İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Quran » Əl-Bəyan 1-ci cild

    Əl-Bəyan 1-ci cild
    ONUNCU FƏSİL
    AYƏLƏRİN ZAHİRİ MƏNALARININ HÖCCƏT VƏ DƏLİL OLMASI
    Ayələrin zahiri mənalarının höccət olmasını isbat edən dəlillər:
    1. Quran ümumbəşər kitabdır;
    2. Quran peyğəmbərliyi sübuta yetirəcək dəlildir;
    3. Quran müsəlmanların müraciət etdikləri ən böyük və ən mötəbər mənbədir;
    4. Quran rəvayətlərin məhək daşıdır;
    5. İmamlar Quranın zahiri mənalarına istinad etmişlər.
    Quranın zahiri mənalarının höccət olmamasını sübuta yetirən dəlillər:
    1. Quranı yalnız müəyyən şəxslər başa düşür;
    2. Quranın şəxsi meyl və istəklə təfsir olunması yolverilməz bir haldır;
    3. Quranın dərin və köklü mənaları;
    4. Quranın zahiri mənaları həqiqəti bəyan etməyirmi?
    5. Mütəşabih ayələrə istinad və əməl olunmur;
    6. Quranın zahiri mənalarının dəlil olmasına təhrifin göstərdiyi təsir.
    QURANIN ZAHİRİ MƏNALARININ HÖCCƏT OLMASINI İSBAT EDƏN DƏLİLLƏR
    Ərəb dili ilə tanışlığı olan hər bir şəxs ayələrin zahiri mənalarını asanlıqla başa düşür və bir çox şəriət məsələlərinin icrasında onlara istinad edirlər.
    Ayələrin zahiri mənalarına istinad etmək, Quran elmləri terminalogiyasında «Quranın zahiri mənalarının höccəti» adlanır. Bu səbəbdən də bir çox şəri məsələlərin həyata keçirilməsində və irəli sürülən nəzəriyyələrin isbatında onlara istinad olunur. Çünki, Quranın zahiri mənası ümumi kütlə tərəfindən istinad olunası ən mötəbər mənbə və sənəd hesab olunur.
    Quranın zahiri mənalarının höccət olmasına dair irəli sürülmüş nəzəriyyəni sübuta yetirəcək kifayət qədər hədislər vardır və burada diqqətinizi onlardan bir neçəsinə cəlb etmək istəyirik.
    1. QURAN ÜMUMBƏŞƏRİ KİTABDIR
    Məlum olduğu kimi, Peyğəmbər (s) ünsiyyətdə olduğu şəxsiyyətlərlə xüsusi davranış və ya danışıq tərzi seçməmişdir.
    Qəbiləsinin bir üzvü kimi o da, başqalarının danışdığı kimi danışır və onlarla adət halını almış bir tərzdə rəftar edərdi.
    Bu da hamıya məlumdur ki, Quran nazil olduqdan sonra belə, onun nazil olmuş ayələrini çox sadə, ərəb qəbilələrinin adət etdiyi bir tərzdə bəyan edər, həmçinin Quranın qadağan etdiyi və ya icra olunması vacib olan məsələləri onlara iqrar edərdi.
    Qurani-kərimin bir çox ayələrində bu məsələyə dəfələrlə işarə olunmuşdur.
    1. «Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur.?» (Məhəmməd-24).
    2. «Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkdik ki, bəlkə öyüd-nəsihət qəbul etsinlər.» (Zumər-27).
    3. «Şübhəsiz ki, bu [Quran] aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!* Onu Cəbrail [Ruhuləmin] endirdi.* [Günahkarları Allahın əzabı ilə] qorxudan peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə [nazil etdi]* özü də açıq-aydın ərəb dilində.» (Şuəra 192-195).
    4. «Bu, [belə əhvalatlar] insanlardan [xalqdan] ötrü [olub keçənlərə dair] bir xəbər, müttəqilərdən ötrü isə doğru yola göstəriş və nəsihətdir.» (Ali-İmran-138).
    5. «Biz Quranı [ümmətin üçün] ancaq sənin dilinlə asanlaşdırdıq. Bəlkə, anlayıb öyüd-nəsihət qəbul etsinlər.» (Casiyə-58).
    6. «And olsun ki, Biz Quranı [ondan] ibrət almaq, öyüd-nəsihət qəbul etmək üçün belə asanlaşdırdıq. Amma hanı ibrət alan, öyüd-nəsihət qəbul edən?!» (Qəmər-17).
    7. «Onlar Quran barəsində [onun Allah kəlamı olması haqqında] düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə ondan çoxlu ziddiyyət [ixtilaf, uyğunsuzluq] tapardılar.» (Nisa-82).
    2. QURAN PEYĞƏMBƏRLİYİ SÜBUTA YETİRƏCƏK DƏLİLDİR
    Quran həzrət Məhəmmədin (s) peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirmək üçün nazil olmuşdur. Nazil olduğu ilk gündən öz müxaliflərini mübarizə meydanına çağırmış və onlara Quranın surələrinə oxşar heç olmasa bir surəni gətirmələrini təklif etmişdir.
    Peyğəmbərin (s), müşriklərlə mübarizə meydanına çıxması Quranın ilahi möcüzə olduğunu bir daha sübuta yetirir. Buradan belə məlum olur ki, ərəblər Quranı asanlıqla başa düşüb və onun zahiri mənalarını olduğu kimi dərk edə bilirmişlər. Çünki, əgər Quran ayələrinin başa düşülməsi çətin və müəmmalı olsaydı, əvvəla nə müşriklər mübarizə meydanına çağırılar, nə də onun ilahi möcüzə olduğu isbat olunardı. Və belə olduğu bir halda insanların haqq-ədalətə, imana dəvət olunmaları heç bir məna kəsb etməzdi.
    3. QURAN, MÜSƏLMANLARIN MÜRACİƏT ETDİKLƏRİ ƏN BÖYÜK VƏ ƏN MÖTƏBƏR MƏNBƏDİR
    Nəql olunmuş bir çox rəvayətlərdə müsəlmanların Peyğəmbərin (s) tövsiyə etdiyi «Səqələyn»ə (Quran və Peyğəmbərin (s) Əhli-beytinə) müraciət etmələri və bütün işlərini onlarla tətbiq etmələrinə təkid olunmuşdur. Bu isə Quranın zahiri mənalarının asanlıqla başa düşülməsini və həyata keçirilməsinin vacibliyini bir daha sübuta yetirir.
    4. QURAN RƏVAYƏTLƏRİN MƏHƏK DAŞIDIR.
    Bir çox mütəvatir rəvayətlərdən bizə məlum oldu ki, nəql olunmuş rəvayətlər Quranla tətbiq olunmalı və bununla da onun mötəbər olub-olmaması aşkara çıxarılmalıdır. Daha dəqiq desək, Quranla müvafiq olan rəvayətlər qəbul olunmalı, digər rəvayətlər isə kənara qoyularaq istinad olunmamalıdır.
    Nəql olunmuş yüzlərlə mütəvatir rəvayət Quranın zahiri mənasının dəlil olmasını açıq-aşkar isbat edir. Çünki, anlamı bir o qədər də asan və heç bir etibarı olmayan hər hansı bir mətnlə rəvayətləri tətbiq etmək düzgün olmazdı.
    5. İMAMLAR QURANIN ZAHİRİ MƏNALARINA İSTİNAD ETMİŞLƏR
    1. Zürarə, imam Sadiq (ə)-dan soruşur: Belə bir qənaətə necə gəlmisiniz ki, dəstəmaz alarkən məsh başın bütün hissəsinə deyil, yalnız bir hissəsinə çəkilməlidir? İmam (ə) sualın cavabında buyurur: Dəstəmaz ayəsində «Birüusikum» kəlməsində ön şəkilçi kimi işlənmiş «Ba» hərfindən. Bu halda ayənin zahiri mənasından belə bir qənaətə gəlirik ki, məshi başın hər tərəfinə deyil, yalnız bir hissəsinə çəkmək lazımdır.
    2. Günlərin bir günündə imam Sadiq (ə)-dan soruşurlar: Adətən çox istirahət edirəm. Və istirahət etdiyim zaman qonşu həyətdən haram edilmiş musiqi sədası eşidilir. Bir halda ki, məqsədim həmən musiqiyə qulaq asmaq deyil, yalnız istirahət etməkdir. Bu haqda nə deyə bilərsiniz. İmam (ə) buyurur: Quranın bu ayəsini nəzərə alaraq «Çünki qulaq, göz və ürək – bunların hamısı [sahibinin etdiyi əməl, dediyi söz barəsində] - sorğu-sual olunacaqdır.» (İsra-36) sənin gördüyün bu işin haram olduğuna istinad etmək olar.
    3. İmam Sadiq (ə) oğlu İsmayıla deyir: Möminlərdən bir neçəsi sənin yanında şəhadət verərlərsə, o zaman onların şəhadətini qəbul et. Çünki, Allah-taala Qurani-kərimdə bu haqda buyurur:
    «Allah da inanır, möminlər də.» (Tövbə-61).
    5. İmam Sadiq (ə), üç dəfə təlaq verilmiş və artıq ərinin onun üçün haram olduğu qadınlar haqda buyurur: Əgər həmən qadın başqa birisi ilə evlənib və sonra boşanarsa, yenidən əvvəlki əri ilə evlənə bilər. Allah-taala Qurani-kərimdə bu haqda buyurur:
    «Ayrı bir kişi ilə nikah etməyincə...»
    6. İmam Sadiq (ə) buyurur: Üç dəfə təlaq verilmiş qadın, başqa birisi ilə müvəqqəti evlənərsə (siğə edilərsə), əvvəlki ərinə halal olmayır. Allah-taala bu haqda buyurur:
    «Yəni əgər sonrakı əri həmin qadını boşasa, əvvəlki ərlə ailə qurmağın eybi yoxdur.»
    Ayələrin zahiri mənasından belə məlum olur ki, üç dəfə təlaq verilmiş bir qadın öz əri ilə yalnız o zaman yenidən evlənə bilər ki, bir başqasına ərə getmiş və ondan boşanmış olsun. Müvəqqəti evlənmədə isə təlaq olmadığı üçün qadının birinci əri ilə evlənməsinə icazə verilmir.
    7. Dırnağı düşmüş bir şəxs, imam Sadiq (ə)-dan dəstəmaz alarkən necə məsh çəkəcəyini soruşur. İmam (ə) sualın cavabında buyurur: Soruşduğun bu sualın cavabı Quranda açıq-aşkar bəyan edilmişdir.
    «O [öz dini üçün] sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı.»
    Sonra sözünə davam edərək buyurdu: Dəstəmaz alarkən yaranın üzərinə bağladığın tənzifin üzərindən də məsh çəkə bilərsən.
    8. İmam Sadiq (ə)-dan bəzi qadınlarla evlənmək barəsində soruşduqda buyurur: Allah-taala onlarla evlənməyi sizlərə halal etmişdir. Qurani-kərimdə bu haqda deyilir:
    «Və uhillə ləkum ma vəraə zəlikum.»
    9. Əti halal olan bəzi heyvanlar haqda isə bu ayəyə istinad etmişdir.
    «[Ya Rəsulum!] De ki: Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə [Bismillah deyilmədən] kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm...» (Ənam-145).
    10. İmam Sadiq (ə)-dan kölə və kənizlərin, sahiblərinin icazəsi olmadan evlənmələri haqda soruşduqda, bu ayəyə istinad edir:
    «Əbdən məmlukən la yəqdiru əla şəyin.»
    QURANIN ZAHİRİ MƏNALARININ HÖCCƏT OLMADIĞINI İSBAT EDƏN DƏLİLLƏR
    Bir qədər əvvəl Quranın zahiri mənalarının höccət olduğuna dəlalət edən dəlil və sübutlara işarə etdik. Lakin, hədis alimlərinin bir qismi bunun tam əksinə olaraq yeni bir nəzəriyyə irəli sürərək, Quranın zahiri mənalarının höccət olmadığını iddia edirlər. Onların fikrincə Quranın zahiri mənalarında, həmişə heç də nəzərdə tutulan şeyləri dərk etmək olmur. Onlar da öz nəzəriyyələrini sübuta yetirmək üçün bir neçə dəlilə istinad edirlər.
    1. QURANIN DƏRK OLUNMASI MÜƏYYƏN İXTİSASMI TƏLƏB EDİR?
    Quranın zahiri mənalarının höccət olmadığını iddia edənlər deyirlər: Quranın həqiqi mənalarını dərk etmək heç də hamıya müyəssər deyildir. Onu yalnız Quran elmləri ilə yaxından tanış olan bəzi mütəxəssislər dərk edə bilər. Və dediklərini sübuta yetirmək üçün bu məzmunda nəql olunmuş bir neçə rəvayətə istinad edirlər.
    1. Şueyb ibni Ənəs, imam Sadiq (ə)-dan nəql etdiyi mursəl* rəvayətdə deyir: İmam Sadiq (ə), Əbu Hənifəyə deyir: İran camaatının fiqhi suallarına sənmi cavab verirsən?
    Dedi: Bəli.
    Buyurdu: Nəyə istinad edərək fitva verirsən?
    Dedi: Allahın kitabına (Qurana) və Peyğəmbərin (s) sünnəsinə.
    Buyurdu: Əbu Hənifə! Allahın kitabını lazımınca dərk edə bilirsənmi? Nasix və Mənsux ayələrini tanıyırsanmı?
    Dedi: Bəli.
    Buyurdu: Belə bir böyük elmə yiyələndiyini iddia etdiyin üçün vay halına! Məgər bilməyirsənmi ki, bu elmlərə yalnız Peyğəmbərin (s) Əhli-beyti və müəyyən şəxslər yiyələnirlər?! Ey Əbu Hənifə! Bil ki, Allah-taala Quranda sənin biləcəyin bir şey nazil etməmişdir və orada sənə bir hərf də olsun irs qoymamışdır.
    2. Zeyd nəql etdiyi rəvayətdə deyir: İmam Sadiq (ə), Qətadədən soruşur: Bəsrənin fəqihliyini öz üzərinə sənmi götürmüsən?
    Dedi: Belə təsəvvür edirlər.
    İmam Sadiq (ə) buyurdu: Düzdürmü ki, Quranı təfsir edirsən?
    Dedi: Bəli.
    İmam (ə) buyurdu: Ey Qətadə! Əgər Quranı öz rəyinlə təfsir edirsənsə bil ki, həm özünü, həm də başqalarını uçruma yönəltmiş olursan. Yox əgər başqalarının rəyi ilə təfsir etmiş olsan, yenə də həm özünü, həm də başqalarını uçruma yönəltmiş olarsan. Bil ki, Quranı yalnız o kəslər təfsir və dərk edə bilər ki, onların haqqında Quranda xitab və ya söhbət açılmış olsun.
    Cavab: Nəql olunmuş birinci rəvayətdə yalnız Quranın zahiri mənaları deyil, həm də batini mənaları («Nasix» və «Mənsux» ayələri) ilə tanışlıq və həmçinin bu kimi məsələlər nəzərdə tutulur. Belə ki İmam (ə), Əbu Hənifədən «Nasix» və «Mənsux» barəsində soruşur. Bu isə bir şəxsin Quranın batini mənalarına yiyələnib-yiyələnməməsinə dəlalət edir. Bütün bunları nəzərə alaraq, imam Sadiq (ə) belə bir məsuliyyətli vəzifəyə təyin olunmuş bir şəxsi — Əbu Hənifəni, Quran elmlərinə daxil olan bu kimi məsələlərə agah olmadığı üçün danlamaq qərarına gəlir.
    İkinci rəvayətdə isə biz, imam Sadiq (ə)-ın Qətadədən təfsir etməsi haqda soruşduğunun şahidi oluruq. Quran təfsir olunduqda isə bir çoxlarına məlum olmayan dərin məna və məfhumlar üzə çıxarılır. Bu isə olduqca mühüm və məsuliyyət tələb edən bir işdir. Belə bir dərin elmə yiyələnmək isə heç də hamıya müyəssər olmayır. Demək, rəvayətlərdən məqsəd Quranın zahiri mənalarının dərk olunması deyil, onun dərin [batini] mənalarına yol tapmasıdır.
    Əvvəlki fəsldə nəql olunan mötəbər rəvayətlər, dediklərimizi bir daha təsdiq edir. Belə ki, bu rəvayətlərdən bizə məlum olur ki, Quranın zahiri mənalarının dərk olunması heç də təsadüfü şəxslərə aid deyildir.
    Birinci rəvayətdə, imam Sadiq (ə)-ın Əbu Hənifəyə «Orada [Quranda] sənə bir hərf də olsun irs qoyulmamışdır» deməsi, bir daha bu mətləbi sübuta yetirir ki, Allah-taala yalnız öz peyğəmbərlərini Quranın varisləri qərar vermişdir. Fatir surəsinin 32-ci ayəsində bu haqda deyilir:
    «Sonra kitabı bəndələrimizdən seçdiklərimizə miras qoyduq.»
    Bu səbəbdən də Quran ayələrini tam şəkildə dərk edib, kimsəyə açıqlamaq, sirlərinə agah olmaq Peyğəmbər, övliya və onların sadiq davamçılarından savayı kimsəyə nəsib olmayıb. Bütün bunları nəzərə alaraq, imam Sadiq (ə)-ın Əbu Hənifəyə etdiyi xəbərdarlığı heç də belə qəbul etmək olmaz ki, o hətta «Qul hu vəllahu əhəd» (De ki, O Allah birdir) kimi sadə ayələri belə başa düşməmişdir.
    2. QURAN ŞƏXSİ RƏY ƏSASINDA TƏFSİR OLUNMAMALIDIR
    Quranın zahiri mənalarının höccət olmadığını iddia edən şəxslər deyirlər: Quranın zahiri mənasına istinad edərək ayələri təfsir etmək, şəxsi rəy və nəzər əsasında təfsir etmək deməkdir. Bir halda ki, bir çox mütəvatir rəvayətlərdə Quranın şəxsi rəy əsasında təfsir edilməsi qətiyyətlə qadağan olunmuşdur.
    Cavab: Bir qədər əvvəl qeyd etdik ki, təfsir dedikdə biz, ayələrin həqiqi mənalarının üzə çıxarılmasını və ayələrin anlamında mövcud olan çətin ifadə və müəmmaların hamısının başa düşüləcək bir tərzdə izah olunması nəzərdə tutulur. Çünki, ayələrin zahiri mənalarında heç bir anlaşılmazlıq nəzərə çarpmır.
    Ayələrin zahiri mənası təfsir adlandırılsa belə, biz onu şəxsi rəy və nəzər əsasında yazılmış təfsir kimi qəbul etməməliyik. Belə bir təfsir və onun məfhumu, ümumi kütlənin anlayacağı və dərk edə biləcəyi təfsirdir.
    Məsələn, əgər Nəhcül-bəlağədə Əli (ə)-ın oxuduğu dərin mənalı xütbələrdən birini çox sadə ifadələrlə tərcümə edəriksə, biz onu ümumi kütlənin başa düşə biləcəyi tərzdə bəyan etmiş oluruq. Və belə bir təfsiri biz, şəxsi rəy əsasında olunmuş təfsir adlandırmamalıyıq. Bu səbəbdən də imam Sadiq (ə) həmən mətləbə toxunaraq buyurur: Camaat mütəşabih ayələrin batini və həqiqi mənalarını dərk edə bilməyib, özlərini böyük çətinliyə düçar etmişlər. Onlar ayələrin batini mənalarına yol tapmadıqda, onu istədikləri kimi təfsir etmiş və özlərini ilahi övliyalardan ehtiyacsız güman etmişlər. Buna görə də, ayələrin həqiqi mənalarını soruşmağı belə özlərinə rəva bilməmişlər.
    Quranın şəxsi rəy və nəzər əsasında təfsir olunmasının imam Sadiq (ə)-ın nöqteyi-nəzərindən haram buyrulduğu, nəql olunmuş rəvayətlərdən bir daha bizə bəlli oldu. Quranın təfsirini öz öhdəsinə götürmüş şəxs, ilk növbədə Peyğəmbərin (s) tövsiyələrinə əməl edərək Əhli-beytə (ə) müraciət etməli və onların buyurduqlarından ilham almalıdır. Onlar bəşəriyyətin ilham və hidayət mənbəyi olduqları bir halda, kimsə Quranın zahiri mənaları ilə qənaətlənərək şəxsi rəy və nəzər əsasında ilahi qanunlara dair hökm və fitva sadir etməməlidir.
    Əgər hər hansı bir müfti (fiqh alimi, dini rəhbər) və ya müfəssir, imamların Quran ayələrinə verdikləri izahatları, əlavə və istisna qanunları nəzərə almadan ayələrin zahiri mənalarına və ümumi qanunlara istinad edərsə, Quranı özünün şəxsi rəyi əsasında təfsir etmiş olur. Bir halda ki, nəql olunmuş bir çox rəvayətlərdə Quranın şəxsi rəy əsasında təfsir olunması qətiyyətlə pislənmiş və belə üsulun ilahi qanunlara zidd olduğu bildirilmişdir.
    Qeyd etdiklərimizdən belə məlum olur ki, Əhli-beytin (ə) Quranın təfsirinə dair verdikləri izahatları nəzərə alaraq, yenidən onun zahiri mənalarına istinad etmək, onu nəinki şəxsi rəy əsasında olunmuş təfsir, hətta adi bir təfsir adlandırmaq belə olmaz.
    Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, Quranın zahiri mənasına istinad olunmasının düzgünlüyünə dəlalət edəcək bir çox rəvayət nəql olunmuşdur.
    Bu iki qrup rəvayətlərdən belə bir nəticəyə gəlmək olur ki, Quranın şəxsi rəy ilə təfsir olunması, onun kəlmələrinin zahiri mənalarına əməl etmək deyil; onlardan birincisi (şəxsi rəylə təfsir) haram, ikincisi isə düzgün və təqdirə layiqdir.
    3. QURANIN DƏRİN MƏNA DAŞIYAN AYƏLƏRİ
    Quranın höccət olmadığını iddia edənlərin bir qismi istinad etdikləri üçüncü dəlildə deyirlər: Quranın geniş mətləbi əhatə edən bir çox ayələri dərin mənalar daşıdıqları üçün hamı onu heç də asanlıqla başa düşmür.
    Qədim dövrlərdə təlif olunmuş bir çox alimlərin əsərlərini nəzərdən keçirdikdə, belə mətləbin böyük kütlə tərəfindən dərk olunmadığının şahidi oluruq. Onları dərk edə biləcək şəxslər yalnız bu sahədə təcrübəsi olan mütəxəssis və təhqiqatçılardır. Bəşər tərəfindən yazılmış bu kitablar asanlıqla dərk olunmayandan sonra, ilahi kəlam olan, keçmiş və gələcəkdən xəbər verən vəhy məcmuəsini dərk etmək təbii ki, asan olmayacaqdır.
    Cavab: Quran, keçmiş və gələcəyin dərin, batini elmlərini əhatə edib [bəzi ayələri] yalnız Əhli-beyt tərəfindən dərk olunsa da, orada mövcud olan digər ayələrin zahiri mənaları ərəb dili ilə tanışlığı olan hər bir şəxs tərəfindən dərk olunur. Və beləliklə, nəqli dəlilləri nəzərə almaqla ilahi hökm və göstərişlər lazımı qaydada icra olunur.
    4. QURANIN ZAHİRİ MƏNALARI NƏZƏRDƏ TUTULMURMU?
    Deyirlər: Ümumi şəkildə bilirik ki, ümumiyyət və müəyyən xarakteri daşıyan Quranın bütün zahiri mənaları nəzərdə tutulmur. Onlardan bir çoxu müəyyən maddələrlə məhdudlaşdırılmışlar. Eyni zamanda, zahiri mənalarda Quranın bəzi ifadələrinin nəzərdə tutulmaması haqda ümumi məlumat əldə etdik. Lakin, bu kimi ifadə və cümlələr nəzərdə tutulmadığı üçün onlardan digər mənalar hasil olunur. Bunu da qeyd edək ki, bu kimi mənalar tam şəkildə müəyyənləşdirilməmişdir və bəlkə də Quranın digər ayələri ilə qarışaraq onları bir-birinə oxşatmışlar. Biz, Quranda istifadə olunan bu kimi ifadələr barəsində də ümumi məlumat əldə etdik, bu səbəbdən də Quranın bütün ifadə və ayələrinin zahiri mənalarına müraciət etməkdən çəkinməli və onlara istinad etməməliyik. Çünki, onlar da nəzərdə tutulmayan cümlə və ifadələrdən ola bilər.
    Cavab: İcmali elm yalnız o zaman Quran ayələrinin zahiri mənalarına əməl etməyə mane ola bilər ki, onun ayələrində heç bir araşdırma və təhqiqat aparılmamış olsun. Lakin, bir qədər yaxından diqqət yetirdikdə və zahiri mənaları nəzərdə tutulmayan bəzi ayələri araşdırdıqda məlum olur ki, elm və əql baxımından digər ayələrə də istinad və əməl olunmasına heç bir maneə yoxdur. Çünki, belə olduqda əldə etdiyimiz icmali elm, yalnız Quranda istifadə olunan və zahiri mənası nəzərdə tutulmayan ifadələrə aid olacaqdır. Bəzi ayələr araşdırılaraq onlarda bu xüsusiyyətlərin olması müəyyənləşdirilmişdir. Digər ayələrə isə belə bir ehtimal verilməmişdir və belə olduqda onların zahiri mənalarına istinad və əməl etmək düzgün olacaqdır.
    Belə bir elmi təhlil "İcmali elmin təcziyə və təhlili” adlanır və biz onun vasitəsi ilə bütün hallarda əməl və istinad edəcəyimiz şeylərin düzgünlüyünü asanlıqla ayırd edəcəyik.
    Hər yerdə olduğu kimi, nəql olunmuş rəvayətlərin mötəbər olub-olmamadığını müəyyənləşdirmək üçün bu üsuldan (icmali elmdən) istifadə edir və beləliklə yetkin nəticəyə gəlirik.
    Əgər icmali elmin bir tərəfini ləğv edib digər tərəfini saxlamaqla da həmin şeyə əməl etmək mümkün olmasaydı, onda təkcə Quranın deyil, eləcə də hədis və rəvayətlərin də höccət olması qüvvədən düşərdi və onlara əməl etmək mümkün olmazdı. Onların zahiri mənalarına istinadən də əməl edə bilməzdik. Çünki hədis və rəvayətlərin də ümumi və xüsusi mənaları vardır ki, onların zahiri mənalarından ayrı bir şeydir. Müxaliflərin əqidəsinə görə, Quranın zahirinin höccət olmasını da qüvvədən bir növ icmali elm hədis və rəvayətlərdə də vardır və onların da zahirini qüvvədən salır.
    Və əgər «icmali elmin təhlil» olunması bu xüsusiyyətə malik olmasa, terminalogiyada «əsli bəraət» adlanan, insanın üzərinə düşən vəzifələrin hansılarının icrası vacib, hansılarının isə haram olduğuna dair qəti hökm sadir edə bilmərik. Çünki, üzərinə şəri vəzifə düşən hər bir insan nəyin ona vacib və nəyin haram olduğunu çox yaxşı bilir. Və icmali elm ilə vacib və haram olan bəzi məsələlərə diqqət yetirdikdən sonra nə qədər məlumat əldə etmişsə, bir o qədər yetkin nəticəyə gələ bilər. Digər məsələlərdə isə halallıq hökmü verilir və buna terminalogiyada «əsli bəraət» deyilir.
    Alimlərdən bir qismi bəzi məsələlərdə «ehtiyata» üstünlük verirlər. Lakin, onların verdikləri bu kimi hökmlər «icmali elmə» və «əsli bəraət» deyil, müəyyən rəvayət və hədislərə əsaslanır. Bu barədə ətraflı məlumat əldə etmək istəyənlər «Əcvədul-təqrirat» adlı kitaba müraciət edə bilərlər.
    5. MÜTƏŞABİH AYƏLƏRƏ ƏMƏL OLUNMAMALIDIR
    Deyirlər: Mütəşabih adlanan bəzi ayələrin zahiri mənalarına əməl etmək, Quranın özündə də yasaq edilmişdir. Belə ki, Ali-İmran surəsinin 7-ci ayəsində Quranın zahiri mənalarına əməl edənlər haqda buyurulur:
    «Onun bir hissəsi Quranın əslini, əsasını təşkil edən möhkəm [mənası aydın, hökmü bəlli], digər qismi isə mütəşabih [mənaca bir-birinə oxşar, məğzi bəlli olmayan] ayələrdir. Ürəklərində əyrilik [şəkk-şübhə] olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar [tabe olarlar].»
    Burada Allah-taalanın zahiri və ya başqa bir məna nəzərdə tutduğunu qətiyyətlə müəyyən edə bilmərik. Bu səbəbdən də ayələrin zahiri mənaları mütəşabih adlanır. Onlara istinad və əməl etmək isə düzgün deyildir.
    Cavab: «Təşabuh» – o ifadələrə deyilir ki, iki və ya daha çox məna daşımış olsun və eyni zamanda daşıdığı bütün mənalar həmən ifadələrlə eyni səviyyədə olsun. Belə ki, ifadə tələffüz olunduğu zaman daşıdığı mənalar dinləyicinin zehnində fikir ayrılığına səbəb olmamalıdır. Oxucu və ya dinləyici bu kimi ifadələrlə qarşılaşdığı zaman mənalardan hər hansı birini qəbul etməzdən əvvəl mətləbi bəyan edən şəxsin nəzərdə tutduğu şeyi diqqətlə araşdırmalı və yalnız onun nəyi nəzərdə tutduğunu müəyyən və mətləbi isbat edəcək dəlillər əldə etdikdən sonra qəbul etməlidir. Deməli, ifadələrin zahiri mənalarını biz heç də mütəşabih kimi qəbul etməməliyik. Çünki, ifadələrin zahiri mənaları hamıya məlum və bəllidir.
    Əgər mütəşabih kəlməsinin bir neçə mənada işləndiyini və bu mənaların heç birinin asanlıqla başa düşülmədiyini, habelə zahiri ifadələrə (kəlmələrə) mütəşabih deyildiyini fərz etsək belə, yenə də bizi cümlənin zahiri mənasına əməl etməyimizə mane ola bilməz. Çünki, istər əql və düşüncəyə, istsərsə də ümumi kütlənin adət-ənənəsindən qaynaqlanan bu üsuldan hər zaman və hər yerdə istifadə olunur. Quranın zahiri mənalarına gəldikdə, biz yenə də həmən üsuldan istifadə etməliyik. Əldə olunan qəti dəlillər və sübutlar bizi ayənin zahiri mənasından başqa bir mənaya istiqamətləndirdikdə isə, biz [istisna olaraq] artıq zahiri mənanı qəbul etməməliyik.
    6. TƏHRİFİN, QURANIN ZAHİRİ MƏNASININ HÖCCƏT OLMASINA GÖSTƏRDİYİ TƏSİR
    Gətirdikləri son altıncı dəlildə deyilir: Quranın təhrif olunması, kəlmələrin zahiri mənalarının mütəşabih və mücməl olmasına (izah olunmalı) və bunun nəticəsində də öz etibarını itirməsinə səbəb olmuşdur.
    Cavab: Bir qədər əvvəl Quranın təhrif olunmadığı, müxtəlif dəlil və sübutlarla isbat olundu. Onun təhrif olunduğunu fərz etsək belə, bu heç də onun öz etibarını itirməsinə səbəb olmur. Çünki, nəql olunmuş bir çox rəvayətlərdən belə məlum olur ki, hər bir müsəlman bütün işlərini Quranla tətbiq etməli və onu ən başlıca meyar kimi qəbul etməlidir. Quran hər bir müsəlmanın istinad və mənəvi qida aldığı ilham mənbəyidir.
    Demək, Quran (fərz edək ki,) təhrif olunsa belə, yenə də ona müraciət olunmalıdır. Bir halda ki, onun ayələrində təhrifə yol verilməsi sadəcə olaraq mahal və qeyri-mümkündür.
    Nəticə: Qeyd etdiklərimizdən belə bir nəticəyə gəlirik ki, Quranın zahiri mənaları ən mötəbər istinad mənbəyidir. Çünki, Quran islam dininin təməli, haqq və batilin, maddi və mənəvi dəyərlərin meyar və məhək daşıdır. Onunla müxalif olan [qondarma] rəvayət və hədislər öz etibarını itirərək istinad olunmadan kənara qoyulmalıdır.
    Category: Əl-Bəyan 1-ci cild | Added by: Islam_Kitabxanasi (2012-05-11)
    Views: 641 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Quran təhrif olunmayıb [17]
    Quranın tilavәt qaydaları [22]
    Surələr Gülüstanı [26]
    Əl-Bəyan 1-ci cild [21]
    Əl-Bəyan 2-ci cild [22]
    Quranla dərman [10]
    Quranda Namaz [9]
    Qurani-Kərimin tərcüməsi [46]
    Quranda dunyaşünaslığın əsasları [24]
    Quran və Qiyamət “Tur” surəsinin təfsiri [13]
    Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri) [11]
    Nurul-Quran (Bəqərə surəsinin 83-186-cı ayələrinin təfsiri) [12]
    Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri) [12]
    Nurul-Quran (Ənam surəsinin təfsiri) [9]
    Nurul-Quran (Nisa surəsinin təfsiri) [13]
    Nurul-Quran (Maidə surəsinin təfsiri) [9]
    Nurul-Quran (Ali-İmran surəsinin təfsiri) [12]
    Quranın elmi ecazkarlığl [17]
    Nur təfsiri (1-ci cild) [31]
    Nur təfsiri (2-ci cild) [42]
    Nur təfsiri (3-cü cild) [34]
    Nur təfsiri (4-cü cild) [37]
    Nur təfsiri (5-ci cild) [26]
    Nur təfsiri (6-cı cild) [37]
    Nur təfsiri (7-ci cild) [60]
    Nur təfsiri (8-ci cild) [13]
    Nur təfsiri (9-cu cild) [0]
    Nur təfsiri (10-cu cild) [0]
    Nur təfsiri (11-ci cild) [0]
    Nur təfsiri (12-ci cild) [0]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024