İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Dini yaradıcılıq » “Allahın elçisi” (Poema)

    “Allahın elçisi” (Poema)
    2012-09-27, 0:25 AM
    HƏZRƏTİ PEYĞƏMBƏRİN YƏSRİB ŞƏHƏRİNDƏ QARŞILANMASI
    İkinci xütbəni Rəsuli–əkrəm
    Qurtarıb Qubadan götürdü qədəm.
    Müsəlmanlar tutdu Yəsrib yolunu
    Bütün Yəsrib xalqı açmış qolunu
    Şadlıq içindəydi hamı bu zaman
    Peyğəmbərin yaxın əqrəbasından
    Nəccar oğulları başda qol–qola
    Yəsrib əhalisi çıxmışdı yola.
    Peyğəmbərin üzün görməkçin onlar
    Yaxından–uzaqdan boylanır nə var.
    Yəsrib əhalisi o günə qədər
    Belə canlanmanı görməmişdilər.
    Üzündə təbəssüm məsum uşaqlar
    Hamının əynində təptəzə paltar.
    Şerlər nəğmələr deyib oynayar
    Evlərin damına çıxıb qadınlar
    Şərqilər oxuyur qaval əl çalır
    Sədalar göylərə qalxıb ucalır.
    Onlar Peyğəmbəri tərifləyirdi
    Hamısı evinə dəvət edirdi.
    Dəvəsinin tutub hər kəs ovsarın
    İstəyir evinə tərəf aparsın.
    Qəlblərin sındırmaq istəməyərək
    Peyğəmbər arabir gülümsəyərək:
    – "Kimin qapısında dayansa dəvəm
    Buyurdu:– O yerdə mən düşəcəyəm.”
    "əl–Cəzbə” şəhərin küçələrində
    Dolanıb əvvəlcə çökdü birində.
    Dərhal dik qalxaraq ayağa durdu
    Bir az irəlidə gedib oturdu.
    Boynunu qabağa uzadıb dəvə
    Başladı ucadan nərildəməyə.
    Həzrət deyir: – Yaxşı əlamətdi bu.
    Yaxınlıqda olan evə buyurdu.
    Sonradan öyrənir bu evdə qalan
    Ana tərəfindən qohumu olan.
    Ənsar(Ənsar:–köməkçi, tərəfdar, yaxın adam, Mədinə əhalisinə verilən ümumi ad.) əbu–əyyub evini vermiş
    Həzrət də ilk dəfə bu evə girmiş.
    Peyğəmbər Yəsribə hicrət edəntək
    İslam dini burda qüvvətlənərək
    Müsəlman olanlar artır günbəgün
    İslamdan söz–söhbət gedir büsbütün.
    Müşrik olanların bir qismi daha
    İman gətirdilər böyük Allaha.
    Evlərində olan bütləri çırpar
    Öz əlləri ilə sındırırdılar.
    HİCRƏTİN BİRİNCİ İLİNİN HADİSƏLƏRİ YƏSRİB ŞƏHƏRİNİN ADININ DƏYİŞDİRİLMƏSİ VƏ İLK ƏZAN
    İslamiyyət artıq vüsət alaraq
    Peyğəmbərə hörmət rəmzi olaraq
    Yəsribin dəyişdi əvvəlki adı
    Mədinətən–Nəbi(Mədinətən–Nəbi – Peyğəmbərin şəhəri) adın saxladı.
    İslam mərkəzinə çevrildi bura
    Namaz qılmaq üçün müsəlmanlara
    Yox idi bir geniş ibadət yeri.
    Dinə aid olan mərasimləri
    Keçirmək heç yerdə deyildi mümkün
    Məscid tikilməli ibadət üçün.
    Mədinədə vacib işlərdən biri
    Dəvənin ilk dəfə çökdüyü yeri
    On misqal qızıla satın aldılar
    Məscidi tikməyə qüvvə saldılar.
    Sadə bir tərzdə məscid hörüldü
    İçində səliqə–səhman görüldü.
    İlk dəfə məscidə girdi Peyğəmbər
    Odur ki "ən–Nəbi”(Ən–Nəbi – Peyğəmbərin məscidi) adın verdilər.
    Məscidin inşası çatanda başa
    Yanaşı otaqlar tikildi qoşa.
    Əyyubun evindən yığışıb Həzrət
    Öz otaqlarına köçdü nəhayət.
    Peyğəmbər Məkkədə olarkən hələ
    Nişanlanmış idi Aişə ilə.
    Həzrəti Aişə bir gözəl üzlü
    Ağıllı kəmallı həm şirin sözlü
    Həddi–büluğa o çatmışdı bu dəm
    Onunla evləndi Rəsuli–əkrəm.
    Həzrəti Peyğəmbər ötdü bir ara
    Namazın vaxtını müsəlmanlara
    Çatdırmaqdan ötrü Bilala bu an
    Tapşırdı ucadan oxusun əzan.
    Əzan dinin açıq bir dəvətidir
    Din azadlığının əlamətidir.
    Mədinə xalqına açılan səhər.
    Namaza çağırır: – "Allahu əkbər”.
    Bilal yüksəklikdən əzan verərdi
    Allahın birliyin elan edərdi.
    Məscidi–şərifin bitişiyində
    Günəşin şüası düşdüyü tində
    Üstünü örtərək yer düzəltdilər
    Evsiz–eşiksizlər axıb gəldilər.
    Bir iş tapan kimi çalışır onlar
    Belə yaşayışa alışır onlar.
    Həzrətə çox yaxın olduqlarından
    Hədislər öyrənər dinləyər Quran.
    Onlardan bir nəfər: – Ya Rəsulüllah
    İslamın mənasın et bizə agah.
    Buyurdu Peyğəmbər əleyhissəlam:
    – Allaha itaət etməkdir islam.
    Kəlam paklığıdır birdə ki ehsan
    İncəlməz üzülməz islam heç zaman.
    Heç nəyi olmayan yurdsuz adamlar
    Bir yerə cəm olub hər gün axşamlar
    Quranı–kərimi öyrənərdilər.
    Odur kihamısı bilirdi əzbər.
    Bura sayılırdı elm məbədi
    Mürşid(Mürşid:– yol göstərən, rəhbər.) adın onlar aldı əbədi.
    Dinləri uğrunda hicrət edənlər
    Ata–baba yurdun qoyub gedənlər
    Varını yoxunu qoyub gəldilər
    Əziyyət çəkirlər hamı sərasər.
    Həmzə kimi tanrı aslanı belə
    Gətirə bilmədi bir şey özüylə.
    Hicrətə əliboş çıxdıqlarından
    Ehtiyac içində oldular yanan.
    Bircə yoxsulluqdu onların dərdi
    Həzrət də onlara yardım edərdi.
    Ovsla Xəzrəcin varlı olanı
    Görür gələnlərin yoxdur imkanı.
    Verdikləri əhdə sadiq qalaraq
    Hicrət edənlərə kömək olaraq
    Onlara lazımi yardım verirlər
    Odur ki onlara "ənsar” deyirlər.
    Məkkədən köç edən müsəlmanlara
    Yerlilər "Mühacir”(Mühacir:– öz yerini tərk edib başqa yerə keçən (adam)) dedi onlara.
    İstər mühacirlər istərsə ənsar
    Bu dində zəhmətkeş onlar oldular.
    Həzrətin ən müdrik işlərdən biri
    O ənsarlar ilə mühacirləri.
    Birləşdirmək üçün düşündü tədbir
    Üzünü onlara tutaraq deyir:
    – "Mən istəyirəm ki qardaş olub siz
    Hər işdə səxavət göstərəsiniz.”
    Odur ki imkanlı hər bir ənsara
    Bir mühacir qardaş verdi onlara.
    Ənsarlar da verdi dolu ev–eşik
    Malına mülkünə eylədi şərik.
    Bir–birinə onlar tez alışdılar
    Birgə yaşadılar bir çalışdılar.
    Bu qardaşlıq yalnız mühacirləri
    Yurdları olmayan müsafirləri
    Yerləşdirmək üçün qurulmadı bu
    Bir ali məqsədi vardı doğrusu.
    Bir–birinə qardaş edib onları
    Hər sinifdən olan bu insanları
    Vahid din altında birləşdirərək
    İslam birliyini yaradır demək.
    Həzrəti Mühəmməd Həzrəti əli
    Bu iki mühacir – iki məkkəli
    Qardaşlıq əhdini imzaladılar
    İki əmioğlu qardaş oldular.
    QİBLƏNİN DƏYİŞDİRİLMƏSİ
    Mədinədə olan yəhudilər də
    Sakit oturmadı durduğu yerdə.
    Onlar ilk günlərdə çox çalışdılar
    Həzrətlə mehriban qarşılaşdılar.
    Hətta Peyğəmbərə edib pərəstiş
    Öz tərəflərinə çəkmək istəmiş.
    Gördülər ki onun əmalı yüksək
    Öz əqidəsindən o dönməyəcək.
    Odur ki islama qarşı çıxdılar
    Rəsuli–əkrəmdən oldular kənar.
    Müsəlmanlar içrə birlik görəndən
    Yəhudilər oldu paxıllıq çəkən.
    İslamiyyət artıq şaxələnirdi
    Sədası hər yerə pərvaz edirdi.
    Gündən–günə yeni qüvvət alarkən
    Bayrağı vüqarla dalğalanarkən
    Yəhudilər içrə düşdü qəm kədər.
    Qüvvətlənməsini istəmədilər.
    Əvvəllər əhdnamə yazdılar dərhal
    Müsəlmanlar ilə bağlandı iqbal(İqbal–yaxınlaşma, yapışma.)
    Sonra bunu başqa səmtə yozdular
    Fürsət düşən kimi onu pozdular.
    Hər cürə hiyləyə əl atmışdılar
    Qiblədən söz–söhbət yaratmışdılar.
    Ortaya düşəndə belə vəziyyət
    İlahidən nazil olundu ayət.
    Qiblənin səmtini dəyişdirməli
    Qüdsdən Kəbəyə üz çevirməli.
    Bu oldu hicrətin ikinci ili.
    Buna sevinmişdi hər bir məkkəli.
    Çünki vətənindən uzaq olanlar
    Hər gündə beş dəfə namaz qılanlar
    Namazda duracaq Kəbəyə doğru
    Yəhudilərəsə zərbə oldu bu.
    Namaz qılanlar da üzlərin dərhal
    Müqəddəs Kəbəyə tutdu bu minval.
    Bu məqamda onlar bərk hiddətlənir
    Əl atıb yeni bir fitnə törədir.
    Məkkə müşrikləri müsəlmanları
    Mədinədə rahat qoymur onları.
    Burda da onları təqib edirlər
    Fürsət düşən kimi əzab verirlər.
    Müşriklər edəndə belə hərəkət
    Yəhudilərə də verdi cəsarət.
    Onlar Qüreyşilə oldu həmfikir
    Münafiqləri(Münafiq–ikiüzlülər.)də səmtinə çəkir.
    Gizli ittifaqa necə girdilər
    Həzrətin qəsdinə əlləşirdilər.
    İslam düşmənləri qalxır ayağa
    Başlayır hücuma hazırlaşmağa.
    Müsəlmanlar bundan oldular agah
    Həzrətə dedilər: – Ya Rəsülullah!
    Dava etmək üçün izin ver bizə
    Göz dağı göstərək düşmənimizə.
    – Allah bunu əmr etməmiş deyir
    Belə də onları sakit eyləyir.
    On beş ili keçdi Həzrətin belə
    İslama çağırdı nəsihət ilə.
    Vəhy gəldi hicrətin ikinci ili
    Müdafiə üçün hərb etməli.
    "Allahın yolunda döyüşə gedin
    Təcavüz etmədən siz də hərb edin.(Bəqərə 190)”
    Category: “Allahın elçisi” (Poema) | Added by: Islam_Kitabxanasi
    Views: 1028 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024