İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Əl-Bəyan 2-ci cild

    Əl-Bəyan 2-ci cild
    HƏMD SURƏSİNİN TƏFSİRİ
    İKİNCİ HİSSƏ
    «Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!» (1/5). (Bəqərə-5).
    Lüğəvi mənası:
    «İbadət» – lüğətdə üç məna daşıyır.
    1. Bəzən «itaət» və əmrə tabe olmaq mənasında işlənir.
    «[Onunla cahiliyyət dövründə] ataları [Allahın əzabı ilə] qorxudulmamış və [Allahın hökümlərindən, imandan, tövhiddən] qafil olan bir tayfanı xəbərdar edib qorxudasan!» (Yasin-6).
    2. «[Firon və əyan-əşrafı] dedilər: Bunların tayfası bizə bir qul kimi itaət etdiyi halda, biz özümüz kimi iki adi insana imanmı gətirəcəyik». (Muminun-47).
    İkinci mənası xar və zəlil olmaq və çarəsizlik üzündən kiməsə tabe və təslim olmaqdır.
    3. «De ki: Mənə Allaha ibadət etmək, Ona şərik qoşmamaq əmr olunmuşdur».
    Bəzən də pərəstiş etmək mənasında işlənir.
    İbadət kəlməsi Qurani-kərimdə əksər hallarda məhz bu mənada işlənmişdir. Belə ki, heç bir oxşarlıq olmadıqda «ibadətin» ilk növbədə bu mənası nəzərdə tutulur.
    «Əbd» – kəlməsi isə müxtəlif mənalar daşıyır. İnsan azad varlıq olsa da «əbd» kəlməsi bəzən onun barəsində işlənir. Çünki, o, Allahın yaratdığı və Onun tərbiyə etdiyi bir varlıqdır. Öz əməlləri ilə bəzən inadkarlığa və itaətsizliyə yol versə də, fitri olaraq Allahın qarşısında müti və təvazökardır. Bəzən «qul» və «kölə» mənalarını daşıyır. Çünki, onun [kölənin] ixtiyarı öz ağasının əlindədi. Sözün əsl mənasında, ağasından tam asılı vəziyyətdə və onun icazəsi olmadan heç bir ixtiyara malik deyildir. Bəzən də çox geniş məna daşıyır və bir şəxsin nəfsə böyük əhəmiyyət verməsinə və ondan başqa heç bir şeyə əhəmiyyət verməməsinə «əbd» deyilir.
    İmam Hüseyn (ə)-ın buyuruqlarının birində deyilir:
    «Camaat dünyanın qullarıdır və din onların həyatlarını təmin etmək üçün dildə iqrar etdikləri bir şeydir. Onlar dindən danışarlar, imtahan vaxtı gəlib çatdıqda isə, dindarlar nə qədər də az olarlar!»
    3. «İsrail oğullarını bizimlə birlikdə [Şama] göndər! [Onlara əzab-əziyyət vermə!]» (Şüəra-7).
    İstianət – kömək istəmək mənasını daşıyır. Bu kəlmə ya vasitəli və ya vasitəsiz olaraq istifadə olunur. Məsələn, deyilir «istənətuhu» və «istəntu bihi» yəni ondan kömək və yardım istədim.
    Ədəbi izah:
    «İyyakə» – hər iki yerdə məful rolunu ifa edir. Hər iki halda mətləbin özündən əvvəlki mətləbə həsr olunduğu ifadə olunur. Və bu ayədə qaridən xitab olunan, yəni xitab üçüncü şəxsdən ikinci şəxsə olunur. Buna «iltifat» deyilir. Bu isə iki şeydən biri ola bilər:
    1) Ayədən əvvəlki cümlələr Allahın bütün məxluqatın üzərində hakim və onların həyatını idarə edən hər şeyə qadir olan bir varlıq olduğuna dəlalət edir. Belə bir sifətə malik olmaq isə o deməkdir ki, Allah qiyamət günü öz itaətkar bəndələrini mükafatlandırmaq və günahkarları cəzalandırmaq üçün onların gördükləri bütün işlərə agah olmalı və Onun elm dairəsi bütün məxluqatı [onların ehtiyac və təlabatlarını, arzularını və s.] əhatə etməlidir. Bütün bunlar Allaha bəndəlik edən insana özünü Onun qarşısında aciz görüb «iyyakə nəbudu – yalnız Sənə ibadət edirik» deyərək xitab etməyə vadar edir.
    2) İbadət və pərəstiş etməyin həqiqi mahiyyəti insanın təvazökarlıq və sidq ürəklə Allah qarşısında ibadət etməsi və bütün işlərini ondan asılı və Onun tərəfindən idarə olunmasını bilməsidir. İbadətdə olduğu kimi insan kömək dilədikdə Allahın hüzuru zərurət doğurur. Çünki, insanın Allaha olan ehtiyac və bağlılığı istəklərinin həyata keçməsi (dualarının qəbul olunması) üçün [hər şeyə qadir olan bir varlığın] mövcud olmasını tələb edir. Demək insan ibadət və kömək dilədiyi zaman özünü Allahın hüzurunda hiss etməli və — «Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik» xitab edərək öz sadiq bəndəliyini iqrar etməlidir.
    Təfsir:
    Allah-taala əvvəlki ayələrdə özünü vəsf etdikdən sonra insanlara bu ayələr barəsində düşünüb-daşınmağa və bir daha Allahdan başqa heç bir varlığa itaət etməməyə və onlardan kömək gözləməməyə etiraf etməyə əmr edir. Belə ki, Allahdan başqa bütün varlıqlar [zatən] olduqca aciz və fanidirlər.
    Demək hal hazırda və gələcəkdə mövcud olması üçün başqa bir varlığa möhtac olan varlığın ibadət olunmağa heç bir ləyaqəti çatmır. Onun üstün və zəif xüsusiyyətləri bir-birindən fərqli olsa da, acizlik və ehtiyac kimi xüsusiyyətləri bir-biri ilə tamamilə eynidir. Və bütün bu xüsusiyyətlər Allahın istək və iradəsinə tabe olduğu üçün bir-birlərindən əsla fərqlənməyirlər.
    Allah-taala, Quranın digər ayələrində bu haqda buyurur:
    «Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər uca, nə qədər böyükdür!» (Əraf-54).
    «Göylərin və yerin hökmü Allahındır. Axır dönüş də Allahadır!» (Nur-42).
    Hər şeyi bəxş edən və geri alan, istədiyini yerinə yetirən və istədiyini əmr edən bir varlıq ilə kim qarşı-qarşıya gələ bilər? Kim ona hakim və kim onun hakimiyyəti ilə müxalif ola bilər.
    Demək, mömin bir şəxs Allahdan başqa heç bir varlığa itaət etmir və Ondan başqa kimsədən kömək diləmir. Çünki, Allahdan başqa bütün varlıqlar möhtac və asılıdırlar. İbadət olunası bir varlıq isə hər şeydən ehtiyacsız və hər şeyə qadir olmalıdır. Necə ola bilər ki, başqa birisinə ehtiyac duyan bir varlıq özü kimi başqa bir möhtac varlığa pərəstiş etmiş olsun?
    Dediklərimizdən belə bir nəticəyə gəlmək olur ki, insan Allahdan başqa heç bir varlığa pənah aparmamalı, Ondan qeyrisinə ibadət etməməli, Ondan qeyrisindən kömək diləməməlidir. Əks təqdirdə Allaha şərik qoşmuş və Onun kimi başqa bir varlığın İlahi hakimiyyətə malik olduğunu təsəvvür etmiş olur. Bir halda ki, Allahın verdiyi hökm qəti və dəyişilməzdir.
    «Rəbbin yalnız ona ibadət etməyi buyurmuşdur».
    Həmd surəsinin ikinci hissəsini təşkil edən «iyyakə nəbudu və iyyakə nəstəin» ayəsinə verilən təfsir bundan ibarət idi.
    Bu ayədə iki mühüm mövzuya işarə olunur. «İbadət və kömək diləmək». Gələcək fəsillərdə biz bu barədə daha ətraflı məlumatlar verəcəyik.
    İBADƏT
    İbadətdə tohid: Hər bir müsəlmanın şəkk və tərəddüd etdiyi məsələlərdən biri də ibadətin yalnız Allaha aid olmasıdır. Bir qədər əvvəl qeyd etdik ki, «ibadət» deyildikdə, onun yalnız Allah-taalaya aid olduğu nəzərdə tutulur və bunu biz «ibadətdə tohid» adlandırırıq. «İbadətdə tohid» peyğəmbərlərin təbliğ etdikləri və səmavi kitablarda bəyan olunan Allahın zati vəhdaniyyətindən qaynaqlanır.
    «[Ya Məhəmməd!] Söylə ki: «Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan [fərqi olmayan] bir kəlməyə tərəf gəlin!» [O kəlmə budur ki]: «Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi [özümüzə] rəbb qəbul etməyək!»
    Demək, Allaha iman dedikdə insanın yalnız Ona ibadət etməyini və Ondan qeyrisindən uzaq olduğunu nəzərdə tutmalıyıq. İnsanın çox saylı məbudlara (Allahlara) və ya özü ilə Allah arasında vasitə qərar verməsi isə heç bir fərqi olmadan şirk və Allaha şərik qoşmaqdır. Lakin təəssüflər olsun ki, insanların bir çoxu belə bir yanlış əqidəyə əsaslanırlar ki, Yaradanla [xaliq] yaradılmış [məxluq] arasında fasilə olduğu insanların dua və istəklərinin Allaha çatması sadəcə olaraq qeyri-mümkündür. Bu səbəbdən də o duaların qəbul olması [daha dəqiq desək Allahla rabitə bərqərar etmək] üçün özü ilə, Allahı arasında vasitə qərar verir. Onlara ibadət edir və bütün ehtiyaclarının qərar verdiyi vasitələrlə aradan qaldırılacağını güman edir.
    Bu əqidənin tərəfdarları Allahı, insanlardan uzaq olan hakim və soltanlara bənzədirlər. Belə ki, adi camaat hakimlərlə bir-başa ünsiyyətdə ola bilmədikləri üçün öz sözlərini onlara müxtəlif şəxslərin vasitəsi ilə çatdırır və öz çətinliklərini bu yolla aradan qaldırmış olurlar.
    Lakin Allah-taala Quranın bu və digər ayələrində hər iki əqidənin [yəni çox allahlıq və vasitə qərar verməyi] batil və əsassız olduğunu bildirir.
    1. Birinci əqidənin, yəni çoxallahlığın batil olduğunu Allah-taala aşağıdakı ayələrlə bəyan edir:
    Onlar: «Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!» – deyə cavab vermişdilər.
    İbrahim demişdi: «Onları çağırdınız [dua etdiyiniz] zaman sizi eşidirlərmi?
    Yaxud sizə bir xeyir və ya bir zərər verə bilərlərmi?»
    Onlar: «Xeyr, ancaq biz öz atalarımızın belə [ibadət] etdiklərini gördük!» –deyə cavab vermişdilər». (26/71-74).
    Birinci əqidə: Allah-taala çoxallahlıq etiqadının müqabilində buyurur:
    «Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsa idi, onların ikisi də [müvazinətdən çıxıb] pozulardı».
    «Onunla yanaşı [ibadət ediləcək] heç bir tanrı yoxdur. Əgər belə olsaydı, onda hər bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər, [öz məxluqatını ayırıb aparar] və onların bir qismi [dünyadakı padşahlar kimi] digərinə üstün olmağa çalışardı. Allah müşriklərin [Ona] aid etdikləri sifətdən tamamilə kənardır!»
    İkinci əqidə: İkinici əqidəyə – yəni insanların özləri ilə Allah arasında vasitə qərar vermələrinə gəldikdə isə, Allah-taala belə bir əqidənin batil olduğunu müxtəlif üsullarla bəyan edir. Bəzən əqidə tərəfdarlarından söylədiklərinə dair dəlil gətirmələrini tələb edir.
    «De ki: «[Ey müşriklər!] Əgər [Allah barəsindəki iddialarınızda] haqlısınızsa, dəlilinizi gətirin!» (27/64).
    «Onlar: «Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!» – deyə cavab vermişdilər. İbrahim demişdi: «Onları çağırdığınız [dua etdiyiniz] zaman sizi eşidirlərmi? Yaxud sizə bir xeyir və ya zərər verə bilərlərmi?» Onlar: «Xeyr, ancaq biz atalarımızın belə [ibadət] etdiklərini gördük!» – deyə cavab vermişdilər». (26/71-74).
    Quran bəzən onları elə bir mətləbə diqqət yetirmələrini tövsiyə edir ki, onların özləri pərəstiş etdikləri məbudların onlara nə xeyir, nə də zərər verdiklərini dərk etməyə başlayırlar. Belə ki, pərəstiş etdikləri varlıqlar xeyir və zərər verə bilmədikləri kimi, nə onlara bir şey bəxş edə bilir, nə də geri ala və nə onlara həyat verə bilir, nə də öldürə. Demək əql və düşüncəyə malik olan insan belə bir zəif məxluqa ibadət və pərəstiş etməməlidir.
    «İbrahim dedi: «Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz? sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcəba, [etdiyiniz əməllərin qəbahətini] başa düşmürsünüz?»
    «De ki: «Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz?» (5/76).
    «Məgər buzovun onlarla danışmadığını, onlara bir yol göstərə bilmədiyini görmədinizmi? [Bununla belə] buzova tapınıb özlərinə zülm eləyən oldular». (7/148).
    Yaradılmış bir varlığın ibadətə layiq olmaması açıq-aşkar əqli və fitri bir qanundur. Və bu qanun Allahdan başqa, bütün varlıqlara, hətta Peyğəmbərlərə belə şamil olur. Belə ki, Qurani-kərim bu qəti yasaq barəsində Maidə surəsinin 116-117-ci ayələrində buyurur:
    «[Ya Məhəmməd!] Xatırla ki, o zaman [qiyamət günü] Allah belə buyuracaq: «Ya Məryəm oğlu İsa! Sənmi insanlara: «Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!» – demişdin? İsa cavabında deyəcək: «Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz.
    Əgər mən bunu demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər bir şeyi bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!»
    Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: «Mənim də, sizin də Rəbbimiz olan Allaha ibadət edin!» (5/116-117).
    «[Ya Məhəmməd!] De ki: «Ürəklərinizdəkini gizlətsəniz də, aşkara çıxarsanız da, Allah onu bilir, çünki O, göylərdə və yerdə olanların hamısını biləndir. Allah hər şeyə qadirdir!» (3/29).
    «Əgər Allah sənə bir zərər yetirsə [sıxıntı versə], səni ondan [Allahdan] başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətinə maneçilik edə bilməz». (10/107).
    «Rəbbiniz buyurdu: «Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!» (40/60).
    Quran insanın özü ilə Allah arasında vasitə qərar verməsinin batil olduğunu digər ayələrdə də müxtəlif üsullarla bəyan edir.
    Bu ayələrdə deyilir: Allah öz bəndələrinə o qədər yaxındır ki, hətta onların gizli saxladıqları sözləri də eşidir, bilir və onlara cavab verir və dərhal onların istəklərini yerinə yetirir. Belə bir varlığın sözsüz ki, heç bir vasitəyə də ehtiyacı da olmayacaqdır.
    «Biz ona şah damarından da yaxınıq!» (50/16).
    «[Ya Peyğəmbər!] Məgər Allah öz bəndəsinə kifayət deyilmi?!» (39/36).
    «O öz qulları üzərində hakimi-mütləqdir. O, hikmət və bilik sahibidir!» (6/18).
    «Əgər Allah sənə bir xeyir yetirsə, [heç kəs ona mane ola bilməz]. Çünki O, hər şeyə qadirdir!» (6/17).
    «Allah istədiyi bəndənin ruzisini bol edir, [istədiyinkini də] azaldır». (13/26.)
    «Şübhəsiz ki, ruzi verən də, yenilməz qüvvət sahibi olan da Allahdır!» (51/58).
    «Ona bənzər heç bir şey yoxdur. O [hər şeyi] eşidəndir, [hər şeyi] görəndir!» (42/11).
    «Allah [öz elm və qüdtəri ilə] hər şeyi ehtibar edəndir!»
    Yuxarıda qeyd olunan ayələrdən belə bir ümumi nəticəyə gəlmək olur ki, Allah heç də öz bəndələrindən uzaq deyildir. Daim onlara nəzarət və həyatlarını idarə edir. Və belə bir halda insanlar Ona şərik qoşaraq ehtiyaclarının aradan qalxması üçün özləri ilə Onun arasında vasitə qərar verməməlidirlər.
    Bəli, O hər yerdə və hamı ilədir. O, hər şeyə qadirdir və heç bir vasitəyə ehtiyacı yoxdur. Qurani-kərim bu haqda buyurur:
    «Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, beş adamın altıncısı Allahdır. Onlar bundan az da, çox da olsalar və harada olsalar, Allah yenə onların yanındadır. Sonra qiyamət günü Allah onlara etdikləri əməlləri [bir-bir] xəbər verəcəkdir. Allah hər şeyi biləndir!» (58/7).
    «Allah nə istəsə, onu da edər.» (3/40).
    «Allah istədiyi hökmi edər». (5/1).
    Nəticə:
    Dediklərimizdən belə bir nəticəyə gəlirik ki, ibadət yalnız Allaha olunmalı və insan yalnız Onun qarşısında özünü məsuliyyətli hiss etməlidir. Ondan qeyrisinə olunan ibadət və pərəstiş isə hansı üsul və tərz-təfəkkür ilə olursa-olsun mütləq mənada şirk və Allaha şərik qoşmaq deməkdir. Çünki, Allahdan qeyrisinə ibadət edən bir şəxs sözün həqiqi mənasında onu özünə tanrı bilmiş olur. Küfr etmiş müşrikləri Allahın birliyinə iman gətirmiş şəxslərdən fərqləndirən xüsusiyyət də məhz budur.
    Category: Əl-Bəyan 2-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 700 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024