İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Dini yaradıcılıq » Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr

    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr
    2012-10-01, 10:38 AM
    QƏRİB HÜSEYN VAY
    Mənim yaralı qardaşım, çəkibdi çox bəla başım
    Axır üzarə göz yaşım, qərib Hüseyn vay (2)
    ***
    Çəkir qətari sariban, gedir Dəməşqə karivan
    Ruqəyyə oldu bağrı qan, oyan dalımca ver əzan
    Qərib Hüseyn vay, qərib Hüseyn vay
    ***
    Hanı əmiri ləşgərim, hayanda qaldı Əkbərim
    Oyan yaralı sərvərim, sinəmdə qaldı əllərim
    Qərib Hüseyn vay, qərib Hüseyn vay
    ***
    Hərəmlər oldu dil kəbab, ediblər saçların niqab
    Tutub vücudum iztirab, tapammır Əsğəri Rübab
    Qərib Hüseyn vay, qərib Hüseyn vay
    ***
    Solubdu zülm ilə çəmən, edim sənə nə çarə mən
    Xəcalətəm bağışla mən, sənə tapammıram kəfən
    Qərib Hüseyn vay, qərib Hüseyn vay
    ***
    Yetişdi güllərin sənə, Əliyyi Əkbərin sənə
    Yaralı Əsğərin sənə, bu Ovnü-Cəfərin sənə
    Qərib Hüseyn vay, qərib Hüseyn vay
    ***
    Bir iddə bağrı qan mənim, Rübabi natəvan mənim
    Xərabə aşiyan[641] mənim, gülüb üzüm haçan mənim
    Qərib Hüseyn vay, qərib Hüseyn vay
    ***
    Gərək cəhanə od salam, xərabələrdə çox qalam
    Ölə bu nazənin balam, o qanlı köynəyin alam
    Qərib Hüseyn vay, qərib Hüseyn vay
    ***
    Haçan vüsalə əl çatar, bağun sirişki qan çatar
    Məgər bu qüssəni atar, danışmasam qanın batar
    Qərib Hüseyn vay, qərib Hüseyn vay
    ***
    Gərək öpəm bu həncərin,[642] bu parə-parə peykərin
    Yanır bu qəmli xahərin, gedibdi əldən əllərin
    Qərib Hüseyn vay, qərib Hüseyn vay
    Hər dəm deyərəm suz ilə ey vay Hüseyn vay (2)
    Meydanda olan qanına gülnar Hüseyn vay (2)
    ***
    Nə zülmüdü eylibdü sənə qövmi sitəmgər
    Bir bikəsə bu qədri vurub nizəvü-xəncər
    Sağ yer tapa bilməm öpüm ey sərvəri bikəs
    Öpdüm ayağın altını naçar Hüseyn vay!
    ***
    Bilməm bu nə sirdir anam oğlu məni bikəs
    Başuvi kəsib Şümr nə olmuş əlüvə bəs
    İstəkli bacun Zeynəbəm axər mənə ver səs
    Söylə əlüvə neyliyib əşrar Hüseyn vay
    ***
    İmdi məni səndən ayırır ləşgəri üdvan
    Qol bağlı çəkir zillətilə gözləri giryan
    Nəşün arada qaldı əya şahi ləbə tşan
    Qoymadı qılam dəfni bu küffar Hüseyn vay
    ***
    Qılmış sənilə qövmi cəfapişə ədavət
    Soymuş yaralı nəşivi bu qövmi rəzalət
    Qardaş çəkərəm həşrə kimi mən də bu zillət
    Qoydum yaralı cismivü mən xar Hüseyn vay
    ***
    Tərk etməz idim zülmilə bu vadiye şuri
    Görsəndi məni qəmzədəyə arizu nuri
    Olmuş bu gecə xabigəhin[643] Xuli tənuri
    Dalunca gəlir həsrəti didar Hüseyn vay
    ***
    Gəh Fatimə ağuşi sənin məhdi cəlalın[644]
    Gəh ərşi Xudavəndi olub cayi vüsalin[645]
    Gəh Xuli tənurində kül üstündə cəmalun
    Gün tək çıxır ey xazini əsrar[646] Hüseyn vay
    ***
    Ahim bacun ölsün bu gün aləmləri dağlar
    Əssaə[647] gəlib Şimri bizi qol-qola bağlar
    Başunlə məni Şamidə dərvazədə saxlar
    Çün tənə vurar qövmi bədəfkar Hüseyn vay
    ***
    Səndən necə mən ayrılım ey şahi Hicazım
    Ahim sənilə kəşf edəcək aləmə razım
    Var Şami yolunda sənilə razü-niyazım
    Gör Şümr edəcək onda nə rəftar Hüseyn vay
    ***
    Bu ərsədə nəşindən əlimi üzərəm mən
    Başə nə qədər qəmçi vurulsun dözərəm mən
    Başunla Hüseyn çöldə piyadə gəzərəm mən
    Düşvarüdü[648] çox təneyi əğyar Hüseyn vay
    ***
    Başüvi vurub Şimri Sinan nuki cidayə
    Bir kimsənə qalmubdu gələ imdi hərayə
    Ümmid qalıb qardaş Hüseyn Zeynələbayə
    Yox onda da kim taqəti qoftar Hüseyn vay
    ***
    Ya Rəb bi həqqi xaliseyi zöhreyi Zəhra[649]
    Qıl hacəti məşrueyi hüzzari[650] Sən icra
    Tuti bu müsibətdə hər il səbt elə tuğra
    Qıl şiələri halidən əxbar Hüseyn vay
    Vidayi axərin edib (2) cənabi şahi övliya
    Üqabin aldı ləşgərə, qətari natiqi Xuda
    Zəmanədə mənəm İmam (3)
    Ölüb Əliyyi Əkbərim
    Zəmanədə mənəm İmam
    Rəva deyil ki sağ qalam
    Zəmanədə mənəm İmam
    ***
    Yetib səfayi ləşgərə, dəhani dür fəşan açıb
    İmami əsri vəzzəman, bu növ”ilə bəyan açıb
    Atamdır babi Xeybəri, Əmiri möminan açıb
    Vücudi baisi odur, zəmini asiman açıb
    Sərasimi əraqini, o şahi insü-can açıb
    Onun o tiği tizidir, şəriəti əzan açıb
    Fələk, mələk o sərvərə, edərlər hamı iqtida
    Zəmanədə mənəm İmam
    ***
    Mənəm hilali asiman, vücudi asiman mənəm
    Dəruni nari eyliyən, əliylə gülsitan mənəm
    Naməni atəşin edən, əmini mehriban mənəm
    Əzəldə çeşmə axtaran, o ərsədə əzan mənəm
    Çatıb müsibəti Xuda, rizayi insü-can mənəm
    Əli Vəli balasıyam, əzizeyi cahan mənəm
    Mən olmasam fəna olur, cahani şumi ma siva
    Zəmanədə mənəm İmam
    ***
    Dodaqlarım kəbabidir, gəlin edin səvabi siz
    Rizayi Həqqə su verin, bu şahə cür”ə abi siz
    Sitəm oduyla etməyin, bu sinəmi kəbabi siz
    Olaydı həşr ilahiyə, verərmisiz cavabı siz
    Nə qədri bilməyirsiniz, məadı siz, Kitabı siz
    Qəmim budur ki çəkməyin, cəza günü iqabı siz
    Verər əməl bizə görə, o gün Xudayi Həqq cəza
    Zəmanədə mənəm İmam
    ***
    Nəsihət eylədi nələr, o padişahi zülfirəng
    Cəvabi gəlmədi ona, o qövmidən rizayi Həqq
    Əl atdı Zülfüqarə ta, Yədullahı edib hərəm
    Vuranda hər kəsə qılınc, kəsib keçib edib qələm
    Qoşun dağıldı çöllərə, o dəştidə yatıb ələm
    Çıxartdı sövti mərhəba, səvabi ərşə dəmbədəm
    Fələk deyərdi mərhəba! Mələk deyərdi mərhəba!
    Zəmanədə mənəm İmam
    ***
    Əmini Cəbrəil də çün, baxırdı ərşidən yerə
    Hüseynə baxdı ağladı, xitabı vurdu Heydərə
    Gedəndə sən də ya Əli, mənimlə rəzmi Xeybərə
    Çəkəndə Zülfüqarini, vuranda zərbi Əntərə
    Nə növ”idir bu zövqilən, görüb çəkibdi dəftərə
    Axıtdı əşgi həsrəti, belə dedi Peyəmbərə:
    Əmoğlu Kərbəladı bu, Hüseyn haravü-mən hara!?
    Zəmanədə mənəm İmam
    ***
    Edəndə bəzmilən o gün, şücaət ilə Xeybəri
    Yanımda sən kimi kömək, dağıldı zuri Heydəri
    Hüseyn susuz bu gün özü, ölüb Əliyyi Əkbəri
    Cəfa oxuyla oxlanıb, o şiri xarə Əsğəri
    Təmami zülmüdən solub, bu çöldə qönçə gülləri
    Batıbdı qanə qardaşım, olub ziyadə qəmlərim
    Təmam olub köməkləri nə qövmü var, nə əqrəba
    Zəmanədə mənəm İmam
    ***
    Su deyib cümlə susuz verdilə can, 72 şiri jiyan
    Həzrət Əbbas Əbəlfəzlin iki dəsti qələm oldu
    Ələm yatdı, qoşun sındı, cavan Qasimə yas
    Tutdu Hüseyn qəmi Əkbər, rəbi ənvər, sözü şəkər
    Əli Əkbər Bədəni xəncər ilə, parələnib, xaki Susuz yerdə, olub qaninə qəltan, Hüseyn ol şəhi Dil xəstə Əli Əsğəri gül dəstəsi tək aldı əl üstə, gəlibən durdu o dəm
    Xəsmə bərabər, o mehri ənvər
    Hulqumuna vuruldu peykan
    Hərmələ kafər, qan içdi Əsğər
    ***
    Ağladı Heydər, fatehi Xeybər
    Qoşa gətirdi, Kərbübəlayə
    Hüseyni zari, firqeyi kafər
    Əqdimə bağlı, abi Fərati
    Məhşərə dindü, o dəşti vəhşət
    Xırda uşaqlar, mələşdi yeksər
    Şimr[651] irəli çıxıb həyasızcasına dedi: –Ey Hüseyn ibni Əli, nə istəyirsən? İstədiklərini bizə başa sal, sənin məqsədini dərk edək.
    İmam Hüseyn (əleyhis-salam) öz xitabəsini davam etdirdi: –Ey camaat, Allahdan qorxun və məni qətlə yetirməkdən əl çəkin. Bilin ki, mənim qanım sizə halal deyildir. Mənim hörmətimi sındırmaq rəva deyildir. Mən sizin Peyğəmbərin qızının oğluyam. Mənim nənəm Xədicə Peyğəmbərin arvadıdır. Siz o Həzrətin ki buyuruduğu "Həsən və Hüseyn behişt cavanlarının sərvəridirlər” sözlərini eşitmişdiniz.
    Şeyx Müfid yazır: "Sonra İmam Hüseyn (əleyhis-salam) öz atına minib uca səslə qoşunun hamısı, yaxud əksəriyyəti eşidən uca səslə buyurdu: "Ey camaat! Mənim sözümü eşidin, məni öldürməyə tələsməyin. İmakan verin, mən sizi vəzifəli olduğum şeylərə nəsihət edim və sizə höccəti tamam edim. Əgər insaflı olsanız, xoşbəxtliyə çatarsınız, yox əgər insanlıqdan əl çəkib məni təsdiq etməsəniz, ziyanını özünüz görəcəksiniz. Belə isə, öz məqsədiniz üçün bir yerə yığılın (ki gələcəkdə peşman olmayasınız). Sonra mənim barəmdə qəzavət edin və daha mənə möhlət verməyin. Şübhəsiz, mənim ixtiyar sahibim tək olan Allahdır ki O, yaxşı insanları himayə edəndir.”
    Bunu deyib Allah dərgahına şükür etdi, öz Allahına layiqincə həmd və sitayiş etdi. Sonra Onun Peyğəmbərinə, mələklərinə və sair peyğəmbərlərə salam göndərdi, daha sonra buyurdu: –Ey camaat, yaxşı-yaxşı baxın, görün mən kiməm, kimlə qohumam, sonra ağlınızı başınıza yığıb özünüzü məzəmmət edin. Baxın görün məni öldürmək sizin üçün rəvadırmı? Məni qətlə yetirmək etmək halaldırmı? Məgər mən sizin Peyğəmbərinizin qızının oğlu, onun canişini və əmoğlusunun oğlu deyiləmmi? Məgər mənim atam ilk mömin, Rəsulullahın pqyğəmbərliyinə şəhadət verən ilk şəxs deyildimi? Məgər seyyidüş-şühəda Həmzə mənim əmim deyildirmi? Məgər behiştdə iki qanadlı pərvaz edən Cəfər mənim əmim deyilmi? Peyğəmbərdən eşitdiyiniz "Həsən və Hüseyn behişt cavanlarının sərvəridir” kəlamı mənim və qardaşımın barəsində deyilmi? Əgər məni doğrudanışan bilsəniz elə–həqiqətdə də bu cürdür və Allaha and olsun ki, Onun yalan danışanlarla düşmən olduğunu eşitdiyim gündən, heç vaxt yalan danışmamışam–sözümü eşidin; yox əgər məni yalançı hesab etsəniz, onda sizin aranızda elə adamlar var ki, Peyğəmbərin bu sözü barəsində sizə xəbər verə bilər; Cabir ibni Əbdüllah Ənsari, Əbu Səid Xədəri, Səhl ibni Səd Samdi, Zeyd ibni Ərqəm, Ənəs ibni Malikdən soruşsanız, sizə deyərlər ki, onlar mənim və qardaşım barədə Peyğəmbərdən belə bir şey eşidiblər. İndi görün, bu qədər dəlil sizə, mənim qanımı tökməkdən əl çəkməyiniz üçün kifayət deyildirmi?
    Şimr yenə də dedi: –Əgər sənin nə dediyini bildimsə, qoy Allaha şəkk əsasında ibadət edim. (Demək istəyirdi ki, sizin sözləriniz bizim üçün dərk olunmazdır, nə dediyini dərk etmirik.)
    Həbib ibni Məzahir ona belə cavab verdi: –Ey Şimr! Allaha and olsun ki, sən Allaha 70 dolayısı yolla ibadət edirsən. Şəhadət verirəm ki, sən düz deyirsən və İmam Hüseyn (əleyhis-salam)-ın dediyini dərk etmirsən. Çünki sənin qəlbinə möhür vurulmuşdur, buna görə də qəlbində haqqa yer yoxdur.
    İmam Hüseyn (əleyhis-salam) sözlərini davam etdirərək dedi: –Ey Camaat! Dediklərimdə şəkkiniz olsa da belə, deyin görüm mənim Peyğəmbərin qızının oğlu olmağımda da şəkkiniz var? Allaha and olsun, məşriqlə məğrib arasında məndən başqa heç kim Peyğəmbərin oğlu deyildir; istər sizin aranızda olsun, istərsə də qeyrisində. Vay olsun sizə, məgər mən sizdən bir kəsi öldürmüşəm ki, onun qisasını məndən almaq istəyirsiniz? Yaxud sizin mal-dövlətinizi məhv etmişəmmi ki, onun əvəzində mənimlə vuruşursunuz? Yaxud bir kəsi yaralamışammı ki, qisasını məndən alırsınız?
    Sizinləyəm ey Şibs, ey Hüccar, ey Qeys və ey Yəzid! Məgər siz məktubda mənə yazmamışdınız ki, "Meyvələr yetişmiş, bostanlar yaşıllaşmışdır və əgər sən bizə tərəf gəlsən, biz sənin intizarındayıq”?
    Qeysə aşkar şəkildə xitab olunduqda, onun namərdliyi, vəfasızlığı hamının hüzurunda ifşa olunduqda tab gətirə bilmədi, İmam Hüseyn (əleyhis-salam)a dedi: –Biz sənin nə dediyini bimirik və sözlərini başa düşmürük. Sizin yalnız bir yolunuz var: Əmioğlun Yezid ibni Müaviyəyə tabe olun, o da sizə qarşı xoşagəlməz rəftar etməsin.
    İmam Hüseyn (əleyhis-salam) buyurdu: –Yox! Heç vaxt belə bir iş görmərəm! Allaha and olsun, mən heç vaxt zilləti, xarlığı qəbul etmərəm, sizdən də qulların öz sahiblərindən qaçdığı kimi qaçmaram![652]

    İMAM HÜSEYNİN (əleyhis-salam) KUFƏLİLƏRƏ XİTABI
    İmam Hüseyn (əleyhis-salam) bir daha öz atına mindi, Kufə ordusuna doğru hərəkət edib onlara dedi ki, bir neçə anlığa sakit olsunlar. Kufəlilər səs-küy, qarma-qarışıqlıq salaraq o Həzrətin danışmasına imkan vermədilər. İş o yerə çatdı ki, İmam (əleyhis-salam) onlara qarşı qəzəblənib dedi: –Vay olsun sizə! Sizə nə olub ki, mənim sözlərimə qulaq asmaq istəmirsiniz? Mən sizi aydın hidayət yoluna çağırıram, hər kis mənə itaət etsə, yolu tapar, hər kəs mənə qarşı üsyankarlıq etsə, fəlakətə düçar olacaq. Və siz, ey camaat! Hamınız üsyankarsınız, haqq sözü eşitməkdən acığınız gəlir. Ürəkləriniz haramla dolmuş, qəlbləriniz möhürlənmişdir. Vay olsun sizə, niyə sakit olmursunsuz? Niyə sözlərimə qulaq asmırsınız?
    Alçaqsifət kufəlilər azacıq özlərinə gəldilər, bir-birini danlayıb sakit oldular, İmam (əleyhis-salam)-ın sözlərinə qulaq asmağa başladılar. İmam (əleyhis-salam) əvvəlcə Allaha həmd-səna etdi, sonra Həzrət Peyğəmbərə, mələklərə və sair peyğəmbərlərə salam göndərdi, sonra buyurdu: –Həlak olasınız, ey camaat! Bu kişilikdəndirmi ki, bizi özünüzə tərəf çağırıb bizdən kömək istədiniz, biz də sizin dəvəti qəbul edib özümüzü təcili olaraq sizə çatdırdıq, indi bizim üzümüzə qılınc çəkib od yandırmısınız? Halbuki, bu odu biz özümüzün və sizin düşmənlərinizə qarşı hazırlamışdıq. Bu gün siz öz dostlarınıza qarşı kinə bəsləyir, düşmənlərinizlə əlbir olmusunuz. Halbuki, onlar sizin aranızda ədaləti bərqərar etməmiş, dünya malından tamah gözü dikdiyiniz dəyərsiz həyatdan başqa bir şeyə ümid bağlamamısınız. Halbuki, bizim üçün nə bir hadisi baş vermiş, nə də zəifliyə, süstlüyə düçar olmuşuq. Vay olsun sizə ki, bizə kömək etməkdən əl çəkdiniz, bizə kömək etməyi xoşlamadınız, halbuki qılınclar qınında, qəlblər aram, düşüncələr möhkəm və qüvvətli idi. Amma siz fitnə odunu şölələndirib, çəyirtkələrin, kəpənəklərin o yana bu yana uçması kimi ona doğru tələsdiniz. Allahın rəhmətindən uzaq olasınız, ey ümmətin düşmənləri, ey cəmiyyəti tərk edənlər, ey Quranı özlərindən uzaqlaşdıranlar, ey şeytanın vəsvəsələrinə uyanlar, ey günahkarlar, ey Quranı təhrif edənlər, ey Peyğəmbər sünnəsinin nurunu söndürənlər, ey Peyğəmbərin övladlarının qatilləri, ey ilahi xilafət ailəsini məhv edənlər, ey zinakarların dəstəsinə qoşulanlar, ey möminlərə əziyyət verənlər, ey Quranı parça-parça edən zalım hökmdarlara kömək edənlər, necə də pis bir qədəm götürmüsünüz, necə də şiddətli əzab sizin intizarınızdadır! Doğrudan da zalımlarla əlbir olmaqdan, bizə kömək etməkdən əl çəkməyinizdən həya etmirsiniz? Bəli, Allaha and olsun ki, sizdə hiyləgərlik qədimdən vardır. Vücudunuzun kökləri hiylə ilə qarışmış, onun çirkin paltarı sizin əməllərinizin, rəftarlarınızın əndamına geydirilmişdir, qəlbləriniz onunla üns bağlamış, sinələriniz onunla dolmuşdur. Bəli, siz tamaşaçılar üçün ən pis meyvə, qəsbkar üçün ən dəyərsiz bir tikəsiniz. Allahın lənəti ilahi əhdi bağladıqdan sonra pozanlara, ayaq altına salanlara olsun. Siz özünüz Allahı öz işinizə ixtiyar sahibi seçdiniz, əhd bağladınız, amma onu pozdunuz. Siz elə əhd-peymanı pozanlarsınız. Ey camaat, agah olun ki, zinakar oğlu zinakar (Yezid) məni iki işin arasında qaymuşdur: ya qılınclarla doğranmaq, ya da xarlığı, zillətti qəbul etmək. Zillət bizdən uzaqdır. Allah, Onun Peyğəmbəri və möminlər bizi zilləti qəbul etməkdən çəkindirmişlər. Çünki bizim nəslimiz pak-pakizə, qəlblərimiz mənəvi inkişafdadır və heç vaxt alçaq, yaramaz və murdar adamlara tabe olmağı mərd-mərdanə şəhid olmaqdan üstün saymırıq. İlahi, mən höccəti tamam etdim, bunları pis aqibətdən çəkindirdim və indi öz azsaylı dostlarımla bu saysız düşmən qarşısında dayanıb vuruşacağam.
    Bu vaxt İmam (əleyhis-salam) Fərvət ibni Müsəyk Muradinin şerindən bir neçə beyt oxudu: "Əgər qələbə qazansaq, elə qədimdən belə olmuşdur və əgər məğlub olsaq, yenə də qələbə bizimkidir. Qorxu, zəlillik və alçaqlıq bizim adətimiz deyildir, lakin alnımızda yazılıb ki, şəhadətə çataq və başqaları bizdən sonra hökumətə çatsınlar. Əcəl mənim tayfamın böyüklərini qətlə yetirdi, necə ki, qədimkilərlə də belə etmişdi. Bəli, əgər padşahlar əbədi olaraq dünyada qalsaydılar, biz də ölümdən xilas olardıq; və əgər böyük insanlar əbədi olsaydılar, biz də əbədi olaraq dünyada qalardıq. Belə isə sarsaq danışanlara de: "Ayıq olun ki, siz də bizim ona tərəf tələsdiyimizlə görüşəcəksiniz.”
    Sonra İmam (əleyhis-salam) belə buyurdu: "Allaha and olsun, siz (məni öldürəndən sonra) çox yaşamayacaqsınız, bir piyadanın ata minməsi müddətindən çox öz arzunuza çatmayacaqsınız və bunun ardınca zəmanənin çarxı tərsinə fırlanacaq, dəyirman daşının oxu kimi nigarançılıq da, iztirabda qalacaqsınız. Belə isə öz fikirlərinizi bir yerə yığıb bir-birinizlə məşvərət edin ki, bu iş sizə gizli qalmasın. Sonra isə məni öldürün və bir an da olsa, möhlət verməyin. Mən öz Allahıma, sizin Allahınıza ümid bağlamışam və bilirəm ki, hər şey Onun qüdrəti dairəsindədir. Mehriban Allahın istəyi düzgün, ədalətli yolda möhkəm qərar tutmuşdur.
    İmam (əleyhis-salam)-ın sözləri sona çatdı, Kufə qoşunu Rəsulullahın nəvəsinin son kəlamlarını –daş qəlbləri əridib suya döndərən sözləri eşitdilər, amma bu sözlər kufəlilərin qəsavət bağlamış qəlblərində əsla təsir buraxmadı.

    TƏZMİN
    "Hüseynə yerlər ağlar, göylər ağlar”
    Bətulo Mürtəza, Peyğəmbər ağlar.
    (Dilriş)
    Hüseynin novhəsin (Dilriş) yazanda
    Müsəlman səhldir ki, kafər ağlar.
    Kor olmuş gözlərin qan tutdu Şimrin,
    Ki görsün öz əlində xəncər ağlar.
    ***
    Hüseynin köynəyi Zəhra əlində
    Çəkər qeyha-qiyamət, məhşər ağlar.
    Atanda Hərmələ ox Kərbəladə
    Görəydin düşmən ağlar, ləşgər ağlar.
    ***
    Rübab nisgil döşündə süd görəndə
    Əliyyi Əsğəri yad eylər ağlar.
    ***
    Başında kakili Əkbər həvasi,
    Yel ağlar, sünbül ağlar, ənbər ağlar.
    Yazanda Ali-Taha növhəsin mən,
    Qələm gördüm sızıldar, dəftər ağlar.
    ***
    Əli, şəqqül-qəmər, mehrab tilit qan,
    Qulaq ver, məscid oxşar minbər ağlar
    Əlidən, Şəhriyar, sən bir işarə
    Qucaqlar qəbri, Malik Əştər ağlar.
    Ey verən quru yerdə can Hüseyn
    Rahi həqqidə can fəşan Hüseyn
    İsti qumların üstə yarəli
    Peykəri qalan qüslü qan Hüseyn
    ***
    Tiğü-nizəvü-tiri düşmənə
    Ey hədəf olan yarəli bədən
    Hər yarəsinin qanı su kimi
    Çöllərə axan teşnə can Hüseyn
    ***
    Sən mənim Hüseynimsən aç gözün
    Ver nişan özün cismi bi kəfən
    Nitqə gəl soruş halimi əyan
    Dərdlərim edim ta bəyan Hüseyn
    ***
    Vurdu od cəfa ləşgəri Hüseyn
    Yandı xeymələr cövri kinədən
    Bali bəstə quş tək özüm gəhi
    Vermişəm oda gahi didədən
    Əşki tökmüşəm Abidin vəli
    Çəkmişəm özüm çölə xeymədən
    Va əba deyib xırda qızların
    Mən də va əxa əl əman Hüseyn
    ***
    Bir yanan çadır oldu mənzilim
    Vurdu kufiyan qəmçi başıma
    Ləşkəri cəfa taziyanələr
    Vurdular əxa Ali Haşimə
    Bir nə rəhm edən olmadı baxan
    Ruyimə axan didə yaşimə
    Tutdu qəlbimi qüssə nagəhan
    Olmuşam odur natəvan Hüseyn
    ***
    Gəlmişəm sənə dərdimi deyəm
    Ver səsimə səs ey şəhi zaman
    Ey yarasının məlhəmi turab
    Təşnə su kənarində can verən
    Çöllərə axan hər yarasının
    Qanı su kimi yarəli bədən
    Qəmli qəlbini cövri şamiyan
    Kufiyan edib ləxtə qan Hüseyn
    ***
    Ləşgəri cəfa qövmi əşqiya
    Dövrəvi sənin aldı hər tərəf
    Səngü-şəmşirü-tirü-nizəyə
    Etdilər sənin peykərin hədəf
    Yarə üstünə yarə vurdular
    Nəzmilə nizamilə çəkdi səf
    Yaralı sinən misli gülsitan
    Oldu oxlara aşiyan Hüseyn
    ***
    Xeymələr yanan vəqtə gəlmişəm
    Dadə ya Hüseyn çox vurulmuşam
    Gahi qaçmışam xeyməgahivə
    Gahi məqtələ çox yorulmuşam
    Gahi düşmənə nifrin eyləyib
    Gah dayanmışam, gah yıxılmışam
    Başıma vurub gahi kufiyan
    Taziyanə gah şamiyan Hüseyn
    ***
    "Qəmkeşə nəzər eylə ya Hüseyn
    Qərqidir bəla içrə ver nicat
    İzni Xaliqi Zülcənah ilə
    Həm həyatü-həm aləmi məmat[653]
    Mövc edir bəla bəhri dadə gəl
    Qıl xilas əya fülki sahiman
    Rusiyahdı ərz eylər əl əman
    Ey ümidi çarə cuyan Hüseyn
    ***
    Zeynəbin qurbanların qardaş oyan dur sal yola (2)
    Eyləmə məyusi dur başə dolandır sal yola (2)
    ***
    Rahi eşqə yox bulardan qeyri zadi rahiləm[654]
    Zeynəbi məzlumənin gəl naümüd etmə belə
    Bəndəqani Əkbərə[655] ver izni cəng azad elə
    Zeynəbə bu mərhələ xoş imtahan dur sal yola
    ***
    Bunlara məşqi cidalü-cəngi mən öyrətmişəm
    Məktəbi dəva seçib çox fəslü-fən öyrətmişəm
    Hər birinə dərsi cəngi tənbətən öyrətmişəm
    Yatmayıbdır sübhə tək dərsi rəvan öyrətmişəm
    ***
    Bu iki gül yadigari Cəfəri Təyyaridir
    Fi səbilillah həmişə talibi peykaridir[656]
    Gər bular nəvvadeqani[657] Heydəri Kərraridir
    Bunlara şəhdi şəhadət nuşi can dur sal yola
    ***
    Şənivə gərçi bular layiq deyillər ya Hüseyn
    Töhfeyi dərvişi şah rədd eyləməz əmma Hüseyn
    Sərbülənd eylə məni sən bil anam Zəhra Hüseyna
    Qıl ta sandıq başə sal az yuban dur sal yola



    641.Sübh və axşam 
    642.Xaraba yuva 
    643.Boğazın 
    644.Yataq yerin 
    645.Gözəl beşiyin 
    646.Vüsal yerin 
    647.İlahi sirlərin xəzinədarı 
    648.Bu saat 
    649.Çətindir 
    650.Zəhranın gülünün həqqinə 
    651.Hazır olanların şəri hacəti 
    652.Tarixin qəribəliklərindən biri budur ki, Şimr, vaxtilə Siffeyn müharibəsində Həzrət Əli əleyhissalamın qoşununda Müaviyəyə qarşı vuruşurdu, Həzrət İmam Hüseyn (əleyhis-salam) da onu bir dəfə zindandan azad etdirmişdi. Amma Aşura günü İmam Hüseyn əleyhissalamın başını kəsdi. və onun azad etməsini də xatırlatdı, amma o qədər qəsavətli, daşürəkli idi ki, bu ehsanların heç bir təsiri olmadı. 
    653.Şeyx Müfid, "İrşad” 
    654.Ölüm dünyası 
    655.Səfər azuqəsi 
    656.əkbərin qullarına 
    657.Həmişə Allah yolunda döyüşü istəyən 

    Category: Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr | Added by: Islam_Kitabxanasi
    Views: 2071 | Downloads: 0 | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024