İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Quran » Əl-Bəyan 2-ci cild

    Əl-Bəyan 2-ci cild
    İSLAMDA NӘSX
    Müsәlmanlar arasında nәsx barәsindә heç bir ixtilaf nәzәrә çarpmır. Çünki keçmiş din vә ehkamlar mәhz islam dini tәrәfindәn nәsx olub aradan getmişdir. Hәtta onun özündә belә bәzi hökmlәr nәsx olaraq yeni qanunlarla əvəz olunmuşdur.
    Məsələn: Quran, müsəlmanların üzlərini ona tərəf tutub namaz qıldıqları ilk qiblənin nəsx olunduğunu bəyan edir. Və bu hökm hər bir müsəlman tərəfindən arada heç bir ixtilaf olmadan qəbul olunur və sual doğuran məsələlərdən biri də budur ki, görəsən Quranda nəsx olunan bəzi ayələr (hökm və qanunlar) Quranın öz ayələri ilə, ya Peyğəmbər (s) buyurduqları, ya müsəlman icması tərəfindən və ya əql və təfəkkür yolu ilə nəsx olunmuşdur. Bu olduqca geniş və çox şaxəli məsələ olduğu üçün müqəddimə olaraq nəsxin neçə hissədən ibarət oluduğu haqda müxtəsər məlumat vermək yerinə düşərdi.
    1. Tilavətlərdəki nəsx:
    Deyilir: Ayələrdən bəziləri hal-hazırki Quran nüsxələrində mövcud olmasa və oxunmasa da şəri hökm olaraq müsəlmanlar tərəfindən icra olunur. Onlardan biri də «Rəcm» (daşqalaq) ayəsidir.
    Cavab: Nəsxin bu növünə «Tilavətdəki nəsx deyilir». Burada hökmün özü deyil, ayənin oxunuşu nəsx olunmuşdur. Lakin təhrif haqda söhbət açarkən bu mətləbə işarə etdik ki, tilavətlərin (oxunuşun) nəsx olunduğunu qəbul etmək, onun təhrif olunduğunu qəbul etmək deməkdir. və bunu isə sübuta yetirəcək heç bir dəlil yoxdur. Bu barədə nəql olunmuş rəvayətlərə gəldikdə isə, onlar «vahid xəbər» formasında nəql olunmuşdur. Bu kimi mühüm mətləblər isə «vahid xəbər» formasında nəql olunmuş rəvayətlərlə isbat olunmayır. Çünki, müsəlman icması bu barədə eyni nəzər və əqidəyə malikdirlər. Quranın özü vahid xəbərlə sabit olmadığı kimi, onun nəsx olunmasını da vahid xəbərlə sübuta yetirmək qeyri-mümkündür.
    Onu da qeyd edək ki, böyük əhəmiyyət kəsb edən hər bir mətləb tez bir zamanda cəmiyyətdə yayılıb bir çoxlarını özünə cəlb edir. Belə bir xəbər bir çoxları tərəfindən nəql olunur və zaman keçdikcə mütəvatirlik mərhələsinə çatır. Demək, mühüm bir hadisənin vahid xəbər formasında nəql olunması onun əsla baş vermədiyinə dəlalət edir. Və bu barədə məlumat verən şəxs nəql etdiyi rəvayətdə ya səhvə və ya yalan və iftiraya yol vermiş olur. Çünki, əgər həqiqətən əhəmiyyət kəsb etmiş olsaydı, bir çoxları tərəfindən nəql olunar və mütəvatirlik mərhələsinə çatardı.
    Belə bir halda vahid xəbər halında nəql olunmuş rəcm ayəsini Quran ayələrindən biri kimi qəbul edib tilavətinin nəsx, lakin icra olunduğunu necə iddia etmək olar?
    Bəli, bir qədər əvvəl qeyd etdik ki, Ömər yazılı nüsxə gətirib onun Quranın rəcm ayələrindən biri olduğunu iddia etmiş, lakin özündən başqa heç bir şahidi olmadığı üçün onu yığılmaqda olan Quranın orжinal nüsxəsinə əlavə etməmişlər. Sonralar rəcmi tilavəti nəsx, lakin hökmü icra olunan ayə kimi qələmə verilmişdir.
    2. Hökm və tilavətlərin nəsxi:
    Bəziləri belə bir iddia irəli sürürlər ki, Quran ayələrindən bir neçəsi müxtəlif səbəblər üzündən bəzi ayələrlə nəsx olunmuş və hal-hazırda nə onların oxunuşu, nə də digər şəri hökmlər kimi icrasına əməl olunur. Yəni onların həm tilavəti, həm də icrası nəsx olunmuşdur.
    Bu nəzəriyyənin tərəfdarları «təhrif»ə dair haqqında söhbət açdığımız ayrıca fəsildə Aişədən nəql olunmuş 10-cu rəvayətə istinad edirlər.
    Lakin nəsxin birinci fəslinə tutulan irad və nöqsanlar sözsüz ki, belə bir əsassız nəzəriyyəyə də şamil olunur. Belə ki, Aişədən nəql olunmuş rəvayət bizlərə vahid xəbər halında gəlib çatmışdır. Bir halda ki, Quranın mötəbərliyinə və ona dair olan hər hansı bir mətləb vahid xəbər halında nəql olunmuş rəvayətlərlə sübuta yetirilmir.
    3. Hökmlərdəki nəsx:
    Mübahisə doğuran məsələlərdən biri də ayələrdən bəzilərinin nəsx olunaraq digər şəri hökmlər kimi icra olunmaması (və ya icrasının qadağan olunduğu) lakin tilavət zamanı digər ayələr kimi oxunmasıdır. Alim və müfəssirlərin əksəriyyəti nəsxin bu növünü qəbul etmiş və Əbu Cəfər Nəhas, Hafis Müzəffər Farsi kimi bəzi görkəmli alimlər bu barədə ayrıca kitablar təlif etmişlər. Və eyni zamanda təhqiqatçıların və Quran mütəxəssislərinin bir çoxu bu nəzəriyyəni qətiyyətlə rədd edərək Quran ayələrindən birinin də olsun nəsx olunmadığını isbat etməyə cəhd etmişlər.
    Lakin diqqət yetirmək lazımdır ki, alim və təhqiqatçılar arasında ayələrin bəzilərinin nəsx olunub-olunmaması haqda fikir ayrılığı olsa da, keçmiş dinlərin hətta islam dininin zühur etdiyi dövrlərdə qüvvədə olan qanun və hökmlərin nəsx olunduqları haqda bir-birləri ilə əsla müxalif deyillər.
    NƏSX
    Daha dəqiq nəzəriyyə əldə etmək üçün müəyyən izahatlar verməyi özümüzə zəruri hesab edirik:
    Hər-hansı bir hökmün Qurandkı daimi hökmlər aşağıdakı hallarda nəsx oluna bilər.
    1. Quranın daimi hökmlər Peyğəmbər (s) və məsum İmamlar (ə) tərəfindən nəql olunmuş mütəvatir hədis və rəvayətlərlə nəsx olunmuş olsun. Belə bir nəsxin əql və nəql olunmuş rəvayətlər baxımından heç bir nöqsanı yoxdur. Və əgər sabit olunarsa təxirə salınmadan icra olunmalıdır, yox əgər sünnə və nəql olunmuş mütəvatir rəvayətlərdə həmçinin icmada öz əksini tapmazsa nəsx hesab olunmayır, çünki nəsx vahid xəbər halında nəql olunmuş rəvaytlərlə sabit olunmur.
    2. Mövzu baxımından tamamilə eyni olan ayələr:
    3. Zahiri baxımdan deyil, bəlkə daşıdığı məna baxımından nəsx olunmuş ayələrlə ziddiyyət təşkil edən ayələr:
    Araşdırmalar göstərir ki, Quranda bu kimi nəsx hallarına rast gəlmək olmur. Ona görə ki, Quran bu kimi ixtilaf və ziddiyyətləri özündən dəf edir. Belə ki, Nisa surəsinin 82-ci ayəsində buyurulur:
    «Onlar Quran barəsində [onun Allah kəlamı olması haqqında] düşünməzlərmi? Əgər o Allahdan qeyri tərəfindən olsaydı, əlbəttə onda çoxlu ziddiyyət, ixtilaf, uyğunsuzluq tapılardı.»
    Alim və müfəssirlərin bir çoxu ayələrin həqiqi (batini) mənalarına lazımı diqqət yetirmədikləri üçün belə bir qənaətə gəlmişlər ki, Quranın bəzi ayələrində müəyyən ixtilaf və ziddiyyət mövcuddur. Bu qənaətə gəlməklə sonradan nazil olunmuş ayələri ilk dövrlərdə nazil olmuş ayələri nəsx etdiyini təsəvvür etmişlər. Belə bir yanlış qənaətə gəlməklə alimlərin bəziləri, hətta ümumiyyət və xüsusi, məhdud və qeyri-məhdud xarakteri daşıyan və bir-birlərini təfsir edən iki ayə arasında ixtilaf və ziddiyyətin mövcud olduğuna dair müxtəlif fikir və mülahizələr irəli sürmüşlər.
    Əlbəttə belə bir qənaətə gəlməyin əsas səbəbi nəsx sözünün lüğəvi mənasını lazımınca araşdırmamaq və səhlənkarlıq üzündən baş verir.
    Belə isə nəsx nəzəriyyəsinin tərəfdarlarının irəli sürdükləri fərziyyələrə son qoymaq üçün bu kimi ayələri diqqətlə araşdırmalı və şəriət hökmlərinin sübuta yetirilməsində istifadə olunmalıdır.
    NƏSX EDƏN VƏ NƏSX OLUNMUŞ AYƏLƏRİN ARAŞDIRILMASI
    Nəsxin mahiyyəti və nədən ibarət olduğu bizə məlum olduqdan sonra nəsx olunduğu iddia olunan ayələr haqda söhbət açmaq və onları ayrı-ayrılıqda araşdırmağı özümüzə lazım bilib, bu haqda yeni fəsil ayırdıq. Biz burada nəsx olunmadığı bəlli olan ayələr deyil, məna və məfhum baxımından sual doğuran və nəsx olunduğu ehtimal olunan ayələr haqda söhbət açacağıq.
    1. KİTAB ƏHLİNİN ƏFV OLUNDUĞUNU BƏYAN EDƏN AYƏNİN NƏSXİ
    «[Ey möminlər!] Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərində həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda yenidən küfrə sövq etmək istərlər. Allahın əmri gəlincəyə qədər (hələlik) həmin şəxsləri əfv edin və onları qınamayın [onlardan üz çevirməyin]. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.» (Bəqərə-190).
    İbni Abbas, Qətadə və Sudeydən nəql olunmuş rəvayətə görə bu ayə Tövbə surəsinin 29-cu ayəsinə nəsx olunmuşdur. Orada deyilir:
    «Kitab əhlindən Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Peyğəmbərinin haram buyurduqlarını haram bilməyən və haqq dini [islamı] qəbul etməyənlərə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun.»
    Müəllif: Qeyd olunan ayənin nəsx olunduğunu qəbul edəriksə, iki əsassız fərziyyənin qəbul etməliyik.
    1. İlk növbədə müvəqqəti hökmün vaxtı sona çatdıqdan sonra onu nəsx adlandırmalıyıq (yəni nəsx olunuş ayələr sırasına daxil etməliyik). Bir halda ki, nəsx yalnız daimi hökmlərin əvəz olunmasına deyilir. Çünki əgər hökm elan olunduğu zaman onun [qüvvədə olunduğu] müddətdə işarə olunarsa, artıq o daimi deyil (müvəqqəti və qeyri-sabit olaraq qəbul ediləcəkdir). Təyin olunmuş müddət başa çatdıqdan sonra isə öz qüvvəsini itirir.
    Hər hansı bir sabit və müvəqqəti hökmün müddətinin bəlli olmasının isə nəsx ilə heç bir əlaqəsi yoxdur. Çünki nəsx deyildikdə biz müvəqqəti hökmün qüvvədə olduğu müddətin sona çatdığını bəyan etmək deyil, daimi hökmlərin [zaman və şərait tələb etdiyi təqdirdə] başqa hökmlərlə əvəz olunmasını nəzərdə tutmalıyıq.
    Fəxri Razinin fikrincə müvəqqəti hökmün qüvvədə qaldığı müddətin ayə və rəvayətlə bəyan olunması nəsx olunmuş ayələr qəbilindəndir. Lakin bu tamamilə yanlış və heç bir elmi əsası olmayan nəzəriyyədir. Verilmiş ilk hökmün daimi olduğu bəyan edildikdə belə nəsx heç bir məna və məfhum kəsb etməyəcəkdir. Nəsx yalnız daimi və müvəqqəti hökmün müddəti bəyan və müəyyən olunduqda öz təsirini göstərə bilər. Yəni yeni hökm sadir olmaqla verilmiş ilk və müvəqqəti hökmün müddəti başa çatdığı bildirilir. Digər tərəfdən isə sonradan nazil olmuş ayələrin [ilk ayələri] nəsx edici xarakter daşıdığını qəbul ediriksə, cihad hökmünün kitab əhlinə də şamil olduğunu qəbul etməliyik. Belə ki, ilk növbədə onlar islama və təkallahlığa dəvət olunmalı, qəbul etmədikdə isə cihad hökmü verilməlidir. Lakin cihad hökmü yalnız üç halda verilə bilər:
    1. Müsəlmanlara qarşı müharibə elan etmiş olsunlar; Qurani-kərimdə bu haqda buyurulur:
    «[Ey möminlər!] Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən aşmayın. Allah həddi aşanları sevməz!» (Bəqərə-190).
    2. Müsəlmanlar arasında fitnə, ictimai və fərdi qarşıdurma yaratmış olsunlar;
    «Müşriklərin fitnəsi qətildən daha şiddətlidir.» (Bəqərə-191).
    3. Cizyə verməkdən boyun qaçırmış olsunlar.
    «Öz əlləri ilə cizyə verməyincəyə qədər vuruşun.» (Tövbə-29).
    Cihad hökmü kitab əhlinə qarşı yalnız bu üç halda verilə bilər. Göründüyü kimi sonradan nəsx olunsun deyə onların küfr etmələrinə görə cihad hökmü verilməmişdir.
    Demək qeyd olunan ayələrdə nəsx hökmü verilməmişdir. Hər iki ayənin hökmü sabit və dəyişilməzdir və onlar bir-birlərini nəinki nəsx etməyir, bəlkə əksinə olaraq təfsir və izah edir. Hər iki ayənin məfhumu bundan ibarətdir ki, kitab əhli ilə sülh və əmin-amanlıq şəraitində yaşamalı (birinci ayədə deyildiyi kimi) və yalnız yuxarıda qeyd olunan zəruri hallarda cihad hökmü verilməlidir (necə ki, ikinci ayədə buna dair qəti hökm verilir).
    Bunu da qeyd etmək lazımdır ki, «Hətta yətiyəllahu bi əmrihi – yəni Allahın əmri gəlməyənə qədər...» nəsx olunmuş əfv ayəsindəki (əmr) kəlməsi ki, göstəriş və fərman kimi mənalandırmaqla ayədən belə bir məna əldə etmişlər ki, cihad hökmü verilməyincə kitab əhli əfv olunmalı və onlarla sülh və əmin-amanlıqda yaşanmalıdır. Bu səbəbdən də nəsx nəzəriyyəsinin tərəfdarları belə bir qənaətə gəlmişlər ki, cihad hökmü verilməklə Bəqərə surəsinin 109-cu «əfv» ayəsi nəsx olunmuş və öz qüvvəsini itirmişdir.
    Lakin belə bir nəzəriyyənin həqiqət olduğunu fərz etsək də belə, onu heç də nəsx ilə əlaqələndirməməliyik. Çünki hökmün müvəqqəti olduğu elə ilk ayədən bəlli olur.
    Ayədəki «əmr» kəlməsi isə heç də «göstəriş» və «fərman» mənasını daşımır. Buradan əsas məqsəd «təqdir» və «aqibət»dir. Belə olduqda ayədən belə bir məna əldə edəcəyik. «Kitab əhli ilə sülh və əmin-amanlıq şəraitində yaşayın və onlarla xoş rəftar edin. İslam zəfər çalacağı günə qədər (ilahi təqdir həyata keçənədək). Sizinlə düşmənçilik etdikləri zaman bütün pisliklərinə qarşı dözümlü olub əfv edin. O gün artıq onlar sizə qarşı düşmənçilik edə bilməzlər. Nəhayət siz onların qərəzli niyyətlərindən asudə xatir olaraq əmin-amanlıqda qalacaqsınız.
    Demək «əmr» ayədə «fərman» və «göstəriş» mənalarında deyil, «təqdir» və «aqibət» mənasını daşıyır. Ona görə ki, əvvəla bu kəlmə «göstəriş» və «fərmandan» daha çox ayədə istifadə olunan «ityan – gətirmək, yerinə yetirmək» ifadəsi ilə münasibdir.
    Digər tərəfdən isə ayənin sonunda «İnnəllahə əla kulli şəyin qədir – həqiqətən Allah hər şeyə qadirdir!»Allah-taala bu kimi ifadələrlə vəsf olunur. Və məlum məsələdir ki, «bacarığı» (qadir olmağı), əmr edib, hökm sadir etməkdən daha çox müsəlmanları qalib, düşmənlərini məğlub etməklə əlaqələndirmək olar.
    Bütün bu dəlillərə istinad edərək deyə bilərik ki, ayədəki «əmr» kəlməsi «fərman» və «göstəriş» mənasında deyil, əvəz olunmaz ilahi təqdir və aqibət mənasında işlənmişdir. Beləliklə ayənin nəsx olunma nəzəriyyəsi öz etibarını itirir.
    2. QİBLƏ AYƏSİNİN NƏSXİ
    «[Şərq də qərb də Allahındır. Hansı tərəfə yönəlsəniz [üz tutsanız] Allah oradadır. Şübhəsiz ki, Allahın mərhəməti genişdir və O, hər şeyi biləndir!» (Bəqərə-115).
    İbni Abbas, Əkrəmə, Əbul Aliyə, Həsən Bəsri, Qətadə, Sudey və Zeyd ibni Əsləm kimi məşhur təfsir alimləri bu ayənin nəsx olunduğuna dair bir-birindən bir qədər fərqli fikir və mülahizələr irəli sürmüşlər. İbni Abbas bu ayəni Bəqərə surəsinin 150-ci ayəsindəki bu cümlə ilə «Və həysu ma kuntum fəvəllu vucuhəkum mətrəhu – [Ey müsəlmanlar!] harada olsanız, üzünüzü o tərəfə döndərin...» ayəsi ilə, Qətadə isə həmən ayədəki başqa bir cümlə ilə nəsx olunduğunu hesab etmişdir.
    «Fəvəllə vəchəkə şətrəl məscidil haram – [Ya Məhəmməd!] haradan [səfərə] çıxsan [namaz vaxtı] üzünü Məscidul-harama tərəf çevir.»
    Onlar ayənin nəsx olunduğunu belə bəyan edirlər. Ayənin məzmunundan belə məlum olur ki, müsəlmanlar islam zühur etdiyi ilk illərdə namaz qılarkən üzlərini istədikləri tərəfə tutur və beləliklə gündəlik ibadətlərini yerinə yetirmiş olurdular. Lakin Peyğəmbər (s), Beytul-müqəddəsi qiblə olaraq təyin edir və müsəlmanlara ona tərəf namaz qılmalarını əmr edir. Növbəti ayələr nazil olmaqla Peyğəmbərin (s) üzünü Beytul-müqəddəsdən çevirib Məscidul-harama [Kəbə evinə] tərəf tutması əmr olunur. Beləliklə, yəni ayə nazil olmaqla [ilk qiblə hökmü] nəsx olunur.
    Müəllif: «Fəəynəma təvəllu fəsəmmə vəchullah – hansı tərəfə yönəlsəniz [üz tutsanız] Allah oradadır»ayəsinin nəsx olunduğu haqda irəli sürülmüş nəzəriyyəni bir neçə səbəbdən əsassız hesab etmək olar.
    Əvvəla ona görə ki, Peyğəmbərin (s) Beytul-müqəddəsə tərəf üz tutub namaz qılması şəxsi istək üzündən deyil, Allah-taala tərəfindən təyin olunmuşdur.
    Bəqərə surəsinin 143-cü ayəsində bu haqda deyilir:
    «[Ya Məhəmməd!] İndi yönəldiyin qibləni [Kəbəni] adi sənə tabe olanlarla səndən üz çevirənləri bir-birindən ayırd etmək üçün [qiblə] təyin etdik.»
    Digər tərəfdən isə «hansı tərəfə yönəlsəniz» ayəsinin nəsx olunması üçün qiblə hökmü ilə heç bir əlaqəsi yoxdur. Ayənin verdiyi hökm sabit və dəyişilməzdir və onun nəsx olunmasına da heç bir əsas yoxdur. Belə ki, Allah-taala «la məkan» bir varlıq olduğu üçün Onun müəyyən yer və iqamətgahı yoxdur. O, hər yerdə və hər tərəfdədir. İnsan hara üz tutarsa Allah-taala da oradadır.
    Məhz bu ayəyə istinad edərək Əhli-beyt (ə) qibləyə dair bir neçə hökm sadir etmişdir.
    1. Səfərdə olan şəxs müstəhəbb namazlarını istədiyi tərəfə qıla bilər;
    2. Əgər səhv üzündən vacib namazlar şərq ilə qərb arasında qılınarsa, düzgün hesab olunur;
    3. Qurandakı səcdə ayələri oxunarkən istənilən tərəfə səcdə etmək olar;
    4. Qiblənin istiqamətini müəyyən edə bilməyən şəxs istədiyi səmtə namaz qıla bilər.
    Buradan belə bir nəticəyə gəlirik ki, «Əynəma təvəllu – hansı tərəfə yönəlsəniz» ayəsi ümumiyyət xarakteri daşıyır. Yəni insan bütün işlərində hara üz tutarsa, Allah-taalaya tərəf yönəlmiş olur. Bu ümumi hökm gündəlik vacib namazlara da əlavə olunmuşdur. Alimlərin bəzilərinin fikrincə, hətta müstəhəbb namazlar da belə – əgər minik üzərində (yəni hərəkət olunmadan) qılınmazsa (qılınarsa) – həmən hökmə əməl edərək qibləyə tərəf yönəlməlidir.
    Demək, «Əynəma təvəllu – hansı tərəfə yönəlsəniz» ayəsi nəsx deyildir, əksinə olaraq sonrakı ayələrə müəyyən əlavələr olunmuşdur.
    Ayənin nəsx olunmasını isə iki halda qəbul etmək olar:
    1) Ayə, Peyğəmbərə (s) üzünü Kəbəyə tərəf tutmasına dair nazil olunmuş ayədən əvvəl nazil olduqda; Bir halda ki, bunu isbat edəcək heç əsas və dəlil yoxdur.
    2) Ayə yalnız vacib namazlar barəsində nazil olmuş olaydı. Lakin bu hökm təkcə vacib namazlara deyil, digər müstəhəbb namazlara da şamil olunur. Qeyd etmək lazımdır ki, bir çox əhli-sünnə mənbələrindən bu mətləbə dəfələrlə işarə olunmuşdur. Məsələn, Təbəri öz təfsirində yazır:
    Ayə, müstəhəbb namaz və dualar, səfərdə ikən qibləyə doğru hərəkət etməyən müsafir (yəni, səfərdə olan şəxs) və ya səhv üzündən qibləyə tərəf qılınmayan namazlar barəsində nazil olunmuşdur.
    Nəticə: Deyilənlərdən belə məlum olur ki, ayənin nəsx olunmasına dair irəli sürülən iddia tamamilə batil və əsassızdır.
    Qeyd edək ki, ayənin nəsx olunmasına dair onlarla hədis və rəvayət nəql olunmuşdur.
    Bəzən ümumi xarakter daşıyan hər hansı bir ayənin nəsx olunmasından müəyyən mətləb nəzərdə tutulur. Və belə olduqda hər hansı bir mövzunun (hökmün) nəsx olunması tamamilə adi hal daşıyacaqdır. Bəlkə də İbni Abbas nəsx deyildikdə məhz bu mətləbi nəzərdə tutmuşdur.
    3. QİSAS AYƏSİNİN NƏSXİ
    «Ey iman gətirənlər! [Qəsdən] öldürülən şəxsdən ötrü sizin üçün qisas almaq hökmü qərara alındı [vacib oldu]. Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzinə [öldürə bilərsiniz].» (Bəqərə-138).
    Deyilənlərə görə bu ayə Maidə surəsinin 45-ci ayəsi ilə nəsx olunmuşdur. Orada deyilir:
    «Biz Tövratda İsrail oğullarına yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burununki burun, qulağınki qulaq, dişinki dişdir...»
    Nəsx nəzəriyyəsinin tərəfdarları ayənin izahında deyirlər: «Qisas hökmünü verən ilk ayədə hökmün bərabər və eyni səviyyədə icra olunması bildirilir. Qadının qisası olaraq qadını, kişinin qisası olaraq kişini, qulun qisası olaraq qulu. Lakin Maidə surəsinin 45-ci ayəsində bu hökmün tamamilə əvəz olunduğunun, daha dəqiq desək nəsx olunduğunun şahidi oluruq.»
    Əhli-sünnə alimlərinin bəziləri belə bir mətləbə istinad edərək deyirlər: Kişinin vərəsəsinə diyənin yarısı ödənilmədən qadının qisası olaraq kişini öldürmək olar. Lakin Həsən Bəsri və Əta bu hökmə müxalif olduqlarını bildirmişlər. Məşhur fiqh alimlərindən biri olan Ləys bu barədə öz nəzərini belə bəyan etmişdir. Kişi öz qadını istisna olmaqla, başqa bir qadını qətlə yetirərsə qisas olaraq qətlə yetirilir. Lakin imamiyyə (şiə) alimlərinin nəzərlərinə əsasən, qətlə yetirilmiş qadının sahibi qatilin qisas olunmasında və ya ondan diyə almaqda tam ixtiyar sahibidir. Amma, əgər qisas olunarsa kişinin diyəsinin yarısı onun vərəsəsinə verilsin.
    Əhli-sünnə alimlərinin əksəriyyəti belə bir fikirdədirlər ki, azad bir şəxs qisas olaraq qulun müqabilində öldürlməməlidir. Şiə alimlərinin nöqteyi-nəzərindən bu məsələ icmai şəkildə qəbul edilir. Lakin Əbu Hənifə, Suri ibni Əbi-leyla, Davud və başqaları bu nəzəriyyəyə qarşı müxalif olduqlarını bildirmişlər. Onlar bu barədə öz nəzərlərini belə bəyan etmişlər: Azad bir şəxs başqa birisinin ixtiyarında olan qulun qisası olaraq öldürülə bilər. Hətta əhli sünnə alimlərinin bəziləri belə bir fikirdədirlər ki, azad bir şəxs kölənin qisası olaraq öldürülə bilər, hətta əgər kölə onun ixtiyarında olmuş olsa da.
    Cavab: Əvvəla qisas hökmünü verən ilk ayənin məna və məfhum baxımından nəsx ilə heç bir əlaqəsi yoxdur və ayədə verilən hökm sabit və dəyişilməzdir.
    İkinci ayəyə gəldikdə isə, qeyd etmək lazımdır ki, o, məna və məfhum baxımından tamamilə fərqlidir və ilk ayəni nəsx edəsi heç bir xüsusiyyətə malik deyildir. Göründüyü kimi bu ayədə qisas hökmünün şərt və xüsusiyyətləri bəyan edilir, yəni bir tərəfdən qisasın qanuni hökm olduğu, digər tərəfdən isə qisasın hansı şəraitlərdə və necə həyata keçirilməsi bildirilir. Belə ki, qətl, yaralanma və cəzalandırılma hallarında biz müxtəlif cəza tədbirlərini müşahidə edirik və bütün bu hallarda cəza üsullarından lazımı qaydada istifadə olunmalı və kimsənin haqqı tapdalanmamalıdır.
    Demək, ayədən iki mühüm nəticə əldə edirik: Onlardan biri qisasın qanuni hökm olması, digəri isə qisasın törədilmiş cinayətə müvafiq olaraq həyata keçirilməsidir.
    Deməli, bu ayə qisas hökmünü bəyan edən ilk ayəni daha geniş surətdə şərh və izah edir. Başqa bir yerdə qisas hökmü belə bəyan edilir:
    «Sizə qarşı həddini aşanlarla siz də həmin ölçüdə həddi aşın [cavab verin].» (Bəqərə-194).
    Belə isə biz ilk qisas hökmünün Maidə surəsinin 45-ci ayəsi ilə nəsx olunduğu həqiqət və nəticədə azad bir şəxs qulun və kişini qadının qisası olaraq öldürülməsinin qanuni olduğunu qəbul etməyə heç bir dəlilə istinad edə bilmərik.
    Category: Əl-Bəyan 2-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 461 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019