İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Quranda dunyaşünaslığın əsasları

    Quranda dunyaşünaslığın əsasları
    İxtiyarsız səcdə
    İxtiyarsız səcdə Allahın izzət və calalı qarşısında öz kiçiklik və təvazökarlığını qeyri-ixtiyari bəyan etməkdir. Bu növ səcdə bütün varlıqlara şamil edilir, bütün varlıqlar Allah qarşısında öz kiçikliyini bildirir. Hər bir varlığın qaynağı Allah olduğuna görə, hər bir varlıq öz mövcudluğuna görə Allaha borcludur və Allahın əzəməti qarşısında səcdə halında təsəvvür edilir.
    İxtiyari səcdə
    Bu səcdə növü ixtiyar sahibi olanlara aiddir. Belə bir səcdə iradə və ixtiyarla gerçəkləşir. İxtiyari səcdə mömin insanların Allah qarşısında səcdəsidir. Allaha iman gətirənlər öz kiçikliyini və bəndəliyini bəyan etmək üçün səcdəyə qatlaşırlar. Təkcə mömin bəndələr ixtiyari olaraq Allah qarşısında öz kiçikliyini bildirirlər. Ancaq kafirlər belə bir səcdədən boyun qaçırarlar. Yuxarıda misal kimi gətirilən Həcc surəsi, 18-ci ayədə "insanların bir çoxunun səcdə etdiyi" vurğulanarkən möminlər nəzərdə tutulur və bunun ardınca "bir çoxuna isə əzab vacib olmuşdur" dedikdə kafirlər nəzərdə tutulur. Əslində kafirlər ixtiyari səcdədən boyun qaçırar, özlərini isə əzaba düçar edərlər.
    Bu iki səcdə növündən başqa, Qurani-kərimdə daha iki növ səcdədən bəhs edilir:
    1. Rəğbətlə istənilən səcdə (təbii meyldən gələn səcdə)
    2. İkrahlı səcdə.
    Həmin səcdələrə Rəd surəsi, 15-ci ayədə işarə edilmişdir.
    Birinci növ səcdə rəğbət və istəklə edilən səcdədir. Bu səcdə insan və başqa varlıqların təbiətinə uyğun, istəkləri ilə üst-üstə düşən bir səcdədir. Məsələn, qəlbin döyüntüsü və qan dövranı, bədən üzvlərinin başqa növ fəaliyyəti, bitkilərin böyüməsi və s. təbiətə uyğun səcdə sayılır. İnsan və başqa varlıq növlərinin meyl və təbiətinə uyğun ilahi hökmlərin rəğbətlə qarşılanması bu növ səcdəyə aiddir.
    Lakin ikinci növ (ikrahlı) səcdə insan və başqa məxluqun təbiətinə uyğun gəlməyə bilər. Məsələn, ölüm, bir şeyin xarab olması, xəstəlik və bəla bu qəbildəndir. İstək və meylə uyğun gəlməyən ilahi qanunların qəbul edilməsindən çəkinmək ikrahlı səcdə sayılır.
    Aşağıdakı ayədə bu iki növ səcdəyə işarə edilir.
    Fussilət surəsi, 11-ci ayə:
    Sonra Allah tüstü (duman, yerdən qalxan buxar) halında olan Göyə üz tutdu (Göyü yaratmaq qərarına gəldi). O, Göyə və Yerə belə buyurdu: "İstər-istəməz vücuda gəlin!" Onlar da: "İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!" – deyə cavab verdilər.
    Bir sözlə, yaradılış dünyasında mövcud olan bütün varlıqlar, Allaha yaxın mələklərdən tutmuş, Göy və Yerdən tutmuş, Günəş və Aydan tutmuş sadə cisimlərin kölgəsinədək – hər şey və hər şey, istəsələr də, istəməsələr də Allahın iradə və nüfuzuna tabedir. Bu isə hər bir varlığın Allah qarşısında mütiliyini, kiçikliyini sübut edir ki, bu da varlıq aləminin Tanrıya səcdə məqamı kimi dəyərləndirilir.
    Varlıq aləminin həmd və təsbihi
    Qurani-kərimdə varlıq aləmi ilə bağlı daha bir maraqlı xüsusiyyət diqqəti cəlb edir: həmd və təsbih. Quran ayələrinə görə bütün varlıq aləmi Allaha həmd edir, Onun substansiya baxımından hər bir sifətdən ayrı olduğunu bildirir. Təkcə insanlar deyil, hətta cansızlar da Allaha həmd və təsbih edirlər. Bütün varlıq aləmi Allaha səcdə etdiyi kimi, həm də öz Yaradanına həmd və təsbih edir. Həmd və təsbih bir növ səcdə anlamını tamamlayır, onun davamı kimi çıxış edir.
    İndi Quran ayələrində varlıq aləminin həmd və təsbihi ilə bağlı işarələrə nəzər salaq.
    Hədid surəsi, 1-ci ayə:
    Göylərdə və Yerdə nə varsa, hamısı Allahı təqdis və təsbih edib şəninə təriflər deməkdədir. O, yenilməz qüvvət və hikmət sahibidir!
    Həşr surəsi, 24-cü ayə:
    O, (hər şeyi) yaradan, yoxdan var edən və (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və Yerdə olanların hamısı Onu təqdis və təsbih edib şəninə təriflər deyər. O, yenilməz qüvvət və hikmət sahibidir!
    Təğabun surəsi, 1-ci ayə:
    Göylərdə və Yerdə olanların hamısı Allahı təqdis və təsbih edib şəninə təriflər deyər. Hökm Onundur, həmd-səna da Ona məxsusdur. O, hər şeyə qadirdir!
    İsra surəsi, 44-cü ayə:
    Yeddi Göy, Yer və onlarda olan bütün məxluqat Allahı təqdis və təsbih edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükr etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təsbihini anlamazsınız. Allah, həqiqətən həlim və bağışlayandır.
    Başqa bir ayədə təsbih anlamı mələklərlə bağlı işlənmişdir.
    Şura surəsi, 5-ci ayə:
    Göylər (Allahın əzəmət və heybətindən) az qala bir-birinin üstündən çatlayıb dağılsın. Mələklər də Rəbbini həmd-səna ilə təqdis və təsbih edər və Yerdəkilərin (günahlarının) bağışlanmasını diləyərlər. Bilin ki, Allah, həqiqətən bağışlayan və rəhm edəndir!
    Aşağıdakı ayədə Allahın həmdi və təsbihi ildırımın adı ilə bəyan edilir.
    Rəd surəsi, 13-cü ayə:
    Göy gurultusu Onun şəninə təriflər deyir, mələklər də Allahın qorxusundan Onu öyüb mədh edirlər. O, ildırımlar göndərib kafirlər Allah barəsində mübahisə edərkən onların vasitəsilə istədiyini vurar. Allahın cəzası şiddətlidir! (Və ya Allah yenilməz qüvvət sahibidir!)
    Daha bir ayədə dağların gecə-gündüz Allahı təsbih etməsi vurğulanır.
    Sad surəsi, 18-ci ayə:
    Biz dağları ona ram etmişdik. Onlar axşam-səhər onunla birlikdə Allahı təqdis və təsbih edib şəninə təriflər deyərdilər.
    Təsbih hər bir eyb və nöqsandan uzaq və ayrı olmaq deməkdir. Əgər bir varlığı eyb və nöqsandan ayrı bilsək, biz onu təsbih etmiş olarıq. Ona görə də Allahın təsbih edilməsi dedikdə Onu hər bir eyb və nöqsandan uzaq və ayrı bilməyimiz nəzərdə tutulur. Həmd isə kamil varlığın sitayiş və tərifidir. Allahın həmdi dedikdə Onun kamal və camal sifətlərinin tərifi nəzərdə tutulur. Məsələn, Allahın elm, qüdrət və hikmət sifətlərinin kamal dərəcəsini tərifləyərkən, biz Onu həmd etmiş oluruq. Başqa sözlə desək, təsbih məfhumu ilə Allahı hər bir eyb və nöqsandan uzaq və ayrı bilirik, həmd anlamı ilə Tanrının kamal sifətlərini təsbit və təsdiq etmiş oluruq. Təsbih söylədikdə inkar sifətlərin rədd edilməsi, təmhid söylədikdə isə təsdiq sifətlərin vurğulanması nəzərdə tutulur. İnkar (səlbi) sifətlər Allaha uyğun gəlməyən sifətlərin rədd edilməsi deməkdir. Məsələn, Allah mürəkkəb varlıq deyildir, yəni təkdir. O heç bir yerdə və tərəfdə deyildir, Onun üçün məkan anlamı yoxdur. Allah cisimdən ibarət deyildir və s. Allahın təsdiq (sübutedici) sifətləri isə Allahın adları ilə ifadə olunur: Allah qadirdir və Onun qüdrət sifəti var.
    İnsanlar Allahın həmd və təsbihini sözlərlə bəyan edirlər və burada bir sual ortaya çıxır:
    – Bütün varlıqlar öz həmd və təsbihini bəyan etmək üçün hansı dildən və vasitədən istifadə edirlər? Hər bir varlıq nümunəsinin dili vardırmı? Bəlkə onlar başqa bir yolla Allahı həmd və təsbih edirlər?
    Təfsir alimləri varlıq aləminin həmd və təsbihi barədə bir neçə fikir söyləmişlər və burada həmin baxışlardan ikisinə toxunuruq.
    Bir sıra təfsirçilərə görə, varlıq aləminin həmd və təsbihi onların batini dili ilə bəyan edilir – yəni varlıq aləmindəki məxluqun düzənində heyrət doğuran bir nizamlı sistem və uzlaşma vardır. Deməli, elə başlanğıcdan Allahın xilqəti bütün eyb və nöqsandan uzaqdır və Tanrı hər bir varlığı kamil sifətlərlə yaradıb.
    Bu baxışa görə, hər bir varlığın qəribə bir sirli aləmi və gizli mahiyyəti vardır. Hər bir varlıq öz iç aləminə xas olan bir qayda ilə ixtiyarsız olaraq Allahı təsbih edir. Təsbih varlıq aləmini eyb və nöqsandan ayrı bilməkdir; deməli, xilqətin hər bir nümunəsində olan nizam və ahəngdarlıq öz batini (hal) dili ilə bəyan edir ki, mənim Xaliqim hər sayaq eyb və nöqsandan uzaq və pakdır.
    Həmd isə Allahın kamal sifətlərinin təsdiqidir və hər bir varlıq nümunəsi öz batini (hal) dili ilə söyləyir ki, mənim Xaliqim elm, qüdrət və hikmət kimi kamillik sifətlərinə malikdir.
    Sözü gedən baxış aşağıdakı dəlillərə görə qəbul edilmir:
    Əvvələn, əgər bütün varlıqların təsbihi dedikdə yuxarıda qeyd etdiyimiz məna başa düşülərsə, həmin mənanı hamı dərk etməlidir. Halbuki, Qurani-kərimin İsra surəsinin 44-cü ayəsində deyilir ki, Siz onların təsbihini dərk etmirsiniz.
    Bəzi təfsirçilər bu nəzəriyyəni islah etmək məqsədilə 44-cü ayədəki "dərk etmirsiniz" ifadəsinin əksər nadan adamlara, xüsusilə müşriklərə aid olduğunu söyləmişlər. Onlar iddia etmişlər ki, imanlı alimlər dünya düzənindəki nizamı anlayarkən bu yol ilə varlıq aləminin Allahı təsbih etməsini dərk etmişlər. Ayədən isə belə məna alınmır. Eyni zamanda varlıq aləmindəki bilmədiklərimiz sirlər ilə bildiklərimizi müqayisə etsək, dərya ilə damla arasındakı bir fərq alınar və yaxud bu fərq sanki dağ ilə saman çöpü arasındakı fərqlə ölçülə bilər. Bildiklərimiz damla və saman çöpünə, bilmədiklərimiz isə dərya və nəhəng bir dağa bərabər tutulur [15].
    İkincisi, təsbih anlamının belə bir məna tutumuna gəlincə yalnız biz insanlar varlıq aləminin düzən və mahiyyəti üzərində diqqətlə araşdırma apararaq onların həmd və təsbihini anlaya bilirik. Halbuki ağıl və düşüncəsi olmayan məxluqlar öz həmd və təsbihlərinə diqqət yetirməz və yetirə bilməzlər. Ancaq Qurani-kərim vurğulayır ki, hər bir məxluq öz təsbihindən xəbərdardır.
    Nur surəsi, 41-ci ayə:
    (Ya Məhəmməd!) Məgər Göylərdə və Yerdə olanların (mələklərin, insanların, cinlərin) qanadlarını açıb (qatar-qatar) uçan quşların Allahı təqdis və təsbih edib şəninə təriflər dediklərini görmürsənmi? Allah onlardan hər birinin duasını, şükr-sənasını (yaxud onların hər biri öz duasını, şükr-sənasını) bilir. Allah onların nə etdiklərini (layiqincə) biləndir!
    Başqa təfsirçilər isə təsbihin batini dil ilə gerçəkləşməsini düşünmür və güman edirlər ki, hər bir varlıq nümunəsi öz dili ilə Allahı təsbih edir.
    Bu təfsirə görə, bütün varlıq nümunələri Allahın bəxş etdiyi elm sifətindən hər hansı bir bəhrəyə malikdir. Deməli, hər bir varlıq bilərəkdən Allahı həmd və təsbih edir. Bütün varlıqlar Allahı həmd və təsbih edirkən bu anlam məcazi mənada deyil, həqiqi mənada başa düşülür. Eyni zamanda həqiqi təsbihi bəyan etmək üçün təkcə sözlərlə və adi danışıq yolu ilə məhdudlaşmaq düzgün deyil. İnsanların dil ilə bəyanı Haqq ilə ünsiyyətin üsullarından biridir. Sözlər özü də qəlbdə olan məna və duyumu ifadə etmək üçün işlənən vasitə və əlamətdir. Sözlərin köməyi ilə qəlbdə olan mənalar aşkarlanır və bəyan edilir. Deməli, qəlbin məna xəzinəsini bəyan edən işarələr var və bunlar həm söz ilə, həm də başqa vasitələrlə çatdırıla bilər.
    Başqa bir yandan, aləmdə olan varlıqlar başqalarına olan niyaz və ehtiyacını hər hansı bir yolla ifadə edirlər. Varlıq aləmi öz niyaz və ehtiyaclarından xəbərdardır və xəbərdar olduğuna görə həmin ehtiyacı ödəməyə meyllidir. Allahı təsbih etmək hər bir varlığın öz Xaliqinə olan ehtiyacından irəli gəlir, öz naqisliyini və eybini düzəltmək meyli ilə bağlıdır. Hər bir varlığın öz nöqsan və eybini düzəltmək meyli isə onun kamilliyə doğru fitri hərəkətindən doğur. Kamilliyə meyl Allahın həmdini şərtləndirir. Varlıq aləmi həmd etməklə kamala doğru hərəkət edir.
    Beləliklə, hər bir varlıq nümunəsi öz dərəcə və mərtəbəsinə uyğun bilgiyə və elmə malikdir. Bu səbəbdən hər bir varlığın həmd və təsbihi onun elmi və idrakı ilə bağlıdır. Sadəcə biz adi insanlar müxtəlif varlıq nümunələrinin Allahı həmd və təsbih etməsini dərk etmək və müəyyənləşdirmək qabiliyyətinə malik deyilik. Yalnız kamillik mərəhələlərini keçən peyğəmbər və övliyalar batini işıqlanma və arifanə kəşf yolu ilə hər bir məxluqun öz Xaliqini necə həmd və təsbih etməsini dərk edirlər.
    Mövlana Rumi bu incəliyi belə bəyan edir:
    Aləmdə zərrələr olsa da nihan,
    Dünü gün sözlərin eyləyər bəyan.
    Biz eşidən-görən qəlbixoşlarıq,
    Naməhrəm yanında bil, xamuşlarıq.
    Susuruq içlərdə nərəmiz ilə,
    Cizginiriz dosta çevrəmiz ilə.
    Cismə yönəlmisən, bax öz şanına,
    Mərhəm olamazsan cismin canına.
    Cismdən dünyaya ver can havasın,
    Hər bir zərrəciyin eşit nidasın.
    Onda cism təsbihi sənə faş olar,
    Təvil vəsvəsəsi könlünü sarar.
    Yoxdursa canında ol haqqın nuru,
    Təvilin nə olar sənə süruru.
    Davud peyğəmbərin (ə) münacat və dualarında Allahın təsbihi diqqəti cəlb edir:
    "Ey fələklər fələyi! Allahı təsbih edin və siz də, ey Göylər altında axan saf sular!" [16]
    Varlıq aləminin əcəli
    Varlıq aləminə xas özəlliklər arasında "əcəl" məfhumunu xatırlamaq lazım gəlir. Quran ayələrinə görə hər bir varlıq nümunəsinin əcəli vardır.
    "Əcəl" sözü Qurani-kərimdə 56 dəfə işlənib: 7 dəfə bu məfhum mütləq mənada işlənmişdir. 21 dəfə isə "əcəl" sözü "müsəmma" sözü ilə yanaşı gəlmişdir. Rağib həmin sözün mənasını açıqlayaraq belə yazır: "Əcəl hər bir şey üçün müəyyən edilmiş müddətdir. İnsan üçün isə əcəl onun həyat möhləti və yaşam fürsəti üçün verilən vaxtdır. "Bir nəfərin əcəli yetişdi" deyərkən onun ölüm vaxtının yetişməsi nəzərdə tutulur. Onun əsl müddəti – həyat müddətidir" [17].
    "Dairətül-fəraid" əsərində "əcəl" sözü belə izah edilir: "Əcəl vaxtın sonu və bitməsi deməkdir. Bir şey üçün nəzərdə tutulan müddət və möhlət "əcəl" məfhumu ilə ifadə olunur. Ömrün sona çatması, həyatın bitməsi, borc və ya başqa bir şey üçün təyin edilmiş müddət əcəl adlanır. İnsan üçün təyin edilən ömür möhləti də əcəl adlanır. "Bir şeyin əcəli yetişib" dedikdə, onun ölümünün yaxınlaşması nəzərdə tutulur. Quran ayəsində də "əcəlin yetişməsi" həmin mənada işlənir" [18].
    Bu ümumi izahdan sonra bir sıra Quran ayələrində əcəl anlamının məna çalarını izləyək.
    Rəd surəsi, 2-ci ayə:
    Göyləri, gördüyünüz kimi, dayaqsız olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan, müəyyən vaxta (dünyanın axırına, qiyamətə) qədər (səmada) dolanan Günəşi və Ayı (iradəsinə) tabe edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır.
    Rum surəsi, 8-ci ayə:
    Məgər onlar öz-özlüklərində Allahın Göyləri, Yeri və onların arasındakıları ancaq haqq-ədalətlə və müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi?
    Həcc surəsi, 5-ci ayə:
    İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına (otuz-qırx yaşlarına) yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar.
    Ənam surəsi, 2-ci ayə:
    Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl (ölüm vaxtı) müəyyən edən Odur. Allahın yanında məlum bir əcəl də (bütün ölülərin diriləcəyi qiyamət günü) vardır. (Bütün bunlardan) sonra siz yenə də şübhə edirsiniz!
    Ali-İmran surəsi, 145-ci ayə:
    Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, (lövhi-məhfuzda) vaxtı müəyyən edilmiş bir yazıdır.
    Yuxarıdakı ayələr göstərir ki, hər bir varlığın öz əcəl vaxtı vardır – yəni onun mövcudluğu üçün müəyyən zaman və möhlət təyin edilmişdir. Təkcə Göy və Yer aləmi və səma cisimləri, Günəş və Ay deyil, insan və ümmət üçün də müəyyən əcəl təyin edilmişdir.
    Əraf surəsi, 34-cü ayə:
    Yunus surəsi, 49-cu ayə:
    Hər ümmətin (əzəldən müəyyən olunmuş) bir əcəl vaxtı (ömrünün sona çatma, məhv olma, tənəzzülə uğrama, əzaba, müsibətə düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə nə yubanar, nə də tələsərlər.
    Hicr surəsi, 5-ci ayə:
    Muminun surəsi, 43-cü ayə:
    Heç bir ümmət əcəlini nə qabağa çəkə bilər, nə də yubandıra bilər.
    Öncə söylədiyimiz kimi, Qurani-kərimdə iki növ əcəldən söhbət gedir: "müsəmma" əcəl və qeyri-müsəmma əcəl (mütləq əcəl və ehtimali əcəl).
    Müsəmma əcəl dedikdə mütləq və dəyişməz tale nəzərdə tutulur – yəni bu tale mütləq yerinə yetirilir.
    Təfsirçilər mütləq əcəli belə izah etmişlər:
    Mütləq əcəldə onun bütün dəlil və səbəbləri tam halda gerçəkləşir. Bu əcəl tam zərurət və vacib bir məsələ kimi gerçəkləşmə həddinə çatır və onu dəyişdirmək qeyri-mümkün olur.
    Ancaq qeyri-mütləq əcəl odur ki, onu şərtləndirən bütün amil və dəlillər tam şəkildə yetişmir, başqa güclü səbəb və dəlillər isə onu dəyişdirə bilir. Məsələn, əgər bizim dövrümüzdə və zamanımızda bir nəfər xərçəng xəstəliyinə düşərsə, əgər bu xəstəlik onun bədənində kök atıb tam şəkildə şaxələnərsə, onun ölümü qaçılmazdır. Bu həmin insanın dəyişməz taleyi və qaçılmaz əcəli olacaqdır. Qurani-kərim bu sayaq əcəli "müsəmma" adı ilə bəyan etmişdir. Əgər bir nəfərdə xoş xassəli xəstəlik olarsa və başlanğıcdan bu xəstəlik yaxşılaşmağa doğru gedərsə, düzgün müalicə ilə ölümün qarşısını almaq olar. Deməli, həmin şəxsin mütləq əcəli üçün bütün şərt və dəlillər tam yetişmədiyindən onun ölümü qətiləşmir və təxirə salınır. Bu isə qeyri-mütləq əcəl üçün sadə misal ola bilər.
    Yuxarıdakı ayələrdə deyilir ki, müəyyən əcəl vaxtı Allahın yanındadır. Əgər bir ümmətin əcəl vaxtı yetişsə, nə bir saat qabağa düşər, nə də gecikər. Yəni bu müsəmma (mütləq) əcəldir və dəyişə bilməz.
    Ancaq başqa bir ayədə qeyri-müsəmma (qeyri-mütləq) əcələ işarə vardır.
    Nuh surəsi, 4-cü ayə:
    (Əgər belə etsəniz) O sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək (əcəliniz çatana qədər) möhlət verər (cəzanızı dünyada verməyib axirətə saxlayar). Allahın (əzəldən lövhi-məhfuzda) müəyyən etdiyi əcəl (ölüm) gəlib çatdıqda isə, o əsla təxirə salınmaz. Kaş biləydiniz!
    Burada kafirlərə möhlət verilir: əgər iman və təqva sahibi olsalar, Allah onların günahını bağışlar. Yəni onların əcəl vədəsini təxirə salar. Tövbə edib Allaha iman gətirənlər üçün belə bir möhlət verilir. Yoxsa, hər bir varlıq üçün əcəl hökmü qaçılmazdır.
    Onu da əlavə edək ki, müsəmma və ya mütləq əcəl Allahın dəyişməz hökmü və təqdiri olaraq ümmül-kitabda və ya lövhi-məhfuzda yazılır. Lakin dəyişən əcəl məhv və isbat lövhəsində yazılır. Bu məfhumlar barədə sonrakı bölmələrdə ayrıca bəhs ediləcək.
    Varlıq aləminin həşri
    Varlıq aləminin həşri dedikdə bütün varlıqların bir yerə toplaşması və Haqqın hüzurunda cəmlənməsi nəzərdə tutulur. Bütün mövcud varlıqlar təbiət aləmində fəna olduqdan sonra axirət dünyasına qovuşur və onlar həmin dünyada bir yerə toplaşırlar. Quran ayələrində bütün varlıqların həşrinə işarə edilir. İnsan, cin, şeytan və heyvanlar həşr mərhələsi keçməli olurlar.
    Ənam surəsi, 38-ci ayə:
    Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir, Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir, onlar da öz qabiliyyətinə görə Allahın vəhdaniyyətini mədh edib, şəninə tərif deyirlər.) Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəklər.
    Şura surəsi, 29-cu ayə:
    Göyləri, Yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt (qiyamət günü) onları bir yerə yığmağa qadirdir!
    Yuxarıdakı ayələrdə Göy və Yerdə olan bütün canlı aləmin bir yerə toplaşması vurğulanır. Burada (ərəbcə variantında) işlənən "dabbə" sözü canlı varlıq mənası ifadə edir. Canlı aləmdə istər təkhüceyrəli varlıq, istərsə də nəhəng heyvanlar ola bilir. Bundan başqa, Qurani-kərim qiyamət zamanı bütün Yerin və dağların hərəkətə gələrək dağılması və həşrini nəzərdə tutur. Yəni həşr anlamı geniş məzmunu əhatə edir və qiyamətlə bağlı işlənir.
    Yerin hərəkətə gəlməsi və hər bir varlığın həşri barədə belə buyrulur.
    Kəhf surəsi, 47-48-ci ayələr:
    O gün (qiyamət günü) dağları (yerindən qoparıb) hərəkətə gətirəcəyik. (O vaxt) yeri dümdüz görəcəksən, (möminləri və kafirləri) bir yerə toplayacaq, onların heç birini (kənarda) qoymayacağıq.
    Onlar Rəbbinin hüzuruna cərgə-cərgə (səf-səf) gətiriləcəklər. Onlara belə deyiləcək: "Siz Bizim yanımıza sizi ilk dəfə yaratdığımız kimi (lüt-üryan, mal-dövlətsiz) gəldiniz. Lakin siz elə güman edirsiniz ki, Biz sizə verdiyimiz vədi (öləndən sonra diriləcəyinizi) yerinə yetirməyəcəyik!"
    Başqa bir ayədə təqva sahibi olan və ya pis əməl görənlərin Allah hüzurunda toplanmasına işarə edilir.
    Məryəm surəsi, 85-86-cı ayələr:
    O gün (qiyamət günü) Biz təqva sahiblərini Rəhman Allahın hüzuruna möhtərəm elçilər (şahanə qafilələrlə gələn qonaqlar) kimi cəm edərik.
    Günahkarları isə Cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik.
    Aşəğıdakı ayələrdə cin tayfasının həşri diqqətə çatdırılır.
    Ənam surəsi, 128-ci ayə:
    Allah (insanları və cinləri) toplayacağı gün (qiyamət günü) belə buyuracaq: "Ey cin tayfası, artıq insanların bir çoxunu yoldan çıxartdınız". Cinlərin insanlardan olan dostları deyəcəklər: "Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik (şeytanlar bir sıra batil şeyləri insanlara gözəl göstərdikləri üçün insanlar onlardan faydalandıqlarını zənn edərlər. Cinlər, şeytanlar isə insanları özlərinə tabe edə bildikləri üçün onlardan öz qərəzli məqsədləri naminə istifadə edərlər) və bizim üçün müəyyən etdiyin əcəlimiz gəlib çatdı!" Allah buyuracaq: "Sizin düşəcəyiniz yer atəşdir. Allahın istədiyi (vaxt və ya sonradan islamı qəbul edib nicat tapan şəxslər) istisna olmaqla, siz orada həmişəlik qalacaqsınız!" Şübhəsiz ki, Rəbbin hikmət və elm sahibidir!
    Saffat surəsi, 158-ci ayə:
    (Müşriklər həm də özlərindən) Allahla cinlər (pərilər, yaxud mələklər) arasında bir qohumluq əlaqəsi icad etdilər. Həqiqətən, cinlər onların (bu sözü deyənlərin qiyamət günü
    Cəhənnəmə) gətiriləcəyini bilirlər.
    Qurani-kərim şeytanların da həşrini nəzərdə tutur.
    Məryəm surəsi, 68-ci ayə:
    (Ya Məhəmməd!) Rəbbinə and olsun ki, Biz onları (özlərinə dost tutduqları) şeytanlarla birlikdə yığıb məhşərə gətirəcək, sonra onları (qorxudan ayaq üstə dura bilməyib) diz üstə çökmüş halda Cəhənnəmin ətrafına düzəcəyik.
    Başqa bir ayədə isə vəhşi heyvanların həşri nəzərə çatdırılır.
    Təkvir surəsi, 5-ci ayə:
    Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman;
    Category: Quranda dunyaşünaslığın əsasları | Added by: Islam_Kitabxanasi (2012-06-07)
    Views: 776 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024