İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Dini yaradıcılıq » “Allahın elçisi” (Poema)

    “Allahın elçisi” (Poema)
    2012-09-27, 0:24 AM
    İSLAMDA İLK HƏRB–-BƏDR DÖYÜŞÜ
    Bədr Mədinədən səksən mil uzaq
    Məsafədə olan bir kənddir ancaq
    Şama gedib–gələn bütün karvanlar
    Bu kənddən yolunu salardı onlar.
    Hicrətin ikinci ili burda da
    Ramazan ayında oldu ilk dava.
    Dinləri uğrunda cihad edənlər
    Cəmisi oldular üç yüzə qədər.
    Məkkədən yeriyən bir böyük ordu
    Ertəsi onlarla üz–üzə durdu.
    Min nəfərdən artıq müşriklər bu an
    Müsəlmanlara hərb eləyir elan.
    əbu Cəhl deyir: – Biz sizi artıq
    Əsirtək Məkkəyə aparacağıq.
    Məni bu gün üçün doğmuşdur anam
    Sizi diri–diri yandıracağam.
    Sayca üstün olub o güvənirdi
    Mənəvi qüvvəti düşünməyirdi.
    Üzbəüz dayandı haqq ilə batil
    Biri ədalətli o biri qatil.
    Biri üzü qara birinki ağdır
    Tovhid ilə şirk(Şirk:–bütpərəstlik, çoxallahlılıq) vuruşacaqdır.
    Oğlu Valid sağda ortada Ütbə
    Sol tərəfindəsə qardaşı Şeybə.
    Hər üçü meydana oldular süvar
    Müsəlmanlar ilə qarşı durdular.
    Mədinə tərəfdən ortada Həmzə
    Sağda Həzrət əli solda Übeydə.
    Yaxına gəldikcə bu əhli hünər
    Kafirlər qorxudan çəkinirdilər.
    Vuruşma başladı əvvəl təkbətək
    Əli ilə Həmzə meydana gircək
    Birinci həmlədə çəkdilər nərə
    Rəqiblərin dərhal sərdilər yerə.
    Əli rəqibinə vermədi aman
    Başını bədəndən üzdü çox asan.
    Həmzə rəqibini yıxsa da yerə
    Zərbəsi getmişdi onun boş yerə.
    Əlbəyaxa olub güləşən zaman
    Kimsə qışqırırdı müsəlmanlardan:
    – Ya əli Həmzəni yordu bu kafər.
    Həmzə rəqibinin başın bir qədər
    Alıb sinəsinə sıxdığı üçün
    Ona zərbə vurmaq deyildi mümkün.
    Başını kənara dedi: – Çək Həmzə
    Əli o kafərə yetirdi zərbə.
    Sonra Übeydəni yaralı görcək
    Ütbənin üstünə şığıdı quştək.
    Ütbənin o saat həyatı söndü
    Übeydəni alıb geriyə döndü.
    Sonra da ümumi həmlələr oldu
    Günəşin üzünü toz–duman aldı.
    Ətrafa yayıldı "Allahu əkbər”
    Müsəlmanlar şirtək döyüşürdülər.
    Müşriklər qaçırdı hərə bir yerə
    Öndəki kəllələr düşürdü yerə.
    Əbu Cəhlin özün salaraq atdan
    İki cəsur etdi qanına qəltan.
    Başsız qalan şirkin ordusu qorxar
    Az müddət ərzində məğlub oldular.
    Müsəlmanlar on dörd şəhid verdilər
    Kafirlərdən öldü düz yetmiş nəfər.
    Bir o qədərin də aldılar əsir
    Sağ qalanları da qaçdı birbəbir.
    Məkkəyə çatanda bu qara xəbər
    Heç cürə inana bilməyirdilər.
    Əbu Ləhəb isə öz hikkəsindən
    Bağrı çatlayaraq keçindi həmən.
    Mədinəyə gələn zəfər müjdəsi
    Müsəlmanların bu qələbə səsi
    Ətrafa yayıldı hamı sevindi.
    Yəhudilər o gün qara geyindi.
    Bədr döyüşündə düşən əsirlər
    Mədinəyə bir gün sonra gəlirlər.
    Onlarla Həzrətin əmisi Abbas
    Kürəkəni olan müşrik əbül As
    Arvadı Sevdanın əmisi oğlu
    Bütün əsirlərin qolları bağlı
    əksəri möhtərəm nüfuzlu adam
    Yetmişdən ikisin etdilər edam.
    Kasıb olanları söz verdi daha
    Asi olmayacaq Rəsulüllaha.
    Hansı bir əsirlər imkanlı idi
    Fidyə(Fidyə–əsirlərdən alınan azadlıq haqqı.) alınaraq azad edildi.
    Peyğəmbərin qızı Zeynəbin əri
    Məkkəyə çatdırdı tez bu xəbəri.
    Əlində heç bir şey olmadığından
    Zeynəb gərdənbəndin göndərir bu an.
    Bu boyunbağını anası ona
    Toy günü hədiyyə salmış boynuna.
    Həzrəti Peyğəmbər bunu görərkən
    Qədim xatirələr canlandı birdən.
    Alıb gərdənbəndi baxarkən ona
    Həzrəti Xədicə düşdü yadına.
    Əbül Ası azad edir Peyğəmbər
    Məkkəyə çatdıqdan sonra bu kafər
    Günahsız Zeynəbin talağın verir
    Birbaş Mədinəyə onu göndərir.
    Mədinə şəhəri qədim zamandan
    Yəhudi xalqına olmuş bir məkan.
    Burada nə qədər yəhudilər var
    Bir neçə tayfaya bölünür onlar.
    Onların adları Qüreyzə Nəzir
    Üçüncü tayfası hiylədə mahir.
    Kaynuka adını daşıyırdılar.
    Möhkəm qalalarda yaşayırdılar.
    Onlar özlərinə çox güvənirlər.
    Hər şeyin üstündə dava edirlər.
    Bədr zəfərindən keçdi bir ara
    Düşmən kəsildilər müsəlmanlara.
    Dava üçün fürsət axtaran anlar
    Namusa qeyrətə sataşır onlar.
    Əhdindən sözündən birdən döndülər
    Rəsuli–əkrəmə çatdı bu xəbər.
    Onlarla danışıq apardı Həzrət
    Dedi: – əhdnaməyə uyğun hərəkət
    Əgər etməsəniz onda bilin siz
    Qureyşin halına düşəcəksiniz.
    Həzrətin sözünü qoydular lağa
    Dedilər: – Hazırıq biz vuruşmağa.
    Odur ki Peyğəmbər hərb elan edir
    Birbaş müsəlmanlar hücuma keçir.
    Onları saldılar mühasirəyə
    Sonra başladılar sürgün etməyə.
    Hicrətin ikinci ili müxtəsər
    Tarixə yazıldı bu hadisələr.
    Vəhy ilə Həzrətə verildi xəbər
    Qiblənin səmtini dəyişdirdilər.
    Bu ildən cihada izin verildi
    Odur ki Bədrdə hərb edildi.
    Otuz gün orucluq fərz qılındı
    Qurban zəkat fitrə əmr olundu.
    Bayram namazları sayıldı əfzəl(Əfzəl:– ən yaxşı daha fəzilətli.)
    Müsəlmanlar içrə olundu əməl.
    Peyğəmbər Bədrdən döndüyü zaman
    Qızı Ruqiyyə köç edir dünyadan.
    Həzrətə bu itgi gətirsə də qəm
    Zilhiccə ayında Rəsuli–əkrəm
    Qızı Fatiməni əliyə verir
    Nigahın kəsdirib toyunu edir.
    Mədinədə hamı şadlıq edirdi
    İslam günü–gündən qüvvətlənirdi.
    Bəni Kaynukalar qovulmuş artıq
    Müsəlmanlar tapdı bir an rahatlıq.
    Bədr döyüşündə çox ziyan çəkən
    Yaxın qohumların oğlun itirən
    Əbu Süfyan yanıb alışır bu dəm
    Başına iki yüz atlı edir cəm.
    Hər atlı yol üçün gördü tədarük
    Bir kisə qovrulmuş buğda aldı yük
    Mədinəyə yaxın gələn atlılar
    Xurma bağlarına girib at qovar,
    Əkin yerlərini edər tar–mar
    Bir neçə evləri yandırmışdılar.
    İki müsəlmanı şəhid edirlər
    Peyğəmbərə bunu verdilər xəbər.
    Onun qarşısına qoşun çıxanda
    Əbu Süfyan qorxub qaçır bu anda
    Ağırlıq etməsin deyə atlılar
    Buğda kisələrin atıb qaçdılar.
    ÜHÜD DÖYÜŞÜ
    Peyğəmbər Bədrdə çalmışdı zəfər
    Yanıb–tökülürdü qureyşililər.
    İntiqamlarını alsınlar deyə
    Onlar əl atdılar hər bəhanəyə.
    Car çəkib Məkkədən kənar çıxdılar
    Üç min nəfərlik bir qoşun yığdılar.
    Ətrafdan bədəvi ərəbləri də
    Cəm etdi ordunun tabeliyində.
    əbu Süfyan buna edir başçılıq
    Çünki o Məkkədə rəisdi artıq.
    Onun arvadı Hind(Hind: – Əbu Süfyanın övrəti. )olmaqla başda
    Cəlb etdi orduya qadınları da
    Orduya qoşulan on beş qadınlar
    Dedilər: – Bizdə də aslan gücü var
    Qisas almaq üçün qovruluruq biz
    Bədrdə ölübdür əzizlərimiz
    Qüdrətli say–seçmə igidlərimiz.
    Odur ki "qana–qan” and içmişik biz.
    Hindin atasına Həmzə Bədrdə
    Ordu başçısıtək yetirdi zərbə.
    "Vəhş” ləqəbində bir zənci vardı
    Həbəş üsulilə nizə atardı.
    Bibisi oğluna köləlik edir
    Söhbət əsnasında Hind ona deyir:
    – Həmzədən Ütbənin qanını alsan
    Olarsan ən varlı bir adam inan.
    Mükafat istəsən qat–qat verərəm
    Səni köləlikdən azad edərəm.
    Vəhş də bu işə çox məmnun oldu
    Nizəsin götürüb hərbə qoşuldu.
    Məkkədə hazırlıq görülən zaman
    Həzrətin əmisi Abbas durmadan
    Dərhal Mədinəyə göndərdi çapar
    Həzrəti bu işdən etdi xəbərdar.
    Bu xəbər sarsıtdı müsəlmanları
    Əsəbdən çoxunun coşdu qanları.
    Bəzisi eşidib düşdü təşvişə.
    Peyğəmbər hazırlıq görür bu işə.
    Mühüm hadisələr olanda Həzrət
    Əshabın yığaraq edər məşvərət.
    Münafiq mühacir həm ənsarları
    Ağsaqqalları da o gecə yarı
    Hərbi yığıncağa eylədi dəvət
    Onların fikrini bilsin nəhayət.
    Fikir ayrılığı oldu bu zaman
    Münafiq tərəfin rəisi olan
    Əbdullah dedi ki: – Şəhərdə qalaq
    Yüksəkdən onları edək daş–qalaq.
    Nə zaman şəhəri tərk etmişik biz
    Mümkün olmayıb ki ötək itkisiz.
    Bədr döyüşündə qürrələnənlər
    Həmişə savaşa öndə gedənlər
    Bayırda vuruşmaq istəyirdilər
    Onların adından dedi bir nəfər:
    – Allahdan bu günü gözləmişik biz
    Üz–üzə gəlməyə vardır qüvvəmiz.
    Şəhərin içindən çıxmasaq əgər
    O zaman da bizə qorxaq deyərlər.
    Həzrət də bu fikrə çıxdı tərəfdar
    Şəhərdən çıxmağa verildi qərar.
    O gün cümə günü olduğu üçün
    Tamam eylədilər namazın hökmün.
    Həzrəti Peyğəmbər evinə girdi
    Zirehli paltarın geyib bitirdi.
    Qılınca qurşanıb çıxdığı zaman
    Bir qismi sözündən dönərək bu an
    Belə söylədilər Rəsulüllaha:
    – Şəhərdən kənara çıxmayaq daha.
    – "Qılıncın qınından çıxartsa əgər
    Döyüşsüz qınına salmaz Peyğəmbər!”
    Qoşuna əmr etdi: – Döyüşə gedək
    Kimin haqq olduğun Allah deyəcək.
    Müsəlmanlar əvvəl oldu min nəfər
    Üç yüz münafiqlər geri döndülər.
    Yerdə qalanları yeddi yüz nəfər
    "Ühüd dağ” deyilən yerə gəldilər.
    Qoşun arxasını söykədi dağa
    Düzüldü döyüşə hazır durmağa.
    Dağın sol əlində bir keçid vardı
    Əlli oxatanı Həzrət apardı
    Onlara tapşırdı: – Bu keçidi siz
    Əmrimi almadan tərk etməzsiniz.
    Döyüş başlanarkən hər iki tərəf
    Əsgərlərin düzdü meydana səf–səf.
    Qureyş tərəfindən gələn qadınlar
    Nəğmələr oxuyub çalıb oynayar.
    Təkbətək döyüşə başlanan zaman
    Təlha irəliyə çıxdı durmadan
    Özünə layiq bir igid istədi
    Həzrəti əli: – Mən hazıram dedi.
    "Allahın şiri” tez çıxdı irəli
    Təlhanı bir anda öldürdü əli.
    Ona vuran kimi Zülfüqarını
    Bir zərbəylə aldı ixtiyarını.
    Gördü çapalayır çıxmayıb canı
    İki yerə böldü o pəhləvanı.
    Qureyşin bayrağın götürdü Osman
    Qarşısına çıxdı Həmzə durmadan
    Onu qardaşının gününə saldı
    Sonra qızğın döyüş bir vüsət(Vüsət–genişlik yayılma.)aldı.
    Əli Həmzə bir də əbu Dücana
    Hər üçü şir kimi girdi meydana.
    Düşmənlərin başı düşdükcə yerə
    Burada görünür qorxunc mənzərə.
    Dəvə nəriltisi at kişnəməsi
    Yayılır səhraya ah–aman səsi.
    Yerdən qalxır göyə qalın tozanaq
    Qılınclar–qalxanlar şaqqıldayaraq,
    Bir qanlı çarpışma gedirdi belə
    Tarix buna bənzər görməmiş hələ.
    Qoşun güc gəlirdi bütpərəstlərə
    Doqquz bayraqdarın salmışdı yerə.
    Döyüşün şiddətli qızğın çağında
    Həmzəni izləyən Vəhş sağında
    Nizəni tuşlayıb hədəfə atdı
    Qarnına sancılıb yerə uzatdı.
    Şiddətli vuruşma çox davam edir
    Müsəlmanların bu xeyrinə gedir.
    Əsgərlərinə ruh verən qadınlar
    Üz–gözün cıraraq, ağlayır zar–zar.
    Pərən–pərən düşən ordu qaçarkən
    Müsəlmanlar düşdü qəflətə həmən.
    Qənimət yığmağa onlar girişdi
    Oxatanlar görüb tamaha düşdü.
    Peyğəmbərin sözün tez unutdular
    Bu dünya malını üstün tutdular.
    Düşmən əsgərləri görərkən bunu
    Üz qoydu tutsunlar keçid yolunu.
    Arxadan hücuma dərhal keçirlər
    Döyüşün mövqeyin dəyişdirirlər.
    Qarma–qarışıqlıq başlanan zaman
    Hücum elədilər öndən arxadan.
    Birdən bir şaiyə yayılır bu dəm
    Dedilər: – "ölübdür” Rəsuli–əkrəm!
    Müsəlmanlar çaş–baş düşdü bir qədər
    Nə edəcəklərin bilməyirdilər.
    Bir qismi meydanı tərk eliyərkən
    Hətta öldürürlər özünkilərdən.
    Həzrəti əliyə çatdı bu səda
    Zülfüqar əlində döndü bir oda.
    Düşməni şimşək tək döğrayır kəsir
    Gözləri Rəsuli–əkrəmi gəzir.
    Müsəlmanlar içrə qışqırır biri:
    – "Peyğəmbər ölməyib diridir diri!”
    Əli şad xəbəri eşidən zaman
    Sevincək o yana qaçır durmadan.
    Həzrəti dövrəyə almış on nəfər
    Onu qoruyaraq döyüşürdülər.
    Əli öz sinəsin edərək sipər
    Yaxın gələnlərə gücün göstərər.
    İgidlər tərəfdən o qorunanda
    Biri fürsət tapıb qarışıq anda
    Qəflətən hücuma keçdiyi zaman
    Qılıncla Həzrətin vurur başından.
    Zərbədən dəbilqə bölünür iki,
    Kafirlər giriblər yarışa sanki.
    Hücumlar yönəlib ona birbaşa
    Başqa bir allahsız əl atıb daşa
    Uzaqdan Rəsuli–əkrəmə atmış
    Mübarək dodağın yarıb qanatmış.
    İki dişi sınır daş zərbəsindən
    Yanağın da zireh kəsir dərindən.
    Yaralanmış Həzrət yıxılır atdan
    Özünə gələndə deyir bu zaman:
    – "Ya Rəbbim xalqımı əfv et bu anlar
    Nələr etdiyin bilməyir onlar”!
    Deyərək Allaha dua edirdi
    Mətanətini o itirməyirdi.
    Yanındakılarla Həzrət bərabər
    Bir təpəyə doğru çıxıb getdilər.
    Əbu Süfyan çıxır bir yüksək yerə
    Sevinci sığmayır onun göylərə.
    "Mühəmməd hardadır?” – deyib çağırdı.
    "Yüksəl, şanlı Hübel!” – bərkdən bağırdı.
    Ucadan söyləyir Həzrətə doğru:
    – Bədr döyüşünün əvəzidir bu!
    Bəşər tarixinə kim salsa nəzər
    Müharibələri öyrənsə əgər,
    Dünyanı gəzələr əllərdə çıraq
    Belə qəddarlığı görməzlər ancaq.
    Qureyş qadınları vəhşilik etdi
    İnsanlıq siması onlardan itdi.
    Şəhid düşən bəzi müsəlmanların
    Burun–qulaqların kəsib onların
    İplərə keçirib düzdülər qatar
    Boyunbağı kimi bağlamışdılar.
    Hind sakit olmadı işgəncələrdən
    Həmzənin bədənin bir neçə yerdən
    Didib parçalamış quduz vəhşitək
    Ciyərin qopardıb istəmiş yemək.
    Ağzında çeynəyib uda bilməmiş
    Tarix bu ləkəni ondan silməmiş.
    Qureyşilər getdi Məkkəyə tərəf
    Onlara kifayət etdi bu şərəf.
    Müsəlmanlar hüzn içindəydilər
    Şəhid vermişdilər yetmiş dörd nəfər.
    Peyğəmbər yenidən döndü meydana
    Gördü meyidləri bulanmış qana.
    Mübarək siması qəmə büründü
    Gözündə mirvarı damcı göründü.
    Burnu dodaqları kəsildiyiçün
    Həmzəni tanımaq deyildi mümkün.
    Əbasın çəkərək üzün bağladı
    Bütün şəhidlərə qəlbən ağladı.
    Həzrətin əmrilə qazıldı məzar
    Şəhidlər burada dəfn olundular.
    Mədinəyə Həzrət döndüyü zaman
    Üzü yaralıydı qəlbi pərişan.
    Yəhudilər ilə ikiüzlülər
    Buna "məğlub” deyib yaydılar xəbər.
    Hicrətin üçüncü ilində bunlar
    Tarixə düşərək yazıldı nə var.
    Ühüddə başlamış gərgin bir döyüş
    Şəhidlər verilmiş qanlar tökülmüş.
    Ölülərə hücum edən qadınlar
    "Qana–qan!” andını içən qadınlar
    Həmzəni tanınmaz hala saldılar
    İntiqamlarından razı qaldılar.
    Həzrətin də üzü bu ildə güldü
    Birinci nəvəsi dünyaya gəldi.
    Fatimənin oğlu Həzrəti Həsən
    Oldu Peyğəmbərə təsəlli verən.
    Həzrət ilə qohum olmaqçün ömər
    Dul qalmış qızını – Həfsəni verər.
    Həmin izdivacdan kecdi bir zaman,
    Ümm Külsüm ilə evləndi Osman.
    Peyğəmbər çox həssas dərin düşünən
    Gələcəkdə olan dörd xəlifədən
    İkisindən aldı özünə övrət
    İki xəlifəyə qız verdi Həzrət.
    Müsəlman kişilər bu ana qədər
    Müşrik qadınlarla evlənirdilər.
    Bu ildən onlara edildi yasaq
    Müşrik qadınlarla kəbin bağlamaq.
    Category: “Allahın elçisi” (Poema) | Added by: Islam_Kitabxanasi
    Views: 891 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024