110. Möhtəkirlik556. Möhtəkirlik (camaatın çox ehtiyacı olduğu məhsulu, ya malı baha qiymətə satmaq məqsədi ilə toplayıb saxlamaq)
1680. Allahın Peyğəmbəri (s): «Xəyanətkarlardan başqa heç kəs möhtəkirlik etməz». (Kənzul-ummal, hədis 9738)
1681. Allahın Peyğəmbəri (s): «Günahkardan başqa kimsə möhtəkirliyə əl atmaz». (Kənzul-ummal, hədis 9723)
1682. İmam Əli (ə): «Möhtəkirlik məhrumiyyətə səbəb olar». (Ğurərul-hikəm, hədis 256)
1683. İmam Əli (ə): «Möhtəkirlik yaramaz adamların xasiyyətidir». (Ğurərul-hikəm, hədis 607)
1684. İmam Əli (ə): «Möhtəkirlik alçaqlıqdır».(Ğurərul-hikəm, hədis 112)
1685. İmam Əli (ə): «Möhtəkirlik əziyyət miniyidir».(əl-Kafi, c.8, səh.19, hədis 4)
1686.İmam Əli (ə): «Möhtəkirlik üçün özünü əziyyətə atmaq səfehlərin xislətlərindəndir». (Ğurərul-hikəm, hədis 9349)
1687. İmam Əlinin (ə) Malik Əştəri Misirə vali təyin etdiyi fərmanından: «Bütün bunlarla yanaşı bil ki, onların çoxu- tacirlər və sənətkarlar- alverdə həddindən artıq amansızdırlar və xoşagəlməz xəsislikləri var. Onlar daha çox xeyir götürmək məqsədilə möhtəkirlik edər və onlara öz istədikləri kimi baha qiymət qoyarlar. Bu da xalq kütləsi üçün zərərli, rəhbərlər üçünsə eyb və rüsvayçılıqdır. Buna görə, möhtəkirliyin qarşısını al, çünki Allahın Rəsulu (s) onu qadağan etmişdir». (Nəhcül-bəlağə, məktub 53)
1688. İmam Əli (ə): «Xalqa ziyan gətirən və qiymətləri qaldıran hər hansı möhtəkirlikdə xeyir-bərəkət yoxdur». (Mustədrəkul-vəsail, c.103, səh.274, hədis 15337)
1689. İmam Sadiq (ə): «Allah-Taala (buğda...) dənənin neməti ilə öz bəndələrinə yaxşılıq etdi və biti onun bəlasına çevirdi. Əgər belə olmasaydı, başçılar onu da qızıl-gümüş kimi toplayardılar». (Biharul-ənvar, c.103, səh.87, hədis 3)
557. Möhtəkir
1690. Allahın Peyğəmbəri (s): «Möhtəkir Allahın rəhmətindən uzaqdır». (Biharul-ənvar, c.62, səh.292)
1691. Allahın Peyğəmbəri (s): «Bizim bazarda möhtəkirliyə əl atan, Allahın kitabını inkar edən kimidir». (Kənzul-ummal, hədis 9717)
1692. Allahın Peyğəmbəri (s): «Möhtəkir necə də pis bəndədir! Əgər Allah-Taala qiymətləri aşağı salarsa o, qəmlənər və əgər qiymətləri qaldırarsa şadlanar». (Kənzul-ummal, hədis 9715)
1693. Allahın Peyğəmbəri (s): «Möhtəkirlərlə adam öldürənlər Cəhənnəmdə bir cərgədə və bir dərəcədədirlər». (Kənzul-ummal, hədis 9739)
1694. Allahın Peyğəmbəri (s): «Hər kəs qida məhsulunu bahalaşma ümidi ilə qırx gün saxlasa Allahdan bezar olmuşdur və Allah da ondan bezardır». (Biharul-ənvar, c.2, səh.292)
1695. Allahın Peyğəmbəri (s): «Hər kəs qida məhsulunu alıb müsəlmanlara baha qiymətə satmaq üçün qırx gün saxlasa və qırx gündən sonra satıb onun bütün gəlirini sədəqə versə də, onun günahının kəffarəsi olmayacaq». (Əmali, Tusi, səh.676, hədis 1427)
1696. İmam Əli (ə) : «Möhtəkir öz nemətindən məhrumdur». (Ğurərul-hikəm, hədis 465)
1697. İmam Əli (ə): «Xəsis möhtəkir eləsi üçün (varisə) yığır ki, ona təşəkkür etməyəcək və eləsinə (axirətdə Allaha tərəf) doğru gedir ki, onun üzrünü qəbul etməyəcək». (Ğurərul-hikəm, hədis 1842)
111. Hikmət
558. Hikmət
Quran:
«(Allah) İstədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş olunubsa, ona çoxlu xeyir verilmişdir və ağıl sahiblərindən başqa heç kəs nəsihət qəbul etməz».(Bəqərə surəsi, ayə 269)
1698. Məsih (ə): «Həqiqətən hikmət hər bir qəlbin işığıdır». (Biharul-ənvar, c.14, səh.316, hədis 17)
1699. Loğmanın (ə) oğluna nəsihətlərindən: «Oğlum! Hikmət öyrən ki, hörmətli olasan! Çünki hikmət dinə yönəldər, qulu azad insanların müqabilində şərafətli, yoxsulu dövlətlilərdən daha uca edər, kiçiyi böyükdən qabağa salar». (Biharul-ənvar, c.13, səh.432, hədis 24)
1700. Allahın Peyğəmbəri (s): «Möminin bir hikmətli söz eşitməyi, bir ilin ibadətindən üstündür». (Biharul-ənvar, c.77, səh.172, hədis 8)
1701. Allahın Peyğəmbəri (s): «Hikmət sahibi peyğəmbərliyə yaxındır». (Kənzul-ummal, hədis 44123)
1702.İmam Əli (ə): «Hikmət - müdriklərin gülzarı və aqillərin seyrəngahıdır».(Ğurərul-hikəm, hədis 1715)
1703. İmam Əli (ə): «Hikmət - qəlbdə bitən və dildə bar verən bir ağacdır». (Ğurərul-hikəm, hədis 1992)
1704. İmam Əli (ə): «Hər kəs hikmətinə görə tanınarsa, gözlər ona vüqarlı və əzəmətli nəzərlərlə baxar». (Tuhəful-uqul, səh.97)
559. Hikmət möminin itirdiyidir
1705. İmam Əli (ə): «Hikmət möminin itirdiyidir, onu müşrikin yanında olsa belə axtarın! Çünki siz ona daha layiqsiniz və daha çox haqqınız çatır». (Əmali, Tusi, səh.625, hədis 1290)
1706. İmam Əli (ə): «Hikmət möminin itirdiyidir.Onu münafiqlərdən də olsa öyrənin».(Nəhcül-bəlağə, hikmət 80)
560. Hikmət sahibinə yaraşmayan işlər
1707. İmam Əli (ə): «Öz ehtiyacını hikmətli olmayan şəxsə bildirən hikmət sahibi deyil». (Ğurərul-hikəm, hədis 7499)
1708. İmam Əli (ə): «Bir şəxslə yaxşı rəftar etməkdən başqa çarəsi olmayan onunla yaxşı davranmasa, hikmətdə heç bir payı olmaz». (Tuhəful-uqul, səh.217)
561. Hikmətin izahı
1709. İmam Əli (ə): «Hikmətin ilk addımı ləzzətləri tərk etmək, son addımı isə fani olan hər bir şeyi özünə düşmən bilməkdir». (Ğurərul-hikəm, hədis 9452)
1710. İmam Əli (ə): «Özündən yuxarıda olan şəxslə münaqişə etməməyin və tabeçiliyində olan şəxsi zəlil saymamağın, gücün çatmadığı işə baş qoşmamağın, dilin ürəyinin, sözün əməlinin əksinə olmamağı, bilmədiyin şey barədə danışmamağın, iş sənə tərəf üz tutan zaman onu tərk etməməyin və səndən üz döndərən zaman ardınca getməyin hikmətdəndir». (Ğurərul-hikəm, hədis 9450)
1711. İmam Baqirin (ə) Əbu Bəsirin «Hər kəsə hikmət verilərsə...».ayəsi haqda sualına cavabından:Hikmət dedikdə məqsəd Allahın əmrinə itaət etmək və imamı tanımaqdır».(Biharul-ənvar, c.1, səh.251, hədis 22)
1712. İmam Sadiq (ə): «Həqiqətən, hikmət dini tanımaqdan və dərk etməkdən ibarətdir. Sizlərdən kim dində fəqih və dərrakəli olarsa, o hikmət sahibidir». (Biharul-ənvar, c.1, səh.251, hədis 22)
1713. İmam Kazim (ə): «Loğmana dedilər: «Sənin hikmətinin özəyi nədir?» Dedi: «Bildiyim şey barədə soruşmaram və mənə aid olmayan şey üçün özümü zəhmətə salmaram». (Biharul-ənvar, c.13, səh.417, hədis 10)
562. Hikmətin əsası1714. Allahın Peyğəmbəri (s): «Hikmətin əsası Allahdan qorxmaqdır». (Kənzul-ummal, hədis 5873)
1715. Allahın Peyğəmbəri (s): «Sözlərin ən yaxşısı Allahı yad etmək və hikmətin əsası Allaha itaətdir». (Əmali, Şeyx Səduq, səh.394, hədis 1)
1716. Allahın Peyğəmbəri (s): «Yaxşı rəftar etmək hikmətin zirvəsidir». (Kənzul-ummal, hədis 5444)
1717. İmam Əli (ə): «Haqqa bağlılıq və haqqa yoldaş olan kəsə itaət etmək hikmətin əsasıdır». (Ğurərul-hikəm, hədis 5258)
563. Hikmət gətirən şeylər
1718. İmam Əli (ə): «Şəhvətinə və nəfsi istəklərinə qalib gələn, hikmətin kamillik dərəcəsinə çatacaq». (Ğurərul-hikəm, hədis 2272)
1719. İmam Əli (ə): «Hikmət günahdan çəkinməkdən başqa heç bir yolla əldə olunmaz». (Ğurərul-hikəm, hədis 10916)
1720. İmam Sadiq (ə): «Hər kəs dünyaya arxa çevirsə, Allah onun qəlbində hikməti möhkəmlədər və dilini onunla dilləndirər». (əl-Kafi, c.2, səh.128, hədis 1)
564. Hikmət əldə etməyə mane olanlar
1721. Allahın Peyğəmbəri (s): «Mədə boş olan vaxt qəlb hikməti qəbul edər. Mədə dolu olanda qəlb hikməti çölə atar». (Tənbihul-xəvatir, c.2, 119)
1722. İmam Əli (ə): «Şəhvətlə hikmət bir yerə sığmaz» (Ğurərul-hikəm, 10573)
1723. İmam Sadiq (ə): «Qəzəb hikmət sahibinin qəlbini korlar. Öz qəzəbinə nəzarət edə bilməyən şəxs, öz ağlına da nəzarət edə bilməz». (Biharul-ənvar, c.78, səh.255, hədis 129)
1724. İmam Kazim (ə): «Həqiqətən, əkin daş üzərində deyil, yumşaq torpaqda əmələ gələr. Hikmət də belədir, təvazökar qəlblərdə abad olar, özündənrazı və təkəbbürlü qəlbdə isə yetişməz. Çünki Allah təvazökarlığı ağıl üçün bir vasitə qoyub». (Biharul-ənvar, c.78, səh.312, hədis 1)
1725. İmam Hadi (ə): «Hikmət, fəsadlı canlarda təsirli və faydalı olmaz». (Biharul-ənvar, c.78, səh.370, hədis 4)
565. Hikmətin nəticəsi
1726. İmam Əli(ə): «Hər kimin qəlbində hikmət yer taparsa ibrətgötürən olar».(Ğurərul-hikəm, hədis 8706)
1727. İmam Sadiq (ə): «Hikmətin barəsində çox düşünmək ağlı səmərəli edər».(Biharul-ənvar, c.87, səh.247, hədis 73)
566. Hikməti qorumaq
1728. İmam Əli (ə): «Müdriklər hikməti əhli olmayanların ixtiyarına verəndə onu pozdular». (Qisasul-ənbiya, c.87, səh.303, hədis 1)
1729. İmam Kazim (ə): «Hikməti nadanların ixtiyarına verməyin ki, ona zülm etmiş olarsınız. Hikməti hikmət əhlindən də əsirgəməyin ki, ona da zülm etmiş olarsınız».(Biharul-ənvar, c.87, səh.303, hədis 1)
«Yaxşılıq etməkdən, təqvalı olmaqdan, xalq arasında barışıq yaratmaqdan kənar durmanız üçün Allahı öz and yerinizə çevirməyin. Allah eşidən və biləndir». (Bəqərə surəsi, ayə 224)
1730. İmam Sadiq (ə): «Allaha, doğru da olsa, yalan da olsa and içməyin. Çünki Allah-Taala buyurmuşdur: «Allahı öz andlarınıza vasitə etməyin». (əl-Kafi, c.7, səh.434, hədis 1)
568. Yalan and içmədən çəkinmək
1731. «Səvabul-əmal» kitabından: «Allah-Taala buyurmuşdur: «Mən öz rəhmətimi yalandan and içən şəxsə şamil etmərəm». (Səvabul-əmal, səh.261, hədis 2)
1732. Allahın Peyğəmbəri(s): «Yalandan and içməkdən çəkinin. Çünki bu iş evləri sakinsiz qoyar». (Səvabul-əmal, səh.270, hədis 3)
1733. İmam Sadiq (ə): «Hər kəs yalan olduğunu bildiyi halda and içsə Allaha qarşı müharibəyə qalxmışdır». (Səvabul-əmal, səh.269, hədis 1)
İmam Sadiq (ə): «Məcburən yalandan and içmək özündən sonra qalan övladlara yoxsulluq gətirər». (Biharul-ənvar, c.104, səh.209, hədis 19)
569. Zalıma and içdirməyin yolu
İmam Əli (ə): «Zalıma and içdirmək istəyəndə, ona «Mən Allahın qüvvət və qüdrətindən uzaq olum» dedizdirərək and içirdin. Çünki əgər yalandan buna and içmiş olsa çox tez bir zamanda öz cəzasına çatar. Ancaq, «And olsun Allaha, Ondan başqa Allah yoxdur» desə Allah cəza verməyə tələsməz. Çünki Allah-Taalanı vahidliyi ilə mədh etmişdir».(Nəhcül-bəlağə, hikmət 253)