İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2052
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Quran » Əl-Bəyan 1-ci cild

    Əl-Bəyan 1-ci cild
    ON İKİNCİ SUAL
    OSMAN QURANIN İMLA VƏ YAZILMASINI KİMLƏRƏ HƏVALƏ ETMİŞDİR
    İkinci rəvayətdə Osmanın, Quranın imla olunmasını və yazılmasını İbni Zubeyr, Səid ibni Asa və Əbdürrəhmana həvalə etdiyi göstərilir. Lakin on beşinci rəvayətdə xəlifənin, Zeydin ayələrin köçürülməsinə, Səid ibni Asın isə ayələri imla etməyə təyin olunduqları göstərilir. On altıncı rəvayətdə isə xəlifə tərəfindən Səqif qəbiləsini nüsxələrin köçürülməsinə, Huzəyl qəbiləsinin isə ayələri imla etməyə təyin olunduğu göstərilir. On səkkizinci rəvayətə gəldikdə isə burada, bütün bunların təkzib olunduğunun şahidi oluruq. Yəni, Səqif qəbiləsinin ayələrin köçürülməsinə, Huzeyl qəbiləsinin isə ayələrin imla edilməsinə təyin olunduğu göstərilir.
    Bütün bunlarla yanaşı, on doqquzuncu rəvayətdə ayələrin imla olunmasının Ubey ibni Kəbə, yazılmasının Zeyd ibni Sabitə, nüsxələrə nəzarət olunmasına (səhvlərin düzəlişinə) isə Səid ibni Asın təyin olunduğu göstərilir. İyirminci rəvayətdə bu məzmunda nəql olunmuşdur. Lakin, orada nüsxələrə nəzarət olunması işi Əbdürrəhman ibni Hərsə həvalə olunduğu göstərilir.
    İKİNCİ CAVAB
    QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRDƏ NƏZƏRƏ ÇARPAN ZİDDİYYƏTLƏR
    QURAN PEYĞƏMBƏRİN (S) ÖZ ZAMANINDA YIĞILMIŞDIR
    Quranın Peyğəmbərin (s) zamanında yığılmasına dair nəql olunmuş mötəbər rəvayətlər, bir qədər əvvəl yuxarıda nəql olunan rəvayətləri bütünlüklə etibardan salır və eyni zamanda maraq doğuran yeni bir məsələnin meydana gəlməsinə səbəb olur.
    Əziz oxucular, biz bu rəvayətlərdən bir neçəsini sizə təqdim edirik:
    1. İbni Əbi Şəybə, Əhməd ibni Hənbəl, Termizi, Nəsai, İbni Həbban, Hatəm, Biyhəqi və Ziya Məqdəsi kimi mühəddislər İbni Abbasdan nəql etdikləri rəvayətdə deyirlər:
    Günlərin bir günündə Osmandan soruşdum: «Ənfal» «Məsani»,* «Tövbə» surəsi isə miəyn* surələrindən olduğu bir halda nə üçün onları bir-birlərindən sonra və aralarında «Bismillah» olmadan yerləşdirmisiniz, bir halda ki, onların hər ikisi "Tival”* surələrindən sonra gəlir? Osman dedi: Peyğəmbərə (s) bir neçə ayədən ibarət surə nazil olarkən, katiblərinə bu surələri bəzi ayələrdən sonra yerləşdirməyi göstəriş verərdi. Bir neçə ayə ardıcıl olaraq nazil olduqda isə, onların lazım olan surələrə əlavə olunmasını göstəriş verirdi. Bütün bu əlavə və dəyişikliklər Peyğəmbərin (s) göstərişi ilə həyata keçirilirdi. Osman əlavə edərək deyir: Peyğəmbərə (s) Mədinədə nazil olmuş ilk surə «Ənfal», son surə isə «Tövbə» surəsi olmuşdur. Lakin hər iki surə eyni xüsusiyyətlərə və eyni məzmuna malikdir. Surələrin arasındakı oxşarlıq və Peyğəmbərin (s) onların ayrı və ya bir surə olmasını deməməsi, məndə belə təsəvvür yaratdı ki, "Ənfal” və "Tövbə” surələrini bir surə hesab etmək olar. Bütün bunları nəzərə alaraq bu iki surəni "Tival” surəsindən sonra aralarında «Bismillah» olmadan yerləşdirdik.
    2. Təbərani və İbni Əsakir, Şəbidən nəql edərək deyir: Quran, Peyğəmbərin (s) zamanında ənsardan olan altı nəfər şəxsin iştirakı ilə kitab halına salınmışdır. Həmən şəxslər Ubey ibni Kəb, Zeyd ibni Sabit, Muaz ibni Cəbəl, Əbu Dərda, Səd ibni Ubeyd və Əbu Zeyd olmuşlar. Onlarla yanaşı Məciə ibni Cariyə də iki və ya üç surə istisna olmaqla Quranı bir yerə yığa bilmişdir.
    3. Qətadə deyir: Malik ibni Ənəsdən, Peyğəmbərin (s) zamanında Quranın kimlər tərəfindən yığıldığını soruşdum. O, cavabında ənsardan olan bu dörd nəfərin adını çəkdi: Onlar, Ubey ibni Kəb, Muaz ibni Cəbəl, Zeyd ibni Sabit və Əbu Zeyd adlı şəxslər olmuşlar.
    4. Məfuq deyir: Günlərin bir günündə Abdulla ibni Ömər, Abdulla ibni Məsud barəsində söz düşdükdə dedi: Ömrümün sonunadək onu sevəcək və ehtiram edəcəyəm. Çünki, Peyğəmbər (s) bizlərə Quranı ondan, Salim Muazdan və Ubey ibni Kəbdən öyrənməyimizi tövsiyə etmişdir.
    5. Nəsai, mötəbər mənbələrdən birində Abdulla ibni Ömərdən nəql edərək deyir: Quranı bir yerə yığıb, hər gecə bir dəfə onu oxuyardım. Xəbər Peyğəmbərə (s) çatdıqda mənə, Quranı ayda bir dəfə fasilə verməklə oxumağımı tövsiyə etdi!...
    Quranın Peyğəmbərin (s) zamanında yığılmasına dair digər rəvayətlər də vardır. Bu məzmunda nəql olunmuş rəvayətlərdən belə məlum olur ki, Quran, Peyğəmbərin (s) öz nəzarəti altında yığılmış və burada heç bir təhrifə yol verilə bilməzdi.
    İRAD VƏ CAVAB
    Deyə bilərik ki, Quranın yığılması deyildikdə, onun kitab halına salınması deyil, əzbər olaraq hafizələrə salındığı nəzərdə tutulur. Lakin, bu tamamilə yanlış və əsassız bir təsəvvürdür. Əvvəla ona görə ki, belə bir fərziyyəni sübuta yetirəcək heç bir dəlil yoxdur. Digər tərəfdən isə, əgər Quranın yığılması deyildikdə, onun hifz olunması nəzərdə tutularsa, bunu yalnız altı nəfərə aid etmək düzgün olardımı? Bir halda ki, Peyğəmbərin (s) zamanında Quran hafizlərinin sayı təsəvvür olunduğundan daha çox olmuşdur. Demək, Quranın yığılması deyildikdə onun hifz olunması deyil, kağız üzərinə köçürülərək kitab halına salınması nəzərdə tutulur. Belə ki, Peyğəmbər (s) və onun səhabələrinin tarixinə nəzər saldıqda, bir daha bunun şahidi oluruq ki, o dövrdə bu kimi Quran hafizlərinin və pərakəndə nüsxələri kitab halına salan şəxslərin sayı heç də az olmamışdır. O ki qaldı Buxarinin və Malik ibni Ənəsin nəql etdikləri rəvayətlərdə onların sayının dörd nəfərdən ibarət olduqlarının göstərilməsinə, bu rəvayətləri bir neçə əsaslı səbəbə görə tamamilə əsassız hesab edə bilərik.
    Əvvəla ona görə ki, Buxarinin nəql etdiyi başqa bir rəvayətdə onların sayının dörddən çox olduğu göstərilir. Digər tərəfdən isə ravi hansı əsasa görə Peyğəmbər (s) vəfat edərkən Quranı yığan şəxslərin sayının məhz dörd nəfərdən ibarət olduğunu təkid edir? Müsəlmanların ətraf məntəqələrə yayıldığı və Quran hafizlərinin sayının on mindən artıq olduğu bir vaxtda, Quranı yığan şəxslərin sayını qətiyyətlə və belə bir məhdud sayla göstərmək olarmı? Əlbəttə xeyir! Belə bir fərziyyə, həqiqətdən çox təxmini hesablamalara bənzəyir.
    NƏTİCƏ
    Quranın Peyğəmbərin (s) zamanında yığıldığına dəlalət edən bu kimi bir çox rəvayətləri nəzərə alaraq, bu ağır işin Əbu Bəkrin xilafəti dövründə və onun təşəbbüsü ilə həyata keçdiyini qəbul etmək nə dərəcədə düzgün olardı?
    Bir anlıq fərz edək ki, elə doğrudan da Quran Əbu Bəkrin xilafəti dövründə yığılmışdır. Bu zaman belə bir sual meydana gəlir: Nə üçün Əbu Bəkr Quranın yığılmasını, o zaman hələ sağ olan və Peyğəmbər (s) tərəfindən Quranın tədrisinə təyin olunan Abdulla ibni Məsuda, Muasa, Ubey ibni Kəbə və Salimə deyil, məhz Zeyd ibni Sabitə və Ömərə həvalə etmişdir. O ki qaldı Yəmamə döyüşündə hafizlərin hamılıqla şəhid olmasına, əvvəla bu döyüş Quranın kitab halına salınmasından sonra baş vermiş və döyüşdə hafizlərdən yalnız Salim həlak olmuşdur. Bütün bunlarla yanaşı, bunu da qeyd etmək lazımdır ki, Zeyd, Peyğəmbərin (s) katiblərindən biri olmuş və Quranla yaxından ünsiyyətdə olmuşdur. Belə olduğu bir halda Əbu Bəkrin, Zeyd barəsində tərifli sözlər deməsinə heç bir ehtiyac olmayacaqdır. Məzhəbindən asılı olaraq mötəbər hesab olunan Səqələyn hədisi bir daha bu həqiqəti sübuta yetirir ki, Quran Peyğəmbərin (s) sağlığında yığılmış və kitab halına salınmışdır.
    ÜÇÜNCÜ VƏ DÖRDÜNCÜ CAVAB
    ƏQL VƏ QURAN NÖQTEYİ-NƏZƏRİNDƏN QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR
    QURANIN, QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRƏ BAXIŞI
    Quranın yığılmasına dair nəql olunmuş rəvayətlər bir-birləri ilə və bu məzmunda nəql olunmuş digər rəvayətlərlə ziddiyyətlik təşkil etməklə yanaşı, Quranın bir çox ayələri ilə də düz gəlmir.
    Əvvəla bunu qeyd etmək lazımdır ki, Quran nazil olduğu ilk gündən onun bəzi surələri kitab əhlinin, hətta müşriklərin də ixtiyarında olmuşdur. Belə ki, Peyğəmbər (s), islamla mübarizə aparan müşrikləri mübarizə meydanına çağırır və onlara Quran kimi ikinci bir kitab, buna qadir olmadıqları təqdirdə Quran surələrinə oxşar on surə və buna da qadir olmadıqda heç olmasa bir surə gətirmələrini təklif edir. Buradan belə bir nəticəyə gəlmək olur ki, Quran nüsxələri nəinki əhli kitabın, hətta müşriklərin ixtiyarında belə olmuşdur.
    Digər tərəfdən isə, bir çox ayələrdə, eləcə də Səqələyn hədisində Quranın «kitab» adlandırıldığının şahidi oluruq. Belə ki, əgər Quran pərakəndə olaraq kağız, dəri və sümük parçalarının üzərinə yazılmış olsaydı, onu kitab adlandırmaq olmazdı. Çünki kitab, kamil nüsxə halına salınmış yazı toplusuna deyilir.
    QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRƏ ƏQLİ DƏLİLLƏR
    Quranın Peyğəmbərdən (s) sonrakı xəlifənin dövründə yığılmasına dəlalət edən rəvayətlər əql və dərrakə ilə də müvafiq deyildir. Peyğəmbərin (s) Qurana verdiyi əhəmiyyət, qiraət və yazılışı haqda nəql etdiyi hədislər, Quranın, hələ həzrət sağ ikən yığılmasını bir daha sübuta yetirir. Bir sözlə Quranın Peyğəmbərdən (s) sonrakı xəlifələrin dövründə yığılmasına dəlalət edən rəvayətlər istər tarixi sənədlər, istər Peyğəmbərin sünnəti, istərsə də müsəlmanların Quranın kamil yazılı nüsxəsinə olan ehtiyacları ilə tamamilə ziddiyyət təşkil edir.
    Çünki, Quran özünəməxsus xüsusiyyətləri ilə hər bir müsəlmanın diqqətini özünə cəlb edə bilmişdir. Qurana olan belə bir batini və fitri əlaqə istər böyüklərdə, istərsə də az yaşlı uşaqlarda böyük təsir qoymuşdur.
    İndi isə sizi Quranın hər bir müsəlmanı özünə cəlb edən xüsusiyyətlərinin bəziləri ilə tanış edəcək, nəticə çıxarmağı isə öz öhdənizə buraxacağıq. Məhz bu xüsusiyyətlər, Quranın hələ Peyğəmbər (s) zamanında yığılmasını və sonrakı xəlifələrə həvalə olunmamasını sübuta yetirir.
    1. QURANIN BƏLAĞƏTİ
    Cahiliyyət dövründə yaşayan ərəblər bəlağətli şer, xütbələr əzbərləyir və onlara xüsusi əhəmiyyət verirdilər. Belə olduğu bir şəraitdə sonralar islamı qəbul etmiş şersevər ərəblərin Quranın bəlağəti qarşısında heç bir əksül-əməl göstərməmələrini təsəvvür etmək olarmı? O Quran ki, bəlağətli şerləri ilə şöhrət tapmış şer ustalarını mübarizə meydanına dəvət edir və onları özünün fəsahətli və bəlağətli ayələri qarşısında diz çökməyə vadar edirdi.
    Bəli, ərəblər (istər mömin olsun, istərsə də kafir) Qurana xüsusi diqqət yetirir, onun ayələrini həvəs və diqqətlə əzbərləməyə çalışırdılar. Lakin, onların hər birinin öz arzu və hədəfi var idi. Möminlər, Qurana iman gətirir və öz əqidələrini onun üzərində qururdular. Kafirlər isə, Quranla mübarizə aparmaq məqsədilə onun ayələrini əzbərləməyə çalışırdılar.
    2. PEYĞƏMBƏR
    Peyğəmbər (s) müsəlmanlar arasında böyük qüdrət və nüfuza malik idi. Ona iman gətirmiş hər bir müsəlman verdiyi bütün göstərişlərə dərhal əməl edir və ona müti və tabe olduqlarını heç zaman gizlətməyirdilər. O, müsəlmanlara Quranın əhəmiyyətini bəyan edir, onun əzbərlənməsinin fəzilətli olduğunu dəfələrlə təkid edərdi. Belə bir şəraitdə tərbiyə olunan müsəlmanlar, Quran oxumağa və ayələrin əzbərlənməsinə xüsusi diqqət yetirirdilər. Beləliklə, qısa bir müddət ərzində Quran hafizlərinin sayının artıb çoxalması Quranın təlim və tədrisinin geniş vüsət almasına zəmin yaratdı.
    3. QURANIN ƏZBƏRLƏNMƏSİ
    Quranın əzbərlənməsi müsəlmanlar tərəfindən daim rəğbətlə qarşılanmış və bu işə böyük əhəmiyyət vermişlər. Tarixə nəzər saldıqda, Quran hafizlərinin müsəlmanlar arasında böyük hörmət və izzətə yiyələndiklərinin şahidi oluruq. Onlara hamı tərəfindən ehtiram olunur və yiyələndikləri ilahi elmə böyük qiymət verirdilər.
    4. SAVAB
    Müsəlmanları bu işə daha da sövq etdirən, onlara Peyğəmbər (s) tərəfindən Quranın qiraət və əzbərləmələrinə görə veriləcək savablar idi. Onlar Quranın əzbərlənməsini var-dövlətlərindən, hətta doğma övladlarından da çox əhəmiyyət verərdilər.
    Belə ki, evdar qadınların bir çoxu Quran səhifələrini yığır və onları əzbərləməyə çalışırdılar.
    İbni Məsud özünün«Təbəqat» adlı kitabında yzır: Fəzl ibni Dəkkin deyir: Vəlid ibni Abdulla ibni Cəmi nənəsindən nəql edərək deyir: Abdulla ibni Harisin qızı Ümmi Vərəqə Quranın bütün ayələrini yığa bilmişdir. Peyğəmbər (s) onu şəhid adlandırardı. O deyir: Peyğəmbər (s) Bədr döyüşünə gedərkən onunla birlikdə döyüşə getməyi və orada yaralılara yardım etməyi xahiş etdim. Hər şeydən əvvəl Allah yolunda xeyirli işlər görməyi və bu yolda şəhid olmağı arzu edirdim. Peyğəmbər (s) cavabında buyurdu: Allah-taala şəhadəti sənin üçün hazır etmişdir. (İtqan. 1-ci cild, 125-ci səh).
    Demək, əgər qadınlar Quranın yığılmasına və ayələrin əzbərlənməsinə bu qədər diqqət yetirmişlərsə, sözsüz ki, kişilərin də Qurana verdikləri əhəmiyyət heç də az olmamışdır. Peyğəmbərin (s) zamanında mövcud olmuş Quran hafizləri haqda məlumat əldə etmək istəyənlər, mötəbər tarix kitablarına müraciət edə bilərlər.
    Qurtəbi deyir: Yəmamə döyüşündə Quran hafizlərindən yetmiş nəfəri həlak oldu. Peyğəmbərin (s) zamanında baş vermiş «Bir məunə» döyüşündə də qətlə yetirilənlərin sayı bir o qədər idi.
    Bir qədər əvvəl qeyd etdiyimiz onuncu rəvayətdə isə Yəmamə döyüşündə həlak olanların sayı dörd yüz nəfər göstərilirdi.
    Quran hafiz və qariləri ilə yanaşı Peyğəmbərin (s) özü də Quranın yığılmasına və əzbərlənməsinə xüsusi diqqət yetirirdi. İyirmi üç il ərzində tədricən nazil olmuş Quran, Peyğəmbərin (s) xüsusi diqqət mərkəzinə çevrilmişdi. O, hər bir ayənin oxunub hifz olunmasını həm öz katiblərinə, həm də digər əshaba dəfələrlə təkid edərdi.
    Zeyd ibni Sabit deyir: Biz Peyğəmbərin (s) hüzurunda kağız, ağac qabığı, dəri üzərinə yazılmış pərakəndə Quran ayələrini bir yerə yığırdıq.
    Hakim bu hədisi nəql etdikdən sonra deyir: Buxari və Müslim bu hədisi mötəbər hesab etmiş, lakin onu öz kitablarında nəql etməmişdir. Amma necə olursa-olsun, biz bunu Quranın Peyğəmbərin (s) zamanında yığıldığına əsaslı dəlil hesab edə bilərik. (Mustədrak. 2-ci cild, 611-ci səh).
    Quranın əzbərlənməsi hər bir müsəlman kişi və qadın tərəfindən həvəslə həyata keçirilirdi. Belə ki, elə bir müsəlman ailəsi olmazdı ki, orada heç olmasa bir neçə surə və ya ayə olmamış olsun.
    İbadət ibni Samit nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s), yanına gələn şəxsləri vaxtı olmadıqda Quran öyrətmək üçün bizim yanımıza göndərərdi.
    Kuləyb nəql etdiyi rəvayətdə deyir: Mən Əli (ə)-ın yanında idim. Müsəlmanların məsciddən ucalan Quran səslərini eşitdikdə buyurdu: Xoş onların halına!... (Kənzul-ummət 2-ci cild, 185-ci səh).
    İbadən nəql etdiyi başqa bir rəvayətdə deyir: Peyğəmbər (s), ətraf məntəqələrdən Quran öyrənmək üçün yanına gələn kəsləri bizlərdən birinə həvalə edərdi. Hər zaman peyğəmbər məscidindən Quran sədaları ucalardı. Lakin, sonralar müsəlmanlar bir-birini çaşdırmasınlar deyə, Quranı yavaş və aram-aram oxumalarını əmr etdi. (Kənzul-ummət 2-ci cild, 185-ci səh).
    Bəli, Quranın əzbərlənməsi müsəlman qadın və kişilərin arasında böyük rövnəq tapa bilmişdi. Belə ki, qadınlar bəzən Quranın təlimini özlərinə mehriyyə təyin edərdilər.
    Əziz oxucu! Bütün bunları nəzərə alaraq, Quranın Əbu Bəkrin xilafəti dövrünədək təxirə düşdüyünü və xəlifənin bunun həyata keçməsi üçün iki nəfəri təyin etməsini iddia etmək olarmı? Demək, müsəlmanların Peyğəmbərin (s) sağlığındakı şəraiti və onların Qurana verdikləri əhəmiyyəti nəzərə alaraq, belə bir nəzəriyyəni qətiyyətlə rədd edə bilərik.
    BEŞİNCİ VƏ ALTINCI CAVAB
    MÜSƏLMAN İCMASININ QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRƏ BAXIŞI
    MÜSƏLMAN İCMASI MÜTƏVATİR OLMAYAN RƏVAYƏTLƏRLƏ QURANIN İSBAT OLUNMASINI QEYRİ-MÜMKÜN HESAB EDİRLƏR
    Quranın, Peyğəmbərdən (s) sonrakı dövrlərdə yığılmasına dair nəql olunmuş rəvayətlərin hansı səbəblər üzündən əsassız olduqları barədə bəzi izahatlar verdik. Bu fəsldə də biz, həmən rəvayətlərin beş və altıncı zəif xüsusiyyətlərini nəzərdən keçirəcək və şübhə yaradacaq məsələləri aradan qaldırmağa çalışacağıq.
    Hər şeydən əvvəl bunu qeyd etmək lazımdır ki, müsəlman icması iki mühüm məsələdə əqidə ixtilaflarını kənara qoya bilməmişdir.
    1. Quranın yalnız mütəvatir rəvayətlərlə isbat olunması;
    2. Quranda təhrifə yol verilməməsinin qəbul olunması.
    Lakin, bir qədər əvvəl Quranın yığılmasına dair nəql olunmuş rəvayətlər, bu iki məsələ ilə tamamilə ziddiyyət təşkil edir. Müsəlman icmasının Quranın yalnız mütəvatir rəvayətlərlə isbat olunmasını qəbul etdikləri bir halda, bu məzmunda nəql olunmuş rəvayətlərdə isə biz, yazılı nüsxələrin həqiqətən Quran ayəsi olduğunu bir, iki və ya bir nəfərin, iki nəfərin yerinə şəhadət verməsi ilə qəbul olunduğunun şahidi olurduq. Bu isə o deməkdir ki, Quran mütəvatir rəvayətlərlə deyil, vahid xəbər formasında yazılmışdır. Quranın yalnız mütəvatir rəvayətlərlə isbat olunduğu bir halda, görəsən bəzilərinin vahid xəbər formasına istinad etmələrinə hansı amillər səbəb olmuşdur?
    Təəccüb doğuran burasıdır ki, İbni Həcər və onun kimi bəzi mühəddislər, rəvayətlərdə qeyd olunan «şəhadət» kəlməsini «yazmaq» və «qorumaq» kimi mənalandırmışlar.
    Lakin, rəvayətlərə verilən belə bir təfsiri bir neçə səbəbdən əsassız hesab edə bilərik.
    1. Belə bir təfsirin Quranın yığılmasına dair nəql olunmuş rəvayətlərlə heç bir əlaqəsi yoxdur və biz burada şəhadəti «qorumaq» və ya «yazmaq» kimi mənalandıra bilmərik.
    2. Bu o deməkdir ki, Quranı yığan şəxslər ayələri yaddaşlarda olan, lakin kağız üzərinə köçürülməyən ayələri Qurana əlavə etmişlər. Hərçənd bu nüsxələrin Quran ayələri olduğu mütəvatir olaraq sübuta yetirilmişdir, bu isə o deməkdir ki, mütəvatirliyi sübuta yetirilməyən bəzi ayələr Quranın əsl nüsxəsinə daxil edilmişdir.
    3. Əgər ayənin mütəvatirliyi sübuta yetirilmişsə, demək onu yazmağa və ya əzbərləməyə heç bir ehtiyac olmayacaqdır. Yox əgər mütəvatirliyi sübuta yetməmişsə, onun həqiqətən Quran ayəsi olduğunu yazmaqla heç cür sübut etmək olmaz və belə olduqda təbii ki, həmən ayələr Qurana əlavə olunmayacaqdır. Demək, Quranın yığılmasında ayələrin yazılması və ya əzbərlənməsinin heç bir əhəmiyyəti olmayacaqdır.
    Nəticə: Müsəlman icmasının Quranın mütəvatirliyinə olan etiqadlarını, Quranın öz ayələrini və nəhayət Peyğəmbərdən (s) nəql olunmuş rəvayətləri əsas tutaraq, Quranın yığılmasına dair nəql olunmuş qeyri-mütəvatir rəvayətləri kənara qoymalı və onların mötəbərliyinə istinad etməməliyik.
    MÜSƏLMAN İCMASI QURANA ƏLAVƏLƏR OLUNMAMASINA İSTİNAD EDİRLƏR
    Əgər Quranın Peyğəmbərdən (s) sonrakı dövrlərdə yığılmasına dair nəql olunmuş rəvayətləri mötəbər hesab edəriksə, belə ki, (təhrif nəzəriyyəsinin tərəfdarları bunu iddia edirlər) Quranın təhrif olunmasına dair irəli sürülmüş nəzəriyyələrin genişlənməsinə lazımı şərait yaratmış olarıq. Belə olduqda təhrif istər nöqsan və ya ixtisara salma ilə, istərsə də əlavə etmək yolu ilə olsun, bunun heç bir fərqi olmayacaqdır.
    Əgər Peyğəmbər (s) Quranın yığılmasına şəxsən nəzarət etməsəydi, sonrakı dövrlərdə təbii ki, oraya bəzi əlavələr və ya ixtisarlar olunardı. Bu isə Quranın əzəmətinə xələl gətirə bilərdi. Bir halda ki, müsəlman icması bu nəzəriyyəni qətiyyətlə rədd edir və yalnız Quranın toxunulmamazlığına istinad edir. Belə bir tərz-təfəkkür bu məzmunda (təhrifə dair) nəql olunmuş rəvayətlərlə ziddiyyət təşkil etdiyi üçün bunu, rəvayətlərin növbəti zəif xüsusiyyətlərindən biri kimi qəbul etməliyik.
    İRAD VƏ CAVAB
    Bəziləri deyə bilər ki, Quran qeyri-adi xüsusiyyətlərə (bu xüsusiyyətlərdən biri də orada istifadə olunan ifadələrdir) malik olduğu üçün, oraya Quran ayələrindən savayı hər hansı bir ifadə və ya kəlmə əlavə olunarsa, dərhal özünü büruzə verər və həqiqi ayələrdən fərqlənər. Bu xüsusiyyətlərinə görə Quranın təhrif olunub-olunmamasını bilmək, bizim üçün heç də çətin olmayacaqdır.
    Başqa sözlə desək, Quranın, əsas meyar hesab etdiyimiz möcüzəvi xüsusiyyətləri (ecazı) bütün biganə ifadələrin Qurana əlavə olunmasının qarşısını alacaqdır. Nöqsan və ixtisara gəldikdə isə, biz bu xüsusiyyətləri əsas meyar hesab edə bilmərik. Çünki, əldə olunmayan bir şeyi hər hansı bir meyar ilə müqayisə və ya tətbiq edə bilmərik. Bu səbəbdən də təhrif nəzəriyyəsinin tərəfdarları Qurana əlavələrin edilməsi fərziyyəsini inkar etsələr də, nöqsan və çatışmamazlığa yol verildiyini qəbul edirlər.
    Cavab: Quran özünün ecaz və bəlağəti ilə, oraya hər hansı bir surənin əlavə olunmasının qarşısını ala bilibsə də, bir və ya iki cümlənin (xüsusilə, əgər qısa olarsa) əlavə olunmasının qarşısını ala bilməyib. Əgər bu iş mümkün olsaydı, iki nəfərin şəhadətinə heç bir ehtiyac duyulmazdı. Və belə olduqda ayələr bəlağət və özünün qeyri-adi xüsusiyyətləri ilə digər ifadələrdən fərqlənərdi.
    Belə bir qənaətə gəlirik ki, Quranın Peyğəmbərdən (s) sonrakı dövrlərdə yığılmasını qəbul edənlər təbii ki, təhrif nəzəriyyəsinə istinad edəcəklər və bizə məlumdur ki, təhrif deyildikdə Qurana edilən əlavələr nəzərdə tutulur. Bu isə qeyd etdiyimiz kimi müsəlman icmasının etiqad və əqidəsi ilə tamamilə ziddiyyət təşkil edir.
    NƏTİCƏ
    QURANIN YIĞILMASINA DAİR İRƏLİ SÜRÜLMÜŞ DÜZGÜN NƏZƏRİYYƏ
    Qeyd etdiklərimizdən belə məlum olur ki, Quran Peyğəmbərin (s) zamanında yığılmış və kamil nüsxə halına salınmışdır. Əbu Bəkrin və ya digər xəlifələrin dövründə yığılmasına dəlalət edən rəvayətlər isə, əsassız olmaqla yanaşı Quran, sünnə, əql və icma ilə də ziddiyyət təşkil edir. Belə ki, təhrif nəzəriyyəsinin tərəfdarları qeyd olunan qeyri-mötəbər rəvayətlərlə irəli sürdükləri əsassız iddiaları isbat edə bilməzlər.
    Quranın Əbu Bəkrin xilafəti dövründə yığıldığını qəbul etsək də belə, bu məzmunda nəql olunmuş rəvayətlərin nəql olunma səbkisi öz mötəbərliyinə qarşı oxucuda şübhə yaradar. Çünki, Quran ayələri bütünlüklə mütəvatir olaraq nəql olunmuş və müsəlmanlar arasında sənəd baxımından mötəbər olaraq qəbul edilmişdir. Bunun nəticəsində müsəlmanlar Quranla daha çox ünsiyyətdə ola bilmiş və hələ Peyğəmbərin (s) zamanında onun vahid nüsxə halına salınmasında böyük rol oynamışlar.
    Bəli, Osmanın xilafəti dövründə Quranın bir yerə yığılması kimsədən gizli deyildir. Lakin, bu heç də o demək deyildir ki, o pərakəndə surə və ayələri bir yerə yığaraq onu kitab halına salmışdır. Osman yalnız Quranın müxtəlif səbkilərdə oxunmasının qarşısını almış və fərqli səbkilərdə yazılmış Quran nüsxələrini bir yerə yığaraq yandırılmasını əmr etmişdir. Belə ki, qısa bir müddət ərzində onun verdiyi hökm müsəlmanlar yaşayan digər məntəqələrdə də icra olundu. Və bununla da xəlifənin verdiyi hökm «tövhidul məsahif» adlandırıldı.
    Əhli sünnə məzhəbinin görkəmli almilərindən biri olan Haris Muhasibi bu barədə deyir: Camaat belə güman edir ki, Quran Osmanın xilafəti dövründə yığılmışdır. Lakin bu heç də belə olmamışdır. Sadəcə olaraq İraq və Şam camaatının qiraətində yaranmış ixtilaflar xəlifəni narahat etdiyi üçün, hamıya ənsarın seçdiyi qiraət üsulundan istifadə etməyi əmr etmişdir.
    Müəllif: Xəlifənin qiraətdə yaranmış ixtilafların qarşısını alaraq (yeddi qiraət səbkisi barəsində nəql olunmuş rəvayətlər daxil olmaqla), mütəvatir olaraq Peyğəmbərdən (s) nəql olunmuş qiraət səkbisini yenidən qüvvəyə mindirməsi kimsədən gizli deyildir.
    Bəli, bu Osmanın xilafəti dövründə həyata keçirdiyi ən mühüm və tərifəlayiq işlərindən biri idi. Bəlkə də əgər xəlifə bu ixtilafın qarşısını almasaydı, müsəlmanlar arasında bu barədə böyük ziddiyyətlik yaranar və bunun nəticəsində onlar hətta bir-birlərini küfrdə ittiham edərdilər.
    Biz ötən fəsillərdə Peyğəmbərdən (s), Quranın müxtəlif səbkilərdə oxunmamasına və bunun qətiyyətlə qadağan etməsinə dair nəql olunmuş hədislər barəsində ətraflı məlumatlar verdik. Bütün bunları nəzərə alaraq, xəlifənin islam dünyasına göstərdiyi bu böyük xidmətini heç cür inkar edə bilmərik. Lakin, xəlifəyə tutulan əsaslı iradlardan biri də, onun [bir-birindən oxunuşunda fərqli olan] nüsxələri yandırması və bu hökmü ətraf məntəqələrə də göndərməsidir. Hökm sadir olduqdan sonra müsəlmanlardan bəziləri ona öz etirazlarını bildirsələr də, heç bir nəticə vermədi və xəlifənin bu fərmanı tək mərkəzi xilafətdə deyil, ətraf məntəqələrdə də icra olundu.
    Bu səbəbdən də onu «hərracul məsahif», səhifələri yandıran adlandırdılar.
    Nəticə: Qeyd etdiklərimizdən belə məlum olur ki, təhrif barəsində irəli sürülmüş müxtəlif nəzəriyyələr tamamilə batil və əsassızdır. Bu nəzəriyyələri yalnız o zaman qəbul etmək olar ki, insan bu barədə heç bir araşdırma aparmadan xurafata qapılaraq, özünü belə bir yanlış təfəkkürün əsiri etmiş olsun. Sağlam düşüncəli, həqiqətsevər hər bir insan isə əql və dərrakəsini işə salmaqla, özünü bu böyük xürafat uçrumundan xilas etmiş olar.
    Category: Əl-Bəyan 1-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 658 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024