İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Dini yaradıcılıq » Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr

    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr
    2012-10-01, 10:39 AM
    HƏZRƏT ABBAS (əleyhis-salam) DÖYÜŞ MEYDANINDA
    Mübarizə bayrağını çiyninə götürən axırıncı kəs İmam Hüseyn (əleyhis-salam)-ın qardaşları idi, nəhayət onlardan təkcə Həzrət Abbas (əleyhis-salam) qaldı. O, ucaboylu, göyçək bir kişi idi, ata minəndə ayaqları yerə çatırdı. Onun künyəsi Əbülfəzl, ləqəbləri Səqqa, Qəməri bəni Haşim idi və Kərbəlanın bayraqdarı hesab olunurdu. Qəməri bəni-Haşim şücaət nümunəsi, həmlə və döyüş aslanı idi. Onun heybətliliyi, qorxmazlığı surətindən görünürdü. Həzrət Abbas uşaqların susuzluqdan etdikləri nalələri eşidəndə, İmam (əleyhis-salam)-ın düşmənin dərya kimi ordusu arasında tək qaldığını görəndə səbir kasası doldu, yaralı bir aslan kimi irəli atıldı, Həzrətin qarşısında durub meydana getmək üçün izn istədi. Seyyidüş-şühəda onun şəhadət bağına pərvaz etmək istədiyini görəndə, izn verdi, buyurdu:
    "Sən mənim bayraqdarımsan, lakin bu uşaqlar üçüün bir az su tap.”
    Həzrət Abbas (əleyhis-salam) su məşkini əlinə aldı, ata minib Fərata tərəf yola düşdü. O, bu böyük qoşundan heç də qorxmurdu. Suyun yanındakı mühafizəçiləri dağıtdı, suya qədəm qoydu, suyun sərinliyini hiss etdi və ovcunu su ilə doldurub içmək istəyəndə, İmam (əleyhis-salam)-ın susuzluğunu gözləri önündə canlandırdı. Özünə vacib etdi ki, suyu ovcundan yerə töksün; səy etdi ki, tez bir zamanda suyu susuzluqdan ciyərləri yanan, dodaqları quruyan uşaqlara çatdırsın. Bunu görən düşmən ona həmlə etdi, amma o, qılınc zərbələri ilə düşməni yolun üstündən qovurdu. Bu vaxt Yəzid ibni Rəqa Cühəni Hükeym ibni Nofəlin köməyi ilə Əbülfəzl (əleyhis-salam)-ın yolu üstündə pusqu qurdu, gözlənilmədən ona həmlə edib sağ qolunu vurdular. Əbülfəzl (əleyhis-salam) qılıncı sol əlinə alıb yenidən döyüşə girişdi, buyurdu: "And ona Allaha, sağ qolumu vursanız da, yenə də sizdən əl çəkmərəm; öz dinimi, həqiqətən yəqinə çatmış İmamımı, doğruçu və əmin Peyğəmbərin nəvəsini himayə edəcəyəm.”
    Bu vaxt Hükeym ibni Tüfeyl xurma ağacının arxasında pusquda idi, yerindən atılıb Əbülfəzl (əleyhis-salam)-ın sol qolunu da qılıncla vurdu. Həzrət bayrağı və su məşgini sinəsinə yapışdırdı. Düşmən ona hücum etdi, yağış kimi yağdırdılan oxlar o Həzrətin kürəyinə sancılırdı. Bu vaxt bir ox su məginə, bir ox isə mübarək sinəsinə sancıldı« bir ox isə sağ gözünə. Sonra nəmərdlərdən biri həmlə edib əmudla onun mübarək başına vurdu, başını qana qəltan etdi« Daha tab gətirə bilməyib uca səslə fəryad etdi :”Məndən sənə salam olsun, ya Əba Əbdillah.”[614] Seyyidüş-şühəda (əleyhis-salam) qardaşının səsini eşidəndə, şahin kimi başının üstünü aldı, buyurdu: "İndi belim sındı, çarəm azaldı, düşmənim mənə şəmatət etməyə başladı" Sonra sınıq qəlb, qəm-qüssə qonmuş üz, göz yaşı dolmuş gözlə xeymələrə qayıtdı[615]
    Öpərik bu təşti cami, edərik fəğan Əbülfəz (2)
    İki qolların su üstə, qələm oldu can Əbülfəz (2)
    ***
    Sənin ol müqəddəs adın, yazılıbdı təşti-camə
    Edirik Hüseyn əzasın, adüvə biz ya Əbülfəz
    Nə qədər cahanda su var, tapacaq bu qəm idamə
    Su görəndə əhli-aləm, deyəcəkdi can Əbülfəz!
    ***
    Eliyir adın gələndə, sənə kainati təzim
    O məzarüvə həmişə, eyliyir Fərati təzim
    Sənə həşr olunca eylər, hamı paki zati təzim
    Aduva həmişə təzim, eyləyir cahan Əbülfəz
    ***
    Bu məqamü-şənivi yox, eliyən cahanda inkar
    Eyliyir vüsuli-izzət, qapuva dəxil olanlar
    Sənə dərdini həmişə, eyliyən ürəkdə izhar
    O nəhani-dərdə dərman, olacaq əyan Əbülfəz
    ***
    Necə yanmıyaq bu qəmdən, necə gəlmiyək fəğanə
    Necə xuni-qəlbi gözdən üzə etmiyək rəvanə
    Boyanıb sənin su məşgin, su yolunda ləxtə qanə
    Su görəndə seyli-əşgi, edirik rəvan Əbülfəz
    ***
    Yetişəndə başın üstə, şəhi teşnə gördü nagəh
    Səni torpağa yıxıblar, sitəmilə qövmi gümrah
    Başın üstə açdı başın, dedi vay vəzirim ol şah
    Başuvi alıb diz üstə, şəhi insü-can Əbülfəz
    ***
    Dedi dur ayağə qoyma, məni bi kömək bu çöldə
    Gülür əşqiya görəndə, məni beylə tək bu çöldə
    Ürəyim yanır əlin yox, verək əl-ələ bu çöldə
    Eliyir bu qəmli ahın, məni bağrı qan Əbülfəz
    ***
    Sənin adın ilə "Nasir” dilini edibdi mənus[616]
    Onu daimən bəladən, eləyən adını məhrus[617]
    Budur arizusi dildə, ola bir də asitan bus[618]
    Öpə pak dərgəhindən, ala tazə can Əbülfəz

    BƏHRİ-TƏVİL
    Səhmi-səlatilə Əbülfəzli çün
    Ləşgəri ədayə nəmayan olub
    Heydəri-Səftər kimi şəmşirini
    Vurdu qoşun əhli-hərasan olub
    ***
    Ərşeyi-zin üstə tutubdur qərar
    Ba vüqar qabizül-ərvah kimi zülfüqar,
    Səfləri ta ki elədi tarü-mar
    Ahü-zar etdilə çox ləşgəri bi nəngü-ar
    Səxt olub ol qövmə o dəm karizar[619]
    Ba hezar[620] zəhmət ediblər fərar
    Ta ki qoşun əhlinə qalib olub
    ***
    Toz tutub hər bir tərəfi ol zaman
    Kərbü-bəladə elə tufan olub
    Girdü-qübar içrə uzun əlləri, ləşgəri
    Vəhşətə salmış tutulub dilləri
    Heydəri-Kərrar kimi ləşgərə, səflərə
    Həmlə edib nəzmü-nizamın pozub
    ***
    Təblü-dəhəl sövtü[621] tutub göyləri, yerləri
    Gətirdi təmami-məlaikləri
    Yadə salıb şiri-xuda Heydəri, Xeybəri
    Lərzəyə salmışdı hamı ləşgəri
    Olmayacaq sağ qutaran cəngidən
    Ləşgəri-ədalərə elan olub
    ***
    Səfheyi-meydanə olubdur rəvan
    Ləxtə qan oldu qiyamət əyan
    Səslədilər nuri Əli, əl-əman, bir zaman
    Rəhm elə bu ləşgərə şiri-jiyan
    Etdilər Səd oğluna axər bəyan, şamiyan
    Qalmadı ləşgərdə can
    Çarə elə ləşgərə can verməyə
    Kufəvü-Şam əhli şitaban[622] olub
    ***
    Keçmədi ol qədri ki əfsus ola, ba cəfa
    Yarə vurub cisminə qövmi-dəğa
    Bu sözü guya deyib ol ba vəfa, ya əxa
    Dərk elə Əbbasuvi ey binəva
    Qardaşuvin peykərinə gör necə
    Ox düzülüb misli-gülüstan olub
    ***
    Qaldılar heyran hamı ol qeyrətə, himmətə
    Yetmədi axər əcəba niyyətə
    Aləmiyan əhli düşüb heyrətə, möhnətə
    Ağladı qan cümlə bu keyfiyyətə
    Ver gələ tövfiqi Xuda rəhmətə, zəhmətə
    Salma bu dünyadə yetir şövkətə
    Çün bu sözün yazmağın
    Rəhmət əmuzadeyi nalan olub

    İMAM HÜSEYN (əleyhis-salam) VƏ ƏBÜLFƏZLİN DEYİŞMƏSİ
    Əbbasım, qardaşım, qəm günü yoldaşım (2)
    Aç qanlı gözün, sənə var sözüm (2)
    Bu ağır qəmə, mən necə dözüm?! (2)
    ***
    Ya Əbbas, al nəfəs, sən səyimə ver səs
    Bu halətindən, qaldım nigaran
    Gəl etmə məni, hali pərişan
    ***
    Cəngdə çox döyüşdün, artıq haldan düşdün
    Zalimlər səni, edibdir xəstə
    Qoyubsan başın, isti qum üstə
    ***
    Canım qurban sənə, bir nəzər et mənə
    Nə olub sənə, ey nuri Xuda
    Gül ləblərindən çıxmayır səda
    ***
    Gəl məni qoyma tək, dur ayağa gedək
    Axı bu çöldə, tənha qalmışam
    Mən də sənin tək, yaralanmışam
    ***
    Sinən üstə başım, hey axır göz yaşım
    Əlimdən gedir, əziz qardaşım
    Tənha sən idin, mənim qardaşım
    ***
    Qandır əl-ayağın, quruyub dodağın
    Bu isti yerdə, susuz qalmısan
    Su görməyən gül, kimi solmusan
    ***
    Aç gözün bir təhər, bax gör olur nələr
    Bağda ağlayır, güllər çiçəklər
    Səni görməyə, gəlib mələklər
    ***
    Ey Əbbas Hüseynəm, yanuva gəlmişəm
    Heç olmasa de, sən ürək sözün
    Nə olub qardaş, gülməyir gözün
    ***
    Ey yarü-yavərim, sənsən balü-pərim (2)
    Yatma qumlar üstə, qolsuz sərləşgərim
    Qəlbim döyünür, qardaş dur gedək
    Düşmən sevinir, qardaş dur gedək
    Əbbas, Əbbas,
    Oğulsuzam mən, qardaşsızam mən (2)
    ***
    Qardaş yandı evim, sənsən arxam elim
    Səni bu halidə, görcək sındı belim
    Əşgivi qanə, qatma Əbülfəz
    Düşmən çalır əl, yatma Əbülfəz
    Əbbas, Əbbas
    Oğulsuzam mən, qardaşsızam mən
    ***
    Sən nə ba vəfasan,[623] dərdə mübtəlasan
    Tez gəl sən yoluvi, gözləyir ulduzlar
    Ay batsa batar, göydə ulduzlar
    Yoluvi gözlür, xeymədə qızlar
    Əbbas, Əbbas
    Oğulsuzam mən, qardaşsızam mən
    ***
    Ey qəmər təl”tim, izzətim şövkətim
    Belimin qüvvəsi, dizimin taqəti
    Yıxdı evimi, Ali-üməyyə
    Əsir olacaq, Şimrə Ruqəyyə
    Əbbas, Əbbas
    Oğulsuzam mən, qardaşsızam mən

    CAVAB
    Sərvərim, rəhbərim, istəkli dilbərim
    Oxlanıb su məşgim, kəsilib əllərim
    Aparma məni, balalar gözlər
    Nazlı qızların, özün öldürər
    Əbbas, Əbbas
    Oğulsuzam mən, qardaşsızam mən
    ***
    Ey şəhi-din hamiye-Quran Hüseyn
    Qardaşuvi yıxdılar atdan Hüseyn
    Ey şəhi-aləmeyn, dadə gəl ya Hüseyn
    Amandı qardaş, amandı qardaş
    Yaralıyam mən, vəfalıyam mən
    ***
    Seyyidi sərləşgəri təthir elə[624]
    Nokərivə lütfüvü təcdid elə[625]
    Əldə ölən şirivi bir did elə[626]
    Ey pənahım mənim, dadixahim mənim
    Amandı qardaş, amandı qardaş
    Yaralıyam mən, vəfalıyam mən
    ***
    Dövrədə qollar sınıb ey naxuda[627]
    Bəhri-qəmə qutəvərəm bərməla[628]
    Yerdə üzüm, yolda gözüm gəl şəha
    Ey şəhi tacidar, ver mənə iftixar
    Amandı qardaş, amandı qardaş
    Yaralıyam mən, vəfalıyam mən

    FARSCA MƏRSİYƏ
    Mən qole qolzare Əliyyi Mürtəzayəm (2)
    Hafizi pərçəmi xunini kərbəlayəm
    Mənəm ya əyyühənnas, Babül-həvaic Əbbas
    ***
    Kocayi, bebini madərəm Ümmül-Bənin
    Əbbasət oftade əz səri zin bər zəmin
    Rahi məra bebəstənd, Fərqi məra şekəstənd
    ***
    Bəradər Hüseyn can biya suyi Əlqəme
    Aməde əz cenan madəriman Fatime
    Mən aşiqi to həstəm, Coda şode do dəstəm
    ***
    Ey bəradər bebin, çe aməde bər sərəm
    Əşko xun ayəd əz du dideqani sərəm
    Mən aşiqi to həstəm, Coda şode do dəstəm
    ***
    Başəd in axirin arizuye hizbullah
    Busəm şeş guşeye qəbri Əba Əbdillah
    Ey Yusifi Fatime, Hüseyn Hüseyn Hüseyn can
    İmam Səccad (əleyhis-salam) buyurdu: –Allah rəhmət etsin əmim Abbasa, canfəşanlıq etdi, igidlik göstərdi və canını öz qardaşına qurban etdi, nəhayət qollarını qılıncla vurdular. Sonra Allah onun qollarını əvəzində ona iki qanad kəramət etdi, o qanadlarla məlaikələrlə birlikdə behiştdə pərvaz edir. Necə ki, Allah Cəfəri Təyyara iki qanad vermişdi. Həqiqətən Abbas (əleyhis-salam)-ın Allah yanında elə böyük mənzifləti vardır ki, bütün şəhidlər qiyamət günü o məqamı arzu edəcəklər.
    Tarix yazanlar qeyd etmişlər ki, İmam Hüseyn (əleyhis-salam) döyüş meydanından kənarda bir xeymə qurmuşdu və səhabədən, Əhli-beytdən olan şəhidləri oraya aparırdı, hər şəhidi ora gətirəndə buyururdu: "Bu cür ölüm Peyğəmbərlərin və onların övladlarının ölümü kimidir.”[629]
    Təkcə qardaşı Abbası atdan düşdüyü yerdə, Fəratın yaxınlığında qoymuşdu ki, şərif qəbri də elə oradadır. Bunun bir sirri vardırsa, bu sirr bəsirətli inanlara gizli deyil: Qəməri-Bəni Haşimin məzarının ayrı olmasının səbəbi budur ki, ziyarətçöilər onu ziyarət etməyə tələssinlər, hacətləri olanlar ora pənah aparsınlar və onun kəramətlərini görməklə ümmət onun Allah yanında olan qədir-qiymətini, məqam və mənzilətini dərk etsinlər. Burada Allahın vəlisi, höccəti istəmişdir ki, Əbülfəzl (əleyhis-salam)-ın zahiri məqlam-mənziləti elə onun mənəvi və axirət məqamı səviyyəsində olsun. Və əgər İmam Hüseyn (əleyhis-salam) onu sair şəhidlər kimi müqəddəs evə (öz hərəminin yanına) aparsaydı, bu parlaq ulduz İmam (əleyhis-salam)-ın günəş nurlu vücudunun nurunda qərq olacaqdı.

    DÜŞDÜ ƏBÜLFƏZLİN ADI DİLLƏRƏ
    Düşdü Əbülfəzlin adı dillərə (2)
    Şiə fəda ol kəsilən əllərə (2)
    Ey Əhli-beytə, səqqa Əbülfəzl
    Babül-həvaic, mövla Əbülfəzl
    ***
    Ey adı səqqa özü ətşan ağa
    Kani-kərəm mənbəyi-ehsan ağa
    Parçalanan başuvə qurban ağa
    Dəryayi-fəzlin, məna Əbülfəz
    ***
    Ey atası Heydərə nuri-bəsər
    Can ağa eşqindən ürəklər əsər
    Dərdi olan adüvə qurban kəsər
    Eylə muradın, bərca Əbülfəz
    ***
    Ey geyən eşqilə vəfa caməsin[630]
    Haq bəyənən iydəvü-bərnaməsin[631]
    Parçaladın düşmən amannaməsin
    Etdin Yezidi, rüsva Əbülfəz
    ***
    Qoyma ürəklər qəm odunda yana
    Lütf eliyib baxsan Azərbaycana
    Məkkədə şiələr boyandı qana
    Yorğundu şiə, can ya Əbülfəz
    ***
    Səndən ağa lütfü-əta istərik
    Ruhə səfa dərdə dəva istərik
    Təzkireyi Kərbübəlan[632] istərik
    Eylə bəratın imza Əbülfəz

    ƏRƏBCƏ MƏRSİYƏ (HƏZRƏT ƏBÜLFƏZLİN MEYDANDA YARALANDIĞI ZAMAN DEDİYİ RƏCƏZ)
    (Həzrət Əbəlfəzlin oxuduğu rəcəz)
    Əqsəmtu billahil-əəzzil-əzəm
    Və bil-hücuni sadiqən və zəmzəm
    Və bil-hətimi vəl-fənəl-mühərrəm
    Lə nəxzibənnəl-yövmə cismi bidəm
    Dunəl-Hüseyni zil-fəxaril-əqdəm
    İmamu-əhlil-fəzli vət-təkərrüm
    La əhrəbul-məvtə izil-məvtu zəqa
    Hətta uvazi fil-məsaliti ləqa
    Nəfsi libnil-Mustəfat-tuhri vəfa
    İnni ənəl-Əbbasu uğdu bis-səqqa
    Və la əxafuş-şərrə yəvməl-multəqa
    Vəllahi in qətətümu yəmini
    İnni uhami əbədən ən dini
    Və ən İmamin sadiqil-yəqini
    Nəclin-nəbiyyit-tahiril-əmini
    Ya nəfsi, la təxşəy minəl-kuffari!
    Və əbşiri birəhmətil-Cəbbari
    Ma ən-nəbiyyis-seyyidil muxtari
    Qəd qətəu bi bəğyihim yəsari
    Fə əslihim ya Rəbbi hərrən-nari





    614.Balıq 
    615."Təzəllümüz-Zəhra, səh.120 
    616.Kibriti-əhmər 1-ci cibd, səh.159 
    617.Üns tutulmuş 
    618.Hifz 
    619.Qapısını, astanasını öpmək 
    620.Döyüş 
    621.Min 
    622.Tibil, şeypur səsi 
    623.Tələsən 
    624.Vəfalısan 
    625.Pakla 
    626.Təzələ 
    627.Gör 
    628.Gəmiçi 
    629.Büsbütün qəm-qüssəyə batmışam 
    630."Biharül-ənvar”, 10-cu cild. 
    631.Paltarın 
    632.Allahın bəyəndiyi işlər

    Category: Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr | Added by: Islam_Kitabxanasi
    Views: 2092 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024