İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Əl-Bəyan 2-ci cild

    Əl-Bəyan 2-ci cild
    İRƏLİ SÜRÜLƏN NƏZƏRİYYƏLƏR VƏ CAVABLAR
    TƏLAQ AYƏSİ İLƏ MÜTƏ HÖKMÜNÜN NƏSXİ
    «[Ya Peyğəmbər!] övrətlərini boşadığın zaman onları gözləmə müddətlərində [heyzdən pak olduqdan sonra] boşayın.» (Təlaq-1).
    Ayəyə istinad edərək mütə hökmünün nəsx olunuduğunu hesab edir və mütə tərəfdarı olduğu bir halda bu nəzəriyyənin ilk dəfə İbni Abbas tərəfindən irəli sürüldüyünü iddia etmişlər.
    Cavab:
    Əgər mütə ayəsinin, təlaq ayəsi ilə nəsx olunma zərurəti təlaq verilmiş qadınlara verilmiş iddənin vacibliyindən irəli gəlsəydi, müvəqqəti evlənmək üçün saxlanınlan iddə təlaq iddəsindən az olduğu hər iki hökm bir-birindən tamamilə fərqlənərdi. Yalnız belə bir halda deyə bilərik ki, təlaq iddəsi ilə əlaqəsi olduğu üçün nəsx olunmuşdur. İrəli sürülən dəlilə veriləcək dəlil artıq bəllidir. Çünki nə bu və nə də digər ayələr qadınların iddə müddətinin eyni olmasına dəlalət etmir və bunun eyni olmasına evlilik dövründə saxlanılan iddə müddətinin digər iddələrdən az olmasına – onun nəsx etməsinə – dəlil hesab edə bilmərik.
    Bəzən də mütə ayəsinin, təlaq ayəsi ilə nəsx olunmasını qadınlara aid olan təlaq hökmünün qüvvəyə minməsinə dəlil gətirilir. Bir halda ki, mütədə qadınlara təlaq verilmir, gətirilən növbəti dəlilin cavabında deyə bilərik ki, ayədə təlaq hökmü verilsə də, müvəqqəti evlənmədə mövcud olmayan təlaq hökmünü nəsx edəcək heç bir xüsusiyyətə malik deyildir.
    «Təfsirul-minarın» müəllifi bəzi müfəssirlərdən nəql etdiyi hədis və rəvayətlərdə şiə məzhəbinin iddəyə heç bir əhəmiyyət vermədiklərinə işarə edir.
    İlahi! Sənin şahid olmağın kifayət edər ki, bütün bunlar şiə məzhəbinə qarşı uydurulmuş əsassız yalan və iftiralardır!
    İddənin əhəmiyyətsiz olduğuna dair şiə alimlərindən bir nəfər də olsun belə, fikir irəli sürmədiyi bir halda bunu bütün məzhəbə şamil etmək nə qədər haqq və ədalətdən kənardır!?
    Lakin haqq öz yerini tapacaq və bu nəzəriyyələrin nə qədər əsassız olduğu hamıya bəlli olacaqdır.
    MÜTƏ AYƏSİNİN İRS AYƏSİ İLƏ NƏSXİ
    İrəli sürülmüş nəzəriyyələrdən biri də mütə ayəsinin irs ayəsi ilə nəsx olunması ilə əlaqədardır.
    Ayədə deyilir:
    «Ey kişilər! Əgər [vəfat etmiş] arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yetirildikdən sonra və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir.»
    Mutə ayəsinin bu ayə ilə nəsx olunduğu haqda deyilir: «Ayə, irs ayəsi olduğu üçün kişi ilə qadın arasında olan vərəsəlik hüququnu sabit və eyni zamanda müvəqqəti evlənmə də kişi ilə qadının vərəsəlik hüququna malik olmadıqlarını bəyan edir. Demək müvəqqəti evlənmədə [daimi evlənmədə olduğu kimi] ər və qadın arasında olan səmimi münasibətlər müşahidə olunmur. Və əgər belə bir səmimi münasibət nəzərə çarpsaydı, irs ayəsinə əsasən vərəsəlik hüququna malik olardılar. Belə nəticəyə gəlirik ki, irs ayəsi, mütə ayəsini nəsx etməmiş və hökm hal hazırda da qüvvədə qalmaqdadır.
    Səid ibni Musəyb, Salim ibni Abdullah və Qasim ibni Əbil Bəsr ilə əlaqələndirilən mütə ayəsinin irs ayəsi ilə nəsx olunma nəzəriyyəsi bundan ibarətdir.
    2. MÜTƏ AYƏSİNİN İRS [VƏRƏSƏLİK] AYƏSİ İLƏ NƏSXİ
    Mütə ayəsinin nəsx olunmasına dair verilən ikinci ehtimal onun irs [vərəsəlik] ayəsi ilə nəsx olmasıdır. Nisa surəsinin 12-ci ayəsində deyilir:
    (Vələkum ma tərəkə əzvacəkum).
    «Ey kişilər! Əgər [vəfat etmiş] arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən sonra və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir.»
    Mütə ayəsinin yuxarıda qeyd olunan ayə ilə nəsx olunması haqda deyilir:
    Ayə, nəxs ayəsi olduğu üçün ərlə arvad arasında vərəsəlik hüquqlarını təyin edir. Müvəqqəti evlənmədə isə nə kişi, nə də qadın vərəsəlik hüququna malik olmurlar. Bu səbəbdən də müvəqqəti evlənmədə ər və arvad arasında normal əlaqə bərqərar olunmayır. Əgər belə bir əlaqə bərqərar olunmuş olsaydı, vərəsəlik ayəsinə əsasən vərəsəlik huququna malik olardılar. Bütün bunları nəzərə alıb deməliyik ki, irs ayəsi, mütə ayəsini nəsx etmiş və nəticədə hökm əvəz olmuşdur.
    Bu nəzəriyyənin Səid ibni Musəyb və Salim ibni Abdulla və Qasim ibni Əbu Bəkr tərəfindən irəli sürüldüyü göstərilir.
    Cavab:
    Ərlə arvadın vərəsəlik hüququndan məhrum olmaları tək müvəqqəti evlənməyə (mütəyə) aid deyildir. Belə ki, digər hallarda da ərlə arvad vərəsəlik hüququndan məhrum ola bilərlər və müvəqqəti evlənmənin onlardan biri olması heç də qeyri-adi hal deyildir. Məsələn ər və ya arvaddan bir kafir və ya biri digərinin qatili olarsa, onlar heç bir vərəsəlik hüququna malik olmazlar. Belə bir nəticəyə gəlmək olar ki, ərlə arvad yalnız daimi evlənmədə vərəsəlik hüququna malik olurlar.
    3. PEYĞƏMBƏRDƏN (S) NƏQL OLUNMUŞ RƏVAYƏTLƏ MÜTƏ AYƏSİNİN NƏSXİ
    Mütə ayəsinin nəsx olunmasına dair verilən üçüncü ehtimal Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdir. Əhli sünnə rəvayətlərində deyilir: Əli (ə) İbni Abbasa etiraz edərək deyir: Açıq-aşkar yolunu azmısan. Çünki, Peyğəmbərin (s) Xeybər döyüşündə haram etdiyi mütə və əhilləşdirilmiş ulağ ətini yeməyi halal hesab edirsən.
    Rəbi ibni Siyrə atasından nəql etdiyi rəvayətdə deyir: «Günlərin bir günündə Peyğəmbər (s) Kəbənin qapısı ağzında durub orada olanlara müraciət edərək buyurdu: Camaat! Mən sizə müvəqqəti evlənməyə icazə vermişdim, Allah-taala bunu sizə haram edir və sizə əmr edir ki, onlara talaq verin, amma verdiklərinizi geri almayasınız.
    Səlmə atasından nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s), Ovtas döyüşündə üç gün müsəlmanlara müvəqqəti evlənməyə icazə verdi. Lakin sonra bunu onlara yasaq etdi.
    Cavab:
    Bu rəvayətləri bir neçə səbəbdən mütə ayəsini nəsx etməkdə əsassız hesab edə bilərik.
    1) Əvvəlki fəsillərdə Quranın vahid xəbərlə isbat olunmadığına dəfələrlə işarə etdik;
    2) Bu rəvayətlər Əhli-beyt (ə) tərəfindən mütənin halal olduğuna dair nəql olunmuş bir neçə mütəvatir rəvayətlərlə ziddiyyət təşkil edir;
    3) Peyğəmbərin (s) həyatının yalnız müəyyən dövründə [mütənin] haram olması ayənin nəsx olunması üçün kifayət etməyir. Çünki bəlkə də «mütə» ayəsi nazil olmazdan əvvəl islamda müvəqqəti evlənmə olmuşdur. Belə ki, əhli sünnə rəvayətlərinin bir çoxunda göstərilir ki, «mütə» ayəsi Peyğəmbər (s) ömrünün son illərində nazil olmuşdur və bu hökm Ömərin xilafəti dövründə bir neçə il qüvvədə olmuş və sonralar xəlifənin özü tərəfindən yasaq edilmişdir.
    Demək, bu rəvayətlərin əksinə nəql olunmuş hər bir rəvayət batil və əsassızdır.
    Mətləbi daha da işıqlandırmaq üçün bu məzmunda nəql olunmuş bir neçə başqa rəvayətə işarə edirik:
    1. Əbu Zubeyr nəql etdiyi rəvayətdə deyir: Cabir ibni Abdullahdan bu sözləri eşitdim: Peyğəmbərin (s) zamanında və Əbu Bəkrin xilafəti dövründə bir ovuc xurma və ya unla qadınlarla bir neçə günlük mütə edərdik. Ömər özünün xilafət dövründə, Əmr ibni Hərisin əhvalatından sonra mütəni yasaq etdi.(Biyhәqinin sünәni 1-ci cild, 206-cı sәh. Mütә fәsli.)
    2. Əbu Nəzrə deyir: Cabir ibni Abdullahın yanında idik. Bu zaman otağa bir şəxs daxil olub dedi: Elə indicə Abdullah ibni Abbas və Abdullah ibni Cubeyr həcc mütəsi və qadınlarla müvəqqəti evlənmə barədə bir-birləri ilə mübahisə edirlər. Cabir cavab verərək dedi: Bəli biz hər ikimiz Peyğəmbərin (s) zamanında qadınlarla mütə edərdik, Ömər xilafətə keçdikdən sonra bunu yasaq etdi və biz ondan sonra onun yanına qayıtmadıq.(Bihәqinin sünәni 1-ci cild, 206-cı sәh. Mütә fәsli.)
    3. Əbu Nəzr başqa bir rəvayətdə Cabirdən nəql edərək deyir: Peyğəmbərin (s) zamanında iki mütə növü (həcc mütəsi və adi mütə) var idi və biz o zamanlar onlara əməl edirdik. Lakin Ömər xilafətə keçdikdən sonra bunu yasaq etdi və biz də onun qadağalarına tabe olmalı olduq.(Sәhihi Müslüm 5-ci cild, 133-cü sәh «Mütә» fәsli.)
    4. Əbu Nəzr yenə də Cabir ibni Abdullahdan nəql edərək deyir: Biz Peyğəməbrin (s) zamanında həcc və adi mütəyə əməl edərdik. Ömər xilafətə keçdikdən sonra bunu bizə yasaq etdi və biz də ona tabe olduq.
    5. Əbu Nəzr deyir: Cabirə dedim: Abdullah ibni Zubeyr mütənin yasaq İbni Abbas isə bunun halal olduğunu deyir. Cabir dedi: Xəbəri öz sahibinə çatdırın, bəli biz Peyğəmbərin (s) zamanında və Əbu Bəkrin xilafəti dövründə mütə edərdik. Lakin Ömər xilafətə çatdıqdan sonra öz xütbələrinin birində dedi: Camaat! Peyğəmbər həmən Peyğəmbərdir, Quran da həmən Quran. Lakin Peyğəmbərin (s) zamanında olan mütəni (həcc və adi mütəni) mən sizə yasaq edirəm. Hər kim buna əməl edərsə daşqalaq olunaraq cəzalandırılacaqdır.
    6. Əta nəql etdiyi rəvayətdə deyir: Cabir ibni Abdullah ümrə ziyarətindən qayıtmışdı. Görmək üçün evinə getdik. Camaat ondan müxtəlif mövzular haqqında sual verir, o da təmkinlə onların hər birinə ayrı-ayrılıqda cavab verirdi. Söhbət mütəyə gəldikdə Cabir dedi: Bəli! Biz Peyğəmbərin (s) zamanında və Əbu Bəkrin xilafəti dövründə buna əməl edirdik, lakin Ömər bunu bizə yasaq etdi.
    Bu rəvayəti Əhməd ibni Hənbəl də özünün «Musnəd» adlı kitabında nəql etmişdir. O, rəvayətin sonuna bu cümləni əlavə etmişdir: «Hətta iza kanə fi axiri xilafəti Ömər» – Yəni, nəhayət Ömərin xilafətinin sonu gəlib çatdı.
    7. Əmran ibni Hüseyn nəql etdiyi rəvayətdə deyir: Mütə hökmü Quranda nazil olmuş, Peyğəmbərin (s) zamanında ona əməl olunmuş və bu hökm başqa bir ayə ilə nəsx olunmamışdır. Peyğəmbər (s) bunu ömrünün sonunadək müsəlmanlara yasaq etməmişdir.
    Fəxri Razi də bu rəvayəti Mutə ayəsinin təfsirini verərkən nəql etdikdən sonra deyir: Sonralar buna dair istədiyi kimi fitva verdi.
    8. Abdullah ibni Məsud nəql etdiyi rəvayətdə deyir: Peyğəmbərlə (s) getdiyimiz döyüşlərin birində qadınlarımız bizimlə deyildilər. Peyğəmbərin (s) yanına gəlib dedik: Ya Rəsulullah! İcazə verirsinizmi özümüzü əxtə edək? Peyğəmbər (s) bunu bizə qadağan edib, paltarlarımızdan onlara mehriyyə verməklə [ətraf məntəqələrdə yaşayan] qadınlarla müvəqqəti olaraq evlənməyə icazə verdi. İbni Məsud sonra bu ayəni oxudu:
    (Ya əyyuhəlləzinə amənu la tuhərrimu ma əhləlləllahu ləkum və la tətədu innəllahə la yuhubbul mutədin).
    «Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri [özünüzə] haram etməyin və həddi də aşmayın. Doğrudan da Allah həddi aşanları sevməz.» (Maidə-81).
    Diqqət yetirmək lazımdır ki, İbni Məsudun bu ayəyə istinad etməsi bir daha buna dəlalət edir ki, mütənin haramlığına dair Allah və Onun Peyğəmbəri tərəfindən heç bir hökm verilməmişdir. Demək, belə bir hökm Peyğəmbərdən (s) sonra sonrakı xəlifələr tərəfindən verilmişdir.
    9. Şəbi deyir: Həkəm ibni Əyniyyədən mütə ayəsinin nəsx olub olmadığı haqda soruşdum. Cavab verdi: Xeyr! Nəsx olmamışdır. Həkəm əlavə edərək deyir: Əli (ə) buyurur: «Ömər mütəni haram etməsəydi «bədbəxt» və səfeh şəxslərdən savayı kimsə ziyan etməzdi.»
    Əli (ə)-dan nəql olunmuş bu rəvayətdə Qurtəbi də öz təfsirində Əta və İbni Abbasdan nəql etmişdir.
    Müəllif:
    Bəlkə də «bədbəxt» [və səfeh] deyildikdə Əbu Hüreyrədən nəql olunmuş rəvayətdə ona verilən təfsirdir. O, Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: Cəhənnəmə yalnız bədbəxt və səfehlər daxil olarlar. Peyğəmbərdən (s) onların kim olduqlarını soruşduqda buyurdu: Onlar o kəslərdirlər ki, nə Allaha itaət edər, nə də günahlarından çəkinər.(Әhkamul-Quran Hәssas 146-cı sәh.)
    Əta deyir: İbni Abbasdan bu sözləri eşitdim. Allah Ömərə rəhm etsin. Mütə, Məhəmmədin (s) ümməti üçün bir nemət idi. Əgər Ömər camaata bunu yasaq etməsəydi, bəziləri istisna olmaqla kimsə zina etməzdi.(Tәfsirul-minar 13-16-cı sәh.)
    Mütə hökmünün Quran ayələri ilə nəsx olunmadığı haqda əhli sünnə mənbələrində nəql olunmuş rəvayətlərin bir qismi ilə tanış oldunuz.
    MÜTƏNİN HARAMLIĞINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRİN TƏHLİLİ
    Mütənin haram olduğuna istinad edənlər bu məzmunda nəql olunmuş rəvayətlərin üç hissədən ibarət olduğuna əsaslanırlar:
    1. İstinad etdikləri rəvayətlərdən biri Bəy ibni Sirədən nəql olunmuş – «Peyğəmbər (s) Kəbənin qapısı ağzında durub camaata xitab edərək buyurdu: Ey camaat! Mütə mənim dinimdə qiyamət gününədək sizlərə haram edildi» – hədisidir.
    2. Əli (ə)-ın, Peyğəmbərdən (s) mütənin haramlığına dair nəql etdiyi hədis;
    3. Bu rəvayətlərdən biri də Sələmət ibni Zevdən nəql olunmuşdur.
    İndi isə onların hər biri haqda: İbni Siyrindən nəql olunmuş rəvayət bir çox mənbələrdə nəql olunsa da, vahid xəbər halında və yalnız bir nəfərdən nəql olunmuşdur. Vahid xəbərlə isə Quranın isbat olunmadığına dəfələrlə işarə etmişik.
    Bütün bunlarla yanaşı rəvayətin uydurma və əsassız olduğu göz qabağındadır. Çünki necə ola bilər ki, Peyğəmbərin (s) Kəbə yaxınlığında verdiyi yasaq hökmünü İbni Siyrindən savayı başqa birisi nə eşitmiş, nə də nəql etmişdir?!
    Görəsən Peyğəmbərin (s) bütün buyruqlarını bir-birinə nəql edən və onları başqalarına çatdıran Ənsar və Mühacir o zaman harada idilər?!
    Əgər bu rəvayət mötəbər olmuşsa, bəs nə üçün Ömər mütəni yasaq etdikdə bu rəvayətə istinad etməmiş və onu öz şəxsi rəyi olduğunu bildirmişdir?! Bütün bunlarla yanaşı, İbni Siyrənin özünün nəql etdiyi rəvayətlər arasında ziddiyyət olduğu üçün bir-birini təkzib edir. Belə ki, nəql etdiyi rəvayətlərdən birində mütə hökmünün yasaq olduğunu «həccətül-vidada» başqa birisində isə Məkkənin fəthində verildiyini göstərir.
    Əli (ə)-dan mütənin haramlığına dair nəql olunmuş rəvayətə gəldikdə isə, qətiyyətlə deyə bilərik ki, bu rəvayət də uydurulmuş digər rəvayətlər sırasına daxildir. Çünki hər bir müsəlman bu həqiqəti çox yaxşı dərk edir ki, Məkkə fəth olunarkən mütə hökmü hələ də qüvvədə qalmaqda idi. Demək, Əli (ə)-ın Məkkənin fəthindən əvvəl baş vermiş Xeybər döyüşündə İbni Abbasa mütənin haramlığı haqda bir şey deməsi sadəcə olaraq qeyri-mümkündür.
    Bu səbəbdən də əhli sünnə alimlərinin bəziləri belə bir fərziyyə irəli sürmüşlər ki, bəlkə də Xeybər döyüşündə Əli (ə)-dan nəql olunmuş rəvayət mütə hökmünə deyil, yalnız əhilləşdirilmiş ulağ ətinin yeyilməsinin haramlığına aiddir. Müntəqi və Biyhəqinin «Sünən» adlı kitabında bu rəvayətin nəql olunduğunu əsas götürərək İbni Əyniyyə də bu barədə həmən fərziyyəni irəli sürmüşdür. Lakin bu fərziyyəni iki səbəbdən əsassız hesab etmək olar:
    1. Belə bir ehtimal ərəb dili qarammatikası ilə tamamilə ziddiyyə təşkil edir. İnkaredici əlamət forması bu rəvayətdə yalnız bir dəfə o da rəvayətin əvvəlində qeyd olunur. «Zəməni Xeybər» cümləsi də onun zaman və məkanını inkar etsə də, haram olunun həmən iki şey, yəni mütə və əhilləşdirilmiş ulağ ətinin yeyilməsi nəzərdə tutulur. Demək, onların hər ikisi həmən zaman və həmən məkanda yasaq olunmuşdur. Çünki əgər bir şəxs (Əkrəmtu zəydən və ömərən yovmul cümə) dedikdə təbii ki, onların hər birini «Zeyd və Ömərə» eyni gündə, yəni cümə günü ehtiram etdiyini bildirmək istəyir. Və əgər yalnız Ömərə cümə günü ehtiram etdiyini bildirmək istəyirsə, belə olduqda (Əkrəmtu zəydən və əkrəmtu ömərən yovməl cüməti – Zeydə ehtiram etdim və Ömərə də cümə günü ehtiram etdim) deməlidir. Yəni cümlə belə bir məna daşıdıqda (Əkrəmtu) kəlməsi iki dəfə işlənməlidir haqqında söhbət açıdığmız rəvayətdə isə inkar forması yalnız bir dəfə işlənmişdir.
    Bu səbəbdən də deyə bilərik ki, qarammatik qanunlara əsasən, zaman şəkilçisi işləndiyi üçün hər iki mətləbə dəlalət edir. Lakin bu kimi rəvayətlərin yalan və uydurmadan savayı bir şey olmadığı kimsədən gizli deyildir.
    2. Buxarinin, Müslümün və Əhməd ibni Hənbəlin də Əli (ə)-dan nəql etdikləri rəvayət də bu rəvayətlə tam ziddiyyət təşkil edir. Rəvayətdə deyilir: (Nəha rəsulullah səlləllahi ələyhi və alih ən mutətinnisai yovmə xəybərin və ən luhumil humuril ənsiyyəti – Peyğəmbər [Allahın salam və salavatı olsun ona] bizi Xeybər günü qadınlarla mütə etməyi və əhilləşdirilmiş ulağ ətini yeməyi yasaq etdi).
    Bununla yanaşı Biyhəqi kitabının «Mütə» fəslində mütənin haramlığına dair Abdullah ibni Ömərdən rəvayət nəql edir.
    Göründüyü kimi verilən ehtimal ilə bu rəvayət arasında heç bir bağlılıq yoxdur və hökmün verilməsi yalnız Xeybər döyüşünə dəlalət edir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, mütənin haramlığına dair verilən hökm Xeybər günündə olmamış, əhilləşdirilmiş ulağ ətinin haramlığına dair sadir olan hökm həmən gün verilmişdir.
    Sələmə ibni Əkvənin atasından – Peyğəmbərin (s) Əutas günü yalnız üç gün müsəlmanlara mütə etməyə icazə verdiyinə dair nəql etdiyi rəvayətə gəldikdə isə deməliyik ki, bu rəvayət də vahid xəbər halında nəql olmuşdur və Quranı vahid xəbərlə isbat olunması əsla düzgün deyildir.
    Əgər doğrudan da Peyğəmbər (s) mütəni haram etmişsə nə üçün əshab və mühacirlər bundan xəbərsiz qalmışlar və nə üçün Əbu Bəkr özünün xilafət dövründə və Ömər xilafətinin son illərinədək buna icazə vermişlər?!
    Bir qədər əvvəl İbni Həzmin, Əshab və mühacirlərin bəzilərinin mütənin halal olduğuna dair nəql etdikləri hədis və rəvayətlərə işarə etdik. Burada da biz o rəvayətlərdən bəziləri haqda söhbət açacağıq.
    İbni Cərir özünün «Təzhibul asar» adlı kitabında Süleyman ibni Yəsardan o da Əbil Xəsimənin qazı Ümmi Abdullahdan nəql etdiyi rəvayətdə deyilir: Günlərin bir günündə bir yolçu onun [Ümmi Abdullahın] evinə gəlib deyir: Təlik məni lap zara gətirib, yaxınlıq etmək üçün mənə bir qadın tap! Ümmi Abdullah deyir: Mən ona kiminlə olmağını məsləhət gördüm. Onlar da şərtəlşib bir neçə adil şəxsi buna şahid tutdular. Bir qədər sonra həmin qadından ayrılıb getdi. Ömər bu əhvalatdan xəbərdar olub məni yanına çağırdı və dedi: Filan qadın barədə mənə gəlib çatan sözlər düzdürmü?
    Dedim: Bəli.
    Ömər dedi: Əgər həmən şəxs yenidən Mədinəyə qayıdarsa mənə xəbər ver!
    Həmən kişi yenidən Mədinəyə qayıtdıqda Ömərə xəbər verdim. Ömər onu yanına çağırıb dedi: Nə üçün bu işi gördün? Şəxs cavab verdi. Peyğəmbərin (s) zamanında mütə edərdik və o bunu bizə yasaq etməzdi və o Həzrətin (s) ömrünün son gününədək bu belə davam etdi. Ondan sonra Əbu Bəkr xəlifə oldu və o da ömrünün sonunadək bunu bizə yasaq etmədi. Əbu Bəkrdən sonra isə sənin xilafət dövrün başlandı və mən bu günədək mütə edər və sənin bunun yasaq etdiyini görməmişdim. Ömər dedi: And olsun Allaha! Əgər əvvəllər bunu yasaq etmiş olsaydım, daşqalaq olunmağını əmr edərdim. Sonra bundan belə mütənin haram olduğunu hamıya elan etməyi əmər etdi. O, təkidlə deyərdi: Mütənin haram olduğunu hamıya bildirin ki, qanuni evlənmə ilə zinakarlığı bir-birindən ayırmaq olsun.
    İbni Cərir öz kitabında Əbu Yəladan və Əbu Davud özünün «Nasix» adlı kitabında Əli (ə)-dan nəql etdiyi rəvayətdə deyir: Əgər Ömər mütəni haram etməsəydi, fasid və səfehlərdən savayı heç kim zina etməzdi. Hər iki rəvayət mütənin əvvəllər yasaq olunmadığına, yalnız Ömərin xilafət dövründə yasaq olunduğuna dəlalət edir.
    1. Hər iki rəvayətdə Əli (ə) və Ümmi Əbdüllah adlı bir səhabə mütənin, Peyğəmbərin (s) zamanında və ondan sonra da Ömərin xilafət dövrünədək haram olmadığına şəhadət verdikləri göstərilir.
    2. Birinci rəvayətdə göstərilir ki, bir neçə adil şəxs (heç bir irad tutmadan və onu bundan çəkindirmədən) Şamdan olan bir yolçunun mütə etdiyinə şəhadət vermişlər. Buradan belə məlum olur ki, mütə onların nəzərində, daha dəqiq desək, əqidələrinə əsasən qanuni və adi bir məsələ olmuşdur.
    3. Ömərin özü Şamlı yolçunun – «Peyğəmbər (s) bizə mütəni yasaq etməmişdir» deməsini təkzib etməmiş, əksinə onu təsdiq etmişdir.
    4. Ömərin «Əgər əvvəllər yasaq etmiş olsaydım, daşqalaq olmağını əmr edərdim» deməsi, bir daha buna dəlalət edir ki, əhvalat baş verməzdən əvvəl mütənin yasaqlığına dair camaata heç bir rəsmi məlumat verilməmişdir. Yalnız bu əhvalatdan sonra Ömər mütənin yasaq olunmasına dair hökm sadir edir və bu hamıya rəsmi olaraq bildirir.
    5. ömərin – «Mütənin haram olduğunu hamıya bildirin ki, qanuni evlənmi ilə zinakarlığı bir-birindən ayırmaq olsun» deməsi də bir daha o zaman mütəyə müsəlmanlar tərəfindən əməl olunmasına dəlalət edir. Xəlifə isə yasaq hökmünü sadir etməklə mütəni, zinakarlıqdan ayırmaq və müsəlmanları bu yolla mütəyə əməl etməkdən çəkindirmək istəmişdir.
    Bəlkə də bu cərəyan birbaşa və ya qeyri-müstəqim olaraq mütənin yasaq olunmasında öz təsirini göstərmişdir. Çünki, rəvayətdə müsəlmanların mütəyə əməl etdikləri bəlli olduğu bir halda Ömərin Şamlı yolçunun gördüyü işi inkar etməsi (və adətən bir o qədər əhəmiyyət kəsb etməyən belə bir xəbərin ilk növbədə xəlifənin satmadığı bir halda) və bu xəbərin xəlifənin qulağına çatması açıq-aşkar buna dəlalət edir ki, bu cərəyan gizli olaraq baş vermiş və ravilər bundan ya xəbərsiz qalmış, ya da özləri bilərəkdən bunu gizli saxlamışlar. Bunun nəticəsində bizlərə bir şey gəlib çatmamışdır.
    Bu rəvayət Sələmə ibni Əkvədən mütənin haramlığına dair nəql olunmuş rəvayət nə zaman və necə haram olunması baxımından ziddiyyət təşkil etməklə yanaşı və bir qədər əvvəl tutulan iradlarla bərabər bir neçə başqa əsaslı nöqsanı da vardır. O da bundan ibarətdir ki, Sələmənin nəql etdiyi rəvayət mütə ayəsinin nəsx olunmasını qəbul edən şəxslərin irəli sürdükləri fərziyyələrdə özünü əks etdirir. Çünki, «İnkar edici» kəlmənin bu rəvayətdə məchul halda işləndiyinə ehtimal verilir və bu inkar formasından məqsəd Ömərin Peyğəmbərdən (s) sonra verdiyi yasaq hökmü nəzərdə tutulur. Yəni rəvayət əvvəlindəki [mütəyə] icazə Peyğəmbərdən (s) yasaq hökmü isə Ömər tərəfindən verilmişdir. Belə olduqda rəvayətdən əldə etdiyimiz məna bundan ibarət olacaqdır: «Peyğəmbər (s) mütəni müsəlmanlara icazə vermiş, Ömər isə bunu onlara yasaq etmişdir. Belə bir qənaətə gəlirik ki, mütə hökmünü Peyğəmbər (s) ömrünün sonunadək müsəlman ümmətinə yasaq etməmişdir. Əgər yasaq hökmü verilmişsə bu xəlifə ömər tərəfindən verilmiş və onun özü buna etiraf edərək demişdir:
    (Mutətani kanəta əla əhdi rəsulillah və əna ənha ənhuma və uaqibu ələyhima – Peyğəmbərin (s) zamanında mövcud olan iki mütəni mən sizə yasaq edirəm və ona əməl edən hər bir şəxsi cəzalandıracam.)
    Əgər belə bir qadağa Peyğəmbər (s) tərəfindən olsaydı Ömər (ənha ənhuma – o iki şeyi yasaq edirəm) demək əvəzinə, (Nəhənnəbi ənhuma – Peyğəmbər (s) o iki şeyi sizə yasaq etmişdir) deməli idi.
    Category: Əl-Bəyan 2-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 929 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024