İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » İslam təlimləri » Yeniyetmələr üçün yol azuqəsi

    Yeniyetmələr üçün yol azuqəsi
    Beşinci fəsil
    Dəstəmaz ruhu işıqlandırır
    Şübhəsiz ki, dəstəmazın iki faydası var: mənəvi fayda və gigiyenik (sağlamlığa təsirli) qayda. Gigiyenik baxımdan gündə beş dəfə və ya üç dəfə üzün və əllərin yuyulması insanın təmizliyinə böyük təsir göstərir. Suyun tüklərə və dəriyə çatması şərti ilə başa və ayaqlara məsh çəkilməsi həmin üzvləri də pak saxlamağımıza səbəb olur. Dəstəmazın mənəvi təsirləri də var. Bu iş Allaha yaxınlaşma məqsədi ilə yerinə yetirildiyindən insanın ruhuna tərbiyəvi təsir göstərir. Dəstəmaz ümumi şəkildə insanın başdan başlamış ayağadək Allaha itaət yolunda hərəkətini bəyan edir.
    Fəzl ibn Şazan nəql edir ki, imam Riza (ə) buyurmuşdur: "Dəstəmaz və ona hazırlıq göstərişinin səbəbi bəndənin zəvvar Allah hüzurunda minacat zamanı paklığı, zahirən istənilən bir çirkinlikdən uzaqlığı, yuxulu vəziyyətdən çıxması, Allah qarşısında pak-pakizə bir qəlblə dayanmasıdır.”("Vəsailuş-şiə”, c. 27, s. 27, hədis 20)
    Allah-taala "Maidə” surəsində dəstəmaz, qüsl, təyəmmüm və onların yerinə yetirilmə qaydası haqqında məlumat verdikdən sonra buyurur: "Allah sizə çətinlik yaratmaq yox, sizi paklamaq istəyir.”(Surə 35, "Fatir”, ayə 28)
    Bu zahiri paklıq insanın ruhi paklığı ilə müşayiət olunur. Söhbətimizin bu məqamında uyğun təsirlərdən bəzilərini nəzərdən keçiririk.
    Dəstəmazın təsirləri və nəticələri
    1. Nuraniyyət yaranması: Məsumlardan nəql olunmuş bir sıra hədislərdən aydın olur ki, dəstəmaz, qüsl və təyəmmüm sayəsində əldə olunmuş paklıq insanın vücuduna bir növ nuraniyyət, səfa verir. Həzrət Peyğəmbər (s) buyurur: "Mən qiyamət günü öz ümmətimi onlardakı dəstəmaz nişanəsindən tanıyaram.”("Biharul-ənvar”, c. 2, s. 32, hədis 22) Həzrət Peyğəmbərdən nəql olunmuş digər bir hədisdə buyurulur: "Mənim ümmətim dəstəmazın təsirindən qiyamət günü məhşər səhnəsinə üzü ağ gələrlər.”(Surə 88, "Ğaşiə”, ayələr 17-20)
    Bu səbəbdən də dini rəhbərlər buyururlar ki, dəstəmazlı insanın da yenidən dəstəmaz alması müstəhəbdir. İmam Sadiq (ə) buyurur: "Bir şəxs təharətli (dəstəmazlı olduğu halda onu təzələyərsə on savab qazanar.”(Surə 45, "Casiyə”, ayələr 3-5)Digər bir rəvayətdə buyurulur: "Dəstəmazlı ikən yenidən dəstəmaz almaq nur üzərinə nur gətirmək kimidir.”(Baba Tahir, şe`rlər divanı, dübeytlərin birinci hissəsi)
    2. Allahın sevimlisi olmaq: Qurani-kərimdə buyurulur ki, Allah tövbəkarları sevir, pak-pakizə dostları da dost tutur.(Bax: Surə 10, "Yunus”, ayə 18)
    3. Ömrün uzunluğu və şəhid mükafatının əldə olunması: İslam peyğəmbəri (s) Ənəsə buyurur: "Ey Ənəs! Daim təharətli ol ki, Allah sənin ömrünü uzatsın. Əgər gün uzunu təharətli qala bilirsənsə, belə et. Həqiqətən, əgər təharətli halda ölsən, dünyadan şəhid kimi gedərsən.”(Bax: Surə 27, "Nəml”, ayə 14)
    4. Ruzinin artımı: Bir şəxs İslam peyğəmbərinə (s) ruzisinin azlığından şikayətləndi. Həzrət (s) buyurdu: "Daim təharətli ol ki, ruzin davamlı olsun, artsın.” Həmin şəxs Peyğəmbərin (s) göstərişinə əməl edib ruzi çətinliyindən qurtuldu.(Surə 29, "Ənkəbut”, ayə 65)
    5. Günahların yuyulması: Bəzi rəvayətlərdən məlum olur ki, hətta dəstəmazlı halda dəstəmaz almaq insanın kəbirə günahları istisna olmaqla digər günahlarını yuyur. Allah-taala həmin şəxs tövbə etməmiş Allah onun tövbəsini təzələyir.”(Sə`di, moizələr kulliyatı, farsca qəsidələr, Baharın vəsfi)
    6. Abidlərin savabına çatmaq: Həzrət Peyğəmbər (s) buyurur: "Bir şəxs təharətli halda yatarsa, yatağı onun üçün məscid məqamında olar.”(Füruği Bəstami, şe`rlər divanı)
    7. İstəklərin həyata keçməsi: İmam Sadiq (ə) buyurur: "Bir şəxs dəstəmazı olmadığı halda Allahdan bir şey istəsə və duası qəbul olmasa, özünü danlasın.”("Biharul-ənvar”, c. 4, s. 70, hədis 15)
    Namazın düzgünlüyü və qəbulunda dəstəmazın böyük rolu var. Bu səbəbdən də rəvayətlərdə qeyd edilir ki, dəstəmazsız namaz qəbul deyil. Amma bu o demək deyil ki, dəstəmaz yalnız namaz üçündür. Çox-çox bəyənilmişdir ki, insan bütün hallarda dəstəmazlı olsun. İnsanın yatarkən, məscidə daxil olarkən, Quran oxuyarkən dəstəmazlı olmasının əhəmiyyətli təsiri var.
    Dəstəmazın yerinə yetirilmə qaydası
    Dəstəmazı iki şəkildə, irtimasi və tərtibi şəkildə almaq olar. Kitabımızın həcmini nəzərə alaraq tərtibi dəstəmaz haqqında danışmaqla kifayətlənirik.
    Tərtibi dəstəmazda dəstəmaz niyyəti etdikdən sonra hər dəstəmaz üzvünə su axıtmaq lazımdır. Su üzə yuxarıdan aşağıya bu şəkildə axıdılır:
    a) Öncə üzüyumaq niyyəti ilə suyu alının yuxarısına, tükbitən yerə tökürlər. Əli su ilə birlikdə yuxarıdan aşağıya çəkirlər. Dəstəmazda üzün vacib yuyulma ölçüsü tük bitən yerdən çənəyədəkdir. Eninə ölçü orta barmaqla baş barmaq arası qədərdir. Əgər deyilən ölçülərə əməl olunmasa dəstəmaz batildir. İnsan dəstəmazı düzgün aldığına əmin olmaq üçün bir qədər artıq hissəni yusa yaxşıdır.
    b) Sonra sağ əl dirsəkdən barmaqların ucunadək yuyulur. Aşağıdan yuxarıya yuyularsa dəstəmaz batildir. Deyilən yerin yetərincə yuyulduğuna əmin olmaq üçün suyu bir qədər yuxarıdan tökmək lazımdır. Sonra eyni qayda ilə sol əl yuyulur.
    v) Sonra dəstəmaz suyunun ovucda qalmış təri ilə başın alına doğru dörddə bir hissəsinə məsh çəkilir. Başın qabağına bütünlüklə məsh çəkmək vacib deyil. Onun hansı hissəsinə məsh çəkilərsə kifayət edər. Vacib ehtiyata əsasən başa sağ əllə məsh çəkilir. Vacib ehtiyata əsasən məsh yuxarıdan aşağıya ən azı üç barmaqla başın qabaq hissəsinə çəkilir.
    q) Başa məsh çəkildikdən sonra ovucda qalmış dəstəmaz təri ilə sağ ayağa barmaqların başından ayağın qılçaya dikələn hissəsinədək məsh çəkilir. Müstəhəb ehtiyat budur ki, topuğadək məsh çəkilsin. Vacib ehtiyata əsasən ən azı birləşmiş üç barmaqla məsh çəkilməlidir. Daha yaxşı olar ki, əlin bütöv içi ilə məsh çəkilsin. Baş barmaq üzərinə məsh çəkilməsi vacib deyil. Başqa barmaqlardan da başlanılsa və ayağın dikilən yerinə qədər davam etsə bəs edər.
    d) Eyni qayda ilə sol ayağa məsh çəkilir.
    Sual: Üz hansı əllə yuyulmalıdır?
    Cavab: Dəstəmazda üzü sağ və ya sol, eləcə də hər iki əllə yumaq olar. Əgər su yuxarıdan aşağıya axmaqla üzün vacib olan hissəsini əhatə edərsə, əlavə əl çəkməyə ehtiyac yoxdur.
    Sual: Burun və gözlərin içini yumaq vacibdirmi?
    Cavab: Burunun daxilini, dodaqlar və göz yumularkən onların görünməyən hissəsini yumaq vacib deyil. Amma vacib buyurulmuş hissənin yuyulmasına əmin olmaq üçün sadalanan hissələri də bir qədər yumaq yaxşıdır. Ehtimal olunsa ki, hansısa bir çirk və ya başqa şey başlara, gözün kənarlarına və dodaqlara suyun çatmasına mane olur, dəstəmazdan öncə araşdırma aparmaq, həmin maneələri aradan qaldırmaq lazımdır.
    Sual: Əgər bir şəxsin əlləri kiçik, üzü böyüksə (və ya əksinə) eləcə də başının bir hissəsində tük yoxsa (ya da alnının bir hissəsində tük bitmişsə) dəstəmazda üzünü hansı həddə yumalıdır?
    Cavab: Adi insanlar üzünü necə yuyursa, o da elə yusun.
    Sual: Üzü yumazdan öncə əllərin yuyulması dəstəmazdan sayılırmı?
    Cavab: Xeyir dəstəmazda üz yuyulmazdan öncə əllərin yuyulması dəstəmazdan sayılmır. Diqqətli olmaq lazımdır ki, dəstəmazda əllər dirsəkdən barmaqların ucunadək yuyulur. Dəstəmazdan öncə əllərin yuyulması ilə kifayətlənmək olmaz və kim belə edərsə dəstəmazı batildir.
    Sual: Əgər bir şəxs əllərini isladıb üzünə və qollarına çəkərsə, dəstəmazı düzgündürmü?
    Cavab: Əgər əldəki yaşlıq elə bir miqdarda olsa ki, üzə və əllərə çəkiləndə su axsın, eləcə də bu iş xalqın nəzərində yumaq sayılsın, eybi yoxdur.
    Sual: Ayaqlara məsh çəkmək üçün bütün əli ayağın üzərinə qoyub azca hərəkət etdirmək bəs edərmi?
    Cavab: Bəli. Belə etmək olar.
    Sual: Baş və ayaqlara məsh çəkərkən əli hərəkətsiz saxlayıb başı və ayaqları hərəkət etdirmək olarmı?
    Cavab: Xeyir. Bu şəkildə yerinə yetirilmiş məshin düzgünlüyünə iradlar var.
    Sual: Corab və ya ayaqqabının üzərindən ayaqlara məsh çəkmək olarmı?
    Cavab: Xeyir. Yalnız şiddətli soyuq, oğru, yırtıcı, düşmən qorxusundan ayaqqabı və ya ayaqları çıxarmaq mümkün olmadıqda onların üzərindən məsh çəkmək olar.
    Sual: Əgər dəstəmaz üzvləri dəstəmazdan öncə yaşdırsa, dəstəmazdan öncə onları qurulamaq vacibdirmi?
    Cavab: Üz və əllərin yaş olmasının eybi yoxdur. Amma başa və ya ayaqlara məsh çəkməzdən öncə onlar quru olmalıdır. Onlardakı yaşlıq əldəki yaşlığı təsirsiz həddə edəcək olarsa, məsh batildir. Amma azca rütubətin eybi yoxdur.
    Sual: Sol ayağa sağ ayaqdan qabaq məsh çəkmək olarmı?
    Cavab: Vacib ehtiyata əsasən bu iş caiz sayılmır.
    Dəstəmazın şərtləri
    Dəstəmazın düzgün olması üçün müəyyən şərtlərə riayət etmək lazımdır.
    1. Dəstəmaz suyu pak olsun. Murdar su ilə alınan dəstəmaz batildir.
    2. Dəstəmaz suyu saf olsun. Meyvə suyu, gülab kimi bulaşıq sularla alınan dəstəmaz batildir.
    3. Dəstəmaz suyu, dəstəmaz alınan yer qəsbi olmamalıdır.
    4. Dəstəmaz üçün istifadə edilən qab qəsbi olmamalı, qızıl-gümüşdən düzəldilməməlidir.
    5. Dəstəmaz üzvləri dəstəmazda yuyulub məsh çəkərkən pak olmalıdır.
    6. Dəstəmaz üçün kifayət qədər vaxt olmalıdır. Əgər vaxt az olarsa, dəstəmaz alınacağı təqdirdə namazın vaxtı keçərsə, dəstəmaz əvəzinə təyəmmüm edilməlidir.
    7. İnsan Allahın əmrini yerinə yetirmək, Ona yaxınlaşmaq məqsədi ilə dəstəmaz almalıdır. Özünü göstərmək, sərinləşmək, bu kimi qeyri-ilahi məqsədlərlə alınan dəstəmaz batildir.
    8. Dəstəmazda tərtibi gözləmək, məsələn, əvvəlcə üzü, sonra əlləri yumaq, əvvəlcə başa, sonra ayaqlara məsh çəkmək lazımdır. Əks təqdirdə dəstəmaz batildir.
    9. Dəstəmazdakı işlər fasiləsiz yerinə yetirilməlidir. Dəstəmaz zamanı elə bir fasilə yaratmaq olmaz ki, ətrafdakılar insanın dəstəmaz almadığını düşünsünlər.
    10. Dəstəmaz əməllərini yerini yetirməyə qadir insan bu işləri özü görməlidir. Əgər insanın üzünü və qollarını başqa biri yuyarsa və ya bu işlərdə ona kömək edilərsə dəstəmaz batildir.
    11. Dəstəmaz insana zərərli olmamalıdır. Dəstəmaz zərərlidirsə təyəmmüm etmək lazımdır.
    12. Dəstəmaz üzvlərində qır, boya, yapışqan kimi suya mane olacaq şeylər olmamalıdır. Dəstəmazdan öncə bu qəbil maneələri təmizləmək lazımdır.
    Hansı işlərdən qabaq dəstəmaz almaq vacibdir?
    Müəyyən işlərdən öncə dəstəmaz almaq vacibdir:
    1. Bütün müstəhəb və vacib namazlar üçün;
    2. Allah evinin vacib təvafı üçün;
    3. Dəstəmaz alınması ilə bağlı and içildikdə, nəzir və ya əhd edildikdə;
    4. Əgər bir şəxs and içərsə və ya nəzir, əhd edərsə ki, bədəninin hansısa bir hissəsini Qurana toxundursun, onun dəstəmaz alması vacibdir. Məsələn, murdarlanmış Quran suya çəkildikdə bədən ona toxunduğundan, dəstəmaz almaq lazımdır.
    Dəstəmazı batil edən işlər
    Sidik və ya nəcisə getmək, insandan yel xaric olması, gözün görməməsi və qulağın eşitməməsi ilə müşayiət olunan yuxu, qüsl tələb edən işlərin görülməsi, vacib ehtiyata əsasən məstlik kimi ağılı işdən saxlayan işlər dəstəmazı batil edir.
    Sual: Dəstəmaz tamamlanmamışdan öncə və ya ondan sonra dəstəmazda yuyulmuş bədən üzvlərindən biri murdarlanarsa, dəstəmaz batil olarmı?
    Cavab: Dəstəmaz batil olmaz, amma həmin üzvü suya çəkmək lazımdır. Bədənin dəstəmaza aid olmayan üzvləri də murdarlandıqda suya çəkilməlidir. Əgər insan ayaqyolundan sonra sidik və nəcis çıxacağını suya çəkməzsə, vacib ehtiyata əsasən öncə onları suya çəkməli, sonra dəstəmaz almalıdır.
    Sual: İnsanın dəstəmazla bağlı niyyəti dilə gətirib, "Allaha yaxınlaşmaq üçün dəstəmaz alıram” söyləməsi vacibdir?
    Cavab: Dəstəmazın, namazın, təyəmmümün, qüslün və bu kimi işlərin niyyətini dilə gətirmək vacib deyil. Əgər insan nə iş gördüyünü bilirsə, bəs edər. Əgər dəstəmazın gedişində ondan nə iş gördüyünü soruşsalar, "dəstəmaz alıram” söyləyə bilməlidir.
    Sual: Dəstəmaz gedişində yol yerimək olarmı? Məsələn, üz və əlləri yuduqdan sonra bir neçə addım atıb baş və ayaqlara məsh çəkmək mükündürmü?
    Cavab: Eybi yoxdur.
    Sual: Əgər diyircəkli qələmin boyası və ya baş rəngi bədən üzvündə qalmışsa, bu halda dəstəmaz almaq olarmı?
    Cavab: Əgər rəng təkcə rəngdirsə və maddə şəklində deyilsə (qat kəsməmişsə) suyun bədən üzvlərinə çatmasına maneçilik törətməyəcəyi təqdirdə eybi yoxdur.
    Sual: Əgər bir şəxs dəstəmaz aldıqdan sonra onun batil olub-olmadığına şəkk edərsə, vəzifəsi nədir?
    Cavab: Qəbul etməlidir ki, dəstəmaz alıb. Amma əgər dəstəmaz alıb-almadığına şübhə edərdisə, dəstəmaz almadığını qəbul etməlidir.
    Category: Yeniyetmələr üçün yol azuqəsi | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 1016 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Yeniyetmələr üçün yol azuqəsi [24]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024