İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Əl-Bəyan 1-ci cild

    Əl-Bəyan 1-ci cild
    BEŞİNCİ FƏSİL
    YEDDİ QURAN QARİSİ
    1. Abdullah ibni Amir Dəməşqi;
    2. İbni Kəsir Məkki;
    3. Asim ibni Bəhdiləi Kufi;
    4. Əbu Əmr Bəsri;
    5. Həmzə Kufi;
    6. Nafe Mədəni;
    7. Kəsai Kufi.
    1. Xələf ibni Haşimi;
    2. Yəqub ibni İshaq;
    3. Yəzid ibni Qəqa.
    QURAN VƏ YEDDİ QİRAƏT ÜSULU
    YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
    Quranın yeddi qiraət üsulu haqda din alimləri tərəfindən müxtəlif nəzəriyyələr irəli sürülmüşdür.
    Əhli sünnə alimlərinin bir qismi belə bir fikirdədirlər ki, yeddi qiraət üsullarının hamısı Peyğəmbərin (s) özünə gedib çatır. Yəni Peyğəmbər (s) özü Quranı bu üsullarla tilavət etmişdir.
    Şiə alimləri bu fikirdədirlər ki, mütəvatir olaraq nəql olunmuş yeddi qiraət üsulu və onların Peyğəmbərə (s) aid olması heç də qəti deyildir. Əhli sünnə alimlərinin bir qismi belə bir nəzəriyyəni qəbul etmişlər və bizim fikrimizcə bu nəzəriyyə daha dəqiq və daha etibarlıdır.
    Müsəlmanlar arasında əqidə ixtilafının olmasına baxmayaraq, onların hamısı bu fikirdədirlər ki, Quran [və onun qiraəti] yalnız mütəvatir hədis və rəvayətlər yolu ilə sabit oluna bilər.
    Şiə və sünnü alimlərinin əksəriyyəti bu mətləbə istinad edərək demişlər:
    «Quran islam dininin əsasını təşkil etdiyi və peyğəmbərlərin həqiqətini təsdiq edəcək ilahi möcüzə olduğu üçün bütün sahələrdə böyük əhəmiyyət kəsb edir.»
    Müsəlmanlar arasında onun nəql olunmasına olan maraq və səbəb də, təbii olaraq çox olmuşdur. Belə ki, daha çox əhəmiyyət kəsb edən məsələ, başqalarından fərqli olaraq, mütəvatir olması üçün bir çox mühəddis və ravilər tərəfindən nəql olunur.
    Bu səbəbdən də hər hansı bir hadisə və ya xəbər mütəvatir şəkildə deyil, «vahid xəbər» formasında nəql olunarsa, bir o qədər də əhəmiyyət kəsb etmədiyi üçün Quran hesab olunmayacaqdır.
    Süyuti deyir: Qazi Əbu Bəkr özünün «İntisar» adlı kitabında yazır: «Fiqh və kəlam alimlərinin bir qismi belə bir əqidədədirlər ki, əgər hər hansı bir ayə «vahid xəbər» formasında nəql olunsa, qətiyyətlə onu Quranın bir hissəsi hesab etmək olmasa da, Quran hökmündə olacaqdır.
    Lakin, yuxarıda gətirdiyimiz dəlil bu nəzəriyyənin batil olduğunu bir daha sübuta yetirir. Çünki, hər hansı bir mövzu bir neçə səbəblər üzündən «vahid xəbər» formasında nəql olunarsa, özünün yalan olduğuna dəlalət edəcəkdir. Çünki, əgər mötəbər olsaydı, mütəvatir olaraq nəql olunardı.
    Məsələn, əgər padşahın şəhərə daxil olacağını bir-iki nəfər xəbər verərsə (bir haldakı padşahın şəhərə daxil olmasının gizli qalması şəhər əhalisi üçün heç bir əhəmiyyət kəsb etmir) və həmən xəbəri bu iki nəfər şəxsdən savayı başqaları bilməzsə, xəbəri eşidən dəgər şəxslər özlərində şəkk-şübhəyə yol vermədən bunun yalan olduğunu qəbul edəcəklər. Təbiidir ki, belə bir vəziyyətdə padşahın şəhərə gəlməsi münasibətilə heç bir tədbir görülməyəcəkdir.
    Buradan belə məlum olur ki, hər hansı bir mətləb «vahid xəbər» formasında bəyan edilərsə, Allah kəlamı və Quran ayəsi hesab olunmaz. Onun yalan olduğu sübuta yetirildikdə isə, onun şəri hökm kimi əməl olunmasına heç bir lüzum olmayacaqdır.
    Məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar belə bir əqidədədirlər ki, Quran ayələrinin sabit olması yalnız onun mütəvatir olaraq nəql olunması ilə həyata keçə bilər. Bunu da qeyd edək ki, ayələrin mütəvatir olması ilə qiraət üsullarının mütəvatir olması arasında heç bir əlaqə yoxdur. Ümumiyyətlə bunun üçün heç bir lüzum da yoxdur. Quran ayələri mütəvatir olsa da, qiraət üsullarının mütəvatir olmaması tamamilə təbii bir haldır. Çünki, Quranın mütəvatir olmasını qiraət üsullarının mütəvatir olması üçün dəlil hesab etmək olmaz. Belə ki, qiraət üsullarının mütəvatir olmasını inkar edən dəlillər Quran ayələrinin mütəvatir olmamasına dəlil hesab olunmur. Növbəti fəsillərdə bu barədə ətraflı söhbət açacağıq.
    Qiraət üsullarının mütəvatir olmaması haqda mövcud olan mühüm bəhslərdən biri də qarilərin özü ilə tanışlıq və onların qiraətlərini nəql edən şəxslərin etibarlı olub-olmamasıdır. Ən məşhur Quran qariləri isə yeddi nəfərdən ibarətdir. Biz onların hər biri haqda ətraflı məlumat verdikdən sonra, onların siyahısına əlavə olunan daha üç qari haqda söhbət açacağıq.
    1. ABDULLAH İBNİ AMİR DƏMƏŞQİ
    Adı: Abdulla ibni Amir Dəməşqi;
    Kunyəsi: Əbu Umran;
    Ləqəbi: Yəhsəbi.
    Abdulla ibni Amir Quranı Muğəyrət ibni Əbi Şəhabdan öyrənmişdir.
    Heysəm ibni Umran deyir: Abdulla ibni Amir Əməvi xəlifəsi Vəlid ibni Əbdülməlikin hakimiyyəti dövründə məsciddə imamlıq vəzifəsini daşıyırdı.
    Heysəm belə hesab edir ki, Abdulla Bəni-humeyr qəbiləsindən olmuşdur və buna görə də o, bəzən ona irad tutardı.
    Əbu Əmr Dani deyir: Abdulla ibni Amir Bilal ibni Əbi Dərdadan sonra Şama baş qazi təyin olundu... Şam camaatı Quran qiraətində onu özlərinə başçı təyin hesab edirdi.
    İbni Cəzri deyir: İbni Amirin qiraəti haqda müxtəlif nəzəriyyələr irəli sürülmüşdür. Bəzən onların sayı doqquza çatır. Lakin, mötəbər yazıçılardan bəzilərinin dediklərinə görə İbni Amirin qiraəti kimdən öyrənməsi dəqiq məlum deyildir.
    Abdullah Hicrətin 9-cu ilində doğulmuş, 118-ci ilində isə vəfat etmişdir.
    İBNİ AMİRİN RAVİLƏRİ
    İbni Amirin qiraətini iki nəfər ravi müxtəlif yollarla nəql edir. Bu iki şəxs Hişam və Zəlvandır.
    1. Adı Hişam, kunyəsi ibni Amir, atasının adı isə Nəsir ibni Musəyrə olmuşdur. Qiraəti Əyyub ibni Təmimdən öyrənmişdir.
    Rical* alimləri Hişamın kimliyi haqda iki müxtəlif nəzəriyyə irəli sürmüşlər. Yəhya ibni Muin Hişam haqda deyir: «O, mötəbər kəslərdən idi və ona etibar etmək olardı.»
    Nəsai deyir: «Onun şəxsiyyətində heç bir eyb və nöqsan olmamışdır.»
    Dar Qutni onun haqqında belə bir nəzər vermişdir: «Hamı ona ehtiram qoyar və söylədiklərinin həqiqiliyinə kimsə şübhə etməzdi.»
    Amma bütün bunların əksinə olaraq, bəzi rical alimləri onu kəskin şəkildə tənqid etmişlər. Acuri, Əbi Davuddan nəql edərək deyir: «Əbu Əyyub Süleyman ibni Əbdürrəhman, Hişamdan daha mötəbər olmuşdur. Çünki, Hişamın istinad etdiyi hədislərdən dörd yüzü həqiqətə uyğun deyildir.»
    İbni Davud deyir: «Bir zamanlar belə qərara gəlmişdim ki, Hişamın söylədiyi hədisləri nəql etməyəm. Çünki o, hədis dəllalı idi!»
    Saleh ibni Məhəmməd deyir: «Hişam hədis nəql etmək üçün pul alardı. İstədiyi məbləği əldə etməyincə hədis nəql etməzdi.»
    Məruzi deyir: « Əhməd, Hişamı xatırlayarkən bu sözləri deyərdi: «O, ikiüzlü və sadəlövh bir insan idi.» Sonra onun, Quranın məxluq olduğu haqda irəli sürdüyü nəzəriyyəni inkar edərək sözlərini bu ifadələrlə başa vurmuşdur: «Onun arxasında namaz qılan şəxs, namazını yenidən qılmalıdır!»
    Müəllif, Hişam barəsində irəli sürülmüş ixtilaflı nəzəriyyələrin kimlər tərəfindən nəql olunduğunu bilmək üçün, oxuculara «Təbəqatul qurra» adlı kitaba nəzər salmağı daha məqsədəuyğun hesab edir.
    2. İbni Zəkvan, İbni Amirin ikinci ravisi hesab olunur. Adı Abdulla, atasının adı Əhməd ibni Bəşir olmuşdur. Bəzən onu Bəşir ibni Zəkvan da adlandırırlar. Qiraəti Əyyub ibni Təmimdən öyrənmişdir və onun qarşısında tilavət etmişdir.
    Əbu Əmr və Hafiz deyir: «Kəsai Şama gəldikdə İbni Zəkvan qiraəti ondan öyrəndi.»
    İbni Zəkvan Hicrətin 173-cü ilində doğulmuş, 242-ci ilində isə vəfat etmişdir.
    Müəllif: İbni Zəkvanın raviləri də Hişamın raviləri kimi tanınmışdır.
    İBNİ KƏSİR MƏKKİ
    Adı Abdulla, atası Kəsir ibni Abdulla ibni Zadan ibni Firuzan ibni Hermez, Məkkənin «Dar» qəbiləsindən olmuşdur. Əslən iranlı olub. «Təysir» adlı kitabda yazılanlara görə İbni Kəsir qiraəti Abdulla ibni Məsaildən öyrənmişdir və onun qarşısında tilavət etmişdir.
    Hafiz Əbu Ömər və başqaları bu fikri qəbul etmiş və onun doğruluğuna istinad etmişlər. Lakin Hafiz Əbu Əla bu məsələyə şübhə ilə yanaşmış və bunu o qədər də mötəbər hesab etməmişdir. İbni Kəsir öz qiraət üsulunu Mücahid ibni Cəbrə, Dərbas və Qulam ibni Abbasa təqdim etmiş və onlar tərəfindən təsdiq olunmuşdur.
    İbni Kəsir Hicrətin 45-ci ilində Məkkədə doğulmuş və 120-ci ilində elə oradaca vəfat etmişdir. (Təbəqətul qurrə. 1-ci cild, 443-cü səh).
    Əli ibni Mədini, İbni Kəsir haqda bu sözləri deyir: «O, etibarlı və inanılmış kəslərdən idi.» İbni Səd onun mötəbər olduğuna işarə etdikdən sonra deyir: Əmr Daninin fikrincə o, qiraəti Abdulla ibni Saib Məzufidən öyrənmişdir. Lakin onun, qiraəti Mücahiddən öyrəndiyi də göstərilir və bu xəbər daha mötəbərdir. (Təhzibut-təhzib. 5-ci cild, 37-ci səh).
    İBNİ KƏSİRİN RAVİLƏRİ
    İbni Kəsirin qiraətini iki nəfər ravi müxtəlif yollarla nəql etmişdir.
    1. Bəzi – Əhməd ibni Məhəmməd ibni Abdulla ibni Qasim ibni Nafe ibni Ubey Əsl, adı isə Bəşardır. Əsli İranın Həmədan vilayətindəndir. Saib Məxzufinin vasitəsilə müsəlman olmuşdur.
    Onun barəsində də iki müxtəlif fikir irəli sürülmüşdür.
    İbni Cəzri deyir: İbni Kəsir illər boyu Quranı tədris etmiş və müəllimlik vəzifəsində çalışmışdır. Onun güclü hafizəsi və Quran elmləri ilə xüsusi əlaqəsi var idi. Hicrətin 170-ci ilində doğulmuş, 250-ci ilində isə vəfat etmişdir. (Təbəqətul qurra. 1-ci cild, 119-cu səh).
    Bəzi qiraətini Qəvvas ləqəbi ilə məşhur olan Əbdül Həsən Əhməd ibni Məhəmməd ibni Ələqədən və Əbul Əxrix Vəhəb ibni Vadh Məkkidən və Abdulla ibni Ziyad ibni Abdulla ibni Yəsardan öyrənmişdir. ( Ənnəşr fi qiraatil əsir. 1-ci cild, səh.119).
    Əqili deyir: «İbni Kəsir yalançı və etibar olunmayan bir şəxs olmuşdur.»
    Əbu Hatim deyir: «O, hədis nəql etməkdə mötəbər olmadığı üçün mən ondan hədis nəql etmirəm.» (Lisanul Mizan. 1-ci cild, səh. 120).
    Müəllif:
    Qiraət ustalarının kimliyi haqda daha dəqiq məlumat əldə etmək üçün «Təbəqatül qurra»ya müraciət edin.
    2. Qənbəl – Məhəmməd ibni Əbdürrəhman, Xalid ibni Məhəmməd, Əbu Əmr künyəsi ilə tanınmışdır. Məxzum tayfası tərəfindən köləlikdən azad edilmiş və ömrünün sonunadək Məkkədə yaşamışdır.
    Qiraəti Əhməd ibni Məhəmməd ibni Ovn Nəbaldan öyrənmiş və onun hüzurunda tilavət etmişdir. Sonralar Əhməd ibni Məhəmməd onu öz yerinə Məkkədə qiraət ustadı təyin etmişdir. Qənbəl, Bəzidən də qiraət nəql etmişdir və hicazda Quranın tədris olunmasını ona həvalə etmişdir. O, Məkkədə xəlifə ordusunun hərbiçilərindən sayılırdı. Hicrətin 195-ci ilində doğulmuş, 291-ci ilində vəfat etmişdir. (Təbəqətul qurra. 2-ci cild, 119-cu səh).
    Qənbəl, sonralar nizami orduya sərkərdə təyin olunur. Elə bu səbəbdən də qiraət üsulunda dəyişikliyə yol verir və yaşlandıqca qiraətində yaranmış fərq daha çox nəzərə çarpmağa başlayır. Belə ki, vəfatından yeddi il əvvəl Quran tədrisini və müəllimliyi tərk etməli olur. (Lisanul Mizan. 5-ci cild, 249-cu səh).
    Müəllif: Digər ravilər arasında olan ixtilaf, Qənbəlin qiraətini nəql edən ravilərdə də nəzərə çarpır.
    ASİM İBNİ BƏHDİLƏ KUFİ
    Əbu Bəkr ibni Əbinnucud Əsədi Kufə şəhərində yaşamış və Bəni-əsəd qəbiləsi tərəfindən köləlikdən azad olunmuşdur.
    Qiraəti Zərr ibni Hubəyş və Əbu Əbdürrəhman Sələmidən və Əbu Əmr Şeybanidən öyrənmiş və onların qarşısında tilavət etmişdir.
    Əbu Bəkr ibni Əyyaş deyir: «Günlərin bir günündə Asim mənə dedi: Quran qiraətini mənə tədris edən kəs yalnız Əbdürrəhman Sələmi olmuşdur. Onun yanından qayıtdıqdan sonra eşitdiklərimi Zərrə dedim və o da Asimin dediklərini təsdiq etdi.»
    Həfs deyir: «Asim nəql edir ki, Quran qiraətindən sənə tədris etdiyim bütün incəlikləri Əbdürrəhman Sələmidən o isə Əli ibni Əbi Talib Fəradan öyrənmişdir. Və Əba Bəkr Əyyaşa tədris etdiyim şeyləri Zərr ibni Hubeyşdən, o isə qiraəti İbni Məsuddan öyrənmişdir.»
    İbni Məsud deyir: «Asim mötəbər kəslərdən idi. Əməşin hafizəsi ondan daha güclü idi.»
    Abdulla ibni Əhməd atasından nəql edərək deyir: «Asimin özünəməxsus qiraət üslubu var idi. Etibarlı olduğu üçün Xəlifə Osman tərəfindən Quran qarilərinin rəhbəri təyin olunmuşdu.»
    Yəqub ibni Süfyan deyir: «Mötəbər bir şəxsiyyət olmasına baxmayaraq, nəql etdiyi hədislərdə bəzi nöqsanlar da nəzərə çarpır.»
    İbni Əliyyə, Asimə irad tutaraq deyir: «Asim haqda hədis və rəvayət nəql edən şəxslər hamılıqla zəif hafizəyə malik olmuşlar.»
    Nəsai deyir: «Asimdə heç bir nöqsan nəzərə çarpmırdı, lakin İbni Xərraş onun nəql etdiyi hədisləri qətiyyətlə rədd edirdi.
    Əqilinin fikrincə Asimin yeganə mənfi xüsusiyyəti varsa, o da onun hafizəsinin zəif olmasıdır.
    Dar Qutbi də Asimə bu iradı tutmuşdur. Həmmad ibni Sələmə deyir: «Asim ömrünün son illərində hədis və rəvayətləri mötəbərlik baxımından ayırd etməyə çətinlik çəkirdi. Asimin doğulduğu il məlum deyildir. Vəfat tarixi isə Hicrətin 127-ci və ya 128-ci ilində baş vermişdir.
    ASİMİN RAVİLƏRİ
    Asimin qiraətini Həfs və Əbu Bəkr heç bir vasitə olmadan onun özündən nəql etmişlər.
    1. Həfs ibni Süleyman Bəni-əsəd qəbiləsindən olmuşdur.
    Zəhəbi deyir: Həfs hədis nəql etməkdə güclü hafizəyə malik olsa da, Quran qiraəti sahəsində bir o qədər də etibarlı hesab olunmurdu. Onun qiraəti yazılı şəkildə saxlanılırdı. Həfs deyərdi: Qiraətdə Asimilə heç bir ixtilafımız olmamışdır. Qiraətdə olan cüzi fərq, yalnız Rum surəsinin 54-cü ayəsində nəzərə çarpır.
    Ayədə deyilir:
    (Allahulləzi xələqəkum min zəfin.)
    Həfs «zəf» kəlməsini zəmmə ilə, yəni «zəfu», Asim isə fəthə ilə, yəni «zəfə» kimi qiraət etmişdir.
    Asim ibni Bəhdələ Kufi Hicrətin 90-cı ilində doğulmuş, 180-cı ilində vəfat etmişdir. (Təbəqatul-qurra. 1-ci cild, səh.254).
    RİCAL ALİMLƏRİNİN HƏFSƏ OLAN MÜNASİBƏTLƏRİ
    İbni Əbi Hatəm Abdullah ibni Əhməd ibni Hənbəl o da atası Əhməd ibni Hənbəldən nəql edərək deyir: «Həfs hədis elmindən uzaq düşmüş və heç bir etibarı olmayan bir şəxs olmuşdur.» Osman Dar və başqaları İbni Muindən belə nəql edir. Həfs digər mühəddislər kimi bir o qədər də etibarlı deyildi. İbni Mədini deyir: «Həfs hədis nəql etməkdə olduqca zəif və qeyri-mötəbər olmuşdur. Bu səbəbdən də mən heç vaxt ondan hədis nəql etmirəm.» Buxari onun haqda deyir: «Rical alimləri onun nəql etdikləri hədisləri qətiyyətlə rədd etmişlər.»
    Müslüm öz kitabında yazır: «Həfs kimsə tərəfindən qəbul olunmayan mühəddis olmuşdur.» Nəsai onun haqda deyir: «Həfs mötəbər şəxs olmadığı üçün, nəql etdiyi hədislər kimsə tərəfindən yazılmırdı.» Saleh ibni Məhəmməd deyir: «Onun nəql etdiyi hədislər yalan və əsassız olduğu üçün, kimsə onu yazmaq fikrinə düşmürdü.» İbni Xərram, Həfsi yalan danışmaqda və hədis uydurmaqda ittiham etmişdir.» İbni Həyyanın fikrincə Həfs hədislərin mətnində dəyişikliklər aparır və sənədi olmayan əsassız hədisləri mötəbər olsun deyə, qondarma mənbələrlə nəql edirdi. Bəzən də hədisi vasitəçi ravilərin adı ilə bağlayırdı. İbni Cəzri özünün «Movzuat» kitabında Əbdürrəhman ibni Məhdəvidən belə nəql edir: «And olsun Allaha! Həfsdən rəvayət nəql etmək düzgün deyildir.» Dar Qutni deyir: «Həfs hədis nəql etməkdə olduqca zəif olmuşdur.» Saci deyir: «Həfs, nəql etdiyi hədislər aradan getmiş kəslərdəndir. Onun söylədikləri yalan və iftiradan savayı bir şey deyildir.»
    Müəllif: Rical alimlərinin Həfs ibni Bəhdilə haqda irəli sürdükləri nəzəriyyələr barədə ətraflı məlumat əldə etdiniz. Bunu da qeyd edək ki, Həfs barəsində fikir irəli sürən ravilər, digər qarilərin raviləri kimi şəxsiyyəti və kimliyi məlum olmayan kəslərdir.
    2. Əbu Bəkr – Adı Şəbə, atasının adı Əyyaş ibni Salim Hənatdır. Bəni-əsəd və Kufi qəbilələrinə mənsub olmuşdur.
    İbni Cəzri onun barəsində bu sözləri deyir: «O, öz qiraət üslubunu müəllimi Asimə, həmçinin Əta ibni Saibə və Əsləmə Munqirə təqdim etmişdir. Şəbə yüz il ömür sürmüş və ölümündən yeddi il əvvəl qiraətdən əl çəkmişdir.
    Şəbə zəmanəsinin ən tanınmış qiraət və şəriət alimlərindən biri hesab olunurdu. Bəzən o, özü haqda deyərdi: Tək mən özüm islam dininin yarısını təşkil edirəm! Ölüm ayağında bacısını ağlayan görən Şəbə deyir: «Evin o küncünə bax! Mən orada on səkkiz min dəfə Quranı xətm etmişəm.» Şəbə Hicrətin 95-ci ilində doğulmuş, 193-cü və ya 194-cü ilində vəfat etmişdir.
    Abdullah ibni Əhməd ibni Hənbəl atasından Əbu Bəkr haqda deyərdi: «Şəbə mötəbər şəxsiyyətlərdən olmaqla yanaşı, səhvə də çox yol verərdi.»
    İbni Əbi Hatəm deyir: «Atamdan, Əbu Bəkr Əyyaşın və Əbul Əhvəsin kimliyi haqda soruşduqda bu sözləri dedi: Onlardan heç birinin mötəbər olmasını təsdiq etmirəm. İbni Səd deyir: «O, düz danışan və etibarlı bir şəxs idi, hədislə yanaşı digər elmlərə də yiyələnirdi. Lakin səhvə də çox yol verərdi.»
    Əbu Nəsim deyir: «Hədis və qiraətdə Əbu Bəkrdən çox səhvə yol verən ikinci bir şəxs görmədim.»
    Bəzad deyir: «Hafizəsi zəif olduğu üçün hədis əzbərləmirdi.»
    Yəqub ibni Şeybə deyir: «Nəql etdiyi hədislərdə bir növ zəiflik nəzərə çarpırdı.»
    ƏBU ƏMR BƏSRİ
    Zəbban ibni Əla ibni Əmmar Mazəni Bəsrə əhalisindən olmuşdur. Bəziləri, hətta onun iranlı olduğunu da qeyd etmişlər.
    Təqibə məruz qaldığı üçün atası ilə birlikdə Hicazı tərk etməyə məcbur olmuş və qiraət elminə Məkkə və Mədinədə yiyələnmişdir. Bəsrə və Kufə şəhərlərində də tanınmış qiraət ustalarının dərslərində iştirak etmiş, sonralar daha da məşhurlaşaraq yeddi qiraət ustalarının sırasına daxil edilmişdir.
    Şam camaatı Hicrətin 5-ci yüz illiyinə qədər İbni Amirin qiraət üsulundan istifadə edərdi. Amma sonralar İraqdan Şama gəlmiş bir şəxs Əməvi məscidində Əbu Əmr Bəsrinin qiraətini geniş şəkildə təbliğ etmiş və onu yerli əhaliyə öyrətməyə başlamışdır. Əsməi, Əbu Əmrdən nəql edərək deyir: «Hətta keçmiş qiraət ustalarından kimsənin məndən bilikli olduğunu güman etmirəm.»
    Əbu Əmr Hicrətin 68-ci ilində doğulmuş və bir çoxlarının dediyinə görə, 154-cü ildə vəfat etmişdir.
    Dovri, İbni Muindən nəql edərək deyir: «Əbu Əmr mötəbər və etimad olunası bir şəxs olmuşdur.»
    Əbu Xeysəmə deyir: «Əbu Əmrin heç bir nöqsanı yox idi, lakin nəql etdiyi rəvayətləri yadda saxlaya bilmirdi.»
    Nəsr ibni Əli Cəhzəmi atasından nəql edərək deyir: «Günlərin bir günündə Şəbə mənə dedi: Əbu Əmrin qiraətinə diqqət yetir! Hər hansı bir qiraəti seçərsə, onu kağız üzərinə köçür. Çünki, o, yaxın gələcəkdə qiraət tədris edəcəkdir.»
    Əbu Müaviyə Əzhəri nəql edərək deyir: «Əbu Əmr bir neçə qiraət üsuluna yiyələnmişdi. O, ərəb dilinin incəliklərinə fəsahət alimlərindən daha çox tanış idi.»(Təhzibut-təhzib, 12-ci cild, səh.178-180)
    ƏBU ƏMRİN RAVİLƏRİ
    Əbu Əmrin qiraətini iki nəfər şəxs Yəhya ibni Mübarəkin vasitəsilə nəql etmişdir. Dovri və Səuəsini də onların sırasına daxil etsək, onların sayı üçə çatacaqdır.
    1. Yəhya ibni Mübarək;
    İbni Cəzri onun haqqında deyir: « Əbu Əmr nəhv və qiraət elmlərini tədris edərdi. O, etibarlı və hamı tərəfindən hörmətlə qarşılanan şəxslərdən idi. Bağdada gəldikdən sonra hamı onu Yəzidi adlandırmağa başladı. Çünki, Abbasi xəlifəsi Yəzid ibni Mənsur Humeyri ilə sıx əlaqədə idi. Belə ki, xəlifənin övladlarının tərbiyəsi də onun üzərinə düşürdü. Yəhya ibni Mübarək qiraət dərslərini başa vurduqdan sonra onu Əbu Əmrə təqdim edir. Əbu Əmr ona öz nəzəriyyələrindən istifadə etməyi tövsiyə edir və onu Quran qiraətini tədris etmək üçün öz yerinə canişin təyin edir. Yəhya, Əbu Əmrlə yanaşı, məşhur qari Həmzədən də dərs almışdır. O, qiraət elmində ictihada nail ola bilmiş və ustadı Əbu Əmr ilə çox az məsələlərdə ixtilafı olmuşdur. Qiraəti isə ondan Dovri və Əbu Şueyb Səuəsi nəql etmişdir.
    İbni Mücahid deyir: «Əbu Əmrin digər şagirdləri Yəzididən (Yəhyadan) daha fəal olmalarına baxmayaraq, burada məhz onun mötəbərliyini qeyd etdik. Bunun isə əsas səbəbi onun başqaları ilə deyil, məhz Əbu Əmrlə maraqlanıb ondan hədis nəql etməsidir. O, Əbu Əmrin digər şagirdlərindən daha fəal və hafizəli idi.»
    Yəhya, Hicrətin 402-ci ilində doğulmuş və 72 yaşında Mərvdə vəfat etmişdir. Bəziləri isə onun yaşının daha çox olduğunu qeyd etmişlər.
    2. Dovri, Yəhyanın ravisi və şagirdi olmuşdur. Adı Həfs, atasının adı isə Əmr ibni Əbdül Əziz Dovri, Bəni-əzd və Bağdadi qəbiləsinə mənsub olmuşdur.
    İbni Cəzri deyir: «Dovri hamı tərəfindən hörmət və izzətlə qarşılanan bir şəxs olmuşdur. Nəql etdiyi bütün mətləbləri yazır və hifz edirdi. O, qiraət elminin qanun və qaydalarını bir yerə toplayan ilk şəxs olmuşdur. Təvəllüdü dəqiq məlum deyildir, vəfat tarixi isə Hicrətin 246-cı ili göstərilir. (Təhzibut-təhzib, 2-ci cild, səh.408.)
    Müəllif: Dəvəridən qiraət haqda nəql edən şəxslərin kimliyi digər ravilər kimi məlum olunmamışdır.
    3. Səuəsi – Adı Saleh, künyəsi Əbu Şueyb, atasının adı Ziyab ibni Abdullahdır.
    İbni Cəzri onun haqda deyir: «Səuəsi bütün mətləbləri yazır və onu hifz edirdi. Bu səbəbdən də onun nəql etdikləri mötəbər hesab olunurdu. O, öz təhsilini Əbu Məhəmməddən almış və onun rəğbətini qazanmışdı. 261-ci ilin əvvəllərində 70 yaşında vəfat etmişdir.» .(Təbəqatul-qurra, 1-ci cild, səh.261.)
    Əbu Hatəm, Nəsai və Əbu Həyyan, Səuəsinin etibarlı bir şəxs olduğunu təyid etmişlər.
    Əbu Əmr Dani deyir: Nəsai qiraəti ondan nəql edirdi, lakin Müslim ibni Qasim Əndəlosi heç bir dəlil və əsas olmadan Səuəsini mötəbər hesab etmişdir. (Təhzibut-təhzib, 4-cü cild, səh.392.)
    Müəllif: Səuəsinin ravilərinin kimliyi digər ravilər kimi naməlum qalmışdır.
    Category: Əl-Bəyan 1-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 766 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024