İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Əl-Bəyan 1-ci cild

    Əl-Bəyan 1-ci cild

    FƏSAHƏTLI IBARƏTLƏR
    Bu nəzəriyyəni irəli sürənlər iddia edirlər ki, Quran o dövrün tanınmış yeddi böyük qəbilənin istifadə etdikləri ifadələrlə nazil olmuşdur.
    Yeddi qəbilə aşağıdakılardan ibarətdir:
    «Qüreyş, Huzeyl, Həvazən, Yəmən, Kənanə, Təmim və Səqif» Əbhəri və Beyhəqi kimi alimlər bu nəzəriyyəyə əsaslanmışlar.
    Cavab: Bu nəzəriyyəni də bir neçə səbəbdən əsassız hesab edə bilərik.
    1. Bir qədər əvvəl qeyd olunan rəvayətlərdə yeddi fəsil deyildikdə, tam başqa bir məna nəzərdə tutulurdu.
    2. Yeddi qiraət səbkini yeddi ləhcə kimi mənalandırmaq, Əmrin bu haqda dedikləri ilə tamamilə zidd bir fikirdir. O, deyir: Quran yalnız Muzərr ləhcəsində nazil olmuşdur. Əmr, İbni Məsudun «hətta himnə» kəlməsini «ətta himnə» kimi oxumasına etiraz edir. Ona yazdığı məktublardan birində deyir: Quran Huzeyl ləhcəsində deyil, Qüreyş ləhcəsində nazil olmuşdur və camaata da məhz bu səbkini öyrətməlisən.
    3. Osman üç Qüreyş tayfasına göstəriş verərək deyir: Əgər Zeyd ibni Sabitin qiraəti ilə ixtilafınız olsa, Qüreyş qiraətini əsas tutun. Çünki, Quran Qüreyş ləhcəsində nazil olmuşdur.
    4. Başqa bir rəvayətdə deyilir: Əmr və Hişam, Furqan surəsini müxtəlif səbkilərdə qiraət etdikləri üçün aralarında ixtilaf yaranır və Peyğəmbərin (s) yanına gəlib onun hüzurunda həmin surələri qiraət etmək qərarına gəlirlər. Onların hər biri qiraət edib qurtardıqdan sonra, Peyğəmbər (s) hər ikisinin düzgünlüyünü təsdiq edib buyurur: «Quran yeddi səbkidə nazil olmuşdur, onların hansı biri ilə qiraət etsəniz düzdür.» (Səhih Buxari).
    Hişam və Əmrin Qüreyş qəbiləsindən olması məlum olduğu halda, qiraət baxımından onların arasında heç bir ixtilaf ola bilməzdi və bu halda yeddi qiraət səbkilərini, yeddi ləhcə kimi mənalandırmaq olmaz.
    5. Əgər bu nəzəriyyəyə əsaslananlar Qüreyş ləhcəsinin bu ləhcələr arasında olmadığını nəzərdə tuturlarsa, onda onlar qiraəti asanlaşdırmaq əvəzinə, onu daha da qəlizləşdirmiş olurlar. Çünki, Qüreyş ləhcəsi ərəb qəbilələrinin mötəbər hesab etdikləri ləhcələrdən biri olmuşdur və onlar istifadə etdikləri ifadələrin həqiqətən ərəb kəlməsi olub-olmadığını məhz, Qüreyş ləhcəsi ilə müqayisə edirdilər.
    Əgər onlar digər ləhcələrin Qüreyş ləhcəsilə tamamilə eyni olduğunu nəzərdə tuturlarsa, onda onları yeddi hissəyə bölməyin heç bir lüzumu olmayacaqdır. Çünki, Qurani-kərimdə Qüreyş ləhcəsinə oxşar əlliyə yaxın ləhcədən istifadə olunmuşdur.
    Beşinci nəzər:
    Muzərr ləhcəsi: Yeddi oxunuş səbki deyildikdə, yalnız Bəni-muzər qəbiləsinə mənsub olan yeddi (Qüreyş, Əsəd, Kənanə, Huzeyl, Təmim, Zəbbə və Qeys) qəbiləsinin istifadə etdikləri ləhcələr nəzərdə tutulur.
    Cavab: Dördüncü nəzəriyyəyə tutulan irad və nöqsanlar bu nəzəriyyəyə də şamil olunur.
    Altıncı nəzər:
    Qiraətlərdəki ixtilaflar: Bu nəzəriyyənin tərəfdarları yeddi səbki deyildikdə, yeddi qiraət üsulunu nəzərdə tuturlar. Onlar nəzəriyyələrini bəyan edərkən deyirlər: Apardığımız araşdırmalardan sonra belə bir nəticəyə gəldik ki, Quran məhz yeddi qiraət üsulunda nazil olmuşdur.
    1. Bəzən, yalnız kəlmənin məna və quruluşu deyil, hərəkəsi (sait hərfləri) dəyişilir. Məsələn, «Hunnə əthəru ləkum» cümləsindəki zəmmə ilə (u) oxunan «əthəru» «əthərə» oxunur.
    2. Bəzən hərəkənin əvəz olması ilə cümlənin quruluş və mənasında da dəyişiklik baş verir. Məsələn,«Rəbbəna baid əsfarina – Ey Rəbbimiz! Səfərlərimizin arasını [məsafəsini] uzaq et!» (Səba-19).
    3. Bəzən hərflər dəyişildikdə yazılış formasında heç bir dəyişiklik baş vermir, məna isə tamamilə əvəz olunur. Məsələn, «nunşizuha – nunşiruha» kəlməsi həm (z), həm də (r) hərfi ilə tələffüz olunur. Belə ki, «nəşərə» (yaymaq), «nəşəzə» isə (uzaq etmək) mənasını verir.
    4. Bəzən kəlmənin yazılış forması dəyişilsə də, mənası olduğu kimi qalır. Məsələn, «kəl ihni mənfuş» (dağlar isə didilmiş yun kimi olacaqdır) ayəsi, «Kəssovfil mənfuş» oxunmuşdur. Çünki, «ihn» və «sovf» eyni mənanı (didilmiş yun) daşıyır.
    5. Bəzən qiraətdə yaranmış ixtilaflar həm kəlmənin yazılış formasının, həm də mənasının əvəz olunmasına səbəb olur. Məsələn, «və təlhin mənzud» (salxım-salxım sallanmış banan ağacları altında) ayəsi «və təlin mənzud» kimi oxunmuşdur.
    6. Bəzən qiraətlərdə ifadələr bir-birindən ya əvvəl, ya sonra (yəni yerləri dəyişilərək) tələffüz olunur. Məsələn, «və caət səkrətul movti bil həqqi» (ölüm məstliyi həqiqətən gəlir) ayəsi «Və caət səkrətul həqqi bilmovti» oxunmuşdur.
    7. Bəzən də ayəyə əlavə və əskiltmələr etməklə məna baxımından nöqsanlar yaradılır. Məsələn, «Tisə və tisunə nəcətən unsa» (Onun doxsan doqquz dişi qoyunu var).
    «Və əmməl ğulamu fəkanə kafirən və kanə əbəvahu muminin» (Oğlana gəldikdə isə, onun ata-anası mömin kimsələr idi). «Fə innəllahə min bədi ikrahihinnə ləhunnə ğəfərun rəhim» (Kim cariyələri zinakarlığa məcbur edərsə, [bilsin ki,] onların bu məcburiyyətindən sonra, əlbəttə, Allah [zinakarlığa vadar olanları] bağışlayar və rəhm edər).
    Belə ki, birinci ayəyə [ehtiyac duyulmadığı bir halda] «unsa – dişi», ikinci ayəyə «kafirən – kafir» və «kanə – oldu, idi», üçüncü ayəyə isə «ləhunnə – həqiqət o cariyələrə, qadınlara» ifadələri əlavə olunmuşdur.
    Cavab: beşinci nəzəriyyədə yeddi oxunuş səbkisinə verilən izahatların xülasəsi bundan ibarət idi. Bu nəzəriyyəni də bir neçə səbəbdən əsassız hesab etmək olar.
    1. Yeddi oxunuş səbkisini belə bir tərzdə mənalandırmağın heç bir məna və məfhumu yoxdur. Ümumiyyətlə, adları çəkilən şəxslərin qiraətdə mövcud olan ixtilaflardan əsla məlumatları olmamışdır.
    2. İxtilafa səbəb olan amillərdən biri də, ayələrin mənalarının dəyişilib-dəyişilməməsidir. Bir haldakı biz, bu iki müxtəlif amili eyni şey hesab etməməliyik. Çünki, dəyişilən yalnız kəlmənin zahiri formasıdır – istər məna dəyişilsin, istərsə də dəyişilməsin – belə olduqda qiraətdə heç bir dəyişiklik baş verməyəcəkdir. Çünki, qiraətin əvəz olunmasına səbəb məna deyil, kəlmələrin yazılış formasıdır.
    Bu səbəbdən də iki qismə bölünən qiraəti eyni hesab etməliyik və belə olduqda qiraət səbkilərinin sayı yeddi deyil, altı göstərilməlidir.
    3. «Təlhin» kəlməsinin «təlin» və «nənşizu» sözünün «nənşuru» kimi oxunması ixtilafa səbəb olan digər amillərdən hesab olunur. Göründüyü kimi, hər iki ifadədə hərflər dəyişilməklə «ha» hərfinin «ayn» hərfilə, «təlhin» sözünün «təlinlə», «za» hərfinin «ra» hərfilə və «nunşizuha» kəlməsinin «nunşiruha» ilə əvəz olunması qiraətdə müəyyən dəyişikliklər yaradır. Göründüyü kimi, fərq yalnız qiraətdə nəzərə çarpır və bu səbəbdən də bu iki fərqliliyi eyni hesab etməməliyik. Çünki, daha çox əhəmiyyət kəsb edən yazılış deyil, qiraətdir.
    4. Nəql olunmuş rəvayətlərdən məlum olur ki, Quran yalnız bir səbkidə nazil olmuşdur. Lakin, sonralar Peyğəmbərin (s) xahişi nəticəsində onların sayı yeddiyə çatdırılmışdır.
    Məlum olduğu kimi, Quranın bir səbkidə nazil olması bu kimi ixtilafların yaranmasına səbəb ola bilməzdi. Belə bir halda yeddi oxunuş səbki deyildikdə, qiraətdə yaranmış yeddi ixtilafı nəzərdə tutmaq nə dərəcədə düzgün olardı?
    5. Qurani-kərimin əksər ayələri qarilər tərəfindən eyni səbkidə tilavət olunur. Qiraətdə nəzərə çarpan fərqləri nəzərə aldıqda isə yeddi deyil, səkkiz üslub haqqında danışmalıyıq.
    6. Əmr və digər ravilərin nəql etdikləri rəvayətlərdən belə məlum olur ki, qarilər arasında mövcud olan ixtilaflar yalnız kəlmələrin tələffüzündə olmuşdur və bu ixtilaflar yeddi qiraət üsulunun yalnız birini təşkil edir. Lakin Peyğəmbər (s) heç vaxt bu kimi ixtilafların aradan qaldırılması üçün qiraətlərin iki, üç və sonra yeddi səbkiyə çatdırılmasına ehtiyac duymamışdır. Ümumiyyətlə, qiraətlərin Cəbrailin vasitəsilə iki, üç və nəhayət yeddi üsluba qədər artırılmasını yaranmış ixtilaflar ilə əlaqələndirmək olarmı?!
    Cəzairi nəhayət bir qədər orta mövqe tutaraq bu barədə demişdir: Yeddi qiraət səbki barəsində bir çox nəzəriyyələr irəli sürülmüşdür ki, onların əksəriyyəti tamamilə yanlış və əsassızdır. Sanki bu nəzəriyyənin tərəfdarları Peyğəmbərdən (s) nəql olunmuş «Quran yeddi səbkidə nazil olmuşdur» hədisindən əsla agah deyillər. (Tibyan 59-cu səh).
    YEDDİNCİ NƏZƏR
    QURANDA NƏZƏRƏ ÇARPAN DIGƏR IXTILAFLAR
    Deyirlər: Yeddi qiraət üsulu deyildikdə [altıncı nəzərdə işarə olunan mətləblər deyil], qiraətin özündə olan ixtilaflar nəzərdə tutulur.
    Bu nəzəriyyəyə əsaslanan Zərqani, özünün «Ləvayih» adlı kitabında Əbülfəzl Razidən nəql edərək yazır: Hər bir ifadədə mövcud olan ixtilaf bu yeddi xüsusiyyətdən xaric deyildir.
    1. Şəxsi adların kişi və ya qadın cinsində tək, təsniyə* (ikilik – bu ərəb dilinə aid olan bir xüsusiyyətdir) və cəm halında işlənməsi;
    2. Fellərdə indiki, keçmiş, gələcək və əmr formasında yaranmış ixtilaflar;
    3. Hərəkə (sait hərflər) və erab (ismin müxtəlif halları) baxımından yaranmış ixtilaflar;
    4. Edilən əlavələr və nöqsanlardan yaranmış ixtilaflar;
    5. İfadələrin bir-birlərindən əvvəl və ya sonra tələffüz olunması nəticəsində yaranmış ixtilaflar;
    6. Kəlmələrin əvəz olunması və ya dəyişilməsi nəticəsində yaranmış ixtilaflar;
    Fəth, imale, tərqiq, təfxim, idğam, izhar kimi yeni kəlmə və ləhcələrin meydana gəlməsi. Belə ki, bəzi qəbilələr bu kimi ifadələri bir mənada, digər qəbilələr isə tam başqa bir mənada işlətmişlər.
    Cavab: Bu nəzəriyyə də digər nəzəriyyələr kimi batil və əsassızdır. Çünki, 6-cı nəzəriyyəyə tutulan 1-ci, 4-cü və 5-ci iradları bu nəzəriyyəyə də aid etmək olar.
    Nəzəriyyəyə tutulan digər iradlardan biri də ad (sifət) və fellərdəki ixtilafların ayrı-ayrılıqda hesab olunmasıdır. Bir haldakı, ixtilaf onların hər birinin yalnız zahiri formasındadır. Demək biz, onların hər ikisini ixtilafa səbəb olan eyni amil hesab etməliyik və belə olduqda ixtilafların sayı altıdan artıq olmayacaqdır.
    Yox, əgər bütün xüsusiyyətləri nəzərə almalı olsaq, gərək fellərin indiki, keçmiş, gələcək, əmr, tək, təsniyə və cəm halında istifadə olunmalarını ayrı-ayrılıqda müxtəlif fərqlərə (hissələrə) ayıraq. Və belə olduqda isə ixtilafların sayı nəzərdə tutulandan daha çox olacaqdır.
    Zərqani, İbni Quteybədən nəql edərək deyir: Cümlələrdə idğam, izhar, rum, işmam, təxfif və təshildə ixtilafın yaranması onun bir cümlə kimi formalaşmasına heç bir mənfi təsir göstərmir və bu halda onları ixtilafa səbəb olan amillərdən biri hesab edə bilmərik. Demək, qiraətdə nəzərə çarpan ixtilafların sayını altıdan çox təsəvvür etmək mümkün deyil.
    1. Kəlmənin əslində deyil, zahiri formasında nəzərə çarpan ixtilaf «baid» (uzaqlaşdırmaq) felinin keçmiş və ya əmr formasında və «əmanətəhum» (sizə əmanət olunan şeylər) cümləsinin tək və ya cəm halda istifadə olunmasında yaranmış ixtilaf kimi;
    2. Kəlmənin zahiri formasında deyil, əslində mövcud olan ixtilaf «nunşizuha» kəlməsinin bəzən «ra», bəzən də «za» hərfləri ilə tələffüz olunması kimi;
    3. Həm kəlmələrin əslində, həm də zahiri formasında nəzərə çarpan ixtilaf «ihn» və «sovf» kəlmələri arasında olan ixtilaf kimi;
    4. Erabda nəzərə çarpan ixtilaflar; Məsələn, «və ərculkum» kəlməsi bəzən fəthə ilə, yəni «və ərculəkum» və bəzən də «və ərculikum» oxunur.
    5. İfadələrin bir-birindən əvvəl və ya sonra qiraət olunması nəticəsində yaranan ixtilaflar;
    6. Əlavə və ya əskiltmələr nəticəsində yaranan ixtilaflar.
    SƏKKİZİNCİ NƏZƏR
    SAYLARIN ÇOXLUĞU
    Bu nəzəriyyəyə əsaslananlar yeddi qiraət səbki deyildikdə, müəyyən rəqəm nəzərdə tutmurlar. Yəni, yeddi rəqəmi qiraətdəki ixtilafların çoxluğuna dəlalət edir, başqa sözlə desək, yeddi rəqəmi burada məcazi mənada işlənmişdir.
    Qazi Əyyaz və onun sadiq davamçıları bu nəzəriyyəyə əsaslanmışlar.
    Cavab: Bu nəzəriyyəyə iki əsaslı irad tutmaq olar.
    1. Bu mətləbə dəlalət edən rəvayətlərin heç birində yeddi rəqəmi say çoxluğu mənasında işlənməmişdir.
    2. Yeddi səbki dedikdə nəyi nəzərdə tutduqlarını və onun hansı məna daşıdığını açıqlamamışlar. Demək biz, yeddi səbki ifadəsini bir qədər əvvəl qeyd olunan nəzəriyyələrdə olduğu kimi mənalandırırıq. Belə olduqda isə əvvəlki nəzəriyyələrə tutulan iradlar bu nəzəriyyəyə də şamil olacaqdır.
    DOQQUZUNCU NƏZƏR
    YEDDİ QİRAƏT ÜSULU
    Bu barədə irəli sürülən nəzəriyyələrdən biri də, yeddi səbkinin yeddi qiraət üsulu kimi mənalandırmaları olmuşdur.
    Cavab: Əgər yeddi qiraət dedikdə, yeddi mötəbər qiraət üsulunu nəzərdə tuturlarsa, «Qiraətlərə baxış» fəslində bu nəzəriyyənin tamamilə batil və əsassız olduğu haqda ətraflı söhbət açdıq. Yox, əgər bütün qiraətləri nəzərdə tuturlarsa, onda qiraətlərin yeddidən daha çox olduğunu da nəzərdən qaçırmamalıdırlar.
    Belə bir nəzər də irəli sürülə bilər ki, Qurandakı qiraətlərin sayı çox olsa da, kəlmələri ayrı-ayrılıqda qiraət etsək, onları yeddi oxunuş qaydasından artıq tələffüz edə bilməyəcəyik. Demək, kəlmələrin qiraətində mövcud olan ixtilafın sayı da yeddidən artıq olmayacaqdır. Cavabında deyə bilərik ki, əgər Quranın əksər kəlmələrini nəzərdə tuturlarsa, bu tamamilə yanlış bir fikirdir. Çünki, Quranda yeddi səbkidə oxunan kəlmələrin sayı çox azdır. Yox, əgər yalnız bəzi kəlmələri nəzərdə tuturlarsa, bu halda başqa irad meydana gəlir. Belə ki, müxtəlif qiraət formalarında tələffüz olunan kəlmələr yeddidən daha artıq səbkilərdə tələffüz olunur. Məsələn, «və əbədəttağuti» kəlməsi 22, «uffi» kəlməsi isə 34 qiraət səkbilə tələffüz olunur.
    Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, bu nəzəriyyə də digər nəzəriyyələr kimi, həmin məzmunda nəql olunmuş rəvayətlərin məzmunu ilə əsla müvafiq deyildir.
    ONUNCU NƏZƏR
    MÜXTƏLİF LƏHCƏLƏR
    Bu nəzəriyyəyə əsaslananlar yeddi qiraət səbki deyildikdə, Quranda istifadə olunan ifadələrin bir-birindən fərqli olan müxtəlif ləhcələrdə tələffüz olunduğunu nəzərdə tuturlar.
    Rafei bu nəzəriyyəni öz kitabında qeyd etmişdir. (Ecazi Quran 70-ci səh.).
    Belə ki, ərəb qəbilələri müxtəlif ləhcələrdə danışdıqları üçün bəzi kəlmələri məxsus tərzdə tələffüz edirdilər. Məsələn iraqlılar, «yəqulu» kəlməsində boğazda tələffüz olunmalı «qaf» hərfini qeyri-ərəb xalqların tələffüz etdiyi adi «q» hərfi kimi, şamlılar isə onu «ə» hərfinə çevirərək tələffüz edirlər. Bu kimi dəyişikliklərin aparılmasından əsas məqsəd, müxtəlif ləhcələrdə danışan müsəlmanlar üçün Quran qiraətinin asanlaşdırılmasıdır. Çünki, hamının Quranı yalnız bir səbkidə qiraət etməsi olduqca çətin bir məsələdir. Bu səbəbdən də Quranın hər bir qəbilə və millətin öz ləhcəsində oxunmasına icazə verilmişdir. O ki qaldı ləhcələrin yeddi hissəyə bölünməsinə, burada məqsəd yeddi rəqəmi deyil, ləhcələrin çoxluğudur. Başqa sözlə desək, yeddi rəqəmi burada çoxluq mənasında işlənmişdir.
    Cavab: Bu nəzəriyyə də bir neçə səbəbdən əsassız hesab olunur.
    1. İrəli sürülmüş bu nəzəriyyə Ömər və Osmandan nəql olunmuş rəvayətlərlə tamamilə ziddiyyət təşkil edir. Belə ki, nəql olunmuş rəvayətdə Quranın yalnız Qüreyş ləhcəsində oxunmasına işarə olunur. Bir qədər əvvəl qeyd etdik ki, Osman, İbni Məsudu «hətta hiynə» kəlməsini «ətta hiynə» kimi tələffüz etməsini qadağan və Quranı yalnız Qüreyş ləhcəsində oxunmasını əmr etmişdir.
    2. Bir qədər əvvəl qeyd olunan rəvayətlərdə ixtilafın kəlmələrin tələffüzündə deyil, mahiyyət və mənasına əsasən yarandığına işarə edilmişdir.
    3. Yeddi rəqəminin çoxluğa dəlalət etməsi, onun kinayə və rəmz olaraq istifadə olunması rəvayətlərin zahiri mənası ilə uyğun gəlmir.
    4. Bu nəzəriyyəyə istinad edərək Quranı, hal-hazırda da müxtəlif ləhcələrdə qiraət etmək olar. Lakin bu da ümumdünya müsəlmanlarının adət-ənənələri ilə ziddiyyət təşkil edən məsələlərdəndir.
    5. Əgər bu nəzəriyyənin tərəfdarları Quranın əvvəllər müxtəlif ləhcələrdə oxunmasını, lakin onun sonradan qadağan olunduğunu iddia edərlərsə, cavabında deməliyik: Bu heç bir dəlil və əsası olmayan bir iddiadır. Bir haldakı məzhəbindən asılı olmayaraq bütün alimlər, Quranın yalnız bir səbkidə oxunmasını təkid etmiş və ərəb qəbilələrinin ləhcələrinin Quranın qiraətinə sirayət etməsinə qarşı çıxmışlar. Bunu da qeyd etmək lazımdır ki, Peyğəmbərin (s) zamanında islamı qəbul etmiş müsəlmanların əksəriyyətini, əsasən Ərəbistan yarımadasında yaşayan bədəvi ərəblər təşkil etmiş və sözsüz ki, onların da Quranda istifadə olunan ifadələri tələffüz etməkdə heç bir çətinlikləri olmamışdır. Peyğəmbərin (s) vəfatından sonra ətraf məntəqələrin milliyyətcə ərəb olmayan sakinləri islamı qəbul edir və müsəlman dünyasının ərazisi birə on artmağa başlayır. Belə bir şəraitdə necə ola bilər ki, ərəb dilinin tələffüzündə heç bir çətinliyi olmayan, milliyyətcə ərəb olan müsəlmanlara Quranı (asanlaşdırmaq məqsədilə) öz ləhcələrində oxumağa icazə verilir, lakin milliyyətcə ərəb olmayan və tələffüz baxımından çətinlik çəkən şəxslər bu imkandan məhrum olurlar?!
    Biz bununla da Quranın yeddi səbkidə nazil olması haqda irəli sürülmüş nəzəriyyələrin araşdırılmasını dayandırıb, yeni mətləblər haqda söhbət açmaq istəyirik.
    Belə bir nəticəyə gəlirik ki, Quran yeddi qiraət üslubunda deyil, yalnız bir səbkidə nazil olmuş və Peyğəmbər (s) öz səhabələrinə Quranı yalnız bir səbkidə təlim etmişdir. Demək, Quranın yeddi səbkidə nazil olmasına dair nəql olunmuş bütün hədis və rəvayətlər qondarma və heç bir əsası olmayan iftiralardır.
    Category: Əl-Bəyan 1-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 632 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024