İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Hədis » Mizanul – hikmət (4-cü cild)

    Mizanul – hikmət (4-cü cild)
    371 Peyğəmbərlik (2)
    Xüsusi peyğəmbərlik
    1678. Adəm
    Quran:
    «Ey camaat! Sizi tək bir şəxsdən xəlq edən, ondan da zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. Qorxun o Allahdan ki, bir-birinizdən hər ehtiyacınızı onun adı ilə istəyirsiniz, həmçinin qohumluq əlaqələrini kəsməkdən çəkinin. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir.»(Nəhcül-Bəlağə, xütbə 91 )
    Hədis:
    5947. İmam Əli (ə) (Adəmin yaradılışı haqda buyurduqlarından): «Sonra Allah-taala yerin yumşaq və bərk yerlərindən, şirin və şoran hissələrindən torpaq götürdü və ona su tökdü. Pak və saf olanda onu yapışqan olana kimi rütubətlə qarışdırdı. Bu vaxt ondan üzvləri, bağları və çıxıntıları olan bədən düzəltdi. Bəlli müddət və məlum zaman ərzində onu saxladı o vaxta qədər ki, o qurudu, bir-birinə birləşdi və möhkəm gilə döndü. Bu vaxt öz ruhundan ona üfürdü və insan surətinə düşdü. Onları hərəkətə gətirən zehinlərə, onunla (işlərdə) müdaxilə edən düşüncəyə sahib etdi...
    Müxtəlif rəngli təbiətlərlə və bir-birinə bənzər şeylərlə, istilik və soyuqluq, rütubət və quruluq kimi bir-birinə uyğun gəlməyən təzadlı halətlərlə qarışdırdı.»(İləluş-Şəraye, səh.14, hədis 1 )
    5948. İmam Əli (ə): «(Allah) torpağını hazırlayıb əmrini verəndə Adəmi (ə) özünün üstün məxluqu kimi seçdi və onu Özünün (insan növündən olan) ilk məxluquna çevirdi.»(Biharul-Ənvar, c.11, səh.116, hədis 46 )
    5949. İmam Sadiq (ə): «Adəmi Adəm adlandırırdılar. Çünki torpağın ədimindən (üzündən) yaradılmışdır.»(İləluş-Şəraye, səh.103, hədis 1 )
    5950. «Əbu Miqdəm»: «Həzrəti Baqirdən (ə) soruşdum: Allah Həvvanı nədən yaratdı? Buyurdu: Bu camaat nə deyir? Ərz etdim: Deyirlər ki, Allah onu Adəmin qabırğalarının birindən yaratdı. Buyurdu: Səhv edirlər. Məgər onu Adəmin qabırğasından başqa bir şeydən yaratmaqda aciz idi? Ərz etdim: Sənə fəda olum, yabnə Rəsulallah! Onu nədən yaratdı? Buyurdu: Atam atasından (ə) mənə nəql etmişdi ki, Allahın Rəsulu (s) belə buyurmuşdur: Allah-taala bir ovuc gil götürüb onu sağ əli (Allahın hər iki əli sağdır) ilə bir-birinə qarışdırdı və ondan Adəmi yaratdı. Ondan bir qədər gil artıq qaldı ki, ondan da Həvvanı yaratdı.»(Məryəm, ayə 56, 57 )
    5951. Bureyd ibn Muaviyyə İcli: «İmam Baqir buyurdu: «Allah cənnətdən Adəmə tərəf bir huri göndərdi. O, həmin hurini iki oğlundan biri ilə evləndirdi və başqa oğlu üçün cinlərdən bir arvad seçdi. Onların hər ikisi dünyaya övladlar gətirdilər. Deməli, insanlarda olan bütün xoş əxlaqlar və gözəlliklər həmin cənnət hurisindəndir. Bütün bu (çirkinliklər) pis xasiyyətlər də həmin cindəndir. İmam Baqir (ə) Adəmin öz qızlarını oğlanları ilə evləndirmə (nəzəriyyəsini) inkar edirdi.»(Xəbərdə göstərilir: «Allah İdrisə əlli səhifə nazil etdi. Bu elə həmin Uxnuxdur. O xətlə yazan ilk kəsdir. Biharul-Ənvar, c.11, səh.60, hədis 5 )
    1679. İdris
    Quran
    «Ey Məhəmməd! (Bu) kitabda İdrisi də yad et. O həqiqətən, doğru danışan bir peyğəmbər idi. Biz onu yüksək bir məqama çatdırdıq.»(əl-Xisal, səh. 524, hədis 13 )
    Hədis:
    5952. Allahın Peyğəmbəri (s): «Allah İdrisə otuz səhifə nazil etdi.»(Biharul-Ənvar, c.11, səh.284, hədis 12  )
    5953. Allahın Peyğəmbəri (s): «Ey Əbuzər! Peyğəmbərlərin dördü Sur-yanidir: Adəm, Şis, Uxnux-yəni İdris (ə) o, qələmlə yazan ilk insanlar idi və bir də Nuh.»(Əraf, ayə 59 )
    5954. İmam Sadiq (ə): «Səhlə məscili İdris peyğəmbərin onda dərzilik etdiyi evidir.»(Yunis, ayə 71)
    1680. Nuh
    Quran:
    «Həqiqətən Nuhu öz tayfasına göndərdik. O dedi: Ey mənim qövmüm! Allaha ibadət edin! Sizin ondan başqa heç bir tanrınız yoxdur. Mən böyük günün sizə üz verəcək əzabından qorxuram.»(Kənzul-Ummal, hədis 32391 )
    «Onlara Nuhun xəbərini söylə. Bir zaman o öz qövmünə belə demişdi: Ey mənim qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gəlirsə (bilin ki, mən) Allaha təvəkkül etmişəm.»(əl-Mostədrəkul əla Səhiheyn, c.2, səh.595, hədis 4005 )
    Hədis:
    5955. Allahın Peyğəmbəri (s): «Risaləti ilk öhdəsinə alan peyğəmbər Nuh olmuşdur.»(Hud, ayə 40 )
    5956. Allahın Peyğəmbəri (s): «Allah Nuha 40 yaşında peyğəmbərlik verdi. O, 950 il öz qövmünü dəvət etdi və tufandan sonra altmış il, camaatın sayı artıb çoxalana qədər yaşadı.»(Biharul-Ənvar, c.11, səh.336, hədis 64 )
    5957. İmam Baqir (ə) («Ona az bir qismindən savayı iman gətirən olmadı»(əl-Kafi, c.8, səh.283, hədis 425 ) ayəsi haqda): «Onlar səkkiz nəfər idilər.»(Nurəl-Səqəleyn, c.4, səh.62, hədis 71  )
    5958. İmam Baqir (ə): «Nuh (ə) (xurma) toxumu əkəndə qövmü onun yanından keçirdi. Onlar ona gülməyə və ələ salmağa başlayıb dedilər: İşi ağac əkməyə qalıb. Ağac böyüyüb böyük və uca ağaca çevrilənə qədər Nuh onu budayıb yondu. Qövmü dedi: İşi daha nəccarlığa qalıb!
    Nuh xurma liflərini bir-birinin üstünə yığıb bir gəmi düzəltdi. Yenə də qövmü onun yanından ötəndə onu ələ salıb gülməyə başladılar və dedilər: İşi çölün düzündə gəmiçiliyə qalıb! Nəhayət Nuh gəmini düzəldib başa çatdırdı.»(Təfsirul-Mizan, c.10, səh.270 )
    5959. İmam Sadiq (ə): «Adəmlə Nuhun (ə) arasında on ata fasilə olmuş və onların hamısı peyğəmbərlər olmuşlar.»(Əraf, ayə 65 )
    Quranda Nuhun dastanı
    Onun peyğəmbərliyə seçilməsi və göndərilməsi
    Həzrəti Adəmdən (ə) sonra insanlar öz aralarında təkəbbür ruhiyyəsi yayılana qədər bir ümmət şəklində insanı fitrətə əsaslanan sadə həyatlarını yaşayırdılar. Yavaş-yavaş iş o yerə çatdı ki, bir dəstə başqa bir dəstəyə hakim kəsildi.
    Buna görə də Nuhun (ə) vaxtında yer üzündə pozgunluq və günah işlər yayılmışdı. Camaat təkallahlıqdan və ictimai ədalət qanunundan üz döndərib bütlərə sitayiş etməyə başladılar. Allah-taala bu bütlərdən Vədd, Suva, Yəğus, Yəuq və Nəsrin adlarını («Nuh» surəsi) çəkmişdir.
    Cəmiyyətdəki siniflər bir-birindən uzaqlaşdı, sərvətləri və övladları qüdrət amillərinə çevrilmiş güc sahibləri zəiflərin hüquqlarını tapdaladılar, qolu zorlular əllərinin altında olanları daha da zəiflətdilər və ürəkləri istədikləri kimi onlara hökmranlıq etdilər («Əraf», «Hud», «Nuh» surələri).
    Belə bir şəraitdə Allah Nuhu (ə) peyğəmbərliyə seçdi və onu kitabla, şərtlərlə camaata göndərdi ki, müjdə və qorxu vasitəsilə onları Pak olan Allahın tövhidinə, Ona şərirklər qoşmaqdan əl çəkməyə və özləri arasında bərabərliyə çağırsın («Bəqərə» surəsi, 213-cü ayə).
    Nuhun dəvət üçün çəkdiyi böyük zəhmətlər
    Nuh (ə) öz qövmünü Allaha və onun ayələrinə iman gətirməyə dəvət edir və bu yolda bütün gücündən istifadə edirdi. Gecə-gündüz, aşkarda və gizlində onları haqqa dəvət edirdi. Ancaq camaatın ona cavabı inad və itaətsizlikdən başqa bir şey olmurdu.
    Nuhun dəvət müddəti
    Nuh (ə) 950 il öz qövmünü Pak Allahın yoluna dəvət etdi. Onlar Nuhu ələ salıb rişxənd etmək, dəlilkdə və üstünlük axtarmaqda ittiham etməkdən başqa bir şeylə cavab vermədilər. Nəhayət, o, Allahdan kömək dilədi («Ənkəbut», surəsi).
    Gəmi hazırlamaq
    Allah-taala Nuha vəhy buyurdu ki, Onun köməkliyi ilə gəmi düzəltsin. Nuh da gəmi düzəltməyə başladı.
    Əzabın gəlməsi və tufanın qopması
    Gəmi hazırlanıb başa çatdıqda, Allahdan əmr gəldikdə və təndir (Kufə) qı¬zışdıqda Allah-taala Nuha hər heyvandan bir cütünü (erkək və dişi), eləcə də ailəsini – onların qərq olması barədə Allahın əvvəlcədən fərman verdiyi – yə¬ni xain arvadı və gəmiyə minməkdən imtina edən övladından başqa – elə¬cə də iman gətirənləri gəmiyə mindirməyi vəhy etdi. («Hud» və «Möminin» surələri) Nuh onları yüklədikdə və hamı gəmiyə mindikdə Allah göylərin qa¬pısını açdı və sular axmağa başladı. Yerdəki çeşmələri də qaynatdı və su tə¬yin olunmuş əmrə uyğun olaraq axıb qarışdı. («Qəmər» surəsi) Su yük¬səl¬di və gəmi suyun üzərinə qalxdı, dağ kimi dalğaların arasında yola düşdü. («Hud» surəsi).
    Allahın əmrinin yerinə yetirilməsi, gəmidən Nuhun və yoldaşlarının gəmidən düşməsi
    Tufan hər yanı bürüdükdə və (kafir) camaat qərq olduqda («Şaffat» surəsinin 77-ci ayəsində buyurulduğu kimi) Allah yerə öz suyunu geri çəkməyi, göylərə isə yağışı dayandırmağı əmr etdi. Su dayandı və gəmi Cud dağında qaldı.»(əl-Kafi, c.8, səh.115, hədis 92 )
    1687. Hud
    Quran:
    «Ad tayfasına da qardaşları Hudu göndərdik. (O) Dedi: Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Məgər qorxmursunuz?»(Kəmalud-Din, səh.136, hədis 5 )
    Hədis:
    5960. İmam Baqir (ə): «Nuhun peyğəmbərliyi və ömrü başa çatdıqda Al¬lah ona vəhy buyurdu: Ey Nuh! Sənin peyğəmbərliyin bitib və ömür müd¬də¬tin də başa çatıb. Səndə olan elmi, imanı, böyük adı, elmin mirasını və pey¬ğəmbərlik elminin nişanələri öz nəslindən olan yaxınların arasında qoy…
    Nuh Sama Hudun (ə) gəlməsini müjdə verdi. Nuhla Hudun arasında da peyğəmbərlər olmuşdur.
    Nuh dedi: Allah Hud adında bir peyğəmbər seçəcək və öz qövmünü Allaha tərəf çağıracaq. Ancaq camaatı onu yalanlayacaq və Allah onları küləyin vasitəsilə məhv edəcək. Sizlərdən hər biri onu görsə, ona iman gətirsin və tabe olsun ki, Allah onu küləyin əzabından xilas etsin.»(«Əhqaf» dərəli-təpəli qumsallıq ərazi mənasını verən «həqəf» sözünün cəm formasıdır. Quranda qeyd olunan «Əhqaf» isə Ommanla Məhrə bölgəsi arasında bir vadidir. Başqa sözlə Ommandan Şəmər dənizinə çıxan Həzərəmut qumsallıqlarına qədər olan ərazidir. Zöhrak demişdir: «Əhqaf Şamda bir dağdır» (Mərasedul İttila) əl-Mizanın qeydlərindən.)
    5961. İmam Sadiq (ə): «Allah Hudu (ə) seçəndə Sam övladları arasında olan qohumları onu qəbul etdi. Ancaq başqaları dedilər: Bizdən güclü kim ola bilər? Sonra şiddətli (əzab gətirən) külək vasitəsi ilə məhv oldular. Hud (ə) da öz ardıcıllarına tövsiyələr edib Salehin (ə) gələcəyini müjdə vermişdir.»(Təfsir əl-Mizan, c.10, səh.317 )
    Hud və Ad qövmünün əhvalatları haqda
    Quranda Hud və Ad qövmünün əhvalatları haqda xatırlananlar bundan ibarətdir ki, Ad – bəzən də o birinci Ad kimi adlandırılır. («Nəcm» surəsi, 50-ci ayə) Bunun özü də Ad adı ilə ikinci qövmün olduğunu göstərir– Bunlar Nuhun qövmündən sonra (Əraf surəsi,69) Ərəbistan yarımadasında yerləşən Əhqafda(Əraf, ayə 73 ) yaşamışlar («Əhqaf» surəsi, 21-ci ayə).
    Ad qövmü də əxlaq və rəftarları dəyişənə, aralarında bütpərəstik kök salana və hər bir hündür yerdə boş yerə saray tikənə qədər Allahın nemətlərindən bəhrələnmişlər.
    Sonra haqq yola çağırmaları üçün Allah Hudu onlara göndərdi. Hud onları Allaha ibadətə, bütpərəstlikdən əl çəkməyə, ədalətə və böyüklərə qarşı mehribanlığa dəvət etdi. («Şüəra» surəsi, 130.cu ayə) Hud bütün gücü ilə onlara öyüd-nəsihət verməyə çalışdı, bu yolu onlar üçün açdı, üzr və bəhanə yolunu bağladı. Amma ondan boyun qaçırdılar və imtina etdilər.
    Bu vaxt Allah onlara əzab nazil etdi, quru və əsdiyi hər şeyi ölü sümüyünə çevirən sərt külək göndərdi. («Zariyat» surəsi, 42-ci ayə)»(Şüəra, ayə 157 )
    1682. Saleh
    Quran:
    «Səmud tayfasına qardaşları Salehi göndərdik. O dedi: Ey camaatım! Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi dəvəsi sizin üçün bir nişanədir.»(Nəhcül-Bəlağə, səh.201 )
    Hədis:
    5962. İmam Əli (ə): «Ey camaat! (Bir əmələ) Razı olmaq və ya razı¬laş¬ma¬maqdan başqa bir şey insanları bir araya gətirməz. Səmudun dəvəsini yal¬nız bir kişi öldürsə də, Allah onların hamısına əzab verdi. Çünki onların ha¬mısı bu işə razı idilər. Pak olan Allah buyurdu: Onu kəsdilər. Sonra da peşman oldular.(Biharul-Ənvar, c.11, səh.379, hədis 4 ) Onların başlarına gələn əzab bu idi ki, yurd¬ları yumşaq
    hamar torpaqda batıb çıxan közərmiş kotan səsi kimi enib qalxırdı.»(Təfsirul-Mizan, c.10, səh.317 )
    5963. Əbu Mətər: Məlun ibn Mülcəm Əmirəl-mömininə (ə) qılıncla zərbə vurduqdan sonra İmam Həsən (ə) Həzrətə ərz etdi: «Onu öldürüm?» Buyurdu: «Yox. Həbs et. Əgər ölsəm, onu öldürün. Ölsəm, məni bu arxada qardaşlarım Hud və Salehin qəbirlərinin yerində basdırın.»(Bəqərə, ayə 124 )
    Saleh və onun qövmü haqda bir neçə söz
    Səmud qövmü tayfa və qəbilə adət-ənənələrinə uyğun yaşayırdılar. Yəni, böyükləri və qocaları onlara hökmranlıq edirdi. Salehə peyğəmbərlik ve¬rilən şəhərdə yer üzündə günah işlər törədən və düz əməllə işləri olmayan doq¬quz dəstə var idi. («Nəml» surəsi, 48-ci ayə). Bu qövm yer üzündə Alla¬ha qarşı üsyana qalxıb bütpərəstliklə məşğul olur, dikbaşlıq və zülmkarlıqda həddi aşmışdılar.
    Səmud qövmü Allahı yaddan çıxarıb azğınlıq və zülmdə həddi aşdıqlarına görə Allah Saleh peyğəmbəri onlara göndərdi. O, şərafətli və fəxr olunası bir ailədən olmaqla ağıllı və iş bilən insan kimi məşhurlaşmışdı («Hud» surəsi, 62-ci və «Nəməl» surəsi 49-cu ayə) Saleh öz qövmünü tək olan Allaha ibadətə və bütpərəstlikdən əl çəkməyə dəvət edib onlardan öz cəmiyyətlərində ədalətlə və yaxşılıqla rəftar etmələrini istədi.
    Onları, üstünlük axtarmağı kənara qoymağa, ifrata varmamağa və dikbaşlıq etməməyə çağırmış və onları əzabdan çəkindirərək təhlükə barədə xəbərdarlıq etmişlər. («Hud», «Şüəra», «Şəms» və başqa surələr).
    Sonra Salehin qövmü üsyankarlıq və məkrə əl atdı. Özlərinin ən alçaq adamlarına dəvəni öldürməyi tapşırdılar. O dəvəni kəsdi və onlar Salehə dedilər: Əgər doğru deyirsənsə, bizə vəd etdiklərini həyata keçir. Saleh buyurdu: Üç gün evlərinizdə qalın və ləzzət alın. Bu vədlərə yalan yoxdur («Hud» surəsi, 65-ci ayə).
    Sonra, şəhərin qəbilə və tayfaları Salehə qarşı təxribat hazırladılar. Onlar öz aralarında and içdilər ki, Salehə və tərəfdarlarına qarşı gecəikən göz¬lə¬nilməz hücum etsinlər, sonra isə onun vəlisinə qətl vaxtı hadisə yerində ol¬ma¬dıqlarını və bu sözlərinin doğru olduğunu söyləsinlər. Onlar hiyləyə əl at¬dı¬lar. Allah da hiylə işlətdi və onların xəbərləri olmadı. («Nəməl» surəsi, 50-ci ayə) Baxdıqları halda onları şimşək, zəlzələ və əzab bürüdü
    («əz-Zariyat», 44-cü ayə) və öz evlərində öldülər. Sonra, Saleh onlardan üz döndərib dedi: Ey mənim qövmüm. Mən Allahımın sözünü sizə çatdırdım və sizin xeyrinizi is¬tədim. Ancaq siz nəsihətverən və xeyirxah insanları sevmirsiniz («Əraf» 79-cu ayə, «Hud» 67-ci ayə). Allah iman gətirənlərə və təqvalı olanlara nicat ver¬di. («Fussilat» 18-ci ayə) Səmud qövmünün məhvindən sonra ilahi car¬çı¬nın nidası gəldi: Səmudlular öz Allahlarına kafir oldular. Məhv olsun Səmud.»(Kənzul-Əmmal, hədis 32288 )
    1683. İbrahim
    Quran:
    «Rəbbin İbrahimi bir neçə sözlə sınağa çəkdi və o bu imtahanların öhdəsindən yaxşı gəldikdə (Allah ona) buyurdu: Mən səni insanlara imam etdim. (İbrahim) soruşdu: «Bəs mənim nəslim (necə?)» Buyurdu: Mənim əhdim zalımlara şamil olmaz.»(İləlul-Şəraye, səh.35, hədis 4  )
    Hədis:
    5964. «Allahın Peyğəmbəri (s): «İbrahimi tonqala atmaq istədikləri gün onu tonqala tərəf apardılar. Gözü tonqala sataşdıqda buyurdu: Allah bizə bəsdir və O necə də gözəl himayət edəndir.»(əd-Durul Mənsur, c.1, səh.282 )
    5965. Allahın Peyğəmbəri (s): «Allah İbrahimi başqa bir şeyə görə deyil, yalnız verdiyi təamlar və gecələr camaat yuxuda olarkən qıldığı namazlara görə öz dostluğuna götürmüşdü.»(İləluş-Şəraye, səh.34, hədis 2 )
    5966. Həssan ibn Ətiyyə: «Döyüşdə ilk dəfə olaraq qoşunu sol, sağ və mərkəz cinaha düzən İbrahim (ə) olmuşdur. Bunu Lutu (ə) əsir götürənlərlə döyüşə gedərkən etmişdir.»(əl-Kafi, c.1, səh.175, hədis 2 )
    5967. İmam Baqir (ə): «Allah-taala İbrahimi (öz) xəlili (dostu) etmişdir ki, o heç kəsin əlini qaytarmamış və Allahdan başqa heç kəsdən heç nə istəməmişdir.»(Bu məsələ İbrahim surəsində Həzrət İbrahimin öz dilindən nəql olunan duadan məlum olur. )
    5968. İmam Sadiq (ə): «Allah-taala İbrahimi (ə) peyğəmbər seçməmiş (öz) bəndəliyinə götürmüşdür. Risalətə seçməmiş peyğəmbərliyə seçdi və dostluğa götürməmiş onu risalətə seçdi. Onu imam etməmişdən əvvəl (öz) dostluğuna götürdü. Bütün bu məqamları onun üçün hazırladıqda buyurdu: Mən səni camaatın imamı təyin etdim.»(Təfsirul-Mizan c.7, səh.215 )
    Qurani Kərimdə İbrahimin (ə) əhvalatı
    İbrahim (ə) öz uşaqlıq dövründən yetkinlik yaşına çatana qədər təcrid olunmuş və öz qövmünün mühitindən uzaq həyat sürmüşdür. Sonra onların əmisinin yanına, onların arasına gəldi, ancaq onun və qövmünün bütpərəst olduğunu nəzərə alırdı.
    Buna görə də camaatla bütlər barədə mübahisə edirdi. ("Ənbiya", 51-56, "Şüəra", 69-77 və "Saffat", 83-87) Günəşə, aya və ulduzlara sitayiş edən digər dəstə ilə də mübahisələri edirdi. Beləliklə onların əqidələrinin səhvliyini sübuta yetirdi və onun bütlərin, məbudların yolundan azmağı haqda sözlər yayıldı. ("Ənam" surəsi, 74-82)
    Bir gün camaat ibadət mərasimini yerinə yetirmək üçün hamılıqla şəhərdən çıxdıqda İbrahim xəstəliyini bəhanə gətirərək onlarla getmədi və şəhərdə qaldı. O, bütxanaya gedib bütün bütləri sındırdı. Yalnız böyük bütü saxladı ki, ola bilsin ki, onu axtarsınlar. Camaat qayıtdıqda və məbudlarının başına gələn bəladan xəbər tutandan sonra bu işi törədəni axtarmağa başladılar. Onlar dedilər: Eşitmişik ki, İbrahim adlı bir gənc bütlər haqda çox pis şeylər danışır.
    Buna görə də İbrahimi öz yığıncaqlarına çağırıb camaatın qarşısına çıxardılar ki, camaat şəhadət versin. O Həzrəti sorğu-suala tutub dedilər: Ey İbrahim! Bizim tanrılarımıza qarşı bu işi sən görmüsən? Həzrət buyurdu: Böyük büt bu işi görüb. Əgər danışırsa, ondan soruşun. İbrahim ən böyük bütü sındırmamış və baltanı onun çiyninə ya da çiyninə yaxın yerə qoymuşdu ki, bu böyük bütün digər bütləri sındırdığı güman olunsun.
    Camaat dedi: Onu yandırın və tanrılarınıza kömək edin. Sonra tonqal qalayıb oddan bir cəhənnəm düzəltdilər. Bu işdə hamı iştirak etdi. Sonra İbrahimi oda atdılar. Ancaq Allahı odu onunçün sərin və əziyyətsiz etdi və onların planlarını pozdu. («Ənbiyya», surəsi 57-70, «Saffat» surəsi, 88-98)
    Allah İbrahimi oddan xidas etdikdən sonra, o Həzrət haqq olan hənif və tovhid dininə dəvətə başladı və az sayda insanlar ona iman gətirdilər.
    İbrahim və ona iman gətirənlər öz qövmünün əlindən təngə gəldilər. Onun özü atası adlandırdığı, ancaq həqiqi atası olmayan Azərə(Əraf, ayə 80 ) təngə gəldi və öz həyat yoldaşı və Lutla birgə bu zülmkar, azğın qövmün əzab əziyyətlərindən uzaq olaraq Allaha ibadət etmək üçün müqəddəs torpağa müraciət etdilər. («Mumtəhinə», 4 və «Ənbiya»,71). Elə burada da Pak olan Allah artıq ahıl yaşına çatmış İbrahimə İsmayıl və İshaqın, eləcə də İshaqın nəslindən Yəqubun dünyaya gələcəyinin müjdəsini verdi. Bir qədər sonra, əvvəlcə İsmayıl, sonra İshaq dünyaya gəldi. Allah onun iki övladının və nəvələrinin vücudlarına bərəkət verdi.
    İbrahim, sonra Allahının əmri ilə susuz və otsuz bir vadi olan Məkkəyə yola düşdü. Azyaşlı uşaq olan oğlu İsmayılı orada qoyub özü müqəddəs torpağa qayıtdı. İsmayıl Məkkə torpağında böyüyüb başa çatdı. Orada yaşayan ərəblərin bir dəstəsi ətrafına toplaşdı. Beləliklə də Məkkə şəhəri salındı. İbrahim (ə) Məkkəni və Kəbəni tikməmişdən hərdənbir oğlu İsmayılı görmək üçün Məkkə torpağına gedirdi. («Bəqərə», 126 və «İbrahim» 35-41) O sonradan İsmayılın köməyi ilə Beytullahul Haramı (Kəbəni) tikdi və bu Allah tərəfindən camaat üçün tikilən ilk evdir. Bu ev dünya əhalisi üçün bərəkət və onları doğru yola yönəldən evdir. Orda aydın-aşkar nişanələr və məqami-İbrahim var. Oraya daxil olan hər kəs amandadır. («Bəqərə» 127-129, «Ali-İmran» 96 və 97). İbrahim Kəbəni tikdikdən sonra Həcc barədə əmr verdi və ona aid ayinləri, mərasimləri dini qaydada («Həcc» 26-30) müəyyənləşdirdi.
    Bu zaman Allah İbrahimə oğlu İsmayılı kəsməyi əmr etdi. Sonra İbrahim həcc mərasimini yerinə yetirmək üçün oğlu İsmayılla bayıra çıxdı. «Səy» yerinə çatdıqda buyurdu: Oğulcuğazım! Yuxuda gördüm ki, sənin başını kəsirəm. İsmayıl dedi: Ey ata! Nəyə məmur edilmisənsə onu yerinə yetir və Allahın istəyi ilə mənim dözümlülərdən olduğumu görəcəksən. Hər ikisi ilahi əmr ilə razılaşdıqdan sonra və İbrahim oğlunun alnını torpağa qoydu. Nida gəldi ki, «Ey İbrahim! Sən öz yuxunu yerinə yetirdin və Allah böyük bir qurbanı İsmayılın canına fəda etmişdir («Saffat» 101-107).»(Biharul-Ənvar, c.12, səh.152, hədis 5)
    1684. Lut
    Quran:
    «Lutu (göndərdik) o zaman o öz qövmünə dedi: Sizdən əvvəlkilərdən heç kimin görmədiyi murdar bir işi görürsünüz.»(Biharul-Ənvar, səh.157, hədis 8  )
    Hədis:
    5969. İmam Baqir (ə): «Başına «Sədum», əzab yağışının töküldüyü yer Lutun qövmünün yeri idi. Allah «siccil»dən, yəni gilin bir növü olan daşları onların başlarına yağdırdı.»(Ənkəbut, ayə26 )
    5970. İmam Sadiq (ə): «Allah Lutdan sonra elə bir peyğəmbər göndərmədi ki, onun öz qövmü arasında izzəti olmasın.»(Şüara, ayə 167 )
    Lutun və onun qövmünün əhvalatı barədə bir neçə söz
    Lut (ə) Babil torpağının kəldanilərindən və İbrahimə (ə) iman gətirən ilk insanlardan biridir. O, Həzrəti İbrahimə (ə) iman gətirib dedi: «Mən öz tanrımın yanına hicrət edirəm.»(Nəml, ayə 56 ) Allah onu İbrahimlə birgə xilas etdi və onlar müqəddəs yurd olan Fələstin torpağına getdilər («Ənbiya», 71). Lut bu torpağın şəhərlərindən birində məskunlaşdı. Tarixi mənbələrə, Tövrata və bəzi rəvayətlərə görə bu Sədum şəhəri idi.
    Bu şəhərin və Quranda «mutəfikat» adlanan ona tabe digər şəhər¬lərin əhalisi («Tövbə»,70) bütə inanır və murdar ləvat (homo¬seksualizm) əməli ilə məşğul olurdular. Onlar, aralarında belə murdar əməl yayılmış ilk tayfa idilər. («Əraf», 80). Hətta öz yığıncaq və toplantılarında da onu pis bir iş bilmədən onunla məşğul olurdular («Ənkəbut», 29). Bu murdar əməl camaat arasında o qədər yayılmışdı ki, sonunda bir adət-ənənə halını almış, bütün camaat ona mübtəla olmuşdu. Qadınları kənara qoymuş və doğumun, nəsilar¬tırmanın yolu bağlamışdılar («Ənkəbut», 29).
    Belə bir şəraitdə Allah Lutu onlara göndərdi («Şüəra», 162). O, camaatı Allahdan çəkinməyə və pozğunluqdan əl çəkərək öz fitrətlərinə qayıtmağa çağırmışdır. Onlara təhlükə barədə xəbərdarlıq etsə də, (bu əməlin ağır nəticəsini və ilahi əzab ilə) qorxutsa da, nəticə üsyan və dikbaşlıqlarının artmasından başqa bir şey olmadı. Onların verdikləri yeganə cavab bu idi: «Əgər doğru danışırsansa Allahın əzabını bizim başımıza endir.» Eyni zamanda, o Həzrətə şəhərdən çıxarmaqla təhdid edib dedilər: «Ey Lut! Əl çəkməsən səni şəhərdən çıxaracağıq.»(Hud, ayə 40 ) Onlar dedilər: «Lutun ailəsini şəhərdən çıxarın. Çünki onlar paklıq axtaran camaatdır.»(Təfsirul-Mizan, c.10, səh.352 )
    İtaətsizlik və asilik o qədər canlarına oturmuşdu ki, nəhayət əzaba layiq oldular. Bu vaxt Allah öz sevimli mələklərindən olan məmurlarını onları məhv etmək üçün göndərdi…
    Mələklər sonra yeniyetmə oğlan qiyafəsində Lutun yanına gedib qonaq ola¬raq orada qaldılar. Bu iş Luta baha başa gəldi, onların işlərindən çarəsiz qal¬dı. Çünki öz tayfasının tezliklə onlara təcavüz edəcəyini, heç vaxt onlar¬dan əl çəkməyəcəklərini bilirdi. Çox keçmədi ki, camaat məsələdən hali oldu və tələsə-tələsə, sevinəcək Lutun evinə tərəf gəldilər və evə hücum çəkdilər. Lut (ə) evindən bayıra çıxıb bacardığı qədər onlara nəsihət verdi, onlarda qey¬rət və mərdlik hisslərini oyatmağa çalışdı. Hətta onlara evlənmək üçün öz qızlarını təklif etdi. O, buyurdu: «Ey mənim qövmüm. Bunlar mənim qız¬la¬rımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və məni qo¬naq¬larımın yanında rüsvay etməyin. Sorna fəryadla köməyə çağırıb bu¬yur¬du: «Sizin aranızda rəşadətli və qavrayışlı bir adam tapılmazmı?» Ancaq ca¬ma¬at cavab verdi ki, sənin qızlarına ehtiyacımız yoxdur və heç vəchlə qo¬naqlarından əl çəkməyəcəyik. Axırda Lut ümidini itirib dedi: «Kaş sizin mü¬qabilinizdə gücüm olaydı və ya mökəm bir dayağa pənah aparaydım.»(Bəqərə, ayə 132, 133 )
    Bu zaman mələklər dedilər: «Ey Lut! Biz sənin Allahının göndərdik¬lə¬ri¬yik. Xatircəm ol ki, bu qövm heç vaxt səni əlinə keçirə bilməz. Sonra cama¬atın gözünün nurunu aldılar və camaat kor-korənə dağıldılar («Qəmər», 37)
    Cünəş doğan vaxtı Lutun qövmünü əzab bürüdü. Allah nişanəli olan gil daşları onların üzərinə yağdırdı və şəhərlərini başlarına uçurdu. Onları alt-üst etdi və şəhərdə olan bütün möminlərə nicat verdi. Orada Lutun evinindən başqa bir müsəlman evi yox idi. Bu torpaqda, ağrılı əzabdan qorxan insanlar üçün bir nişanə qoydu. («Zariyat», 37 və digər ayələr)»(Əmali-Tusi, səh.457, hədis 1021  )
    1658. Yaqub və Yusif
    Quran:
    «İbrahim və Yaqub öz oğullarını həmin (dini) tapşırdılar. (Hər ikisi öz vəsiyyətlərində belə dedilər). Ey mənim oğullarım! Allah bu dini sizin üçün seçmişdir. Əlbəttə, siz yalnız müsəlman kimi dünyadan gətməlisiniz.
    Yaqubun ölümü yetişən zaman siz onun yanında idinizmi? «Məndən sonra nəyə ibadət edəcəksiniz?» deyə oğullarından soruşduqda dedilər: Sənin Allahın və ataların – İbrahim, İsmayıl və İshaqın – Allahı olan tək Allaha ibadət edəcəyik və biz ona təslimik.»(Kənzul-Ummal, hədis 32400  )
    Hədis:
    5971. Musa ibn Səid Rasibi: «Yaqub Yusifi görməyə gedəndə Yusif öz atları ilə onun pişvazına çıxdı. Yolda, öz köşəsində ibadətlə məşğul olan Misir Padşahının həyat yoldaşını gördü. O da Yusifi görəndə onu tanıdı və kədərli bir səslə onu səslədı: Ey süvari, bil ki, məni uzunmüddətli bir kədərə saldın. Təqva və günahlardan çəkinmək necə də gözəldir. (Baxın) Necə də
    qul¬ları azad etdi! Necə də çirkindir, azad insanları qula çevirən günah!.»(Yusif, ayə 13 )
    5972. Allahın Peyğəmbəri (s): «Gözəlliyin yarısı Yusifə verildi.»(Nurəl-Səqəleyn, c.2, səh.415, hədis20 )
    5973. Allahın Peyğəmbəri (s): «O kərəm sahibinin oğlu, o da kərəm sahibinin oğlu, o da kərəm sahibinin oğlu kərəm sahibi – (yəni) İbrahimin oğlu İshaqın oğlu Yaqubun oğlu Yusif idi.»
    5974. İmam Sadiq (ə): «Yusifin də onlarla birgə (şəhərdən) getmələri üçün Yaqubun oğulları atalarından icazə istədikdə Yaqub onlara dedi: «Mən sizin Yusifdən xəbərsiz qalacağınızdan və canavarın onu yeyəcəyin¬dən qorxuram.»(Ənbiya, ayə 83, 84 )
    Yaqub bu sözləri ilə onların əlinə bəhanə verdi və onlar da həmin bəhanədən Yusifin işində hiylə üçün istifadə etdilər.»(Kənzul-Ummal, hədis 32316  )
    1686. Əyyub
    Quran:
    «Əyyubu da (yada sal) bir zaman o, Rəbbini çağırdı ki: «Mənə zərər toxunmuşdur. Sənsən mehribaqların ən mehribanı». Biz də onun duasını qəbul etdik, ona dəyən ziyanı uzaqlaşdırdıq. Həm ailəsini, həm də onlarla birlikdə bir o qədərini də (yenidən) ona əta etdik (ki) Bizim tərəfimizdən bir rəhmət və ibadət edənlər üçün bir ibrət olsun.»(əd-Dəvat, səh.123, hədis 304 )
    (Bax: «Sad» surəsi, 41və 42-ci ayələr).
    Hədis:
    5975. Allahın Peyğəmbəri (s): «Əyyub insanların ən səbrlisi və camaatın ən dözümlüsü idi. O, hamıdan daha çox qəzəbini udardı.»(əd-Dəvat, səh. 165, hədis 456 )
    5976. Allahın Peyğəmbəri (s): «Allah Əyyuba (ə) vəhy buyurdu: Bilir¬sən¬mi, Mənim yanımda günahın nə idi ki, sənə bəla çatdı? Ərz etdi: Yox. Bu¬yur¬du: Sən Fironun yanına gəlib onunla iki kəlmə yumşaq daşın¬mısan.»(İləluş-Şəraye, səh.75, hədis 3 )
    5977. İbn Abbas: «Bir gün Əyyubun arvadı: «Kaş dua edərdin, Allah sənə şəfa verərdi.» dedi. Əyyub buyurdu: «Vay olsun, sənin halına! Biz yetmiş il nemət içində idik. İndi isə gəl həmin qədər çətinliyə dözək!» İbn Abbas deyir: «Ondan az sonra Əyyub sağaldı.»(İləlul-Şəraye, səh.75, hədis 4 
    )
    5978. İmam Sadiq (ə): «Əyyub heç bir günahsız, yeddi il mübtəla oldu.»(Qəsəsul-Ənbiya, səh.139, hədis 147 )
    5979. İmam Sadiq (ə): «Allah-taala heç bir günahı olmadan Əyyubu bəlaya giriftar etdi və o, hətta isteza olunana qədər dözdü. Peyğəmbərlər istezaya dözmürlər.»(Əraf, ayə 85, 92  )
    5980. İmam Sadiq (ə): «Əyyub bəlalarının heç birində sağalmağı diləmədi.»(Qəsəsul-Ənbiya, səh.145, hədis 157)
    1687. Şüeyb
    Quran:
    «Mədyən (əhlinə də) qardaşları Şüeybi göndərdik. O dedi: «Ey mənim qövmüm! Allaha ibadət edin və sizin Ondan başqa tanrınız yoxdur. Həqiqətən, Rəbbiniz tərəfindən sizə açıq-aydın bir sübut gəlmişdir. Belə isə, çəkini və ölçünü düz edin! Camaatın malını əskiltməyin. Yer üzü islah oluduqdan sonra orada fəsad törətməyin! Bu (tövsiyələr) əgər möminsinizsə sizin üçün daha yaxşıdır.» * Şüeybi yalançı hesab edənlər sanki özləri orada (diyarda) heç yox imişlər.Şüeybi təkzib edənlərin özləri ziyankarlardan idi.(Təfsir əl-Mizan, c.10, səh.377 )
    (Bax: «Hud» 84-95-ci ayələr, «Şüəra» 176-190-cı ayələr. «Qəsəs» 45-ci ayə, «Ənkəbut» 36 və 37-ci ayələr, «Qaf» 14-cü ayə.)
    Hədis:
    5981. İmam Sadiq (ə): «Allah ərəblərdən yalnız beş nəfərə peyğəmbərlik vermişdir. Hud, Saleh, İsmayıl, Şüeyb və Məhəmməd xatəmül ənbiya (salavatullahi əleyhim), Şüeyb (Allaha məhəbbətindən) çox ağlayırdı.»(Ənbiya, ayə 48 )
    Qurani Kərimdə Şüeyb və onun qövmü barədə olan əhvalatlar
    Şüeyb (ə) Quranda adı çəkilən üçüncü ərəb peyğəmbəridir. O, peyğəmbərlər bunlardır: Hud, Saleh, Şüeyb və Məhəmməd (s). Allah-taala onun əhvalatının bəzi hissələrini «Əraf», «Hud», «Şüəra», «Qəsəs» və «Ənkəbut» surələrində buyurmuşdur.
    O Həzrət Şamla Ərəbistan yarımadasının arasında yerləşən Mədyən şəhərinin sakini və Musanın (ə) müasirlərindən olmuşdur. İki qızından birini Musa (ə) ilə evləndirmişdir. Bu şərtlə ki, səkkiz il onunçün işləsin və on il işlətmək istəsə bu onun öz ixtiyarındadır. («Qəsəs», 27) Musa on il Şüeybə xidmət etdi, sonra onunla sağollaşıb ailəsi ilə birgə Misirə getdi.
    Şüeybin Mədyəndə yaşayan qövmü bütpərəst idi. Bu qövm əmin-amanlıq, rifah, firavanlıq və ucuzluq kimi nemətlərdən bəhrələnirdi.
    Ancaq onların arasında fəsad, pozğunluq, tərəzidə və ölçüdə aldatmaq geniş yayılmışdı. («Hud», 84 və başqa surələr). Buna görə də, Allah Şüeybi onlara göndərdi və ona, camaatı bütpərəstlikdən, cəmiyyətdə fəsad yaymaqdan, tərəzidə aldatmaqdan çəkindirməyi əmr etdi. Həzrəti Şüeyb öz qövmünü göndərildiyi işlərə dəvət etdi. Qorxutmaq və öyüd verməklə moizə etdi. Nuh, Hud, Saleh və Lutun tayfalarının başına gələn əzab və bəlaları bir daha onlara xatırlatdı.
    O, qövmünü islah edib doğru yola yönəltmək üçün böyük səylər göstərsə də onların yalnız asilik, küfr və itaətsizlikləri artdı. («Əraf», «Hud» və digər surələr) və yalnız çox az insan ona iman gətirdi. Ancaq camaat onları incitməyə, ələ salmağa və Şüeybin ardınca getməmək üçün hədə-qorxu gəlməyə başladılar. Onlar Allaha iman gətirən hər kimsəni qorxutmaq üçün hər keçidin başında dayanaraq onları Allahın yolundan çəkindirməyə və azdırmağa çalışırdılar («Əraf», 89).
    Onlar Şüeybi (ə) sehr, ovsunlanmaq və yalançılıqda ittiham edir («Şüəra» 185 və 186), daş-qalaq etməklə qorxudur və onu, eləcə də iman gətirənləri öz dinlərinə qayıtmayacaqları halda şəhərdən çıxaracaqları ilə təhdid edirdilər («Əraf» /88).
    Onlar Şüeybin əleyhinə çıxmaqda davam edirdilər. Belə ki, o Həzrət onların iman gətirməsinə ümidini itirdi və onları öz başlarına buraxdı («Hud», 193). Şüeyb Allahdan qələbə və işlərində irəliləyiş dilədi: «İlahi, bizlə qövmümüz arasında haqla qəzavət et. Sən hakimlərin ən yaxşısısan.»
    Bu vaxt Allah buludlu günün əzabını onlara göndərdi («Şüəra»,189). Onlarsa Şüeybi ələ salırdılar ki, doğru deyirsənsə göydən bizə bir parça bulud endir. Əzab («Hud»,94) və zəlzələ («Əraf»,91 «Ənkəbut»,37) onları bürüdü və öz evlərində öldürürdü. Şüeybə və iman gətirənlərə isə nicat verdi («Hud»,94). Həzrət onlardan üz döndərib dedi: «Ey mənim qövmüm! Mən Rəbbimin risalətini sizlərə çatdırıb sizə nəsihət verirdim. Belə isə, kafir insanın nəyinə görə təəssüflənim?» («Əraf»,93).(Nisa, ayə164 )

    Category: Mizanul – hikmət (4-cü cild) | Added by: Islam_Kitabxanasi (2012-08-04)
    Views: 1558 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məsumların nurlu kəlamlarından 500 hədis [8]
    Mizanul – hikmət (1-ci cild) [13]
    Mizanul – hikmət (2-ci cild) [23]
    Mizanul – hikmət (3-cü cild) [21]
    Mizanul – hikmət (4-cü cild) [25]
    14 Məsumdan möcüzələr [15]
    Nəhcül-bəlağə 1 [20]
    Nəhcül-bəlağə 2 [19]
    Nəhcül-bəlağə 3 [10]
    Nəhcül-bəlağə 4 [15]
    Nəhcül-bəlağə 5 [25]
    Qırx məclis, min hədis [55]
    İMAM HÜSEYN (Ə) BARƏSİNDƏ HƏDİSLƏR [3]
    Məhdəviyyət inancı haqqında qırx hədis [1]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024