İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Əl-Bəyan 1-ci cild

    Əl-Bəyan 1-ci cild
    MÜƏLLİFDƏN
    Hələ kiçik yaşlarımdan Quran oxumağa və onun sirləri ilə tanış olmağa yüksək maraq göstərirdim. Hər bir həqiqi müsəlman, hətta hər bir həqiqətsevər insan Quranı oxuyub dərk etməyə və onun dərin sirlərindən agah olmağa səy etməlidir. Çünki, Quran bəşəriyyəti haqqa hidayət edən və onların xoşbəxt həyatını təmin edən asimani kitabların ən sonuncusu və kamilidir. Quran hər şeyi açıq-aşkar bəyan edən, hamı üçün xeyirli olan ilahi nur mənbəyidir. Quran lüğət alimləri üçün ən böyük söz mənbəyi, qrammatika alimləri üçün aşkar izahlar toplusu, fiqh alimləri üçün ən canlı şahid, filosofların axtardığı maarif, xətiblər üçün fəsahətli bəyan tərzləri, əxlaq alimləri üçün isə ən gözəl etik mənbə və dərslikdir.
    Bir sözlə Quran, alimlərin bütün sahələrdə apardıqları təhqiqatların tükənməz elm və bilik xəzinəsidir.
    İctimai və siyasi elmlər, həyat və məişət qanunları, bəşəriyyətin ictimai idarəetmə üsulları və s. Quranda hamının başa düşə biləcəyi bir tərzdə bəyan edilmişdir. Bir çox dini elmlər məhz bu asimani kitabdan bəhrələnmiş və zaman keçdikdcə vahid məktəb kimi formalaşmağa başlamışdır. Quran, dünyaya hakim olan bir çox qanunları kəşf etmiş və insanlar üçün sirr olaraq qalan bir çox məsələlərin üzərindən zülmət pərdəsini qaldırmışdır.
    Bu müqəddəs kitab, mövcud olan həqiqi din üçün əbədi möcüzə və mükəmməl qanunlar məcmusudur. Bütün bunlar, mənim uşaq ikən Qurana həvəs göstərməyimdə və onun sirləri ilə tanış olmağımda çox təsirli olmuşdur. Mən, müntəzəm olaraq Quranın açılmayan sirlərinə yol tapmağa səy edir və buna nail olduqda özümdə Qurana qarşı oyanan yüksək rəğbətin daha da artdığını hiss edirdim.
    Beləliklə də, müxtəlif təfsir kitablarını araşdırır və orada, haqqında söhbət açılan mövzulara diqqət yetirirdim. Mütaliə zamanı Quranın nə qədər fəsahətli və hikmətli olmasının, Allah-taalanın mütləq və tükənməz elminin və insanların onu dərk etməkdə necə də aciz qaldıqlarının şahidi olurdum. Belə bir qənaətə gəlirdim ki, insan özünü Allah-taalanın elm və qüdrəti qarşısında nə qədər kiçik və aciz hesab etsədə də, o, təsəvvür etdiyindən daha aciz və daha gücsüzdür. Quran təfsirini mütaliə etdikcə onun əzəməti mənim nəzərimdə daha da ucalır, insanın bilik və məharəti isə bir o qədər kiçilir və dəyərsizləşirdi.
    Yazılmış təfsir kitablarını mütaliə edərkən belə bir qənaətə gəldim ki, təfsir alimlərinin Quran ayələrindən əldə etdikləri cüzi məlumatlar yalnız onun açılmayan sirlərinin bir hissəsini təşkil edir. Onlar əldə etdikləri məlumatları bir yerə toplayaraq kitab halına salmış və müxtəlif ünvanlar altında ona təfsir adını vermişlər. İlk baxışda bu təfsirlər Quranın açılmayan sirlərinin hamısını aşkara çıxarmalı və toxunulmayan mövzuları təfsir halında izah etməli idilər. Amma bu qeyri-mümkündür. Çünki, insan kimi əql və şüur baxımından naqis olan bir varlıq, elmi hər şeyi əhatə edən kamil bir varlığı tamamilə dərk etməsi və onun ayələrini ətraflı şəkildə yozması qeyri-mümkündür.
    Amma necə olursa-olsun biz, bu yolda böyük zəhmətlər çəkən və ömürlərinin sonunadək Quran ayələri ətrafında araşdırmalar aparan təfsir alimlərinin gördükləri işləri qiymətləndirməli və onları lazımınca dəyərləndirməliyik.
    Çünki onlar, bu müvəfffəqiyyətə, qəlblərinə saçan Quran nuru ilə nail olmuş və bu yolda əllərindən gələni əsirgəməmişlər. Ümumiyyətlə, adi insanlardan Quranın mükəmməl və nöqsansız təfsir yazmasını gözləmək düzgün təvəqqö deyildir.
    Lakin, onlardan bəzilərinin böyük və bəlkə də bağışlanmaz bir nöqsanı vardır. O da bəzi alimlərin Quranın əzəmət və böyüklüyündən xəbərsiz olduqları halda, ayələrini öz ixtisaslarına uyğun olaraq tərcümə etmələridir. Məsələn, dilçi alimlər Quranı yalnız lüğət və qrammatik qanunlar əsasında, filosoflar fəlsəfi qanun və terminlərə uyğun şəkildə və bəziləri də yeni elmi üsullarla təfsir etməyə çalışmışlar. Onlar belə güman etmişlər ki, Quran məhz bu nöqteyi-nəzərdən nazil olmuşdur. Bütün bunlarla yanaşı, təfsir kitablarında bəzən başqa bir üslubla da qarşılaşırıq. O da bəzi alimlərin Quranı öz şəxsi rəyləri və heç bir etibarı olmayan şəxslərin söylədikləri rəvayətlərə əsaslanaraq təfsir yazmalarıdır.
    Qeyd etmək lazımdır ki, mövcud təfsirlərin əksəriyyətində müəyyən nöqsan və çatışmamazlıqlar vardır. Buna görə də hər bir alim təfsirə başlamazdan qabaq öz şəxsi rəy və nəzərlərini kənara qoymalı, Quranın həqiqi mənasına yol tapıb, ixtisar və yersiz əlavələrə yol vermədən təfsir etməlidir. Başqa sözlə desək, Quran müfəssirin şəxsi rəyi ilə deyil, Quranın öz zahiri ayələri ilə təfsir olunmalıdır.
    Sözün əsl mənasında həqiqi müfəssir o kəsdir ki, fəlsəfə bəhslərindən agah, əxlaqi dəyərlərə yiyələnmiş və fiqhin dərinliklərinə yol tapmış olsun. O, yaşadığı cəmiyyəti yaxşıca tanımalı və orada baş verən prosesləri bir sosioloq kimi araşdırmağa qadir olduqdan sonra Quranı təfsir etməlidir. Quranda işarə olunan digər elmlərə gəldikdə də, bu üsuldan istifadə etməli və Quranı həmin elmin tələbatını ödəyəcəyi qaydada təfsir etməlidir. Bəli, hər bir müfəssir ilk növbədə Quranın bütün elm və fəsillərindən agah olmalı, bu barədə lazım olan məlumatları əldə etdikdən sonra Quranı təfsir etməyə başlamalıdır. Belə olduqda o, neçə cilddən ibarət olan Quran təfsirinin elmi, əxlaqi, sosioloji, fiqhi və s. ensiklopediyasını təlif edə bilər.
    Bütün bunları nəzərə alaraq belə qərara gəldim ki, Quranın bütün gözəlliklərini bəyan edə biləcək bir təfsir yazım. Bu müqəddəs işdə Allah-taaladan mərhəmət və kömək etməsini, bütün səhv və batil təfəkkürdən qorumasını diləyirəm.
    * *
    Bu təfsirdə qrammatik qanunlara və ədəbi mövzulara işarə etməyəcək, əvəzində isə Quranın müxtəlif mənalarına toxunan mövzular haqqında söhbət açacağıq. Çünki, Şeyx Tusi «Tibyan»da, Təbərsi «Məcməul-bəyan»da, Zəməxşəri «Kəşşaf»da qrammatik və ədəbi mövzular ətrafında geniş məlumatlar vermiş və nəzərə çarpan bütün çətinlikləri qismən də olsa, aradan qaldırmışlar və biz yalnız onların toxunmadıqları mövzulara işarə edəcək və müxtəsər şəkildə təfsir edəcəyik. Burada, siz əziz oxucuların diqqətini bir neçə məsələyə cəlb etmək istəyirəm:
    a) İstinad etdiyimiz mövzular bunlardan ibarətdir:
    1. Quranın zahiri ayələri;
    2. Quranın hamıya bəlli olan açıq-aşkar ayələri;
    3. Sənəd baxımından mötəbər olan mütəvatir hədis və rəvayətlər;
    4. Əhli-beyt (ə) tərəfindən nəql olunmuş hədislər;
    5. Sağlam fitri əql. Çünki əql xarici və batini dəlil hesab olunur.
    Belə ki, Peyğəmbər (s) və onun pak Əhli-beyti bizim üçün zahiri (xarici) dəlil hesab olunur.
    b) Adətən təfsir etmək istədiyimiz ayəni digər ayələrin məfhumu ilə izah etməyə çalışacağıq. Bir sözlə, Quranı dərk etmək üçün ilk növbədə onun özündən istifadə etmişik və eyni zamanda təfsir etdiyimiz ayələrə dəlalət edən hədis və rəvayətlərdən də sübut və dəlil kimi istifadə etmişik.
    * * *
    Müqəddimədə təfsirin özü ilə bilavasitə bağlı olan mətləblərə işarə edilmişdir. Bu məlumatlar, təfsir elmində hələ toxunulmayan məsələlərin açılmasında və müfəssirin təfsir sahəsində istifadə etdiyi üsullardan agah olmasında xeyirli ola bilər. Biz bu kimi məsələləri təfsirə başlamazdan əvvəl araşdırır və adını «Quran təfsirinə giriş» qoyuruq.
    Burada Quranın ecazı, dəyişikliyə yol verilməməzliyi, əbədi olaraq vahid formada qalaraq qorunacağı və bu kimi mətləblər ətraflı izah edilmişdir. Bu kitabı yazıb başa çatdırmaqda Allah-taaladan müvəffəqiyyət arzulayıram və həmçinin Ondan bu kiçik işimizi Qurana xidmət kimi qəbul etməsini diləyirəm.
    Category: Əl-Bəyan 1-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 921 | Rating: 4.0/4
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024