İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Files » Etiqat » Dinlərlə tanışlıq

    Kitabın adı: Dinlərlə tanışlıq
    2011-08-30, 10:14 PM
    ON YEDDİNCİ DƏRS
    BUDDİZM (5)
    FİRQƏLƏR
    Buddizm ayini genişləndikdən sonra onun yayılmağa başladığı birinci yüzillikdə Buddanın tə`limlərinin prinsip və əsaslarının izah, qənaət və dəyərləndirmə forması ətrafında Buddanın şagirdləri arasında kəskin fikir ayrılığı yarandı. Bu təfriqə və ixtilaf son nəticədə Budda ardıcıllarının parçalanmasına və iki əsas firqənin yaranmasına səbəb oldu. Qeyd olunan firqələrin yaranmasına iki mühüm və əsas amil səbəb olmuşdur:
    1. Buddanın bir çox ideoloji məsələlərdə, o cümlədən Allaha və ya mə’budlara inanıb-inanmamaq, Allaha sitayiş etməyin zəruri olub-olmamasında, ölümdən sonrakı həyatı barədə aydın, şəffaf mövqe seçməməsi qarşıya çıxan ixtilafların ilkin səbəbi idi. Tədqiqatlar insan cəmiyyətinin, o cümlədən qədim Hindistan cəmiyyətinin Buddadan çox əsrlər öncə Allaha, fövqəl-təbii həqiqətlərə və ölümdən sonrakı həyata e’tiqad bəslədiyini, daim axirətə müəyyən mə`nada ümidli olduğunu, onların həyatında mə`buda və ya mə`budlara ehtiyacın mövcudluğunu göstərir. Buna əsasən demək olar ki, həmin dövrdə yaşayan insanlar yaranmaqda olan yeni ayində (buddizmdə) qeyd olunan məsələlərə mövqe birdirilməsini gözləmişlər. Buddanın şagirdləri əksər hallarda brahmanizmin kasta sinfi quruluşundan mə`yus olduqlarına, eləcə də ardıcıl doğulmalar, tənasüxlərdən keçirdikləri iztirab və təşvişlərə görə bu ayinə meyl göstərmiş, digər ideoloji prinsiplər onlar üçün o qədər də şəkk-şübhə və narahatlıq yaratmamışdır. Məhz bu səbəbə görə Buddanın şagirdləri və onun canişinləri brahman ayinində (qədim hinduizmdə) mövcud olan bir çox ideoloji əsas və elementləri buddizmə əlavə etmişlər. Belə ki, həmin ideologiyaları Buddanın yeni tə`limlərinə zidd hesab etmirdilər.
    2. Buddizmin əxlaqi və ideoloji prinsipləri ilə əlaqədar keçən bəhslərə yenidən nəzər salsaq, bu prinsiplərdə heç vəchlə bir-birilə uzlaşmayan bir sıra təzad və uyğunsuzluqların şahidi olarıq. Bu təzadların ən mühümü tərkidünyalıq, sükunət, guşənişinlik, məhəbbət və bağlılıqların (hətta ana və ataya münasibətdə belə) kəsilməsi prinsipi ilə "hamıya qarşı ümumi, təmənnasız dostluq və məhəbbət” prinsipi arasında olan ziddiyyətdir. Bu iki prinsip arasındakı açıq-aşkar ziddiyyət Buddanın şagirdləri və ardıcıllarını iki qrupa böləcək səviyyədə olmuşdur. Onlardan hər biri iki prinsipdən birinə inanmış və birini digərindən üstün tutmuşlar.
    Qeyd olunan iki qrup "böyük çarx” mə`nasını verən "mahayana” və "kiçik çarx” mə`nasını daşıyan "hiniyana”dan ibarət olmuşdur.
    Bu firqə bəyan olunan iki prinsipdən birincisinə üstünlük verir və şəxsi qurtuluşa çatmağı son məqsəd hesab edir. Mahayana firqəsi ikinci prinsipə üstünlük verməklə dünyadakı bütün varlıqların xilas olmasını istəyir. Hiniyana firqəsi özünü əsl buddist (ortodoks) hesab edərək, Buddaya sadiq qalmaqla, mahayana firqəsinin Budda tə’limlərinə artırdıqları e’tiqadları qəbul etmir. Bu firqənin nəzərində heç bir sabit cövhər, mütləq və həmişəlik həqiqət yoxdur. Əşyalar və varlıqlar fənaya uğrayan keçici və davamsız ünsürlərin davam etməsindən təşkil olunub və kamil faniliyə doğru hərəkətdədirlər. Bu e’tiqaddan belə başa düşülür ki, maddi aləmin fövqündə heç bir həqiqət yoxdur və maddi aləmin özünü də qeyri-sabit, mütləq fənalığa məhkum hesab etməliyik. Buna görə də firqə ardıcılları inanırlar ki, Buddanın özü də fəna və nirvana mərhələsinə çatdıqdan sonra mütləq faniliyə nail olmuşdur və artıq ondan heç bir əsər-əlamət yoxdur. O, hal-hazırda mütləq sükunət və sükuta qovuşmuşdur, varlıq aləmində baş verən hadisələrdən tamamilə xəbərsizdir. Onların nəzərində Budda, hətta əfsanəvi, yaxud ilahi bir varlıq kimi də qəbul edilmir. Sadəcə olaraq, bütün insanlar kimi bir varlıqdır; yalnız nirvana yolunu başqalarına öyrətdiyi və özü bu dünyadan tamamilə xilas olduğu üçün sitayişə layiqdir. Bu cəhətdən ona pərəstiş olunması onun xatirəsini anmaq mə`nasını daşıyır. Bu firqə Buddaya ehtiram göstərməyi, ona dəyər verməyi onun xatirələrini canlı saxlamaq kimi qiymətləndirirlər.
    Bu firqənin əksi olan mahayana firqəsinin ardıcılları Budda tə`limlərinin humanist yönümlərinə daha çox diqqət yetirirlər. Onlar inanırlar ki, başqaları ilə mehriban əlaqə qurmaq, hər şeyə müsbət yanaşmaqla mütləq nur və qurtuluşa çatmaq olar. Onlar bu baxışların Buddanın şəxsiyyəti həddinə qədər genişləndirməklə onu sitayişə layiq olan ilahi varlıq sanırlar. Bu firqə ardıcılları inanırlar ki, Budda ibadət və pərəstişə layiq olan bir varlıqdır. Belə ki, o ilahilik xüsusiyyətlərinə malik olmaqla öz lütf və mərhəməti sayəsində bəndələrə nicat vermək üçün asimandan yer üzünə nazil olmuşdur ki, öz enişi ilə qaragün və azğın insanları düz yola, qurtuluş və nicata yönəltsin. Onların e’tiqadına görə Budda ilahi bir varlıqdır, mütləq elm və ismət məqamına malikdir. Ardıcıl doğulmalardan, dəfələrlə bədənlərdə zühur etdikdən, ömürləri və həyatları qət etdikdən sonra kamillik yolunda olan hərəkətini son nəticədə ilahi məqama yetişməyə və asimanlara qovuşmaq mərhələsinə qədər davam etdirmişdir. Sonra yerə enərək anasının bətnində yerləşmiş və daha sonra insan surətində doğulmuşdur. Doğulduqdan sonra onun ilahi mahiyyəti bütün həyatı boyu şühud və işraq zamanında zahir olmuşdur. Onun tə’limlərinə görə, hər bir şeyin ilahi rəngi var, onun rəftar və əməlləri də həqiqət, ismət prinsipinə uyğundur. Hər kəs o yolla getsə, bədbəxtliklərdən xilas olar, mütləq asayişə və sülhə nail olar.
    Mahayana firqəsinin ardıcılları nikbinlik və kompleks baxış prinsipi əsasında yə`ni hamının nicat və qurtuluşunu qəbul edərək hiniyana firqəsindən fərqli olaraq nirvanaya çatmağın xüsusi insanların inhisarında olmasına inanmırlar. Bu qrupun əqidəsinə görə, Budda (həqiqi və məhşur Budda) ilk və ya axırıncı Budda deyildir. Ondan qabaq da sayları 24-ə çatan başqa buddalar olmuşdur və ondan sonra da digər buddalar olacaqdır.
    Gələcək Budda Mahayana firqəsinin nəzərincə "Buddisətvə” adlandırılır və onun mə’nası "formalaşmaqda olan Budda” deməkdir. Bu firqənin inancına görə, formalaşmaqda olan buddalar buddaların nurani cismlərindən bəhrələnir və "tuşita” behiştində cah-cəlallı taxtlar üzərində əyləşən əfsanəvi varlıqlardır. Müqəddəslər və övliyalar onların ətrafında qərar tutmuşlar, onlar insanları xilas etmək üçün yer üzərinə peyğəmbərlər göndərirlər və insanların müqəddəratı mə`budların əlindədir. İnsanlar da ali vücudlara ibadət və sitayiş etməli, qurtuluş mərhələsinə çatıb nirvanaya nail olmaq istəsələr, Buddisətvə yolunu tutmalıdırlar. Bunlar insanın nirvanaya qovuşması üçün bir vasitə, əfv və rəhmdillilik, sə`y və mə`nəvi qüvvə, əxlaqın saflaşdırılması, səbr və təmkin, düşüncə və meditasiya, ağıl və zəka kimi altı fəzilətin atributudur. Bu firqənin e’tiqadına görə həmin altı fəzilətdən kömək almaqla, eləcə də nirvanaya nail olmaq üçün nəzərdə tutulan on buddist məqamı vasitəsilə ilə bu mərhələyə çatmaq olar.
    Hiniyana firqəsinin buddizmin səkkiz e`tiqadının yerinə təqdim etdiyi on məqam buddisətvalara aiddir və onlar qısaca aşağıda verilir:
    1. Şadlıq və sevinc məqamı;
    2. Paklıq məqamı;
    3. Səbr və müqavimətin təcəlli məqamı;
    4. Parlaqlıq məqamı;
    5. Yenilməzlik məqamı;
    6. Buddaya üz tutma məqamı;
    7. Durru məqamı (Mə`nəvi gücün zirvəsi olan, bununla belə ilahilik məqamına çatmayan bir məqamdır.);
    8. Sükunət və hərəkətsizlik məqamı;
    9. Pak fitrətlilər məqamı;
    10. Əbri əyin məqamı. Bu, Buddaya xas olan bir məqamdır və daim ondan rəhmət və mərhəmət yağışı gözlənilir.
    Mahayana firqəsinin e’tiqadlarındakı mühüm məqam budur ki, Buddanın yolu çox geniş və hamının üzünə açıq olan bir yoldur. Hər bir şəxs Sətvəbuddanın yüksələn xətt üzrə gedən yolunu qət edərək son nəticədə nirvana mərhələsinə çata bilər. Hətta həmin şəxsin özü gələcək buddalardan biri ola bilər. Bu firqə ardıcıllarının gözü həmişə digər bir böyük buddanın zühuru yoluna dikilib və nə vaxtsa Sətvəbuddanın yüksələn xətt üzrə gedən və kamillik yolunda digər bir böyük buddanın bəşəriyyəti əzab-əziyyətdən, möhnətdən xilas etmək üçün zahir olacağına inanırlar.
    Bu firqənin nəzərində Sətvəbudda məqamına çatmaq hamı üçün mümkün olsa da həmin məqama nail olmağın xüsusi şərtləri vardır. Həmin firqənin dini risalələrindən birində bu barədə oxuyuruq: " - Hər kəs yolu qət edərək Sətvəbudda mənzilinə çata bilər. Amma bu ali məqama yetişmək bir şərtlə mümkündür ki, insan öz nəfsində yaxşı və bəyənilən işlərə şövq, rəğbəti hiss etsin, canlı varlıqlara qarşı gördüyü yaxşılıqlara ürəkdən şad olsun. Bundan sonra Buddanın dərgahında dua edib onu işraq və şuhud məqamına çatdırması, ruhunu paklaşdırıb nurlandırması üçün kömək diləməlidir. Buddadan istəməlidir ki, onun nirvanaya qovuşmasını tə’xirə salsın (uzun ömürlülük duası) ki, o canlı varlıqlar üçün xeyir-bərəkət və xidmət mənşəyi ola bilsin. Yuxarıda qeyd olunan on mərhələ və məqamları keçdikdən sonra Sətvəbudda ləyaqətini qazanacaqdır.”
    Mahayana firqəsinin ardıcılları nicat, qurtuluş yolunun hamının üzünə açıq olduğuna, hər kəsin Budda ola bilməsinin mümkünlüyünə inandıqlarına görə hiniyana firqəsinin davamçılarını özü üçün, fərdi səadət və nicat istəyən, Buddanın dediyi kimi dünya meşəsində kərkədan tək yalqız dolaşan eqoist və xudpəsənd hesab edirdilər. Ancaq, bilmək lazımdır ki, Buddanın müxtəlif tə’limləri olmuş, onların hər biri xüsusi auditoriyanın iste’dad və düşüncəsinə uyğun nəzərdə tutulmuşdur. Məsələn, onun təqdim etdiyi səkkiz yol nəfsləri zəif olanlar üçün tə`yin olunmuşdur. Daha yüksək və ali nəfsə, idraka malik olan şəxslər üçün isə nəfslərini kamala çatdırmaq, insana eşq və məhəbbət bəsləməklə Sətvəbudda məqamına layiq görülmək üçün tə`limlər də mövcuddur.
    Mahayana firqəsinin ideoloji xüsusiyyətlərindən, əsas və prinsiplərindən biri də monoteizmdir. Bu firqə ardıcılları bütün buddalar ilk buddanın təcəllisi olmasına inanırlar. Bu firqənin nəzərində ilk budda brahmanizmdəki (qədim hinduizm) Brahmaya bənzəyir. İlk budda kimsə tərəfindən yaradılmamış, öz-özünə əmələ gəlmişdir. O, həmişə nirvanada və mütləq nurdadır. Digər buddalar yalnız onun məxluqu və yaratdığıdırlar. Bu ilkin budda həm də gvatamadır. Belə ki, gvatama (buddizm ayininin banisi) anadan doğulmuş, seyri-süluk, asketizm yollarını ötdükdən sonra fəna və nirvana məqamına çata bilmişdir. Halbuki ilkin budda öz-özünə yaranmış və öz vücudu ilə var olmuşdur. İlk buddanın zühur və təcəllisindən biri də mə`nası müxtəlif cür, o cümlədən: "varlıqlara mərhəmət nəzəri ilə baxan mə’bud” və ya "nəzəri hər bir cəhətə və hər bir istiqamətə dikilmiş mə’bud” və s. kimi izah olunan avalukityadır.
    Avalukityanın özü ilahi fəzilət və xüsusiyyətləri ihtiva edən Sətvəbuddadır. O, bəşəriyyəti əzab-əziyyətdən, qəm-qüssədən xilas edəcəkdir. Onun mədhində yazılmış nəğmələrdən birində oxuyuruq:
    "Odur bütün fəzilətlərdə kamala çatan, bütün varlıqlara mehribanlıq və mərhəmət nəzəri ilə baxan... Odur bu dünyada özünü mərhəmətlə bəzəyən və buddanın gələcək səfərində olan... Bütün qəm-qüssəni, əzab-əziyyəti məhv edən bu şəxsə sitayiş edirik.”
    Mahayana firqəsi ictimai ruhiyyəni qəbul etdiyinə, hamıda nicat və qurtuluş üçün ümid yaratdığına görə cənubi və cənub-şərqi Asiyada böyük rəğbətlə qarşılanaraq geniş yayıldı. İndinin özündə də həmin bölgələrdə yaşayan əhalinin çoxu bu firqənin ardıcıllarıdır. Bu firqənin özü də müxtəlif hissələrə bölünmüşdür və onlardan bə`ziləri aşağıda qeyd olunur:
    1. Pak torpaq firqələri – bu firqələr çox sadə və xalq kütlələrinin başa düşə biləcəyi bir dillə camaatı qurtuluşa, müqəddəs torpağa və əbədi cənnətə çatmaq üçün hazırlayır. Bu firqəyə görə, qurtuluşa nail olmaq üçün əqli, fiziki fəaliyyət zəruri deyil və yalnız xüsusi zikrləri təkrar etməklə bu məqama qovuşmaq olar.
    2. Batiniyyə firqələri – bu firqələr nicat və qurtuluşa, işraq və nuranilik mərtəbəsinə nail olmağın yolunu yalnız insanın batini hərəkətində görür, mütaliə, müəyyən əməllərin yerinə yetirilməsi, ibadət və s. işlərin də bu məqama nail olmaqda müəyyən tə’siri olmasına e`tiqad bəsləyirlər.
    3. Əqli firqələr – bu firqənin inancına görə qurtuluşa nail olmaq üçün ilk növbədə zehni bütün fikir və adətlərdən təmizləmək lazımdır. Bundan sonra dini kitabların mütaliəsi, filosofcasına düşüncə və əqli təhlillər sayəsində tədricən kamilləşmə mərhələsinə çatmağa hazırlaşmaq olar.
    4. Sirli, yaxud haqq kəlmə firqələri – bu firqənin ardıcılları kamilliyə çatmaq üçün öz inanclarına görə fövqəladə cadu gücü və müqəddəsliyi olan bə’zi söz və zikrlərdən istifadə edirlər. Onlar inanırlar ki, əqli təfəkkür və batini işraqın əvəzinə bu zikrləri təkrarlamaqla müsbət nəticəni əldə etmək olar.
    Buddizmin mühüm firqələri sırasında, vacrayana, yaxud lama ayininin adını çəkmək lazımdır. Bu firqənin də əsas e’tibarı ilə Tibetdə çoxlu ardıcılları vardır.
    Buddizmin Tibet torpaqlarında yayılmağa başladığı ilk dövrlərdə buddist düşüncələri hinduizm və eyni zamanda animizm təfəkkürü ilə qarışaraq buddizmə başqa bir imic bəxş etmişdi. Bu e’tiqadlardan biri də budur ki, budda mə’budları beşdir və onların hər birinin bir arvadı vardır. Buna görə də budda mə’bədlərindəki rahiblərə evlənməyə icazə vermiş və bu hal geniş yayılmışdır. Onlar xüsusi zikrlərlə Buddanın diqqətini özünə cəlb etmək, yaxud zərəri dəf etməyin mümkünlüyünə də inanmışlar. Onlar arasında Budda mə`budlarını şad etmək üçün şeytan rəqsləri, kəllə sümüyündə şərab içmək, ölülərin bud sümüyü ilə bə’zi mahnıları çalıb oxumaq kimi xurafatçı mərasimlər də yayılmışdır.
    Tibet rahiblərindən olan "Tesvənig-xapa” XIV əsrdə lama ayinində islahatlar apardı. O, xurafatçı mərasimləri ləğv etməkdən əlavə, spirtli içkilər içməyi və rahiblərin nigaha girməsini qadağan edərək, ritualların əvəzinə daha artıq ibadət və namazları qanuniləşdirdi. Belə ki, hal-hazırda buddistlər arasında ən çoxsaylı ibadət, namaz və dualar bu firqəyə məxsusdur. Dalay Lama, lama ayininin böyük rəhbəri, böyük Buddanın simvolu və təcəllisi hesab olunur. O, vəfat edərsə, firqəyə rəhbərlik tənasüx dövründə Dalay Lamanın ruhunun onun bədəninə daxil olduğu şəxsə keçir. Bu şəxsi ayırd etmək çox çətindir. Dalay Lama vəfat edərkən bu firqənin ardıcılları Tibet torpağının hər bir yerində düz onun öldüyü anda dünyaya gələn uşağı axtaracaqlar. Nəzərdə tutduqları uşağı tapsalar və o, Dalay Lamaya aid olan əmlak və əşyalardan hər hansı birinə müəyyən formada meyl edib ünsiyyət qursa onu sonrakı lama kimi seçəcək və xüsusi tə`lim-tərbiyə keçərək böyüdəcəklər. O həddi-büluğa çatana qədər Budda tə’limləri əsasında tərbiyələndiriləcək, daha sonra isə rəsmi şəkildə əvvəlki lamanın canişini olacaq.
    SUAL VƏ TAPŞIRIQLAR
    1. Mahayana və hiniyana firqələri arasındakı fərqi göstərin.
    2. Mahayananın özü hansı firqələrə bölünür?
    3. Vacriyana hansı firqəyə deyilir və necə yaranmışdır?
    Hiniyana və mahayana firqələrinin ümdə ideoloji əsaslarını izah edin.
    Category: Dinlərlə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 860 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024