İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Nəhcül-bəlağə 3

    Nəhcül-bəlağə 3
    191- ci xütbə
    İmam Əli əleyhis-salamın (Müaviyənin fikirlərinin daha dolğun və tökdüyü tədbirlərin o Həzrətin tədbirlərindən daha yaxşı olmasını güman edən kəsin zənninin səhv olması barəsindəki) kəlamlarındandır.
    Allaha and olsun ki, Müaviyə məndən zirək deyil, əksinə, o, vəfasızlıq və xəyanət edib, günah və itaətsizliklə məşğuldur.(Bütün işlərdə hiylə və kələk işlədir və əhd-peymanına vəfa etmir. Buna görə də nadanlar elə bilirlər ki, bu, onun zirəklik və alimliyindən irəli gəlir. ) Əgər hiyləgərlik və vəfasızlıq xoşagəlməz olmasaydı (Allah ona əzab müəyyənləşdirməsəydi), mən insanların ən zirəngi olardım. Amma (bilin ki,) bütün hiylə və vəfasızlıqlar günahdır və hər bir günah itaətsizlikdir. Qiyamət günü əhd-peymanını pozmuş hər bir kəs üçün bir bayraq və nişanə olar və o, onunla tanınar (günahı üzə çıxaraq onu oda aparar). Allaha and olsun ki, mən (həmişə onların məkr və hiylələrindən xəbərdar olduğum üçün) qəflətə düşüb qəfillənmirəm ki, barəmdə kələk və hiylə işlətsinlər və çətinlik və giriftarlıqlarda aciz qalmır və zəif düşmürəm.(Çünki hamıdan daha güclüyəm. Lakin Allah və Peyğəmbərin göstərişlərinə tabe olmaq üçün Onların razılıqları olmayan şeydən üz döndərirəm. Bu, başqasının nəzər və düşüncəsinin məndən üstün və güclü olmasına dəlil deyil. Çünki o, şeytana və nəfsi istəklərinə tabedir. Mən isə hər bir işdə Allahı nəzərdə tuturam. )
    192- ci xütbə
    İmam Əli əleyhis-salamın (nicat yoluna təşviq etdiyi, haqqa tabe olanların azlığından nigaran olmamaq barəsindəki və pis işlərdən çəkindirməyi tapşırdığı) kəlamlarındandır.
    Ey insanlar! Hidayət və nicat yolunda ona tabe olanların azlığından (və müxaliflərin çoxluğundan) qorxub vahiməyə düşməyin. Çünki insanlar toxluğu az, aclığı isə çox olan bir süfrənin başına toplaşıblar.(Dünyanın tezliklə fani olacaq zinət və bəzəyinə ürək bağlayıblar və bu bağlılığa və haqqa tabe olmamağa görə qiyamətdə sonsuz əzab və çətinliyə düçar olacaqlar. ) Ey insanlar! (Günah və itaətsizliyə) razı olmaq və (itaət və bəndəlikdən) qəzəbə gəlmək insanları bir yerə toplayır (əzaba hazırlayır, hətta həmin əməli yerinə yetirən bir nəfər olmuş olsa belə! Çünki o, razı olmaq və ya qəzəblənməklə həmin işi görmüş kəs kimidir.) Səmudun (bu qəbilənin peyğəmbəri olmuş Həzrət Salehin) dəvəsini bir nəfər kəsib öldürdü. Allah isə onların hamısını əzaba düçar etdi. Ona görə ki, onlar dəvəni öldürməyə razı olmuşdular. Bu səbəbdən eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qur’ani-Kərimin Şüəra surəsinin 157-ci ayəsində) buyurur: «فَعَقَرُوهَا فَأَصْبَحُوا نَادِمِينَ» «Səmud tayfası dəvəni kəsib öldürdülər və sonrakı səhərdə (Həzrət Salehin onlara xəbər verdiyi əzabın nişanələrini müşahidə edən kimi) peşman oldular.» Beləliklə, (dəvənin öldürülməsini onların hamısına nisbət verib. Çünki imkanlarının olmasına baxmayaraq, dəvəni öldürənə mane olub qarşısını almadılar. Hətta onun əməlinə razı da oldular və) əzabları belə oldu ki, onların yerləri, (zəlzələ və imarətlərinin) batması nəticəsində qızmış kotan düz yerdə səs edən kimi səs etdi.
    Ey insanlar! Kim düz yol ilə hərəkət etsə, abadlığa çatar (və susuzluqdan qurtular). Kim səhv və əyri yol ilə getsə (ayağını düz yoldan kənara qoysa), otsuz-susuz çöllüyə düşər (susuzluqdan ölər. Xülasə, kim Allah və Peğəmbərin göstərişlərinə uyğun davransa, xoşbəxt olar. Şeytana və pis işlərə əmr edən nəfsə tabe olan kəs isə əzaba düçar olacaq).
    193- cü xütbə
    İmam Əli əleyhis-salamın, xanımlar xanımı Fatimə əleyhas-salamı torpağa tapşırarkən buyurduğu nəql edilmiş kəlamlarındandır. O, sanki Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) ilə, o Həzrətin məzarı müqabi¬lində dayanıb sir danışırdı:
    Salam olsun sənə, ey Allahın Peyğəmbəri, məndən və sənin kənarına enmiş (Bəqi qəbristanlığında, ya evində, ya da Həzrət Peyğəmbərin hərəmində dəfn edilmiş) və sənə tez qovuşmuş qızından! (Alimlərin məşhur nəzərinə əsasən, Həzrət Fatimə atasından sonra dünyada yetmiş beş gün yaşayıb.) Ey Allahın Peyğəmbəri! Mənim sənin seçilmişinə (onun ayrılığına) səbrim azaldı və ona (onun getməsinə) görə taqət və gücüm əldən çıxdı. Amma mənim üçün, səndən ayrılmağı və sənin müsibət və qəminin çətinliyini gördükdən sonra səbrliliyin yeri var.(Fatimə əleyhas-salamdan ayrılmaq müsibətinin ağır və böyük olmasına baxmayaraq, bu, səndən ayrılmaq müsibətindən çətin deyil. Həmin müsibətə səbr etdiyim üçün bu müsibətə də səbr edəcəyəm. )Halbuki sənin başını qəbirinin ləhədinə (çuxuruna) mən qoydum və ruhun bədənindən mənim boynumla sinəm arasında çıxdı. (Bu qədər məhəbbət və bağlılıqla nələr çəkdiyim məlumdur. Amma yenə səbr və dözümlülüyə yer var. Çünki) «Biz Allahınıq və Ona tərəf qayıdacağıq.»(Bizim canlarımız Onun ixtiyarındadır və bu dünya qalmaq yeri deyil. Buna görə də hamımız sənin yanına gələcəyik və əməl yükünü orada açacağıq. ) Həqiqətən əmanət (Fatimə əleyhas-salam) geri qaytarıldı və girov təhvil alındı. Amma (bu müsibətdə) bundan sonra həmişə qəm-qüssədə olacaq və Allah mənim üçün sənin məskunlaşdığın diyarı seçənə (məni sənə birləşdirənə) kimi gecəm oyaqlıqla keçəcək. Çox tezliklə qızın sənə, ümmətinin o məzluma zülm etməkdə birləşmələrindən (onun haqqını tanımamalarından, qabırğasını sındır¬malarından, bətnindəki uşağı salmalarından və Fədəyini qəsb etmələrindən) xəbər verəcək. Buna görə də ondan baş verənlərin hamısını soruş və bizimlə necə rəftar etmələrini xəbər al. Onlar bizə bu qədər zülm etdilər, halbuki sənin getməyindən bir (o qədər də çox) müddət keçməmişdi və sənin xatirələrin unudulmamış, itməmişdi. Sizin hər ikinizə salam olsun, qəzəblənmiş, incimiş və qəlbi sıxılmış şəxsin deyil, (məhəbbət və sevgi ilə) vidalaşanın salamı! Buna görə də getsəm, bu, məhəbbətin olmamasından deyil. Həmçinin əgər qalsam, bu, Allahın səbrlilərə vəd etdiklərinə qarşı pis gümanda olmaqdan deyil. (Sizin yanınızdan gedirəm. Amma hər yerdə sizi xatırlayacağam.)
    194- cü xütbə
    İmam Əli əleyhis-salamın (dünyaya ürək bağlamamaq və itaət və bəndəliyə həvəsləndirmək barəsindəki) kəlamlarındandır.
    Ey insanlar! Həqiqətən dünya keçid evi, axirət isə qalmaq yeridir. Buna görə də keçid yerindən qərar tutulacaq yeriniz üçün (azuqə) götürün. (Nə qədər ki, dünyadasınız, axirətdə xoşbəxt olmağınız üçün Allaha ibadət və xalqa xidmət edin.) Sizin sirlərinizi bilənin yanında pərdələrinizi tam götürməyin (Allaha itaətsizlik etməyin). Bədənləriniz dünyadan çıxarılmamışdan, qəlblərinizi ondan çıxardın. (Ölümü asanlıqla qarşılamaq üçün dünyaya ürək bağlayaraq vurğun olmayın. Çünki) siz dünyada sınaq qarşısındasınız və ondan başqası (axirət) üçün yaradılmısınız. Biri ölən zaman (dünyapərəst) insanlar deyirlər: (Mal-dövlətdən) yerdə nə qoydu? Mələklər isə deyirlər ki: Qarşıya (ibadət və bəndəlikdən) nə göndərdi? Allah atalarınızı bağışlasın! Bir hissəni (mallarınızın bir hissəsini) qarşıya göndərin (Allahın göstərişi əsasında paylayın) ki, sizin xeyriniz ondadır. Hamısını yerdə qoymayın ki, sizin ziyanınızadır (bunun çoxlu çətinlikləri vardır).
    195- ci xütbə
    İmam Əli əleyhis-salamın (axirət səfəri üçün azuqə tədarükü görməyə həvəsləndirdiyi) kəlamlarındandır ki, öz səhabələrinə (işa namazından sonra) onunla öyüd-nəsihət verərdi:
    Allah sizi bağışlasın! Səfər (axirət səfərinin) təchizatlarını hazır edin. Çünki aranızda köç etmək çağırışı ucalıb.(Allah Qur’ani-Kərimin Nisa surəsinin 78-ci ayəsində buyurur: «أَيْنَمَا تَكُونُواْ يُدْرِككُّمُ الْمَوْتُ وَلَوْ كُنتُمْ فِي بُرُوجٍ مُّشَيَّدَةٍ» «Harada olursunuz olun, hətta uca və möhkəm qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq.» )Dünyada qalmağı az sanın (ona ürək bağlamayın) və əliniz çatan layiqli azuqə (itaət və bəndəlik) ilə (Allaha tərəf) qayıdın. Çünki sizin qarşınızda kələ-kötür keçid və döngələr, qorxunc və dəhşətli mənzillər vardır (ölümün çətinlikləri, qəbr və Bərzəx aləminin giriftarçılıqları və qiyamət gününün sorğu-sual məntəqələri qarşınızdadır) ki, onlara daxil olmaq və onlarda dayanmaq məcburiyyətindəsiniz. Bilin ki, ölümün gözucu baxışları sizə tərəfdir və sanki onun sizə batırdığı caynaqlarında əsirsiniz (ondan qurtula bilməzsiniz). Çirkin, çox çətin və ağır işlər sizi ondan gizlədib. Buna görə də dünyaya bağlılıqları (özünüzdən) uzaqlaşdırın və özünüzü pərhizkarlıq azuqəsi ilə gücləndirin.(Var-dövlət, övlad və dünya malının məhəbbətini qəlbinizdən qovub çıxarın, zahidlik və pərhizkarlığı öz peşəniz edin. ) (Seyyid Rəzi deyir:)
    Bundan qabaq (84-cü xütbədə) bu kəlamın bəziləri bu rəvayətdən fərqli bir rəvayətdə keçdi.
    196- cı xütbə
    İmam Əli əleyhis-salamın Təlhə ilə Zübeyr onunla xilafətdə bey’ət edib onlarla məsləhətləşməyi tərk etməsi və işlərdə onlardan kömək istəməməsindən şikayətləndikdən sonra, onlara buyurduğu kəlamlarındandır.
    Həqiqətən siz azdan (məsləhətləşməməkdən və sizə böyük görünən meyl və istəklərinizə uyğun davranmamaqdan) narazı idiniz və çoxu arxaya atdınız.(Allahın vacibi haqlara riayət etmək və mənə tabe olmaqla əldə etməli olduğunuz razılıq və şadlığına göz yumdunuz.) Mənə deyin görüm, sizin nədə haqqınız olub və mən onu sizdən əsirgəmişəm? Yaxud (müsəlmanların beytülmalından) hansı payı özüm götürüb sizə verməmişəm? Yaxud hansı haqq və ixtilaflı məsələ olub ki, müsəlmanlardan biri onu mənim yanıma gətirib və mən onda (onun hökmünü bəyan etməkdə) aciz qalmışam və ya onu bilməyib hökmündə səhv etmişəm? (O adam məsləhətləşər ki, işin yolunu bilmir; köməyi o adam istəyər ki, aciz qalır.)
    Allaha and olsun ki, mən xilafəti istəmirdim, hakimiyyətə meylim yox idi. Amma siz məni dəvət edərək ona məcbur etdiniz. Xilafət mənə çatandan sonra isə mən Allahın kitabına (Qur’ani-Kərimə) və bizim üçün (onda) müəyyənləşdirdiyi və onun əsasında hökm çıxarmağımızı əmr etdiyi göstərişlərə nəzər salaraq tabe oldum. Həmçinin Peyğəmbərin (səlləllahu əleyhi və alih) qoyduğu sünnəyə baxıb (onun) arxasınca getdim. Bu barədə sizin və sizdən başqasının nəzər və fikirlərinə möhtac deyildim və elə bir hökm qarşıya çıxmayıb ki, onu bilməyib sizinlə və digər müsəlman qardaşlarla məsləhətləşmə aparım. Əgər belə olsaydı (hökmlərdən hansısa birini bilməsəydim) sizdən və başqalarından üz çevirməzdim (məsləhətləşmə aparardım). Beytülmalın bölüşdürülməsində bərabər və yeksan davranmağımın (sizi digər müsəlmanlarla bərabər bilib heç kəsi digərindən üstün tutmamağımın) səbəbi barəsində dediklərinizə gəldikdə isə (bilin ki): Mən bu məsələdə də öz nəzərim və nəfsi istəklərlə hökm çıxarmamışam. Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) gətirərək bərqərar etdiyi hökmlər həm mənim, həm də sizin əlinizdədir (onları dəyişdirmək, əvəz etmək olmaz). Allahın, bölüşdürülməsi və müəyyənləşdirilməsi barəsində göstəriş verdiyi və barəsində hökm imzaladığı şeydə də sizə ehtiyacım yox idi. Buna görə də Allaha and olsun ki, mənim yanımda sizin və sizdən qeyrisinin məndən şikayətlənərək məzəmmət etməyiniz üçün heç bir haqqınız yoxdur. Allah bizim və sizin qəlblərinizi haqqa yönəltsin (ki, söz və əməldə Onun razılığını əldə edək) və həm bizə, həm də sizə səbr əta etsin (ki, dünya və onun malına görə Onun göstərişlərinə zidd davranmayaq).
    İmam əleyhis-salam sonra belə buyurdu:
    Allah haqqı görüb ona kömək edəni (ona qarşı bir söz danışmayıb bir addım atmayanı) və ya gördüyü zülmün qarşısını alıb zalıma qarşı məzluma yardımçı olanı bağışlasın!
    197- ci xütbə
    İmam Əli əleyhis-salamın Siffeyn müharibəsi günlərində səhabələrindən bir dəstənin Şam qoşununu söyməsini eşidərkən buyurduğu kəlamlarındandır.
    Mən sizin (Şam əhalisinə qarşı) söyüş söyməyinizi bəyənmirəm.(Bu cümlə onları söyməyin haram olmasına dəlalət etmir. Çünki mömindən başqasını, yəni, kafir və fasiqləri, Məhəmməd Əhli-Beytinin (əleyhimus-salam) düşmənlərini söyməyin mümkün və icazəli olmasında heç bir şəkk-şübhə yoxdur və onlardan uzaq olaraq onlara nifrət bildirmək vacibdir. O Həzrətin bu müharibə və vuruşmadan məqsədi hakimiyyət və səltənəti ələ almaq deyil, insanların hidayəti, onları düz yola istiqamətləndirmək və İslam kəlməsini ucaltmaq olduğu üçün İmam əleyhis-salam həmin kəlamı ilə söyüşün düşmənçilik və kin-küdurətin artmasına səbəb olmasını nəzərdə tutur. Çünki belə olan halda, onlar da nadanlıq üzündən o Həzrəti və onun qoşununu söyərlər. Allahın dostunu söymək də Peyğəmbəri söymək deməkdir. Peyğəmbəri söymək isə Allahı söyməkdir və oda girməyə səbəb olur. Xülasə, Allahın, Peyğəmbərin və o Həzrətin haqq canişinlərinin düşmənlərinə tənə vurmaq və onları söymək şəriət baxımından icazə verilmiş və müstəhəbbi bir işdir və onlardan uzaq olaraq onlara nifrət bəsləmək vacibdir, necə ki, on doqquzuncu kəlamda İmam əleyhis-salam öz qoşunu arasındakı münafiqlərdən olmuş Əş’əs ibn Qeysi lə’nətləyib. Amma can və mala zərər dəyməsi qorxusu olanda və özünü müdafiə etməyə qadir olmayanda onlardan çəkinərək uzaq olmaq da vacibdir. Buna görə də Qur’ani-Kərimin Ən’am surəsinin 108-ci ayəsində buyurur: «وَلاَ تَسُبُّواْ الَّذِينَ يَدْعُونَ مِن دُونِ اللّهِ فَيَسُبُّواْ اللّهَ عَدْوًا بِغَيْرِ عِلْمٍ» «Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər.» ) (Sonra İmam əleyhis-salam buyurur:) Amma əgər onların əməllərini açıqlasanız və vəziyyətlərini (zülm və sitəmlərini, şəhvət və nəfsi istəklərə tabe olmalarını, haqq yoldan çıxmalarını və bu kimi sözləri) xatırlatsanız, bu, danışarkən (söyməkdən) daha yaxşı və (etiraz edərək «onlarla nə üçün müharibə edir, vuruşursunuz?» deyən kəsə) dəlil gətirmək məqamında daha tutarlı və yetərli olar. Yaxşı olar ki, onları söyməyin əvəzinə belə deyəsiniz: Allahım! Bizim və onların qanlarını tökülməkdən qoru; bizimlə onların aralarını düzəlt; onlara azğınlıqlarından nicat ver ki, haqdan xəbərsiz olan onu tanıya bilsin və azğınlıq və düşmənçilik hərisi və vurğunu olan kəs ondan əl çəksin.
    Category: Nəhcül-bəlağə 3 | Added by: Islam_Kitabxanasi (2012-03-04)
    Views: 774 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024