İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Əl-Bəyan 1-ci cild

    Əl-Bəyan 1-ci cild

    TƏHRİFƏ DAİR DƏLİLLƏR
    Təhrif nəzəriyyəsinin tərəfdarları Quranın təhrif olnumasına dair bir neçə əsassız dəlilə istinad etmişlər. Və biz onlardan bir neçəsini siz əziz oxuculara təqdim edirik.
    1. Tövrat və İncilin təhrif olunması:
    Bir çox şiə və sünnü mənbələrində deyilir: Keçmiş ümmətlərin qarşılaşdıqları çətinliklərlə müsəlman ümməti də qarşılaşacaqdır. Yəni əgər təhrif Tövrat və İncilə yol tapmışdırsa, mütləq biz bunu Quranda da görəcəyik.
    Mərhum şeyx Səduq özünün «Kamaluddin» adlı kitabında Qiyas ibni İbrahimdən, o da imam Sadiqdən (ə) nəql edərək deyir: «Keçmiş ümmətlərin başına gələn əhvalatlar, olduğu kimi müsəlman ümmətinin də başına gələcəkdir.» (Biharul-ənvar 4-cü cild, 8-ci səh).
    Hədisin ümumi məzmunundan belə nəticəyə gəlmək olur ki, bu kimi təhriflər Qurana da yol tapa bilmişdir.
    Cavab: Bu dəlili dörd səbəbə görə əsassız hesab etmək olar.
    1. Bu kimi dəlillərin əsasını təşkil edən rəvayətlər, şiə məzhəbinin istinad etdiyi dörd mötəbər hədis kitablarının heç birində mütəvatir olaraq nəql olunmamışdır. Əgər nəql olunmuşdursa da, vahid xəbər formasında nəql olunmuşdur.
    Demək, bu kimi rəvayətlərə istinad etməklə Quranın, Tövrat və İncil kimi təhrifə məruz qaldığını qəbul etmək olmaz.
    2. Əgər bu dəlilin doğruluğuna istinad olunarsa, Qurana əlavələr olunduğu da qəbul edilməlidir. Çünki, Tövrat və İncilə istənilən əlavələr olunmuşdur. Bir haldakı, Qurana əlavələr olunmasına dair irəli sürülmüş nəzəriyyələrin sayı demək olar ki, yox dərəcəsindədir.
    3. O ki qaldı keçmiş ümmətlərin başına gələn hadisələrə, onların bir çoxu ilə müsəlman ümməti heç də qarşılaşmamışdır. Məsələn, İsrail camaatının qırx il səhralarda didərgin düşməsi, buzova pərəstiş etmələri, Firon və onun adamlarının qərq olmaları, Süleyman peyğəmbərin insanlar və cinlər üzərindəki səltənəti, İsanın (ə) asimana qalxması, Musanın (ə) davamçısı olan Harunun onun özündən tez vəfat etməsi, Musanın (ə) göstərdiyi doqquz möcüzə, İsanın (ə) atası olmadan dünyaya gəlməsi, bir çox keçmiş ümmətlərin Allah-taalanın qəzəbinə gələrək meymuna, donuza və s. çevrilmələri və bu kimi yüzlərlə qeyri-adi hadisələr. Bir halda ki, müsəlman ümməti bunların heç biri ilə qarşılaşmamışdır. Bu kimi fərqli xüsusiyyətlər bu məzmunda hədis və rəvayətlərin əsassız oluduğunu bir daha sübuta yetirir. Fərz edək ki, bəlkə də onlar müsəlman ümmətinin gələcəkdə məhz bu hadisələrlə deyil, onlara oxşar hadisələrlə qarşılaşacaqlarına işarə etmək istəmişlər.
    Buna əsasən müsəlmanlar, Quranın batini mənaları ilə ziddiyyət təşkil edən zahiri mənalara istinad etməklə təhrifə yol vermiş olurlar.
    Əgər bu fərziyyəni qəbul etmiş olarıqsa, Əbu Vaqid Ləysidən nəql olunmuş tamamilə əsassız olan bu rəvayəti təsdiq etmiş oluruq. Rəvayətdə deyilir: Peyğəmbər (s) Xeybər döyüşünə getdiyi zaman, yolda kafirlərin Zati-ənvat adlandırdıqları ağaca rast gəlir. Kafirlər səhrada olarkən adətən silahlarını onun budaqlarından asıb, kölgəsi altında istirahət edirdilər. Səhabələrdən bir neçəsi Peyğəmbərin (s) yanına gəlib deyir: Ya Rəsuləllah! Müşriklərdə olduğu kimi, bizim üçün də bu səhrada Zati-ənvat təyin et. Peyğəmbər (s) onların bu xahişindən bir qədər narahat olub buyurdu: Həmd olsun pak olan Allaha! Siz də məndən Musanın (ə) əshabının ondan istədikləri şeyi tələb edirsiniz. Onlar Musaya (ə) dedilər: Hamıda olduğu kimi bizim də Allahımızı gözlə görüləsi et! Sonra Peyğəmbər (s) buyurdu: And olsun Allaha! Keçmiş ümmətlərin yolunu gedirsiniz. (Səhih Termizi 6-cı cild, 29-cu səh).
    Hədisin məzmunundan belə bir nəticəyə gəlmək olur ki, müsəlman ümmətinin başına gələnlər, keçmiş ümmətlərin başına gələnlərin təkrarı deyil, sadəcə olaraq onlara oxşar hadisələrdir.
    4. Əgər bu rəvayətlərin sənəd baxımından mütəvatir və həqiqət olduğu sübuta yetsə belə, yenə də Quranın təhrif olunuduğunu qəbul edə bilmərik. Əgər gələcəkdə təhrifə məruz qalarsa, təkrara yol verilmiş olunur. Bir halda ki, rəvayətdə müəyyən zaman göstərilməmiş və qiyamət gününədək həyata keçməsinin mümkünlüyünə işarə olunmuşdur.
    Bütün bunları nəzərə alaraq Quranın, Peyğəmbərin (s) və ya ondan sonra dörd xəlifənin dövründə təhrifə məruz qaldığına necə iddia etmək olar?!
    ƏLİ (Ə)-IN YAZDIĞI QURAN NÜSXƏSİ
    İkinci dəlil: Təhrif nəzəriyyəsinin tərəfdarları mötəbər hesab etdikləri bir çox hədis və rəvayətələrə istinad edərək belə fərziyyə irəli sürmüşlər ki, Əli (ə)-ın adi Quran nüsxələrindən bir qədər fərqli ayrı bir Quran nüsxəsi olmuşdur. Belə ki, orada olan bəzi surə və ayələr digər nüsxələrdə olmamış, Əli (ə) onu camaata təqdim etdikdə onlar tərəfindən qəbul olunmamışdır. Hal-hazırda mövcud olan Quran nüsxələri isə həcm baxımından həmən Quran nüsxəsindən kiçikdir. Bu barədə bir çox rəvayətlər nəql olunmuşdur. Onlardan birində deyilir: Günlərin bir günündə Əli (ə) Təlhəyə deyir: Peyğəmbərə (s) nazil olmuş halal-haramı və digər şəriət məsələlərini bəyan edən bütün ayələri bir yerə yazıb kamil nüsxə halına saldım. Və indi o mənim ixtiyarımdadır. (Təfsir Burhan 28-ci səh).
    Başqa bir yerdə deyilir: Quranın möhkəm, mütəşabih, nasix, mənsux və ümumiyyət xarakteri daşıyan bütün ayələri Əli (ə) tərəfindən yığılıb vahid nüsxə halına salınmışdır. Burada nə bir söz, nə də bir hərfdə səhvə yol verilməmişdir. (Təfsiri Safi. 6-cı müqəddimə-11).
    Koleyni də öz kitabında bu məzmunda bir neçə rəvayət nəql etmişdir. Onlardan birində deyilir:
    Cabir, imam Baqir (ə)-dan nəql edərək deyir: Kimsə Quranın nazil olduğu halda ixtiyarında olduğunu iddia etməyir. Əli ibni Əbi Talibdən başqa kim bu iddianı etsə, şübhəsiz yalan söyləyir. (2-ci cild, 72-ci fəsl, 130-cu səh).
    Cavab: Əli (ə)-ın yazdığı Quran nüsxəsinin hal-hazırda ki, Quran nüsxələri ilə (surələrin ardıcıllıq baxımından) fərqli olması kimsədən gizli deyildir. Oradakı əlavələrə gəldikdə isə, bu əlavələr (əlbəttə əgər olmuşsa) bəzi ayələrə verilən təfsir və ya izahatlar olmuşdur.
    İzahat: Belə bir səhv nəticəyə gəlməyin əsas səbəbi «təvil» və «tənzil» kəlmələrinin son dövrün mütəxəssisləri tərəfindən düzgün mənalandırmaması olmuşdur. Çünki, onlar «tənzil» deyildikdə yalnız Quranın nazil olmasını, «təvil» deyildikdə isə orada istifadə olunan ifadələrin izahını nəzərdə tuturlar.
    Lakin diqqət yetirmək lazımdır ki, bu iki ifadələrə verilən məna yeni terminalogiyaya daxildir və onlar özlərinin lüğəvi mənalarını daşımırlar. Bu səbəbdən də biz heç də Əhli-beyt tərəfindən nəql olunmuş rəvayətlərdə istifadə olunan bu ifadələri, məhz özünün yeni və terminaloji mənasında işlətməməliyik. O ki qaldı «təvil» kəlməsinin əsl mənasına, məsdər xarakteri daşıyan bu kəlmə «təfil» vəzninə daxildir. Sözün əsli isə «əvəl»dir və bunun da mənası «qayıtmaq» və ya «qaytarmaqdır». Belə ki, ərəblər el arasında deyirlər: «Əvvəkun hukumu ila əhlihi» yəni (hər bir şey öz sahibinə qaytarılmalıdır).
    «Təvil» bəzən bir işin sonu, aqibəti mənasında da işlənir. Məsələn:
    «Sənə yuxu yozmağı öyrədəcək» (Yusif-6).
    «Gəl bu yuxunu bizə yoz» (Yusif-36).
    «Bu əvvəl gördüyüm yuxunun yozumudur» (Yusif-100).
    «Sənin səbr edib dözə bilmədiyin şeylərin daxili [batini] mənası budur» (Kəhf-83).
    Göründüyü kimi, bu ayələrin hamısında «təvil» (işin sonu) «aqibət» mənasında işlənmişdir.
    «Tənzil» – məsdər xarakteri daşıyır və «təfil» vəzninə daxil olduğu üçün (aşağı enmək) və ya endirmək mənasını daşıyır. Və bəzən «tənzil» nazil olmuş şeyin özü ilə işlənilir.
    Məsələn:
    «[Sizə oxunan bu kitab]» (Vaqiə-77).
    «O [Allah dərgahında] qorunub saxlanılan bir kitabdır» (Vaqiə-78).
    «Ona yalnız pak olanlar toxunar» (Vaqiə-79).
    «O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir» (Vaqiə-80).
    Göründüyü kimi bu ayələrdə «tənzil» deyildikdə, Quran nəzərdə tutulur. Lakin, bir çox hallarda da özünün məsdər formasında (enmə mənasında) işlənmişdir.
    Bir daha qayıdaq Əli (ə)-ın yığdığı Quran nüsxəsinə. Əgər biz burada bəzi əlavələr görəriksə, heç də onu Quran ayəsi hesab etməməliyik. Bunlar sadəcə olaraq Qurana verilən təfsir və ya izahatlardır.
    Götürək elə münafiqlər barəsində nazil olmuş ayələri. Məlum olduğu kimi Qurani-kərimdə onlardan hansınınsa müəyyən olaraq adı çəkilməmişdir. Bundan isə əsas məqsəd onların maraqlarını ələ gətirmək və qəlblərində islama qarşı rəğbət hissi yaratmaq idi. Lakin Əli (ə)-ın yazdığı nüsxədə isə, onlardan bəzilərinin adları ilə qarşılaşırıq. Demək, adların çəkilməsindən məqsəd ayələrə bir qədər ətraflı izahat vermək olmuşdur. O ki qaldı Quranda adı çəkilən Əbu Ləhəbə, o münafiq deyil, Peyğəmbərlə (s) açıq-aşkar düşmənçilik edən inadkar bir bütpərəst idi.
    3. TƏHRİFƏ DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR
    Üçüncü dəlil:
    İrad: Təhrif nəzəriyyəsinin tərəfdarları deyirlər: Quranın təhrif olunmasına dair Əhli-beyt tərəfindən kifayət qədər hədis və rəvayət nəql olmuşdur və biz bu rəvayətlərə istinad edərək qətiyyətlə deyə bilərik ki, Quran təhrifə məruz qalaraq öz orjinallığını itirmişdir.
    Cavab: Əvvəla bu məzmunda nəql olunmuş hədis və rəvayətlərdə təhrif kəlməsi ilə qarşılaşdıqda, heç də Quranın təhrif olunduğunu nəzərdə tutmaq lazım deyildir. Digər tərəfdən isə bu rəvayətlərin sənəd baxımından heç bir etibarı yoxdur. Çünki, bu rəvayətlərin əksəriyyəti Əhməd ibni Məhəmməd Səyyarinin və Əli ibni Əhməd Kufinin təlif etdikləri kitablarda nəql olunmuşdur. Bir halda ki, onlar Rical alimləri tərəfindən istinad olunası bir mənbə kimi qətiyyətlə rədd olunmuşlar. Lakin bu məzmunda nəql olunmuş və istinad olunası bir neçə mötəbər rəvayətlər də vardır. Bu səbəbdən də biz bu hədislərin araşdırılmasından daha çox, onların necə dəlalət etmələrinə diqqət yetiririk. Və belə bir nəticəyə gəlirik ki, rəvayətlər məna və dəlalət baxımından dörd hissəyə bölünürlər. Onların mətnini nəzərdən keçirdikdən sonra Quranın təhrifinə dəlalət edib-etməmələri haqda ətraflı söhbət açacağıq.
    1. Birinci hissə:
    «Təhrif» kəlməsi istifadə olunan və burada məhz Quranın nəzərdə tutulduğuna dair nəql olunmuş rəvayətlərin sayı otuzdan artıq deyildir.
    Onlardan bir neçəsini misal olaraq sizlərə təqdim edirik:
    1. Əli ibni İbrahim Qumi özü Əbuzərə istinad edərək nəql etdiyi rəvayətlərdən birində deyir: «Bəzilərinin üzləri ağ, bəzilərinin üzləri isə qara olacağı gündə...» ayəsi nazil olarkən, Peyğəmbər (s) buyurdu: Qiyamət günü mənim davamçılarım yanıma beş [müxtəlif] bayraq və əlamətlərlə daxil olacaqlar. Sonra mən onlardan Səqəleyn – yəni Quran və Əhli-beyt – ilə necə rəftar etdiklərini soruşacağam.
    Onlardan bir qismi deyərlər: Sənin bizə qoyduğun böyük əmanəti [Quranı] təhrif və sonra hissə-hissə etdik. Orada verilən hökmlərdən boyun qaçıraraq ona qarşı müxalif mövqe tuturduq. Kiçik əmanətinlə (Əhli-beyt) isə daim düşmənçilik edir, hətta onlara qarşı zülm və müharibə belə edirdik.
    2. Seyid ibni Tavus və Muhəddis Cəzairi, Həsən ibni Həsən Samiriyə istinad edərək nəql etdiyi rəvayətdə deyir: Günlərin bir günündə Huzəyfəyə, ilahi qanunlara tabe olmayan şəxslər haqda bu sözləri dedi: Onlar camaatı haqq yoldan azdırar, Quranı və mənim sünnətimi əvəz etmək istərlər.
    3. Səd ibni Abdulla Qumi, Cabir Cofiyə istinad edərək və o da imam Baqir (ə)-dan nəql etdiyi hədisdə deyir: «Peyğəmbər (s) Minada* olarkən dua etdi, sonra üzünü camaata tutub buyurdu: Ey camaat, mən sizin arazınzda iki ağır əmanət qoyuram. Agah olun ki, əgər onlara sığınarsınızsa heç vaxt haqq yoldan azmayacaqsınız. Bu iki əmanət Allahın kitabı [Quran] və Əhli-beytimdir və onlarla yanaşı Allahın evi Kəbəyə də ehtiramla yanaşmalısınız».
    İmam Baqir (ə) hədisi nəql etdikdən sonra buyurdu: Lakin camaat Allahın kitabını təhrif etmiş, Əhli-beyti qətlə yetirmiş, Allahın evi olan Kəbəyə qarşı böyük hörmətsizliklər etmişlər. Onlar ilahi hökmlərə qarşı çıxır və ona tabe olmaqdan boyun qaçırırdılar.
    4. Şeyx Səduq özünün «Xisal» adlı kitabında Cabirə istinad edərək və o da Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: Qiyamət günü Allahın ədalət məhkəməsinə üç şey daxil olub camaatdan şikayət edəcək. Onlar Quran, məscid və mənim Əhli-beytimdir. Quran deyəcək: İlahi! Camaat məni təhrif edib əzəmət və müqəddəsliyimi aradan apardı. Məscid deyəcək: İlahi! Camaat məndən üz döndərib lazımınca bəhrələnmədi. Əhli-beytim deyəcək: İlahi! Camaat bizi qətlə yetirir, yerimizdən, yurdumuzdan didərgin salırdı...
    5. Koleyni (Üsuli Kafidə) və şeyx Səduq Əli ibni Suveydə istinad edərək nəql etdiyi hədisdə deyir: Həzrət Əbul Həsən Musa ibni Cəfər (ə) zindanda olarkən bir məktub yazdım. O da məktubun cavabında yazdı: Camaat Allahın kitabını əmanət olaraq qəbul etdi, lakin sonra xəyanət edərək onu təhrif etdilər.
    6. İbni Şəhr Aşub, Abdullaha istinad edərək nəql etdiyi hədisdə deyir: Həzrət imam Hüseyn (ə) Aşura günü xütbə oxudu. Orada deyilirdi: Siz Allahın hökmündən çıxan inadkar və haqdan uzaq düşmüş bir camaatsınız. Qurandan üz çevirib, Şeytandan ilham alırsınız. Sizlər günahlarınızla fəxr edər, Allahın kitabını təhrif edərsiniz.
    7. İbni Qəuluyyə özünün «Kamizziyarat» adlı kitabında Həsən ibni Ətliyyəyə istinad edərək imam Sadiqdən (ə) nəql etdiyi hədisdə deyir: «Hair Hüseyninin» yanına gedərkən bu duanı oxu: İlahi! Peyğəmbərlərini təkzib edən kəslərə lənət et.
    8. Həcal Qutbə ibni Məymundan o da Abdul Əladan nəql etdiyi hədisdə deyir: İmam Sadiq (ə) buyurur: Ərəb dilinin təəssübkeşləri (yəni onu digər dillərdən üstün tutan kəslər) Quranı təhrif edərlər.
    Cavab: Rəvayətlərdə «təhrif» deyildikdə, heç də Quranın sözün əsl mənasında təhrif olunduğu nəzərdə tutulmayır və bunun bir qədər əvvəl haqqında söhbət açdığımız «təhrif nəzəriyyəsi» ilə heç bir əlaqəsi yoxdur. Rəvayətlərdə «təhrif» deyildikdə ya qarilərin qiraətində olan ixtilaflar, – belə ki, bu da təhrifin bir növü hesab olunur – ya bəzi müfəssirlərin Əhli-beytə qarşı qərəzli mövqe tutaraq bəzi ayələrə verdikləri yanlış təfsirlər, ya da şəriət məsələlərinin bilərəkdən dəyişdirilməsi nəzərdə tutulur. İmam Baqir (ə) bu mətləbə işarə edərək buyurur: Camaat Allahın kitabını təhrif etmiş və onu istədikləri kimi mənalandırmışlar...
    Bir qədər əvvəl qeyd etdik ki, tarixdə bu kimi təhriflərə dəfələrlə yol verilmiş və bunun nəticəsində müsəlman ümməti arasında nəzərə çarpacaq qədər ixtilaf və ikitirəlik yaranmışdır. Əgər bu təhriflərə yol verilməsəydi nə Peyğəmbər (s) mənəvi sarsıntı keçirər, nə də Əhli-beyt öz haqqından məhrum olardı. Lakin bir daha diqqət yetirmək lazımdır ki, yuxarıda haqqında söhbət açılan «təhrif üsulları»nın nəzərdə tutduğumuz mövzu ilə heç bir əlaqəsi yoxdur.
    İkinci hissə:
    «Təhrif rəvayətlərinə» istinad edən başqa bir qrup belə bir fərziyyə irəli sürmüşlər ki, Quranın orjinal nüsxəsində bəzi dini məzhəb və təriqət rəhbərlərinin adları çəkilmiş, lakin təhrif nəticəsində aradan getmişdir. Bu məzmunda bir neçə rəvayət nəql olunmuşdur.
    1. Mərhum Koleyni «Üsuli-kafi»də Məhəmməd ibni Fəzldən nəql edərək deyir: İmam Əbul Həsən (ə) buyurur: Əli ibni Əbi Talibin (ə) imamət və vilayəti, bütün peyğəmbərlərin kitablarında qeyd olunmuşdur. Allah, peyğəmbərlərin hamısına Məhəmmədin (s) sonuncu peyğəmbər və onun vəsisi Əli (ə) haqda xəbər vermişdir.
    2. Əyaşi, imam Sadiq (ə)-dan nəql edərək deyir: Əgər Quran indinin özündə də nazil olduğu kimi qalsaydı, hal-hazırda orada biz Əhli-beytin adlarına rast gələrdik.
    3. Koleyni «Üsuli-kafi»də və Əyaşi öz təfsirində İbni Abbasdan, həmçinin Furat Kufi öz təfsirində Əsbəs ibni Nəbatədən nəql edərək deyir: Əli (ə) buyurur: Quran dörd hissədən ibarət olmaqla nazil olmuşdur. Onun ayələrinin dörddə biri bizim, dörddə biri düşmənlərimiz, dörddə biri ibrətamiz məsələlər, dörddə biri isə icra olunması vacib, müstəhəb, haram və məkruh olan şəriət məsələləri haqda nazil olmuşdur. Qurana ehtiramla yanaşıb onun göstərişlərinə əməl etmək bizim ən başlıca vəzifəmizdir.
    4. Koleyni imam Baqir (ə)-dan nəql etdiyi hədisdə deyir: Cəbrail Bəqərə surəsinin 23-cü ayəsini Peyğəmbərə (s) nazil edərkən orada Əlinin adı çəkilmişdir. Ayədə deyilir:
    «Əgər bəndəmizə [Məhəmmədə] [Əli barəsində] nazil etdiyimizə [Qurana] şəkkiniz varsa, siz də [fəsahətdə və bəlağətdə] ona bənzər bir surə gətirin.»
    Cavab: İmamların adlarına gəldikdə deməliyik ki, heç bir ayədə birbaşa onların adları çəkilməmişdir. Bu kimi rəvayətlərdə imamların adları ilə qarşılaşdıqda isə, ayənin təfsir və ya izah olunduğuna ehtimal verməliyik. Demək, belə bir əsassız dəlilə istinad edərək, heç də Quranın təhrif olunduğunu iddia etmək olmaz.
    Yox əgər təhrifdən savayı heç bir məna əldə etmiriksə, bu məzmunda nəql olunmuş rəvayətlər, Quranın təhrif olunmadığını açıq-aşkar bəyan edən digər «möhkəm» ayələr və Peyğəmbərdən (s) nəql olunmuş mütəvatir hədislərlə ziddiyyət təşkil etdiyi üçün kənara qoyulmalı və ona mötəbər rəvayət kimi istinad olunmamalıdır. Deməli ilk növbədə ayənin məzmununa diqqət yetirmək lazımdır. Əgər ayənin məzmununda Əli (ə) və ya digər imamlar nəzərdə tutulursa, biz yalnız ayəni təfsir edərkən onların adlarına işarə etməliyik. Əks təqdirdə nə bu məzmunda nəql olunmuş rəvayətlərə istinad etməliyik, nə də ayəni istədiyimiz tərzdə təfsir etməliyik.
    Təhrif rəvayətlərinə istinad edən şəxslərin irəli sürdükləri nəzəriyyənin əsassız olduğunu bir neçə dəlillə sübuta yetirə bilərik.
    1. Hamı tərəfindən mötəbər hesab olunan və eyni zamanda tarixi xarakter daşıyan «Qədir» hədisindən bir daha məlum olur ki, Əli (ə)-ın adı Qurani-kərimdə birbaşa çəkilməmişdir. Çünki, Əli (ə)-ın «Qədir» hədisi vasitəsilə xilafətə təyin olunması Allahın əmri ilə həyata keçmişdir. Elə bir şəraitdə ki, bu hadisəni yüz minlərlə müsəlman öz gözləri ilə müşahidə edib və bu hadisənin canlı şahidlərinə çevrilirdilər. Əli (ə) bundan belə Peyğəmbərə (s) bütün işlərində köməklik etməli və qarşılaşdığı bütün çətinliklərdə onu qorumalı idi.
    Əgər Əli (ə)-ın adı Quranda açıq-aşkar göstərilsəydi, onun belə bir şəraitdə («Qədir» hadisəsində) xilafətə təyin olunmasına heç bir ehtiyac duyulmazdı. Demək Əli (ə)-ın adı Quranda birbaşa çəkilsəydi, Peyğəmbər (s) heç nədən çəkinmədən bunu bəyan edər və bu mətləbi təsdiqləyəcək ayə nazil olmazdı. Belə ki, «Qədir» hadisəsindən bir daha bizə məlum olur ki, Əli (ə)-ın adı Qurani-kərimdə birbaşa olaraq bir dəfə də olsun çəkilməmişdir. Bu əhvalat həccətul-vidada Peyğəmbərin (s) ömrünün son günlərində baş vermişdir. Elə bir vaxtda ki, Quran demək olar ki, tam şəkildə nazil olmuş və müsəlmanlar arasında geniş yayılmışdır.
    2. Əli (ə)-ın Qurani-kərimdə adı çəkilməsinə dəlalət edən bəzi rəvayətlərin tamamilə yalan və əsassız olduğu göz qabağındadır. Belə ki, bir qədər əvvəl qeyd etdiyimiz dördüncü hədisdə Əli (ə)-ın, Bəqərə surəsinin 23-cü ayəsində adının birbaşa çəkilmədiyini görürük. Bir halda ki, həmin ayənin vilayət və ya imamət mövzusu ilə heç bir əlaqəsi yoxdur.
    3. Əbu Bəkrin «Üsuli-kafi»də imam Sadiq (ə)-dan nəql etdiyi hədisdə, Əli (ə)-ın adının Qurani-kərimdə birbaşa çəkilmədiyini bir daha sübuta yetirir. Hədisdə deyilir: İmam Sadiq (ə)-dan Nisa surəsinin «Allaha, Peyğəmbərə və özündən olan ixtiyar sahiblərinə itaət edin!» ayəsini soruşdum. İmam Sadiq (ə) buyurdu: Bu ayə Əli ibni Əbi Talib və oğlanları Həsən və Hüseyn barəsində nazil olmuşdur. Dedim: Camaat deyir ki, nə üçün Əlinin və onun Əhli-beytinin adları Quranda çəkilməmişdir? İmam (ə) buyurdu: Onlara de ki, namaz əmri verilərkən onun üç və ya dörd rəkət qılınacağı barəsində bir ayədə olsun nazil olmamışdır. Onun necə qılınacağı sonralar Peyğəmbər (s) tərəfindən izah olundu. (Vafi. 2-ci cild, 30-cu səh).
    Bu rəvayətlə bu məzmunda nəql olunmuş digər rəvayətlərdə həm təfsir, həm də nəyin nəzərdə tutulduğu bəlli olur. Yəni Əli (ə)-ın adı Quranda çəkilməmişdir. Lakin bəzi ayələrin təfsir və ya izahlarında onun adına rast gəlmək olur, Peyğəmbərə (s) bunun bəşəriyyətə bəyan olunması Allah tərəfindən əmr olunmuşdur.
    4. Əbu Bəkrə beyət etməyən və ona qarşı hər növ mübarizə üsuluna əl atan şəxslər, Əli (ə)-ın Quranda adının çəkilməsinə heç bir işarə etməmişlər. Əgər Əli (ə)-ın adı həqiqətən Quranda çəkilsəydi, Əbu Bəkrin yaratdığı yeni xilafətə qarşı çıxan şəxslər əsaslı dəlil olaraq buna istinad edər və onun istefasını tələb edərdilər.
    ÜÇÜNCÜ HİSSƏ
    «Təhrif rəvayətlərinə» istinad edən başqa bir qrup iddia edirlər ki, müsəlmanlar Peyğəmbərdən (s) sonra Quranın bəzi ayələrində müəyyən dəyişikliklər aparmışlar. Belə ki, ayələrdə istifadə olunan ifadələrdən bəziləri ya oradan çıxarılmış və ya başqa bir ifadələrlə əvəz olunmuşdur.
    Misal olaraq bu məzmunda nəql olunmuş bir neçə rəvayətə işarə edirik.
    1. Əli ibni İbrahim Qumi, Hureyzdən və o da imam Sadiqdən (s) nəql etdiyi hədisdə deyir: Fatihə surəsinin altıncı ayəsi belə nazil olmuşdur:
    «Siratə mən ən əmtə ələyhim ğəyril məğzubi ələyhim və ğəyrizzallin.»
    2. Əyaşi, Hişam ibni Salimdən nəql etdiyi hədisdə deyir: İmam Sadiq (ə)-dan «Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini məxluqat [insanlar, bəşər övladı] üzərinə seçilmiş [üstün] etdi.» İmam (ə) buyurdu: Ayə əslində belə nazil olmuşdur: «İbrahim övladı və Məhəmməd ailəsini...» göründüyü kimi burada «İmran ailəsi», «Məhəmməd ailəsi» ilə əvəz olunmuşdur.
    Cavab: Əvvəla bu rəvayətlər sənəd və etibar baxımından olduqca zəif və əsassızdır. Digər tərəfdən də Quranın bir çox ayələri bu məzmunda nəql olmuş və mötəbər hədis və rəvayətlər, həmçinin Quranın dəyişilməz olaraq qaldığına və təhrifə yol verilmədiyinə istinad edən hər bir müsəlman belə bir fərziyyəni qətiyyətlə rədd edir. Şeyx Mufid, Şeyx Tusi və Şeyx Bəhai təhrifə dair təlif etdikləri əsərlərdə bu mətləbə xüsusi diqqət yetirmiş və qətiyyətlə Quranda bircə hərfin də dəyişilmədiyini bildirmişlər. Onlar son nəticəyə gələrək deyirlər: «Hal-hazırkı Quran nüsxələri Peyğəmbərə (s) nazil olmuş nüsxə ilə heç də fərqli deyildir və bu həqiqəti təsdiqləyəcək kifayət qədər hədis və rəvayət vardır.
    DÖRDÜNCÜ HİSSƏ
    «Təhrif rəvayətinə» istinad edən başqa qrup deyir: Quranda bəzi ifadələr ixtisara salınmaqla mətnində nöqsan və çatışmamazlıqlar meydana gəlmişdir.
    Cavab: Bu məzmunda nəql olunmuş rəvayətlər də digər rəvayətlər kimi tamamilə zəif və əsassızdır. Biz bu rəvayətləri də digər rəvayətlər kimi diqqətlə araşdırmalı və yetkin nəticəyə gəlməliyik. Yəni biz onları Quranın təhrif olunub-olunmadığına dair nəql olunmuş rəvayətlə və ya Quranın öz ayələri ilə tətbiq etməli, həqiqət olub-olmadığına yəqinlik hasil etməliyik. Bu rəvayətələr Quran və mötəbər rəvayətlərlə ziddiyyət təşkil etdikdə, digər qeyri-mötəbər rəvayətlər kimi kənara qoyulmalı, ona istinad olunmamalıdır.
    Məşhur Quran təhqiqatçılarından biri olan Kobasi bu haqda deyir: Quranın təhrif olunduğuna dəlalət edən rəvayətlər, bəziləri istisna olmaqla müsəlman icması tərəfindən qətiyyətlə rədd olunur. Quranda təhrif və ya nöqsana yol verilməsinə heç bir əsas yoxdur. Əgər bu həqiqətə uyğun olsaydı, digər mühüm hədislər kimi tez bir zamanda yayılar və hamının, xüsusilə təhrif nəzəriyyəsinin maraq dairəsinə çevrilərdi. Çünki, bu heç də kiçik və az əhəmiyyətli məsələ deyildir.
    Belə bir nəzəriyyə Bağdadi və Kurki kimi digər təhqiqatçılar tərəfindən irəli sürülmüşdür. Kurki, Quranın təhrif olunmadığına dair təlif etdiyi kitabda yazır: Quranda təhrif və ya nöqsana yol verildiyinə dair nəql olunmuş bütün hədis və rəvayətləri diqqətlə araşdırmalı, əsassız olduğu isbat olduqda, dərhal kənara qoyulmalı və mötəbər sənəd kimi istinad olunmamalıdır. Çünki, bu kimi rəvayətlər Quran ayələri və Peyğəmbər (s) tərəfindən nəql olunmuş hədislərlə, müsəlman icmasının etiqadı, əqidəsilə tamamilə ziddiyyət təşkil edir.
    Müəllif: Mərhum Kurki bir qədər əvvəl, bizim haqqında söhbət açdığımız mətləbə toxunmuş və bu rəvayətləri Quran, hədis və icma ilə tətbiq olunmasına işarə etmişdir. Belə ki, bu üç mənbə ilə ziddiyyət təşkil edən bütün rəvayətlərin əsassız və qeyri-mötəbər olduğunu bildirmişdir.
    Şeyx Səduq, imam Sadiq (ə)-dan nəql etdiyi hədisdə deyir: «Şübhə doğuran bir məsələ ilə qarşılaşdıqda, onu tezliklə həll edib, çətinliklərlə qarşılaşmamaq əvəzinə bir qədər səbr edib, təmkinli olmanız daha məqsədə uyğun olar. Çünki, hər bir həqiqətin öz meyar və şahidi, hər bir düz işin isə işıqlı gələcəyi vardır. Quran da həqiqət meyarıdır. Belə isə görünən hər bir işi və söylənilən hər bir sözü Quranla müqayisə edin. Onunla müvafiq olduqda qəbul edin, əks təqdirdə onu tərk etməyə çalışın.» (Vəsailuş-şiə. 3-cü cild, 380-cı səh).
    2. Qutb Ravəndi, imam Sadiq (ə)-dan nəql etdiyi hədisdə deyir: «Bir-biri ilə zidd olan iki müxtəlif hədislə qarşılaşdıqda, onları Quranla müqayisə və tətbiq edin. Quranla müvafiq olanı qəbul, digərini isə rədd edin.» (Vəsailuş-şiə. 3-cü cild, 380-cı səh).
    Category: Əl-Bəyan 1-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 740 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024