İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » Files » Etiqat » Dinlərlə tanışlıq

    Kitabın adı: Dinlərlə tanışlıq
    2011-08-30, 8:22 AM
    OTUZ DÖRDÜNCÜ DƏRS
    ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
    1. Odun müqəddəs sanılması:
    Zərdüştlər dördlük təşkil edən ünsürləri (su, od, hava və torpaq) pak və müqəddəs sayırlar. Zərdüştilik hökmlərində bu dörd ünsürü aludə edən şəxslər üçün ağır cəza tədbirləri nəzərdə tutulmuşdur. Əlbəttə, atəş daha artıq ehtirama layiq görülüb və zərdüştlər onu nur və işıqlıq simvolu, ilahi mələkut nişanəsi, nurun və işıqlığın xaliqi olan Ahura Məzdanın rəmzi hesab edirlər. Zərdüştlər odu müqəddəsləşdirməkdə o qədər ifrata varmışlar ki, onların mə’bədləri də atəşgah adlandırılmışdır; onların ibadətləri də odun qarşısında yerinə yetirilir. Buna görə də zərdüştlər sair qövmlər və digər din ardıcılları arasında atəşpərəst kimi tanınmışlar.
    Müqəddəs atəş uzun-uzadı hazırlıqlar və müfəssəl ibadətlər silsiləsi ilə yanaşı hazırlanır. Ən müqəddəs atəş odur ki, on altı ayrı-ayrı atəşdən təşkil olunsun. (Yə’ni, on altı məntəqədə xüsusi mərasim, dua və zikrlərlə müqəddəs atəş hazırlansın, daha sonra onlar bir-birilə birləşdirilsin).
    Atəşin müqəddəs sayılıb pak saxlanmasının qaydalarından biri də budur ki, ətirli səndəl ağacının odunlarından bir neçəsini yonaraq üst-üstə toplayır və onları odun üzərinə tökürlər. Sonra atəş şö’lələrinin yuxarısında azacıq məsafədə atəşlə təmasda olmayan metal bir qaşıq saxlayırlar; onda kiçik bir dəlik açılır və qaşığın arasında səndəl çubuqlarının ovuntularını tökürlər. Sonra müqəddəs çubuqlar yığımını alovlandırıb dua və nəğmə oxuyub qiraət etməklə məşğul olurlar. Bu əməli 91 dəfə təkrar edirlər. Nəhayət mubədlərin 16 müxtəlif məntəqədən bir yerə topladıqları pak atəş müqəddəs bir kürədə yandırılır və mubədlər öz ağızlarını incə bir parça ilə örtüb uzaqdan tənəffüs etdikləri bir halda onu yandırırlar.
    Odun qorunduğu qab daxili otağın yaxınlığında küllə doludur və orada dörd ayaqlı bir kürsü vardır ki, mubədlər onu növbə ilə səndəl ağacının çubuğunun qırıqları ilə alovlu saxlayırlar. Ağızlarına bir parça bağlayırlar ki, nəfəsləri pak oda üfürülməsin və onu çirkləndirməsin. Həmçinin odun kənarında asqırıb və ya öskürməkdən özlərini saxlayırlar.
    Zərüdşt dininin ardıcılları günün istənilən vaxtında atəşgahın içərisinə gedə bilərlər. Mə’bədə daxil olmazdan qabaq öz əllərini və üzlərini suya çəkir, Avestanın bir hissəsini tilavət edir, dua və münacat oxuyurlar. Sonra ayaqqabılarını çıxardaraq mə’bəd otağına daxil olub, müqəddəs məşəlin qarşısında namaz qılır, bir qədər səndəl çubuğu ilə yanaşı olan nəzir və hədiyyəni mubədə təqdim edirlər. Bunun müqabilində mubədin ixtiyarında olan müqəddəs küldən bir qab götürür, feyz və bərəkət kəsb etmək niyyəti ilə öz üzlərinə və gözlərinə sürtürlər. Sonra oda tərəf tə’zim əlaməti olaraq əyilərək namaz qılır, dua oxuyur və hər bir halda həmin odu ilahi mələkut nişanəsi və rəmzi kimi qələmə verirlər; onlar oda allah kimi deyil, onun nişanəsi kimi pərəstiş edirlər. Daha sonra yavaşca arxaya çəkilir, ayaqqabı çıxarılan yerə çatır və atəşgahdan xaric olurlar.
    2. Atəşgah:
    Zərdüştlər atəşgahı ətrafı açıqlıq olan bir məkanda düzəldirlər. Hər atəşgahda atəş yandırmaq üçün xüsusi bir mərkəz vardır ki, ətriban yə’ni, odun qoruqçusu olan mubəddən başqa heç kəs oraya daxil ola bilməz. Ətribanlar atəşin ətrafına gedərkən tənan yə’ni, ağıza bağlanan şeyləri geyməlidirlər ki, onların nəfəsi müqəddəs odu aludə etməsin. Atəşgahın sağ tərəfində dördbucaqlı şəkildə geniş bir otaq vardır ki, müxtəlif və bir-birinə bərabər hissələrə bölünmüşdür; hər biri xüsusi bir iş üçün nəzərdə tutulmuşdur. Bu otağı yəzqənşah yə’ni, ibadət məkanı adlandırırlar. Od yandırılan yeri atəşgahın ortasında düzəldirlər ki, günəşin odun üzərinə saçmasının qarşısı alınsın.
    Müqəddəs atəşin müxtəlif növləri vardır və onlara cəmiyyətlər əsasında tə’riflər verilir. Məsələn, evin atəşi, qəbilənin atəşi, kəndin atəşi, əyalətin atəşi və s. Atəşin qoruqçusuna "manənd” deyilir və bu vəzifə mubəd vəzifəsindən ibarət olan ətribanlardan fərqlənir. Manənd ruhani hey’ətlərin bir üzvüdür ki, mubədin nəzarəti altında odun qorunub saxlanması vəzifəsini öhdəsinə almışdır. Atəşgah həmişə ətirli yanıqlar səbəbi ətirlənir və odu səndəl çubuğunun hissələri ilə qeyd etdiyimiz mərasimlər əsasında paklayır və həmişə yanar vəziyyətdə saxlayırlar.
    3. Mubədlər:
    Mubədlər zərdüşt dininin dini rəhbərləri və ruhaniləridir, müxtəlif dini vəzifələri öhdələrinə alırlar. Onlar öz ardıcıllarına moizə edib yol göstərməkdən əlavə, atəşgahların ibadət mərasimlərini, müqəddəs odu yandırmaq üçün odunların paklanmasını və müqəddəs atəşin qorunub saxlanmasını öhdələrinə alırlar. Həmçinin təharət hökmlərinin icrası, günahkarların e’tiraflarını eşitmək, onları əfv edib günahlarından keçmək, kəffarənin miqdarını tə’yin etmək, cərimələr, viladət zamanı adi təşrifatların yerinə yetirilməsi, müqəddəs kəmərin bağlanması (kəşti), əqd mərasiminin icra edilməsi, cənazənin dəfni, dini bayramların keçirilməsi və icrası çox ağır olan şər’i cəza qanunlarının tətbiqi və bu kimi digər işlərin hamısı zərdüşt rəhbərlərin və mubədlərin öhdəsindədir.
    4. Nəcasət və təharətin hökmü:
    Zərdüştlərin nəzərində əşyaların çoxu murdar və mənfurdur. Belə ki, bir şəxs və bir şey onlarla təmasda olsa, ciddi və xüsusi şəkildə paklanmalıdır. Ölü insan və heyvanların cəsədi, div, heyzli və nifaslı qadın, ölü uşaq dünyaya gətirən qadın, heyvanların cəmdəyi ilə təmasda olmaq, su, torpaq, yaxud atəşi aludə etmək və sair məsələlər nəcasətlərdən sayılır; nəcasətdən paklanmaq üçün çoxlu hökmlər müəyyənləşdirilmişdir. Bundan əlavə, qamçı, yaxud e’dam kimi şər’i cəza qanunları torpağı, və ya odu murdarlayan və yaxud da ölü bir şəxsi təklikdə daşıyan şəxslər üçün təyin edilmişdir. (Vendidad, dörd cildli kitab, Haşim Rəzi).
    5. Zərüdştlərin dini mərasimlərindən biri də budur ki, uşaq həddi-büluğ yaşına – 15 yaşına çatan zaman sidrə köynəyi geydirilir, belinə koşti bağlanır. Sidrə alt köynəyə bənzər kiçik bir köynəkdir ki, xüsusi biri formada tikilir, koşti də hinduların zənnarına oxşayan müqəddəs bir kəmərdir.
    Zərdüşt ayinində olan bir qız, yaxud bir oğlan həddi-büluğ yaşına çatıb Avestadan din tə’limlərini öyrəndiyi zaman, onun valideynləri sidrə geymək və koşti bağlamaq mərasiminin icra olunması üçün müəyyən bir gün tə’yin edir və öz qohum-əqrəbalarını, dostlarını bu mərasimə də’vət edirlər. Bu gündə əvvəlcə böyük bir süfrə salınır və onda atəş sinisi, səndəl ağacından düzəldilmiş qab, ud çubuğu, bir qabda qurudulmuş meyvələr (püstə, badam, qoz, fındıq, sincid, ərik yarpağı, əncir, nargil və bir qədər noğul və şirni tökülür; ona nərək deyilir) və bir qədər gül, göy, avişən yə’ni, kəklikotu və düyü ilə bəzəyirlər. Daha sonra həddi-büluğa çatan oğlan və ya qız sidrə köynəyini geydikdən sonra süfrənin bir kənarında üzü günəşə tərəf oturur, mubəd onun qarşısında dayanır və mərasimi orzodişt (razi-niyaz ayini) oxumaqla başlayır. Sonra mubəd süfrənin digər tərəfinə gedir, təzə həddi-büluğa çatan şəxsin arxasında dayanır və koştini onun belinə bağlayır. Bu müddətin hamısında həddi-büluğa çatan şəxs mubədin biləklərini öz əllərində saxlayır və dua oxuyarkən onunla birlikdə zümzümə edir, mərasim sona çatdıqdan sonra həddi-büluğa çatan şəxs öz yerində durur və mubəd də əvvəlki yerinə gedərək onun qarşısında ayaq üstə dayanıb Avestanı onun sağ-salamat olması niyyəti ilə qiraət edir. Qiraət halında da kəklikotu, düyü və şirnilərin bir hissəsini onun başına tökürlər.
    6. Ölülərin dəfn mərasimi:
    Vendidadın çox hissəsi ölülərlə əlaqədar hökmlərə məxsusdur və bunun da səbəbi budur ki, zərdüştilik nəzərindən ölü çox çirkin bir varlıq hesab olunur. Buna görə də onun torpaqda dəfn edilməsi qadağan və haramdır. Çünki onların nəzərində torpaq pak və müqəddəs bir ünsürdür və buna görə də ölünü torpaqda dəfn edən bir şəxs üçün ağır cəza tədbirləri nəzərə alınmışdır. Bə’zi şəraitlərdə onun barəsində ölüm hökmü də verilir. Bu e’tiqad əsasında zərdüştlər öz ölülərini müəyyən mərasimdən sonra daxmada, yaxud "Bürcü xamuşan”da qoyurlar ki, qurd-quşlara yem olsunlar. Ölülərin sümükləri günəşin altında quruduqdan sonra həmin daxmanın axır hissəsində qazılmış quyuya tökülür. Amma son yarım əsirdə zərdüştlər dəfn üslubunu başqa bir şəkildə həyata keçirirlər. Bu məqsədlə əvvəlcə ölünün gözlərini bağlayır, əllərini sinəsinə qoyur, ayaqlarını da dizlərinə qədər büküb təmiz bir otaqda daşla döşənmiş yerin üzərində, yaxud dəmir bir taxtın üzərində uzadırlar. Sonra isə sayı adətən iki, dörd, yaxud altı nəfərdən ibarət olan pişqahnam (ölü çəkənlər) vasitəsi ilə dəmir bir tabuta qoyularaq dəfn olunacaq yerə aparılır. Orada pakşuların (ölüyuyanların) vasitəsilə təhvil alınıb qüsl-kəfən edilir, koşti bağlandıqdan sonra dəmir taxtın üzərinə qoyulur və ağ bir parça ilə üzləri örtülür. Daha sonra namazxanaya aparılır ki, orada mubədlər qasaları oxumağa başlasınlar. Bu işin axırında ölünü həmin dəmir taxtla birlikdə qəbirin içinə qoyurlar ki, torpağa toxunmasın. Daha sonra qəbirin üstünü daş və betonla örtürlər.
    Bu dərsdə qeyd olunanlar zərdüştlərin dini ayinlərindən bəzi nümunələr idi; onların dini hökmlərinin hamısı bu kitabın bəhslərinə sığışmaz və bu barədə yazılmış müfəssəl kitablara, xüsusilə Vendidada müraciət etmək olar.
    SUAL VƏ TAPŞIRIQLAR
    1. Atəşgah necə bir məkandır?
    2. Mubədlərin vəzifəsi nədir?
    3. Sidrə geymək və koşti bağlamaq mərasimini izah edin.
    4. Qədim zərdüştlər ölülərlə necə rəftar edirdilər?
    Atəşin müqəddəsləşdirilməsi mərasimini izah edin.
    Category: Dinlərlə tanışlıq | Added by: Islam_Kitabxanasi
    Views: 837 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024