Sən ey məxluqatı yoxdan yaradan Bütün möhtacların pənahı olan! Tayın bərabərin şərikin yoxdur! Lütf ehsan səndə olduqca çoxdur! Ziyarətə məni çağırdın həccə Kəbəni ziyarət eylədim öncə Sonra Mədinəyə birbaşa getdim Peyğəmbərin qəbrin ziyarət etdim Salavat çəkərək onun ruhuna Müqəddəs borcumu yetirdim ona. Sonra da minbərlə durdum üzbəüz Ziyarət namazın qıldım düzbədüz. Qəbiristanlığa–Baqiyə girdim Onların ruhuna fatihə verdim. Gəzdim Mədinənin məscidlərini Gözlərimlə gördüm Ühüd yerini. Burada yetmiş dörd şəhid qəbri var Ühüd döyüşünün qurbanıdırlar. Bütün gördüklərim bu mənzərələr Gözümdə canlanıb oldu bir əsər. Rəsuli–əkrəmin həyatını mən Dərindən öyrənib bilmək istərkən Yoluma nur saldın ey Pərvərdigar! Köməyimə gəldi dini kitablar. Qarşımda yığılmış bir neçə kitab Onlarla etdikcə mən sual–cavab Dəyərli sözlərin hallandıraraq "Allahın elçisin” yazdım bu sayaq. "Bismillah” deyərək başladıqda mən Bəhrələndim sənin səxavətindən. Hikmətindən mənə nur saçmasaydın Fikrimi cəm edib yazmazdım aydın. Məni qaranlıqdan çıxardan ey Nur! Səndən başqa qüvvət sahibi yoxdur! Hər iki dünyada mənim ey Ağam! Bunları yazmağa sən verdin ilham. Sənin yardımına arxayın oldum Nə əziyyət çəkdim nə də yoruldum. Hünər aləmində etmişəm hünər Səkkiz ay yatmadım səhərə qədər. Ümmanlar dibindən yığdım mirvari Cərgəyə nizamla düzdüm onları. Bağladım bir yerə boyunbağı tək Hikmət sərrafları qiymət verəcək. Gecə–gündüz sənin duaçınam mən Bəndəni salmadın öz nəzərindən. Bilmədiklərimi öyrətdin mənə Dualar təriflər layiqdir sənə. Mən də cəlalına(Ъəlal–Böyüklük, ululuq, əzəmət, şan–şövkət. ) dua edərək Kitabı bitirdim istədiyim tək. Dualardan sonra deyərlər: Amin! |