdlərdən biri onun bu qəbil tə’limlərindən " - Mənə elə gəlir ki, qəm-qüssədən qurtarmaq üçün intihar etmək lazımdır” - qənaətinə gəldikdə Budda bu nəzəriyyəni qətiyyətlə rədd edərək cavab vermişdir: " - Özünü öldürmək faydasızdır; çünki ruh bu dünyada paklaşmasa, hökmən sonrakı tənasüxlərdə yenidən doğulacaq və sonrakı həyatda məşəqqəti davam edəcəkdir.” Buna görə də o, əzab-əziyyətdən qurtarmağın yeganə yolunu daxili və ruhi paklaşmada görürdü. Belə olan halda insanın şadlıq, asayiş sahilinə çatmasını mümkün hesab edirdi.
    Buddistlərin müqəddəs kitabı "Damapada” qəm-qüssənin, dünyaya bağlılıq və asılılığın əsas amili hesab olunmaqla asılılıqlardan yaxa qurtarmağın mütləq sevincin rəhni olduğu göstərilir. " - Qəm-qüssə də, qorxu da sevinc və şadlıqdan yaranır. Hər kəs şadlıqlardan xilas ola bilsə, qəm-qüssənin əsarətində olmasa qorxu nədən yaranar?”, " - Dünyaya yuxulardakı bir köpük və ilğım kimi bax; ölüm mələyi dünyaya belə bir nəzərlə baxan şəxsi görməz”, " - O kəsi həqiqi brahman hesab edirəm ki, samsaranın və əhrimənin kələ-kötürlü yolunu keçmiş olsun, bu dünyanı, onun əbəs işlərini adlayıb sonuna çatsın və onun sahilinə qədəm qoysun. İstək və meyllərin əsarətindən xilas olub diqqət məqamına çatsın; şəkk-şübhədən azad olsun, varlıq əsarətindən qurtarsın və ruhi sakitlitk qazansın.” Bunun ardınca deyilir: " - Əsil şadlıqda hər bir düşmənçilikdən uzaq asayişdəyik. Bu düşmənçilik dünyasında kin-küdurətli camaatın arasında kinimiz yoxdur. Əsil şadlıq və asayişdəyik; xəstələr arasında sağlamıq, xəstəliklər içrə heç bir xəstəliyimiz yoxdur. Əsil şadlıqda və asayişdəyik; əzab-əziyyət çəkənlərin qəm-qüssəsindən azadıq, əzab çəkənlərin arasında heç bir kədərimiz yoxdur. Şadlıq və sevincə heç bir bağlılıqları olmayan mütləq şadlıqla həyat sürə bilər...”
    Budda insanın əsas çətinliklərinin fəlsəfi və nəzəri bəhslərdə deyil, idrak və hisslərdə görür. O deyir: " - İnsan bütün sə’y və bacarığını istəklərinə, şəhvət və ehtiraslarını dərk edib onlara hakim kəsilmək üçün sərf etməlidir. Çünki insanın həqiqi xeyir və mənfəəti də bu işlərdədir.” Bu barədə deyir: " - Mən nə haqda danışmışam? Mən bədbəxtlik və ehtiyac barədə danışmışam. Bədbəxtliyin mənşəyini izah etmişəm. Nikbətli aqibət barəsində danışmışam, eləcə də ümumbəşəri bədbəxtlik, nikbət və yoxsulluğa son qoyan iman barədə izah vermişəm. Nə üçün məhz bu məsələləri önə çəkmişəm? Çünki fayda yalnız bunlardadır. Bunlar dinin əsas bünövrələridir, insanı dərd, əzab və məşəqqətlərdən nicat və mütləq ağıl və nirvana yoluna yönəldər.” Sonra deyir: " - Mən aləmin qədimliyi, dünyanın əzəli olması barədə izah, varlığın məhdud və ya qeyri-məhdud olması haqda heç bir şərh verməmiş, ruhla cismin vəhdəti, kamal mərhələsinə çatdıqdan sonra onun əbədi qalması barədə heç bir şey deməmişəm. Kamil insanın ölümdən sonra qalması və ya məhvi barədə söhbət açmamışam. Çünki bu kimi bəhslər dinin əsası deyildir.”
    Bu məsələləri qaldırmaqla Budda əslində öz e’tiqad və təfəkkürünün əsas prinsiplərini təqdim etmişdir. O, öz əqidəsinə görə dinin əsaslarına aid etmədiyi mövzu və bəhslərdən yan keçərək onlara heç bir münasibət bildirməmişdir. Buna görə də əzab-əziyyətdən xilas olaraq kamal və qurtuluşa çatmaq üçün Buddanın təklif etdiyi yol və metod da - yuxarıda göstərilən mövzu və məsələləri öyrəndikdən sonra - nəfsin təmizlənməsi, bütün maddi-şəhvani-nəfsi istəklərdən çəkinməyə əsaslanır.
    Əlbəttə, Budda bütün bu məsələlərdə ədalətə riayət olunmasını əsas şərt hesab edir (bu bəhs sonrakı dərsdə araşdırılacaq). Onun fikrincə, fəlsəfi bəhslərlə məşğul olmaq əbəs və bihudə bir işdir, onlardan mümkün qədər çəkinmək lazımdır. Onun ayini də bu kimi məsələlərdə bitərəf mövqe tutur. Buddanın hindlilərin diqqət və maraq göstərdikləri bə’zi e’tiqadlara, o cümlədən mə’budlara e’tiqad, mə’budlar üçün qurbanlıq kəsmək, razi-niyaz edib onların qarşısında ibadət etmək kimi məsələlərə diqqət yetirməyib susması təəssübkeş hindusların Buddanı dinsizlikdə ittiham etməsinə səbəb oldu. Bununla belə, onun doğrudan da allaha və mə’budlara inanmaması, yaxud imanlı bir şəxs olması namə`lumdur.
    İzah edilməli olan məqam budur ki, bə`zi dinşünaslar, o cümlədən Radha Krişnan ümumiyyətlə Buddanın kamil bir dinin əsasını qoymaq fikrində olmadığını; onun qəlbini narahat edən məsələnin yalnız insanların qarşılaşdıqları çətinliklər, əzab-əziyyət və bunlardan çıxış yolu olması qənaətindədirlər. Buna görə də zahidlik, dünyəvi bağlılıqlardan çəkinmə, nəfslə mübarizə və düşüncəyə əsaslanan bir ayin yaratmışdır. Sonralar ardıcıllarının çoxalması və inkişaf edib genişlənməsi nəticəsində müasir buddistlərin mə’bədi sayılan "təfəkkür və müraqibə” monastırları tikilmiş, bu ayinə bə’zi əxlaq normaları və prinsiplər əlavə edilmiş və tədricən müəyyən bir din formasını almışdır. Bu baxımdan, böyük dinlərdə araşdırılan dinlərin mövqelərinin açıqlandığı bir çox məsələlərdən Budda ayinində bəhs olunmur. Buddizmdə allaha, ölümdən sonrakı dünyaya inanıb-inanmamaq, istəklərin vahid allahdan, yaxud çoxsaylı mə’budlardan dilənməsi, razi-niyaz etmək və s. məsələlərdən sükutla keçmişdir. Hətta, Buddanın söylədiyi söz və yozumu onun qeyd olunan məqamlara riayət etməməsini xatırladır. Misal olaraq onun öz çıxışlarının birində Allahı görmədiyi halda onun barəsində danışan şəxsi məsxərəyə qoyduğunu göstərmək olar. Budda elə insanları öz mə’şuqunun eşqində qərq olan, amma onun kim olduğunu bilməyən bir aşiqə bənzədir. Məhz bu kimi ifadələrə görə müasirləri olan brahmanlar onu dinsizlik və mürtədlikdə ittiham etmişlər. Əlbəttə, Buddanın qeyd etdiyi tə’birləri irfani baxımdan əsaslandırmaq olar. Çünki, müsəlman ariflər də öz kəlamlarında bu kimi ifadələrdən istifadə etmişlər. Ancaq, bilmək lazımdır ki, İslam irfanı ilə buddizmin fərqi yuxarıdakı məsələ barədə İslam irfanının "haqqın görünməsi”ndən söz olaraq Allahı çağıran, ancaq, Onu şühud etməyən şəxsi etdiyi halda buddizm bu məsələnin üstündən sükutla keçmiş və Tanrı barədə danışmağı öz səlahiyyəti çərçivəsində bilməmişdir.
    Digər tərəfdən, buddizmin allah məsələsinə diqqət yetirməməsi əvvəla, Buddanın ardıcıllarının ondan sonra bu məsələ barədə dərindən düşünmələrinə və allaha qovuşmaq üçün yol axtarmaqlarına səbəb oldu. Bu arada onlardan bir qrupu Buddanın ümumiyyətlə insan deyil, fövqəlinsan olması nəzəriyyəsinə meyl etdi. Buna görə də ona ilahi sifətlər aid edib sitayiş predmetinə çevirdilər. Bu e’tiqada əsasən Budda qədim varlıq, mütləq bilik, mütləq elm, mə’budların və bəşəriyyətin xilaskarı kimi təqdim olunurdu. Müasir buddist mə’bədlərində Buddanın çoxsaylı heykəlləri sair şərq dinlərində, o cümlədən hinduizmdə mövcud olan mə’budları, bütləri əvəz etmiş və onun ardıcılları öz dini rituallarını həmin heykəllərin qarşısında yerinə yetirirlər.
    KARMA VƏ SAMSARA
    Karma və samsara qanunu da buddizmin ideoloji prinsiplərindəndir. Bu iki prinsip əslində brahman ayinindən götürülmüş sonradan müəyyən dəyişikliklər və əlavələr edilmişdir.
    Buddanın e’tiqadına görə, insan hansı təbəqə və hansı sinifdən olmasına baxmayaraq, öz ruhunda və nəfsində elə dəyişikliklər yarada bilər ki, həyatının keçmiş dövrlərindəki çirkin əməl və günahların aqibətindən xilas olsun. Bu prinsipə əsasən, insan öz nəfsani istəklərinə və ehtiraslarına tamamilə qələbə çalıb "ərhət” (kamil insan) mərhələsinə çatarsa, karma qanunu onun üçün tə’sirini itirəcəkdir. Artıq o, bundan sonra ardıcıl doğumlar nəticəsində kastanın dörd təbəqəsi arasında enib-yüksəlməyə məhkum olmayacaqdır. Həyat və əbədiyyətə meyilli olan, öz maddi bağlılıqlarına sadiq qalan şəxslər isə öldükdən sonra öz nəfslərini kamilləşdirmək üçün yenidən dünya həyatına nazil olmağa məcbur olacaqlar.
    Digər bir prinsip olan samsara (tənasüx) əsasən ruh bir cismdən digər bir cismə keçə bilər. Əlbəttə, bu yozum Buddanın nəzərincə zehni və mə’nəvi anlayışa bənzəyir. Buddist kitablarının birində deyilir: "Sultan Milində həkim Nagsinədən soruşur: - Birinci cismdən ikinci cismə heç bir şey varid olmadan, yenidən doğulub həyat sürmək mümkündürmü?
    Həkim cavab verir: - Bəli.
    Şah deyir: - Misal göstər.
    Həkim deyir: - Kimsə şamı başqa bir şamın işığında yandırdıqda, birinci şamın işığı ikinci şamın cisminə keçirmi?
    Şah deyir: - Xeyir.
    Həkim deyir: - Həyatın yeniləşməsi də buna bənzəyir.
    Həkim başqa bir misal göstərib deyir: -Müəllim öz şagirdinə bir şey öyrətdikdə, elm və kəlam onun cismindən şagirdin cisminə varid olurmu?
    Şah deyir: - Xeyir.
    Sonra həkim izah edərək deyir: - Yenidən doğulma da eynilə müəllimin dilindən şagirdin yaddaşına keçən zehni bir anlayış kimidir; bu halda müəllimin ruhu və cisminin maddəsi şagirdə nəql olunmur.”
    Eyni zamanda Budda inanırdı ki, insanın ruhu və nəfsi maddi asılılıqlardan qurtarıb fəna mərhələsinə və nirvanaya çatdıqda, ruh və cismindən heç bir şey qalmır ki, ölümdən sonra insanın cismindən başqasının cisminə keçə bilsin.
    "Nirvana” sanskrit dilində şamın və çırağın sönməsi kimi "sönmüş” mə’nasında işlənən sözdür. Buddizm inanclarına görə insan öz nəfsani istəklərini, dünyəvi asılılıqlarını söndürməklə dünyanın əzab-əziyyətindən və yeni doğulmalardan yaxa qurtarıb fəna mərhələsinə nail olur. Bu mərhələ buddizmdə son səadət və qurtuluş kimi təqdim olunmuşdur.
    SUAL VƏ TAPŞIRIQLAR
    1. Budda əzab-əziyyətdən qurtarmaq üçün intiharı düzgün yol hesab edirdimi? Nə üçün?
    2. Buddanın fikrincə insan şadlığa nə zaman nail ola bilər?
    3. Buddanın allah barədə fikri nədir?
    4. Buddanın ardıcılları ölümündən sonra onu hansı məqamda görürdülər?
    Buddanın dörd ali həqiqətini qısaca bəyan edin.
    Category: Dinlərlə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 858 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024