İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 3

    Nəhcül-bəlağə 3
    Feyzul-İslamın IV hissəyə yazdığı müqəddimə
    بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
    أَلْحَمْدُ لِلّهِ عَلى ما عَرَّفَنا مِنْ نَفْسِهِ وَ أَلْهَمَنا مِنْ شُكْرِهِ وَ فَتَحَ لَنا مِنْ أَبْوابِ الْعِلْمِ بِرُبُوبِيَّتِهِ وَ دَلَّنا عَلَيْهِ مِنَ الْإِخْلاصِ لَهُ فِى تَوْحِيدِهِ وَ جَنَّبَنا مِنَ الْإِلْحادِ وَ الشَّكِ فِى أَمْرِهِ وَ الصَّلوةُ عَلى عَبْدِهِ وَ رَسُولِهِ الْبَشِيرِ النَّذِيرِ السِّراجِ الْمُنِيرِ سَيِّدِ الْأَنْبِياءِ وَ الْمُرْسَلِينَ مُحَمَّدٍ وَ الِهِ الْأَئِمَّةِ الطَّيِّبِينَ.
    اللّهُمَّ عَجِّلْ فَرَجَهُمْ وَ انْصُرْ شِيعَتَهُمْ وَ أَهْلِكْ أَعْدائَهُمْ مِنَ الْأَوَّلِينَ وَ الْاخِرِينَ امِينَ رَبَّ الْعالَمِينَ
    Kim diqqət və düşüncə ilə «Nəhcül-Bəlağə»ni mütaliə etsə, əbədi səadətə yol tapar. Kim ona əməl etsə, Allah və Peyğəmbərin razılığını əldə edər və onun nəticəsində dünya həyatında başı uca və qəlbi diri, qəbr və qiyamətdə rahat, Cənnətdə isə kam alan olar. Bu müqəddəs kitab, bəşəriyyətin hidayətçi və bələdçisi olan İslam elm və hikmətlərinin xülasəsidir və o, səadət və xoşbəxtliyə çatmaq üçün cahilcəsinə təəssübdən əl çəkən və bu kitabı özünə örnək edən kəsi məqsədinə çatdırır. Çünki onda nadanlıqlar üzərindən pərdə götürülüb, həqiqətlər aşkar edilib və oxucu bu əsərdə hər bir hadisədən xəbərdar olur. Buna görə də onunla tanış olan və ona əməl edən kəs azğınlıq yoluna qədəm qoymaz və avara və sərgərdan qalmaz. Onun bir fəslini diqqətlə mütaliə edən insaflı kəs bizim sözümüzün düzgünlüyünə və doğruluğuna inanar. Allaha şükr edirəm ki, uzun illərdən bəri onun mə¬ziyyət və xüsusiyyətləri ilə tanış olub bütün məclis və yığıncaqlarda hamını Əmirəl-möminin əleyhis-salamın kəlam və əməllərini araşdırıb onlara tabe olmağı tövsiyə edən məni ərəb dilini bilməyənlər üçün tərcümə və şərh etməyə müvəffəq edib. İndi dördüncü hissənin tərcümə və şərhinə başlayır və qadir Allahdan istəyirəm ki, bu və sonrakı iki hissəni başa çatdırmağa məni müvəffəq etsin.
    اللّهمَّ أَغْنِنِى بِمَسئَلَتِكَ عَنْ مَسْئَلةِ خَلْقِكَ وَارْحَمْنِى بِرَحْمَتِكَ يا أَرْحَمَ الرّاحِمِينَ
    Fani bəndə: Əliyyənnəqi Feyzul-İslam İsfahani Ali-Məhəmməd əd-Dibac.
    186- cı xütbə
    İmam Əli əleyhis-salamın (Allah-təalanın vəsfi, Həzrət Peyğəmbərin mədhi, nəsihət, təqva və pərhizkarlıq barəsindəki) xütbələrindəndir.
    Həmd o Allaha layiqdir ki, səltənətinin nişanələrindən və böyüklüyünün əzəmətindən qüdrət və bacarığının heyranlıqlarını aşkar etdi, gözləri mat və heyran qoydu və insanların zehnlərindən keçən fikirləri Öz sifətinin həqiqətlərinin dərkindən saxladı. (Ağıl sahibləri Onun yaratdıqlarının müqabilində mat-məəttəl qalıblar və onların ağılları Onun həqiqətlərini dərk etməkdən acizdirlər.) Şəhadət - iman, inam, niyyət saflığı və itaət üzündən olan bir şəhadət - verirəm ki, Allahdan başqa bir tanrı yoxdur. (Bu şəhadətdə qəlbimlə dilim birdir və onda təqlid və riya yoxdur.) Şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və elçisidir. Onu o vaxt göndərdi ki, qurtuluş nişanələri və dinin aşkar yolları aradan getmiş, viran olmuşdu (insanlar zəlalət və azğınlıqda addımlayır, nəfsi istəklərin arxasınca gedirdilər). Belə olan halda, o, haqqı aşkar etdi, xalqa nəsihət verdi, (danışıq və davranışda) düzlük və doğruluğa hidayət etdi və mötə’dil yolu tutmağı əmr etdi. Allah ona və onun Əhli-Beytinə salam göndərsin.
    Ey Allahın bəndələri! Bilin ki, Allah sizi boş yerə yaratmayıb, (heyvanlar kimi) özbaşına buraxmayıb (bəlkə sizin üçün vəzifə və hökmlər müəyyənləşdirib ki, hər birini öz vaxtında yerinə yetirəsiniz), sizə verdiyi nemət və bəxşişlərin miqdarını bilir və mərhəmət və lütfünü sayıb (ki, sizin şükr etməyinizi və naşükürlüyünüzü sınasın). Belə isə zəfər və qələbəni (düşmənə qalib gəlməyi) və hacətin rəva olmasını Ondan diləyin, öz istəyinizi Ondan istəyin və əta və bəxşişi Onda axtarın ki, sizinlə Onun arasında asılı pərdə və bağlı qapı yoxdur. O, hər yerdə və hər bir vaxt və zamanda hazırdır və hər bir insan və cinlə birlikdədir. Əta və bəxşiş Onu (onun nemətlərini) azaltmır və (onlarda) nöqsan yaratmır; Ondan istəyən Onun nemətini sona çatdırmır; arzulayan Onun xəzinələrinin sonuna çatmır; heç kəs Onu digərindən saxlamır; bir səs Onu özünə məşğul edərək Onun digər səsi eşitməsinə mane olmur;(Çünki bir işə məşğul olaraq digər işdən qalmaq qəflətdən doğur və bu, cismin xüsusiyyətlərindəndir. )(nemət) bağışlamaq Ona (eyni zamanda digər neməti) almağa mane olmur; qəzəb etmək Ona rəhm etməyə mane olmur; mehribanlıq Onu əzab etməkdən saxlamır; gözə görünməzlik Onun aşkar olmasına mane deyil və aşkar olmaq Onu gözə görünməzlikdən ayırmır.(Çünki O, həm aşkardır, həm gizli; nişanələri ilə aşkar, həqiqəti isə gözlərdən gizlindir. ) Həm yaxındır, həm uzaq, həm yuxarıdadır, həm də aşağıda, həm aşkardır, həm gizli və həm gizlindir, həm də aşkar. Cəzalandırıb, amma cəzalanmayıb. (Hamının hesabını O edir. Amma heç kəsin Onun hesabını aparmaq dərki və qüdrəti yoxdur.) Yaradılmışları fikirlə yaratmadı və heç bir işdə onlardan yardım istəməyə möhtac deyil. (Çünki vücudu vacib olan varlıq acizlikdən uzaq və pakdır.)
    Ey Allah bəndələri! Sizə təqvalı və Allaha itaətkar olmağı tövsiyə edirəm. Çünki təqva (sahibini səadətə çəkən) cilovdur və (işlərin nizam-intizamını saxlayan) sütuna bənzəyir. Belə isə onun möhkəm bağlarına sarılın və həqiqətlərindən yapışın ki, gözlərin (qorxu və vahimədən) bərəli qalaraq qırpılmadığı və ətrafına nəzər sala bilmədiyi, qaranlığın hər yeri bürüdüyü və doğmaqları yaxın olan on aylıq hamilə dəvə sürüsünün sahibsiz qaldığı gündə(Hamının çətinlik və giriftarçılığın çoxluğundan öz nicat və qurtuluşu ilə məşğul olduğu və ən nəfis mallarına göz yumduqları (gün). ) sizi rahatlıq və əmin-amanlıq məkanları, geniş yerlər, qorunan hasarlar və hörmət bəslənilən mənzillərə çatdırsın (heç bir çətinliyi və giriftarçılığı olmayan əbədi Cənnətə aparsın). Və Sur (İsrafilin suru) çalınacaqdır. Həmin vaxt bütün canlar bədənlərdən çıxacaq və bütün dillər lal olacaqdır (ölüm hamını bürüyəcək); uca dağlar və möhkəm daşlar parçalanaraq dağılacaq, onların sərt daşı parlaq ilğım kimi görünəcək və onların durduqları və sakin olduqları yerlər hamar (alçaq-hündürsüz) olacaq (abadlıq və heç bir nişanə qalmayacaq). Beləliklə, (həmin gün) nə şəfaət edəcək (günahın əvf edilərək bağışlanmasını istəyən) şəfaətçi, nə çətinliyi dəf edəcək qohum, nə də xeyir verəcək üzr və bəhanə olacaq. (Xülasə, təqva və pərhizkarlıqdan başqa bir sığınacaq yoxdur.)
    187- ci xütbə
    İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin Allah tərəfindən göndərilmə zamanına toxunaraq təqva və pərhizkarlığa tövsiyə etdiyi, dünyanın çirkinliklərini açıqladığı və ölüm çatmamışdan yaxşı işlər görməyə təşviq etdiyi) xütbələrindəndir.
    Allah, Həzrət Peyğəmbəri o vaxt göndərdi ki, nə bir nişanə qalmışdı (axırıncı peyğəmbərlə o Həzrət arasındakı zaman fasiləsi insanları haqq yoldan uzaqlaşdırmışdı), nə parıldayan bir işıq (haqq şəriət gizlin qalmışdı və heç kəs Allaha itaət etmirdi), nə də aydın bir yol var idi. (Hamı azğınlıqda və nadanlıqda sərgərdan idi. Belə bir vəziyyətdə o Həzrət bəşəriyyəti hidayət edərək bədbəxtlikdən nicat verdi.) Ey Allahın bəndələri! Sizə təqvalı olmağı və Allaha itaət etməyi tövsiyə edirəm və dünyadan çəkindirirəm. Çünki dünya köç etmək diyarı və qəm-qüssə və dərd yeridir. Onun sakini gedən, məskunlaşanı ayrılandır. O öz əhlini bərk küləklər gəmiləri dənizlərdə hərəkətə gəti¬rib titrətdiyi kimi titrədərək çəkişməyə salar. Beləliklə, sərnişinlərin bəziləri boğularaq həlak olarlar. Bəziləri isə nicat taparaq dalğaların üzərində çabalayarlar və küləklər onları bir tərəfdən digər tərəfə apararaq qorxu və nigarançılıqlara düçar edər. Boğulanı bir daha tapmaq mümkün deyil. Nicat tapan isə həlak olmağa tərəf gedir.(Xülasə, insanlar dünyada dənizdə gəmisi xarab olmuş kəslər kimidirlər ki, bəziləri məhv olaraq aradan gediblər və onlardan heç bir xəbər və əlamət yoxdur. Bəziləri isə nəfsi istəklərə düçar olublar və həlakət yolunda hərəkət edirlər.)
    Ey Allahın bəndələri! İndi ki, dillər açıq, cisimlər sağlam, bədən itaətkar, get-gəl yeri genişdir və fürsət qalmaqdadır, yoxluğun tələsməsindən və ölümün gəlib çatmasından qabaq iş görün (Allaha ibadət və xalqa xidmət edin). Onun sizin yanınıza gəlməsini gerçəkləşmiş bilin və intizarını çəkməyin.(Ölümün sizi haqlayacağı qəti olduğu üçün onu gəlmiş bilin. Amma intizar çəkən adam kimi gözü yolda olub bekar oturmayın)
    188- ci xütbə
    İmam Əli əleyhis-salamın (özünün Peyğəmbərə yaxınlıqda tək olması, xilafətə daha layiq olması və başqasının bu məqama layiq olmaması barəsindəki) xütbələrindəndir.
    Məhəmmədin (səlləllahu əleyhi və alih) qoruyucu olan (Qur’an və onun sünnəsini qoruyan və onun sirlərindən xəbərdar) səhabələrinin böyükləri bilirlər ki, mən heç vaxt bir saat belə Allah və Peyğəmbərin əmrindən kənarda olmamışam və igidlərin qaçdıqları və addımların qayıtdıqları (heç kəsdə düşmənin qarşısını almaq cürəti olmayan) yerlərdə (çətinlik və müharibələrdə) Allahın məni əziz tutduğu şücaət və igidliklə öz canımı Həzrət Peyğəmbərdən əsirgəməmişəm. Allahın Peyğəmbəri - səlləllahu əleyhi və alih - başı mənim sinəmdə olan halda canını tapşırdı və onun ruhu o mənim əllərim üzərində olanda bədənindən ayrıldı və mən (təbərrük və türbət kimi) əlimi üzümə çəkdim. O Həzrətin (səlləllahu əleyhi və alih) qüslünü öz öhdəmə götürdüm və mələklər mənə kömək etdilər. Sonra ev və onun ətrafı (orada olanlar və get-gəl edən mələklər) ağlayaraq nalə qopardılar. Mələklərin bir dəstəsi enir, digər bir dəstəsi isə yuxarı qalxırdılar. Onların o Həzrətə qıldıqları namazın səsi, onu qəbrinə qoyana kimi qulağımdan getmirdi. Belə olan halda, kim o Həzrətə həyat və ölümündə məndən daha yaxın və layiqdir?! (Kim layiq və yaxın olmaq iddiası etsə yalan deyib və özünü nahaq yerə onun xəlifə və canişini hesab edib.) Gözüaçıqlıq və bəsirətlə (şəkk və tərəddüd etmədən) tələsin. Gərək düşmənlə müharibədə sizin niyyətləriniz düz olsun (nifaq və ikiüzlülük olmadan öz haqq imamınıza tabe olasınız). Ondan başqa bir tanrı olmayan Allaha and olsun ki, mən haqq yoldayam (söz və əməllərim eyni ilə Allah və Peyğəmbərin buyurduqlarıdır). Bizim düşmənlərimiz isə batil sürüşkənliklərdədirlər (pis işlərə əmr edən nəfsə və şeytana tabedirlər). Eşitdiklərinizi deyirəm (ki, haqqı batildən seçəsiniz) və Allahdan (sizə giriftar olmuş) özüm üçün və sizə (keçmiş əməlləriniz üçün) bağışlanma istəyirəm (ki, bir də azğınlıq yoluna qədəm basmayasınız və haqq imama tabe olasınız).
    189-cu xütbə
    İmam Əli əleyhis-salamın (Allahın elminin varlıqları əhatə etməsi, təqva və pərhizkarlığa təşviq, müqəddəs İslam dininin vəsfi, Həzrət Peyğəmbərin Allah tərəfindən göndərildiyi zaman və Qu’rani-Kərimin mədhi barəsindəki) xütbələrindəndir.
    Allah, otlayan heyvanların çöllərdəki səs və naləsindən, bəndələrin gizlindəki günahlarından, balıqların böyük dənizlərdəki get-gəllərindən və suyun bərk küləklər vasitəsi ilə dalğalanaraq bir-birinə dəyməsindən xəbərdardır. Şəhadət verirəm ki, Məhəmməd Allahın seçilmişi, vəhy (hökmü) gətirəni və Onun rəhmət və mehribanlıq elçisidir.
    Allah-təalaya həmddən və Həzrət Mustafanın mədhindən sonra, sizi pərhizkarlığa və yaradılışınızın başlanğıcı Ondan olan, qayıdış və dönüş yeriniz Ona tərəf olacaq, ehtiyac və istəklərinizin həyata keçməsi Ondan asılı olan, arzu və diləyinizin sonu olan, doğru yolunuz Ona tərəf olan və pənah və sığınacağınız O olan Allahdan qorxmağa tövsiyə edirəm. Çünki təqva və Allahdan qorxmaq ürəklərinizin dərdlərinin dərmanı, qəlblərinizin korluğunun görməsi, cisimlərinizin xəstəliyinin şəfası, sinələrinizin fəsadının düzəlməsi, nəfslərinizin çirkinin təmizlənməsi, gözlərinizin örtüklərinin aydınlığı, qəlblərinizin qorxusunun əmin-amanlığı və (nadanlıq) zülmətlərinizin qaranlıqlarının nurudur. Buna görə də Allaha itaət və tabeçiliyi (bədənə yapışmayan) üst paltarı deyil, alt köynəyi kimi öz adətiniz edin. Və (hətta onu) köynəyin altında bədəninizin daxili bir hissəsi edin, əndamınızda gizlədin onu. (Xülasə, elə bir iş görün ki, sizin bütün bədən üzvləriniz Allaha itaətkar və tabe olsun.) İşlərinizdə Onu hakim bilin (bütün işlərdə Allahın əmr və qadağalarına tabe olun) və (onu qiyamətə) daxil olacağınız zaman üçün çeşmə, istəyinizi almaq vasitəsi, (çətin hadisələrdən) qorxu gününüz üçün qalxan, qəbirləriniz arasındakı çıraqlar, qorxu və vahimənizin uzunluğunda ünsiyyət yoldaşı və kədərli yerlərinizin yüngüllüyü təyin edin. Çünki Allaha itaət və tabeçilik üz tutan təhlükəli (və məhvə səbəb olan) yerlərdən, qarşıya çıxması gözlənilən qorxulardan və (günahkarlar üçün) yandırılmış odun istiliyindən qoruyucudur. Buna görə də kim təqva və pərhizkarlığı öz peşəsi etsə, çətinliklər ona yaxınlaşandan və üz tutandan sonra ondan uzaqlaşar; işlər acılıqdan sonra onun üçün şirinləşər; dalğalar (fitnə-fəsad) ardıcıl gəldikdən sonra ondan uzaqlaşar, çətinliklər incidərək əziyyətə saldıqdan sonra ona asanlaşar; lütf və ehsan (Allahın lütf və mərhəməti) qəhətlikdən sonra ona çoxalar; rəhmət və mərhəmət uzaqlaşdıqdan sonra ona üz tutar; nemətlər azalandan sonra ona artar və bərəkət az yağışdan sonra yağan dolu yağış kimi ona çatar. Belə isə Özünün (Qur’ani-Kərimdəki) öyüdləri ilə sizi bəhrələndirmiş, (peyğəmbərlər vasitəsi ilə) sizə Öz hökmləri ilə nəsihət vermiş və nemət verməsi ilə sizə minnət qoymuş Allahdan qorxun. Buna görə də Ona ibadət və bəndəlik üçün öz nəfslərinizi ram edin və Ona itaət haqqını yerinə yetirin (əmr etdiklərini yerinə yetirərək qadağan etdiklərindən çəkinib uzaq olun).
    (Təqva və itaətin vəsfindən) sonra (bilin), bu İslam Allahın dinidir ki, (O ondan başqasını bəyənmir və) onu Özü (Özünü tanıtdırmaq) üçün seçib, Öz qayğısı ilə bəsləyib, onun təbliği üçün yaratdıqlarının ən yaxşısını (Həzrət Peyğəmbəri-səlləllahu əleyhi və alih-) seçib və onun sütunlarını (qanun və hökmlərini) Öz məhəbbəti üzərində qurub. (Buna görə də Allahı sevən kəs İslamın hökmlərinə tabedir.) Onun izzəti ilə (başqa) dinləri xar və həqir (nəsx) edib; onun böyüklüyü ilə millətləri cılızlaşdırıb; onun qələbəsi ilə düşmənləri qədir-qiymətsiz və kiçik edib; onun köməyi ilə müxalifləri məğlub edib; onun sütunu (əsas kök və qanunları) ilə azğınlıq (nadürüst əqidələr) dirəklərini viran edib; teşnələri (elm və maarif susuzlarını) onun hovuzlarından doydurub; onun su daşıyanları (imamlar əleyhimus-salam) vasitəsi ilə hovuzları doldurub (Qur’ani-Kərimin ayələrinin təfsir, yozum və hökmlərinin yerlərini bəyan edib). Sonra onu elə (möhkəm və qüvvətli) edib ki, dəstəyi ayrılan və zəncirləri açılan deyil. Təməli viran, sütunları xarab olmaz. Onun ağacı yerindən çıxarılmayacaqdır. Onun müddətinin sonu yoxdur (qiyamətə kimi bərqərar olacaq və onu nəsx etmək üçün peyğəmbər göndərilməyəcəkdir). Hökmləri köhnəlməyəcək və budaqları sındırılmayacaq. (Heç vaxt hansısa bir alim, elmi əsaslarla onun hökmlərindən hansı birininsə düzlüyünü inkar edə bilməz.) Yolları daralmayacaq, asanlıqları çətinləşməyəcək, ağlığı qara, düzlüyü əyri, çubuğu əyilmiş, geniş yolu qumluq, çıraqları söndürülmüş və şirinliyi acılıq olmayacaq. Buna görə də İslam, Allahın onun təməlini haqda yerləşdirdiyi (batil və əyriliyin işləmədiyi) və özülünü möhkəm etdiyi sütunlardır. O, arxları su ilə dolu olan çeşmələr, işıqları parlaq olan çıraqlar, gedənlərin, vasitəsi ilə yol axtardıqları nişanələr,(Yol gedən səfər adamı çöllükdə yolu nişanələrlə tapdığı kimi onun da dəlil və sübutları vardır ki, alimlər onlara əsaslanaraq dəlil gətirir, fikirlərini əsaslandırırlar. ) vasitələri ilə yollar tapılan əlamətlər və daxil olanların onlarla doyduqları (tabe olanların dünya və axirətdə xoşbəxt olduqları) bulaqdır. Allah razılığının sonunu, hökmlərinin ən üstününü, itaət və bəndəçiliyinin ən yüksəyini onda qoyub. Buna görə də Allah yanında bu dinin təməli möhkəm, binası uca, dəlili aşkar, işığı parlaq, səltənəti əziz və nişanələri ucadır. Onu yox etmək mümkün deyil. (Heç kəsdə onu məhv etmək və ya ona tənə vurmaq qüdrəti yoxdur.) Belə isə onu möhtərəm və böyük tutaraq ona tabe olun. Onun haqqını əda edin (əmrlərini yerinə yetirərək qadağan etdiklərinin ətrafına belə fırlanmayın). Onu öz yerinə qoyun (hökmlərindən heç birini dəyişdirməyin ki, dünyada ziyan görər, axirətdə isə əzaba düçar olarsınız).
    (İslam dininin şərafət və böyüklüyünün bəyanıdan) sonra (bil ki,) eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (onun təbliği üçün) Məhəmmədi (səlləllahu əleyhi və alih) haqq olaraq göndərdi, o zaman ki, (çaxnaşma, giriftarçılıq və nahaq qan tökülməsinin çoxluğundan) dünyanın bitməsi (hər bir millətin dünyasının sonu, fəsad nəticəsində) yaxınlaşmışdı, (onların, ölümləri vasitəsi ilə) axirət işindən xəbərdar olmaları (onlara) üz tutmuşdu, onun şadlıq və sevinci parladıqdan sonra qaranlıqlaşmışdı, öz əhlini (çətinliklərə düçar etmişdi və çıxış yolu tapa bilmirdilər), onun yatağı narahatlaşmışdı və cilovu qatilin əlinə verilmişdi. Bu, müddətin sona çatdığı, (viranlıq) əlamətlərin(in) yaxınlaşdığı, əhalinin əldən getdiyi, halqanın sındığı, kəndirin qırıldığı, nişanələrin köhnəldiyi və məhv olduğu, eyblərin aşkar olduğu və onun uzun müddətinin qısaldığı zamanda idi.(Xülasə, Allah Həzrət Peyğəmbəri dünyanın hər yerini nadanlıq və azğınlıq bürüdüyü bir zamanda göndərdi və o Həzrət az bir müddətdə insanları hidayət və qurtuluşun əsas yolu ilə, eləcə də ilahi elm və maariflə tanış etdi. )Eyb və nöqsan sifətlərdən uzaq və pak olan Allah o Həzrəti Öz peyğəmbərliyinin təbliğatçısı, ümmətin kəramətlilik amili, zəmanə əhlinin baharı (sevinci), köməkçilərin baş ucalığı və yardımçılarının izzəti etdi. Sonra ona Qur’anı nazil etdi. Qur’an, nuru azalmayan çıraq, işığı sönməyən məşəl, dibi bilinməyən dəniz, gedərkən azğınlığa aparmayan yol, nuru tükənməyən parlaq şüa, dəlili azalmayan ayıran (haqqı batildən ayıran), təməli viran olmayan bina, (əhlinin) xəstəliklərində qorxu olmayan şəfa (çünki o, cismi və ruhi olmasından asılı olmayaraq qarşıya çıxa biləcək bütün xəstəliklərə şəfadır), yardımçıları məğlub olmayan şərəf və izzət, köməkçiləri basılmayan haqdır. Buna görə də Qur’an imanın mə’dəni və onun mərkəzidir; ədalət bağları və onun hovuzlarıdır; elmin çeşmələri və onun dənizləridir; İslamın binasının daşları və onun sütunlarıdır; haqqın səhraları və onun hamar çölləridir. O, elə bir dənizdir ki, su daşıyanlar onu boşaltmazlar; elə bir bulaqdır ki, su çəkənlər onun suyunu azaltmazlar; elə bir çeşmədir ki, daxil olanlar onu əskiltməzlər (alimlər onun bütün sirrini dərk edə bilməyəcəklər), elə mənzillərdir ki, müsafirlər onların yolunu itirməzlər; elə nişanələrdir ki, yol gedənlər onları nəzərdən qaçırmazlar; elə təpələrdir ki, üz tutanlar onlardan aşa bilməzlər. Allah onu alimlərin susuzluqlarının yatırıcısı, müctəhidlərin qəlblərinin baharı, yaxşıların yollarının məqsəd və sonu, sonrasında ağrı qalmayan dərman, onunla zülmət olmayan nur, tutacaq yeri möhkəm olan ip, hündür qalası möhkəm olan sığınacaq, onu sevənin izzət və baş ucalığı, ona daxil olanın sülh və əmin-amanlığı, tabe olanın hidayət və qurtuluşu, onu özünə nisbət verənin üzrü, ona əsaslanaraq danışanın dəlili, onun vasitəsi ilə düşmənlə mübahisə edənin şahidi, onu dəlil gətirənin qələbəsi, ona əməl edənin qoruyucusu, onu işlədənin iti miniyi, nişanə axtaranın nişanəsi, başa tutanın qalxanı, yadında saxlayanın elmi, nəql edənin xəbəri, (xalq arasında) hökm verənin hökmü edib (çünki Qur’an hər bir iş barəsində haqq olan hakimdir və ondan başqa bir şeyin hökm vermək haqqı yoxdur. Buna görə də Qur’andan başqasından olan hökm nadürüstdür).
    190- cı xütbə
    İmam Əli əleyhis-salamın (namaz, zəkat və əmanəti əda etmək barəsində) öz səhabələrinə tövsiyə etdiyi kəlamlarındandır.
    Namaz işinə riayət edin (ki, o, möminin me’racı, dinin sütunu və qiyamətdə bəndədən soruşulacaq ilk şeydir. Əgər qəbul olmuş olsa, digər əməllər də qəbul olar. Qəbul edilməyib hesaba alınmadıqda isə əməllərin heç biri insana bir fayda verməz). Onu qoruyun (onun qılınmasının fəzilətli vaxtından qafil olmayın) və onu çox yerinə yetirin. Onun vasitəsi ilə (Allaha) yaxınlaşın. Çünki (Qur’ani-Kərimin Nisa surəsinin 103-cü ayəsində buyurulduğu kimi «كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَّوْقُوتًا») namaz möminlərə yazılmış və vaxtı müəyyən edilmiş bir vacibdir. Məgər Cəhənnəm əhlinin (Qur’ani-Kərimin Muddəssir surə¬sinin 42-43-cü ayələrində olduğu kimi «مَا سَلَكَكُمْ فِي سَقَرَ قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ») onlardan «sizi Cəhənnəmə salan nədir?» soruşularkən verdikləri bu cavaba ki, «onlar deyəcəklər: Biz namaz qılanlardan deyildik» (cani-dildən) qulaq asmırsınız? Namaz günahları yarpağın (ağacdan) tökülməsi kimi tökür və ilmələrin (heyvanların boyunlarından) açılması kimi açıb boşaldır. Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) namazı insanın qapısının ağzında olan və insanın gün ərzində beş dəfə içində çimdiyi su çeşməsinə bənzədib. Belə olan halda, (məlumdur ki,) həmin şəxsdə heç bir çirk qalmayacaqdır. Onun haqqını möminlərdən o şəxslər tanıyıblar ki, malın (dünya malının) zinəti, övlad və var-dövlət kimi göz aydınlığı olan şeylər onları ondan saxlamır. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qur’ani-Kərimin Nur surəsinin 37-ci ayəsində) buyurur: «رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاء الزَّكَاةِ» «O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz.» Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) Cənnətlə müjdələnməsinə baxmayaraq, özünü namaz üçün çətinliyə salırdı (çox namaz qılırdı). Səbəb eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın (Ta-ha surəsinin 132-ci ayəsindəki) bu buyuruğu idi ki: «وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاصْطَبِرْ عَلَيْها» «Əhlinə (əhli-beyt və ümmətinə) namaz qılmağı əmr et və özün də onun yerinə yetirilməsində səbrli ol.» Buna görə də o Həzrət həm öz əhlinə namazı əmr edirdi, həm də özünü onun çətinliklərinə səbrli olmağa məcbur edirdi.
    Sonra, zəkat müsəlmanlar üçün namazla birlikdə tanışlıq vasitəsi edilib (onun əda edilməsi namaz kimi Allaha yaxınlaşma vasitəsidir). Zəkat, onu öz istəyi, rəğbət və sevinclə əda edən kəs üçün kəffarə (və günahların örtüyü), eləcə də oddan (Cəhənnəm odun¬dan) saxlayan və qoruyandır. (Onu ödəyən) heç bir kəs onun fikrində olmamalı və ona görə çox kədərlənməməlidir. Çünki (malın fikrində olmaq və kədərlənmək var-dövlətə bağlılıq səbəbindəndir və ona bağlı olmaq Allaha yaxınlaşmağa ziddir və) onu könülsüz verib (əvəzində) ondan üstün olan şeyə (əbədi Cənnətə) ümidvar olan kəs (Allahı sevmək iddiasında yalançı və) Həzrət Peyğəmbərin sünnəsinə nadandır.(Çünki onun verilməsinin sünnəsi budur ki, o ikrah və narahatçılıqla deyil, könül xoşluğu və sevinclə verilməlidir. Necə ki, Qur’ani-Kərimin İnsan surəsinin 8-9-cu ayələrində buyurur: «وَيُطْعِمُونَ الطَّعَامَ عَلَى حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَاء وَلَا شُكُورًا» «Onlar Allahı sevdikləri üçün (müsəlman) yoxsul və atasız uşağa və (müşrik) əsirə yemək verərlər, (bu niyyətlə ki,) sizi ancaq Allah sevgisinə görə yedirdirik və sizdən heç bir mükafat və təşəkkür istəmirik.» ) O, (yəni, zəkatı ürəksiz verən şəxs) savab və mükafat əldə etməkdə ziyana uğrayıb (çünki savab və mükafatı əməl müqabilində verirlər, bu əməl isə Allahın razılığının əksinədir) və əməldə azğındır (çünki göstərişlərə zidd davaranıb). Onun peşmançılığı çoxdur (çünki vəzifəsini yerinə yetirməsinə baxmayaraq, onun nəticəsindən məhrumdur).
    (Namaz və zəkatı yerinə yetirdikdən) sonra əmanəti əda edin. Çünki onun əhli olmayan (ona xəyanət edən) kəs naümid edilər. Həqiqətən əmanət ucaldılmış göylərə, sərilmiş yerlərə və yüksəldilmiş möhkəm dağlara təqdim və təklif edildi. Onlardan hündür, geniş, uca və böyük bir şey yoxdur. Əgər bir şey yüksəklik, ya genişlik və ya qüvvətlilik, yaxud da qüdrətlilik səbəbindən (o əmanəti qəbul etməkdən) imtina etsəydi, mütləq göylər, yerlər və dağlar imtina edər, təslim olmazdı. Lakin (onların əmanəti qəbul etməkdən çəkinmələrinin səbəbi əmrdən boyun qaçırmaq və itaətsizlik deyil, üzrxahlıq cəhətindən idi və) onlar cəzadan (ona xəyanət etməkdən) qorxdular və onlardan daha zəif olan insanın bilmədiyi şeyi bildilər. «O, çox zalım və nadandır.»(Qur’ani-Kərimin Əhzab surəsinin 72-ci ayəsində buyurur: «إِنَّا عَرَضْنَا الْأَمَانَةَ عَلَى السَّمَاوَاتِ وَالْأَرْضِ وَالْجِبَالِ فَأَبَيْنَ أَن يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا الْإِنسَانُ إِنَّهُ كَانَ ظَلُومًا جَهُولًا» «Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalım və cahil olan insan isə onu götürdü.» Bu mübarək ayənin təfsir və izahında deyiblər ki: Əmanətdən məqsəd bəndələrin hər birinin istedadı miqdarında eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha itaət və bəndəlik etmək vəzifəsidir. İtaət və bəndəliyin ən mühümü isə onun əhli üçün ilahi xilafəti qəbul etmək və həmin məqamı özü üçün iddia etməməkdir. Onun göylər, yer və dağlara təklif edilməsi və onların qəbul etmə¬mə¬lərindən məqsəd isə onların ləyaqətlərinin olmamasını başa salmaqdır. İnsanın təslim olaraq onu qəbul etməsindən məqsəd ona layiq olana təkəbbür göstərib ləyaqəti olmadan onu özünə nisbət verən kəsdir. Zalım və nadan olmaqdan məqsəd isə qəzəb və şəhvət qüvvələrinin ona hakim olmasıdır. Əmanətin mənası barəsində digər sözlər də deyilib və çoxlu rəvayətlər nəql edilib ki, onların barəsində dərindən fikirləşərək düşünmək lazımdır. Demək olar ki, əmanətin təqdim və təklif olunması ayəsi Qur’ani-Kərimin «mütəşabih» ayələrinə bənzəyir.) (İmam əleyhis-salam burada namaz, zəkat və əmanətin əda edilməsinin əksinə çıxmaq barəsində belə buyurur:)
    Bəndələrin gecə və gündüz ərzində etdikləri, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha gizlin deyil. O, onların ən kiçik işlərindən agah, əməllərindən xəbərdardır. Sizin bədən üzvləriniz Onun şahidləri, bədənləriniz qoşun və əmrinə tabe olanlar, düşüncələriniz gözətçiləridir və sizin gizliləriniz Onun yanında aşkardır.(Buna görə də elə güman etməyin ki, yoxlanış günü sizin düşüncə, söz və əməllərinizdən nəsə yaddan çıxacaq və barəsində sorğu-sual edilməyəcəkdir. Bu güman səhvdir və onun nəticəsi əbədi peşmançılıq və bədbəxtçilikdir. )
    Category: Nəhcül-bəlağə 3 | Added by: Islam_Kitabxanasi (2012-03-04)
    Views: 548 | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019