İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Quran və Qiyamət “Tur” surəsinin təfsiri

    Quran və Qiyamət “Tur” surəsinin təfsiri
    ALLAHDAN BAŞQA HEÇ KƏS PƏRƏSTİŞƏ LAYİQ DEYİL
    İndi ki, ilahin mənası aydın oldu, zikr olunan ayənin mənası məlum olur ki, Qiyamətə qədər bu xitab ümumidir: məgər özünüz üçün məbudlarınız qərar verdiyiniz bunlarda bir şey varmıdır ki, onun xatirinə ibadət edirsiniz. Ey mənpərəstlər, ey inəkpərəstlər, ey qadınpərəstlər, ey cəh-cəlalpərəstlər. Məgər bunların ibadət olunmağa, pərəstiş olunmağa ləyaqətləri varmı? Nə üçün özünüz kimi, yaxud özünüzdən də alçaq olan məxluqların müqabilində zəlil olursunuz? Məgər bilmirsiniz ki, Allah sənin işini ona-buna yalvarışla və yaltaqlanmaq olmadan düzəldə bilər. Həmçinin, Allahdan başqa özünə məbud seçdiyin şeylərin sənə nə kimi şərafəti vardır? Onun malik olduğu əql, göz, qulaq və s. əzalar səndə də vardır; əgər onlar sənin hər hansı bir müşkülünə nicat vermək üçün, bağışlanmaq üçün vasitə olsalar, onların da hamısı öz növbəsində Allaha qayıdır. Yəni, əgər Allah istəsə, hər hansı bir məxluqun vasitəsi ilə sənin işini düzəldəcəkdir. Yox, əgər istəməsə, ən güclü fərdlər belə bu işi yerinə yetirməkdə aciz qalacaqlar. Bütün bu işlərin hamısı Allahdandır ki, məxluqatın vasitəsi ilə icra olunur.
    XƏLİFƏ BAĞDAD KÖRPÜSÜNÜN YANINDA
    Abbasi xəlifələrinin biri Bağdad körpüsünün yanından keçəndə zahirdə sultan oğluna oxşayan bir dilənçini gördü. Amma onun paltarları dilənçi paltarlarına oxşamırdı. Bu barədə maraqlandıqdan sonra məlum oldu ki, əvvəlki xəlifənin oğludur. Onun halından riqqətə gəldi və yüz qızıl əşrəfi pulu ona verib dedi ki, bu sərmayəni götür və daha dilənçilik etmə! Qayıdanda yenidən gördü ki, həmin şəxs orada oturmuş, dilənçilik edir. Soruşdu: Məgər sənə yüz əşrəfi vermədim? Dedi: Əşrəfiləri cibimə qoymaq istəyəndə çaya düşdü. Xəlifə elə oradaca iqrar etdi ki, Allahın istəmədiyi bir iş heç vaxt baş tutmaz. Yəni fəqir olmasını istədiyi bir şəxsi sultan da zəngin edə bilməz.
    Alimlərdən biri can üstündə olanda dövrün xəlifəsi ona baş çəkməyə gedir. Bu böyük alimin yatağının kənarında oturanda deyir ki, neçə övladın varsa, icazənlə onları mənə həvalə et. Yəni onların həyatının idarə olunmasının başçılığı mənim öhdəmdə olsun. Bu böyük şəxsiyyətli alim sükut edib heç nə demir. Üç kərə təkrar etdikdən sonra alim deyir ki, mən öz Allahımdan xəcalət çəkirəm ki, öz övladlarımı Ondan başqasına tapşırım. Sultan da onun bəndələrindən biridir. Gərək övladı elə şəxsə tapşırasan ki, əbədi olaraq qalsın. Əgər Allah öz lütf nəzərini bir kəsdən kəssə, hətta ona verdiyi pul da heç bir ehtiyacını təmin etməz və yarasını sağaltmaz. Ola bilsin ki, çox varlı-dövlətli olan şəxslər əlacı olmayan xəstəliklərə düçar olub acından ölsünlər.
    BU AYƏLƏRİN ƏVVƏLKİ AYƏLƏRLƏ ƏLAQƏSİ
    Bu surədəki 15-ci sual ilzami sual, yəni cavabı hər aqil şəxsin yanında Allah Taalanın sözünü təsdiq etməkdən ibarətdir. Birinci ayədən axırıncı ayəyə qədər. Amma bu bədbəxt və ürəkləri qəsavət bağlamış camaat bu Allahın kəlamını qəbul etmək istəmədilər. Hədisdə var ki, Qiyamətdə Əbu Cəhl bir quyuda olacaqdır. Peyğəmbəri Əkrəmin gəlişinin xəbərini ona verəndə, deyəcək ki, mənim üstümə bir daş salın ki, gözüm onu görməsin. Deyirlər, Peyğəmbər şəfaət etmək istəyəcək, Əbu Cəhl cavab verəcək ki, istəmirəm. Müşriklərin Peyğəmbərlə o qədər inadlı kinləri var idi ki, əvvəllər Peyğəmbərə deyirdilər ki, əgər düz deyirsənsə, elə et ki, asimandan bir daş parçası düşsün və bizi həlak etsin. Allah buyurur:
    "Əgər asimandan bir daş parçasının gəldiyini görsəydilər, deyəcəkdilər ki, buludlar sıxlaşıb bu hala düşmüşdür.”
    Ümumiyyətlə, heç vaxt aləmlərin Allahına etiqadlı olmağa hazır olmadılar. Onların gözləri yalnız zahiri səbəbləri görürdü. Məsələn, əgər hər hansı vaxt zəlzələ baş versəydi, yaxud şiddətli tufan, sel vasitəsi ilə müxtəlif dağıntılar baş versə, öldürücü ildırım çaxsa, deyəcəkdilər ki, bunların hamısı yerin yuxarılarının sıxılmasının, yaxud təbiətin qəzəbinin nəticəsidir. Fikirləşmirdilər ki, yer kürəsində olan ən kiçik iş belə Allahın istəyi və icazəsi ilədir, onun Xaliqinin icazəsi olmadan baş verməyəcəkdir ki, bunun səbəbilə ilahi əzabdan və qəhrdən qorxsunlar və ona itaətsizlik etməkdən əl çəksinlər.
    "Səhifeyi-Səccadiyyənin şərhində nəql olunub ki, bir nəfərə ölüm ölüm ayağında "Ədilə” duası oxuyurdular. O isə dua oxumaq yerinə "indi hava soyuqdur və istilik getmişdir” və s. kimi səfeh sözlər deyirdi və bu sözlərlə dünyadan getdi. Xülasə, zahiri səbəblərə diqqət yetirmək olmaz. Bu xəstəliklər ölüm əlamətləridir. İnsan öz fikrini bir yerə yığıb cəm etməlidir.
    Haqq olan mətləbi qəbul etməyən bir şəxsi öldürsən də, yenə də qəbul etməyəcəkdir. İnadkar uşağa hər nə etsəndə mədrəsəyə getməyəcək. Namazı tərk edən adama "namaz qıl” deyəndə, sanki "get o dağı kökündən qopart”, deyirsən. Xülasə, bu ikiayaqlı heyvan o qədər inadkardır ki, heç kəsə tabe olmaq istəmir. Belə olan halda onu gərək öz halına boşlayasan. Vay olsun o xəstənin halına ki, həkim onu boşlaya. Peyğəmbər Allahın vəlisidir. Belə bir vəli camaatı boşlasa, görəsən onlar nə edər? Allah buyurur: onları boşla!
    QİYAMƏT SAİQƏSİ
    "Yüs”əqunə” kəlməsinin mənasını iki cür təfsir etmişlər. 1-ci budur ki, Qiyamət gününün saiqəsi-zəlzələsi hər inadkar və boynuyoğunu kiçildib zəlil edər. Hər zərrə möhkəmləşər. Qiyamət, ilahi qəzəbin, qəhrin zühur yeridir. Çox vəhşətlidir. Od kürəsi kimi qızmar, hərarətlidir. Qiyamətin torpağı Möminin ayaqları altında sərin, kafirin ayaqları altında od yaradır. Qiyamətin torpağının şüuru vardır. Möminlə kafir arasında fərq qoyur. Necə ki, Nil çayından Bəni İsrail tayfası içəndə su idi. Amma, fironçular üçün qan. Bəzi vaxtlar Fironçular Bəni İsrailin yanına gəlib onlara su verməsini istəyirdilər. Elə ki, su verirdilər, yenidən qana dönürdü.
    Rəvayətdə var ki, Qiyamət torpağının hərarəti nəticəsində insanların beyni yanar. Başlarının üstündəki ulduzlar bir-birinə qarışar... Qiyamətin səhnəsi, qəribə bir səhnədir. Qəlblər qorxunun şiddətindən boğazlara gəlib çıxar və boğazlar tutular.
    Deyirlər, bir nəfər Sultan Mahmud Qəznəvini yuxuda görür və ona deyir: Sən ki, dünyada yaxşı kişi idin. De görüm Allah səninlə necə rəftar etdi? O cavabında dedi: Məni yer üzündə olan ləqəb və ünvanlarla çağırma. Çünki. bu ləqəblər və ünvanlar burada mənasızdır. Mən elə güman edirdim ki, sultanam. (Necə ki, bəzi adamlara rəis, sədr, başçı hacı, məşhədi, şeyxül-islam və s. deyirlər.) Qiyamət günü Allah buyurar: Mən bir nisbət qərar verdim, siz də başqa bir nisbət qərar verdiniz. Siz mənim nisbətimi kənara qoyub özünüz üçün nisbətlər düzəltdiniz. Mən dedim ki:
    Allah yanında ən əziz şəxs-ən təqvalı şəxsdir. Və kimdir bu göstərişə əməl edən. Məqsəd Qiyamətdir. İnadkarlar zəlil və başıaşağı olarlar. Quran aşkar şəkildə buyurur ki:
    "Əgər o vaxt günahkarları görsən, öz Allahlarının yanında başları aşağıdır.”
    Bu qədər söz-söhbətlər hamısı sırf sükuta çevrilər.
    "Səslər zəifləşər Allah üçün, həm-həmədən başqa bir şey eşitməzsən.”
    "Pərvərdigarın izni olmadan heç kəsin danışmağa cür”əti olmaz.”
    "Biharul-ənvar” kitabında Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləmin sərgüzəştlərindən rəvayət olunmuşdur ki, hər vaxt güclü qırmızı və sarı küləklər əsəndə Həzrəti dəhşət bürüyürdü. Soruşurdular ki, bu nə haldır səndə baş verir. Buyurardı: Qorxuram ki, Allah tərəfindən bəla nazil olsun.
    ÜÇ TAYFA BAŞQALARINA SIĞINACAQDIRLAR
    Üç tayfa vardır ki, onların vasitəsi ilə Allah bəlanın qabağını alar. Biri, 70-80 il "ya Allah!” deyib Allaha ibadət edən ahıl qocaman kişilər. Xüsusilə, əgər 90 yaşına çatsalar. Xəbərlərdə var ki, nida yetişər "Ey torpaqda əsir olan bir şəxs, səni bağışladıq.” Bu cür fərdlərin vücudları, hər şəhərdə, kənddə, hər məhəllədə olsa, ora üçün nemət və bərəkətdir. İkincisi, öz şəhvətlərindən üz döndərib Allah qarşısında təslim olan cavanlar. Hansı ki, onların yaşıdları eyş-işrətə və s. şeylərə məşğuldurlar. Üçüncüsü isə, südəmər uşaqlardır.
    "BƏDR” GÜNÜNDƏ ONLARIN MƏKRLƏRİ FAYDA VERMƏDİ
    Bu şərif ayə üçün başqa bir məna da "Bədr” müharibəsi ilə əlaqədardır. Yəni ey Peyğəmbər, indi ki, sən müşriklərin iman gətirmələrindən məyus oldun, onları öz hallarına burax, həlak olsunlar, onların məkrlərinin fayda vermədiyi bir gündə. Məqsəd "Bədr” müharibəsinin baş verdiyi gündür. Bu müharibədə müşriklərin müsəlmanlardan hər bir cəhətdən hazırlıqlı olmalarına baxmayaraq, ağır məğlubiyyətlərə uğradılar: onlardan yetmiş nəfərdən çoxu müsəlmanların əli ilə öldürülüb, başqa yetmiş nəfəri isə əsir düşdü. Allah-Taala beş min mələyi müsəlmanlara kömək üçün göndərdi. Daha yaxşı məna da Qiyamət gününə təfsir olunur ki, müşriklərin məkrlərinin heç bir faydası olmayacaq.
    Mərhum Şeyx Müfidin "İrşad” kitabında deyilir:
    Əmr ibni Mədi Kərəb ərəblər arasında igid cəngavərlərdən biri idi. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-in hüzuruna müşərrəf olanda, Həzrət buyurdu: Ey Əmr, İslamı qəbul et, Allah səni böyük günün əzabından amanda saxlasın! Əmr dedi: Ya Mühəmməd, böyük günün əzabı hansıdır? Mən elə bir kişiyəm ki, mənim heç nədən qorxum yoxdur. Həzrət buyurdu: Heç də sənin güman etdiyin kimi deyildir. Həqiqətən camaatın üstünə elə bir nə”rə çəkiləcək ki, heç kəs ölü halda qalmaz, hamısı dirilər. Sonra sıralara düzülərlər; asimanlar yarılar, dağlar yerindən silkələnər. Cəhənnəm odunun bir parçası ayrılıb dağlar kimi səpələnər. Sonra heç bir böyük ruhiyyəli insan tapılmaz ki, qəlbi yerindən oynamasın, günahlarını yad etməsin. Hardasan, nə fikirdəsən, ey Əmr? Sonra Əmr dedi: Böyük bir məsələni eşidirəm.
    Elə həmin vaxt özü və onun qəbiləsi iman gətirib İslam dinini qəbul etdilər.
    "Həqiqətən özlərinə zülm edən, Allahı, Onun peyğəmbərini, Qiyamət gününü inkar edən şəxslər üçün deyilən axirət əzabından başqa bir əzab da vardır. Yəni axirət əzabından başqa bir əzab da onları gözləyir. Amma, onların əksəriyyəti bundan qafildirlər. Bu cümlədə işarə olunur ki, onlardan az bir qismi bu məsələni bilirdilər, ancaq öz elmlərinə əməl etmirdilər. Yəni, bilə-bilə, agahlıq üzündən öz küfrlərində israr edirdilər. Qiyamət əzabından əvvəldə olacaq əzab barəsində iki nəzəriyyə vardır: Birincisi, müşriklərin başına gələn "Bədr” müharibəsi kimi böyük bəla, əsir olunub qətlə yetirilmələri, ikincisi isə budur ki, həmin əzabdan məqsəd qəbir əzabı, qəbir sıxıntısı, bərzəx aləminin əzablarıdır ki, bunlar da Qiyamətdən əvvəl baş verir. Sonuncu məna bu məqam və bu məna ilə daha münasibdir. Çünki, onun məzmunu daha geniş olub Qiyamətə kimi olan bütün kafir və müşriklərə şamildir. Yəni bütün kafirlər və facirlər Qiyamət əzabından öncə, qəbir və bərzəx aləmində də əzaba düçar olacaqdır. Necə ki, Fironun qövmü barəsində buyurulur:
    "Fironçular qərq olandan sonra sübh və axşam (bərzəxdə) onlara od nazil olub onları yandırırdı.”
    Elə ki, Qiyamət başlanar əzab mələklərinə əmr olunar ki, Fironçuları ən ağır əzablara daxil edin. Bu bərzəx əzabı təkcə kafirə deyil, günahkar, günah edib tövbəsiz ölən Möminlərə də şamildir. Bəzən elə olur ki, bərzəx əzabı səbəbi ilə Möminin günahı paklanır və günahsız halda məhşərə daxil olurlar. Bu mətləbin dəlili gəlib çatan çoxlu rəvayətlərdir. O cümlədən, "Kafi” kitabında nəql olunub ki, Əmr ibni Zeyd İmam Sadiq əleyhis-salama ərz edib dedi: Mən sizdən eşitmişəm ki, sizin şiələr nə qədər günah etmiş olsalar da, behiştə gedəcəklər. Həzrət buyurdu:
    Düz demişəm, and olsun Allaha ki, onların hamısı Cənnətə gedəcəklər.
    Əmr dedi: Canım sənə fəda olsun, günahlarımız həddindən çoxdur. Onların arasında kəbirə günahlar da vardır.
    İmam əleyhis-salam buyurdu:
    "Amma Qiyamətə gəldikdə isə, onların hamısı Cənnətdədir. Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm, yaxud onun vəsisinin şəfaəti vasitəsi ilə. Allaha and olsun ki, mən sizin hamınız üçün bərzəx aləminin əzabından qorxuram.”
    Əmr dedi: Bəzrəx nədir?
    Buyurdu: Qəbir aləmidir. ölüm anından başlayaraq Qiyamətə qədər davam edir.
    Bu hədisdən aydın olur ki, bu dünyadan imanla gedən Möminlər üçün şəfaət məsələsi qəti olaraq Qiyamətdədir. ölümlə Qiyamət arasında olan bərzəx aləmi üçün qəti deyildir. Məhz bu səbəbdən də Əmirəl-Möminin əleyhis-salam buyurur:
    "Tövbədən yaxşı qəbul olunan, nüfuzlu şəfaət yoxdur”
    Çünki əgər insan öz günahlarından sidq-qəlbdən tövbə etsə, elə həmin vaxt paklanır, ilahi əzabdan xilas olur. Deməli bu ayə təkcə müşriklərə deyil, həm də zalım olan günah edən və tövbəsiz dünyadan gedən hər bir şəxsə bu əzaba aiddir. Bu mətləbin şahidi "Biharül-ənvar” kitabında daha çox gözə dəyir.
    Həzrəti Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurdu: "Besətdən qabaq əmim Əbutalibin qoyunlarını otarırdım. Bəzən görürdüm ki, qoyunlar dayanır və otlamır. Peyğəmbərliyə seçiləndən sonra bu işin səbəbini Cəbrəildən soruşdum. Dedi ki, bu, meyyitə qəbirdə verilən əzabın səsidir. Elə ki, meyyitə qəbirdə əzab verilir, insan və cinlərdən başqa bütün mövcudat onun nalə səslərini eşidir.”
    Bir nəfər Salmanın hüzuruna gəlib dedi: Mənə hədis de! Salman üzünü döndərdi. O kişi yenidən qayıdıb gəldi və dedi: Salman, bildiklərini mənim üçün de! Yenidən Salman üzünü döndərdi. Üçüncü dəfə həmin şəxs "Bəqərə” surəsinin 157-ci ayəsini Salman üçün oxudu:
    Ayənin mənası budur ki, Allahın Quranda nazil etdiyi ayələr və aydın dəlillərdən sonra onları gizlədənlərə Allah və bütün lə”nət edənlər, lə”nət edir. (Sonra Salman buyurdu:) Əgər arxayın olduğum bir şəxs tapsaydım, onun üçün hədis deyərdim. Lakin Nəkir və Münkərin sualı üçün Peyğəmbər barəsində səndən soruşanda şəkk etsən, yaxud şübhəyə düşsən, atəş zərbələri ilə sənə elə vurarlar ki, külə dönərsən.
    ƏLİ VƏ ƏLİ ÖVLADLARI İLƏ DOSTLUQ HƏR YERDƏ RAHATLIQDIR
    Şiə və sünnülər arasında mö”təbər sayılan bir hədisdə Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm buyurdu: "Əgər bütün insanlar Əliyyibni Əbutalib əleyhis-salamın dostluğu barədə fikir birliyində olsaydılar, Allah Cəhənnəmi xəlq etməzdi.”
    "Məalimi zülfa” kitabında Həzrəti Sadiq əleyhis-salamdan rəvayət olunmuşdur ki, Həzrət buyurdu: "Günlərin birində cəddim Rəsuli Xuda oturmuşdu. Zənci bir qulamın cənazəsini dörd nəfər zənci aparırdı. Həzrət işarə etdi cənazəni gətirdilər. Elə ki, cənazəni gətirdilər, Həzrət onun üzünü açıb buyurdu: "Bu ribahdır. Həzrət Əmirəl-Möminin onu görən kimi ərz etdi: Hər vaxt bu qulam məni görsəydi, şad olardı və deyərdi, mən səni sevirəm. Çox istəyirəm.”
    Rəsuli Əkrəm bunu eşidən kimi ayağa qalxdı və əmr etdi ki, ona qüsl versinlər. öz paltarlarından onu kəfənə bükdü və onun cənazəsinin dəfn olunması üçün hamı gəldi. Asimandan qəribə səs eşidildi. Həzrət buyurdu: "Bu məlaikələrin nazil olmasının səsidir. Hər qəbildə yetmiş min mələk vardır. Hamısı bu qulamı dəfn etmək üçün gəlmişlər.”
    Sonra Həzrətin özü qəbrə girdi, qulamın üstünə torpaq tökdü və ləhəd daşlarını qoyanda azacıq dayandı üzünü qəbirdən çevirdi, sonra kərpicləri ora düzdü. Qəbri doldurandan sonra ondan soruşdular ki, nə üçün arada dayandın? O buyurdu: Çünki, bu Allah dostu öləndə susuz idi. Hurilər onun üçün Cənnət şərabı gətirdilər. Allahın dostu qeyrətli olduğuna görə istəmədim ki, onun zövcəsinə nəzər edim. Ona görə də üzümü döndərdim. Sonra buyurdu: Ya Əli! Bu şəxsin bu məqama çatması, Sənə məhəbbətdəndir.
    İNKAR ETDİYİNİ DADDI
    "Biharul-ənvar”ın 3-cü cildində "Kafi” kitabında nəqlən yazmışlar ki, Həzrət Əliyyibnil Hüseyn əleyhis-salam buyurdu: Bilmirəm camaata necə hədis deyim; O şeyləri ki, Peyğəmbərdən eşitmişəm, Onları deyəndə gülürlər, deməyəndə də höccət tamamlanmamış olur.
    Zümrə ibni Məbəd dedi: Mənim üçün Rəsulullahdan hədis de!
    İmam əleyhis-salam buyurdu: Bilirsənmi ki, Allah düşməninin cənazəsini qəbrə sarı aparanda nə deyir? Cavab verdi ki, bilmirəm. İmam buyurdu: Cənazəni aparanlara deyir ki, mən sizə şikayət edirəm məni aldadan düşmənimdən ki, məni fəlakət vadisinə atdı. Və mənim dadıma çatmadı; mən şikayət edirəm sizə, məni tək qoyub gedən dost və rifqlərimdən; mən sizə şikayət edirəm, öz malımla, zəhmət və xərcimlə düzəltdiyim evdən ki, hal-hazırda başqası onu tutubdur. Mənimlə mehribançılıq edin, məni qəbrə tərəf aparmaqda tələsməyin.” Zəmrə dedi: Əgər meyyit belə sözləri deyirsə, az qalar ki, cənazəni aparanların çiynindən yerə düşüb qaçsın. İmam əleyhis-salam buyurdu: İlahi, əgər Zəmrə Rəsuli Əkrəmin hədisini məsxərəyə qoyursa, onu ağır əzabla tut. Qırx gün o bədbəxt diri qaldı və sonra öldü. İmamın dostlarından biri onun dəfnində iştirak etdi. Sonra Həzrətin hüzuruna gəldi. Həzrət buyurdu: Harada idin? Dedi: Zəmrənin cənazəsini dəfn edirdim. Elə ki, onu qəbrə qoydum. özüm də qəbrə girdim. Allaha and olsun ki, bir nida eşitdim ki, deyirdi:
    "Vay olsun sənə ey Zəmrə! Bu gün dostların səni boşlamış. Sənin əbədi yerin Cəhənnəmdir.” İmam əleyhis-salam buyurdu: Allahdan afiyət və salamatlıq arzu edirəm. Rəsuli Əkrəmin hədisini məsxərəyə qoyan şəxsin cəzası bundan artıq ola bilməz.
    BƏRZƏX BARƏSİNDƏ ŞÜBHƏLƏR
    Bərzəx aləmi barəsində dinsizlər şübhə yaratmışlar. Bu şübhələr bu günlərdə də eşidilməkdədir. Amma bu məsələnin əsli Peyğəmbər dövrünə gedib çatır. Nəkir və Münkərin sualı barəsində deyirlər ki, əgər meyyitin ağzına bir şey qoysaq və sonradan həmin qəbri açsaq, həmin şeyi meyyitin ağzında görərik. Əgər ölüdən sual etmiş olsalar ki, onun ağzı tərpənməli, o şey onun ağzından yerə düşməlidir. Yaxud, misal üçün, deyirlər ki, qəbirdən qalxıb oturmasının əsər-əlamətini ölüdə görmürük. Bu cür nümunələr və s...
    Yaxud deyirlər ki, bəşər dəfn olunduqdan sonra torpağın altında çürüyüb aradan gedir. Bəs, Bərzəx aləmi Qiyamətə qədər olan xəbərlər hansıdır? Digər tərəfdən inkar olunmaz xəbərlərdə deyilir: Qəbirdə Möminə deyilir ki, nəzər et yetmiş zira boyunda. Bəziləri isə yetmiş illik yol boyunda Bərzəx aləmi onun üçün genişlənir. Qurani Məcidin aşkar ayələri də Bərzəx aləminə dair bəzi xəbərlər vermişdir ki, bu şübhələrlə birlikdə nə etməliyik? Cavab budur ki, əgər insan rəvayət və xəbərlərin istilahları ilə tanış olsa, bu məsələ onun üçün həll olacaqdır. Həzrət Sadiq əleyhis-salam Bərzəx aləminin əzabını bəyan edərək buyuranda Ravi soruşdu ki, Bərzəx hansıdır? Buyurur: ölüm anından başlayaraq Qiyamətə qədərdir ki, qəbir çuxuru Bərzəx aləmi və onun ruhunun mənzillərindən biridir. Nəinki bədənin çürüməsi ilə Bərzəx aləmi tamam olur.
    Mərhum Məclisi (r.ə) buyurur: Qəbrin adı zikr olunan xəbər və rəvayətlərdə məqsəd cismani qəbir deyil, Bərzəx aləmidir. Əgər, rəvayətlərdə "Allah Möminlərin qəbirlərini genişləndirir” deyilirsə, məqsəd ruhani Bərzəx aləmidir. Cismani qəbrin işıqlı, nurani və ya zülmət olması deyil. Kaş cismani olaydı:
    "Ağlayıram öz əməllərimin qaranlıq olması üçün.”
    Bir nəfər məsumların birindən dara asılmış adamın qəbir sıxıntısı barəsində soruşur ki, bu insan uzun illər dar ağacında asılı qalmışdı. Cavabda buyurulur:
    Yerin sahibi havaya da sahibdir və Allah əmr edir ki, hava onu sıxsın. Və bu sıxma qəbir sıxıntısından da daha şiddətlidir (əgər bir kəs, qəbir sıxıntısına layiq olarsa).
    Mühəqqiqlərdən biri buyurur ki, əgər bir şəxs Allaha, Onun Peyğəmbərinə və vəhyə iman gətirsə bu mətləbin qəbul olunması onun üçün daha asan olar.
    YUXU-BƏRZƏX ALƏMİNİN KİÇİK NÜMUNƏSİ
    Bərzəx aləminin nümunəsi bu dünyada yuxu görməkdir. İnsan yuxuda çoxlu qəribəlikləri müşahidə edir. Bəzən yuxuda görür ki, bir od çalasında yanır. Fəryad edir, "məni qurtarın!”, deyə qışqırır. Oyandıqdan sonra ətrafındakılara deyir ki, mənim səsimi eşitmədinizmi? Deyirlər ki, yox. Halbuki onun özü təsəvvür edirdi ki, boğazı fəryad etmək nəticəsində az qalır ki, deşilsin. Yaxud, yuxuda görür ki, zəncirə çəkilmişdir və zəncirin göstərdiyi təzyiq nəticəsində boğulmaq ərəfəsindədir. Nə qədər fəryad edirsə bir kəs onun dadına çatmır. İndi Allah daha yaxşı bilir ki, ölülər necə də fəryad çəkirlər amma biz eşitmirik. Bəli, ora başqa bir yerdir. Bəzi vaxtlar batini işlər zahirə də sirayət edir. "Kafi” kitabında Həzrət Cəfər ibni Mühəmməd Sadiq əleyhis-salamdan belə rəvayət edilib: Yuxu görmək xilqətin əvvəllərində yox idi. Peyğəmbərlərin birinin zəmanəsində Qiyamət barəsində söhbət etdi, camaat isə suallar verirdilər. Məsələn, ölü necə dirilə bilər? Həmin gecə yatdıqda müxtəlif yuxular gördülər. Sabahkı gün isə həmin yuxuları bir-birinə nəql etdilər. Həmçinin, həmin peyğəmbərə də dedilər. Peyğəmbər buyurdu: Allahın höccəti sizin üçün tamam oldu. Çünki, yuxuda gördükləriniz öldükdən sonra görməli olacaqlarınızın kiçik bir nümunəsidir.
    Bəzən batini işlər zahirdə də təsir qoyur. Bizə deyiləndə ki, qəbirstanın ziyarətinə gedin, "Fatihə” oxuyun, belə bir sual yarana bilər ki, ölünün ruhu bu nöqtədə deyil, əksinə, Allah bilir ki, onun ruhu haradadır. Amma onun cəsədi bu yerdə dəfn olunduğuna görə həmin məkanla əlaqəsi vardır. Rəvayətdə qeyd olunur ki, Möminin ruhu "Vadiyüs-səlam”da, Həzrət Əli əleyhis-salamın qonşuluğunda, kafirin ruhu isə "Bərəhut” səhrasındadır.
    ölümdən sonra bədən bərzəxi bir bədəndir; dünyadakı bədən kimi maddiyyatla əlaqəli olan çirkin bədən deyil, kölgəsi yoxdur. O qədər lətifdir ki, ruhlardan bəziləri (əgər, məhbus olmazsa) bütün aləmə əhatə tapa bilərlər.
    Mərhum Şeyx Mahmud Əraqi "Darüs-səlam” kitabının axırında nəql edir ki, Əl cəlil, böyük arif olan Seyyid Məhəmməd Əli Əraqi (onun adı Həzrəti İmam Zaman əleyhis-salamı görənlər sırasında qeyd olunub) buyurur: Uşaqlıq çağlarında öz əsl vətənimdə (İraqın kəndlərindən biri olan Kərimrub kəndi) idim. Adını və nəsəbini tanıdığım bir şəxs vəfat etdi. Onu gətirib bizim evlə üzbəüz olan məqbərədə dəfn etdilər. 40 gün müddətinə qədər hər vaxt məğrib olanda onun qəbrindən qalxan atəşin, alovun əlamətləri görünürdü. Bu qəbirdən can yandıran nalə və ahu-fəğan eşidirdim. Gecənin əvvəllərində o qədər ahu-nalə şiddətlənirdi ki, mən qorxub, təlaş hissi keçirirdim. öz-özümə əsməyə başlayırdım. Huşdan getmə adəti məndə baş vermişdi. Qohumlarım bu məsələdən agah olub məni götürüb öz evlərinə apardılar. Bir müddətdən sonra özümə gəlib o meyyiti görməklə məndə yaranan bu halətdən təəccübdə qaldım. Çünki, onun həyatının haləti ona köməyi yox idi. Sonradan məlum oldu ki, o kişi, bir müddət hökumət divanxanasında qazi işləyirmiş. Bir seyyiddən ağır məbləğdə vergi istəyib və o seyyid o məbləği verə bilməyib. Bu şəxs o seyyidi həbs etdirmiş və bir müddət zindanın tavanından asılı halda saxlamışdı.
    Kitabın müəllifi mərhum Əraqi deyir: Mən o ölən şəxsi görmüşdüm, ancaq rüsvay olmasın deyə, adını nəsəbini demirəm. (Sonra deyir:) Bu seyyid nəql edir ki, Tehranın ətraf məntəqələrindən birində yerləşən İmamzadə Həsən əleyhis-salamın ziyarətinə getdik. Yoldaşlardan biri qəbrin yanında zikr deməyə, ziyarət etməyə məşğul idi. Gün batan çağı gözlənilmədən o qəbirdən şiddətli hərarət qalxmağa başladı. Sanki onun daxilində dəmir əridilən sobalar qızdırılmışdı. O qəbrin ətrafında yaşamaq mümkün deyildi. Oradakı camaat da bu hadisəni müşahidə edirdilər. Elə ki, qəbrin daşını oxuyanda gördüm ki, bir qadının adı yazılıb. Mətləbin qısası budur ki, bəzi vaxtlarda əzabın şiddətindən ruh bərzəx aləmində həmin cəsədə də təsir qoyur. Məsələn, Yəzid ibni Müaviyənin (Allah ona lə”nət etsin) misal göstərmək olar. Belə ki, Bəni Abbas dövründə Bəni Üməyyədən olanların qəbirlərini açır, cəsədlərini yandırırdılar. Yezidin qəbrini açanda, cəsədin yanıb külə dönməsini göstərən nazik bir xətdən başqa bir şey tapmadılar. Bu mətləbin şahidləri olduqca çoxdur, qeyd olunanlarla kifayətlənirik. Belə ki, ruh bərzəx aləmində sevincdə, yüksək əhval-ruhiyyədədirsə, onun cəsədi də həyatın müəyyən mərhələsindən bəhrələnir. Bəlkə də bu mətləb də çoxdur. Baş vermiş bir neçə halı qeyd etməklə kifayətlənirik.
    "Səfinətul-bihar” kitabının 2-ci cildinin 562-ci səhifəsində nəql olunur ki, Müaviyənin zamanında o məl”unun köstərişi ilə "Ühüd” dağını kəhriz çəkmək üçün qazırdılar. Həzrət Həmzənin barmağına külüng dəyir və qan axmağa başlayır. Əmr ibni Cəmu və Əbdüllah ibni Əmr–hər ikisi "Ühüd” şəhidlərindən idi. Amma kəhrizin yolu üstündə olduqlarına görə pak cəsədləri çölə çıxmışdı. Halbuki tər-təzə idi. Bir qəbir qazıb onları yenidən orada dəfn edirlər. O böyük şəxsiyyətlərin dəfn olunduğu vaxtdan Müaviyənin hakimiyyətə gəldiyi vaxta qədər 40 il keçmişdi.
    "Rovzatul-cənnat” kitabında nəql olunub ki, Bağdad hakimlərindən bəzisi camaaatın Həzrəti Musəbni Cəfər əleyhis-salamın qəbrini çox ziyarət etdiyini görəndə, şərif qəbri dağıtmaq qərarına gəldilər. Dedilər ki, gəlin qəbri açaq. Əgər cəsəd təzə olsa, ziyarətinə icazə verərik; yox əgər təzə olmasa, icazə vermərik. Onlardan biri dedi ki, şiələrin öz alimləri barəsində olan əqidələri, elə həmin əqidədir. Yaxınlıqda, çayın kənarında şiələrin böyük alimlərindən biri olan Məhəmməd ibni Kuleyninin qəbri yerləşir. Şiələrin əqidələrinin doğruluğunu bilmək üçün yaxşı olar ki, əvvəlcə onun qəbrini açaq. Sonra mərhum Kuleyninin qəbrini açırlar və cəsədinin sanki təzəcə dəfn olunmuş kimi təzə-tər, çürüməmiş görürlər. Cəsədinin kənarında bir uşaq da dəfn edilmişdi. Deyəsən, onun övladlarından imiş. Bağdadın hakimi əmr edir ki, o böyük alimin qəbrini təmir edib üstündə böyük bir məqbərə düzəltsinlər. Bundan sonra həmin qəbir böyük ziyarətgah kimi məşhurlaşır. Həmin kitabda Şeyx Səduq Məhəmməd ibni Babəveyhin kəramətlərindən də qeyd olunub (O, Rey şəhərində, Həzrəti Əbdül-Əzim əleyhis-salamın qəbrinin yanında dəfn olunub). Bu kəramətlərdən bəzisi bizim zəmanəmizdə də zahir olmuşdur. Camaatdan çoxları bu hadisəni müşahidə etmişlər. Belə ki, o böyük alimin cəsədi dəfnindən min il keçməsinə baxmayaaq, çürüməmiş, sağlam qalmışdı. Məsələ belə olmuşdu: Güclü sel nəticəsində qəbir yarılmışdı. Onu təmir etmək istəyəndə, cəsədi, qoyulduğu sərdabədə salamat görürlər. Bu məsələ Tehranda ildırım sürətilə yayılır və dövrün şahı Fətəli Şaha çatır. Şah deyir ki, bu kəraməti yaxından görmək istəyirəm. öz vəzir-vəkillərindən və bir neçə alimlə birlikdə həmin yerə gəlirlər. Alimlər şahın oraya girməsini məsləhət görmürlər. Sonra şahın əmri ilə alimlər və vəzirlər sərdabəyə daxil olurlar. Cəsədi olduğu kimi görüb nəql edirlər. Şah əmr edir ki, o şərif qəbrin üstündə əzəmətli bir bina düzəltsinlər. Bu bina hal-hazırda da böyük ziyarətgahlardan biridir.
    İbni Babəveyhin vəfat tarixi 385-ci hicri qəməri ili, qəbrinin açılması hadisəsi isə 1338-ci hicri qəməri ilinə təsadüf edir. Deməli, onun vəfatından qəbrinin açılmasına qədərki vaxt 855 ildir.
    Qısa şəkildə demək olar ki, bərzəx aləminə etiqad insan ruhunun ölümdən Qiyamətə qədər bərzəx aləmindəki verdiyi xəbərlər ilahi vəhydir ki, Quranda və rəvayətlərdə Peyğəmbərdən mütəvatir şəkildə bizə gəlib çatmışdır. Qeyd olunduğu kimi, məlaikə, Qiyamət, Sirat, Cənnət, Cəhənnəm, Mizan və s. kimi məsələlərə iman gətirmək kimi, bunların hamısı qeyb aləminə imandır. Və bunun da səbəbi ilahi vəhylərdir. Burada belə məsələlərin baş verməsinin çox qəribə olmasını, bərzəx aləminin münkirlərin yaratdığı şübhələrə cavab verilməsi, ruhların necə savabda, yaxud əzabda olmaları barədəki şübhələrin cavablarından biri, yaxşı və pis yuxulardır. Yuxuda insan səs-küy, həyəcanlı səhnələri görür, ancaq onun yanında olanlar eşitmir. Bəzən yuxu aləmində ölmüş insanları yaxşı və xoşhal halda; yaxud pis və ağır vəziyyətdə görürük. Yuxunu görən o yuxunu işin həqiqətindən, vaqe olmasından bir xəbər kimi hesab etməməlidir. Çünki, yuxulardan çoxu, insanın vəhm qüvvəsinin yaratdığı şeylərdir. Onlardan çoxu mürəkkəb olub təbirə ehtiyacı var. Amma onlardan bəziləri sadiq yuxular olub həqiqətdən söz açırlar. Bilmək lazımdır ki, sadiq yuxularda da əgər bir kəs ölən bir şəxsi yaxşı halda görsə, onun həmişə bu halda olmasını hökm etmək olmaz. Çünki, ehtimal verilir ki, ölən insan həmin halda itaət və xeyir əməl etdiyi saatlar müqabilində müəyyən nemətlərdən bəhrələnir, başqa saatlarda isə, layiqsiz, yaramaz və pis əməllərinin saatlarında isə ruhi əzablara mübtəla olur. Bunun əksi də mümkündür: əgər meyyiti pis halda, xəstəlik halında görsələr, bu onun həmişə belə halda olmasına dəlalət etmir. Çünki, bu, onun etdiyi günahlar müqabilində olan saatı ola bilər və sonradan yaxşı işlərinin müqabilində yaxşı nemətlərdən bəhrələnə bilər.
    Bütün bunları qeyd etməkdə məqsədimiz budur ki, əgər bir kəs ölmüş bir şəxsi yuxuda pis halda görsə, heç də məyus olmasın və ehtimal versin ki, sonradan o, yaxşı halda olacaqdır. Onun barəsində dua etmək, onun əvəzindən sədəqə vermək, saleh əməllər görməklə ona nicat versin. Əgər meyyiti yaxşı halda görsə, həmişə bu halda olmasına yəqin etməsin və deməsin ki, daha diri şəxslərin onun dadına yetişməsinə ehtiyac yoxdur. Sözün uzadılmasında məqsədimizdən biri də budur ki, biz öləndən sonra bərzəx aləmində olan xəbərlər çox az adamlara aşkar olur. Fərzən əgər məlum da olsa, haradan bizim üçün ürəyi yananlıq etməsi məlum olar? Deməli, yaxşı olar ki, nə qədər ki, diriyik, özümüzün fikrində olaq. Yəni, öz keçmiş əməllərimizi dəqiq şəkildə araşdıraq; əgər hər hansı vacib bir əməli fövtə vermiş olsaq, yerinə yetirək, günahlarımızdan tövbə edək, bacardığımız qədər saleh, yaxşı əməlləri görməyə çalışaq. Xüsusilə, müstəhəb və vacib ehsanlar etməklə axirət səfərinə tədarük görək.
    Category: Quran və Qiyamət “Tur” surəsinin təfsiri | Added by: Islam_Kitabxanasi (2012-06-08)
    Views: 733 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024