İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Dini yaradıcılıq » “Allahın elçisi” (Poema)

    “Allahın elçisi” (Poema)
    2012-09-27, 0:25 AM
    HƏZRƏTİ PEYĞƏMBƏRİN HİCRƏTİ
    "Əqəbə” beyəti müsəlmanların
    Önündə bir üfüq açdı onların.
    Yəsribə köç etmə işində Həzrət
    Çox ehtiyat ilə edir hərəkət.
    Yeni müsəlmanlar iki bir üç bir
    Gizlində yığışıb Yəsribə gedir.
    Yəsrib əhalisi açmışdı qucaq
    Onları xoş üzlə qarşılayaraq
    Yaşamaqdan ötrü yer verirdilər
    Hər cürə köməklik göstərirdilər.
    Fürsət tapan kimi qüreyşililər
    Hicrət edənlərə əziyyət verər.
    Ər ilə arvadın qarşısın tutar
    Birlikdə getməyə qoymayırdılar.
    Müşriklər nə qədər çalışırdılar
    Daxildən od tutub alışırdılar
    Gördüyü işlərdən olmadı fayda.
    Hicrət edənləri qorxutsalar da
    Onlar özləri də qorxu çəkirlər.
    Müsəlmanlar getsə Yəsribə əgər
    Oranı mərkəzə çevirsə onlar
    İslamın hər yerdə şöhrəti artar.
    Əbu Cəhl yığdı bütpərəstləri
    İmkanlı nüfuzlu şəxsiyyətləri.
    Gizlində düşündü bir neçə nəfər
    Mühəmmədi necə yox eyləsinlər.
    Nə qədər qaçmamış əlimizdəkən
    İslam cərəyanın kəsək kökündən.
    Bir qismi fikrini dedi bu sayaq:
    – Onu zəncirləyib zindana ataq.
    Ya da ömürlük göz dustağı edək
    Uzaq bir ölkəyə sürgün eyləyək.
    Əbu Cəhl bunun heç biri ilə
    Razılaşmayaraq söylədi belə:
    – Biz onu sürgünə göndərsək əgər
    Yəsriblilər tapıb kömək edərlər.
    Onu bir dəfəlik öldürmək gərək
    Ancaq kim öldürsün bunu düşünmək.
    İçimizdən biri öldürsə onu
    Manaf oğulları bilsələr bunu
    Qana–qan davası olacaq onda
    Yaxşısı budur ki eyni zamanda
    Hər bir qəbilədən igid bir nəfər
    Üstünə birlikdə qılınc çəksinlər.
    Bilməsələr kimin vurduğun əgər
    Qan davasına da girməyəcəklər.
    Bununla məsələ bitəcək tamam.
    Həzrətin evinə həmin gün axşam
    Cənabı Cəbrail vəhy ilə gəldi
    Hicrət etməsinə izin verildi.
    Həzrət hicrətindən iki gün qabaq
    Əbu Bəkrgilə yolun salaraq
    Onu da xəbərdar elədi dərhal
    Yol üçün tədarük gördülər fəal.
    Bütpərəstlər çirkin öz əməllərin
    İcra etmək üçün Həzrətin evin
    Dövrəyə almışlar səhərə qədər
    Bayırda qətl etmək istəyirdilər.
    Vaxtdan istifadə edərək Həzrət
    Həzrəti əliyə söylədi xəlvət:
    – Düşmənlər pusquda durub gizlicə
    Mənim yatağımda yatarsan gecə
    Mən hicrət edirəm Yəsribəsarı
    Səhərə qədər sən saxla onları.
    Al məndə saxlanan əmanətləri
    Sahiblərin tapıb verərsən geri.
    Vacib sözlərini çatdırdı ona
    Sonra da uzadıb öz yatağına
    Yaşıl xilqəsini üstünə çəkdi
    Tez gedib səslədi o əbu–Bəkri.
    Gecənin qaranlıq zülmət çağında
    Məkkədən aralı Sovr dağında
    Gizli mağarada məskən saldılar
    Burada üç gecə–gündüz qaldılar.
    Onlar mağaraya daxil olantək
    Əmri–ilahiylə dərhal hörümçək
    Mağara ağzında torunu hördü
    Az müddət ərzində işini gördü.
    Həzrətin evini güdən qəsdçilər
    Durub gözlədilər səhərə qədər
    Onu gözləməkdən artıq bezdilər
    Evinə girməyə etdilər hünər.
    Evin qapısını birdən açantək
    Hamısı pərt olar əlini görcək.
    Onu izləyərkən bu qədər millət
    Necə getdiyinə etdilər heyrət.
    Evindən dişarı qoyanda qədəm
    "Yasin” surəsindən Rəsuli–əkrəm
    Sədd ayəsini tam oxuyarkən
    Bir ovuc torpağı götürdü yerdən
    Duran müşriklərin üzünə atmış
    Odur ki onlar da kor kimi yatmış.
    Səhər açılanda qureyşililər
    Məkkəyə car çəkib verdilər xəbər:
    – Mühəmmədi tapıb gətirən adam
    Haqqını yüz dəvə alacaq ənam.
    Bundan həvəslənib adlı–sanlılar
    Əlləri xəncərli dəli qanlılar
    Onların izinə düşüb bir qədər
    Həmin mağaraya tərəf gəldilər.
    Biri mağaraya girmək istədi
    Bir başqası ona: – Ağlın yox dedi:
    – Mağara ağzında görmürsən məgər
    Hörümçəklər necə torun çəkiblər.
    Bir bax göyərçinlər yuva da qurmuş
    Yuvanı yumurta ilə doldurmuş.
    Bəlkə heç Mühəmməd doğulmamışdan
    Əvvəl də burada olmamış insan.
    İçəridə heç kim olmaz gəl gedək.
    Başqa yerdə onu axtarıb gəzək.
    Ayrılıb o yerdən getdilər kənar
    Allahın əmrilə kor olmuşdular.
    Bir az baxsaydılar aşağı əgər
    Hər bir ikisini görəcəkdilər.
    Əbu Bəkr bunu hiss eləmişdi
    Qorxaraq Həzrətə belə demişdi:
    – Deyəsən düşmənlər olubdur agah
    Bizi görəcəklər ya Rəsulüllah!
    Onların sayı çox bu iki nəfər
    Bu qədər adamla neyləyə bilər?
    – Biz iki yox üçük! –demiş Peyğəmbər:
    "Allah bizimlədir etmə qəm kədər.(Ət–Tovbə (tovbə)–40.)”
    Axtaranlar gedib uzaqlaşdılar
    Hər yerdə hər kimdən soraqlaşdılar
    Axtarmadıqları bir yer qalmadı
    Onu gördüm deyən adam olmadı.
    Axtarış heç kimə vermədi səmər
    Hamısı kor–peşman geri döndülər.
    Əbu Bəkr ilə Rəsuli–əkrəm
    Üç gün mağarada qaldılar bahəm.
    Qorudu onların Allah hər birin
    Bu üç gün ərzində həm əbu Bəkrin
    Oğlu əbdüllahla köləsi Amir
    Gecələr onlara yemək gətirir.
    Dördüncü günündə çatdırdı xəbər
    Axtaranlar bir az seyrəkləşiblər.
    Odur ki əbdüllah həmin gün gecə
    İki dəvə ilə gəldi gizlicə.
    Bu hicrət dostları iki yarı–ğar(Yarı–ğar:–mağara yoldaşı.)
    Dəvələrə minib uzaqlaşdılar.
    Allahın yolunda hicrət etdilər
    Qırmızı dənizə doğru getdilər.
    Bütpərəstlər yenə bağırdı bar–bar
    Çünki mükafatı artırmışdılar:
    – ölüsün dirisin tapıb gətirən
    İki yüz dəvəni alacaq birdən.
    Deyərək təzədən car çəkirdilər
    Məkkə əhli hamı eşidirdilər.
    Malik oğlu Sorəq adında biri
    Dərhal eşidəntək belə xəbəri
    Hicrət edənlərin izinə düşdü
    Arxadan onlara gəlib yetişdi.
    Atı var gücüylə məhmizləyərkən
    Atın ayaqları büdrədi birdən.
    Qumun üzərində at sürüşərək
    Heyvan çapalayıb batdı dizədək
    Təzədən özünü ələ alaraq
    Hərəkətin yenə təkrarlayaraq
    Atın ayaqları yerə çökürdü
    Gizli qüvvə onu geri çəkirdi.
    Atlı əməlindən pərişan oldu
    Həzrətə yalvarıb müsəlman oldu.
    Yolçular yolların davam etdilər
    İsti səhraları aşıb getdilər.
    Göydən yerə qızmar alov yağırdı
    Qumlardan qığılcım dalğalanırdı.
    Səhra gəmisində onlar üzdülər
    Ancaq görmədilər sudan bir əsər.
    Axşam hava bir az sərinləyirdi
    Ulduzlar yoluna nur ələyirdi.
    Nə qədər əzablı olsa bu səfər
    Yeddi günə yolu qət eylədilər.
    QUBADA İLK XÜTBƏ
    Yəsrib şəhərinin yaxınlığında
    Bir oba var idi Quba adında.
    Quba ətrafında bütün camaat
    Gözləri yollarda hamı narahat
    Həzrətin gəlişin gözləyirdilər.
    Bir yəhudi qızı çatdırdı xəbər
    Uzaqdan görərək müjdə verdi qız
    Onları ilk dəfə o gördü yalnız.
    Qışqıraraq dedi: – Ey camaat siz
    Odur gəlir yolun gözlədiyiniz.
    Xəbər bir ildırım sürəti ilə
    Xalqın arasında yayıldı elə.
    Hamının gözləri üfüqə döndü
    İki ağ paltarlı adam göründü.
    Silahlanıb əhli–islam olan yar
    Həzrəti "Təkbir”lə qarşıladılar.
    Peyğəmbər Məkkədən çıxdığı zaman
    Əli əmanətlər almışdı ondan.
    Səhər açılan tək əmanətləri
    Sahiblərinə tez çatdırdı geri.
    Hər üç fatimələr(Üç fatimələr 1, Peyğəmbərin qızı Fatiməyi–Zəhra. 2, Həzrəti Əlinin anası Fatimə binti–Əsəd. 3, Əbdül–Müttəlibin oğlu Zübeyrin qızı Fatimə) gördü hazırlıq
    Əli üç dəvə də tapmışdı artıq.
    Bu hicrət yoluna çıxdılar axşam.
    Haşimilərdən də bir neçə adam
    Qoşulub onlarla getdiyi zaman
    Əli birdən baxıb gördü arxadan
    Məkkə tərəfindən bir dəstə kafər
    Onları yol boyu təqib edirlər.
    Qılıncın çəkərək əli qəzəblə
    Onların üstünə edəndə həmlə
    Geriyə qayıdır hamı qorxudan.
    Həzrəti əli bir qüdrətli aslan
    Dəstənin başında yola düzəldi
    Qubayadək yolu piyadə gəldi.
    Yolda ayaqları salmışdı qabar.
    Həzrəti görəndə qucaqlaşdılar
    Bu zaman ağlamış Peyğəmbərimiz:
    – "Ayrılmışdıq hansı şəraitdə biz
    Hansı şəraitdə harda görüşdük.
    O ulu Allahın lütfü nə böyük!”
    Qubada tapşırıq verdi Peyğəmbər
    Tezliklə ilk məscid inşa etdilər.
    Özü də çalışıb kömək edirdi
    Ən ağır işlərdən çəkinməyirdi.
    Bu məscid haqqında Quran bəhs edir
    "Tovbə” surəsində adı çəkilir.
    Bir cümə günündə başda Peyğəmbər
    Yəsribə tərəf tez yola düşdülər.
    Bəni–Səlim adlı bir məhəllədən
    Günorta zamanı onlar keçərkən
    Ayaq saxladılar bir an bu yerdə.
    Peyğəmbərlə gedən əshabələr də
    Dəstamaz alaraq səf–səf yığılmış
    İlk cümə namazı burada qılmış.
    Sonra da Peyğəmbər xutbə oxuyur
    Tanrının adıyla hikmət toxuyur.
    Həmd–səna edərək Pərvərdigara
    Belə buyurmuşdur müsəlmanlara:
    "– Ey mömin bəndələr ölməzdən qabaq
    Allaha siz tovbə eyləyin ancaq.
    Bir çətinlik ilə üzləşmədən siz
    O böyük Tanrıya yaxın gəliniz.
    Bilin ki tək Allah bu gün bu yeri
    Cümə namazına qıldı zəruri.
    Ey insanlar indi sağlığınızda
    Qiyamət gününü salınız yada
    Ömür başa çatdı öləcəyik biz.
    Sonra Cənabi–haqq tərcüməçisiz:
    – Mənim Peyğəmbərim demədi məgər
    Sənə lütfü–ehsan etdim nə qədər
    Sənə dövlət verdim soracaq o gün
    Nə tədarük etdin axirət üçün?
    Deyəcək ey bəndəm dünyada ikən
    Hansı yaxşılıqlar eləmisən sən?
    O adam kimdirsə döyəcək gözün
    Sonra Cəhənnəmdə görəcək özün.
    Hər kim yarım xurma olsa da gərək
    Xeyir işlər görsün səvab edərək.
    İmkanı olmasa əgər buna da
    "Kəlmeyi–Təyyibə” söyləsin onda.
    Dilinə aldığı gözəl kəlmələr
    Onu Cəhənnəmdən qurtara bilər.
    Başqa birisinə gerçək müsəlman
    Dilindən əlindən verməsin ziyan.”
    Birinci xütbəni çatdırdı sona
    Yenə Allahına etdi həmd–səna:
    – "Ona layiqincə həmd edirəm mən.
    Ondan da köməklik istəyirəm mən.
    Allahın hidayət(Hidayət:–gətirmə, doğru yola çağırma)etdiyin bir kəs
    Heç kim zəlalətə(Zəlalət:– doğru yoldan azma)düşürə bilməz.
    Allah alçatdığı kimsəni heç kəs
    Səadətə doğru yüksəldə bilməz.(Əl–Həcc (Həcc)–18)
    Bizə doğru yolu göstərən Odur!
    "ən gözəl adlar da yalnız Onundur!(Taha–8)”
    Dünyanı yaradıb ona nur verən
    Müstəqim haqq yolun Odur göstərən!
    Tanrıdan başqa bir yoxdur Yaradan!
    Şəhadət edirəm bunu ucadan.
    Şəriki oxşarı yoxdur O birdir!
    Quranı qəlbləri zinətləndirir.
    Allahın sevdiyin can qəlbdən sevin
    Tək olan Allaha ibadət edin!
    Ona heç bir şeyi şərik qoşmayın.
    Onun kəlamından uzaqlaşmayın.
    Ondan layiqincə qorxub çəkinin
    Yaxşı qəlbə yatan əməllər edin.
    Allahdan sözünüz olsun hər zaman
    Biri–birinizə olun mehriban.
    Kim sözündən dönüb əhdin unudar
    Allahın da ona qəzəbi tutar.
    Allahın səlamı bir də rəhməti
    Üstünüzdə olsun həm bərəkəti”.
    Category: “Allahın elçisi” (Poema) | Added by: Islam_Kitabxanasi
    Views: 935 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024