İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Dini yaradıcılıq » “Allahın elçisi” (Poema)

    “Allahın elçisi” (Poema)
    2012-09-27, 0:19 AM
    HƏZRƏTİ PEYĞƏMBƏRİN VƏFATI VƏ DƏFNİ
    Mədinə səması duru tər–təmiz
    Səhərin mehi də əsirdi səssiz.
    Yuxudan ayılıb Rəsuli–əkrəm
    özündə yüngüllük hiss edir bu dəm.
    Sübh namazına məscidə çıxdı
    Məscid əhli görüb onu karıxdı.
    Həzrətin gözlərin belə gülümsər
    Heç kim görməmişdi indiyə qədər.
    Üzündən gözündən sanki nur yağır
    Həddindən də artıq cazibədardır.
    Bu əlamətləri onda görənlər
    Allaha şükr edib dualar edər.
    Həzrət otağına döndüyü zaman
    Yaxın adamları gedir yanından.
    Aradan az keçmiş yenə ağrılar
    Onu əvvəlkidən artıq ağrıdar.
    Qızdırma da həddin aşıb–daşırdı
    Son dəqiqələri yaxınlaşırdı.
    Xidmətində onun dayanan qullar
    Tapşırığı ilə azad oldular.
    Evdə pulu vardı düz yeddi dirhəm
    Onu fəqirlərə verdirir bu dəm.
    Sonra da səmaya dikdi gözlərin
    Uca Dosta tərəf deyir sözlərin:
    – "Ya Rəbbim canımı asanlıqla al”!
    Dili "zikrillah” deyir dalbadal.
    Dərindən çox ağır nəfəs alırdı
    Yanındakı qaba əlin salırdı.
    Soyuq suda əlin o etdikcə yaş
    Mübarək üzünə çəkirdi birbaş.
    Göy üzü saf duru sakitlik idi
    İlk xilqət(Xilqət – yaradılış.) günündə olduğu kimi.
    Barmağın yuxarı işarə etdi
    Rəfiqi–əlaya deyərək getdi.
    Artıq nə bir səs var nə də bir nəfəs
    Dərin bir sükutda donmuşdu hər kəs.
    Gözləri səmaya dikili qaldı
    Əbədi aləmə ruhu ucaldı.
    Bu zaman Fatimə fəryad qopartdı
    Bu fəryad səsləri get–gedə artdı.
    Bunu eşidənlər duruxub durur
    Elə bil onları ildırım vurur.
    Eşidən hıçqırıb ağlayır bu dəm
    Mədinə üstünü bürüdü matəm:
    – Kim dilinə alsa ölmüş Peyğəmbər
    Boynunu vuraram! –deyirdi ömər:
    – And olsun Allaha o ölməyibdir!
    Qırx gecəlik bizi tərk eləyibdir.
    O da Musa kimi qayıdar yəqin.(Həzrəti Musanın Tur dağına vəhy üçün ibadətə getməsinə işarədir. Bəqərə–51)
    Ağlaya–ağlaya silir gözlərin.
    Acı hadisədən xəbər tutanlar
    "Peyğəmbər ölərmi?” sordular onlar.
    Dedilər: – Allahın elçisi ölməz.
    Dedilər: – Qətiyyən bu ola bilməz
    Belə bir Peyğəmbər köçsün dünyadan.
    Əbu Bəkr gəlib çıxır bu zaman:
    – Kim ki Mühəmmədə sitayiş edir
    Mühəmməd ölmüşdür! – ucadan deyir:
    – Kim ki Allahına sitayiş edir
    Allah ölən deyil! O əbədidir!
    Peyğəmbər öldüyü üçün məgər siz
    "Dininizdən geri dönəcəksiniz?”(Ali İmran (imran ailəsi) 144)
    "Peyğəmbər ölərmi” deyənlər ki var
    Ağlaya–ağlaya inanırdılar.
    Peyğəmbər vəsiyyət etmişdir: – əli
    Ona qüsl verib həm dəfn etməli.
    Buna əməl edib əmisi oğlu
    Qüsl verib tutdu kəfənə onu.
    Yaxın qohumlardan yardımçı aldı
    Onun cənazəsin qaydaya saldı.
    Dəfn olan yeri təklif edirlər
    Bəzisi Məkkə ya Qüds də deyirlər.
    Əbu Bəkr dedi: – Xatırlayıram
    Buyurub Peyğəmbər əleyhissəlam.
    Peyğəmbərlər üçün belə qayda var
    Keçindiyi yerdə dəfn olunarlar.
    Demək o demişdir qüvvədə qaldı
    Otağın içində qəbir qazıldı.
    Müqəddəs borcların verənə qədər
    Cənazə namazın qılır gələnlər.
    Kişilər qadınlar sonra uşaqlar
    Namaz qıldığı vaxt içində ağlar.
    Qılınan namazda görünmür imam
    Hər kəs növbə ilə edirdi tamam.
    Ondan ötrü namaz uzun sürmüşdü
    Onu dəfn etmək gecəyə düşdü.
    Mübarək cəsədin qəbrə qoydular
    Üstünü torpaqla etdilər hamar.
    Peyğəmbər məzara qoyulan zaman
    Həzrəti Fatimə eylədi fəğan.
    Qəbrindən bir ovuc torpağı aldı
    Onu qoxlayanda səsi ucaldı:
    – Başıma gör necə gəldi müsibət!
    Gündüzün başına gəlsəydi fəqət
    Üzü qaralardı olardı gecə.
    Belə müsibətə mən dözüm necə?
    Deyərək o ki var yazıq ağladı
    İçini çəkərək ürək dağladı.
    Altmış üç yaşın bitirən anda
    Qurani–kərimi tamamlayanda
    İslamiyyət vüsət aldığı zaman
    Gözlərini yumdu o böyük insan.
    Ürəkdən ağladı bütün camaat
    Həzrətin ruhuna verdi salavat.
    HƏZRƏT PEYĞƏMBƏRİN YÜKSƏK ƏXLAQI
    Rəsuli–əkrəmin hər nəyi vardı
    Şəxslərə deyil o xalqa paylardı.
    Bu dünya malından miras qoymadan
    Əbədiyyətə o köçdü dünyadan.
    Çox böyük mənəvi miras qoyduğu
    Ədəbi əbədi miras oldu bu.
    İnsanlara Haqqın yolun göstərdi
    Xeyir və fəzilət dərslərin verdi.
    Heç kimin qəlbini qırmazdı əsla
    Fərqi yox ya varlı ya yoxsul ola.
    Aləmlərə rəhmət göndərilmişdi
    Ömrünü buna həsr edə bilmişdi.
    Gördüyü adama ilk salam verər
    Kiçiyə yaşlıya ehtiram edər.
    Yetim olanları hədsiz sevərdi
    Bağrına basaraq əzizləyərdi.
    Xəstə adamlara müntəzəm dəyər
    Gülər üz göstərib şirin söz deyər
    Həddini aşmağı sevməzdi qəti
    Cantək qoruyardı o əmanəti.
    İnsanlığın böyük mürşidi oldu
    Bu yoldan nə döndü nə də yoruldu.
    Ən yüksək əxlaqa malik bu adam
    Əmalını yüksək göstərdi müdam.
    Allahın kəlamın bizə yetirdi
    İslamiyyətə o birlik gətirdi.
    Onun əxlaqına heyran olanlar
    İslamın nuruna gəlir bu anlar.
    Yüksək möcüzəsi Qurani–şərif
    Dil yorular onu eyləsə tərif
    Hər bir ayəsində elə qüvvə var
    Ən qara qəlbləri işıqlandırar.
    Hekayə nə dastan nə şerdi bu!
    Allah tərəfindən gələnlərdi bu!
    Ayə–ayə nazil olduğu zaman
    Bir yerdə cəminə deyilir Quran.
    İslamda budur ilk müqəddəs kitab.
    Bütün elmlərə o verir cavab.
    Bizə xəbər verir yerin altından
    Fəzanın görünməz yüksək qatından.
    Ay Ulduz Günəşin hərəkətindən
    Tarix fəlsəfənin fəzilətindən.
    Nəbatət istəsən nəbatət də var.
    Təbabət istəsən təbabət də var.
    Ədəbi ərkani öyrənsən ondan
    Olarsan dünyada ən kamil insan.
    Əxlaqı haqqında belə deyərmiş:
    – "Məni uca Rəbbim tərbiyə etmiş”!
    Elm təsdiq edir bir bəşərdir o.
    Xəlq olunmuşlardan mötəbərdir(Mötəbər – etibarlı inanılmış şərəfli qiymətli.) o!
    O sönməz bir nurdur günəşə bənzər
    Uzaqdan baxana kiçik görünər
    Yaxından baxanın gözü qamaşar
    Allah yaratmamış tay ona oxşar.
    Allahın sevimli Rəsulu odur
    Hər bir şəfaət də ondan umulur.
    O nur vermək üçün islamiyyətə
    Peyğəmbər gəlmişdi bəşəriyyətə.
    Uca Peyğəmbərin şan–şövkətinə
    Səlam olsun əsil–nəcabətinə!
    NƏSİHƏTNAMƏ
    Bu fani dünyanın vəfası budur
    Biz köçəri quşuq daimi Odur.
    Karvana qoşulub gəlib gedən çox
    Geriyə dönənlər görünməyib yox.
    Şahidi olaraq görürük bunu
    Nə qədər yaşasaq ölümdür sonu.
    Dünyadan kimsəyə mal–dövlət olmaz
    Nə mənə nə sənə heç kimə qalmaz.
    Nə mal gəz nə şöhrət nə sərvət axtar
    Çalış bacardıqca yaxşılıq apar.
    Dünyada qalacaq yığılan sərvət
    Bizimlə gedəcək ancaq ibadət.
    Bu dünya malından bir zərrə qədər
    Heç nə aparmayır ölüb gedənlər.
    Beş arşın kəfənə qoyub bükürlər
    Gözünə bir ovuc torpaq tökürlər
    Bu ucsuz–bucaqsız bu yer bu səma
    Əbədi qalmamış heç bir adama.
    Dünyada gördüyün nə var anidir
    Tək Allahdan başqa hər şey fanidir.
    Nə qədər arxayın alırıq nəfəs
    Yaxşı əməllərə göstərək həvəs.
    Bizə nemətlərin yedirdən torpaq
    Vaxtı yetişəni çəkib udacaq.
    Dünyanı lərzəyə salan fatehlər
    Torpağa döndülər görmürsən məgər?
    Şan–şöhrət sahibi olsan da inan
    öləndə Allaha yalvaracaqsan.
    İmkan əlindəkən elə yaxşılıq
    "Balıq bilməsə də biləcək Xaliq”.
    Allahından qorxan hər bir müsəlman
    Müsəlman qardaşın incitməz inan.
    Siz ey maddi nemət sevib yığanlar
    Qiyamət gününə inanmayanlar
    Qurani–kərimdə yazılıbdı bu
    Mən də yadınıza salıram bunu
    Qiyamət gününü kim edir inkar
    Allahın əmridir olsun xəbərdar.
    Qiyamət adında gün gələcəkdir
    Allah ölənləri dirildəcəkdir.
    İnsanlarla sorğu–sual edəcək
    Bütün əməllərin ölçüb–biçəcək.
    Qılınc kimi iti tük kimi nazik
    Sirat(Sirat–cəhənnəm üzərində qurulmuş qıl görpü.)körpüsündən biz keçəcəyik.
    Günahkar cəzasın alacaq yəqin
    Odur ki heç kimə pislik etməyin.
    Bunun nicat yolu səxavətdədir
    Bir də ki Allaha ibadətdədir.
    Allahın varlığın dərk edən hər kəs
    Məzluma zalimlik eyləyə bilməz.
    Yetimin malını yemək haramdır
    Qeybət böhtan yalan demək haramdır.
    Halalı haramla birləşdirməyin
    Məzluma zülm edib əzab verməyin.
    Hər kim dövlətindən versə xums–zəkat
    Allah əvəzini ödəyər qat–qat.
    Müsəlman qan töküb olsa günahkar
    Cəhənnəm odunda alışıb yanar.
    Bu bir həqiqətdir inanın buna
    Qiyamət gününün var olduğuna.
    Hər kim tək Allaha iman gətirsə
    Mühəmmədi Ona Rəsul deyirsə
    Namazın orucun vermirsə bada
    Ondan razı qalar Rəsuli–Xuda.
    Tanrının şəriki yox desə əgər
    Allah onu Cənnət sakini edər.
    Kimdən uzaq olsa Cəhənnəm odu
    Allah dərgahına yüksəlişdi bu.
    Kim uca Tanrıya sitayiş edir
    Allah da onların sözün eşidir.
    Bəndələr Allaha qovuşmaq üçün
    Ona həmd–səna etməli hər gün.
    Dünyanı xəlq edən yaşadan Odur!
    "Göylərdə və yerdə nə var Onundur!”(Taha–6.)
    Ayı Günəşi O yaratdı nurlu
    Heç nə yaratmadı olsun qüsurlu.
    O öz hikmətindən qurdu bir saray
    Çırağı göylərdə yanan Ulduz Ay.
    O bizə göstərir müstəqim yolu.
    Nə qədər ucadır nə qədər ulu.
    Onun dərgahına kim açsa əlin
    Gözəl mükafatın alacaq yəqin.
    Açaq dərgahına əllərimizi
    Qəbir əzabından qorusun bizi.
    Quran ayələri müjdə verəndir:
    "Allah bağışlayan və rəhm edəndir(Ət–Tovbə” (tovbə)–91)”.
    Tükənməz mərhəmət rəhm Ondadır
    Nurilə aləmi işıqlandırır.
    Üzümü tutmuşam nur gələn yerə
    Allahın səlamı olsun sizlərə.
    Category: “Allahın elçisi” (Poema) | Added by: Islam_Kitabxanasi
    Views: 991 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    “Allahın elçisi” (Poema) [22]
    Əhli-Beytin (Əleyhimüs-salam) matəmində mərsiyələr, şerlər, xütbələr [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024