İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » İslam təlimləri » Yeniyetmələr üçün yol azuqəsi

    Yeniyetmələr üçün yol azuqəsi
    İyirmi beşinci fəsil
    Yemək və içməyin hökmləri və qaydaları
    Qurani-kərimdə buyurulur: "Ey iman gətirənlər, sizə ruzi etdiyimiz pak qidalardan yeyin və Allaha şükr edin.”("Mustədrəkul-vəsail”, c. 1, s. 358, hədis 19)
    İnsan öz həyatını davam etdirmək üçün qidalanmaya möhtacdır. Amma qidaların kəmiyyət və keyfiyyətinə diqqətli olmaq lazımdır. Allah-taala buyurur: "İnsan öz təamına diqqətli olmalıdır.”("Vəsailuş-şiə”, c. 1, s. 376, hədis 3)
    İnsan yemək-içməyə o qədər həvəskar olmamalıdır ki, nə yediyinin fərqinə varmasın. Bu halda nəinki qidalar faydasız olar, hətta insana böyük zərər verər.
    Həzrət Peyğəmbər (s) buyurur: "Allaha qarşı öncə altı qiyam vasitəsi olmuşdur: dünyapərəstlik, rəyasətpərəstlik, qarınqululuq, şəhvətpərəstlik, çox yatmaq, rahattələblik.”(Həmin mənbə 377, hədis 8) Rəvayətdə nəql olunur ki, Peyğəmbərdən (s) soruşdular: "İnsanı cəhənnəmə daha çox çəkən nədir?” Həzrət (s) buyurdu: "Qarın və qarının aşağısı (şəhvət).”(Surə 2, "Bəqərə”, ayə 222)
    Yaşamaq, zikr üçün yeməli insan,
    Düşünmə yeməkçün yaşamalısan.
    ("Vəsailuş-şiə”, c. 1, s. 383, hədis 3)
    Qidalanma ilə bağlı qadağalar
    Qidalanma miqdarı insanın ruhuna təsirlidir. Ayrı-ayrı qidalarda fərqli əxlaqi və fiziki təsirlər var. İslam dini bütün bu nöqtələri nəzərə alaraq qidalanma ilə bağlı qadağalar qoyur. Onlardan bəzilərini nəzərdən keçirək:
    15. Çox yemək
    Bir çox xəstəliklərin səbəbi insan bədənində həzm olunmayan yağlı xörəklərdir. Bu qidalar insanın ürəyi, digər bədən üzvləri üçün ağır bir yükdür. Bədəndə yığılmış bu qidalar müxtəlif mikrobların, xəstəliklərin yaranmasına səbəb olur. Bu problemlərdən kənarda qalmaq üçün qidalanmada orta həddi gözləmək, qarın qululuqdan çəkinmək lazımdır. Allah-taala buyurur: "Yeyin və için, amma israf etməyin. Allah israfçıları sevməz.”("Mustədrəkul-vəsail”, c. 1, s. 300, hədis 7)
    Çox yemə ağzından qayıdar geri,
    Az yemə cisminə olmaz əsəri.
    ("Vəsailuş-şiə”, c. 1, s. 375-377, hədis 1, 2, 4, 5, 7)
    Bu mövzu ilə bağlı bir neçə hikmətli buyuruğu nəzərdən keçirək:
    Həzrət Peyğəmbər (s) buyurur: "Mömin insan bir qarın, münafiq isə yeddi qarın yeyir.”("Mustədrəkul-vəsail”, c. 1, s. 297, hədis 6)
    Həzrət Əli (ə) buyurur: "Yalnız ac olanda süfrəyə əyləş. Nə qədər ki iştahan qalıb süfrədən qalx. Qidanı yaxşı çeynə. Yatmazdan qabaq ayaqyoluna get. Deyilənlərə əməl etsən, həkim və dərmana möhtac olmazsan.”("Vəsailuş-şiə”, c. 1, s. 374, hədis 1)
    İmam Baqir (ə) buyurur: "Allahı ən çox qəzəbləndirən dolu qarındır.”(Bax: Surə 4, "Nisa”, ayə 43; Surə 5, "Maidə”, ayə 6)
    İmam Sadiq (ə) buyurur: "İnsan öz həyatını davam etdirmək üçün qidalanmağa məcburdur. Amma qidalanarkən qarının üçdə birini yemək, üçdə birini içmək, üçdə birini nəfəs almaq üçün nəzərdə tutmaq lazımdır. Özünüzü kəsim üçün saxlanılan donuzlar kimi kökəltməyin.”("Vəsailuş-şiə”, c. 3, s. 385, hədis 1)
    Nəql olunur ki, Harun ər Rəşidin öz məharəti ilə tanınan məsihi bir həkimi vardı. Bir gün həmin həkim İslam alimlərindən birinə dedi: "Mən sizin səmavi kitabda tibblə bağlı bir yazı görməmişəm. Hansı ki, iki elm faydalıdır: din elmi və sağlamlıq elmi.” Alim ona belə cavab verir: "Allah-taala bütün tibbi göstərişləri öz kitabının ikidə bir ayəsində belə bəyan edir: "Yeyin və için, israf etməyin.” Peyğəmbərimiz (s) də bütün tibbi bir cümlədə xülasələşdirmişdir: "Mədə bütün xəstəliklərin evidir. Pəhriz ən yaxşı dərmandır...” Məsihi həkim deyilənlərə münasibətini belə bildirir: "Sizin Quran və Peyğəmbəriniz (s) Calinus üçün tibbdən bir şey saxlamayıb.”(Həmin mənbə, s. 347, hədis 6)
    Sədi deyir: "Bir abid gecə 10 mən (ölçü) təam yeyər və səhərədək Quran oxuyardı. Bir hal əhli bu barədə eşidib dedi: "Əgər bir tikə çörək yeyib səhərədək yatsaydı bundan daha yaxşı idi.”(Surə 14, "İbrahim”, ayə 37)
    2. Haram qidalanma
    İnsanın qidaları halal olmalıdır. Haram yolda əldə olunmuş qidalardan çəkinmək lazımdır. Yalnız aclıq və susuzluqdan ölmək təhlükəsi yarandıqda və halal bir şey tapılmadıqda təhlükədən qurtarmaq üçün bir miqdar halal olmayan şey yemək olar. Hər halda həmin şeyin əvəzini sahibinə qaytarmaq lazımdır.
    Bu mövzuda həzrət Peyğəmbərin (s) bir neçə buyuruğunu nəzərdən keçirək:
    a) "Bir tikə haram yeyənin 40 gecə namazı, 40 sübh duası qəbul olmaz. Bədənində həmin tikədən yaranan ət cəhənnəm odunda yanmağa layiqdir...”(Həmin mənbə, ayə 40)
    b) Qidada dörd xüsusiyyət olarsa o kamil qidadır: Halal yolla əldə edilsin, başqaları da ondan bəhrələnsin, qidalanmadan öncə Allahın adı çəkilsin, qidalanmanın sonunda Allaha həmd-səna deyilsin.”(Surə 19, "Məryəm”, ayə 55)
    C) Halal qida yeyənin başı üzərində mömin mələk süfrə yığışanadək həmin şəxs üçün bağışlanma diləyər. Haram tikə yeyənə isə göyün və yerin bütün mələkləri lənət yağdırar. Nə qədər ki, həmin tikə ağzındadır, Allah ona mərhəmət nəzərini salmaz...”(Həmin mənbə, ayə 31 )
    3. Haram və murdar şeylərlə qidalanmaq
    İnsan şəriətdə haram buyurulmuş şeylərdən çəkinməlidir. Yalnız insanın həyatı üçün təhlükə yarandıqda və halal bir şey tapılmadıqda halal olmayan şeylərdən istifadə etmək mümkündür.
    Yuxarıdakı üç qadağanın fəlsəfəsi vardır. Həmin qadağalar insanın mənəvi və fiziki durumunu tam nəzərə almaqla tənzimlənmişdir. Bəzi rəvayətlərdə bildirilir ki, leş (qanuni kəsilməmiş heyvan əti) yemək insanı zəiflədir, nəsil davamına mane olur. Ardıcıl şəkildə bu sayağı qidalanan qəfil ölümə düçar olur.(Bax: Surə 20, "Taha”, ayə 14; Surə 11, "Hud”, ayə 87; Surə 3, "Ali-İmran”, ayə 39; Surə 31, "Loğman”, ayə 17)
    İslamda haram sayılan qidalardan bəzilərini nəzərdən keçirək:
    a) Şərab və məstedici içkilər içmək; Həzrət Peyğəmbər (s) buyurur: "Şərab bütün günahların köküdür.”(Surə 29, "Ənkəbut”, ayə 45) Müxtəlif rəvayətlərdə şərab olan süfrədə əyləşmək qadağan olunur. Həzrət Peyğəmbər (s) buyurur: "Şərab olan süfrədə əyləşən şəxs lənətlənir.”("Vəsailuş-şiə”, c. 4, s. 27, hədis 12)
    Əgər ağıllı və büluğ həddinə çatmış bir şəxs öz istəyi ilə bilərəkdən hətta az miqdarda şərab içərsə və onun bu günahı şəri hakimə sübut olunarsa, həmin şəxsə 80 qamçı cəza təyin olunar.
    B) İt və donuz kimi murdar heyvanın əti və südü; pələng və pişik kimi yırtıcıların, fil və dovşan kimi heyvanların, ilan kimi sürünənlərin, xərçəng və əqrəb kimi həşəratların yeyilməsi haramdır.
    C) Murdarlanmış şeylər və vacib ehtiyata əsasən, insanda nifrət yaradan şeylər;
    ç) İnsanın cismi və ruhu üçün zərərli olan şeylərin qəbulu; yalnız həkim zəruri saydığı hallarda müəyyən miqdarda qəbul etmək olar.
    Qidalanmanın müstəhəb əməlləri
    1. Yeməyə başlamazdan öncə və yeməkdən sonra əlləri yumaq;
    2. Yeməkdən öncə "Bismillahir-Rəhmanir-Rəhim” söyləmək, yeməkdən sonra Allaha həmd-səna demək;
    3. Sağ əllə yemək və vaxtı uzatmaq;
    4. Kiçik tikələr götürmək və yaxşı çeynəmək;
    5. Yeməkdən sonra dişləri fırçalamaq;
    6. Yeməkdən sonra bir qədər arxası üstə yatmaq və sağ ayağı sol ayağın üzərinə aşırmaq;
    7. Günün və gecənin əvvəlində yemək; gündüz və gecə arası yeməkdən çəkinmək.
    Qidalanmada məkruh əməllər
    1. Tox halda yemək;
    2. Çox yemək;
    3. Qaynar xörək yemək;
    4. Yemək və ya içkini üfürmək.
    Su içərkən müstəhəb olan əməllər
    1. Gündüz ayaq üstə su içmək;
    2. Suyu soraraq, üç nəfəsə və istəklə içmək;
    3. İçməzdən öncə "Bismillahir-Rəhmanir-Rəhim”, sonra "Əlhəmdulillah” söyləmək; İmam Hüseyn (ə) və onun köməkçilərinə salam göndərmək, onların qatillərini lənətləmək.
    Su içərkən məkruh olan əməllər
    1. Yağlı xörəkdən sonra su içmək;
    2. Gecə vaxtı ayaq üstə su içmək;
    3. Sol əllə su içmək;
    4. Kuzə, stəkan və ya istənilən bir qabın sınıq yerindən və qulpu olan yerdən su içmək;
    Sual: Dəniz heyvanlarından hansıları halal, hansıları haramdır?
    Cavab: Dəniz heyvanları arasında krevet (meyqu) və pullu balıqlar halaldır. Pullu balığın pulu tökülsə də halal sayılır. Pulsuz balıqlar, xərçəng, qurbağa kimi canlılar haramdır.
    Sual: Hansı quşların əti halal, hansılarınkı haramdır?
    Cavab: Caynağı olan qızılquş, kərkəs, şahin kimi quşların əti haramdır. Vacib ehtiyata əsasən, qaranquş, hud-hud kimi quşların ətindən də çəkinmək lazımdır. Amma göyərçin, ev toyuğu, ördək, hind toyuğu və müxtəlif sərçələrin əti halaldır.
    Sual: Uşaqlar murdarlanmış şeydən yeyə bilərmi?
    Cavab: Xeyr. Uşaqlara zərər verəcəyi təqdirdə onların həmin şeydən yeməsi haramdır. Hətta zərəri olmasa da, vacib ehtiyata əsasən, həmin qidalardan çəkinməlidirlər.
    Sual: Bir şəxsin murdar şey yediyini görsək ona bir söz deməliyikmi?
    Cavab: Xeyr. Amma həmin şəxs yediyi şeyin haram olduğunu bilmirsə, onu məlumatlandırmaq lazımdır.
    Sual: Əgər bir qonaq verilən yeməklərin murdar olduğunu bilsə, başqalarına deməlidirmi?
    Cavab: Xeyr. Amma deməyəcəyi halda murdarlığın özünə də sirayət edəcəyini görərsə, yeməkdən sonra deyə bilər.
    Sual: Əgər insanın qidasından bir hissəsini heyvan yeyərsə, onun qalan hissəsini yemək olarmı?
    Cavab: İt, donuz, kafirin artığını yemək haramdır. Əti haram olan heyvanların artığı pakdır. Amma həmin qidanı yemək məkruhdur.
    İstifadə olunmuş ədəbiyyatlardan bir hissəsi
    1. Əllamə Məhəmməd Baqir Məclisi, "Biharul-ənvar”
    2. Şeyx Sədi, "Bustan”
    3. Təbərsi, "Təfsire-Məcməul-bəyan”
    4. "Təfsire-nümunə”
    5. Ayətullah-üzma Musəvi Ərdəbilinin fətvaları əsasında "Məsələlərin şərhi risaləsi”
    6. Beyhəqi, "Əs-sunənul-kubra”
    7. İbn Əbül-Hədid, "Şərhi-nəhcül-bəlağə”
    8. Kuleyni, "Əl-kafi”
    9. Əlaəddin Əli Muttəqi Hindi, "Kənzul-ummal”
    10. Şeyx Sədi, "Gülüstan”
    11. Mirza Hüseyn Nuri Təbərsi, "Mustədrəkul-vəsail”
    12. Əhməd ibn Hənbəl, "Məsnədi-Əhməd”
    13. İbnul-Üxvə, "Məalimul-qurbə”
    14. Doktor Seyid Cəfər Şəhidi, "Nəhcül-bəlağə”
    15. Məhəmməd ibn Həsən Hürr Amili "Vəsailuş-şiə”
    Category: Yeniyetmələr üçün yol azuqəsi | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 524 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Yeniyetmələr üçün yol azuqəsi [24]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019