İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Files » Etiqat » Dinlərlə tanışlıq

    Kitabın adı: Dinlərlə tanışlıq
    2011-08-30, 10:17 PM
    ON ALTINCI DƏRS
    BUDDİZM (4)
    AYİN VƏ MƏRASİMLƏR
    Keçən dərslərdə öyrəndik ki, buddizmin Allah və mə’budlarla əlaqədar aydın, konkret bir ideoloji mövqeyi olmamış və bu barədə öz ardıcıllarına xüsusi bir göstəriş verməmişdir. Eləcə də qeyd olundu ki, buddizm brahmanizm sinfi quruluşuna və brahmanların xüsusi mövqeyinə qarşı mənfi mövqe tutmaqla onların digər e’tiqadlarına qarşı çıxmış, hətta brahman mə’budlarına e’tiqadı, onların qarşısında pərəstiş və sitayişindən uzaqlaşmışdır.
    Buddanın ardıcılları bunları tə`lim edirdilər. İlk növbədə hər bir fərd nicat və qurtuluş üçün yalnız özünə arxalanmalıdır və başqalarından, hətta mə’budlardan heç bir kömək olmayacaq. İkincisi, nicat və qurtuluşa nail olmağın yeganə yolu zahidlik, təfəkkür və müraqibədir. Üçüncüsü, bə’zi əməllərin yerinə yetirilməsi, o cümlədən canlıları öldürülməsi qadağandır. Buna əsasən buddistlər brahmanların qurban kəsmək, mə’budlardan hacət diləmək və s. kimi ən mühüm ibadət ayinlərindən uzaqlaşmışlar.
    Budda ayinində ibadət və sitayiş ilk növbədə "üç pənah” adlanan sadə və birbaşa təsdiq əsasında qurulmuşdur. Hər bir buddist ayırdığı müəyyən vaxtlarda diqqətini cəmləşdirərək bu üç cümləni təkrar edir: " - Mən Buddaya pənah gətirirəm! Mən haqq şəriətə pənah gətirirəm! Mən sangəhə (Budda mə’bədinə) pənah gətirirəm!”Əlbəttə, Buddanın öz e’tiqadına görə Buddaya pənah aparmaq bu ayinə e’tiqadı olub həmin sözləri təkrar edən hər şəxsə nicat veriləcəyi demək deyil. Pənah aparmaq dedikdə məqsəd, Buddanın tə’limlərinə tam və kamil diqqət yetirməkdir. Çünki Buddanın yekun məqsədi də şagird və ardıcıllarının səadət və qurtuluşa nail olmaq üçün sə’y göstərib düşünməsi, meditasiya ilə məşğul olmaları olmuşdur. Belə bir şəraitdə, adi buddistlərin çətinlik və problemlərdən xilas olmaq üçün Buddanın özünə arxalanıb e`timad etməyin gərəkliyi barədə düşüncələrə sahib olmaları mümkün olurdu. Tarixi tədqiqatlar da Buddanın öz ardıcılları arasında xüsusi mövqe, şəxsiyyət və məqam sahibi olduğunu, mürid və ardıcıllarının rəğbətinin onu ilahiləşdirib sitayiş etmək dərəcəsinə çatdığını göstərir. Hətta belə bir e’tiqad da yaranmışdı ki, brahman mə’budları Buddanın mərhəmət və lütfünə çatmaq üçün yerə nazil olmuşlar.
    Buddizmin müqəddəs kitablarından nəql olunan aşağıdakı cümlələr və ifadələr deyilənləri aydın şəkildə açıqlayır: " - Düşüncəli və kamil nurani şəxs olan Buddada heç bir sapma yox idi.”, " - O misilsiz bir insan, xoşxasiyyət və mehriban bir varlıq idi; elə yüksək amalları, bu dərəcədə böyük sə`yləri var idi ki, ...”, " - Dünya padşahlarının padşahı və qalib bir fateh idi.”, " - Allah İndraya oxşar və insanların ən fəzilətlisi idi”, " - Səmavi varlıqlar Brahmanın (brahmanların mə’budu) başçılığı ilə şəhərə gedib ona sitayiş etmişlər ki, bəlkə onun (Buddanın) lütfünə nail olsunlar”, " - Həm mə’budlar, həm də insanlar ona zaman hüdudlarından aşan yeganə əzəmətli şəxs kimi sitayiş edirlər”, " -Dünyada bütün mə’budları ilə bir yerdə sənə bərabər heç bir kimsə yoxdur”.
    Buddanın şagirdləri onu sadə ardıcıllarına beləcə təqdim etdikcə Buddanın özü tədricən Allahın alternativinə çevrildi. Bu gün bütün mə’bədlərdə, hətta buddistlərin evlərində qoyulan büt və heykəllər, eləcə də bu ayinə e’tiqad bəsləyən hər bir şəxsin öz dini mərasimini Buddanın heykəllərinin qarşısında yerinə yetirməsi, əslində ona pənah aparıb ondan hacət diləməsi bu e’tiqadın bariz nümunəsidir.
    Buddistlərin dini mərasimləri buddist rahiblərin hər gün səhər və axşam "Puca” adlanan dua mərasimini yerinə yetirmək üçün mə’bədlərdə bir yerə toplaşaraq və "üç pənah” zikrini təkrarlamaqla həyata keçirilir. Daha sonra dini nəğmələr oxunur, mə’bəd şamla işıqlandırılır, havanı təmizləmək və ətirləndirmək üçün buxurlardan istifadə edilir. Onlar hər ayda iki dəfə - ayın çıxdığı ilk gündə və ayın ortasında (14-cü gecə) oruc tuturlar. Camaat bu iki gündə rahiblərin moizələrini, dua və zikrlərini dinləmək üçün mə’bədlərə gəlirlər. Bu mərasimdə bə’zi dini nəğmələr oxunur, rahiblər Budda ayini və hökmləri barəsində camaata moizə edib yol göstərirlər. Mərasim qurtardıqdan sonra kişilər gecəni mə’bəddə keçirə bilərlər, amma qadınlar öz evlərinə qayıtmalıdırlar. Mühüm mərasimlərdən biri hesab olunan "Puca” xüsusi münasibətlərdə qeyd olunur. "Vesak” mərasimi ayın 14-cü günü keçirilir. Buddanın doğum, nirvanaya qovuşmasının, eləcə də vəfatının ildönümü olan bu gün camaat bayram edir, monastırların və mə’bədlərin ətrafı işıqlandırılır, hər yerdə canlanma müşahidə olunur, Buddanın həyatı və onun ayini ilə əlaqədar xüsusi tədbirlər keçirilir.
    Budda rahibləri arasında geniş yayılmış başqa bir mərasim rahiblərin istirahət və guşənişinlik dövrü olan yağışlar mövsümündə keçirilir. Həmin mərasim ilk yağışın yağması ilə başlanır. Bu ə’ənələrinin digər bir hissəsini təşkil edən gündəlik ibadətlər çoxsaylı buddistlərin iştirakı ilə mə’bədlərdə keçirilir. Bu ibadətlər Buddanın heykəllərinə tə’zim, çələng qoyma və mə’bədin ətirlənməsindən ibarətdir.
    Buddistlərin digər bir ayini də ruhlara pərəstiş etməkdir. Bu məqsədlə inşa edilmiş "ruhlar adı” ilə məşhur olan kiçik ibadətgahlarda ruhlara tə’zim edilir. Onların inancına görə bu ruhlar yerin, təbiətin, yaxud ata-babaların ruhlarıdır. Ancaq, ruhun nirvanaya qovuşduqdan sonra tam fənalıq mərhələsinə çataraq istənilən mövcudluq formasını itirməsinə inanılan buddizmdə ruhların necə hörmət, tə`zim və sitayişə layiq görüldüyü o qədər də aydın deyildir.
    Bütün bunlarla yanaşı buddist adət-ən’ənələrinin ümumi təhlilindən belə nəticə çıxır ki, bu ayin sitayiş, ibadət insandan daha yüksəkdə olan əbədi və əzəli bir həqiqətlə mə’nəvi əlaqədəki boşluqları doldura bilməmişdir. Buna görə də, bu ayinin ardıcılları bu boşluğu doldurmaq üçün ətraflarında gördükləri və mə`lumatları olduğu digər din və ayinlərdən bəhrələnməyə, öz emosional ehtiyaclarını tə’min etməyə çalışmışlar. Buna görə də buddizm hazırkı formaya düşmüşdür. Mə’budlara e’tiqad brahman ayinindən götürüldüyü kimi, ruhlara ehtiram da güman ki, animizmdən və bəlkə də brahmanizmdən əxz olunmuşdur.
    Buddizmdə ən həssas və ən mühüm mə’nəvi əməl buddizmin səkkiz yönlü yolunun yeddi və səkkizinci mərhələsini təşkil edən düşüncə və meditasiyadır. Budda mə’bədləri əsas e’tibarı ilə həmin məqsədləri həyata keçirmək üçün tikilmişlər. Bu mə’bədlərdə nəzərdə tutulan xəlvət və sakit məkanlar rahiblər üçün həyatın bütün iztirab və səs-küylərindən uzaq olmaqla şəxsi həyatları, həyatın əzab-əziyyətləri, ondan xilas olma yolları barədə düşünərək qurtuluşa (nirvanaya) nail olmaq üçün, asketizm və meditasiya ilə məşğul olmaları üçün təhlükəsiz bir yerdir. Bu baxımdan Budda "Sangəh” mə’bədləri inzibati idarə quruluşuna malik olmaqla onlarda çox ciddi və ağır qanunlar hakimdir. Bu mə’bədlərə daxil olub sangəhə üzv olmaq istəyən hər şəxs aşağıdakı suallara cavab verməlidir: " - Səndə cüzam, qotur, çiban, xora, vərəm, ürək keçmə və s. xəstəlikləri varmı? Azad bir insansanmı? Heç bir borcun yoxdurmu? Hakimiyyətə xidmət etmirsənmi? Ata və anan bu işə razıdırmı? 20 yaşın tamam olubmu? Sədəqə toplamaq üçün əldə tutduğun kasa və rahiblik üçün əyninə geyindiyin əbanın vəziyyəti münasibdirmi?...”
    Qəbul olunan şəxs sangəhə daxil olduqdan sonra geniş inzibati nizamnaməyə riayət etməlidir. Bu məsələdə yol verilən qanun pozuntuları həmin şəxsin cəzalandırılmasına, hətta mə’bəddən çıxarılmasına səbəb olur. Rahib "dörd səbəbdən məğlub edilmiş” sayılır və onun rahiblikdən kənarlaşdırılması barədə qəti hökm verilir:
    1. Cinsi əlaqədə olmaq;
    2. Oğurluq;
    3. Qəsdən törədilən qətl; (Başqalarında ölüm və intihara səbəb olan vəsvəsə yaratmağa da şamil olunur).
    4. Yalandan elmli şəxs iddiasında olmaq.
    Bundan əlavə digər on üç qanun və normaya da riayət edilmədikdə ruhani rəhbərliyin rəsmi iclası keçirilərək qanunu pozmuş rahib bir aylıq kənarlaşdırılma formasında cəzalandırılır. "Otuzluq” təşkil edən qanunlar pozulduqda isə tövbə edilməsi tələb olunur və rahiblik əbası, rahibə verilən dərviş kasası və palaz onun əlindən alınır. Digər bir qanun da 99-lardır. Bu qanunlar pozulduqda tövbə edilməsi tələb olunur. O cümlədən, nalayiq sözlər danışmaq, insanları təfriqəyə, ikitirəliyə təhrik etmək və s. bu qəbildəndir. Burada başqa qanunlar da mövcuddur ki, onları pozduqda qanun pozucusu kollektiv qarşısında öz səhvini e’tiraf etməlidir. Rahiblər üçün sangəhdən çıxdıqdan sonra riayət etmələri tələb olunan bir çox qanunlar qoyulmuşdur. Bu qanunlar pozulduğu təqdirdə rahiblər davamlı əzab-əziyyətə düçar olacaq, qurtuluş mənzilindən uzaqlaşacaqlar. Bu qanunlar aşağıdakılara şamil olunur:
    Münasib paltarlar geymək, bədənin müvazinətini saxlamaq, baxışlarını aşağı dikmək, ucadan gülməmək, səs-küy salmamaq, əli-ayağı yellətməmək və s.
    Sarı rəngli əba geymək, başın və üzün tüklərini qırxmaq, dilənçi kasası gəzdirmək də sangəhdəki adətlərdəndir. Rahiblər hər gün axşam günəş batanda öz dilənçi kasalarını əllərinə alıb buddistlərin evlərinə gedir, düyü və digər qida məhsulları alırlar. Qayıtdıqdan sonra bunları bir yerə toplayır və onlardan bir öynəlik günorta xörəyi hazırlayırlar. Adətən gün ərzində həmin bir öynəlik yeməklə kifayətlənirlər. Günortadan qeyri vaxtlarda Budda rahiblərinin birdən artıq dilənçi kasası, alt paltarı, dərviş əbası, iynə-sap və bir üzqırxan ülgücdən əlavə əşyalara malik olmağa haqları yoxdur. Hətta dini kitablar və qeydlər də onların şəxsi mülkiyyəti sayılmır və sangəhin ümumi malı hesab olunur.
    Burada Budda rahiblərinin monastırı, mə’bəd və ondan xaricdə riayət etməli olduqları bə’zi adət, norma və qayda-qanunlarla tanış olduq. Qeyd etmək lazımdır ki, bütün bu qayda-qanunlara riayət etmək nirvanaya qovuşmağa zəmanət üçündür. Təbiidir ki, bu qədər ağır və üzücü qayda-qanunlar buddistlərin hamısı üçün nəzərdə tutulmamışdır və bu ayinin adi ardıcıllarının daha yüngül vəzifələri vardır. Bu vəzifələrdən bə’ziləri aşağıdakılardan ibarətdir:
    Ruhani aparatına hədiyyələr vermək – gəzib dolaşan rahiblərin kasasına bir neçə düyü dənəsi tökməkdən tutmuş rahibə paltar tikilişi üçün bir parça və ya paltarın özünü verməyə qədər, mə’bəd və monastır tikmək, tə’yin olunmuş vaxtlarda dua mərasimlərində iştirak etmək və s. vəzifələr.
    Diqqətəlayiq məqam bundan ibarətdir ki, buddizmin sıravi ardıcılları bu kimi vəzifələri yerinə yetirmələrinə baxmayaraq, nicat və qurtuluşa və ya nirvanaya nail olmurlar. Onlar yalnız özlərini daha layiqli bir məqama, mərhələyə yüksəldə bilər və yeni həyatda, yenidən doğulmalarda mə’nəviyyat və qurtuluşa olan şövq baxımdan daha yüksək və ali bir mövqeyə çata bilərlər. Belə olan halda rahiblər cərgəsinə qoşulmaq və qurtuluş yolunu qət etməyə daha artıq hazır ola bilərlər.
    MÜQƏDDƏS KİTABLARI
    Buddistlərin ən mühüm və ən kamil müqəddəs kitabı "3 səbət” mə`nasını daşıyan "Teripitaka”dır. Bu 3 səbət aşağıdakılardır:
    1. Nizam-intizam səbəti; Buddizmi təzə qəbul edən şəxslərə, yaxud rahiblərə və yüksək səviyyəli buddistlərə aid qanunların icrasına nəzarət edir (bu qanun və normaların bə`zilərinə toxunuldu);
    2. Tə`lim səbəti - Buddanın tə`lim və polemikalarından təşkil olunub;
    3. Hekayələr səbəti.
    Bu bölmədə buddizmin nəzəri bəhsləri, mürəkkəb və zərif psixoloji məqamları verilmişdir. Bu səbət əslində tə’lim səbətinin icmal və şərhidir. Burada hekayə və təmsillərdən istifadə yolu ilə Buddanın nəzəriyyə və e’tiqadlarının şərhi verilir. Buddanın nəzəriyyə və e’tiqadlarından ibarət olan tə’lim səbətinin özü də Buddanın xütbə və çıxışlarının həcminə müvafiq olaraq genişdən yığcama doğru ardıcıllıqla verilmiş və asketizmə, buddizmlə brahmanizm arasında əlaqə, səbəb-nəticə silsiləsi, sinfi quruluş barədə Buddanın fikirləri, dinin digər əsaslarının araşdırıldığı beş məcmuədən ibarətdir.
    Bu üç səbətdən başqa buddistlərin "Athakatha” deyərək hörmət bəslədiyi bu səbətlər barəsində digər təfsirlər məcmuəsi də qalmışdır.
    SUAL VƏ TAPŞIRIQLAR
    1. Buddizmin ilk ibadət ayini hansı olmuşdur?
    2. "Sangəh”in mə`nası nədir?
    3. Buddizmin ən mühüm mə’nəvi əməli hansıdır?
    4. Ruhlar evi hansı məqsədlə yaradılmışdır?
    Buddizmin ən mühüm müqəddəs kitablarının adlarını sadalayın.
    Category: Dinlərlə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 848 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024