İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Dinlərlə tanışlıq

    Kitabın adı: Dinlərlə tanışlıq
    2011-08-30, 8:12 PM
    İYİRMİ ÜÇÜNCÜ DƏRS
    SİQH AYİNİ (1)
    Siqh ayininin banisi Nanak adlı bir şəxsdir. Nanakın tərcümeyi-halı və onun bu dini necə yaratması barədə əsas informasiya mənbəyimiz "Canamsakhi” və ya həyat hekayələri adlı kitablar toplusudur. Bu toplu siqhlərin müqəddəs kitabı olan Qrantdan sonra ən mühüm və ən mö`təbər mənbədir. Bu sahədəki bitərəf kitablarda daha ətraflı mə`lumat olmadığına görə bu mə`lumatların doğruluğuna bir o qədər də əmin olmaq olmaz.
    Siqh ayininin əsasının qoyan Nanak 1469-cu ildə Pəncab əyalətinin Talvandi kəndində dünyaya gəlmişdir. Bu kənd sonralar onun şərəfinə Nanak-ara, yə’ni Nanakın yurdu adlandırılmışdır.
    Canamsakhi kitabında qeyd olunur ki, o uşaq yaşlarından fitri iste’dada malik olmaqdan əlavə, həyatın adi, təbii məsələlərinə qarşı laqeyd idi və onlardan uzaq gəzirdi. Onun uşaqlıq dövrü barədə nəql olunur ki, 7 yaşında ilk dəfə məktəbə gedərkən öz hindus müəlliminə bütün veda kitablarını mütaliə etmək əvəzinə ilahinin özünün rəhməti sayəsində allahın həqiqi adının həqiqətinin dərk etməsini tövsiyə etmişdi. Deyilənə görə, 9 yaşında ikən brahmanlar müqəddəs hindus ipini ona verdikləri zaman dua mərasiminin əhəmiyyəti barədə onlara müəyyən göstərişlər vermişdi. Onun barəsində nəql olunmuş müxtəlif hadisələr onun adi gündəlik həyata nifrət etməsindən sakit, təfəkkür və şövq, həyacana qarışmaqla yanaşı olan dini həyata maraq göstərməsindən xəbər verir. Hətta, dostları və qohumları da onun adi işlər, fiziki fəaliyyətlər, alış-veriş və digər məşğuliyyətlərə nifrətini görüb ondan ümidlərini kəsmiş onu faydasız, əfəl və öz ailəsinə qaxınc hesab edirdilər. Bir dəfə Sultanpur şəhərində yaşayan qaynı ona ləyaqətli bir vəzifə təklif etsə də o, ilk günlərdən bu işdən mə`yus olub uzaqlaşmışdır.
    Nanakın adi həyata laqeydliyi o həddə çatır ki, nəhayət arvadını və iki övladını buraxıb meşə və çöllərdə sərgərdan gəzməyə başlayır. Bu dövrdə o, vaxtının çoxunu təfəkkür və meditasiya ilə müşaiyət olunan asketizm ilə keçirmişdir.
    Onun barəsində yazırlar: " - Bir gün Nanak çayda yuyunduqdan sonra meşəyə baş vurdu və görünməz oldu. Orada yuxu, yaxud aşkarlıq aləmində allahın hüzurunda hazır oldu. Cənnət içkilərindən bir cam doldurub ona verdilər və o, gözəl tərzdə bu şərabı qəbul etdi. Sonra allah ona dedi: Mən səninləyəm. Səni və sənin adını qəbul edən hər bir şəxsi xoşbəxt etdim. Qalx ayağa, get və mənim müqəddəs adımı təkrar et, başqalarına da mənim müqəddəs adımı zikr etməyi əmr et. Tərkidünyalıqda möhkəm ol və həmişə məni xatırla! Ismətli olmağı, cismin təmizliyini, allaha ibadəti və dünya barədə düşünməyi özünə peşə et... Mənim adım allahdır, birinci brahmayam, sən də ilahi "quru”san.”
    Bu müracitə cavab olaraq Nanak cabci adlı nəğmə və şe’rlər oxudu. Ardıcılları həmin nəğmələri müqəddəs kitabın bir hissəsi hesab edir və hər sübh çağı onu oxuyarlar.
    Bu şe’rin məzmunu belədir: " - Allah birdir və onun adı haqdır. Yaradan qəzəbdən uzaq, qorxmaz, təmiz, qəyyum, böyük və mehribandır. Haqq əzəldən mövcuddur və əbədiyyətə qədər olacaqdır. Ey Nanak! O olub, var və olacaqdır.”
    Nanak bundan sonra meşədən çıxdı və sükut içində keçirdiyi bir gündən sonra özünün məşhur cümləsini belə bəyan etdi: " - Hindu və müsəlman yoxdu.” Bu da onun siqh adı ilə məşhurlaşan yeni ayininin yaranışının və təbliğatının başlanğıcı idi.
    SİQH AYİNİNİ FORMALAŞDIRAN ZƏMİNLƏR
    Müsəlman sultanların Hindistanı istila etməsindən, müqəddəs İslam dininin bu ölkədə yayılmasından və müxtəlif zümrələrdən olan insanların bu dinə meyl etməsindən sonra hinduslar müsəlmanlarla qarşıdurma və münaqişələrə başladı. Bu qarşıdurma əsas e’tibarı ilə iki yöndə baş verirdi: birincisi, İslamın arqumenti və məntiqi əsaslarının çoxu ilə tanışlığın və bunun nəticəsində öz qədim e’tiqadlarında şəkk və şübhəyə düşmüş alim və mütəfəkkirlər arya-samac kimi təəssübkeş hindus cərəyanları onların İslam dininə qovuşmaları yolunda başlıca maneə sayıldığına görə bu iki ayinin mütəfəkkirləri (müsəlman və arya-samac alimləri) arasında ideoloji çəkişmələr qaçılmaz oldu.
    İkinci yönüm isə, əqidə yolunda təəssübkeş müsəlman və hindus kütlərləri arasında baş verən qanlı müharibə və münaqişələr idi. Bu çəkişmə və çarpışmaların nəticəsi ondan ibarət oldu ki, həm hinduizm, həm də İslamla əlaqəsi, tanışlığı olan bə`zi hindus alimləri bütün münaqişələrə son qoymaq üçün bu iki din arasında birlik və inteqrasiya yaratmaq yolunu tutdular. Bu alimlərdən Nandiv, Ravidas və Kəbirin adını qeyd etmək olar. Kəbir daha önəmli və məhşur olmuşdur. Onda İslam alimlərindən mənimsədiyi tə’limlərin tə’siri altında İslamın əsaslarına maraq oyanmış və bu tə’limlərin bir hissəsini hinduizm düşüncələri ilə əvəz etmişdir. O, hinduizmdə geniş yayılmış bütpərəstlik və tanrıların heykəllərinə sitayişi pisləmiş və tovhidə, təkallahlılığa üz tutmaqla bildirmişdir ki, allah daşda, metalda yaxud başqa bir şeyə sığmaqdan, öz bəndələrinin kitab oxunuşu, rahiblik, çaylarda qüsl etmək, mə’bədlərdə təvaf etmək kimi zahiri işlərdən sevinməkdən ucadır. Allah öz bəndələrindən yalnız niyyətlərini paklaşdırmağı, əxlaq və əqidələrini saflaşdırmalarını istəmişdir. Kimsə sədaqət və məhəbbətlə yeganə olan Allaha pərəstiş etsə, karma qanundakı əzab-əziyyətlərdən xilas və ardıcıl doğumlar dövri çarxından çıxacaqdır. O, həmçinin hər bir şəxsin nicata çatmaq üçün bir müəllimin yol göstərməsinə ehtiyacı olması məsələsinin (Pəncabın yerli dialektində buna "quru” deyilir) üzərində xüsusi dayanırdı. Siqh ayininin rəhbərlərinə də "quru” deyilməsi də buradan başlanır.
    Kəbirin e’tiqadları barəsində dərindən düşündükdə onun İslam dininin bir sıra e’tiqad və təfəkkürlərini, o cümlədən tovhidi, xalis ibadəti İslamdan götürdüyünü, sonradan onları hinduizmdəki karma və tənasüx əqidəsi ilə birləşdirdiyini görərik. Eyni halda qeyd etmək lazımdır ki, Kəbir həqiqətən hinduizm və İslamın sintezindən ibarət yeni bir ayin yaratmaq fikrində olmamış, şagirdi Nanak onun bu düşüncələri əsasında belə bir iş görmüşdür. Bir qrup insan mürid kimi onun ətrafına yığıldıqdan sonra o öz əqidəsini onlara öyrətmiş, müridləri ilə münasibəti müəllim-şagird münasibəti olduğuna görə onun ayinini "siqh” – bu Pəncab dialektində şagird deməkdir – adlandırmışlar. Nanakın vəzifəsi "quru” (müəllim) idi və siqh adı bu baxımdan onun ayininə aid edilir.
    NANAKIN TƏBLİĞAT METODU
    Quru Nanak başqalarını öz ayininə də’vət etmək barədə ilham gəldikdən sonra vahid allahın təbliği olan missiyasını yerinə yetirmək üçün səfərə çıxdı. Onun e`tiqad bəslədiyi allah bütün təbəqələrə - istər varlı olsun, istərsə də kasıb - eyni səviyyədə aiddir. Nanak yeganə allahı təbliğ etmək üçün ona kimi müsəlman olan və siqh ayininin ilk ardıcılı sayılan xidmətçisi Mərdananı özü ilə götürdü. Mərdana çox gözəl rübab çalırdı. Nanakın özü də şair idi və əksər çağırışlarını şe’r və nəğmə şəklində çatdırırdı. O, şe’r oxuyanda Mərdana musiqi ilə müşayiət edirdi. Bu məsələ Nanakın e’tiqadlarının sadə və səlis formada adi camaata çatmasına və onun e’tiqadlarını çox asanlıqla dərk etmələrinə səbəb oldu.
    Quru Nanakın təbliğat fəndlərindən biri də özünün geyim və zahiri bəzəklərində hindusların və müsəlmanların geyim və bəzəklərini birləşdirərək istifadə etməsi idi. Belə ki, cilitkə geyinər və adətən hindusların çiyinlərinə saldığı və safa adlanan ağ bir parçanı onun üstünə örtər, başına müsəlman dərvişlər sayağı papaq qoyardı. Boynuna bir sümük asar və alnına hindus xalı vurardı.
    Quru Nanak bu şəkildə 12 il səfərdə oldu. O, Hindistanın müxtəlif şəhərlərində öz ayinini təbliğ etməyə çalışır; hər yerə çatırdısa öz şe’rlərini oxuyur və camaata moizə edirdi. Mərdana da rubabda çalmaqla onu müşaiyət edirdi. Nanak əsasən bu cümləni xüsusi vurğulayırdı: " - Mən bu əsrdə insanlara yol göstərmək üçün zühur etmişəm. Mən bütün firqələri inkar edir və yalnız bir olan allaha pərəstiş edirəm. Mənim tanıdığım Allah hər yerdə - asimanlarda və yerdə, hər tərəfdədir.”
    Quru Nanak çoxsaylı səfərlərdən sonra 1520-ci ildə vətəninə qayıtdı və öz varlı ardıcıllarından biri olan Kartar-purun ona bağışladığı torpaq da məskunlaşdı. Burada vəfat etdiyi 1539-cu ilə qədər yaşamışdır. Nanakın ölümündən qabaq son tədbiri öz canişinini tə’yin etməsi olmuşdur. O, özündən sonra rəhbərlik iddiasında olan oğlu Şriçəndi zahidliyə ifrat meylinə görə canişinlikdən məhrum edərək və onun yerinə xüsusi şagirdlərindən biri olan Anqadı canişin və rəhbər tə’yin etdi. Ondan sonra da səkkiz başqa "quru” biri digərinin ardınca siqh cəmiyyətinə rəhbərliyi öhdələrinə götürdü. Amma onuncu quru olan və 1708-ci ildə dünyadan köçən Qovind Sinqh ölümündən qabaq bu ayinin ardıcıllarına ondan sonra daha heç bir rəhbərin olmayacağını bildirmişdir. Buna görə də öz canişinini tə’yin etməmişdir. Bundan sonra "quru”ların yazıya köçürülmüş və "Qrant” adlandırılan tə’limat toplusu siqh cəmiyyətinə rəhbərliyi öhdəsinə götürmüşdür və siqhlər mə’bədə daxil olarkən ona tə`zim edərək hörmətlə yanaşırlar.
    SUAL VƏ TAPŞIRIQLAR
    1. Canamsakhi nədir?
    2. Quru Nanakdan qabaq siqh ayininin yaranmasına kimlər zəmin yaratmışlar?
    3. Nanakın təbliğat metodu necə idi?
    Siqh ayininin formalaşmasının əsas zəminələrini şərh edin.
    Category: Dinlərlə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 808 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024